© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2016. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə görə heç bir məsuliyyət daşımır. Əlavə məlumat almaq üçün bu sənədin sonunda verilmiş müəllif hüququna dair tam məlumata baxın.
© Council of Europe/European Court of Human Rights, 2016. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2016. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
BÖYÜK PALATA
XOROŞENKO RUSİYAYA qarşı
(Ərizə no 41418/04)
QƏRAR
STRASBURQ
30 İyun 2015
Bu qərar qətidir. Ona redaktə xarakterli dəyişikliklər edilə bilər.
Khoroshenko Rusiyaya qarşı işində,
Avropa İnsan Hüquqları Məhkəməsinin Böyük Palatası:
Dean Spielmann, sədr
Josep Casadevall,
Guido Raimondi,
Mark Villiger,
Isabelle Berro,
Ineta Ziemele,
Elisabeth Steiner,
Xanlar Hacıyev,
Mirjana Lazarova Trajkovska,
Julia Laffranque,
Paulo Pinto de Albuquerque,
Linos-Alexandre Sicilianos,
Erik Møse,
Paul Mahoney,
Ksenija Turković,
Dmitry Dedov,
Egidijus Kūris, hakimlər,
və Hüquq Məsləhətçisi Lawrence Earlydən ibarət tərkibdə,
3 Sentyabr 2014-cü il və 22 Aprel 2015-ci il tarixlərində keçirilmiş qapalı müşavirədə,
Sonuncu tarixdə aşağıdakı qərarı qəbul edir:
PROSEDUR
1. İş İnsan Hüquqları və Əsas Azadlıqları üzrə Konvensiyanın (“Konvensiya”) 34-cü maddəsinə əsasən” Rusiya Federasiyası vətəndaşı cənab Andrey Anatolyeviç Xoroşenko (“Ərizəçi”) tərəfindən 6 Oktyabr 2004-cü ildə Məhkəməyə təqdim edilmiş Rusiya Federasiyasına qarşı ərizə (no 41418/04) əsasında başlanıb.
2. Hüquqi yardım edilən Ərizəçi, Strasburqda fəaliyyət göstərən hüquqşünas xanımlar O.V.Preobrajenskaya və M.Makarova tərəfindən təmsil olunub. Rusiya Hökuməti (“Hökumət”) öz nümayəndəsi, Rusiya Federasiyasını Avropa İnsan Hüquqları Məhkəməsi yanında təmsil edən cənab G.Matyuşkin tərəfindən təmsil olunub.
3. Ərizəçi xüsusilə iddia edir ki, onun məhkum ediləndən sonra həbsdə saxlandığı müddətdə ailəsinin ziyarətlərinə qoyulan müxtəlif məhdudiyyətlər Konvensiyanın 8-ci maddəsinə zidd olub.
4. 13 Yanvar 2011-ci ildə ərizə Hökumətə kommunikasiya edilib.
5. İş Məhkəmənin birinci seksiyasına təyin edilmişdir (Məhkəmə Reqlamentinin – “Reqlament” 52 §1 maddəsi). 11 Fevral 2014-cü ildə, həmin seksiyanın hakimlər İsabelle Berro, Elizabet Steiner, Xanlar Hacıyev, Mirjana Lazarova Trajkovska, Julia Laffranque, Ksenija Turković və Dmitry Dedov və seksiya katibi Søren Nielsendən ibarət palatası öz səlahiyyətindən Böyük Palata xeyrinə imtina etmiş və tərəflərdən heç biri buna etiraz etməmişlər (Konvensiyanın 30-cu və Reqlamenin 72-ci maddələri).
6. Böyük Palatanın tərkibi Konvensiyanın 26-cı maddəsinin 1, 4 və 5-ci bəndləri və Reqlamentin 24-cü maddəsinə əsasən müəyyən edilmişdir.
7. Həm Ərizəçi, həm Hökumət işin qəbuledilənliyi və mahiyyəti ilə bağlı öz yazılı təqdimatlarını göndərib (Reqlament, maddə 59 §1). Həmçinin, Böyük Palatanın sədrinin yazılı prosesdə iştirakına izn verdiyi Surrey Universitetindən olan akademik bir qrupun (“üçüncü müdaxilə edən tərəf”/“intervener”) yazılı təqdimatları da qəbul edilib (Konvensiya maddə 36 § 2 və Reqlament maddə 44 § 3).
8. 3 Sentyabr 2014-cü ildə Strasburqda İnsan Hüquqları Sarayında bir məhkəmə iclası keçirilib (Reqlament, maddə 59- § 3).
İştirak edib :
– Hökumət tərəfindən
cn. G. Matyuşkin, Rusiya Federasiyasının Avropa İnsan Hüquqları Məhkəməsi yanında nümayəndəsi, Nümayəndə ;
cn. N. Mixaylov,
xn. Y. Tsimbalova,
cn. S. Kovpak,Məsləhətçilər ;
– ƏƏrizəçi tərəfindən
xn. O. Preobrajenskaya,
xn. M. Makarova, Vəkil.
Məhkəmə G.Matyuşkini və O.Preobrajenskaya və M.Makarovanın bəyanatlarını, eləcə də G.Matyuşkin və M.Makarovanın hakimlərin suallarına verdikləri cavablarını dinləmişdir.
HÜQUQİ MƏSƏLƏLƏR
I. İŞİN HALLARI
9. İşin halları aşağıdakı şəkildə xülasə edilə bilər.
A. Ərizəçinin vəziyyəti barədə ümumi məlumatlar
10. Ərizəçi 1968-ci il təvəllüdlüdür və hazırda Perm regionunun Solikamsk şəhərində ömürlük azadlıqdan məhrumetmə cəzasını şəhərində çəkir.
11. Banditizm, soyğunçuluq və ağır qətldə şübhəli bilinən Ərizəçi 21 Noyabr 1994-cü ildə həbs edilib.
12. Həbs edildiyi gün, 21 Noyabr 1994-cü ildən 1995-ci ilin yayına qədər Yekaterinqburq və İjevskdə, eləcə də Perm regionu və şəhərində yerləşən həbsxanalarda saxlanmışdır.
13. 13 Oktyabr 1995-ci ildə, Perm Regional Məhkəməsi Ərizəçini bu əməllərdə təqsirli hesab edərək ölüm cəzasına məhkum edib. Qərar 6 İyun 1996-cı ildə qüvvəyə minib.
14. 1995-ci ilin yayından 1999-cı ilin payızına qədər Ərizəçi Perm şəhəri 1 nömrəli həbsxanasında saxlanmışdır. Məhkum edildikdən sonra, o öz ölüm hökmlərinin icrasını gözləyən məhkumlar üçün olan xüsusi hücrəyə yerləşdirilib.
15. 19 May 1999-cu ildə, Rusiya prezidenti Ərizəçinin ölüm cəzasını ömürlük cəza ilə əvəz etdi.
16. 8 Oktyabr 1999-cü ildə Ərizəçi Perm regionunda ömürlük cəzaya məhkum edilmiş şəxslər üçün xüsusi penitensiar müəssisəyə köçürüldü və 11 OktyabrOktyabr1999-cu ildə Cinayət Cəzalarının İcrası Məcəlləsinin 127.3 maddəsi mənasına görə həbs cəzasının ilk on ilini çəkməyə başladı. Ərizəçi bu hüquq normasındanəzərdə tutulan ümumi qaydadan istisna təşkil edirdi və bu istisnaya əsasən həbsdəki ilk onilliyinin müddəti 1994-cü ildə ilkin həbsinin tarixindən deyil, xüsusi rejimli islah penitensiar koloniyasına gəldiyi tarixdən hesablandı. Bu istisna yalnız həbsdə saxlandığı zaman qaydaları pozan məhkumlara tətbiq olunurdu (§ 52, aşağıda). Ərizəçi sonradan bu müddəanı Konstitusiya Məhkəməsində mübahisələndirmiş, lakin uğursuz olmuşdur.(paraqraf 30, aşağıda).
17. Cəzasının həmin ilk on ilini Ərizəçi Cinayət Cəzalarının İcrası Məcəlləsinin 125.3 maddəsində nəzərdə tutulan ciddi rejim altında keçirtdi (29, aşağıda).
18. 11 Oktyabr 2009-cu ildə, cəzasının ilk on ili bitdikdən sonra Ərizəçi ciddi rejimdən Cinayət Cəzalarının İcrası Məcəlləsinin 125.1-ci maddəsində nəzərdə tutulan adi rejimə keçirilib. (paraqraf 50, aşağıda).
B. İlkin həbs və sonrakı məhkumluq zamanı ailə ziyarətləri
19. 21 Noyabr 1994-cü ildə həbs ediləndə Ərizəçi S. ilə evli idi və üç yaşında oğlu vardı. Ailənin qalan hissəsi onun valideynləri O. və A., qardaşı Se. və nənəsi M.-dən ibarət idi. Ərizəçi bildirir ki, geniş olaraq onun ailəsi on yeddi nəfərdən ibarət idi və Ərizəçi məhbus olduqdan sonra onların hər biri ilə əlaqə saxlamaq istəyirdi.
1. Ərizəçinin xüsusi rejimli islah koloniyasına köçürülməsindən əvvəlki həbsdə saxlanması
20. 21 Noyabr 1994-cü ildən 8 Oktyabr 1999-cu ilədək, birinci instansiya məhkəməsinin 1995-ci il Oktyabr ında çıxardığı hökmdən sonrakı həftə arvadının onu ziyarətə gəldiyi bircə dəfə istisna olmaqla Ərizəçiyə qətiyyən ailəsi ilə görüşmək icazəsi verilməmişdi.
21. 1996-cı ildə həmin hökmün ardından Ərizəçinin arvadı öz təşəbbüsü ilə boşanmışdır.
22. Ərizəçi bildirir ki, ona Cinayət Cəzalarının İcrası Məcəlləsi 1997-ci ilin yanvarında qüvvəyə mindikdən sonra xarici dünya ilə əlaqə saxlamağa icazə verilmişdir. Bundan sonra Ərizəçi bütün ailə üzvləri və keçmiş arvadı ilə əlaqəyarada bilib.
2. Ərizəçinin 8 Oktyabr 1999-cu ildən 11 Oktyabr 2009-cu ilədək xüsusi rejimli islah koloniyasında saxlanması
23. Bu müddət ərzində, Ərizəçi qohumlarilə hər altı ayda bir dəfə qısamüddətli görüş hüququna malik olmuşdur. Görüşlərin müddəti maksimum dörd saat olub.. Bu zaman Ərizəçi yaxınları ilə heç bir fiziki kontakta imkan verməyən şüşə, və ya metal çubuqlardan ibarət maneə arxasından ünsiyyət saxlayırdı. Bir nəzarətçi Ərizəçinin ziyarətçiləri ilə söhbətlərini dinləyirdi.
24. Ərizəçi qısa görüş hüququndan mümkün olduğu qədər tez-tez istifadə etmiş və anası, atası və qardaşı ilə görüşmüşdür. Dostları da onunla görüşməyə cəhd etmiş, lakin həbsxana müdriyyəti icazə verməmişdir. Uzun ailə görüşlərinə Ərizəçinin cəzasının ilk on ili ərzində icazə verilməyib.
25. Ərizəçi bildirir ki, onun xarici aləmlə təmasına qoyulan məhdudiyyətlərin sərtliyi ucbatından o, bəzi ailə üzvləri ilə və on beş ildən bəri görmədiyi oğluilə əlaqəsinin itirməli olub. Ərizəçinin oğlu onu görməkdən imtina edib, ancaq ona maliyyə yardımı etməyi qəbul edib.
3. Ərizəçinin xüsusi rejimli islah koloniyasında 11 Oktyabr 2009-cu ildən sonra saxlanması
26. 11 Oktyabr 2009-cu ildə rejimi dəyişəndən sonra Ərizəçinin qısamüddətli görüşlərdən əlavə uzunmüddətli ailə görüşləri almaq hüququ əldə etdi. O bütün uzun görüş imkanlarından istifadə etmiş və hər altı aydan bir – 2009-cu ildə bir dəfə, 2010, 2011, 2012 və 2013-cü ildə iki dəfə ailə üzvləri ilə görüşmüşdür. 2013-cü ilin yazındakı görüşdən başqa yər dəfə bu görüşlər üç gün davam edib Həmin görüş Ərizəçinin və anasının təşəbbüsü ilə anası qatara çatmalı olduğundan daha tez bitib. Ərizəçinin qardaşı da bu görüşlərə gəlmişdir. Görüşlər yetmiş iki saatdan çox davam etmirdi və məhrəmliyə tamamən hörmət olunurdu. Ərizəçinin atası 2007-ci ilədək olan qısa görüşlərə gəlib, lakin sonra səhhətilə əlaqədar 2009-cu ildən başlayan uzunmüddətli görüşlərə gələ bilməyib.
27. Hökumət bildirir ki, Ərizəçi xüsusi rejimli islah (cəzaçəkmə) koloniyasında saxlandığı müddətdə cəmi on dörd qısamüddətli və doqquz uzunmüddətli görüş əldə etmişdir. Ərizəçinin görüş müraciətlərinin heç biri rədd edilməyib.
C. Konstitusiya Məhkəməsindəki proses
1. 24 May 2005-ci il tarixli 257-O saylı qərar
28. 24 Avqust 2004-cü ildə, Ərizəçi Rusiya Konstitusiya Məhkəməsinə müraciət etmiş və Cinayət Cəzalarının İcrası Məcəlləsinin 125-ci maddəsinin 4-cü bəndində ömürlük həbs cəzası alan məhkumların uzunmüddətli ailə ziyarətləri almasına qoyulan on illik qadağanın konstitusionallığını mübahisələndirmişdir . O xüsusilə hesab edirdi ki, bu norma diskriminativ idi və onun şəxsi və ailə həyatına hörmət hüququnu pozmuşdur.
29. Konstitusiya Məhkəməsi Ərizəçinin 125.3 və 127.3 maddələrlə bağlı şikayətini aşağıdakı əsaslarla qəbuledilməz hesab etmişdir:
« (...) Cinayət Cəzalarının İcrası Məcəlləsinin 125.3 və 127.3 maddələrininmüddəaları [Ərizəçinin] konstitusion hüquqlarını pozmur.
Konstitusiyanın 55.3-cü maddəsi (...)konstitusiya quruluşunun, mənəviyyatın, sağlamlığın, başqalarının hüquqlarının və legitim maraqlarının müdafiəsi [və] ölkənin müdafiəsi və dövlət təhlükəsizliyi məqsədləri üçün insan və vətəndaş hüquqlarını federal qanunla məhdudlaşdırmağa icazə verir. Bu kimi məhdudlaşdırmalar xüsusilə cinayətkarlara azadlıqdan məhrumetmə və digər cəza tədbirləri formasında cinayət sanksiyalarının tətbiqini müşayiət edə bilər.
(...) Konstitusiyanın 71 (o) maddəsi federal qanunvericiyə, mahiyyəti etibarılə cinayət məcəlləsinin 43.1 maddəsindən (...) irəli gələn cəzalar kimi, qanunla nəzərdə tutulmuş azadlıqdan məhrumetmə və ya hüquq və azadlıqların məhdudlaşdırlmasından ibarət cəzalar almış məhbuslara bənzər məhdudlaşdırılmaların tətbiq etməyə icazə verir. Eyni zamanda, həm qanunverici cinayətə görə məsuliyyətmüəyyən edəndə, həm də hüquq mühafizə orqanları bu məsuliyyəti cinayət törədən hər hansı şəxsə tətbiq edəndə, cinayətin xarakterini, onun Konstitusiya və cinayət qanunuilə qorunan dəyərlər üçün təşkil etdiyi təhlükəni, onun ağırlığını, törədilmə səbəblərini və cinayətin digər törədilmə şərtlərini (şəraitini), eləcə də şəxsin barəsindəki məlumatları nəzərə almalıdır, və bu onunla şərtləndirilir ki, bu institutların qanunları qəbulu və onları tətbiqi hüquqi məsuliyyət və şəxsin Dövlətlə ictimai münasibətlərində təminatlara malik olması barədə konstitusion prinsiplərə riayət edilsin.
Konstitusiya Məhkəməsinin [əvvəlki qərarlarında] bildirdiyi kimi, cinayətkarın şəxsiyyətini və özlüyündə cinayət əməlininin və cinayətkarın cəmiyyət üçün yaratdığı təhlükəni düzgün şəkildə dəyərləndirməyə imkan verən başqa obyektiv və ağlabatan halları nəzərə almayan cinayətə görə məsuliyyət və cəza müəyyən edən qanunvericilik qəbulu və fərqli ictimai təhlükəlilik dərəcəsinə malik cinayət əməllərinə görə şəxsin cinayətdə iştirak dərəcəsini, cinayəti törətdikdən sonra və cəzasını çəkərkən sərgilədiyi davranışını, eləcə də digər [əhəmiyyətli] faktorları nəzərə almadan eyni sanksiyaların tətbiq edilməsi , həm Konsitusiyada nəzərdə tutulan ayrı-seçkiliyin qadağan olunması, həm də bərabərlik və humanizm prinsiplərinə zidd olardı.
Məhkum tərəfindən törədilən cinayətin və ona verilən cəzanın ağırlığına uyğun məhdudiyyətlərlər müşayiət olunan cinayət sanksiyalarınıvə cəzanın həyata keçirilmə qaydalarını müəyyən edərkən qanunverici, şəxsiyyətini səciyyələndirən fərdi xüsusiyyətlərindən və törətdikləri cinayətlərdən irəli gələn istisnalar nəzərə alınmaqla, məhkumların da digər vətəndaşlarla eyni hüquq və azadlıqlardan faydalanmalı olduğu prinsipindən çıxış etməlidir. Cinayət Cəzalarının İcrası Məcəlləsinin 125 və 127-ci maddələrində, eləcə də məcəllənin digər maddələrində nəzərdə tutulmuş cəzaların icrası şərtləri, cəzaları hər bir məhkum fərdinə uyğunlaşdırmağa, sanksiyalar və onların tətbiqində differensasiyaya (fərqləndirməyə) və cəzanın Cinayət Məcəlləsinin 43-cü maddəsinin 2-ci bəndində göstərilənədalətin bərpası, cinayətkarın islahı və yeni cinayətlərin qarşısının alınması kimi məqsədlərinə çatmaq üçün lazımi şəraitin yaradılmasına yönəlmişdir.(...) ».
2. 21 Dekabr 2006-cı il 591-O nömrəli qərar
30. Dəqiqləşdirilməmiş tarixdə Ərizəçi Konstitusiya Məhkəməsinə müraciət edərək, bu dəfə Cinayət Cəzalarının İcrası Məcəlləsinin 127-ci maddəsinin 3-cü bəndində xüsusi rejimli koloniyada cəzasını çəkən məhkumların əvvəllər ilkin həbsdə saxlandıqları zaman həbsxana qaydalarını pozub-pozmaması və təkadamlıq kameraya salınmaqla cəzalanıb cəzalanmamasından asılı olaraq fərqləndirilməsini mübahisələndirib. Saxlanma qaydalarını pozmayan və təkadamlıq kameraya salınmaqla cəzalandırılmayanlar üçün, xüsusi rejimin ilk on ilinin axımı, onların ilkin həbsə alınmalarından və saxlanmağından hesablanmaqla başlayırdı. Həbsxana qaydalarını pozanlar və nəticədə təkadamlıq kameraya salınanlarınxüsusi rejimdə on illiyi onların xüsusi rejimli koloniyaya gətirildiyi andan hesablanırdı. Ərizəçi iddia edirdi ki, bu müddəa Konstitusiyaya zidd və diskriminativ idi. 21 Dekabr 2006-cı ildə, Konstitusiya Məhkəməsi Ərizəçinin yuxarıdakı maddəyə qarşı ikinci şikayətini də qəbuledilməz elan etmiş,aşağıdakıları bildirmişdir:
“ (...) [Yuxarıdakı] norma [Ərizəçinin] hüquqlarına zidd deyil.
“Konstitusiyanın 55.3-cü maddəsi (...) federal qanunvericiyə konstitusiya quruluşunun, mənəviyyatın, sağlamlığın, başqalarının hüquqları və legitim maraqlarının müdafiəsi [və] Dövlətin müdafiəsi və təhlükəsizliyi məqsədləri üçün insan və vətəndaş hüquqlarını məhdudlaşdırmağa icazə verir. Bu kimi məhdudlaşdırmalar xüsusilə cinayətkarlara Dövlət tərəfindən azadlıqdan məhumetmə növündə cinayət sanksiyalarının tətbiqilə müşayiət edə bilər ki, onun da fərqləndirici xüsusiyyəti odur ki, onun icrası ilə cinayət törədən şəxs bir sıra hüquqlarından məhrum edilir və müəyyən məcburiyyət tədbirlərinə məruz qalır.
Eyni zamanda, məhkumun hüquq və azadlıqlarına qoyulan məhdudiyyətlər, törədilən cinayətə və törədəninşəxsiyyətinə uyğun olmalıdır. Bu öhdəlik, həm də cinayət prosesi və ya [artıq] cəzalarını çəkdiklərizaman qanunimüəyyən edilmiş rejim qaydalarını pozduqlarına görə dövlət orqanlarının cəzalandırdığı şəxslərlə bağlı hallarda da məcburidir.
Cinayət Cəzalarının İcrası Məcəlləsinin 127-ci maddəsinin 3-cü bəndi [mübahisələndirilən qaydalarla bağlı hissəsində] cəzaları hər bir məhkum fərdinə uyğunlaşdırmağa, sanksiyalar və onların tətbiqində differensasiyaya (fərqləndirməyə) və cəzanın, Cinayət Məcəlləsinin 43-cü maddəsinin 2-ci bəndində göstərildiyi kimi, ədalətin bərpası, cinayətkarın islahı və yeni cinayətlərin qarşısının alınması kimi məqsədlərinə çatmaq üçün lazımi şərait yaradılmasına.yönəlmişdir.
Əgər Ərizəçinin fikrincə hüquq mühafizə orqanlarının hərəkət və ya qərarları ilə onun hüquq və azadlıqları barəsində təkadamlıq kameraya salınma növündə cəza tətbiq edərkən, həbsdə saxlanma yerindən islah koloniyasına keçirilərkən və ya ciddi rejimdə saxlanılmamüddətinin hesablanması zamanı pozulub, həmin bunları məhkəmə qaydasında şikayətləndirə bilər (...).”
D. Digər faktlar
31. Ərizəçi prokurorluğa və onu cinayət prosesində təmsil etmiş vəkilə qarşı mülki iddia iddia icraatları başlatmağa cəhdlər edib. O prokurorluğun cinayət təqibindən imtinasını və Ombudsmanın onun şikayətlərinə məhəl qoymamasını məhkəmələrdə mübahisələndirib. O, həmçinin müxtəlif şikayətlərlə Konstitusiya Məhkəməsinə də müraciət edib. Bu proseslərin heç biri uğurla nəticələnməyib.
II. MÜVAFİQ DAXİLİ HÜQUQ
A. Rusiya Konstitusiyası
32. Hazırki iş üçün müvafiq olan Konstitusiya normaları aşağıdakılardır :.
Maddə 23
« 1. Hər kəs şəxsi həyatının toxunulmazlığı, şəxsi və ailə sirlərinin məxfiliyinin və ləyaqət və şərəfinin müdafiəsi hüququna malikdir.
2. Hər kəsin yazışma, telofon danışıqları, poçt, teleqraf və digər rabitə vasitələrilə ötürülən məlumatın sirrini saxlamaq hüququ var. Bu hüquq yalnız məhkəmə qərarı ilə məhdudlaşdırıla bilər. »
Maddə 55
« 1. Konstitusiyada nəzərdə tutulmuş əsas hüquq və azadlıqlar şəxslərin və vətəndaşların digər hüquq və azadlıqlarının inkar edilməsi və məhdudlaşdırılması kimi şərh edilə bilməz.
2. İnsan və vətəndaş hüquq və azadlıqlarını tanımayan və məhdudlaşdıran heç bir qanun Rusiya Federasiyasında qəbul edilə bilməz.
3. Federal qanun insan və vətəndaş hüquq və azadlıqlarını yalnız o halda məhdudlaşdıra bilər ki, bu, Konstitusiya quruluşunun əsaslarının, mənəviyyatın, sağlamlığın, başqalarının hüquqlarının və legitim maraqlarının qorunması, [və ya] Dövlətin müdafiəsi və təhlükəsizliyinin təmin edilməsi məqsədi daşısın. »
Article 71 o)
« Rusiya Federasiyası məhkəməsi [aşağıdakı məsələləri] əhatə edir :
(...)
o) məhkəmə sisteminin təşkili, prokurorluq, cinayət hüququ, cinayət-prosessual qanunvericilik, cinayət sanksiyasının icrası, amnistiya və əfv, mülki hüquq, mülki-prosessual qanunvericilik və kommersiya məhkəməsindəki proses, eləcə də əqli mülkiyyət hüququnun tənzimlənməsi ; (...) »
B. 13 iyun 1996-ci il tarixli Cinayət Məcəlləsi
33. Hazırki iş üçün müvafiq olan Cinayət Məcəlləsinin normaları aşağıdakılardır:
1. Ümumi müddəalar
Maddə 43 (Cəzanın anlayışı və məqsədləri)
« 1. Cəza məhkəmə hökmü ilə təyin edilən dövlət məcburiyyəti tədbirləridir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində hazırki Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.
2. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. »
Maddə 57 (Ömürlük azadlıqdan məhrumetmə)
« 1. Ömürlük azadlıqdan məhrumetmə başqasının həyatının və ya sağlamlığının əleyhinə, mənəviyyat, təhlükəsizlik və on dörd yaşı tamam olmamış az yaşlı uşaqların cinsi toxunulmazlığı əleyhinə törədilmiş xüsusilə ağır cinayətlərə görə müəyyən edilir.
2. Ömürlük azadlıqdan məhrumetmə qadınlara, cinayət törədərkən on səkkiz yaşı tamam olmamış şəxslərə, habelə hökm çıxarılanadək altmış beş yaşına çatmış kişilərə tətbiq edilmir. »
Maddə 58 (Azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş şəxslər üçün penitensiar müəssisələrin seçilməsi)
« 1. Azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş şəxslər törətdikləri cinayətin ağırlığına görə aşağıdakı penitensiar müəssisələrdə cəzalarını cəkirlər :
– ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə və ya az ağır və ya ağır cinayətlərə görə əvvəllər azadlıqdan məhrumetməyə məhkum olunmamış şəxslər üçün məntəqə tipli koloniyalar (колония-поселение) ;
– ağır cinayətlər törətməyə görə əvvəllər azadlıqdan məhrumetməyə məhkum olunmamış kişilər üçün və ağır və xüsusilə ağır cinayətlər törətməyə görə, habelə cinayətlərin residivi zamanı, əvvəllər azadıqdan məhrumetmə cəzasına məhkum edilmiş qadınlar üçün ümumi rejimli penitensiar koloniyalar (исправительная колония общего режима) ;
– xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş kişi, habelə cinayətlərin residivi və ya cinayətlərin xüsusi təhlükəli residivi zamanı, əvvəllər azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş şəxslər üçün ciddi rejimli penitensiar koloniyalar (исправительная колония строго режима) ;
– ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, habelə cinayətlərin residivi zamanı, kişilər üçün xüsusi rejimli penitensiar koloniya (исправительная колония особого режима) ;
– həbsxana (тюрьмы) : xüsusilə ağır cinayətlər törətməyə görə beş ildən artıq müddətə azadlıqdan məhrumetməyə məhkum olunmuş kişilərlə bağlı, habelə cinayətlərin xüsusi təhlükəli residivi zamanı səlahiyyətli məhkəmə cəzanın bir hissəsinin həbsxanada çəkilməsi haqqında qərar qəbul edə bilər :
xüsusi rejimli penitensiar koloniyalar aşağıdakı kateqoriyalı məhkumların həbsi üçün nəzərdə tutulur :
(...)
d) ömürlük azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslər, eləcə də xüsusi təhlükəli residivistlər (...) »
Maddə 79 (Şərti azadlıq)
« (...)
5. Məhkəmə ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxsin cəzanı tam çəkməsinə lüzum olmadığı qənaətinə gələrsə və ya həmin şəxs cəzasının iyirmi beş il müddətini çəkmiş olarsa, o, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilə bilər. [Belə bir tədbirin tətbiqi] məhkum olunmuş şəxsin azadlığa buraxılmadan əvvəlki üç il ərzində penitensiar koloniya intizamını təkrarən pozmadığı halda mümkündür. Cəzaçəkmə müddətində başqa ağır və ya xüsusilə ağır cinayət törədən şəxs şərti olaraq vaxtından əvvəl azadlığa buraxıla bilməz (...) ».
2. Rusiya cinayət hüququnda ömürlük azadlıqdan məhrumetmə cəzası
34. Ömürlük azadlıqdan məhrumetmə cəzası rəhmdillik qaydası olaraq ölüm cəzasını əvəz edən cəza kimi köhnə Cinəyət Məcəlləsinə (1960-cı il) daxil edilmişdir. Bu cəza 1996-cı ilin Cinayət Məcəlləsinin cəzalar sistemi ilə bağlı hissəsinə daxildir və başqasının həyatının əleyhinə (maddə 159 § 2 – xüsusilə ağır qətl), on dörd yaşı tamam olmamış az yaşlı uşaqların cinsi toxunulmazlığı əleyhinə (maddələr 131 § 5, 132 § 5, 134 § 6 – az yaşlı uşaqlara qarşı müxtəlif cinsi zorakılıq halları), təhlükəsizlik əleyhinə (maddələr 205 § 3, 205.3 §§ 3 və 4, 211 § 4, 205.1 § 4, 205 § 3, 205.4 § 1, 205.5 § 1, 206 § 4 – terrorizmlə bağlı müxtəlif cinayətlər ; maddə 210 § 4 – cinayətkar qrupların təşkili və onlara rəhbərlik etmə ; maddə 211 § 4 – təyyarələrin, gəmilərin və qatarların qaçırılması ilə bağlı ağır cinayətlər ; maddələr 228.1 § 5 və 229.1 § 4 – narkotik maddələr haqqında qanunla bağlı müxtəlif ağır cinayətlər ; maddə 281 § 3 – təxribatla bağlı ağır cinayətlər ; maddə 295 – məhkəməyə rəhbərlik edən və ya cinayət üzrə ilkin istintaq aparan şəxsin həyatına qəsd etmə ; maddə 57 – soyqırım). törədilmiş xüsusilə ağır cinayətlərə görə tətbiq edilir.
35. Ölüm cəzası müstəsna cəza tədbiri kimi başqasının həyatının əleyhinə törədilmiş xüsusilə ağır cinayətlərə görə tətbiq edilir (maddə 59 § 1).
36. Ölüm cəzası rəhmdillik qaydası olaraq ömürlük azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilə bilər (maddə 59 § 3). Ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş şəxs cəzasını digər məhbuslardan ayrı olaraq, xüsusi rejimli penitensiar koloniyada çəkməlidir. Məhkəmə ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxsin cəzanı tam çəkməsinə lüzum olmadığı qənaətinə gələrsə və ya həmin şəxs cəzasının iyirmi beş il müddətini çəkmiş olarsa, o cəzadan şərti olaraq vaxtından əvvəl azad edilə bilər (maddə 79 § 5).
C. 8 yanvar 1997-ci il tarixli Cinayət Cəzalarının İcrası Məcəlləsi
1. Ətraf aləmlə əlaqələrlə bağlı ümumi qaydalar
37. Bu məcəllənin 89-cu maddəsinin 1-ci bəndinə əsasən məhkumlar penitensiar koloniya daxilində maksimum dörd saatadək qısa müddətli görüş və maksimum üç günlük uzun müddətli görüş almaq hüququna malikdirlər. Uzun müddətli görüşlər məhrəmliyin qorunduğu otaqda keçirilir. Qısa görüşlər məhkumlara öz ailə üzvləri və başqa şəxslərlə görüşmək imkanı verir. Bu görüşlər dörd saat ərzində nəzarətçinin iştirakı ilə (maddə 89 §§ 1 və 2) davam edir və bu zaman məhkum(lar) və görüşə gələn(lər) bir-birindən şüşə arakəsmə və metal barmaqlıqlarla ayrılır(lar). Müəyyən olunmuş məhdud hallarda penitensiar koloniyadan kənarda məhkumlara maksimum beş günlük uzun müddətli görüş verilir. Uzun müddətli görüşlər məhkumlara öz həyat yoldaşları, valideynləri, övladları, həyat yoldaşının valideynləri, kürəkənləri və gəlinləri, bacı və qardaşları, nənə və babaları, nəvələri və penitensiar koloniyanın rəisinin icazəsi ilə digər şəxslərlə görüşmək imkanı verir.
38. 29 yanvar 2014-cü il tarixli AKPI13-1283 saylı qərarda Rusiyanın Ali Məhkəməsi hesab etmişdir ki, penitensiar koloniyanın rəisi müəyyən olunmuş məhdud hallarda, xüsusilə, məhkumla ailə bağı olmayan şəxslər uzun müddətli görüş almaq üçün müraciət etdikdə (maddə 89 § 2) və ya görüş imkanı Məcəllədə nəzərdə tutulmadıqda (məsələn, uzun müddətli görüşlə bağlı cəzaçəkmə müddətinin ilk on ilində müraciət olunduqda və ya icazə verilmiş görüşlərin sayı qoyulan həddi keçdikdə) görüş almaqla bağlı müraciəti rədd edə bilər. Bundan başqa, Məcəllənin 118-ci maddəsinə əsasən penitensiar müəssisənin daxili intizam qaydalarını pozduğuna görə intizam və cərimə təcridxanasına salınmış məhkuma görüş almağa icazə verilmir.
39. 89-cu maddənin 3-cü bəndinə müvafiq olaraq məhkumların müraciətinə əsasən uzun görüş qısa görüşlə və uzun və ya qısa görüş telefon zəngi ilə əvəz edilə bilər.
40. Bütün məhkumlar qeyri-məhdud sayda məktub, açıqca və teleqram almaq və göndərmək hüququna malikdir (maddə 91 § 1). Məhkumların yaxınları ilə yazışmalarına və aldıqları bağlamalara sistemli bir şəkildə penitensiar koloniyanın işçi heyəti tərəfindən nəzarət olunur (maddələr 90 § 4 və 91 § 1).
2. Rusiya penitensiar koloniyalarının növləri və rejimləri
41. Cinayət Məcəlləsinin 58-ci maddəsinə əsasən (yuxarıda qeyd edilən 33-cü bənd) məhkumlar öz cəzalarını təqsirli bilindikləri cinayətlərin ağırlığına görə mövcud olan beş növ əsas penitensiar koloniyanın bu və ya digərində çəkirlər. Müxtəlif növ koloniyalarda məhkumlara fərqli amillərdən asılı olaraq, xüsusilə, törətdikləri cinayətlərin ağırlığına və həbsxanadakı davranışlarına görə üç növ penitensiar rejimdən bu və ya digəri, yəni adi rejim, yüngülləşdirilmiş rejim və ciddi rejim təyin edilir. Həbsxanalarda iki növ saxlanma şəraiti mövcuddur : ciddi və ümumi saxlanma rejimi.
42. Cinayət cəzalarının icrası məcəlləsinin 129-cu maddəsinə əsasən, məntəqə tipli koloniyalarda cəzasını çəkən məhkumlar koloniya rəisinin icazəsi ilə koloniya daxilində ailə üzvləri ilə yaşaya bilər.
43. Eyni Məcəllənin 121-ci maddəsinə əsasən ümumi rejimli penitensiar koloniyalarda məhkumların ətraf aləmlə əlaqəsi aşağıdakı qaydada məhdudlaşdırılır :
a) il ərzində altı qısa və dörd uzun müddətli görüş almaq və adi rejimli koloniyada altı böyük və altı kiçik bağlama almaq (yeni qəbul edilmiş məhkumlara və ya əvəllər yaxşılaşmış və ya pisləşmiş davranışlara görə ciddi rejimdə və ya yüngülləşdirilmiş rejimdə saxlanılan məhkumlara tətbiq edilir – maddə 120) ;
b) il ərzində altı qısa və altı uzun müddətli görüş almaq və yüngülləşdirilmiş rejimli koloniyada dörd böyük və dörd kiçik bağlama almaq (yeni qəbul edilmiş məhkumlara, onların nümunəvi davranışı və əməyə vicdanlı münasibəti nəzərə alınmaqla, cəza müddətinin ilk altı ayını çəkdikdən sonra tətbiq edilir – maddə 120) ;
c) il ərzində iki qısa və iki uzun müddətli görüş almaq və ciddi rejimli koloniyada on iki böyük və on iki kiçik bağlama almaq (penitensiar koloniyanın daxili intizam qaydalarını dəfələrlə pozan məhkumlara tətbiq edilir, bu məhkumlar adi rejimli koloniyalara yalnız cəzanın altı ay müddətini çəkdikdən sonra keçirilə bilər – maddə 120).
44. Məcəllənin 123-cü maddəsinə əsasən ciddi rejimli penitensiar koloniyalarda məhkumların ətraf aləmlə əlaqəsi aşağıdakı qaydada məhdudlaşdırılır :
a) il ərzində üç qısa və üç uzun müddətli görüş almaq və adi rejimli koloniyada üç böyük və üç kiçik bağlama almaq (azalıqdan məhrumetmə növündə çəzanın icrası zamanı qəsdən törədilmiş cinayətlərə görə məhkum edilmiş şəxslər istisna olmaqla bütün yeni qəbul edilmiş məhkumlara, eləcə də yaxşılaşmış və ya pisləşmiş davranışlara görə əvvəllər ciddi və ya yünğülləşdirilmiş rejimdə saxlanılan məhkumlara tətbiq edilir – maddə 122) ;
b) il ərzində dörd qısa və dörd uzun müddətli görüş almaq və yüngülləşdirilmiş rejimli koloniyalarda dörd böyük və dörd kiçik bağlama almaq (cəzasının ilk doqquz ay müddətini bitirmiş məhkumlara, onların nümunəvi davranışı və əməyə vicdanlı münasibəti nəzərə alınmaqla tətbiq edilir – maddə 122) ;
c) il ərzində iki qısa və bir uzun müddətli görüş almaq və ciddi rejimli koloniyada iki böyük və iki kiçik bağlama almaq (penitensiar koloniyanın daxili intizam qaydalarını dəfələrlə pozan məhkumlara tətbiq edilir. Bu məhkumlar yalnız cəza müddətinin doqquz ayını çəkdikdən sonra təkrarən adi rejimli koloniyaya keçirilə bilər ; cəzanın icrası zamanı qəsdən törədilmiş cinayətlərə görə məhkum edilmiş şəxslər birbaşa həmin rejimdə saxlanılır – maddə 122).
45. Məcəllənin 130-cu maddəsinə əsasən həbsxanalarda iki saxlanma rejimi mövcuddur : ümumi və ciddi saxlanma rejimi. Ümumi rejimdə məhkumların ətraf aləmlə əlaqəsi il ərzində iki qısa və iki uzun müddətli görüş olmaqla məhdudlaşdırıldığı halda, ciddi rejimdə məhkumların il ərzində iki qısa müddətli görüş almaq hüququ var.
46. Yeni qəbul edilmiş bütün məhkumlar və ya adi rejimdə saxlanılan məhkumlar penitensiar koloniyanın daxili intizam qaydalarını dəfələrlə pozduğundan cəzanı ciddi rejimli koloniyada çəkirlər. Onlar cəza müddətinin ilk bir ilini çəkdikdən sonra təkrarən adi rejimli koloniyaya keçirilə bilərlər (maddə 130).
3. Xüsusi rejimli penitensiar koloniyalarda saxlanma
47. Bu növ müəssisələrdə məhkumlara aşağıdakı daxili rejimlərdən biri müəyyən edilir.
a) Adi rejim
48. Adi rejimli koloniyalarda məhkumlar ümumi hücrələrdə yerləşdirilir və il ərzində iki qısa və iki uzun müddətli ailə görüşləri almaq hüququna malikdir (maddə 125 § 1). Onlar həmçinin, il ərzində üç böyük və üç kiçik bağlama ala bilərlər. Bu rejim, azadlıqdan məhrumetmə növündə cəzanın icrası zamanı qəsdən törədilmiş cinayətlərə görə məhkum olunmuş şəxslər istisna olmaqla (aşağıda qeyd edilən 52-ci paraqrafa), bütün yeni qəbul edilmiş məhkumlara, eləcə də yaxşılaşmış və pisləşmiş davranışlarına görə əvvəllər ciddi və ya yüngülləşdirilmiş rejimlərdə saxlanılan məhkumlara tətbiq edilir(maddə 124).
b) Yüngülləşdirilmiş rejim
49. Yüngülləşdirilmiş rejimli koloniyalarda məhkumlar ümumi hücrələrdə yerləşdirilir və il ərzində üç qısa və üç uzun müddətli ailə görüşləri almaq hüququna malikdirlər (maddə 125 § 2). Bu məhkumlar həmçinin il ərzində dörd böyük və dörd kiçik bağlama almaq hüququna malikdirlər. Əvvəllər adi rejimdə saxlanılan məhkumlar cəzanın icra qaydalarını pozmaması və əməyə vicdanla yanaşması şərtilə cəza müddətinin ilk bir ilini çəkdikdən sonra təkrarən adi rejimli koloniyaya keçirilə bilər (maddə 124).
c) Ciddi rejim
50. Ciddi rejimli koloniyalarda məhkumlar təkadamlıq hücrələrdə yerləşdirilir və il ərzində iki qısa müddətli görüş almaq hüququna malkdirlər (maddə 125 § 3). Məcəlləyə əsasən ciddi rejimdə saxlanılan məhkumlar uzun müddətli ailə görüşləri hüququna malik deyillər. Bu rejimdə saxlanılan məhkumlar il ərzində bir böyük və bir kiçik bağlama ala bilərlər (maddə 125 § 3). Bu rejim penitensiar koloniyanın daxili intizam qaydalarını dəfələrlə pozmuş məhkumlara tətbiq edilir və bu məhkumlar cəza müddətinin bir ilini çəkdikdən sonra adi rejimli koloniyaya təkrarən keçirilə bilər. Cəzanın icrası müddətində qəsdən törədilmiş cinayətlərə görə məhkum edilmiş şəxslər birbaşa bu rejimdə saxlanılırlar (maddə 124).
51. Ciddi rejimli koloniyalarda saxlanılan məhkumlar yalnız şəxsi həyatla bağlı müstəsna hallarda telefonla zəng edə bilərlər (maddə 92 § 3), və onların telefon danışıqlarına penitensiar koloniyanın işçi heyəti tərəfindən nəzərət edilir (maddə 92 § 5).
d) Ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş şəxslərə tətbiq edilən qaydalar
52. Ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş bütün şəxslər üçün xüsusi rejimli penitensiar koloniyaya gəldiklərində xüsusi saxlanma şəraiti müəyyən edilir və cəzalarını maksimum ikinəfərlik hücrədə digər məhkumlardan ayrılıqda çəkirlər (maddələr 126 və 127 § 3). Məhkumlar cəza müddətinin ən az on ilini çəkdikdən sonra adi rejimli koloniyaya keçirilə bilərlər. Bu on il müddət əsasən onların həbs olunduğu tarixdən etibarən hesablanır (maddə 127 § 3). Məhkum cox ciddi cəzaya layiq davranışa görə intizam və cərimə təcridxanasına salındıqda on il müddət onun həbsi tarixindən deyil, xüsusi rejimli penitensiar koloniyaya gəldiyi tarixdən etibarən hesablanır. Ömürlük azadlıqdan məhrumetmə növündə cəzaya məhkum olunmuş şəxs adi rejimli koloniyada cəza müddətinin ən az on ilini çəkdikdən sonra yüngülləşdirilmiş rejimli koloniyaya keçirilə bilər (maddə 127 § 3).
53. Daxili intizam qaydalarını qərəzli pozan məhkum, vəziyyətdən asılı olaraq yüngülləşdirilmiş rejimli koloniyadan adi rejimli koloniyaya və ya adi rejimli koloniyadan ciddi rejimli koloniyaya keçiriləcək. Yüngülləşdirilmiş və adi rejimli koloniyaya təkrarən keçirilmə yalnız on il həbs müddəti bitdikdən sonra nəzərdən keçirilə bilər (maddə 127 § 5).
D. Ədliyyə Nazirliyinin 3 noyabr 2005-ci ildə (no 205) təsdiq etdiyi Penitensiar müəssisələr daxilində tətbiq edilən qaydalar
54. Bu qaydaların müvafiq müddəalarında deyilir.
1. Fəsil XIV :Məhkumlarla görüşə icazə proseduru
« (...) 68. Məkumun və ya ziyarətçinin müraciəti ilə bütün görüşlərə penitensiar müəssisənin rəisi və ya onun əvəzləyicisi icazə verir (...) [Rədd edilmə əsasları qeyd edilməlidir].
(...)
72. (...) Görüşləri birləşdirmək və ya paçalamaq qadağandır (...)
(...)
74. Məhkum olunmuş şəxs yetkinlik yaşına çatmamış qardaş və bacıları, uşaqları və nəvələrinin müşayiəti ilə maksimum iki yetkin şəxslə görüşmək (...) hüququna malikdir.
75. [ailə üzvlərindən] kənar şəxslərlə uzun müddətli görüşlərə yalnız o zaman icazə verilə bilər ki, müdriyyətin fikrincə, bu şəxslər məhkum üçün zərərli hesab edilməsinlər (...)
(...)
82. Görüş növünün dəyişdirilməsi və ya görüşün telefon zəngi ilə əvəz edilməsi məhkumun yazılı müraciətinə əsasən olmalıdır. »
2. Fəsil XV : Məhkumların telefon zəngi etməsinə icazə vermə proseduru
« (...) 85. Zəng ediləcək şəxsin ünvanını və telefon nömrəsini, eləcə də zəngin müddətini (bu müddət on beş dəqiqədən artıq ola bilməz) qeyd etməklə yazılı şəkildə müraciət edən bütün məhkumlara zəng etmək üçün icazə verilir.
86. Telefon zənglərinin haqqı məhkumların şəxsi vəsaiti hesabına və ya yaxınları və ya [maraqlı] şəxslərin tərəfindən ödənilir. Telefon zənglərinə penitensiar müəssisənin işçi heyəti tərəfindən nəzarət edilir.
(...)
89. Ciddi rejimli kolniyalarda saxlanılan məhkumların müstəsna hallarda telefonla zəng etmək hüququ var (məsələn, yaxın qohumunun vəfatı və ya ağır xəstəliyi, məhkuma və ailəsinə ciddi maddi zərər vuran təbii fəlakətlər halında) (...) ».
E. Konstitusiya Məhkəməsinin təcrübəsi
55. Konstitusiya Məhkəməsi xüsusi rejimli penitensiar koloniyalarda tətbiq edilən ciddi rejimdə saxlanma şəraiti ilə bağlı müddəaların konsitusionallığı məsələsini dəfələrlə nəzərdən keçirmişdir.
1. 21 dekabr 2004-cü il tarixli 466-O saylı qərar
56. Məhkum G. ilə bağlı işdə Konstitusiya Məhkəməsi aşağıdakıları bəyan etmişdir :
« (...) Cənab G cinayət cəzalarının icrası məcəlləsinin 127-ci maddəsinin 3-cü bəndinin qeyri-konstitusion olması haqqında qərar qəbul etməsini Məhkəmədən xahiş etmişdir. O hesab etmişdir ki, bu müddəa məhkumluqdan əvvəl həbsxanada müvəqqəti həbs edilmə müddətini xüsusi rejimli penitensiar koloniyada ciddi saxlanma şəraitində saxlanılması müddətinə hesablamaq imkanını nəzərdən keçirmir və bu da məhkumun [başqa cür mümkün olmayan tez bir zamanda] daha az məhdudlaşdırıcı rejimə keçirilməsinə mane olur (...)
2.1 Konstitusiya Məhkəməsi cinayət cəzalarının icrası məcəlləsinin müddəalarının konstitusionallığı məsələsini artıq nəzərdən keçirmişdir. Bu müddəalar azadlıqdan məhrumetmə növündə cəzanın icra müddətinin hesablanması qaydalarını bəyan edir və məhkumun cəzasının icrası zamanı daha az məhdudlaşdırıcı və ya daha əlverişli şəraitdə saxlanılması imkanına təsir edir..
Cinayət cəzalarının icrası məcəlləsinin 130-cu maddəsinin 1-ci bəndinin müddəalarının konstitusionallığını araşdırdığı iş üzrə 2003-cü il fevarlın 27-də qəbul etdiyi qərarda Konstitusiya Məhkəməsi belə nəticəyə gəlmişdir ki, müvəqqəti həbs müddəti bütün cəza müddətinə, eləcə də şərti azadlığa çıxma haqqına şərait yaradan həbs müddətinin hesablanması üçün nəzərə alınan cəza müddətinə daxil edilməlidir. Konstitusiya Məhkəməsi bildirmişdir ki, belə bir yanaşma beynəlxaq normalara uyğundur (...)
Yuxarıda təsvir edilən hüquqi mövqeni nəzərə alaraq cinayət cəzalarının icrası məcəlləsinin 127-ci maddəsinin 3-cü bəndi müvəqqəti həbs müddətinin və ya məcburiyyət tədbirinin tətbiq edilməsi müddətinin azadlıqdan məhrumetmə cəzasının müddətinə, habelə qanunla müəyyən olunmuş prosedura uyğun olaraq cəzanın ciddi saxlanma şəraitində icrası müddətinə hesablanmasını qadağan edən bir müddəa kimi şərh edilə bilməz (...) »
2. 9 iyun 2005-ci il tarixli 248-O saylı qərar
57. Məhkum cənab Z və onun arvadı tərəfindən qaldırılan işdə Konstitusiya Məhkəməsi aşağıdakı fikirləri ifadə etmişdir :
« (...) Ömürlük azadlıqdan məhrumetmə növündə cəzaya məhkum olunmuş cənab Z. (...), və onun arvadı (...) penitensiar müəssisənin müdriyyətinə uzun müddətli görüş almaq üçün dəfələrlə müraciət etmişdir, belə ki, onlar övlad sahibi olmaq istəyirlər (...) ; cinayət cəzalarının icrası məcəlləsinin 125-ci maddəsinin 3-cü və 127-ci maddəsinin 3-cü bəndi əsas gətirilərək görüşlərlə bağlı müraciətlər rədd edilmişdir. Bu maddələrə əsasən cəzasını xüsusi rejimli penitensiar koloniyada ciddi saxlanma şəraitində çəkən məhkumlar il ərzində iki qısa müddətli görüş almaq hüququna malikdirlər və yalnız cəza müddətinin ilk on ilini çəkdikdən sonra ilk uzun müddətli görüş ala bilərlər.
Z və [onun arvadı] şikayət ərizəsində bu müddəaların konstitusionllığına qarşı etiraz edirlər, çünki bu müddəalar onları övlad sahibi olmaqdan məhrum edir və beləliklə, Konstitusiyanın 23-cü maddəsinin 1-ci bəndi ilə təmin edilən şəxsi həyata hörmət hüquqlarını pozur və onların hüquqlarının məhdudlaşdırılması Konstitusiyanın 55-ci maddəsinin 3-cü bəndində nəzərdə tutulandan daha artıq məhdudlaşdırmadır.
(...)
Konstitusiyanın 55-ci maddəsinin 3-cü bəndi (...) federal qanunvericiyə Konstitusiya quruluşunun əsaslarının, mənəviyyatın, sağlamlığın, başqalarının hüquqlarının və legitim maraqlarının qorunması, [və ya] Dövlətin müdafiəsi və təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə insan və vətəndaş hüquqlarını məhdudlaşdırmağa icazə verir. Belə bir məhdudlaşdırma ilə yanaşı cinayətkarlara dövlət məcburiyyəti tədbiri şəklində cinayət sanksiyası tətbiq edilə bilər. Bu sanksiyalar tətbiq olunduqları müddətcə maraqlı tərəfi bəzi hüquq və azadlıqlarından məhrum etmək və onlar üzərinə xüsusi öhdəliklər qoymaq xüsusiyyətinə malikdir.
Konstitusiyanın 71-ci maddəsinin o) bəndinə əsasən Federal qanun (...) belə bir məhdudlaşdırıcı tədbirlər tətbiq edə bilər.
Azadlıqdan məhrumetmə növündə cəza nəzərdə tutduqda Dövlət həm öz maraqlarına, həm də cəmiyyətin və üzvlərinin maraqlarına uyğun olaraq hərəkət edir. Eyni zamanda [bu cəzanın ] icrası əlaqədar şəxsin həyat ritmini, onun başqaları ilə münasibətlərini dəyişdirir və xüsusi mənəvi və psixoloji nəticələrə malikdir, belə ki, bu icra həmin şəxsin təkcə vətəndaş olaraq deyil, habelə fərd olaraq da hüquq və azadlıqlarını məhdudlaşdırır. Maraqlı tərəfin qeyri-qanuni davranışının nəticəsi olan bu məhdudiyyət mənəviyyatın və başqalarının hüquq və legitim maraqlarının qorunması məqsədilə məhkumun təbii olan azadlıq hüququnun məhdudlaşdıılması zərurətindən irəli gəlir.
Cinayət və cəzanın icrası qanunvericiliyi törədilən cinayətlərin ağırlığına görə bir sıra məhdudlaşdırıcı cinayət sanksiyaları, eləcə də bu sanksiyaların icrası qaydalarını müəyyən edir. Bu sanksiyaları müəyyənləşdirərkən qanun məhkumun digər vətəndaşlarla əsasən eyni hüquq və azadlıqlardan yararlanması prinsipindən çıxış edir. Bu prinsipdə istisna hallar maraqlı tərəfin şəxsiyəti, törətdiyi cinayətlər və müvafiq penitensiar müəssisədə onun üçün nəzərdə tutulan xüsusi rejim ilə bağlıdır.
Cinayət cəzalarının icrası məcəlləsinin 125-ci, 127-ci maddələri və bu məcəllənin digər müddəaları ilə nəzərdə tutulan və ailə üzvləri və başqa şəxslərlə görüşmək proseduru ilə bağlı olan məhdudiyyətlər hər bir cinayətkarın cəzasını müəyyənləşdirmək, cəzanın icrası şəraitini fərqləndirmək və Cinayət Məcəlləsinin 43-cü maddəsinin 2-ci bəndində qeyd edildiyi kimi cəzanın ədaləti bərpa etmək, cinayətkarı islah etmək və başqa cinayətlərin törədilməsinin qarşısını almaqla bağlı məqsədinə nail olmaq üçün lazımi şəraiti yaratmaq məqsədi daşıyır.
Ailə görüşlərinin qanunla nizamlanması zərurəti hər hansı formada həbs edilmiş və ya azadlıqdan məhrum edilmiş bütün şəxslərin müdafiəsi üçün BMT-nın 9 dekabr 1998-ci ildə təsdiq etdiyi Prinsiplər toplusunun müddəalarına, xüsusilə də 19 saylı prinsipinə əsaslanır. (...)
Avropa İnsan Hüquqları Məhkəməsi öz qərarlarında qeyd etmişdir ki, həbsxanalardakı görüşlərlə bağlı 8-ci maddənin üzv Dövlətlərin üzərinə qoyduğu öhdəlikləri dəqiqləşdirmək üçün azadlıqdan məhrumetmənin normal və ağlabatan tələblərinə, nəticədə milli hakimiyyət orqanlarının əlində olan dəyərləndirmə imkanlarının səviyyəsinə nəzər salmaq lazımdır, çünki milli hakimiyyət orqanları « hər cür həbs, mahiyyət etibarilə, maraqlı tərəfin şəxsi və ailə həyatını məhdudlaşdırır » düşüncəsini saxlamaqla məhkumun ailəsi ilə olan əlaqələrini nizamlayır. (...)
Həbsxanada görüşlərin sıxlığına, müddətinə və növünə qoyulan məhdudiyyətlər məhkumu nəzarət altındakı məkanda təcrid etməkdən ibarət olan cəzalandırma tədbirinin qaçınılmaz nəticələridir. Bu nöqteyi-nəzərdən Konstitusiyanın 55-ci maddəsinin 3-cü bəndinə əsasən [ərizəçinin] mübahisələndirdiyi müddəalar özlüyündə azadlıqdan məhrumetmə cəzasının mahiyyətindən irəli gələn məhdudiyyətlərə əlavə məhdudiyyətlər deyildir.
Eyni şəkildə məhdudiyyətlər müxtəlifdir və hər şeydən əvvəl məhkəmənin hökmü ilə cinayətin təbiətinə və cəmiyyət üçün təhlükəlilik dərəcəsinə, cinayətin törədilməsi şəraitinə və cinayət törədən şəxsin şəxsiyyətinə uyğun olaraq təyin edilən cəzanın ağırlığından asılı olaraq dəyişir. Ən çox məhdudiyyət, həyat əleyhinə törədilmiş ən ağır cinayətlərə görə ölüm cəzasının əvəz edilməsindən sonra ömürlük azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslərə (Cinayət Məcəlləsinin 57-ci maddəsinin 1-ci bəndi) və xüsusi rejimli koloniyalarda çəza çəkən şəxslərə qoyulur (Cinayət Məcəlləsinin 58-ci maddəsinin 1-ci bəndinin 2-ci abzası).
(Konstitusiyanın 23-cü maddəsinin 1-ci bəndində təsbit edilən) şəxsi həyat hüququ şəxsin öz şəxsi məlumatlarına nəzarət etmək və şəxsi və məhrəm xarakterli məlumatların yayılmasına mane olmaq kimi Dövlət tərəfindən təmin edilən imkandır. « Şəxsi həyat » anlayışı birbaşa fərdlə bağlı olan insan fəaliyyəti sahəsini ehtiva edir və yalnız fərdə aiddir və ona qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, Dövlət və cəmiyyət tərəfindən nəzarət edilmir. Bununla belə, Avropa İnsan Hüquqları Məhkəməsinin də qeyd etdiyi kimi, « 8-ci maddənin məqsədi dövlət hakimiyyəti orqanlarnın özbaşına müdaxilələrinə qarşı fərdi müdafiə etməkdir ». Vətəndaşın şəxsi həyatına özbaşına müdaxilə etməkdən uzaq olan Dövlət həbs cəzası tətbiq etməklə yalnız cəmiyyətin maraqlarının müdafiə edilməsi missiyasını yerinə yetirir (...)
Oxşar cinayətləri törətmək istəyən şəxs nəticədə, azadlıqdan məhrumetmə və hüquq və azadlıqlarinin, habelə şəxsi həyat hüququnun, şəxsi və ailə əlaqələrinin sirrinin və beləcə övlad sahibi olmaq imkanının məhdudlaşdırılması növündə cəzalandırılacağına hazır olmalıdır. Belə bir cinayət törətməklə şəxs şüurlu olaraq özünü və ailəsini bü cür məhdudiyyətlərə məhkum edir.
Beləliklə, həyat əleyhinə törədilmiş xüsusilə ağır cinayətlərə görə ömürlük azadlıqdan məhrumetməyə məhkum edilmiş şəxslərin cəzanın ən az on il müddətini çəkdikdən sonra uzun müddətli görüş almaq hüququna malik olması ilə bağlı mübahisəli müddəalar qanunvericinin səlahiyyətləri çərçivəsində qəbul edilib və bütünlükdə cəmiyyətin maraqları ilə fərdin maraqları arasındakı ədalətli tarazlığı pozmur (...). »
III. MÜVAFİQ BEYNƏLXALQ HÜQUQ VƏ TƏCRÜBƏ
A. Avropa Şurası
1. Nazirlər Komitəsi
58. Avropa Penitensiar Qaydalarına dair Nazirlər Komitəsinin üzv Dövlətlərə 11 yanvar 2006-cı il tarixli Rec(2006)2 saylı Tövsiyyəsində deyilir :
« I Hissə
Əsas prinsiplər
1. Azadlıqdan məhrum edilmiş bütün şəxslərlə davranış zamanı onların hüquqlarına hörmət edilməlidir.
2. Azadlıqdan məhrum edilmiş şəxslər məhkum olunduqları və həbsdə saxlandıqları qanuna və məhkəmənin qərarına əsasən məhrum olunmadıqları bütün hüquqları saxlayırlar.
3. Azadlıqdan məhrum edilmiş bütün şəxslərə tətbiq olunan məhduduyyətlər onun tətbiqinin əsas məqsədinə uyğun və minimal olmalıdır.
4. Məhbusların insan hüquqlarının pozulması ilə müşayiət edilən şəraitdə saxlanması vəsaitin çatışmaması ilə şərtləndirilə bilməz.
5. Azadlıqdan məhrum etmə yerlərində həyat, imkan daxilində cəmiyyətdəki həyatın müsbət cəhətlərinə yaxın olmalıdır.
6. Həbsdə saxlanma elə təşkil olunmalıdır ki, bu azadlıqdan məhrum edilmiş şəxslərin cəmiyyətə qayıdışına kömək etsin.
(...)
II Hissə
(...)
Xarici aləmlə əlaqələr
24.1 Məhbuslara kifayət qədər tez-tez öz ailələri, digər şəxslər və kənar təşkilatların nümayəndələri ilə poçt, telefon və yaxud digər kommunikasiya vasitələrinin köməyi ilə əlaqə saxlamasına, habelə göstərilən şəxslərin məhbuslara baş çəkməsinə icazə verilir.
24.2 Cinayət təqibinin davam etdirilməsi, ictimai qaydanın və təhlükəsizliyin qorunması, cinayətlərin qarşısının alınması və cinayətdən zərər çəkmiş şəxslərin müdafiəsi zəruri olduqda əlaqə və başçəkmələr məhdudlaşdırıla və yaxud nəzarətə götürülə bilər, lakin belə məhdudiyyətlər, məhkəmə tərəfindən müəyyən olunan xüsusi məhdudiyyətlər daxil olmaqla minimal əlaqə səviyyəsini saxlamalıdırlar.
24.3 Milli qanunvericilikdə məhbuslarla əlaqəsi məhdudlaşdırılmayan milli, beynəlxalq təşkilatlar və vəzifəli şəxslər göstərilməlidir.
24.4 Başçəkmələr elə təşkil olunmalıdır ki, məhbusların təbii şəkildə ailə əlaqələrini maksimal saxlamaq və möhkəmləndirmək imkanı olsun.
24.5 Penitensiar müəssisələrin müdriyyəti məhbuslara xarici aləmlə adekvat əlaqələri saxlamağa kömək edir və bu məqsədlə onlara müvafiq maddi kömək göstərir.
(...)
VIII Hissə
Məhkum edilmiş məhbuslar
Məhkum olunmuş məhbuslar üçün rejimin məqsədi
102.1 Bütün məhbuslara tətbiq edilən Qaydalardan əlavə, məhkum olunmuş məhbuslar üçün rejim onların cinayət törətmədən, məsuliyyətli həyat tərzi keçirmələrinə yönəlməlidir.
102.2 Azadlıqdan məhrum etmə öz-özlüyündə cəzadır, buna görə də məhkum edilmiş məhbuslar üçün rejim onların iztirablarını artırmamalıdır. »
59. Avropa Penitensiar Qaydalarına dair Nazirlər Komitəsinin üzv Dövlətlərə Rec(2006)2 saylı Tövsiyyəsi ilə bağlı Şərhində Cinayət Problemləri üzrə Avropa Komitəsi (« lCPAK ») fikrincə, 2 saylı Qayda qeyd edir ki, məhbusların azadlıq hüququnu itirməsi avtomatik olaraq onların siyasi, mülki, sosial, iqtisadi və mədəni hüquqlardan məhrum edilməsi kimi başa düşülməməlidir. CPAK hesab edir ki, məhkumlara azadlıqdan məhrum edilməsi səbəbilə məhdudiyyətlər tətbiq edilməsi qaçınılmazdır, lakin o əlavə edir ki, əlavə məhdudiyyətlər mümkün qədər az olmalı, qanunla nəzərdə tutulmalı və əsasən də həbsxanalarda nizam-intizamın, əmin-amanlığın və təhülkəsizliyin qorunub saxlanılması məqsədilə tətbiq edilməlidir. Nəhayət, CPAK-nın fikrincə, tətbiq edilən məhdudiyyətlər Avropa Penitensiar Qaydalarını pozmamalıdır.
60. CPAK-nın fikrincə, 5 saylı Qayda tələb edir ki, penitensiar müəssisələrin müdriyyəti azadlıqdan məhrumetmə yerlərində həyat şəraitinin, imkan daxilində, normal həyat şəraitlərinə yaxınlaşdırılmasında fəal surətdə iştirak etməlidir.
61. Xarici aləmlə əlaqələrə gəlincə, CPAK aşağıdakıları bəyan edir :
« Azadlıqdan məhrumetmə mütləq şəkildə xarici mühitlə əlaqələrin kəsilməsinə gətirib çıxarmamalıdır. Əksinə, bütün məhkumlar müəyyən əlaqələr saxlamaq hüququna malikdir və penitensiar müəssisələrin müdriyyəti bu əlaqələri mümkün qədər yaxşı səviyyədə saxlamağa imkan verən şəraiti yaratmağa səy göstərməlidir. »
62. Xüsusilə, ailə görüşlərini xatirladaraq, CPAK aşağıdakıları qeyd edir :
« « ailə » termini məhkumun bir şəxslə qurmuş olduğu münasibəti ehtiva etmək məqsədilə geniş mənada başa düşülməlidir. Bu münasibət – hətta rəsmiləşdirilməmiş olsa belə– ailə üzvlərinin münasibəti ilə müqayisə edilir.
İnsan Hüquqları üzrə Avropa Konvensiyasının 8-ci maddəsi hər kəsin şəxsi və ailə həyatına hörmət hüququnu təmin edir və 24 saylı Qayda azadlıqdan məhrumetmə yerlərinin, mahiyyət etibarilə, məhdudlaşdırıcı şəraitində bu hüquqlara hörmət edilməsini təmin etmək üçün penitensiar müəssisə müdriyyətinin öhdəliklərini müəyyən edən qayda kimi nəzərdən keçirilə bilər. Həmçinin bu Qayda əlaqənin xüsusilə əhəmiyyətli formasını təşkil edən görüşləri də əhatə edir.
(...) »
63. Nazirlər Komitəsi ömürlük və uzunmüddətli həbs cəzası almış məhbuslarla bağlı bir sıra qətnamələr qəbul etmiş və tövsiyyələr hazırlamışdır. Uzunmüddətli həbs cəzası almış məhbuslarla rəftara dair 17 fevral 1976-cı il tarixli 76(2) saylı ilk Qətnaməsində Nazirlər Komitəsi xüsusilə üzv Dövlətlərə :
« 1. Uzunmüddətli həbs cəzasının yalnız cəmiyyətin müdafiəsi üçün zəruri olan hallarda tətbiq edilməsini nəzərdə tutan cinayət siyasətini yürütməyi ;
2. bu cəzaların icrası zamanı adekvat rejimi yaxşılaşdırmaq üçün qanunvericilik və inzibati tədbirləri qəbul etməyi ;
(...)
6. məhkumları iştirak edə biləcəkləri bütün müvafiq sahələrə mərhələ-mərhələ daxil etməklə onları məsuliyyətli olmağa təşviq etməyi ;
(...)
9. şərti olaraq vaxtından əvvəl azad edilmənin onlara tətbiq edilib-edilə bilinməyəcəyini aydınlaşdırmaq üçün mümkün qədər tez bir zamanda məhkumların vəziyyətinin nəzərdən keçirilməsini təmin etməyi ;
10. ümumi preventiv tədbir, şərti azadlığa buraxılmadan imtina edilməsini əsaslandırmadığından, cəza müddəti ilə bağlı qanuni tələblər nəzərə alınmaqla, münasib şərait yarandığı andan etibarən məhkumları şərti olaraq vaxtından əvvəl azad etməyi ;
11. uzunmüddətli həbs cəzalarının idarə edilməsində tətbiq edilən prinsiplərin eynisini ömürlük azadlıqdan məhrumetmə cəzası üçün də müəyyənləşdirməyi ;
12. ən gec səkkiz ildən 14 ilədək həbs müddətindən sonra 9-cu bənddə nəzərdə tutulan yoxlama həyata keçirilməyibsə, bu yoxlamanın keçirilməsini və müntəzəm olaraq təkrarlanmasını təmin etməyi (...) tövsiyyə edir».
64. Uzunmüddətli və ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş şəxslərin penitensiar müəssisə müdriyyəti tərəfindən idarəsinə dair Nazirlər Komitəsinin 9 oktyabr 2003-cü il tarixli Rec(2003)23 saylı Tövsiyyəsində deyilir :
« 2. Ömürlük və uzunmüddətli həbs cəzasına məhkum edilmiş şəxslərin idarəsinin məqsədləri aşağıdakı qaydada olmalıdır :
– azadlıqdan məhrumetmə yerlərinin məhkumlar, onlarla işləyən şəxslər və onlara baş çəkənlər üçün əmin və təhlükəsiz məkanlar olmasına nəzarət etmək ;
– uzunmüddətli və ömürlük həbs cəzasının səbəb olacağı mənfi halları azaltmaq ;
– bu məhkumların uğurla cəmiyyətə qayıtmaq və azadlığa çıxdıqdan sonra qanunlara hörmət edən bir həyat tərzi keçirmək imkanını artırmaq və yaxşılaşdırmaq. (...)
22. Ailə bağlarının qırılmaması üçün xüsusi səy göstərmək. Bu məqsədlə aşağıdakılar yerinə yetirilməlidir :
– Məhkumlar imkan daxilində ailələrinin və yaxınlarının yaxınlığında yerləşən həbsxanalara yerləşdirilməlidir ;
– yazışmalara, telefon danışıqlarına və başçəkmələrə olduqca tez-tez və mümkün qədər məhrəmliyin qorunması ilə icazə verilməlidir. Əgər belə hallar əmin-amanlığı və ya təhlükəsizliyi pozursa və ya təhlükələrin dəyərləndirilməsi buna əsas verirsə, bu əlaqələr zamanı yazışmalara nəzarət edilməsi və ziyarətlərdən əvvəl və sonra axtarışlar keçirilməsi kimi əsaslandırılmış təhlükəsizlik tədbirləri keçirilməlidir.
(...)
33. Uzunmüddətli həbsdən sonra cəmiyyətdə qanunlara hörmət edən bir həyat tərzinə keçmək problemini aradan qaldırmaqda ömürlük və uzunmüddətli həbs cəzası almış məhkumlara kömək etmək üçün onların azadlığa buraxılma şəraiti kifayət qədər əvvəldən hazırlanmalı və və bunun üçün aşağıdakılar nəzərə alınmalıdır :
– təhlükələri və müvafiq ehtiyacları nəzərə alaraq azadlığa buraxılmadan əvvəl və sonrakı şəraitlə əlaqədar xüsusi layihələrin işlənib hazırlanması vacibliyi ;
– azadlığa buraxılmaq üçün müvafiq imkanların diqqətlə nəzərdən keçirilməsi və azadlığa buraxıldıqdan sonra həbs cəzası müddətində məhkumların qatıldıqları proqramların, tədbirlərin və aldıqları müalicənin davam etdirilməsi ;
– penitensiar müəssisənin müdriyyəti ilə azadlığa buraxıldıqdan sonra məhkumlara qayğı göstərilməsinə cavabdeh olan hakimiyyət dairələri və sosial və tibbi xidmətlər arasında sıx əməkdaşlığın təmin edilməsi zərurəti.
34. Uzunmüddətli və ömürlük azadlıqdan məhrumetmə növündə cəzaya məhkum edilmiş şəxslərin şərti olaraq vaxtından əvvəl azadlığa buraxılmasına icazə verilməsi və bunun həyata keçirilməsi şərti olaraq azadlığa buraxılmaya dair Rec(2003)22 saylı Tövsiyyənin prinsiplərinə əsaslanmalıdır. »
2. İşgəncənin və qeyri-insani və ya ləyaqəti alçaldan rəftarın və ya cəzanın qarşısının alınması haqqında Avropa Komitəsi
65. İşgəncənin və qeyri-insani və ya ləyaqəti alçaldan rəftarın və ya cəzanın qarşısının alınması üzrə Avropa Komitəsinin (« CPT ») 27 iyun 2007-ci il tarixli (CPT (2007) 55)« Real/effektiv ömürlük həbs cəzası » adlı Memorandumunun müvafiq hissələrində deyilir :
« Xarici aləmlə əlaqələr
Uzunmüddətli və ömürlük həbs cəzaları evlilik və ailə münasibətlərinin pozulmasına gətirib çıxarır. Bu münasibətlərin pozulmasının qarşısının alınması məhkumların əqli sağlamlığının qorunmasında və daha çox onların həbsxanada qaldıqları müddəti müsbət şəkildə dəyərləndirməyə təşviq edilməsində böyük köməklik göstərir. Evlilik və ailə münasibətləri güclü emosional əlaqələrə əsaslanır. Bu səbəblədir ki, üzunmüddətli və ömürlük həbs şəraitlərinin bu əlaqələri zəiflətməməsinə və yox etməməsinə imkan daxilində çalışmaq əhəmiyyətlidir. Ailə münasibətlərinin qorunub saxlanması ailənin asanlıqla məhkuma baş çəkməsi zamanı mümkündür.
Korrespondensiyanın göndərilməsi qədər qəbulu üçün də azad yazışma sisteminin qəbul edilməsi çox əhəmiyyətlidir. Eləcə də, şəxsi həyata və fiziki əlaqəyə imkan verən şəraitlərdə sıx və uzunmüddətli görüşlər də əsasdır. Telefon zəngləri ailə ilə əlaqə qurmaq üçün əlavə bir vasitədir. Uzunmüddətli və ömürlük həbs cəzası almış məhkumlar sadə şəkildə zəng edə bilməldirlər. Telefon danışıqlarının həbsxanadan qaçış, və ya başqa şəkidə təhlükəsizliyi və nizam-intizamı pozma kimi cinayətlərin təşkilində istifadə edilməsi ilə bağlı narahatlıq varsa, bu danışıqlara nəzarət edilə bilər. Bir şərtlə ki, zəruri hesab edildiyi təqdirdə nəzarət altına alınacağı barədə məhkum məlumatlandırılsın. Bundan başqa, məktublar və ya görüşlər əmin-amanlıq və təhlükəsizlik üçün təhlükə təşkil edirsə, yazışmalara nəzarət və görüşlərdən əvvəl və sonra axtarışların keçirilməsi kimi preventiv tədbirlər tətbiq etməklə bu əlaqələrin saxlanmasını nəzərdən keçirmək məqsədəuyğundur.
Əgər uzunmüddətli cəza çəkən məhkumlar həqiqətən xarici aləmlə əlaqə saxlamaq imkanına malik olsalar, onlar üzərindəki nəzarətin mənfi təsirləri daha az olarv və məhkumlar öz azadlıqlarına daha yaxşı hazırlanmış olarlar. Bu görüşlərin şəraiti ilə bağlı, bu kateqoriyalı məhkumların fərdi təhlükə/ehtiyac dəyərləndirilməsi, fərdi əsaslarla açıq görüşlərə icazə verilməsi qərarını qəbul etməyə imkan verməlidir.
Xüsusilə, evlilik və ailə münasibətlərinin pozulmasının qarşısını almağa səy göstərmək lazımdır, belə ki, bu, öz növbəsində, çox vaxt məhkumu həbsxanada keçirdiyi zamanı müsbət şəkildə istifadə etməsinə həvəsləndirərək onun əqli sağlamlığı üzərində müsbət nəticələrə gətirib çıxaracaq.
Ömürlük həbs cəzasına məhkum edilmiş şəxslərin uzun illər ərzində, sərbəst görüşotağında görüşmək imkanından sistemli olaraq məhrum edilməsinə bəraət qazandırmaq olmaz. Sərbəst görüş otağında görüşlərə icazə verilib-verilməməsi məhkumlar tərəfindən meydana gələ biləcək təhlükələrin fərdi olaraq dəyərləndirilməsinə əsaslanmalıdır. »
66. CPT-nin 2002-ci il tarixli (2011-ci ildə yenidən nəzərdən kerilmiş) normaları aşağıdakı müddəalardan ibarətdir (CPT-nin fəaliyyəti haqqında 2 saylı ümumi rəyindən çıxarış – CPT/Inf(92) 3) :
« 51. Məhbusların xarici aləmlə müsbət əlaqələr qurması həmçinin vacibdir. Hər şeydən əvvəl, məhbuslar öz ailələri və yaxın dostları ilə əlaqə saxlaya bilməlidir. Başlıca prinsip xarici aləmlə əlaqələri yaxşılaşdırmaqdır ; belə əlaqələrə qoyulan hər cür məhdudiyyət, xüsusilə, təhlükəsizlikə bağlı imperativlərə və ya mövcud olan maddi imkanlarla bağlı mülhizələrə əsaslandırılmalıdır.
CPT, bu kontekstdə, ailələri həbsxanadan çox uzaq yaşayan məhbuslar (ki, bu da müntəzəm görüşləri qeyri-mümkün edir) xüsusunda görüşlər və telefon əlaqələri ilə bağlı qaydaların tətbiqinin müəyyən dərəcədə yumşaldılmasının vacibliyini qeyd edir. Məsələn, belə məhbuslara bir neçə görüşü birləşdirməyə icazə verilə bilər və/və ya onlara ailələri ilə daha çox telefon əlaqəsi saxlamaq imkanları verilə bilər. »
67. Uzunmüddətli və ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş şəxslərə gəlincə CPT aşağıdakı bəyannamələri hazırlamışdır. (CPT-nin fəaliyyəti haqqında 11 saylı ümumi rəyindən çıxarış (CPT/Inf(2001) 16) :
« 33. (...) Bəzi görüşlər zamanı CPT müəyyən etmişdir ki, bu məhkumların maddi və fiziki saxlanma şəraiti, fəaliyyət proqramları,və insanlarla ünsiyyət səviyyəsi ilə bağlı vəziyyəti acınacaqlıdır. Bundan başqa, bir çox məhbusa uzunmüddətli həbs cəzasının mənfi nəticələrini kəskinləşdirəcək xüsusi məhdudiyyətlər qoyulmuşdur ; bu tip məhdudiyyətlər (...) məhdudlaşdırılmış görüşlərdir. CPT yuxarıda qeyd edilən həbs cəzalarına məhkum edilmiş şəxslərin fərdi olaraq təhlükə törədib-(törətməyəcəyi)ni lazımi şəkildə nəzərdən keçirmədən onların hamısına məhdudiyyətlərin istisnasız olaraq tətbiq edilməsində heç bir əsas görmür.
Uzunmüddətli bütün həbs cəzaları məhbusların cəmiyyətdən uzaqlaşmasına gətirib çıxarır. Onların nəzarət altında saxlanılması faktından başqa belə məhbuslar bir sıra psixoloji problemlərlə üzləşə bilərlər (özünə hörmət hissinin itirilməsi və sosial imkanlarının pisləşməsi kimi) və əksər məhkumlar geri qayıdacaqları cəmiyyətdən uzaqlaşmağa çalışırlar. CPT-nin fikrincə, uzunmüddətli həbs cəzası almış məhbusların saxlanıldıqları rejimlər elə olmaldır ki, bu nəticələri müsbət və fəal bir şəkildə aradan qaldıra bilsin. »
68. Rusiya Federasiyasında uzunmüddətli həbs cəzasına məhkum edilmiş şəxslərin xüsusi vəziyyətinə gəlincə, İ CPT 2012-ci ildə mayın 21-dən iyunun 4-ü tarixinədək bu ölkəyə etdiyi səfərindən sonra ölkə ilə bağlı rəyində aşağıdakıları bəyan etmişdir (CPT/Inf(2013/41) :
« 113. Nəhayət, « Vladimirskyï Tsentral »da mövcud olan vəziyyəti nəzərə alaraq CPT yenidən qeyd etməyi vacib hesab edir ki, heç bir şey ömürlük həbs cəzasına məhkum edilmiş şəxsləri uzunmüddətli həbs cəzasına məhkum edilmiş şəxslərdən sistemli bir şəkildə ayırmağa əsas vermir. Belə bir yanaşma Nazirlər Komitəsinin uzunmüddətli və ömürlük azadlıqdan məhrumetmə növündə cəzaya məhkum edilmiş şəxslərlə bağlı 9 oktyabr 2003-cü il tarixli Rec(2003)23 saylı Tövsiyyəsinə ziddir. Bu tövsiyyəni müşayət edən rəydəxatırladılır ki, haqsız olaraq çox vaxt belə bir prinsipdən çıxış edirlər ki, ömürlük azadlıqdan məhrumetmə məhbusun həbsxanada təhlükəli olması deməkdir. Ömürlük həbs cəzasına məhkum edilmiş şəxslərin yerləşdirilməsi sadəcə, məhkum edilmənin nəticəsi kimi deyil, cəzanın fərdiləşdirilmiş qaydada icrası planına əsaslandırılmış şəkildə təhlükələrin və ehtiyacların ətraflı və sistemli olaraq dəyərləndirilməsi nəticəsində həyata keçirilməlidir. CPT tövsiyyə edir ki, bu qeydləri nəzərə alaraq, Federal Penitensiar Xidmət müəssisələrində ömürlük həbs cəzasına məhkum edilmiş şəxslərin ayrı saxlanılması ilə bağlı Rusiya hakim dairələri qanunvericiliyi və təcrübəni yenidən nəzərdən keçirsin. »
B. Birləşmiş Millətlər Təşkilatı
1. Birləşmiş Millətlər Təşkilatı Mülki və Siyasi hüquqlar haqqında 1996-cı il tarixli Beynəlxalq Paktı və İnsan Hüquqları üzrə Komitəsi
69. Rusiya ilə bağlı Mülki və Siyasi hüquqlar haqqında Beynəlxalq Pakt 1973-cü ildə oktyabrın 16-da qüvvəyə minmişdir. Paktın 10-cu maddəsinin 3-cü bəndində deyilir :
« Penitensiar rejim məhkumlarla davranışı müəyyən edir və onun əsas məqsədi məhkumların islah edilməsi və sosial baxımdan yenidən tərbiyə edilməsidir. (...) »
70. Həmin Paktın 17-ci maddəsində deyilir :
« 1. Heç kəsin şəxsi həyatına, ailəsinə, evinə, və yazışmalarına özbaşına və qeyri-qanuni şəkildə müdaxilə edilə bilməz və şərəf və ləyaqətinə qeyri-qanuni olaraq ziyan vurula bilməz
2. Hər kəs belə müdaxilələrə və ziyanlara qarşı qanunla müdafiə edilmək hüququna malikdir. »
71. 10-cu maddə ilə əlaqədar İnsan Hüquqları üzrə Komitə (1982) 9 saylı ümumi Qeydlərinin 3-cü paraqrafında göstərir :
« Valideynləri ilə görüş almaq imkanı (...) humanizm nöqteyi-nəzərdən vacibdir. »
72. 10-cu maddə ilə əlaqədar İnsan hüquqları üzrə Komitə (1992) 21 saylı ümumi Qeydlərinin 3 və 4-cü paraqraflarında bəyan edir ki, azadlıqdan məhrum edilmiş şəxslərə :
« (...) azadlıqdan məhrumetmə cəzası üçün səciyyəvi olanlardan başqa digər məhdudiyyət və məcburiyyətlər tətbiq edilə bilməz ; bu şəxslərin ləyaqətinə hörmətin təmin edilməsi azad şəxslərin ləyaqətinə hörmətin təmin edilməsi ilə eyni qaydada olmalıdır. Azadlıqdan məhrum edilmiş şəxslər qapalı mühit üçün səciyyəvi olan məhdudiyyətlər nəzərə alınmaqla Paktda ifadə edilən bütün hüquqlardan yararlana bilər.
Azadlıqdan məhrum edilmiş bütün şəxslərlə insani rəftar etmək və onların ləyaqətinə hörmət etmək həmin andan etibarən iştirakçı Dövlətin maddi imkanlarından asılı olmayan universal tətbiqin əsas qaydasıdır. Bu qayda, xüsusilə, irq, rəng, cins, dil, din, siyasi və ya başqa düşüncələr, milli və soial mənsubiyyət, maddi vəziyyət və digər bütün əlamətlərə görə hər hansı ayrı-seçkilik qoymadan mütləq şəkildə tətbiq edilməlidir. »
Komitə 10-cu paraqrafda əlavə edir ki :
« [heç bir] penitensiar sistem yalnız cəzaçəkməyù fokuslaşa bilməz. ; o, əsasən, məhbusun reabilitasiyası və cəmiyyətə qayıdışı məqsədi daşımalıdır. »
2. Məhkumlarla rəftar haqqında minimum qaydalar toplusu
73. Birləşmiş Millətlər Təşkilatı tərəfindən 1955-ci il avqustun 30-da qəbul edilmiş Məhkumlarla rəftar haqqında minimum qaydalar toplusu məhkum edilmiş məhbuslar haqqında xüsusi müddəalardan, xüsusilə də aşağıdakı əsas prinsiplərdən ibarətdir :
« Xarici aləmlə əlaqə
37. Zəruri xarakterli nəzarət altında məhkumlara ailələri, etibar edə bildikləri dostları ilə həm yazışma vasitəsi ilə, həm də görüşlər vasitəsilə müntəzəm aralıqlarla əlaqə qurmağa icazə verilməlidir.
38. 1) əcnəbi məhkumlara öz ölkələrinin diplomatik və konsulluq nümayəndəlikləri ilə əlaqə qurmaq üçün ağlabatan imkanlar verilməlidir.
2) Ölkədə Dövlətinin diplomatik və konsulluq nümayədəlikləri olmayan əcnəbi məhkumlara, habelə qaçqın statusuna malik olan və vətəndaşlığı olmayan məhkumlara da onların maraqları üçün cavabdeh olan Dövlətin diplomatik nümayəndəliyinə və ya onlara himayədarlığı öz üzərinə götürmüş bütün milli və beynəlxalq hakimiyyət orqanlarına müraciət etməklə bağlı eyni imkanlar verilməlidir.
39. Məhkumlar müntəzəm olaraq, müdriyyətin icazəsi və nəzarəti ilə istər günlük və ya dövrü, və ya xüsusi penitensiar nəşrləri mütaliə etməklə, istərsə də radio verilişləri, konfranslar və ya digər bütün analoji vasitələrlə ən əhəmiyyətli hadisələrdən xəbərdar edilməlidir.
(...)
XÜSUSİ KATEQORİYALI MƏHKUMLARA TƏTBİQ EDİLƏ BİLƏN QAYDALAR
A. Məhkum edilmiş məhbuslar
(...)
57. Təkcə o faktı nəzərə alsaq ki, şəxsin azadlığını əlindən almaq onu özünüidarə hüququndan məhrum etməkdir, həbs cəzası və cinayətkarı xarici aləmdən təcrid edən digər tədbirlər ağır və əziyyətli tədbirlərdir. Əsaslandırılmış seqreqasiya və daxili intizam qaydalarının qorunub saxlanması tədbirləri nəzərə alınmaqla penitensiar sistem, beləliklə, belə bir vəziyyətə xas iztirabları ağırlaşdırmamalıdır.
58. Cəzaların və azadlıqdan məhrumetmə tədbirlərinin məqsədi və əsaslandırılması cinayətə qarşı cəmiyyəti qəti şəkildə müdafiə etməkdir. Belə bir məqsədə yalnız o zaman müvəffəq olmaq mümkündür ki, azadlıqdan məhrumetmə müddəti, imkan daxilində, bir dəfə azadlığa buraxılmış cinayətkarın təkcə arzulayan şəxsə deyil, həmçinin qanunlara riayət edərək yaşaya və öz ehtiyaclarını təmin edə bilən bir şəxsə çevrilməsinə nail olmaq üçün istifadə edilsin.
59. Bu məqsədlə, penitensiar rejim bütün müalicə, maarifləndirici, mənəvi və dini və başqa vasitələrdən və imkanları daxilində olan bütün yardım formalarından istifadə etməli və fərdi yanaşma üzrə cinayətkarların fərdi ehtiyaclarına uyğun olaraq qeyd edilən vasitə və formaları tətbiq etməyə çalışmalıdır. »
3. Hər hansı formada tutulan və ya həbsə alınan şəxslərin müdafiəsi haqqında Birləşmiş Millətlərin Prinsilər toplusu
74. Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən 9 dekabr 1988-ci ildə (A/RES/43/173) qəbul edilmiş hər hansı formada tutulan və ya həbsə alınan şəxslərin müdafiəsi haqqında Birləşmiş Millətlər Təşkilatının Prinsilər toplusunun hazırki iş üzrə müvafiq müddəalarında deyilir :
« Prinsip 3
Əgər bir şəxs hər hansı formada tutulub və ya həbsə alınıbsa, həmin şəxsin hüquqları hazırki Prinsiplər toplusunun Dövlət daxilində tətbiq edilən qanunlar, konvensiyalar, reqlamentlər və ya adət-ənənələrlə tanınan və qüvvədə olan insan hüquqlarını qəbul etməməsi və ya qismən qəbul etməsi bəhanəsilə məhdudlaşdırıla və ya pozula bilməz.
(...)
Prinsip 19
Tutulan və ya həbsə alınan hər bir şəxs ailə üzvləri ilə görüşmək və xüsusilə onlarla yazışmaq hüququna malikdir və habelə qanuna əsasən qəbul edilmiş qanun və reqlamentləri konkretləşdirəcək ağlabatan (əsaslandırılmış) şərait və məhdudiyyətlər nəzərə alınmaqla xarici aləmlə əlaqə qurmaq üçün adekvat imkanlara sahib olmalıdır.
Prinsip 20
Əgər tutulan və ya həbsə alınan şəxs bu barədə müraciət etmişsə, mümkünsə, həmişə yaşadığı əraziyə kifayət qədər yaxın bir təcridxanaya və ya həbsxanaya keçirilməlidir. »
4. Məhbuslarla rəftar haqqında Birləşmiş millətlərin əsas prinsipləri
75. Məhbuslarla rəftar haqqında Birləşmiş Millətlərin (14 dekabr 1990-cı il tarixli 45/111 saylı Qətnamə ilə qəbul edilmiş) əsas prinsipləri aşağıdakı müddəaları ehtiva edir :
« 1. Bütün məhbuslara ləyaqətə və insan dəyərlərinə hörmət edilməklə rəftar edilməlidir.
(...)
5. Onların həbsə alınması ilə açıq-aydın zərurətə çevrilən məhdudiyyətlərdən başqa bütün məhbuslar Ümumdünya İnsan Hüquqları Bəyannaməsində və sözügedən Dövlətin tərafdar olduğu təqdirdə, iqtisadi, sosial və mədəni hüquqlar haqqında beynəlxalq Paktda, mülki və siyasi hüquqlar haqqında beynəlxalq Paktda və onlara əlavə Fakültətiv Protokolda ifadə edilən əsas insan hüquq və azadlıqlarından, eləcə də Birləşmiş Millətlərin digər paktlarında ifadə edilən digər hüquqlardan istifadə etməkdə davam etməlidir. »
5. Birləşmiş Millətlər Təşkilatının İşgəncənin və qeyri-insani və ya ləyaqəti alçaldan digər cəza və qəddar rəftarın qarşısının alınması haqqında Konvensiyası
76. Rusiya Federasiyası ilə bağlı İşgəncəyə qarşı Birləşmiş Millətlər Komitəsi qırx doqquzuncu sessiyada (29 oktyabr–23 noyabr 2012) qəbul edilmiş 5-ci müntəzəm rəylə əlaqədar yekun qeydlərində aşağıdakı şərhi ifadə edir :
« 9. (...) Bundan başqa, [Komitə] iştirakşı Dövlətin qanunvericiliyi xüsusunda narahatdır. Dövlət azadlıqdan məhrum edilmiş bütün şəxslərin tutulduqları vaxtdan etibarən ailə üzvləri ilə aralıqsız əlaqə qurmaq hüququnun tanınması əvəzinə, məhbusların adından yaxınları ilə əlaqə qurmağı öz işçilərinə həvalə edir və bütün hallarda saxlanma yerləri haqqında yaxınların məlumatlandırılmasını nəzərdə tutmur. (...) »
C. Keçmiş Yuqoslaviya ilə bağlı Məhkəmə hökmünü və ya Məhkəməyə çağırışı gözləyən və ya Məhkəmə qərarı (orderi) ilə həbs edilən şəxslərlə bağlı saxlanma rejimini müəyyənləşdirən Beynəlxalq Cinayət Məhkəməsinin Reqlamenti (Reqlamentə 21 iyun 2005-ci ildə düzəlişlər edilib)
77. Reqlamentin 61-ci maddəsinin A) bəndində deyilir :
« Yalnız 64 və 64 bis maddələr, eləcə də Kommendantın Məhkəmə katibi ilə məsləhətləşərək tətbiq etdiyi məhdudiyyətlər və nəzarət tədbirləri nəzərə alınmaqla, bütün məhbusların ailələri, dostları və digər şəxslərlə görüşmk hüququ var. Bu məhdudiyyətlər və nəzarət tədbirləri ədalətin maraqlarını və həbsxana və penitensiar müəssisə daxilində təhlükəsizliyi və daxili intizam qaydalarını qorumaq üçün zəruri olmalıdır. »
D. İnterAmerikan İnsan Hüquqları Məhkəməsi və İnterAmerikan İnsan Hüquqları Komissiyası
78. İnterAmerikan İnsan Hüquqları Komissiyasının (« CIDH ») sabit presedent hüququna əsasən, Dövlətin məhbusların ailələri ilə təmasını asanlaşdırmaq və nizamlamaq öhdəliyi vardır. Bununla bağlı, İnterAmerikan İnsan Hüquqları Komissiyası bəyan etmişdir ki, bütün əlaqədar tərəflərin ailə həyatını müdafə etmək hüququnu təmin etmək üçün görüş hüququ əsas hüquqlardandır.
79. X və Y Argentinaya qarşı işində (CIDH, rəy 38/96, iş 10.506, mahiyyət, 15 oktyabr 1996) İnterAmerikan İnsan Hüquqları Komissiyası qeyd etmişdir ki, əlaqə qurmaq üçün görüşlər bir hüquq deyil, hakimiyyət orqanlarının icazəsi olsa belə, hakimiyyət orqanları bu görüşləri insan hüquqlarına və əlaqədar şəxslərin ləyaqətinə hörmət çərçivəsində nizamlamalıdır. Komissiya, xüsusilə, aşağıdakı mülahizələri ifadə etmişdir :
« 97. Ailə həyatı hüququna ona məxsus bəzi məhdudiyyətlər qoyula bilər. Məsələn, hüququn tətbiqini təxirə salmadan, dərhal icrasını yerinə yetirən və bu hüquqdan tam bir şəkildə istifadə etməyə mane olan həbs etmə və ya hərbi xidmət kimi xüsusi hallar mövcuddur. Həbs etmənin bir şəxsi ailə üzvlərindən güc tətbiq edərək ayırması səbəbilə ailə hüququndan tam istifadəyə mütləq şəkildə mane olması həqiqətdirsə, Dövlət məhbusların ailələri ilə təmasını asanlaşdırmalı və nizamlamalı və Dövlət və Dövlət işçiləri tərəfindən edilən əsassız və özbaşına müdaxilələrin qarşısını almaq üçün bütün şəxslərin əsas hüquqlarını təmin etməlidir.
98. Azadlıqdan məhrumetmənin nəticəsi kimi şəxsi azadlılqların məhdudlaşdırılmasına baxmayaraq, Komissiya həmişə təsdiq etmişdir ki, məhbusların ailələri ilə təmasını asanlaşdırmaq Dövlətin üzərinə düşür. Bu məsələ ilə bağlı Komissiya dəfələrlə bildirmişdir ki, məhbusların toxunulmazlıq və şəxsi azadlığına hörmət və nəticə etibarilə, bütün zərərçəkən tərəflərin ailəsinin qorunub saxlanması hüququnu təmin etmək üçün görüş hüququ əsas hüquqdur. Məhz həbs etmə ilə bağlı olan müstəsna hallar səbəbilə, Dövlət ailə münasibətlərinin qorunub saxlanılması və inkişaf etdirilməsi hüququnu həqiqətən təmin edəcək tədbirləri görməlidir. Bu səbəblə, bu hüquqa məhdudiyyət qoyan hər cür tədbirin zəruri xarakteri azadlıqdan məhrumetmənin adi və ağlabatan şərtləri ilə əsaslandırılmalıdır. »
80. Oskar Elias Bise və başqaları Kubaya qarşı işində (CIDH, rəy no 67/06, iş 12.476, mahiyyət, 1er oktyabr 2006), Komissiya Amerika İnsan Hüquqları və Vəzifələri Bəyannaməsinin VI maddəsinə əsasən ailə görüşlərinə əsaslı səbəb olmadan qoyulan məhdudiyyətləri qınamışdır.
Komissiya, xüsusilə, aşağıdakıları ifadə etmişdir :
« 237 Komissiya qeyd edir ki, azadlıqdan məhrumetmə mütləq şəkildə məhbusların ailələrindən ayrılmasına gətirib çıxarmasına baxmayaraq, Dövlət onlar arasındakı əlaqənin qurulmasını asanlaşdırmalı və nizamlamalıdır. Həbs etmənin səbəb olduğu müstəsna hallar nəzərə alınmaqla Dövlət ailə münasibətlərini qoruyub saxlamaq və inkişaf etdirmək hüququnu həqiqətən təmin etməyə imkan verən tədbirlər görməlidir. Bu hüququ məhdudlaşdıran hər cür tədbirin zəruriliyi azadlıqdan məhrumetmənin adi və ağlabatan şərtlərinə uyğun olmalıdır. Əgər Dövlət məhbusların və yaxınlarının ailə həyatı qurmaq və qoruyub saxlamaq hüququnu həyata keçirməsini tənzimləyirsə, o, Amerika İnsan Hüquqları Bəyannaməsində təsbit edilən hüquqları poza biləcək nə bir şərti tətbiq edə, nə də bir proseduru başlada bilər.
(...)
239. Hazırki işdə, Komissiya qeyd edir ki, zərərçəkənlərin əksəriyyəti ailələrindən uzaqda yerləşən həbsxanalarda saxlanılan məhbuslardır. Ərizəçilər hətta iddia edirlər ki, hakim dairələr zərərçəkənlərin ailələri, vəkilləri və media ilə əlaqəsini kəsmək üçün onları qəsdən uzaq müəssisələrdə saxlayıblar. Üstəlik, onlar bildirirlər ki, əksər hallarda penitensiar müəssisələrin müdriyyəti əsaslı səbəb olmadan ailə və evlilik görüşlərini məhdudlaşdırmışdır.
240. Komissiya hesab edir ki, Dövlət məhbusların ailələri ilə təmasını asanlaşdırmaq haqındakı öhdəliyini yerinə yetirməmişdir. Bu faktları nəzərə alaraq, Komissiya belə nəticə çıxarır ki, Dövlət bütün zərərçəkənlərin hüquqlarını nəzərə almadan Amerika İnsan Hüquqları Bəyannaməsinin VI maddəsini pozmuşdur. »
IV. MÜQAYİSƏLİ HÜQUQ
81. Almaniya, Avstriya, Azərbaycan, Belçika, Bolqarıstan, Xorvatiya, Danimarka, İspaniya, Estoniyia, Finlandiya, Fransa, Gürcüstan, Yunanıstan, İrlandiya, İtaliya, Lixtenşteyn, Litva, Lüksemburq, Keşmiş Yuqoslaviya Respublikası olan Makedoniya, Malta, Moldova, Monteneqro, Hollandiya, Polşa, Portuqaliya, Çex Respublikası, Rumıniya, Birləşmiş Krallıq (İngiltərə və Qallar ölkəsi), Serbiya, Slovakiya, Sloveniya, İsveç, İsveçrə, Türkiyə və Ukrayna ömürlük və uzunmüddətli azadlıqdan məhrumetməyə məhkum edilmiş şəxslərin digər kateqoriyalı məhkumlar kimi daxili hüquqda müəyyən edilən prosedurlara və qaydalara uyğun olaraq və maraqlı tərəflərin saxlanıldıqları müəssisələrin praktik reallığından asılı olaraq müntəzəm aralıqlarla ailələri ilə görüşməsinə prinsip etibarilə icazə verir. Eləcə də, Almaniya, İtaliya, Polşa və Birləşmiş Krallıq kimi bəzi üzv Dövlətlərin müvafiq daxili hüquq normaları belə görüşlərin əsasən ailə bağlarını qoruyub saxlamaq məqsədi daşıdığını açıq-aydın ifadə edir.
82. Yuxarıda adları çəkilən Dövlətlərin əksəriyyətində həbsxanadakı görüşlərlə bağlı nizamlama bütün kateqoriyalı məhbuslar, habelə uzunmüddətli və/və ya ömürlük azadlıqdan məhrumetmə növündə cəzaya məhkum edilmiş məhbuslar üçün eynidir. Azərbaycan, Bolqarıstan, Litva, Polşa, Serbiya və Türkiyə kimi bəzi üzv Dövlətlərdə müəyyən kateqoriyalı məhbuslara, xüsusilə, uzunmüddətli və/və ya ömürlük həbs cəzasına məhkum edilmiş şəxslərə, xüsusilə, görüşlərin sıxlığı, müddəti və keçirildiyi yerlərlə əlaqədar əlavə məhdudiyyətlər qoyula bilər. Məhrəm görüşlərə icazə verən ölkələr arasında üzv Dövlət olan Moldova ömürlük azalıqdan məhrum edilmiş və digər kateqoriyalı məhkumlara belə görüşlərə icazə vermir. Vəziyyət 7 may 2014-cü ilədək Ukrayna üçün də eyni idi. Həmin tarixdə cəzaların icrası məcəlləsinə dəyişiklik edən və bundan belə ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş şəxlərə oxşar görüşləri almaq icazəsi verən 151-ci maddə qüvvəyə minmişdir.
83. Yuxarıda adları qeyd edilən Dövlətlərin əksəriyyəti birbaşa fiziki təması, ziyarətçilərin sayını və həbsxanadakı görüşlər zamanı məhrəmliyi məhdudlaşdıran müxtəlif nəzarət tədbirləri müəyyən etmişdir. Görünür ki, Almaniya, Xorvatiya, İsveç və İsveçrə kimi çox az sayda Dövlət, təhlükəsizlik və ya başqa xüsusi problemlərin mövcud olduğu hallar istisna olmaqla, nəzarət edilməyən müntəzəm ailə görüşlərinə prinsip etibarilə icazə verir. Ümumiyyətlə, uzunmüddətli və ya ömürlük həbs cəzasına məhkum edilmiş şəxslərin müntəzəm ailə görüşləri bu məqsədlə təyin edilmiş otaqda, stol ətrafında, bəzən isə digər məhbuslar və ziyarətçilərin yanında (məsələn, Belçika, Lüksemburq, Hollandiya, Polşa, Birləşmiş Krallıq və İşveçrədə) və şüşə arakəsmə arxasında (xüsusilə, Azərbaycan, Bolqarıstan, Yunanıstan, keçmiş Yuqoslaviya Respublikası olan Makedoniya, Rumıniya və Slovakiyada) keçirilir. Bəzi üzv Dövlətlərdə (məsələn, Avstriya, İspaniya, Finlandiya, Türkiyə və Ukraynada) müəssisədən və digər şəraitlərdən asılı olaraq hər iki görüşə də icazə verilir. Almaniya, Estoniya, Portuqaliya, Birləşmiş Krallıq və İsveçdə görüşlər təhlükəsizliyi təmin etmək məqsədilə şüşə arakəsmə ilə (və ya fiziki təmasın qarşısını alan digər vasitələrlə) təchiz edilmiş otaqda keçirilir. Almaniya, Belçika, Fransa, İrlandiya, İtaliya, Lixtensteyn, Monteneqro, Polşa, Potuqaliya, Serbiya, İsveçrə, İsveç, Sloveniya və Türkiyə kimi bəzi üzv Dövlətlərdə görüşlər fiziki təmasa mane olmayan bir otaqda (açıq görüşlər zamanı) keçirilir. Bu zaman yetkinlik yaşına çatmış məhbusla yetkinlik yaşına çatmış ziyarətçi arasında fiziki təmasa müəyyən ölçüdə icazə verilir. Əksinə, bir çox hallarda Finlandiyada bu təmaslara qadağan qoyulur, Hollandiya və Slovakiyada isə ciddi şəkildə nizamlanır.
84. Həbsxanada qısa müddətli görüşlərin sıxlığı ölkədən -ölkəyə nəzərə çarpan dərəcədə dəyişir. Tədqiq edilən ölkələrdə ay ərzində bir dəfə keçirilən qısa görüş məhbusların əksəriyyəti üçün ümumiyyətlə qəbul edilmiş mimimumdur. Avstriya, Belçika, İspaniya, Finlandiya, Yunanıstan, İrlandiya, Malta, Monteneqro, Hollandiya, Portuqaliya, Sloveniya və İsveçrə kimi üzv Dövlətlərdə ailə görüşlərinə mahiyyət etibarilə hər həftə icazə verilir. Bolqarıstan, Xorvatiya, keçmiş Yuqoslaviya Respublikası olan Makedoniya, Polşa, Rumıniya və Birləşmiş Krallıq kimi digər ölkələrdə belə görüşlərə ay ərzində iki dəfə icazə verilir. İtaliyada icazə verilən görüş sayı ayda altı, Türkiyədə isə ayda dörddür. Almaniya, Estoniya, Gürcüstan, Moldova, Çex Respublikası, Slovakiya və Ukrayna kimi bir sıra ölkələrdə ailə görüşlərinə ay ərzində bir dəfə icazə verilir. Litvada orta təhlükəsizlik rejimində saxlanılan ömürlük həbs cəzasına məhkum edilənlərin hər iki aydan bir müntəzəm görüş almaq imkanı var. Eləcə də görüşlərin sayının Cinayət Məcəlləsinə uyğun olaraq məhkum edilmiş şəxsə tətbiq edilən rejimdən asılı olduğu Azərbaycanda ömürlük həbs cəzasına məhkum edilən şəxslər il ərzində altı müntəzəm görüş almaq hüququna malikdir.
HÜQUQİ MƏSƏLƏLƏR
I. KONVENSİYANIN 8-ci MADDƏSİNİN POZULMASI İDDİASI ÜZƏRİNƏ
85. Ərizəçi iddia edir ki, məhkum olunduqdan sonra xüsusi rejimli islah koloniyasında keçirdiyi ilk on il ərzində həyat yoldaşı və digər ailə üzvləri ilə görüş imkanları son dərəcə kəskin məhdudlaşdırılıb. O, xüsusilə, də həmin xüsusi rejimli islah koloniyasında xanımı ilə ailə cütlüyü(konjuqal) görüşü imkanından məhrum olmasından şikayətçi idi. O, 12 May 2014-cü il tarixli müraciətində ərz edir ki, onun ilkin həbsdə saxlandığı 1994-cü ilin Noyabrından 1995-ci ilin Oktyabrına qədərki dövr ərzində də həyat yoldaşı və digər ailə üzvlərinə onu həbsdə ziyarət etməyə icazə verilməmişdi. O, Konvensiyanın 8-ci maddəsini əsas gətirir ki, həmin maddədə deyilir:
“ 1. Hər kəs öz şəxsi və ailə həyatına, evinə və yazışma sirrinə hörmət hüququna malikdir.
2. Milli təhlükəsizlik, ictimai asayiş̧ və ölkənin iqtisadi rifah maraqları naminə, iğtişaş̧ və ya cinayətin qarşısını almaq üçün, sağlamlığı, yaxud mənəviyyatı qorumaq üçün və ya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş̧ və demokratik cəmiyyətdə zəruri olan hallar istisna olmaqla, bu hüququn həyata keçirilməsinə dövlət hakimiyyəti orqanları tərəfindən müdaxiləyə yol verilmir. »
A. Şikayətin qəbuledilənliyi
1. Tərəflərin mülahizələri
86. Həyat yoldaşının 1996-cı ildə Ərizəçidən boşanmasını əsas gətirərək, Hökumət bildirdi ki, şikayət 8 Oktyabr 1999-cu ildən etibərən məhkəmə hökmündən sonra xususi rejimli islah koloniyasında saxlandığı dövrdə xanımı ilə ailə cütlüyü görüşü /(konjuqal) imkanından məhrum olmasıyla bağlı olduğundan, Məhkəmə, şikayəti qəbuledilməz elan etməlidir.
87. Ərizəçi təsdiq edib ki, o, həqiqətən 1996 ildə boşanıb. Lakin, məhbəs ziyarətlərinə tətbiq olunan məhdudlaşdırıcı rejim şikayətçinin digər ailə üzvləri və yaxınları ilə münasibətlərini də həmçinin əhatə etdiyindən, o hesab edir ki, Məhkəmə iş üzrə araşdırmasına davam etməlidir.
2. Məhkəmə qiymətləndirməsi
a) Ərizəçinin 1994-cü ilin Noyabrından 1995-ci ilin Oktyabrına qədər ilkin həbsdə saxlanmasilə bağlı şikayəti
88. Məhkəmə xatırladır ki, Konvensiya 5 May 1998-ci ildən Rusiyada qüvvədədir. Ərizəçi 1994-cü ilin Noyabrından 1995-ci ilin Oktyabrına qədər ilkin həbsi dövrdə baş verən məsələlərdən şikayətçidir ki, Maddə 35 § 3 (a) –ya görə, şikayət Konvensiyanın müddəaları ilə ratione temporis (zamana görə qüvvəsi baxımdan) uyğunsuzluq təşkil edir və Maddə 35 § 4-ə əsasən rədd edilməlidir.
b) Ərizəçinin xususi rejimli islah koloniyasında saxlandığı dövrdə xanımı ilə ailə cütlüyü (konjuqal) görüş imkanından məhrum olması ilə bağlı şikayəti
89. Məhkəmə qeyd edir ki, Ərizəçinin 12 May 2014-cü il tarixli təqdimatından aydın olur ki, sonuncunun xanımı 1996-cı ildə ondan boşanmışdır. Əksi sübüt edilmədiyindən, 1996-ci ildə boşandıqdan və 8 Oktyabr 1999-cu ildə xüsusi rejimli islah koloniyasına gətirildikdən sonra, Ərizəçi ilə keçmiş həyat yoldaşı arasında Konvensiyanın 8-ci maddəsinin ehtiva etdiyi anlamda hər hansı ailə hayatının mövcüdluğu söylənilə bilməz. Bununla da, hərçənd Ərizəçi xanımı ilə cütlük (konjuqal) görüşü imkanından məhrum olmasından şikayətçidir, o, Konvensiyanın 8-ci maddəsinin iddia olunan pozuntusu ilə zərərçəkən hesab edilə bilməz.
90. Yuxarıdakıları nəzərdə tutaraq, Məhkəmə hesab edir ki, şikayətin bu hissəsi Maddə 35 § 3 (a) –ya görə, Konvensiyanının müddəaları ilə ratione personae (subyektə görə qüvvəsi baxımdan) uyğunsuzluq təşkil edir və Maddə 35 § 4-ə əsasən də rədd edilməlidir.
c) Məhkum olunduqdan sonra xüsusi rejimli islah koloniyasında saxlanıldığı ilk on il ilə bağlı şikayət üzərinə
91. Ərizəçinin şikayətinin qalan hissəsinə, yəni onun xüsusi rejimli islah koloniyasında saxlanıldığı 8 Oktyabr 1999-cu ildən 11 Oktyabr 2009-cu ilə qədər olan dövr ərzində yaxınları və ailə üzvləri ilə ünsiyyətinə qoyulan müxtəlif məhdudiyyətlərlə bağlı şikayətlərinə gəldikdə isə, Məhkəmə hesab edir ki, bu şikayət tamamilə məhkəmənin yurisdiksiyasına daxildir, zira həm şikayət 2006-cı ilin Oktyabrında təqdim olunub, həmçinin də, sözügedən dövr bütövlükdə götürüldükdə Məhkəmənin presedent hüququnun mənası baxımdan davamedici vəziyyət təşkil edirdi. (bax: mutatis mutandis (təfərrüatilə), Benediktov Rusiyaya qarşı, no 106/02, § 12, 10 May 2007 ; İqor İvanov Rusiyaya qarşı, no 34000/02, § 30, 7 İyun 2007 ; Quliyev Rusiyaya qarşı, no 24650/02, § 31, 19 İyun 2008 ; Maltabar və Maltabar Rusiyaya qarşı, no 6954/02, §§ 82-84, 29 Yanvar 2009 ; Aleksandr Matveyev Rusiyaya qarşı, no 14797/02, §§ 67-68, 8 İyul 2010 ; və Valeriy Lopata Rusiyaya qarşı, no 19936/04, §§ 104-106, 30 Oktyabr 2012).
92. Məhkəmə razılaşır ki, bu şikayət, Konvensiyanın 8-ci maddəsi ilə mübahisələndirilə biləcək məsələlərə toxunur və bununla da Konvensiyanın Maddə 35 § 3-də nəzərdə tutulan qaydada açıq-aşkar əsassız hesab edilə bilməz deyə rədd də edilə bilməz. Məhkəmə həmçinin Qəbuledilməzlik üçün hər hansı başqa əsas olmadığını hesab etdiyindən, şikayət qəbuledilən elan edilməlidir.
B. Şikayətin mahiyyəti
1. Tərəflərin arqumentləri
a) Ərizəçi
93. Ərizəçi iddia edir ki, onun məhkum olunduqdan sonra xususi rejimli islah koloniyasında keçirdiyi ilk on ili ərzində uzun və qısa ziyarətlərin sayına qoyulan məhdudiyyətlər əsassız və həddindən artıq sərt (amansız) olmuşdur. Onun nəzərincə, ziyarətlərin növü, tezliyi, davamiyyətini tənzimləyənqaydalar sərt idi və onların birbaşa qanunvericilikdə nəzərdə tutulması onlara dair fərdiləşdirilmiş və hər bir məhbusun vəziyyətinin spesifik hallarına uyğunlaşdırılmış hər hansı yanaşmaları imkansız edir.
94. « İctimai ədalətin bərbası », « məhkumun islahı » və « növbəti cinayətlərin qarşısının alınması » kimi Cinayət Məcəlləsinin 43.2-ci maddəsin-də vurğulanan cəza məqsədlərinətoxunaraq Ərizəçi razılaşr ki, bunlar legitim məqsədlərdir (bax: yuxarıda, paraqraf 33). Lakin, o, ki, mübahisələndirilən qanunvericiliyinbu məqsədlərə çatmağa kifayət qədər imkan verdiyini ilə razılaşmır. Belə ki, Ərizəçi hesab edir ki, ailə münasibətlərinin qorunub-saxlanması onu cəmiyyətə bağlayan yeganə bağdır və məhkum olunmuş şəxsin islahına nail olmaq üçün ən effektiv vasitədir.
95. Hökumətin on il ərzində uzunmüddətli ailə görüşlərinə qoyulan məhdudiyyətlərin müvəqqəti olması ilə bağlı arqumentinə qarşı, Ərizəçi bildirir ki, praktikada məhdudiyyətlərin tətbiqinin həqiqi müddəti, ilkin həbsdə keçən dövr və on illik dövrün hesablanması barədə məhdudlaşdırıcı qaydalar diqqətə alınarsa, əslində çox daha (kifayət qədər) uzun olmuşdur. Bu halda ona tətbiq edilən məhdudiyyətlər ümumilikdə on beş ili əhatə etmiş olur.
96. Qısamüddətli görüşlərin keçirilmə şərtləri ilə bağlı, Ərizəçi onların tezliyinin azsaylı olması (il ərzində cəmi iki dəfə) və qısa davam etməsindən (ən çox dörd saat), məhkəmə nəzarətçisinin iştirakı və şüşə arakəsmə ilə fiziki təcrid kimi məhrəmliyi aradan qaldıran qaydalardan şikayətçidir. O, həmçinin hesab edir ki, görüşün yalnız iki yetkinlik yaşına çatmış şəxslə məhdudlaşdırılması həddindən artıq amansız qaydadır.
97. Son olaraq, Ərizəçi ondan şikayətçidir ki, uzunmüddətli görüşlərə qoyulan on illik qadağa, qısa müddətli görüşlərin isə məhrəmliyi və bütün növ fiziki təmasları istisna edən həddən artıq ağır (amansız) şərtləri onun ailə üzvləri, xüsusilə, ahıl və xəstə atası və aralarında hər hansı ünsiyyətin yoxluğu ucbatından onunla məsafəli davranan oğlu üzərində qeyri-mütənasib təsirləri olmuşdur.
b) Hökumət
98. Hökumət, Ərizəçinin məhkum edildikdən sonra xüsusi rejimli islah koloniyasında keçirdiyi ilk 10 ili ərzində tabe tutulduğu saxlanma rejiminin onun şəxsi və ailə həyatına hörmət hüququna müdaxilə təşkil etdiyini mübahisələndirmir. Konstitusiya məhkəməsinin presedent-hüququna istinad edərək (bax: yuxarıda, paraqraflar 29 və 55-57), Hökumət hesab edir ki, bu müdaxilə qanunla nəzərdə tutulmuş və güdülən legitim məqsədlərə proporsional olmuşdur.
99. Konstitusiya məhkəməsinin presedent-hüququnu əsas gətirən Hökumət bildirir ki, sözügedən məhdudlaşdırıcı tədbirlər ədalətin bərpası, məhkumun islahı və digər cinayət əməllərinin qarşısının alınması məqsədi daşımışdır. Əlavə olaraq Hökumət aydınlıq gətirir ki, Cinayət Cəzalarının İcrası Məcəlləsinə əsasən penitensiarqanunvericiliyin əsas məqsədi şəxsin islahı və həm şəxsin özünün həm də başqalarının cinayət törətmələrinin qarşısını almaqdır. Məhkəmə qarşısında açıq çəkişmədə, Hökumət qeyd etdi ki, Ərizəçidə daxil, ömürlük azadlıqdan məhrum edilmiş şəxslərlə bağlı onların cəmiyyətə yenidən qazandırılmasına nail olmaq məqsədi güdülməyib və tətbiq edilən cəzaçəkmə rejiminin yeganə məqsədi, Ərizəçi kimi adamların cəmiyyətdən təcrid edilməsi olmuşdur.
100. Hökumət müdaxiləni, Ərizəçinin xüsusilə ağır cinayətlərə görə ömürlük azadlıqdan məhrum edildiyini və ailə görüşlərinə qoyulan müxtəlif məhdudlaşdırıcı tədbirlərin müvəqqəti xarakter daşımış olduğunu əsas gətirərək, güdülən legitim məqsədlərə mütənasib hesab edib. Hökumət əlavə edib ki, zəruri fərdi ləşdirici tədbirlər və müdaxilənin proporsionallığının qiymətləndirilməsi qanunvericiliyin müvafiq müddəalarının və hakimlərin hökm çıxarma prosesinin içərisində gedir. Onlara görə, rejimin sərtliyi məxsusən məhkəmənin müəyyən etdiyi cəzanın ağırlığından, cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsindən, spesifik törədilmə şərtlərindən, caninin şəxsiyyəti və məhkum edildikdən sonra saxlanma dövründəki davranışlarından asılıdır.
101. Hökumət həmçinin hesab etmişdir ki, cinayət törədən şəxs, belə demək olar ki, özünün cinayətkar əməlinin nəticələrini də, cinayəti törətməklə özünü və ailəsini ailə üzvlərilə ünsiyyət, şəxsi həyatın toxunulmazlığı, şəxsi və ailə sirri kimi hüquqları üzrə məhdudiyyətlərə məruz qoyduğunun da tamamilə fərqində olur.
102. Hökumət həm də onu mübahisələndirdi ki, sözügedən məhdudiyyətlər azadlıqdan məhrumetmə kimi bir məhdudiyyət tədbirinin mahiyyətindən irəli gəlirdi. Həmçinin o da xüsusi qeyd olunmuşdur ki, həmin məhdudiyyətlər ilk on ildə ailə ilə əlaqələrin tamamilə kəsilməsinə səbəb olmamışdı və zamanla məhdudlaşırdı.
c) Müdaxilə edən üçüncü tərəf
101. Müdaxilə edən üçüncü tərəf xüsusi rejimli islah koloniyalarında ciddi rejimin on illik müddətə olmasını özbaşına, həddən ziyadə sərt və heç bir sosioloji, demoqrafik məlumatlara və yaxud beynəlxalq hüquqi standartlara uzlaşmayan hesab edib tənqid etmişlər. Onlar həmçinin hər hansı fiziki təmasın olmazlığına və görüşə iştirakçılarının sayına qoyulan məhdudiyyətlər kimi uzunmüddətli görüşlərçün qoyulan qadağa və qisamüddətli görüşlərə tətbiq olunan cürbəcür məhdudlaşdırma üsul və formalarını da qınayaraq pisləmişlər.
104. Müdaxilə edən üçüncü tərəfin fikrincə, qoyulan qaydanın yeganə məqsədi, ailə əlaqələrinin azad cəmiyyətə sonrakı reinteqrasiyaları və reabilitasiyaları üçün ömürlük azadlıqdan məhrum olanların ixtiyarında qalmış başlıca bir vasitə olaraq qaldığı bir vaxtda onlara əlavə cəza vermək idi. Onlar bu tədbiri ömürlük azadlıqdan məhrum edilmiş məhkumları ümid etmək hüququndan əsaslı şəkildə məhrum edən və onların ailə həyatına son dərəcə dağıdıcı təsir edən bir tədbir kimi qiymətləndirmişlər.
105. Bundan başqa, müdaxilə edən üçüncü tərəf nümunə üçün Ukrayna, Azərbaycan, Ermənistan, Latviya və Litva kimi ölkələrin qanunvericiliklərində edilmiş yeni dəyişikliklərə istinad edərək israrla bildirmişlər ki, mübahisələndirilən qanunvericilik məhkumların reabilitasiyasını və uzun müddətə məhkum edilmiş şəxslərə tətbiq edilən müxtəlif məhdudiyyətlərin yumşaldılmasını xüsusi vurğuyla önə çəkən layiqincə işlənib oturuşmuş mötəbər Avropa trendinə zidddir.
2. Məhkəmənin qiymətləndirməsi
(a) Ərizəçinin 8-ci maddədən irəli gələn hüquqlarına müdaxilə baş veribmi.
106. Həbs, bütün digər azadlıqdan məhrum etmə tədbirləri kimi, təbiəti etibari ilə şəxsin ailə və şəxsi həyatı üçün məhdudiyyətlər doğurur. Şəxsin ailə həyatına hörmət olunması hüququnun əsas tərkib hissəsi kimi, dövlət penitansiar xidməti yaxın ailə üzvləri ilə təmasın saxlanması ehtiyacının təmin olunmasına imkan verir və lazım olduqda, yardım edir (bax., Məhkəmənin digər presedentləri ilə yanaşı, Messina Italiyaya qarşı (no 2), no 25498/94, §§ 61-62, AİHM 2000-X ; Lavents Latviyaya qarşı, no 58442/00, § 139, 28 Noyabr 2002 ; Estrikh Latviyaya qarşı, no 73819/01, § 166, 18 janvar 2007 ; Nazarenko Latviyaya qarşı, no 76843/01, § 25, 1 février 2007 ; Trosin Ukraynaya qarşı, no 39758/05, § 39, 23 Fevral 2012 ; et Epners‑Gefners Latviyaya qarşı, no 37862/02, §§ 60-66, 29 May 2012).
102. Hazırki işdə, Məhkəmə qeyd edir ki, məhkum edildikdən sonrakı dövrün xüsusi rejimli islah koloniyasında keçirdiyi ilk 10 ili ərzində, Ərizəçi, ciddi saxlanma rejiminə tabe tutulmuşdur. Həmin xüsusi cəzaçəkmə rejimi isə başqa hallarla yanaşı məhkumla görüşlərin tezliyi və davamiyyətinə, görüşə girən şəxslərin sayına məhdudiyyətlər, eləcə də görüşlərə nəzarətüçün müxtəlif tədbirlər nəzərdə tuturdu. Ərizəçi xarici dünya ilə yazılı ünsiyyət qura bilərdi, lakin telefon zəngləri, fövqəladə hallar istisna olmaqla, qəti qadağa idi. Məhkəmə həmçinin qeyd edir ki, bu müddət ərzində Ərizəçi, ona baş çəkmək imkanları şübhəsiz məhdudlaşdırılmış olan yaxınları, – valideynləri, qardaşı və oğlu ilə əlaqə saxlamağa çalışmışdır.
103. Hökumət yuxarıda qeyd edilən penitensiar rejimin Ərizəçiyə tətbiqi edilməsinin onun Konvensiyanın 8-ci maddəsi ilə qorunan şəxsi və ailə həyatına hörmət hüququna müdaxilə təşkil etdiyini mübahisələndirmir.
104. Özünün presedent hüququnu və işin yuxarida qeyd edilən hallarını rəhbər tutaraq, Məhkəmə hesab edir ki, mübahisələndirilən tədbirlər Konvensiyanın 8-ci maddəsinə uyğun olaraq, ərizəçinin « şəxsi həyat » və « ailə həyatı» na hörmət hüququna müdaxilə təşkil edir. Növbədə bu müdaxilənin 8-ci maddənin 2-ci paraqrafı ilə haqq qazandırıla bilən olub-olmadığını müəyyənləşdirmək qalır.
(b) Müdaxilə əsaslı olubmu
i. Qanunilik
105. Məhkəmənin presedent-hüququna müvafiq olaraq, 8-ci maddə § 2-də yer alan «qanunla nəzərdə tutulmuş» ifadəsi, başqa digər hallarla yanaşı, tədbir(lər)in milli qanunvericilikdə nəzərdə tutulmuş olmasını tələb edir(bax: məs., Aleksandra Dmitriyeva Rusiyaya qarşı, no 9390/05, §§ 104-107, 3 Noyabr 2011), aidiyyatı qanunun keyfiyyətini də həmçinin nəzərdə tutaraq, onun aid olduğu şəxs üçün əlçatımlılığını və nəticələrinin öngörürlüyünü tələb edir.(Rotaru Rumuniyaya qarşı [GC], no 28341/95, § 52, AİHM 2000‑V). Öngörürlülük şərtini təmin edtməsi üçün, qanun şamil olunduğu şəxslərin öz davranışlarını – ehtiyac olarsa, müvafiq hüquqi məsləhət almaqla –tənzimləyə bilmələri üçün, nəzərdə tutduğu tədbirlərin hansı şərtlər daxilində tətbiq olunacağını ( tətbiq oluncağı şərrtləri) kifayət qədər dəqiq müəyyənləşdirilməlidir.
106. Məhkəmə qeyd edir ki, mübahisələndirilən məhdudiyyətlər ərizəçiyə Cinayət Cəzalarının İcrası Məcəlləsi, Maddə 125 § 3, 126 və 127 § 3-ə əsasən tətbiq olunmuşdur (bax: paraqraf 50 və 52). Bu maddələr müvafiq olaraq xüsusi rejimli islah koloniyasına gətirildiklərində bütün ömürlük azadlıqdan məhrum edilmiş məhbuslar üçün ciddi rejimli cəzaçəkmə, bu məhbusların yaxınları ilə görüş imkanlarına məhdudiyyətlər nəzərdə tutur, bundan əlavə, məhbusların həbslərinin ilk on ili ərzində həbsxana xarici ilə ünsiyyətlərini tənzimləyir.
107. Məhkəmə aşkar edir və tərəflərdən heç biri mübahisələndirmir ki, ərizəçinin xüsusi rejimli islah koloniyasında ciddi rejimdə saxlanmasını Rusiya qanunvericiliyi nəzərdə tuturdu və qanun aydın, əlçatımlı və kifayət qədər dəqiqdir.
ii. Legitim məqsəd
113. Hökumət, Ərizəçinin yaxınları ilə gorüş imkanlarına qoyulan məhdudiyyətləri Konstitusiya məhkəməsinin presedent-hüququ ilə əsaslandırır. Konstitutisiya məhkəməsi no 257-O, 24 May 2005 (bax: yuxarıda paraqraf 29) tarixli qərarında qeyd edir ki, tətbiq olunan qanunun məqsədi « ədalətin bərpası, cinayətkarın islahı və yeni cinayətlərin qarşısının alınmasıdır ». Böyük Palata önündə şifahi təqdimatlarında , Hökumət bildirdi ki, bu qanun heç də ərizəçinin və digər ömürlük azadlıqdan məhrum edilmiş məhbusların cəmiyyətə yenidən qazandırılması (reinteqrasiya) məqsədini ümumiyyətlə daşımır,hətta daha çox bu şəxslərin cəmiyyətdən təcrid olunmasına yönəlib. (bax: paraqraf 99).
114. Tərəflərin təqdimatlarını və xüsusilə, müdafiə olunan Hökumətin açıq çəkişmə zamanı verdiyi şərhləri diqqətə aldıqda, Ərizəçinin görüş hüququna qoyulan məhdudiyyətlərin Konvensiyanın 8-ci maddəsinin 2-ci bəndinin ehtiva etdiyi anlamda legitim məqsəd daşıyıb-daşımadığı mübahisələndirilə bilər
115. İstənilən halda, Məhkəmə, aşağıda yürütdüyü mühakiməsini diqqətə alaraq, bu məsələ üzərində qərar verməyi zəruri hesab etmir (bax: aşağıda paraqraf 127-149).
(c) Demokratik cəmiyyətdə zəruri
i. Ümumi prinsiplər
108. Məhkəmənin sabit presedent-hüququna əsasən, məhbuslar Konvensiya ilə tanınmış azadlıq hüququ istisna olmaqla bütün digər əsas hüquq və azadlıqlarından həbs dövründə yararlanmağa davam edirlər (bax: məs., Dickson Birləşmiş Krallığa qarşı [GC], no 44362/04, § 67, AİHM 2007‑V, işində sitat gətirilir Hirst Birləşmiş Krallığa qarşı (no 2) [GC], no 74025/01, § 69, AİHM 2005‑IX, və Boulois Luksemburqa qarşı [GC], no 37575/04, § 82, AİHM 2012).
109. Buradan irəli gələrək, həbs olunmuş şəxslər Konvensiya ilə qorunan hüquqlarını, o cümlədən, ailə həyatına hörmət hüququnu itirmir (Płoski Polşaya qarşı, no 26761/95, § 32 və 35, 12 Noyabr 2002). Belə ki, bu hüquqlara qoyulan bütün məhdudiyyətlər hər hal üçün ayrıca əsaslandırılmalıdır. (bax: Dickson [GC], yuxarıda, § 68)
110. «Demokratik cəmiyyətdə zəruri» tələbi ilə bağlı, Məhkəmə aydınlıq gətirir ki, «zəruri » anlayışı müdaxilənin mütləq qaçınılmaz sosial tələbatla əsaslandırılmasını, xüsusən də qarşıya qoyulan legitim məqsədə proporsional olmasını nəzərdə tutur. Bir müdaxilənin «demokratik cəmiyyətdə zəruri» olub-olmadığını müəyyənləşdirmək üçün Məhkəmə dövlət hakimiyyəti orqanına mülahizə səlahiyyəti tanıyarkən onu da vurğulayır ki, Dövlət müdaxiləyə əsas olan qaçınılmaz sosial tələbatın mövcüdluğunu göstərməlidir (Kuçera Slavakiyaya qarşı, no 48666/99, § 127, 17 İyul 2007 ; və Klameçki Polşaya qarşı (no 2), no 31583/96, § 144, 3 Aprel 2003). Bundan savayı, Məhkəmə mübahisələndirilən halları ayrı-ayrı qiymətləndirməklə kifayətlənə bilməz; obyektiv meyar tətbiq etməli və onları işin bütününü ələ alaraq nəzərdən keçirməlidir (Noviçka Polşaya qarşı, no 30218/96, §§ 69-70, 3 Dekabr 2002).
111. Məhkəmə yekun qiymətləndirməni etməmişdən öncə, hər hansı bir hal üzrə ədalətli balansın həddini müəyyənləşdirmək ilkin olaraq Dövlət orqanlarının öhdəliyindədir və bunun üçün, prinsip etibarı ilə, Dövlətlərə müəyyən mülahizə səlahiyyəti verilmişdir (bax: Dickson [BP], yuxarıda § 77).
112. Belə ki, əgər məsələ fərdin varlıq və ya şəxsiyyətinin müstəsna vacib aspektinə toxunarsa, Dövlətin mülahizə səlahiyyəti üçün, əsasən məhdud çərçivə tanınır. Əksinə, əgər Avropa Şurası üzv Dövlətləri arasında istər qorunan marağın əhəmiyyəti, istərsə də bu marağın ən yaxşı şəkildə qorunması vasitələri ilə bağlı, xüsusilə də əgər sözügedən iş sosial strategiya ilə bağlı çoxşaxəli suallar doğurur və ya mürəkkəb seçimlər tələb edirsə, yekdil yanaşma yoxdursa, Dövlətə daha geniş mülahizə səlahiyyəti tanına bilər. Cəmiyyəti və ehtiyaclarını yaxından bilməklə, Dövlət orqanları nəyin ictimai əhəmiyyət kəsb etdiyini dəyərləndirməkdə beynəlxalq hakimlərdən daha əlverişli mövqedədirlər. Belə hallarda Məhkəmə, əsasən milli qanunvericinin siyasi seçiminə hörmət edir, bir şərtlə ki, bu seçim « ağlabatan əsasdan açıq-aydın məhrum» olmasın. Həmçinin, toqquşan fərdi və ümümi maraqlar və ya Konvensiya ilə qorunan müxtəlif hüquqlar arasında tarazlığı təmin etmək üçün Dövlətə əksərən geniş mülahizə səlahiyyəti tanınır (bax: Dikson [BP], yuxarıda § 78).
121. Bundan əlavə, Dövlətin « cəza məqsədi » ilə görülmüş tədbirlərin proporsionallığını qiymətləndirmək üçün qəbul etdiyi yanaşma son illərdə təkmilləşmişdir ki, hazırda daha çox cəza ilə məhkumun reabilitasiyası arasında ədalətli balansın tapılmasına diqqət yönləndirilməlidir (Mastromatteo Italiyaya qarşı [GC], no 37703/97, § 72, AİHM 2002‑VIII, Maiorano və başqaları Italiyaya qarşı, no 28634/06, § 108, 15 Dekabr 2009, və Şemkamper Fransaya qarşı, no 75833/01, § 31, 18 Oktyabr 2005). Bununla bağlı, Məhkəmə, ilkin olaraq Böyük Palatanın, Avropada cəza siyasətində, xüsusilə uzun həbs cəzalarının sonuna doğru, məhkum etmənin reabilitasiya məqsədinə daha ağırlıqlı əhəmiyyət verilildiyini qeyd etdiyi Dikson işi üzrə (bax: yuxarıda § 75) və daha sonra Vinter və başqaları Birləşmiş krallığa qarşı ([GC], nos 66069/09, 130/10 və 3896/10, §§ 111-116, AİHM 2013 (çıxarış)) və Harakçiyev və Tolumov Bolqarıstana qarşı (nos 15018/11 et 61199/12, §§ 243-246, AİHM 2014 (çıxarış)) qərarlarında islah və məhbusların cəmiyyətə yenidən qazandırılması məqsədinin üzv Dövlətlərin cəza siyasətlərini formalaşdırarkən mütləq nəzərdə tutmalı olduqları ilə bağlı qənaətini yenidən xatırladır.
122. Bu kontekstdə, ömürlük azadlıqdan məhrum edilmiş şəxslərin saxlanma rejimi və şəraiti qeyri-əhəmiyyətli məsələ kimi görülə bilməz. Belə ki, bu məhbuslara. qanunun nəzərdə tutduğu şərtlər ödəndiyində, cəzalarının əvəz edilməsi ilə bağlı müraciət hüququndan istifadə edə bilmələri üçün özünü islah imkanı yaradılmalıdır (bax: Harakçiyev və Tolumov, yuxarıda § 265).
ii. Daha öncəki oxşar işlərdə Məhkəmənin yanaşması
113. Görüş hüququ ilə bağlı, ailə həyatina hörmət üçün əsasdır ki, Dövlət penitansiyar xidməti məhbusa yaxın ailə üzvləri ilə təması qoruması üçün imkan yaradır ve gərəkərsə, yardım edir (bax: Messina, yuxarıda § 61; və Öcalan Turkiyəyə qarşı (no 2), nos 24069/03, 197/04, 6201/06 və 10464/07, §§ 108-149 və §§ 154-164, 18 Mart 2014). Eyni zamanda qəbul edilməlidir ki, məhbusun həbsxana xarici ilə ünsiyyətinə nəzarət məqsədi ilə görülən müəyyən tədbirlər zəruridir və özlüyündə Konvensiya ilə ziddiyyət təşkil etmir (Əliyev Ukraynaya qarşı, no 41220/98, § 187, 29 Aprel 2003 ; və Kalaşnikov Russiyaya qarşı (dek.), no 47095/99, § 7, AİHM 2001‑XI (çıxarışlar)). Bu tədbirlər görüş sayının məhdudlaşdırılmasını, onlara nəzarəti və əgər cinayətin növü və ya məhbusun vəziyyətini xarakterize edən elementlər əsas verirsə, şəxsin xüsusi penitensiar rejimə ve ya məxsusi görüş şərtlərinə tabe tutulmasını ehtiva edə bilər (Hagyó Macarıstana qarşı, no 52624/10, § 84, 23 Aprel 2013).
114. Bu kontekstdə, məqsədə uyğundur ki, istintaq dönəmində xüsusi penitensiar rejimin və ya görüş hüququ ilə bağlı xüsusi müddəaların tətbiqi – bu zaman düşünmək olar ki, güdülən legitim məqsədə nail olmaq üçün görülən tədbir zəruri olsun – belə rejimin davamlı tətbiqindən fərqləndirilsin. (bax: Messina, yuxarıda § 67). Bu məqsədlə, xüsusi rejimin davamlı tətbiqinin zəruriliyi səlahiyyətli Dövlət orqanları tərəfindən daha böyük həssaslıqla dəyərləndirilməlidir (Bastone İtaliyaya qarşı (dek.), no 59638/00, § 2, AİHM 2005‑II (çıxarışlar) ; Indelicato Italiyaya qarşı (dek.), no 31143/96, § 2, 6 İyul 2000 ; Ospina Vargas Italiyaya qarşı, no 40750/98, § 3, 14 Oktyabr 2004 ; və Enea İtaliyaya qarşı [GC], no 74912/01, §§ 125-131, AİHM 2009).
115. Həmçinin, xüsusi ilə qorunan həbsxanalarda fiziki təmasın qadağan olunması kimi tədbirlər həbsxananın təhlükəsizlik məqsədi və ya məhbusun ailə üzvlərinin vasitəçiliyi ilə cinayətkar təşkilatlarla ünsiyyət riskinin olması ilə əsaslandırıla bilər (Lorsé və başqaları Hollandiyaya qarşı, no 52750/99, §§ 83-86, 4 Fevral 2003, və Van der Ven Hollandiyaya qarşı, no 50901/99, §§ 69-72, AİHM 2003‑II). Lakin, birbaşa ünsiyyət qadağası bu tipli, yalnız, real və davamlı riskin mövcudluğu ilə əsaslandırıla bilər (Horiş Polşaya qarşı, no 13621/08, §§ 117-132, 17 Aprel 2012, və Pieşoviç Polşaya qarşı, no 20071/07, §§ 205‑222, 17 Aprel 2012).
116. Başqa sözlə, Dövlət, ayrı-ayrı hallar üçün qoyulan məhdudiyyətlərin həqiqətdə zəruriliyi və məqsədə uyğunluğunu aydınlaşdırmağa imkan verəcək hər hansı bir dərəcədə dəyərləndirmə əsnəkliyinə yer buraxmadan ümumi qaydada məhdudiyyətlər qoya bilməz (bax: mutatis mutandis, Moyisseyev Rusiyaya qarşı, no 62936/00, §§ 254-255, 9 Oktyabr 2008), xüsusilə də məhkum olunmuş dustaqlarla bağlı (bax: Harakşiyev və Tolumov, yuxarıda § 204). Bununla əlaqədar, Məhkəmə Trosin (yuxarıda §§ 42-44) işi ilə bağlı - orada, milli qanunvericilik bütün ömürlük azadlıqdan məhrum edilmiş məhbusların on il ərzində ailə üzvləri ilə görüşlərinin tezliyinə və davamiyyətinə sistematik məhdudiyyətlər və müxtəlif görüş şərtləri nəzərdə tuturdu – qərarını xatırladır:
« 42. Məhkəmə qeyd edir ki, özünün öncəki dəyərləndirməsində hesab edib ki, xüsusi rejimin müvəqqəti tətbiqindən irəli gələrək bir məhbusun ailə üzvləri ilə ayda yalnız iki görüş haqqının olması Konvensiyaya görə heç bir sual doğurmur. Bununla belə, Dövlət orqanı kimi, həmçinin Məhkəmə də, qərar verərkən məhdudiyyətlərin tətbiq olunduğu məxsusi ve spesifik şəraiti nəzərdən keçirmişdir (Messina İtaliyaya qarşı (no 2), no 25498/94, §§ 62-74, AİHM 2000‑X) (...) sözügedən işdə, milli qanunvericiliyin aidiyyatı müddəaları, ömürlük azadlıqdan məhrum edilmiş bütün məhbusların görüşlərinin tezliyi və davamiyyətinə sistematik məhdudiyyətlər nəzərdə tutur, hətta baxmayaraq ki, bu müddəalar cinayət hüququnun ən ağır cəzasına məhkum edilmiş dustaqlara şamil olunurdu, bu növ sərt məhdudiyyətlərin məqsədə uyğunluğunu və həqiqətən zəruriliyini hər məxsusi hal üçün aydınlaşdırmağa imkan verəcək hər hansı bir minimal dəyərləndirmə əsnəkliyi (flexibility) tanımırdı. Məhkəmə hesab edir ki, bu növ məsələləri tənzimləyən aktlar qəti (inflexible) məhdudiyyətlər nəzərdə tutmamalı, Dövlətlər, aidiyyatı orqanların, toqquşan fərdi və kollektiv maraqları tarazlaşdıra və hər bir işin məxsusi hallarını diqqətə ala bilmələri üçün proporsionallığı qiymətləndirmə mexanizmlərini inkişaf etdirməlidirlər (bax: mutatis mutandis, Dickson Birləşmiş Krallığa qarşı [GC], no 44362/04, §§ 82-85, AİHM 2007‑V).
43. Hazırkı iş üzrə qiymətləndirməsində, Məhkəmə, dörd ildən çox müddət ərzində şəxsin ailə üzvləri ilə görüş sayının hər altı ayda bir dəfəyə endirilməsinin zəruriliyini əsaslandıracaq hər hansı bir məxsusi və spesifik vəziyyət üzə çıxara bilməmişdir. Kəmiyyət (kuantitativ) baxımdan dəyərləndirdikdə isə, Məhkəmə hesab edir ki, şəxsin onsuz da az olan görüşləri onların davamiyyətinin qısalığı ilə əlavətən məhdudlaşdırılmış olub.
44. Bundan əlavə, Məhkəmə vurğulayır ki, qanunvericiliyə edilən 21 Yanvar 2010 tarixli dəyişikliklər (...) ömürlük azadlıqdan məhrum edilmiş məhbusların ailə üzvləri ilə görüşlərinin tezliyi ilə bağlı vəziyyəti yaxşılaşdırmağa imkan vermişdir. Bununla belə, bu sahədəki yeni qaydalar, hərzamankı kimi sistematik olaraq, əlahiddə hər biri üçün zərurilik şərtinin ödəndiyinin heç bir qiymətləndirilməsi aparılmadan, bütün ömürlük azadlıqdan məhrum edilmiş məhbuslara tətbiq edilir (...) ».
iii. Yuxarıdakı prinsiplərin işin hallarına tətbiqi
117. Cinayət cəzalarının icrası məcəlləsinin 126-cı maddəsinə əsasən, ərizəçi, ömürlük azadlıqdan məhrum edilmiş məhbus kimi, 8 Oktyabr 1999-cu ildən etibarən, cəzasının ilk on ilini xüsusi rejimli islah koloniyasında ciddi rejimdə çəkmişdir (bax: yuxarıda paraqraf 16). 11 Oktyabr 2009-cu ildən etibarən isə, eyni məcəllənin maddə 127 § 3-ə uyğun olaraq umumi rejimli cəzaçəkməyə keçirilmişdir (bax: yuxarıda paraqraf 18).
118. 8 Oktyabr 1999-cu ildən 11 Oktyabr 2009-cu ilə qədər, Ərizəçi həbsxana xarici ilə yazılı ünsiyyət saxlamışdır, lakin bütün digər ünsiyyət formaları məhdudlaşdırılmışdır (bax: yuxarıda paraqrafs 23-25). Təcili hallar istisna olmaqla, heç bir telefon əlaqəsi yarada bilməz və yaxınları ilə yalnız altı ayda bir dəfə görüşə bilərdi. Bu görüşlər dörd saatla və iki yetkinlik yaşına çatmış şəxslə məhdudlaşdırılmışdır. Bu zaman, ərizəçi ziyarətçilərdən şüşə bənd (arakəsmə) ilə ayrılmış və daim bir nəzarətçi eşitmə məsafəsində dayanmışdır.
119. Bu mübahisələndirilən məhdudiyyətlər birbaşa qanunda nəzərdə tutulmuş və ərizəçiyə başqa hər hansı bir əsas olmadan, sadəcə, ömürlük azadlıqdan məhrum edilmə cəzasına məhkum olunduğuna görə tətbiq edilmişdir (bax: yuxarıda paraqraf 50 və 52). Bu rejim qanunla müəyyən olunmuş on illik müddətdə tətbiq edilmişdir. Bu müddət cəzaçəkmə dövründə intizamsız rəftarına görə uzadıla, lakin heç bir halda qisaldıla bilməzdi (bax: yuxarıda § 52).
120. Diqqət çəkən odur ki, sadalanan məhdudiyyətlər qəti müəyyənləşdirilmiş zaman kəsimində, eyni cəzaçəkmə rejimində cəmlənirdi və dəyişdirilə bilməzdi. Ərizəçi üçün son dərəcə önəmli olduğundandır ki, həbsxana ziyarəti, yazılı ünsiyyətdən savayı, on il ərzində yaxınları və ailəsi və ümumilikdə həbsxana xarici ilə yeganə əlaqə vasitəsi olub (bax: yuxarıda paraqraflar 23-25), Məhkəmə hesab edir ki, sözügedən cəzaçəkmə rejimi diqqətlə nəzərdən keçirilməlidir.
121. Məhkəməyə aydındır ki, Rusiyada ömürlük azadlıqdan məhrum etmə cəzası yalnız az sayda xüsusilə ağır və təhlükəli (bax: paraqraflar 34-35) əməlləri ehtiva edir və konkret indiki halda Dövlət inter alia, orqanları toqquşan bir çox ümumi və şəxsi maraqların mürəkkəb tarazlığını, təmin etməli olublar.
122. Konvensiyanı imzalayan Dövlətlər cəza siyasətlərini müəyyənləşdirməkdə geniş mülahizə səlahiyyətinə sahibdirlər (bax: Laduna Slovakiyaya qarşı, no 31827/02, § 59, AİHM 2011). Bu səbəbdən, prinsip etibari ilə, cəzanın sərtliyi ilə cəzaçəkmə rejiminin növü arasında, məhdud dərəcədə belə olsa, əlaqələndirmə aparmaq istisna edilmir (bax: Horiş, yuxarıda qeyd olunan, § 129).
123. Cinayətkarlığa qarşı mübarizənin əhəmiyyətini anlarkən, istənilən halda, Məhkəmə, qanunla ərizəçinin halına şamil olunan məhdudiyyətlərin Hökumətin Konvensiyanın 8-ci maddəsi, § 2-ə istinadən önə sürdüyü məqsədlər ilə əsaslandırıla bilirliyini müəyyənləşdirməlidir. Məhkəmə bu məsələni Avropa Şurasının müvafiq sənədlərinə (bax: yuxarida 58-68-cı paraqraflar) və Konvensiyanı imzalayan digər Dövlətlərin qanun və presedent hüququna (bax: yuxarıda 81-84-cü paraqraflar) əsaslanaraq nəzərdən keçirəcəkdir.
124. Dövlət orqanlarının məhbusların, o cümlədən ömürlük azadlıqdan məhrum edilmiş məhbusların ailə bağlarının kəsilməsinin qarşısını almaq və onların mümkün qədər tez-tez və normal şərtlər altında təşkil olunan görüşlər sayəsində ailə üzvləri ilə məntiqlə qənaətbəxş sayıla biləcək dərəcədə təmasına imkan yaratmaq öhdəliyinin mövcudluğu Avropa üzrə görüş hüququnun tənzimlənməsində ilkin, başlanğıc prinsipdir (bax: Avropa Pentensiyar Qaydaları, maddə 24.1, 24.2, 24.4 et 24.5 (bax: yuxarıda paraqraf 58) və Üzv Dövlətlərin Nazirlər Komitəsinin Avropa pentensiar qaydaları ilə bağlı Rec(2006)2 Tövsiyə sənədi, (bax: yuxarıda paraqraflar 59-62)). Bu prinsiplər üzv Dövlətlər tərəfindən Nazirlər Komitəsi (bax: yuxarıda paraqraflar 63-64) və İşgəncələrin Qarşısının Alınması üzrə Komitənin (bax: yuxarıda paraqraflar 65-67) tövsiyələrinə uyğun olaraq ardıcıl və əlaqəli tətbiq olunmuşdur.
125. Həbsxana görüşlərinin tənzimlənməsi praktikasında nəzərə çarpacaq dərəcədə müxtəliflik mövcuddur (bax: yuxarıda, paraqraf 81-84). Bununla belə, üzv Dövlətlərdə ömürlük azadlıqdan məhrum edilmiş məhbuslara ən az hər iki ayda bir dəfə görüş hüququ tanınır (bax: yuxarıda, paraqraf 84). Onu da qeyd etmək lazımdır ki, Konvensiyanı imzalayan Dövlətlərin əksəriyyəti sözügedən hüquqdan istifadə ilə bağlı ömürlük azadlıqdan məhrum edilmiş məhbuslar və digər kateqoriyadan olan məhbuslar arasında heç bir fərqləndirmə aparmırlar (bax yuxarıda paraqraf 82), və bu ölkələrdə, qəbul olunmuş minimal görüş tezliyi hər ayda bir ziyarətdən az deyildir (bax: yuxarıda, paraqraf 84). Bu kontekstdə, Rusiya Avropa Şurasında yeganə üzv Dövlətdir ki, ömürlük azadlıqdan məhrum edilmiş məhbusların görüş hüququnu onların ümumilikdə hamısına bir qrup şəkilində, uzun dövr üçün və görüşlərin sayının xüsusi azlığıyla xarakterizə olunan rejim tətbiq etməklə tənzimləyir.
126. Məhkəmənin fikrincə, yuxarıda qeyd olunan vəziyyət cavabdeh Dövlətin sözügedən sahədə ailə və şəxsi həyata müdaxilənin məqbul hesab edilə bilən həddini qiymətləndirmədəki sərbəstliyinin daraldılmasını şərtləndirir. Sadalananları nəzərdə tutaraq Məhkəmə, aşağıda, ərizəçiyə tətbiq olunan rejimin müvafiq və kafi əsaslara söykəndiyini araşdıracaq.
127. Rusiya Federasiyasının Konstitusiya Məhkəməsi özünün no 248-O 9 İyun 2005 tarixli qərarında bir neçə əsaslar göstərmişdir : « ədalətin bərpası, cinayətkarın islahı və yeni cinayətlərin qarşısının alınması ». O da qeyd olunur ki, « [ərizəçinin] mübahisələndirdiyi müddəalar, özlüyündə, həbs cəzasının, Konstitusiyanın maddə 55 § 3-ə görə mahiyyətindən irəli gələn məhdudiyyətlərə əlavə məhdudiyyət təşkil etmir ».
128. Məhkəmə bu sonuncu arqumentlə qane olunmadı, çünki, sözügedən rejim üst-üstə məhdudiyyətlər nəzərdə tutmaqla uzun müddətli cəza çəkən orta Rusiyalı məhbusa nisbətdə ərizəçinin vəziyyətini xüsusiylə ağırlaşdırmışdır. Bundan əlavə, sözügedən məhdudiyyətlər, məhz, həbs cəzası anlayışına xas və ya qaçınılmaz hesab edilə bilməz (Boyle və Birləşmiş Krallığa qarşı, 27 Aprel 1988, § 34, A seriyası no 131).
129. Hökumət bildirir ki, məhdudiyyətlər « ədalətin bərpası, cinayətkarın islahı və yeni cinayətlərin qarşısının alınması » məqsədi daşıyır. Hətta hesab etsək ki, məhdudiyyətlər Konvensiyanın maddə 8 § 2-ə uyğun legitim məqsəd daşıyır, növbəti olaraq, sözügedən rejimin proporsional olduğu və toqquşan ümumi və xüsusi maraqlar arasında tarazlığı təmin edib-etmədiyi araşdırılmalıdır.
130. Bununla bağlı, Məhkəmə daha öncələr qeyd etmişdir ki, « adekvat mənəvi və fiziki stimul verilmədən, bütün növ cəmiyyətdən kənarlaşdırılma, uzun vadədə, ruhi sağlamlığın və sosial vərdişlərin pozulmasına gətirib çıxaran zərərli nəticələr doğura bilər » (Iorgov Bolgarıstana qarşı, no 40653/98, §§ 83-84, 11 Mart 2004, və Harakşiyev və Tolumov, yuxarıda qeyd olunan, § 204). Işin hallarından bəlli olur ki, ərizəçinin, bütün sözügedən dövr ərzində, yalnız bir hücrə yoldaşı ola bilərdi, və o, ömürlük azadlıqdan məhrum edilmiş, cəzasını digər məhbuslardan ayrı cəkməli olan məhbus kateqoriyasına aid edilmişdir (bax: yuxarıda, paraqraf 52). Məhkəmə, ərizəçinin məruz qaldığı məhdudiyyətlərin sərtliyi və müddətindən, xüsusilə bütöv bir on illikdə, ildə yalnız iki qisa görüş haqqının olmasından heyrətə gəlir.
131. Məhkəmənin, yuxarıda paraqraf 116-da xatırlatdığı, sabit presedent hüququna əsasən, qanuni saxlanma Konvensiyanın 5-ci maddəsinin tətbiqi dairəsinə daxil olduqda azadlıq hüququ istisna olmaqla, məhbuslar, bir qayda olaraq, Konvensiya ilə qorunan əsas hüquq və azadlıqlarından istifadə hüququnu özündə saxlayır; hər hansı bir məhbus sadəcə məhkəmə hökmü ilə həbs olunduğuna görə Konvensiya ilə qorunan hüquqlarından məhrum edilə bilməz (Hirst, yuxarıda qeyd olunan, §§ 69-70). Belə ki, bir qayda olaraq, Konvensiya ilə tanınan hüquqları məhdudlaşdıran sərt tədbirlərə belə asanlıqla baş vurulmamalıdır; xüsusilə, proporsionallıq prinsipi cəza ilə əməl və cəzaya tabe tutulan şəxsin vəziyyəti arasında aydın anlaşılan və yetərli bir əlaqənin olmasını tələb edir (Trosin, yuxarıda qeyd olunan, §§ 41-44).
132. Hökumətin arqumentinə görə, ərizəçinin halındakı müdaxilənin proporsionallığının qiymətləndirilməsi qanunvericiliyin müvafiq müddəalarının və cəzanı elan etmiş hakimlərin hökm çıxarma prosesində apardıqları məşvərətin içərisində gedir. Bu arqument ilə bağlı, Məhkəmə bildirir ki, ailə üzvlərinin ziyarəti ilə bağlı Konvensiyanın 8-ci maddəsi üzv Dövlətdən məhkumun, yaxınlarının və ailə üzvlərinin maraqlarını nəzərə almağı tələb edir. Amma, Məhkəmənin fikrincə, müvafiq qanunvericilik bu şəxslərin maraqlarını adekvat şəkildə nəzərə almır.
133. Burada, Məhkəmə beynəlxalq hüquqi yanaşmaya və beynəlxalq tribunal və məhkəmələrin praktikasına əsaslanır ki (bax: yuxarıda, paraqraf 69-80), bunlar bütün məhbuslara – ömürlük azadlıqdan məhrum edilmiş dustaqlarla digər kateqoriyadan olan məhkumlar arasında heç bir fərq qoymadan – minimal standart kimi, ailə üzvləri ilə « məqbul » və ya ağlabatan dərəcədə « yaxşı » ünsiyyət saxlamaq hüququ tanıyır (bax: Birləşmiş Millətlər Təşkilatının məhbuslarla davranışın minimal standart qaydaları külliyyatından, 37 və 57 qaydalar (yuxarıda, paraqraf 73), hər növ saxlanma və ya həbsdə olanların qorunması prinsipləri külliyyatından 19-cu prinsip (yuxarıda, paraqraf 74), Beynəlxalq Cinayət Məhkəməsinin ex-Yuqoslaviya işi üzrə Qərarından barəsində Məhkəmə hökmünü və ya Məhkəməyə çağırılmasını gözləyən və yaxud da Məhkəmənin göstərişi əsasında saxlanan şəxslərin saxlanma rejimi ilə bağlı maddə 61 A) (yuxarıda, paraqraf 77), o cümlədən İnter Amerika İnsan Hüquqları Məhkəməsi və İnsan Hüquqları üzrə İnter Amerika Komissiyasının presedent hüququ (yuxarıda, paraqraf 78-80)).
134. Öz yazılı mülahizəsində, Hökumət, Konstitusiya Məhkəməsinin qərarını xatırladaraq bildirir ki, məhdudiyyətlər cinayətkarın islahı məqsədi güdür. Böyük Palata qarşısında çəkişmədə isə, aydın şəkildə ifadə edildi ki, ərizəçiyə tətbiq olunan cəzaçəkmə rejimi şəxsin cəmiyyətə yenidən qazandırılması deyil, daha çox onun cəmiyyətdən təcrid olunması məqsədi daşıyıb (bax: paraqraf 99). Bundan əlavə, Məhkəmə müəyyən edir ki, Cinayət Cəzalarının İcrası Məcəlləsinin 79-cu maddəsi ömürlük azadlıqdan məhrum edilmiş bütün dustaqlara cəzalarının iyirmi beş ilini çəkdikdən sonra şərti azadlığa buraxılmaları üçün müraciət hüququ tanıyır. Məhkəmə hesab edir ki, ərizəçi kimi, azadlıqdan məhrum edilmiş dustaqlara həddindən çox ciddi rejimin tətbiqi ailə üzvləri ilə ünsiyyətinin saxlanmasına maneə yaradır və belə olan halda onların cəmiyyətə yenidən qazandırılmasını və islahını asanlaşdırmaq və təşviq etmək əvəzinə bu işi ciddi şəkildə çətinləşdirir (bax: Vinter və başqaları, yuxarıda, §§ 111-116). Bununla bağlı, Məhkəmə, həmçinin İQK-nın tövsiyələrinə də böyük önəm verir. Sonuncuya görə, uzun müddətli cəza çəkənlərə tətbiq olunan rejimlər « pozitiv və proaktiv şəkildə [məhbusluğun sosial vərdişlərin itirilməsi kimi nəticələrini] kompensasiya etməlidir » (bax: yuxarıda, paraqraf 67).
135. Bu məqsəd, Rusiyada 1973-cü ildən qüvvədə olan, Mülki və Siyasi Hüquqlar haqqında beynəlxalq paktın maddə 10 § 3-ü ilə səsləşir. Bu maddəyə görə məhbuslarla rəftarın əsas qayəsi onları islah və cəmiyyətə yenidən qazandırmaqdır (bax: paraqraf 69). Bu məqsəd digər hüquqi sənədlərdə də ifadə olunmuşdur ki, Penitensiar Xidmət, bütün məhbusların, o cümlədən ömürlük azadlıqdan məhrum edilmiş şəxslərin cəmiyyətə yenidən qazandırılmasına və islahına səy göstərməlidir ( 2006-ci il Avropa Penitensiar Qaydaları 6, 102.1 və 102.2, Nazirlər Komitəsinin 76(2) Qətnaməsinin 6 və 11-ci bəndləri və Nazirlər Komitəsinin penitensiar xidmətin ömürlük və digər uzun müddətli azadlıqdan məhrum edilmiş şəxslərlə davranışı haqqında Rec(2003)23 saylı Tövsiyəsinin 2 in fine, 5, 22 və 33-cü paraqrafları (bax: yuxarıda, paraqraf 58-64).
136. Məhkəmə qənaətə gəlir ki, yalnız və yalnız ağır cəzaya məhkum edilməsinə görə, uzun müddətli və görüşlərin son dərəcə azlığıyla ilə xarakterizə olunan rejimin tətbiqinin ərizəçinin şəxsi və ailə həyatına təşkil etdiyi müdaxilə, özlüyündə, Hökumətin əsas gətirdiyi məqsədlərlə qeyri-proporsionaldır. Əlavə olaraq, Məhkəmə bildirir ki, cəza tədbirinin təsirləri məhdudiyyətlərin tətbiq müddətinin son dərəcə uzun olması, görüş şərtləri ilə bağlı fiziki təmasın qadağan olunması, ziyarətçilərin sayına məhdudiyyətlər, ziyarətçilərdən şüşə arakəsmə və metal barmaqlıqlarla ayrılma, görüş boyu həbsxana nəzarətçisinin müşayiəti kimi müxtəlif qaydalarla daha da sərtləşdirilmişdir (bax: Trosin, yuxarıda, §§ 43-46).
137. İşin halları nəzərə alındıqda, yuxarıda sadalanan əlavə məhdudiyyətlər ərizəçi üçün övladları və yaşlı valideynləri ilə, ailə münasibətlərinin qorunmasınının bütün tərəflər üçün xüsusi əhəmiyyət daşıdığı bir dönəmdə, ünsiyyət saxlamasını son dərəcə çətinləşdirmişdir (bax: yuxarıda, paraqraf 23-25 və 97). Ərizəçi ilə ziyarətçilər arasında fiziki təmasın tamamilə qadağan olunması və görüş boyu nəzarətçinin eşitmə məsafəsində dayanması ərizəçinin oğlu ilə, sonuncunun həssas uşaqlıq dönəmində sıx münasibətlər qurmasını imkansız etmiş, həmçinin də ahıl atası ilə münasibətlərinə, sonuncunun hələ oğlunu ziyarət etmək gücündə olduğu zamanlarda, mənfi təsir göstərmişdir. Bundan əlavə, aydındır ki, yetkinlik yaşına çatmış ziyarətçi sayının məhdudlaşdırılması və görüş sayının məhdudluğu ərizəçinin bütün bu vaxt ərzində bəzi yaxınları və böyük olan ailəsinin üzvləri üçün həbsxana ziyarətlərini tamamilə imkansız etmişdir.
138. Ərizəçinin həbsxana ziyarətləri əldə etməsinə qoyulmuş müxtəlif uzun çəkən və sərt məhdudiyyətlərin üst-üstə tətbiqini və mübahisələndirilən məhbəs rejiminin proporsionnallıq prinsipini, ömürlük məhkum olunmuşların islahı və cəmiyyətə yenidən qazandırılması qayəsini layiqincə ehtiva etmədiyini göz önündə tutaraq, Məhkəmə bu qənaətə gəlir ki, bəhsi gedən tədbirlər ərizəçinin şəxsi və ailə hayatına hörmət hüququ ilə cavabdeh Hökumətin istinad etdiyi məqsədlər arasında ədalətli tarazlığı təmin etməyib; cavabdeh Dövlət məsələ ilə bağlı öz mülahizə səlahiyyəti həddini aşmışdır.
139. Beləliklə, ərizəçiyə xüsusi rejimli islah koloniyasında ciddi rejimin tətbiqi nəticəsində ərizəçinin Konvensiyanın 8-ci maddəsiylə qorunan şəxsi və ailə həyatına hörmət hüququ pozulmuşdur.
II. KONVENSİYANIN 14-cü MADDƏSİNİN POZULMASI İDDİASI İLƏ BAĞLI
140. Konvensiyanın 8-ci maddəsi əsasında etdiyi şikayətə əlavə olaraq, Ərizəçi, həmçinin idia edir ki, məhkum olunduqdan sonra yaxınları ilə görüş imkanına qoyulan müxtəlif məhdudiyyətlər konvensiyanın 14-cü maddəsinə zid olub.
141. İşin xüsusi hallarını və 8-ci maddənin pozulması qənaətinə varan mühakiməni nəzərdə tutaraq, Məhkəmə işin eyni faktiki hallarını 14-cü maddə altında müstəqil araşdırmaq üçün heç bir əsas görmür (bax: Dickson, yuxarıda, § 86).
III. KONVENSİYANIN BAŞQA MÜDDƏALARININ POZULMASI BARƏDƏ İDDİALAR İLƏ BAĞLI
142. Məhkəmə Ərizəçinin təqdim etdiyi digər şikayətlərini araşdırmışdır. Lakin, ixtiyarında olan materiallardan və səlahiyyətləri çərçivəsindən çıxış edərək, Məhkəmə hesab edir ki, Konvensiya və onun protokollarında bəyan edilən hüquq və azadlıqların hər hansı bir pozuntusu aşkar edilməmişdir. Bununla şikayətin bu hissəsi, açıq-aşkar əsassız olduğundan Konvensiyanın 35-ci maddəsinin 3 və 4 bəndlərinə uyğun olaraq rədd edilməlidir.
IV. KONVENSİYANIN 41-ci MADDƏSİNİN TƏTBİQİ ÜZƏRİNƏ
143. Konvensiyanın 41-ci maddəsinin təbirincə,
« Əgər Məhkəmə Konvensiyanın və ona dair Protokolların müddəalarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, Məhkəmə zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir. »
A. Zərər
144. Ərizəçi mənəvi zərər üçün 40 000 Avro tələb edir. O on il boyunca ailəsi ilə görüşməsinə tətbiq olunan məhdudiyyətlərdən böyük sarsıntı keçirdiyini deyir.
145. Hökumətə görə, pozuntunun aşkar edilməsi, ərizəçinin bu işində, özlüyündə adekvat ədalətli əvəzdir.
146. Məhkəmə hesab edir ki, Ərizəçi, təsbit olunan pozuntulardan dolayı davamlı iztirab və sarsıntı keçirmişdir. Ədalətli əsaslarla qiymətləndirmə apararaq, Məhkəmə zərərçəkənə mənəvi zərərə görə, hesablana bilən hər hansı vergi üstünə gəlməklə, 6 000 Avro təzminat təyin edir.
B. Xərc və məsrəflər
147. Ərizəçi həmçinin Məhkəmə qarşısında çəkilmiş xərc və məsrəflərə görə 12 525 Avro tələb edir. Ərizəçi, xanım O. Preobrajenskaya tərəfindən saat hesabı 100 Avro olmaqla görülən 120 iş saatı (tədqiqat və sənədlərin redaktəsi) və 525 Avro məbləğində tərcümə məsrəflərini əks etdirən detallı sənədlər təqdim edir.
148. Hökumət, həddindən artıq götürülməklə yanaşı, vəkil xərclərinin həm də həqiqətən ödənildiyi və ya ödənilməli olduğunun göstərilmədiyini diqqətə çatdırır.
149. Məhkəmənin presedent-hüququna müvafiq olaraq, Ərizəçi xərc və məsrəflərin ödənilməsi hüququna yalnız o halda malikdir ki, onların həqiqətən və zərurətlə xərcləndiyi göstərilsin və bu məbləğlər həcminə görə əsaslı olsun. Hazırkı işdə malik olduğu məlumatları və yuxarıdakı meyarları nəzərə alaraq, Məhkəmə, tələb olunan məbləğdən hüquqi yardıma görə ərizəçinin vəkilinə artıq ödəmiş olan 850 Avronun çıxılmaqla ərizəçiyə 11 675 Avro təzminat verilməsini əsaslı hesab edir.
C. Faiz dərəcəsi
160. Məhkəmə məqsədəmüvafiq hesab edir ki, faiz dərəcəsi, üstünə üç faiz əlavə edilməli olan, Mərkəzi Avropa Bankının təqdim etdiyi dərəcənin son həddinə əsaslanmalıdır.
BU ƏSASLARLA MƏHKƏMƏ YEKDİLLİKLƏ,
1. Ərizəçinin, 8 Oktyabr 1999-cu ildən 11 Oktyabr 2009-cu ilə qədər həbsxana görüşlərinə qoyulan müxtəlif məhdudiyyətlərlə bağlı şikayətini qəbuledilən, qalan hissəni qəbuledilməz elan edir;
2. Qərara alır ki, Konvensiyanın 8-ci maddəsi pozulmuşdur;
3. Qərara alır ki, 8-ci maddənin pozulması barədə qərar nəzərə alınaraq, 14-cü maddəyə əsasən verilən şikayətin ayrıca araşdırılması üçün əsas yoxdur.
4. Qərara alır ki,
a) cavabdeh Dövlət ərizəçiyə, qərarın qəti olduğu tarixdən üç ay müddətində, həll olunma gününə tətbiq olunan dərəcədə, milli valyuta ilə ödəməlidir :
i. Hesablanmalı olan hər hansı vergi üstünə gəlməklə, mənəvi zərərə görə 6 000 Avro (altı min avro);
ii. Hesablanmalı olan hər hansı vergi üstünə gəlməklə, xərc və məsrəflərə görə 11 675 Avro (on bir min altı yüz yetmiş beş avro);
b) Yuxarıda qeyd olunan üç ay müddət ərzində icranın gecikdirilməsinə görə faiz Avropa Mərkəzi Bankındakı kredit faizinin yuxarı həddinə əsaslanmalı və onun üzərinə daha üç faiz əlavə olunmalıdır.
5. Əvəzin ədalətli ödənilməsi ilə bağlı ərizəçinin tələbinin qalan hissəsini rədd edir.
Fransız və inglis dillərində tərtib edilmiş, 30 İyun 2015-ci il tarixində, Strasburq, İnsan Hüquqları Sarayında keçirilmiş açıq məhkəmə iclasında elan edilmişdir.
Lawrence EarlyDean Spielmann Hüquq Məsləhətçəsi Prezident
Bu qərara, Konvensiyanın maddə 45 § 2 və Reqlamentin maddə 74 § 2-ə uyğun olaraq, hakimlər Pinto de Albuquerque və Turković-in ortaq xüsusi rəyi əlavə olunmuşdur.
D.S.
T.L.E.
Xüsusi rəylər tərcümə olunmamışdır, lakin qərarın Məhkəmənin HUDOC məlumat bazasındakı ingiliscə və ya fransızca olmaqla, rəsmi versiyalarında onları oxumaq olar.
©Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2016
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə və onun keyfiyyətinə görə heç bir məsuliyyət daşımır. Tərcüməni Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnu təşkil edən işlərin daxil olduğu HUDOC məlumat bazasından () və ya Məhkəmənin razılığı ilə yerləşdirilən istənilən digər məlumat bazasından yükləmək olar. Tərcüməni qeyri-kommersiya məqsədlərilə bu şərtlə yenidən nəşr etmək mümkündür ki, məhkəmə işinin tam adı, yuxarıda göstərilmiş müəllif hüququna dair qeyd və Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fonduna istinad göstərilsin. Tərcümənin hər hansı bir hissəsindən kommersiya məqsədi ilə istifadə etmək nəzərdə tutularsa, bu ünvana müraciət etmənizi xahiş edirik publishing@.
© Council of Europe/European Court of Human Rights, 2016
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2016
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante : publishing@
Full & Egal Universal Law Academy