© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2016. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə görə heç bir məsuliyyət daşımır. Əlavə məlumat almaq üçün bu sənədin sonunda verilmiş müəllif hüququna dair tam məlumata baxın.
© Council of Europe/European Court of Human Rights, 2016. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2016. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
Məhkəmə təcrübəsi üzrə məlumat qeydi 186
Iyun 2015
Khoroshenko Rusiyaya q. [BP] - 41418/04
Qərar 30.6.2015 [BP]
Maddə 8
Maddə 8-1
Ailə həyatına hörmət
Şəxsi həyata hörmət
Ömürlük azadlıqdan məhrumetmə cəzası almış məhkuma uzunmüddətli ailə ziyarətininə icazə verilməməsi: pozuntu
Faktlar – Ərizəçi hal-hazırda ömürlük hbs cəzasını çəkməkdədir. Ərizəçinin xüsusi rejimli penitensiar koloniyada saxlanmasının ilk on ili ərzində, ona ciddi rejim tətbiq olunmuşdur : bu, xüsusilə, həbsxana görşlərinin sıxlığı və müddəti ilə, ziyarətçilərin sayı ilə bağlı məhdudiyyətlərin qoyulması və görüşlər zamanı müxtəlif nəzarət tədbirlərinin tətbiq olunması demək idi. Ərizəçi ətraf aləmlə yazışa bilirdi, lakin təcili hallar istisna olmaqla, telefon zəngi edə bilmirdi.
Hüquqi məsələlər – Maddə 8 : Ərizəçinin ilk on il ərzində həbsxanada ciddi rejimdə keçirdiyi zaman ərzində faydalana bildiyi görüşlərlə bağlı tədbirlər 8-ci maddə mənasında « şəxsi həyat » və « ailə həyatı »na hörmət hüququna müdaxilə hesab olunur.
Ərizəçinin ciddi şəraitli xüsusi rejimli penitensiar koloniyada saxlanması aydın, çatımlı və kifayət qədər dəqiq qanuni əsasa malikdir.
On il ərzində ərizəçi yazışma yolu ilə ətraf aləmlə əlaqə saxlaya bilirdi, lakin bütün digər komunikasiya formaları məhdudlaşdırılmışdı. O, təcili hallar istisna olmaqla, telefon zəngi edə bilmirdi və ancaq altı aydan bir, dörd saat ərzində iki yetkinlik yaşına çatmış şəxslə görüşə bilərdi. Görüşlər zamanı o yaxınları ilə şüşə vitrin vasitəsilə ayrılırdı və bütün görüş müddətində danışılanları eşıdəcək yaxınlıqda bir nəzarətçi olurdu.
Bu mübahisələndirilən məhdudiyyətlər birbaşa qanunda nəzərdə tutulmuş və ərizəçiyə başqa hər hansı bir əsas olmadan, sadəcə, ömürlük azadlıqdan məhrum edilmə cəzasına məhkum olunduğuna görə tətbiq edilmişdir. Bu rejim qanunla müəyyən olunmuş on illik müddətdə tətbiq edilmişdir. Bu müddət cəzaçəkmə dövründə intizamsız rəftarına görə uzadıla, lakin heç bir halda qisaldıla bilməzdi. sadalanan məhdudiyyətlər qəti müəyyənləşdirilmiş zaman kəsimində, eyni cəzaçəkmə rejimində cəmlənirdi və dəyişdirilə bilməzdi.
Rusiyada ömürlük azadlıqdan məhrum etmə cəzası yalnız az sayda xüsusilə ağır və təhlükəli (bax: paraqraflar 34-35) əməlləri ehtiva edir və konkret indiki halda Dövlət inter alia, orqanları toqquşan bir çox ümumi və şəxsi maraqların mürəkkəb tarazlığını, təmin etməli olublar. Konvensiyanı imzalayan Dövlətlər cəza siyasətlərini müəyyənləşdirməkdə geniş mülahizə səlahiyyətinə sahibdirlər. Bu səbəbdən, prinsip etibari ilə, cəzanın sərtliyi ilə cəzaçəkmə rejiminin növü arasında, məhdud dərəcədə belə olsa, əlaqələndirmə aparmaq istisna edilmir.
Dövlət orqanlarının məhbusların, o cümlədən ömürlük azadlıqdan məhrum edilmiş məhbusların ailə bağlarının kəsilməsinin qarşısını almaq və onların mümkün qədər tez-tez və normal şərtlər altında təşkil olunan görüşlər sayəsində ailə üzvləri ilə məntiqlə qənaətbəxş sayıla biləcək dərəcədə təmasına imkan yaratmaq öhdəliyinin mövcudluğu Avropa üzrə görüş hüququnun tənzimlənməsində ilkin, başlanğıc prinsipdir. Həbsxana görüşlərinin tənzimlənməsi praktikasında nəzərə çarpacaq dərəcədə müxtəliflik mövcud olsa da, ömürlük azadlıqdan məhrum edilmiş məhbuslara ən az hər iki ayda bir dəfə görüş hüququ tanınır. Üstəlik, Konvensiyanı imzalayan Dövlətlərin əksəriyyəti sözügedən hüquqdan istifadə ilə bağlı ömürlük azadlıqdan məhrum edilmiş məhbuslar və digər kateqoriyadan olan məhbuslar arasında heç bir fərqləndirmə aparmırlar və bu ölkələrdə, qəbul olunmuş minimal görüş tezliyi hər ayda bir ziyarətdən az deyildir. Bu kontekstdə, Rusiya Avropa Şurasında yeganə üzv Dövlətdir ki, ömürlük azadlıqdan məhrum edilmiş məhbusların görüş hüququnu onların ümumilikdə hamısına bir qrup şəkilində, uzun dövr üçün və görüşlərin sayının xüsusi azlığıyla xarakterizə olunan rejim tətbiq etməklə tənzimləyir.
Bu vəziyyət cavabdeh Dövlətin sözügedən sahədə ailə və şəxsi həyata müdaxilənin məqbul hesab edilə bilən həddini qiymətləndirmədəki sərbəstliyinin daraldılmasını şərtləndirir.
Rusiya Federasiyasının Konstitusiya Məhkəməsinin 2005-i il iyun qərarından fərqli olaraq, Avropa Məhkəməsi hesab edir ki, bu rejim rejim üst-üstə məhdudiyyətlər nəzərdə tutmaqla uzun müddətli cəza çəkən orta Rusiyalı məhbusa nisbətdə ərizəçinin vəziyyətini xüsusiylə ağırlaşdırmışdır. Bu məhdudiyyətlər, məhz həbs cəzası anlayışına xas və ya qaçınılmaz hesab edilə bilməz.
Hökumət bildirir ki, məhdudiyyətlər « ədalətin bərpası, cinayətkarın islahı və yeni cinayətlərin qarşısının alınması » məqsədi daşıyır. Ərizəçi bütün sözügedən dövr ərzində, yalnız bir hücrə yoldaşı ola bilərdi, və o, ömürlük azadlıqdan məhrum edilmiş, cəzasını digər məhbuslardan ayrı cəkməli olan məhbus kateqoriyasına aid edilmişdir. Məhkəmə, ərizəçinin məruz qaldığı məhdudiyyətlərin sərtliyi və müddətindən, xüsusilə bütöv bir on illikdə, ildə yalnız iki qisa görüş haqqının olmasından heyrətə gəlir.
Məhkəmənin sabit presedent hüququna əsasən, qanuni saxlanma Konvensiyanın 5-ci maddəsinin tətbiqi dairəsinə daxil olduqda azadlıq hüququ istisna olmaqla, məhbuslar, bir qayda olaraq, Konvensiya ilə qorunan əsas hüquq və azadlıqlarından istifadə hüququnu özündə saxlayır; hər hansı bir məhbus sadəcə məhkəmə hökmü ilə həbs olunduğuna görə Konvensiya ilə qorunan hüquqlarından məhrum edilə bilməz.
Həmçinin, əhbuslara – ömürlük azadlıqdan məhrum edilmiş dustaqlarla digər kateqoriyadan olan məhkumlar arasında heç bir fərq qoymadan – minimal standart kimi, ailə üzvləri ilə « məqbul » və ya ağlabatan dərəcədə « yaxşı » ünsiyyət saxlamaq hüququ tanıyan beynəlxalq sənədlərdən fərqli olaraq, müvafiq rus qanunvericiliyi Konvensiyanın 8-ci maddəsinin tələb etdiyi, məhbusların və onların yaxınları və valideynlərinin maraqlarını adekvat şəkildə nəzərə almır.
Hökumət, Konstitusiya Məhkəməsinin qərarını xatırladaraq bildirir ki, məhdudiyyətlər cinayətkarın islahı məqsədi güdür. Ərizəçiyə tətbiq olunan cəzaçəkmə rejimi şəxsin cəmiyyətə yenidən qazandırılması deyil, daha çox onun cəmiyyətdən təcrid olunması məqsədi daşıyıb. Cəzaların İcrası Məcəlləsi ömürlük azadlıqdan məhrum edilmiş bütün dustaqlara cəzalarının iyirmi beş ilini çəkdikdən sonra şərti azadlığa buraxılmaları üçün müraciət hüququ tanıyır. Ərizəçi kimi, azadlıqdan məhrum edilmiş dustaqlara həddindən çox ciddi rejimin tətbiqi ailə üzvləri ilə ünsiyyətinin saxlanmasına maneə yaradır və belə olan halda onların cəmiyyətə yenidən qazandırılmasını və islahını asanlaşdırmaq və təşviq etmək əvəzinə bu işi ciddi şəkildə çətinləşdirir. Bu, həm İAK tövsiyyələrinə, həm də digər beynəlxalq sənədlər kimi, Rusiya üçün 1973-cü ildən qüvvədə olan, Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktın maddə 10 § 3- zidd olardı. Yalnız və yalnız ağır cəzaya məhkum edilməsinə görə, uzun müddətli və görüşlərin son dərəcə azlığıyla ilə xarakterizə olunan rejimin tətbiqinin ərizəçinin şəxsi və ailə həyatına təşkil etdiyi müdaxilə, özlüyündə, Hökumətin əsas gətirdiyi məqsədlərlə qeyri-proporsionaldır. Əlavə olaraq, Məhkəmə bildirir ki, cəza tədbirinin təsirləri məhdudiyyətlərin tətbiq müddətinin son dərəcə uzun olması, görüş şərtləri ilə bağlı fiziki təmasın qadağan olunması, ziyarətçilərin sayına məhdudiyyətlər, ziyarətçilərdən şüşə arakəsmə və metal barmaqlıqlarla ayrılma, görüş boyu həbsxana nəzarətçisinin müşayiəti kimi müxtəlif qaydalarla daha da sərtləşdirilmişdir.
Bu məhdudiyyətlər ərizəçi üçün övladları və yaşlı valideynləri ilə, ailə münasibətlərinin qorunmasınının bütün tərəflər üçün xüsusi əhəmiyyət daşıdığı bir dönəmdə, ünsiyyət saxlamasını son dərəcə çətinləşdirmişdir (bax: yuxarıda, paraqraf 23-25 və 97). Ərizəçi ilə ziyarətçilər arasında fiziki təmasın tamamilə qadağan olunması və görüş boyu nəzarətçinin eşitmə məsafəsində dayanması ərizəçinin oğlu ilə, sonuncunun həssas uşaqlıq dönəmində sıx münasibətlər qurmasını imkansız etmiş, həmçinin də ahıl atası ilə münasibətlərinə, sonuncunun hələ oğlunu ziyarət etmək gücündə olduğu zamanlarda, mənfi təsir göstərmişdir. Bundan əlavə, aydındır ki, yetkinlik yaşına çatmış ziyarətçi sayının məhdudlaşdırılması və görüş sayının məhdudluğu ərizəçinin bütün bu vaxt ərzində bəzi yaxınları və böyük olan ailəsinin üzvləri üçün həbsxana ziyarətlərini tamamilə imkansız etmişdir.
Ərizəçinin həbsxana ziyarətləri əldə etməsinə qoyulmuş müxtəlif uzun çəkən və sərt məhdudiyyətlərin üst-üstə tətbiqini və mübahisələndirilən məhbəs rejiminin proporsionnallıq prinsipini, ömürlük məhkum olunmuşların islahı və cəmiyyətə yenidən qazandırılması qayəsini layiqincə ehtiva etmədiyini göz önündə tutaraq, bəhsi gedən tədbirlər, ərizəçinin şəxsi və ailə hayatına hörmət hüququ ilə cavabdeh Hökumətin istinad etdiyi məqsədlər arasında ədalətli tarazlığı təmin etməyib. Beləliklə, cavabdeh Dövlət məsələ ilə bağlı öz mülahizə səlahiyyəti həddini aşmışdır.
Nəticə : pozuntu (yekdiliklə).
Maddə 41 : mənəvi ziyana görə 6 000 EUR.
(Saxlanma şəraiti və məhkumlarla davranış mövzusundakı sənədə da baxın)
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi
Katibliyin bu xülasəsinə görə Məhkəmə məsuliyyət daşımır.
Presedent hüququnun Məlumat Qeydləri üçün tıklayın
©Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2016
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə və onun keyfiyyətinə görə heç bir məsuliyyət daşımır. Tərcüməni Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnu təşkil edən işlərin daxil olduğu HUDOC məlumat bazasından () və ya Məhkəmənin razılığı ilə yerləşdirilən istənilən digər məlumat bazasından yükləmək olar. Tərcüməni qeyri-kommersiya məqsədlərilə bu şərtlə yenidən nəşr etmək mümkündür ki, məhkəmə işinin tam adı, yuxarıda göstərilmiş müəllif hüququna dair qeyd və Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fonduna istinad göstərilsin. Tərcümənin hər hansı bir hissəsindən kommersiya məqsədi ilə istifadə etmək nəzərdə tutularsa, bu ünvana müraciət etmənizi xahiş edirik publishing@.
© Council of Europe/European Court of Human Rights, 2016
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2016
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante : publishing@
Full & Egal Universal Law Academy