© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil. Əlavə məlumat üçün sənədin sonunda müəllif hüquqları haqqında qeydə baxın.
© Council of Europe/European Court of Human Rights, 2012. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
K.H. və başqaları Slovakiyaya qarşı (K.H. and Others v. Slovakia), ərizə № 32881/04
28.04.2009-cu il tarixli qərar [IV Bölmə]
Maddə 8
8-ci maddənin 1-ci bəndi
Ailə həyatına hörmət hüququ
Şəxsi həyata hörmət hüququ
Keçmiş pasiyentlərin öz tibb kartlarındakı qeydlərin kserosurətlərini çıxarmalarına icazə verilməməsi: pozuntu baş verib
Maddə 6
Mülki proses
6-cı maddənin 1-ci bəndi
Məhkəməyə müraciət hüququ
Dövlət orqanları məhkəmə işində ərizəçilərin mühüm sübutlarla tanış olmalarına icazə verməkdən imtina etdiklərinə görə ərizəçilərin həmin işdə öz mövqelərini real olaraq müdafiə etmək imkanından məhrum olması: pozuntu baş verib
Faktlar – İş üzrə ərizəçi olan qaraçı mənşəli səkkiz qadın hamiləlik və doğuş dövründə Şərqi Slovakiyanın iki xəstəxanasının mamalıq və ginekologiya bölmələrində tibbi yardım almışdılar. Qeysəriyyə kəsiyi əməliyyatına məruz qaldıqları xəstəxanalarda sonuncu dəfə olduqdan sonra dəfələrlə cəhd etmələrinə baxmayaraq, ərizəçilərin heç biri hamilə qala bilmədi. Ərizəçilər şübhələnirdilər ki, hamilə qala bilməmələrinin səbəbi qeysəriyyə kəsiyi əməliyyatı zamanı xəbərləri və razılıqları olmadan sterilizasiyaya məruz qalmaları ola bilərdi. 2004-cü ildə ərizəçilər qeyri-hökumət təşkilatlarının vəkillərinə vəkalətnamə verdilər və bundan sonra vəkillər ərizəçilərin tibb kartlarını yoxlamağa və oradakı qeydlərin kserosurətlərini çıxarmağa cəhd etdilər. Sənədlərlə tanış olmaqda çətinliklərlə üzləşən ərizəçilər yerli məhkəmələrdə iddia qaldırdılar. Nəticədə ərizəçilərin çoxunun öz tibb kartlarındakı qeydlərlə tanış olmalarına icazə verildi. Amma qeydlərin kserosurətlərini çıxarmaq barədə onların vəsatətləri son nəticədə həmin vaxt qüvvədə olan milli qanunvericiliyə istinadən rədd edildi, həmin qanunvericilikdə nəzərdə tutulurdu ki, tibb kartları xəstəxananın mülkiyyətidir və onlarla tanışlığa qoyulan məhdudiyyətlər oradakı məlumatlardan sui-istifadə hallarının qarşısını almaq məqsədini daşıyır. 2005-ci ildə yeni qanunvericilik qəbul edildikdən sonra ikinci ərizəçidən başqa (həmin vaxt onun tibb kartı itmişdi) qalan ərizəçilərin son nəticədə tələb olunan tibbi sənədlərlə bütünlüklə tanış olmalarına və onların kserosurətlərini çıxarmalarına icazə verildi.
Hüquqi məsələlər – Maddə 8: Dövlətin Konvensiyanın 8-ci maddəsindən irəli gələn pozitiv öhdəlikləri məlumat subyektinin onun barəsindəki məlumatların yer aldığı sənədlərin surətləri ilə tanış olmasına imkan yaratmaq öhdəliyini özündə ehtiva edir. Dövlətlər fərdi məlumatların əks olunduğu sənədlərin surətlərinin çıxarılması üçün şərait yaradılmasını təmin etməyə, yaxud müvafiq hallarda surətlərin çıxarılmasına icazə verməkdən imtina üçün əsaslı səbəblər göstərməyə borcludurlar. Ərizəçilərin işində ölkə məhkəmələri tibb kartlarının surətlərinin çıxarılmasına qoyulan qadağanı müvafiq məlumatlardan sui-istifadə edilməsi hallarına qarşı müdafiə zərurəti ilə əsaslandırmışdılar. Lakin Avropa Məhkəməsi üçün aydın deyil ki, istənilən halda tibb kartlarındakı məlumatlarla tanış olmalarına imkan yaradılmış ərizəçilər özləri barəsindəki məlumatlardan necə sui-istifadə edə bilərdilər. Bundan başqa, sui-istifadə təhlükəsinin qarşısını ərizəçilərin kartların surətini çıxarmalarına icazə verməməklə deyil, digər tədbirlər vasitəsilə, məsələn, kartlarla tanış olmalarına icazə verilən şəxslərin dairəsini məhdudlaşdırmaq yolu ilə almaq olardı. Beləliklə, dövlət ərizəçilərin sağlamlıqları ilə bağlı məlumatlarla tanış olmalarına real imkan yaratmaqdan imtina üçün kifayət qədər inandırıcı səbəblərin olduğunu sübuta yetirə bilmədi.
Nəticə: pozuntu baş verib (yekdilliklə).
6-cı maddənin 1-ci bəndi – Bundan başqa, ərizəçilər şikayət etdilər ki, tibb kartlarının kserosurətlərini çıxarmalarına dövlət orqanları tərəfindən icazə verilməməsi onları məhkəməyə real müraciət hüququndan məhrum edib, belə ki, onlar ziyanın əvəzinin ödənilməsi məqsədi ilə gələcəkdə məhkəmədə qaldıra biləcəkləri mülki iddiaların təmin edilməsi üçün mühüm sübut əldə edə bilməyiblər. Məhkəməyə müraciət hüququ qeyri-məhdud hüquq olmasa da, Avropa Məhkəməsi hesab edir ki, bu hüquq ərizəçilərin vəziyyətinə mütləq qaydada şamil olunur, söhbət elə vəziyyətdən gedir ki, bu zaman prinsipcə mülki hüquqi tələbə malik olan şəxslər hesab edirlər ki, sübutlardan istifadəyə buraxılmalarına qanunvericiliklə qoyulan məhdudiyyət müvafiq əsas olmadan onların real olaraq kompensasiya tələbi ilə məhkəməyə müraciət etmələrinin qarşısını alır, yaxud məhkəmədə hüquqlarının müdafiəsinə nail olmalarını çətinləşdirir. Ərizəçilər mülki iddia qaldırmaq imkanından tam məhrum edilməsələr də, istisnaya yol verməyən qanunvericilik müddəasının tətbiqi nəticəsində iş üzrə mövqelərini səmərəli şəkildə müdafiə etmək məsələsində qeyri-mütənasib məhdudiyyətə məruz qalmışdılar. Ərizəçilərin tibb kartlarının kserosurətlərini çıxarmaq hüquqlarının məhdudlaşdırılması, yuxarıda 8-ci maddə ilə bağlı göstərilən səbəblərə bənzər əsaslara görə, onların məhkəməyə müraciət etmək hüququnun səmərəli şəkildə həyata keçirmələrinə uyğun hesab edilə bilməzdi.
Nəticə: pozuntu baş verib (bir səsə qarşı altı səslə).
Maddə 41: Mənəvi ziyana görə ərizəçilərin hər birinə 3.500 avro təyin edildi.
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012.
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil; eyni zamanda, Məhkəmə tərcümənin keyfiyyəti ilə bağlı heç bir məsuliyyət daşımır. Tərcümə Avropa İnsan Hüquqları Məhkəməsi HUDOC presedent hüququ bazası () və ya Məhkəmənin onu bölüşmüş olduğu hər hansı digər məlumat bazasından yüklənə bilər. Bu tərcümə qeyri-kommersiya məqsədləri üçün istifadə oluna bilər; bu halda işin tam adına, habelə yuxarıda göstərilən müəllif hüquqları haqqında qeydə və İnsan Hüquqları Etimad Fonduna istinad edilməlidir. Bu tərcümənin hər hansı bir hissəsinin kommersiya məqsədləri ilə istifadə edilməsi üçün publishing@ ilə əlaqə saxlayın.
© Council of Europe/European Court of Human Rights, 2012.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012.
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante : publishing@
Full & Egal Universal Law Academy