© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil. Əlavə məlumat üçün sənədin sonunda müəllif hüquqları haqqında qeydə baxın.
© Council of Europe/European Court of Human Rights, 2012. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
Kimlya və başqaları Rusiyaya qarşı (Kimlya and Others v. Russia), ərizə № 76836/01
01.10.2009-cu il tarixli qərar [I Bölmə]
Maddə 9
9-cu maddənin 1-ci bəndi
Din azadlığı
Ən azı on beş il ərzində mövcud olduğunu və ya mərkəzləşdirilmiş dini təşkilatın strukturuna daxil olduğunu sübut edə bilməyən dini qrupları qeydiyyata almaqdan imtina: pozuntu baş verib
Faktlar – Ərizəçilər Sayentologiya kilsəsinin Rusiyadakı bölmələrinin təsisçiləri idilər. 1994-cü ildə dianetikanın (Sayentologiya kilsəsinin təliminin) öyrənilməsi üzrə birinci mərkəz ictimai təşkilat kimi qeydiyyata alındı. Sonradan mərkəzin təkrar qeydiyyatından imtina edildi, çünki onun məqsədləri "dini xarakter" daşıyırdı. Daha sonra dövlət orqanları ərizəçilərin təsis etdikləri bölmələri yerli dini təşkilat kimi qeydiyyata almaqdan imtina etdilər, çünki onlar bölmələrin ən azı 15 il ərzində regionda mövcud olduqlarını təsdiq edən sübut təqdim etməmişdilər.
Hüquqi məsələlər – 11-ci maddə ilə əlaqəli şəkildə nəzərdən keçirilən 9-cu maddənin pozulub-pozulmaması məsələsi: a) 9-cu maddənin bu işə tətbiqinin mümkünlüyü məsələsi – Məhkəmə öncə qeyd etdi ki, sayentologiya təliminin dini xarakter daşıması məsələsində Avropada konsensus mövcud deyil. Bundan başqa, müəyyən baxışların və onlarla əlaqədar praktikanın 9-cu maddənin məqsədləri üçün "din" hesab edilib-edilməməsi məsələsinin həlli Məhkəmənin vəzifəsi deyil. Lakin Rusiyanın dövlət orqanları sözügedən bölmələrin dini xarakter daşıdığına əmin olduqlarına görə Məhkəmə bu qənaətə gəldi ki, 9-cu maddə bu işə tətbiq edilə bilər. Bundan başqa, dini icmaların ənənəvi olaraq təşkilatlanmış strukturlar formasında mövcud olduğunu və ərizəçilərin şikayətinin onların dindaşları ilə sərbəst surətdə birləşmək hüququnun məhdudlaşdırılmasına aid olduğunu nəzərə alsaq, 9-cu maddə üzrə şikayətə 11-ci maddə ilə əlaqəli şəkildə baxılmalıdır.
a) Şikayətin mahiyyəti – Hüquqi şəxs statusu olmayan "dini qrup" hüquqi şəxs statusu ilə əlaqədar olan hüquqlara malik ola və ya həmin hüquqları həyata keçirə, o cümlədən mülkiyyət hüququ əsasında əmlaka sahib ola və ya onu icarəyə götürə, bank hesabına malik ola, işçiləri işə götürə və məhkəmədə iddiaçı və ya cavabdeh qismində çıxış edə bilməzdi, halbuki bunlar dini etiqadı həyata keçirmək hüququ üçün mühüm əhəmiyyət daşıyırdı. Bundan başqa, Rusiya qanunvericiliyinə əsasən, müəyyən hüquqları, məsələn, ibadət üçün nəzərdə tutulmuş yerlər təşkil etmək, ictimai yerlərdə dini mərasimlər keçirmək və dini ədəbiyyatı nəşr etmək, əldə etmək və yaymaq hüququnu yalnız qeydiyyata alınmış "dini təşkilatlar" həyata keçirə bilərdilər. Müvafiq olaraq, dini qrupların məhdud statusu onların üzvlərinin din və birləşmək azadlığı hüququndan faktiki istifadə etmələrinə imkan vermirdi və beləliklə, ərizəçilərin 9-cu maddədə nəzərdə tutulmuş hüquqlarına müdaxilə təşkil edirdi. Bu müdaxilə milli qanunvericiliyə uyğun idi və ictimai qaydanı qorumaqdan ibarət qanuni məqsəd daşıyırdı. Lakin ərizəçilərin dini qrupunu qeydiyyata almaqdan imtina edilməsi onlar tərəfindən hər hansı pozuntu ilə əlaqədar deyildi, dini qrupun ən azı 15 il ərzində mövcud olması barədə qanunvericilik tələbinin avtomatik tətbiqinin nəticəsi idi. Beləliklə, qeydiyyatdan imtina qərarı sırf formal xarakter daşıyırdı və müvafiq dini qrupların faktiki fəaliyyətləri ilə əlaqəli deyildi. Hökumət bu məhdudiyyət üçün hər hansı təxirəsalınmaz ictimai tələbatın mövcud olduğunu sübuta yetirə bilmədi, yaxud dini qrupların hüquqi şəxs statusu əldə etmək üçün bu qədər uzun müddət gözləməli olmalarına haqq qazandıran münasib və yetərli səbəb göstərmədi. Etiraz edilən məhdudiyyət yalnız tələb olunan müddət ərzində müvafiq regionda mövcud olduqlarını və ya mərkəzləşdirilmiş dini təşkilatın strukturuna daxil olduqlarını sübut edə bilməyən yerli səviyyəli dini icmalar üçün nəzərdə tutulmuşdu. Beləliklə, görünür, "15 illik müddət haqqında qayda" yalnız yeni yaranan və ciddi iyerarxiyalı kilsə strukturunun tərkib hissəsi olmayan dini qruplara təsir göstərirdi. Yuxarıdakıları nəzərə alaraq, Məhkəmə bu qənaətə gəldi ki, ərizəçilərin din və birləşmək azadlığı hüququna müdaxilə "demokratik cəmiyyətdə zəruri" sayıla bilməzdi.
Nəticə: pozuntu baş verib (yekdilliklə).
Maddə 41: Mənəvi ziyana görə birinci və ikinci ərizəçinin hər birinə 5.000 avro təyin edildi.
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012.
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil; eyni zamanda, Məhkəmə tərcümənin keyfiyyəti ilə bağlı heç bir məsuliyyət daşımır. Tərcümə Avropa İnsan Hüquqları Məhkəməsi HUDOC presedent hüququ bazası () və ya Məhkəmənin onu bölüşmüş olduğu hər hansı digər məlumat bazasından yüklənə bilər. Bu tərcümə qeyri-kommersiya məqsədləri üçün istifadə oluna bilər; bu halda işin tam adına, habelə yuxarıda göstərilən müəllif hüquqları haqqında qeydə və İnsan Hüquqları Etimad Fonduna istinad edilməlidir. Bu tərcümənin hər hansı bir hissəsinin kommersiya məqsədləri ilə istifadə edilməsi üçün publishing@ ilə əlaqə saxlayın.
© Council of Europe/European Court of Human Rights, 2012.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012.
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante : publishing@
Full & Egal Universal Law Academy