İKİNCİ SEKSİYA K.O. və V.M. NORVEÇƏ qarşı (Şikayət no. 64808/16) QƏRAR Maddə 8 • Ailə həyatına hörmət hüququ • Ərizəçilərin uşağının uzun müddətli himayəçi ailəyə yerləşdirilməsi məhdud ünsiyyət hüququnun verilməsi • Müvafiq və yetərli əsaslar • Ailənin yenidən birləşməsi məqsədilə ziddiyyətdə olan ünsiyyət rejimi • Hökumətin uşağın üstün maraqları baxımından ailənin yenidən birləşməsini nəzərdən keçirə bilməməsi STRASBURQ 19 noyabr 2019 Bu qərar Konvensiyanın 44-cü maddəsinin 2-ci bəndində göstərilən hallarda qəti qərara çevriləcəkdir. Onun yekun formasına redaktə xarakterli əlavələr oluna bilər. 2 K.O. AND V.M. v. NORWAY JUDGMENT K.O. və V.M. Norveçə qarşı, Avropa İnsan Hüquqları Məhkəməsi (İkinci Seksiya), aşağıdakı tərkibdə: Robert Spano, sədr, Marko Bošnjak, Valeriu Griţco, Egidijus Kūris, Ivana Jelić, Arnfinn Bårdsen, Darian Pavli, hakimlər, və Hasan Bakırcı, Seksiya Katibinin Müavini, 5 noyabr 2019-cu il tarixdə qapalı iclasda Eyni tarixdə qəbul edilən aşağıdakı qərarı qəbul etmişlər: PROSEDUR 1. İş İnsan haqları və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının (“Konvensiya”) 34-cü maddəsinə əsasən Norveç vətəndaşları cənab K.O. və xanım V.M. tərəfindən (ərizəçilər) 04 noyabr 2016-cı il tarixdə Norveç Krallığına qarşı verilmiş şikayət (no. 64808/16) əsasında başlanmışdır. 2. Ərizəçilər Osloda fəaliyyət göstərən vəkil cənab M. Engesbak tərəfindən, Norveç Hökumətini isə nümayəndə cənab M. Emberland təmsil etmişdir. 3. Ərizəçilər iddia etmişlər ki, qızlarının dövlət qayğısına verilməsi və ildə altı dəfə iki saat müddətinə ünsiyyət hüquqlarının verilməsi barədə qərar onların Konvensiyanın 8-ci maddəsi altında ailə həyatına hörmət hüquqlarını pozmuşdur. 4. 04 may 2017-ci ildə şikayət Hökumətə kommunikasiya edilmişdir. Məhkəmənin 11 sentyabr 2019-cu il tarixli məktubları ilə tərəflərə Böyük Palatanın Strand Lobben və digərləri Norveçə qarşı ([GC], no. 37283/13) işinin hazırkı iş ilə uyğunluğu barədə mülahizələrin verilməsi təklif edilmişdir. Bütün tərəflər bu təkliflə bağlı əlavə mülahizələrini təqdim etmişlər. 5. Yazılı mülahizələr, həmçinin Məhkəmə Qaydalarının 44 § 3-cü qaydasına və Konvensiyanın 36-cı maddəsinin 2-ci bəndinə 3 əsasən üçüncü tərəflər kimi işə buraxılan Çex Respublikası və Slovakiya Respublikasının Hökumətindən daxil olmuşdur. FAKTLAR I. İŞİN HALLARI 6. Birinci ərizəçi cənab K.O. 1974-cü ildə və ikinci ərizəçi xanım V.M. 1986-cı ildə anadan olmuşlar. A. Təcili qərar 7. 1, 10 və 22 dekabr 2014-cü ildə uşağa-qayğı xidmətləri hələ doğulmamış uşaq – A. ilə bağlı narahatlıq bildirşləri almışlar. Bildirişlərdən ikisi polisdən gəlmişdir və birinci ərizəçinin ikinci ərizəçiyə qarşı fiziki olaraq pis rəftar etməsi ilə bağlı olmuşdur. Üçüncü bildiriş profilaktik-əqli-sağlamlıq xidmətlərindən daxil olmuşdur və ikinci ərizəçinin narahatlıq, depressiya və narkotik vasitələrinin istifadəsi ilə bağlı məlumatı ehtiva edirdi. 8. Bundan başqa, uşaq-qayğı xidmətləri ikisi anonim olan fərdi şəxslərdən üç bildiriş almışdır. Bu bildirişlərdə ikinci ərizəçinin nə cür çətinliklə idarə olunduğu və birinci ərizəçi tərəfindən manipulyasiya edildiyi qeyd edilmişdir. Bu bildirişlərə əsasən birinci ərizəçi ikinci ərizəçini amfetaminlərdən istifadə etməyə məcbur etmişdir, və evi tərk etməsinə mane olmaq üçün paltarlarını kəsmiş və ayaqqabılarını suya atmışdır. Bundan başqa, ikinci ərizəçi ailəsi ilə ünsiyyətdən və sosial şəbəkələrdən kənarlaşmağa məcbur edildiyinə və ya birinci ərizəçi tərəfindən təhdid edildiyinə görə təcrid edilmişdir. Bildirişlərə əsasən, ikinci ərizəçi birinci ərizəçini dəfələrcə tərk etməyə cəhd etmiş, lakin hər dəfəsində geri qayıtmışdır. 9. 13 yanvar 2015-ci ildə qızları – A. anadan olmuşdur. Eyni gündə birinci ərizəçinin zorakılıq aktı etdiyini və ikinci ərizəçini narkotik qəbul etməyə məcbur etməsi barədə uşağa-qayğı xidmətlərinə anonim bildiriş daxil olmuşdur. 14 yanvar 2015-ci ildə ikinci ərizəçinin nənəsi narahatlıq bildirişi göndərərək bildirmişdir ki, birinci ərizəçi manipulyativ, idarəedicidir və 4 K.O. AND V.M. v. NORWAY JUDGMENT amfetamin satır. 15 yanvar 2015-ci ildə uşağa-qayğı xidmətlərinə digər dövlət orqanlarından birinci ərizəçinin cinayət məhkumluğu və ikinci ərizəçinin psixi sağlamlığında problemlər və narkotik vasitələrdən istifadə tarixcəsi barədə məlumat daxil olmuşdur. Həmin gün uşağa-qayğı xidmətləri ikinci ərizəçinin razılığı ilə ikinci ərizəçi və uşağın ailə mərkəzində qalması üçün yer ayırmışdır. Birinci ərizəçiyə bu qərar barədə məlumat verilmiş, lakin bildirişlərdə qeyd edilən narahatlığa görə onların olduğu yer barədə məlumat verilməmişdir. 10. 22 yanvar 2015-ci ildə uşağa-qayğı xidmətləri hesab etmişlər ki, ikinci ərizəçi ailə mərkəzində qalmaqdan imtina etmişdir. Buna görə Uşağa Qayğı Aktının 4-6-cı bölmələrinə (bax aşağıda 43-cü bəndə) əsasən A-nın dövlət himayəsinə (qayğısına) götürülməsi barədə; ərizəçilərə hər ikinci həftədə bir saat müddətində nəzarət altında ünsiyyət hüquqlarının verilməsi; və A-nın ünvanının ərizəçilərə deyilməməsi barədə təcili qərar qəbul edilmişdir. Uşağa-qayğı xidmətləri hesab etmişlər ki, A- nın ərizəçilərlə birgə yaşadığı təqdirdə əhəmiyyətli zərər riski var. Əsas kimi əqli-sağlamlıq qüsurları, narkotik asılılığı və zorakılıq şübhələri ilə bağlı bildirişlər, və A-nın anadan olmasından əvvəl ərizəçilərin uşağa-qayğı xidmətləri ilə əməkdaşlıq etməyə razılıq verməməsi faktı götürülmüşdür. 11. Ərizəçilər Rayon Sosial Qayğı Şurasının təcili qərarından şikayət vermişlər. 02 fevral 2015-ci ildə Şura qərarı qüvvədə saxlamışdır. Şura A-nın doğulmasından əvvəl uşağa-qayğı xidmətlərindən aldıqları bildirişləri; ərizəçilərin uşağa-qayğı xidmətləri ilə əməkdaşlıq etməkdən imtina etməsini; və ikinci ərizəçinin ailə mərkəzində qalmaqdan imtina etməsini qeyd etmişlər. 12. Ərizəçilər Şuranın qərarından Şəhər Məhkəməsinə şikayət vermişlər, həmin şikayətə əsasən 26 mart 2015-ci ildə A-nın təcili dövlət qayğısına yerləşdirilməsi barədə qərar qüvvədə saxlanılmışdır. Məhkəmə qərara gəlmişdir ki, üç ay yarımlıq olan azyaşlı A-nın ərizəçilərə geri qaytarıldığı təqdirdə ciddi zərərə məruz qalması riski var. 13. Şəhər Məhkəməsi körpə uşaq üçün zərərli ola bilən ailədəki münaqişə səviyyəsinin yüksək olmasına böyük 5 əhəmiyyət vermişdir. Ərizəçilər bəzən mübahisə etdiklərini etiraf etmişlər və bildirmişlər ki, mübahisələri adətən xırda və mənasız məsələlərə dair fikir ayrılığı üstündə əmələ gəlir. Onlar ikinci ərizəçinin hamiləlik dövründə dəfələrlə evi tərk etməsini və bir dəfə mübahisəyə görə birinci ərizəçinin onu evdən qovduğunu təsdiq etməmişlər. Hamiləlik dövründə kəskin mübahisələrdən sonra həm qonşular, həm də ikinci ərizəçi tərəfindən dəfələrlə evə polis çağırılmışdır. Ərizəçilər bildirmişlər ki, körpə ilə yeni ailə vəziyyətinə uyğunlaşmağa və uşağın yanında mübahisə etməməyə çalışacaqlar. Şəhər Məhkəməsinin fikrincə, ərizəçilər arasında zamanla mövcud olan mübahisənin - hamiləlikdən əvvəl və həmçinin hamiləlik dövründə - yüksək səviyyədə olması və körpə uşağa qulluq etmək nəticəsində yarana biləcək stress səbəbindən mübahisələrin davam etməsi riski böyükdür. 14. Şəhər Məhkəməsi, həmçinin müəyyən etmişdir ki, ikinci ərizəçinin impulsiv nəzarət və mübahisələri adekvat həll etmək bacarığı yoxdur. 2014-cü ildə o, yalandan intihar etdiyini iddia etmiş, nəticədə psixiatriya müəssisəsinə yerləşdirilmişdir. Həkim hesab etmişdir ki, ikinci ərizəçi intihara qəsd etməmiş və onun müəssisəsəyə yerləşdirilməsi səhvdir. Şəhər Məhkəməsi, ikinci ərizəçinin ruhi sağlamlığının müayinə olunmadığını, lakin bunun adekvat qayğı göstərmə qabiliyyətinə təsir göstərdiyini nəzərə alaraq ciddi bir narahatlıq olduğunu qeyd etdi. 15. Ümumi qiymətləndirmə əsasında Şəhər Məhkəməsi hesab etmişdir ki, təcili yerləşdirmə qərarı ləğv olunduğu halda A-nın maddi zərərə məruz qalmaq riski yaranır. Daha yüngül məhdudlaşdırıcı yardım tədbirləri uşağın ərizəçilərə geri qaytarılacağı təqdirdə məruz qalacaq təhlükələrdən adekvat qoruya bilməzdi. Bu nəticəyə gələrkən Şəhər Məhkəməsi ailə münasibətlərinin mürəkkəbliyini və sağlamlıq və narkotiklərlə bağlı problemlərin həll edilməsi üçün ərizəçilərə göstərilən yardım cəhdlərinin uğursuz olması faktını vurğulamışdır. Bu səbəbdən məhkəmə belə nəticəyə gəlmişdir ki, A-nı geri qaytarmazdan əvvəl ərizəçilərə geniş və uzunmüddətli yardım lazımdır. 16. Ərizəçilər Şəhər Məhkəməsinin təcili qərarından apellyasiya şikayəti vermişlər, lakin daha sonra şikayəti geri götürmüşlər, çünki uşağa-qayğı xidmətləri tərəfindən uşağa 6 K.O. AND V.M. v. NORWAY JUDGMENT qayğı göstərilməsi barədə qərar qəbul edilməsi üçün məhkəmədə icraat başlatmışlar. B. Yerləşdirmə qərarı 1. Rayon Sosial Qayğı Şurası 17. Şəhər Məhkəməsinin təcili qayğı qərarından sonra 26 mart 2015-ci ildə uşağa-qayğı xidmətləri Rayon Sosial Qayğı Şurasına müraciət edərək Uşaq Qayğı Aktının 4-12-ci bölmələrinə əsasən A-nın dövlət himayəsinə (qayğısına) verilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişlər (bax aşağıda 43-cü bəndə). Peşəkar hakim kimi fəaliyyət göstərə biləcək sədrdən, iki psixoloq və iki xüsusi biliklərə malik olmayan şəxsdən ibarət Şura iki günlük şifahi iclas keçirmiş və on bir şahidin ifadəsini dinləmişdir. Ərizəçilər həmin iclasda iştirak etmişlər və nümayəndə tərəfindən təmsil olunmuşlar. 18. 20 may 2015-ci ildə Şura qərara gəlmişdir ki, A. himayəçi evə yerləşdirilməlidir və Uşağa Qayğı Aktının 4-19-cu bölmələrinə əsasən A-nı tapmağa və hətta oğurlamağa cəhd edəcəkləri təhlükəsinə görə ərizəçilərə uşağın yaşadığı yer barədə məlumat verilməməlidir (bax 43-cü bəndə). Şura, ərizəçiləri A- ya münasibətdə valideynlik vəzifələrindən məhrum etməməyi qərara almışlar. 19. Şura hesab etmişdir ki, ərizəçilərin – ayrı-ayrılıqda və birgə, A-ya lazımi qayğı göstərmək qabiliyyətinə dair narahatlıq doğuran bir neçə əlaməti var. Birinci ərizəçiyə post-travmatik stress və diqqət çatışmazlığı (defisiti) pozğunluğu diaqnozu qoyulmuş və döymə və təhdid etmə cinayətinə görə məhkum edilməsi daxil olmaqla, geniş cinayət tarixcəsi olduğu müəyyən edilmişdir. Ərizəçinin uzunmüddətli və geniş psixi xəstəlik və narkotikdən istifadə tarixcəsi vardı. Polis 2013 və 2014-cü illərdə məişət mübahisələri ilə bağlı ərizəçilərin evinə dəfələrlə çağırılmışdır. İkinci ərizəçi hamiləlik dövründə iki dəfə xüsusi mərkəzə müraciət etmişdir. 20. Şura hesab etmişdir ki, birinci ərizəçinin xalası və iki xalası oğlunun qonşuluqda yaşamasına baxmayaraq, bu bağlar uşağa adekvat qayğı göstərilməsini təmin etmək üçün kifayət etməyəcəkdir. Şura qərara almışdır ki, məsələn nümayəndəlik 7 kimi köməkçi tədbirlər uşaq üçün adekvat şəraiti təmin etmək üçün kifayət etməyəcək. Ərizəçilərdən heç biri zamanla psixi sağlamlıq problemləri və ya narkotik asılılığından sui-istifadə hallarında onlara təklif edilən yardımdan yararlanmamışlar. Şura buna görə qərara gəldi ki, himayəçi ailəyə verilməsi uşağın ən üstün maraqlarına xidmət edəcəkdir. 21. Ünsiyyət hüquqları məsələsinə gəldikdə, Şura qeyd etmişdir ki, A. ilə ərizəçilər arasında heç bir əlaqə əmələ gəlməmişdir, çünki doğulandan qısa müddət sonra uşaq dövlət qayğısı mərkəzinə verilmişdir. Dövlət himayəsinə yerləşdirmə çox güman ki, uzunmüddətli ola bilər. Ərizəçilərlə görüşün məqsədi ərizəçilərlə A-nın bir-birini tanıması olacaqdır. A. üçün himayəçi aildə nizam və stabilliyin olması əhəmiyyətli olsa belə, Şura hesab etmişdir ki, uşağa qayğı xidmətləri tərəfindən tövsiyə edilən dərəcədə - ildə bir dəfə bir saat müddətə - valideynlərin ünsiyyət hüquqlarının məhdudlaşdırılmasına ehtiyac yaranmırdı. Uşağa-qayğı xidmətlərinə bu görüşləri nəzarətdə saxlamaq icazəsi veriləcəkdir. 2. Şəhər Məhkəməsi 22. Ərizəçilər Rayon Sosial Qayğı Şurasının qərarından Şəhər Məhkəməsinə şikayət vermişlər. Onlar A-nın dövlət himayəsinə verilməsi barədə qərarının ləğv edilməsi və ya Şəhər Məhkəməsindən qərarı qüvvəyə saxladığı təqdirdə onların ünsiyyət hüquqlarını artırmasını xahiş etmişlər. Ərizəçilər, həmçinin, Şuranın məhdud ünsiyyət hüquqları ilə bağlı qərarının icrasının dayandırılmasını xahiş etmişlər. Şəhər Məhkəməsi 06 iyul 2015-ci il tarixli dayandırma haqqında vəsatəti rədd etmişdir. 23. Şəhər Məhkəməsi 2015-ci ilin noyabrın 24-dən 26-nadək məhkəmə tərəfindən təyin edilmiş ekspert və psixoloq da daxil olmaqla, ərizəçilərin və digər on şahidin ifadələrini dinləmişdir. 24. 17 dekabr 2015-ci il tarixli qərarında Şəhər Məhkəməsi A- nın dövlət himayəsinə verilməsi barədə qərarı qüvvədə saxlamışdır, lakin ərizəçilərin ünsiyyət hüquqlarını ildə altı dəfə iki saat müddətinədək artırmışdır. Şəhər Məhkəməsi hesab etmişdir ki, ərizəçilər A-nın yaxşılığını istəyən sevən valideynlər 8 K.O. AND V.M. v. NORWAY JUDGMENT olsalar da, sübutlar onların adekvat qayğı göstərmək qabiliyyətinə aid çoxsaylı risk faktorlarını aşkar etmişdir. 25. Şəhər Məhkəməsi qeyd etmişdir ki, birinci ərizəçi antisosial xarakter daşıyan ağır cinayətlərin törədilməsinə görə əvvəllər məhkum edilmişdir. O, ən azı altı dəfə basqına görə məhkum edilmiş və ümumilikdə on beş il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 2005-ci ildə birinci instansiya məhkəməsi onun barəsində həbs qətimkan tədbiri seçmiş və sonradan o, azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Törətmiş olduğu cinayət əməllərinin çoxu onun motosiklet klubunun üzvü kimi klubun borc yığanı olduğu dövrdə olmuşdur. Bu cür hərəkət edərkən o, inter alia, digər şəxsləri döymüş və təhdidlər etmişdir. Polisin dediyinə görə o, 100 dəfə cinayət şikayətləri reyestrinə daxil edilmişdir. Onun barəsində olan bəzi şikayətlər hələ də araşdırılmaqdadır. Məsələn, o, ikinci ərizəçinin anasını təhdid etdiyinə görə sonuncu tərəfindən polisə şikayət edilmişdir. 26. Şəhər Məhkəməsinin fikrincə, birinci ərizəçinin tarixcəsi onun xeyli müddət ərzində antisosial davranış sərgilədiyini göstərir. Üstəlik o, dövlət orqanlarına, o cümlədən uşağa qayğı xidmətlərinə az inam və ya səbr nümayiş etdirmişdir. Uşağa qayğı bələdiyyə xidmətinin rəisi birinci ərizəçi tərəfindən sosial şəbəkələrdə qorxuducu və ya təhdidedici mesajlar yerləşdirdiyi üçün qadağanedici qərar əldə etmişdir. Şəhər Məhkəməsinin fikrincə, bu, birinci ərizəçinin əvvəlki hərəkətlərindən nəticə çıxarmaq qabiliyyətinin olmamasını nümayiş etdirir və bu səbəbdən də məhkəmə ona öz davranışlarını hansı dərəcədə gələcəkdə dəyişə biləcəyi barədə sual vermişdir. Məhkəmə iclasları zamanı birinci ərizəçi uşağa qayğı xidmətinin nümayəndəsinə qarşı aqressiv və impulsiv davranış sərgiləmiş və özünü normal idarə edə bilməmişdir. 27. Şəhər Məhkəməsi, psixoloq və məhkəmə tərəfindən təyin edilmiş ekspertin birinci ərizəçinin xarakterinin müsbət aspektləri barədə söylədiklərini nəzərə almışdır. Psixoloq, eləcə də, post- travmatik stress və diqqət çatışmazlığı (defisiti) pozğunluğu diaqnozu qoyulduğundan birinci ərizəçinin sağlamlıq vəziyyətinin mürəkkəb olduğunu və birinci ərizəçinin gündəlik 9 kannabislə özünü müalicə etməsi ilə bağlı narahatlıq hissi keçirdiyini qeyd etmişdir. 28. Ekspert ikinci ərizəçinin hər hansı ciddi ruhi xəstəlikdən əziyyət çəkdiyinə dair heç bir əlamət müşahidə etməmişdir. Şəhər Məhkəməsi, həmçinin qeyd etmişdir ki, müsbət haldır ki, ikinci ərizəçi narkotikdən istifadə etməkdən uzun müddət imtina edə bilib. Bununla yanaşı, onun həssas təbiətli olduğu da görünür. Onun ailəsi ilə əlaqələrini kəsdiyi və birinci ərizəçidən və onun əlaqələrindən asılı olduğu müəyyən edilmişdir. Bundan başqa, Şəhər Məhkəməsi onun adekvat qayğı göstərə bilməməsinə təsir edən bir sıra qeyri-sabit xarakter əlamətlərə sahib olduğunu, o cümlədən, psixiatrik problemlərin uzun tarixini, ona təklif olunan müalicəni bitirə bilməməsini və impulsiv olmasını nəzərə almışdır. 29. Polis idarəsinin nümayəndəsi də daxil olmaqla, bir sıra şahidlər bildirmişlər ki, birinci ərizəçinin ikinci ərizəçiyə qarşı fiziki olaraq pis rəftar etdiyindən şübhələnirlər. Şəhər Məhkəməsi müəyyən etmişdir ki, ikinci ərizəçinin zorakılığa məruz qaldığını və ya birinci ərizəçiyə qarşı olan qorxusunu simpatiya və diqqət cəlb etmək üçün dostlarına və dövlət orqanlarına şişirdib-şişirtmədiyini müəyyən etmək çətindir. Şəhər Məhkəməsi bildirmişdir ki, ən inandirıcı nəticə güman edilənlərin, yəni bu ehtimalların arasındadır. 30. Şəhər Məhkəməsi hesab etmişdir ki, A. normal uşaqdır, inkişafı öz yaşına adekvatdır, lakin iki qayğı göstərən şəxslərdən ayrılmışdır: birincisi anasından götürülüb təcili qayğı evinə verilərkən; və ikincisi himayəçi ailəyə verilərkən. Şəhər Məhkəməsi qərara gəlmişdir ki, onun yerinin dəyişdirilməsi psixoloji cəhətdən zərər təşkil etsə də, yeni qəyyumlar optimal yardım göstərməsəydilər bunu etmək mümkün olmazdı. 311. Şəhər Məhkəməsi hesab etmişdir ki, ərizəçilər həm ayrı- ayrılıqda və həm də birgə olaraq, A-nın onlara qaytarılmasının tövsiyə edilməyəcəyi bir sıra risk faktorlarını nümayiş etdirmişlər. Birinci ərizəçinin gündəlik narkotik istifadəsi nəzərə alınan ən böyük faktor idi. Həm psixoloq, həm də ekspert qeyd etmişlər ki, birinci ərizəçinin stabilizasiyası və reabilitasiyası prosesi bir neçə ay və hətta bir ilədək çəkəcəkdir. Ərizəçilər 10 K.O. AND V.M. v. NORWAY JUDGMENT psixoloji probemlərlə və narkotik vasitələrindən asılılıqla mübarizə aparmaq üçün onlara təklif edilən yardım tədbirlərindən istifadə etmək iqtidarında deyildilər. Onların bütün hamiləlik dövründə davam edən məişət mübahisələrinin tarixcəsi münasibətlərinin həssas olduğunu nümayiş etdirirdi. 2013 və 2014-cü illər arasında polis cütlüyün evinə məişət münaqişəsi ilə bağlı yeddi dəfə müdaxilə etmək məcburiyyətində olmuşdur. 322. Məhkəmə tərəfindən təyin edilmiş ekspert və ikinci ərizəçinin terapevt-həkimi A.-nın ərizəçilərə qaytarılması lehinə ifadə vermişlər. Şəhər Məhkəməsi isə hesab etmişdir ki, onlar yuxarıda qeyd edilən risk faktorlarını xüsusilə uşağın üstün maraqlarının həlledici çəkisi işığında, yetərli səviyyədə nəzərə almamışlar. 333. Şəhər Məhkəməsi hesab etmişdir ki, tələb olunan yardımın səviyyəsi praktiki mümkün olandan həddindən artıq çox olduğundan yardım tədbirləri A-nın qaytarılması üçün uyğun şərait yaratmaq üçün adekvat olmayacaqdır. Bundan başqa, ərizəçilərin dövlət orqanları ilə əməkdaşlıq etmək çətinlikləri bununla bağlı nəzərə alınmalı olan faktor idi. Şəhər Məhkəməsi müəyyən etmişdir ki, inte alia, birinci ərizəçinin davranışlarına münasibətdə polis uşağa qayğı xidmətlərinə ərizəçilərin evinə polisin iştirakı olmadan getməməyi tövsiyə etmişdir. 344. Ünsiyyət hüquqları ilə bağlı məsələyə gəldikdə, Şəhər Məhkəməsi qeyd etmişdir ki, geniş ünsiyyət sxemi yalnız uşağın geri qayıdışının məqsədəuyğun olmasını təmin etmək üçün dövlət himayəsinə verilmə qısa müddətli olduğu təqdirdə həyata keçirilir. Hazırkı işdə Şəhər Məhkəməsi hesab etmişdir ki, yerləşdirilmə uzun müddətli olmalıdır və beləliklə, ərizəçilərə geniş ünsiyyət hüquqlarının verilməsi uşağın üstün maraqlarına xidmət etməyəcəkdir. Lakin, görüşlər zamanı ərizəçilərin A. ilə ünsiyyətinin müsbət şəkildə izah edildiyi üçün məhkəmə hesab etmişdir ki, onların ünsiyyət hüquqları ildə altı dəfə iki saatadək artırılmalıdır. Uşağa qayğı xidmətlərinə bu görüşlərə nəzarət hüququ verilmişdir. 11 3. Apellyasiya şikayətinin qəbul edilməsi 355. Ərizəçilər Şəhər Məhkəməsinin qərarından şikayət vermişlər. 01 mart 2016-cı ildə Ali Məhkəmə apellyasiya şikayətini təmin etməmiş və qeyd etmişdir ki, iş Şəhər Məhkəməsi tərəfindən ətraflı araşdırılmış və Şəhər Məhkəməsi qərarını adekvat şəkildə əsaslandırmışdır. İşin mahiyyəti üzrə yenidən araşdırılması üçün heç bir yeni sübut təqdim edilməmişdir. 366. Ərizəçilər Ali Məhkəmənin qərarından həmin Məhkəmənin Apellyasiya Komitəsinə şikayət vermişlər. 04 may 2016-cı ildə Ali Məhkəmənin Apellyasiya Komitəsi ərizəçilərin apellyasiyasını (şikayətini) rədd etmiş və yekdilliklə hesab etmişlər ki, bu şikayətin uğurlu olması üçün heç bir perspektiv yoxdur. C. Sonrakı hadisələr 37. Avropa Məhkəməsinə təqdim etdikləri şikayət hələ də araşdırıldığı zaman ərizəçilər Uşağa Qayğı Aktının 4-21-ci bölmələrinə istinad edərək Rayon Sosial Qayğı Şurasından qayğı aktının ləğv edilməsini xahiş etmişlər. Bələdiyyə ərizəçilərin ərizəsini dəstəkləmişdir. 16 fevral 2018-ci ildə Şura ərizəni rədd etmişdir. 38. Ərizəçilər Şuranın qərarından Şəhər Məhkəməsinə şikayət vermişlər. Bələdiyyə A-nın valideynlərinə qaytarılması, xüsusilə ərizəçilərin yardım tədbirlərinə qoşulmağa razılıq vermələri barədə mülahizələrini təkrarlamışdır. Həm ərizəçilər, həm də bələdiyyə Şəhər Məhkəməsinin şifahi dinləmələr olmadan qərar qəbul edilməsi ilə razılaşmışlar. 39. 19 mart 2018-ci ildə Şəhər Məhkəməsi qayğı aktının ləğv edilməsi barədə birgə ərizəni təmin etmişdir. Məhkəmə qeyd etmişdir ki, Şurada dindirilmiş iki ekspert ərizəçilərin qayğı potensiallarını stabil və qənaətbəxş qiymətləndirmiş və ərizəçilər yardım tədbirlərinin tətbiq edilməsinə razılıq vermişlər. Şəhər Məhkəməsi, beləliklə, qayğı aktının ləğv edilməsi barədə bələdiyyənin qiymətləndirilməsinin nəzərə alınmaması üçün heç bir səbəb görmədi. 12 K.O. AND V.M. v. NORWAY JUDGMENT 370. 1 iyun 2018-ci ildə Məhkəməyə göndərdiyi məktubunda ərizəçilərin nümayəndəsi qeyd etmişdir ki, A. Şəhər Məhkəməsinin qərarına əsasən valideynlərinə qaytarılmışdır. II. MÜVAFİQ MİLLİ HÜQUQ VƏ TƏCRÜBƏ A. Konstitusiya 41. 2014-cü ilin may ayında dəyişikliklər edilmiş 17 may 1814-cü il tarixli Norveç Konstitusiyasının 102 və 104-cü maddələrində aşağıdakılar deyilir: Maddə 102 “Hər kəsin şəxsi həyatına və ailə həyatına, evinə və ünsiyyətinə hörmət etmək hüququ vardır. Şəxsi evlərdə axtarış cinayət işlərindən başqa aparılmır. Dövlətin səlahiyyətləri şəxsi toxunulmazlığın qorunmasını təmin edir.” Maddə 104 “Uşaqların insan ləyaqətinə hörmət etmək hüququ vardır. Onları maraqlandıran suallarda dinlənilmək hüququ var və yaşlarına və inkişaflarına uyğun olaraq fikirlərinə lazımi qiymət verilməlidir. Uşaqlara təsir edən tədbirlər və qərarlar qəbul edilməsi zamanı uşağın üstün maraqlarına əsas diqqət yetirilməlidir. Uşaqlar şəxsi toxunulmazlıqlarını qorumaq hüququna malikdirlər. Dövlət orqanları uşağın inkişafını asanlaşdıran şərait yaradır, o cümlədən uşağın zəruri iqtisadi, sosial və sağlamlıq təhlükəsizliyini, daha çox öz ailəsində təmin etməlidir.” Yuxarıda sadalanan müddəalar Konvensiyanın və Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnu əhatə edən beynəlxalq hüququn modelləri baxımından şərh olunmalı və tətbiq edilməlidir. B. Uşağın Rifahı Aktı 42. 17 iyun 1992-ci il tarixli Uşağın Rifahı Aktının müvafiq bölmələrində aşağıdakılar deyilir: Bölmə 4-1. Uşağın üstün maraqlarının nəzərə alınması “Bu fəslin müddəalarını tətbiq edərkən, uşağın xeyrinə olan tədbirlərin tapılmasına həlledici əhəmiyyət verilməlidir. Bura uşağa böyüklər ilə sabit və yaxşı təmasa və göstərilən qayğıda davamlı olmağa əhəmiyyət vermək daxildir ...” 13 Bölmə 4-6. Fövqəladə hallarda müvəqqəti qərarlar “Valideynlərin xəstəliyi və ya digər səbəblərdən uşaq qayğısız qalırsa, uşaqlara qayğı xidməti dərhal tələb olunan yardımı həyata keçirir. Valideynlərin iradəsinə qarşı bu cür tədbirlər həyata keçirilə bilməz. Evdə qalmaqla hər hansı uşağın maddi ziyana uğraması riski varsa, uşağa qayğı xidmətinin rəisi və ya prokurorluq orqanı dərhal valideynlərin razılığı olmadan müvəqqəti qayğı qaydası tətbiq edə bilər. Bu vəziyyətdə, uşaq təminat idarəsinin başçısı 4-19-cu bölmələr üzrə müvəqqəti qərar da qəbul edə bilər. İkinci paraqrafa uyğun olaraq qərar verilmişdirsə, 7-11-ci bölmədə göstərilən tədbirlər barədə ərizə rayon sosial təminat şurasına ən qısa müddətdə və ən geci altı həftə ərzində, lakin 4-24-də sadalanan tədbirlərlə bağlı iki həftə ərzində göndərilir. Məsələ dördüncü abzasda göstərilən müddət ərzində rayon sosial qayğı şurasına göndərilmədiyi təqdirdə, qaydalar dəyişir...” Bölmə 4-12 Qayğı ilə bağlı qərarlar “Baxım əmri verilə bilər a) uşağın aldığı gündəlik qayğıda ciddi çatışmazlıqlar varsa və ya yaşı və inkişafı ilə uşağın ehtiyac duyduğu şəxsi əlaqə və təhlükəsizlik baxımından ciddi çatışmazlıqlar varsa; (b) əgər valideynlər xəstə, əlil və ya xüsusi yardıma ehtiyacı olan bir uşağın lazımi müalicə və təhsilinin təmin olunmadığı təqdirdə; (c) uşağa qarşı pis rəftar edildikdə və ya sonda evdə digər ciddi təhqirlərə məruz qaldıqda və ya (d) valideynlərin uşaq üçün lazımi məsuliyyət götürə bilmədikləri üçün uşağın sağlamlığına və ya inkişafına ciddi zərər verə biləcəyi ehtimalı olduqda;. Qərar yalnız birinci abzas altında uşağın hazırkı vəziyyətindən asılı olaraq verilə bilər. Beləliklə, 4-4 bölmə əsasə kömək tədbirləri və ya 4- 10 bölmə və ya 4-11 bölmə üzrə tədbirlər ilə uşağa qənaətbəxş şərait yarana bilərsə, belə bir qərar verilə bilməz. Birinci paraqrafa uyğun bir fəsil müddəalarına uyğun olaraq rayon sosial qayğı heyəti tərəfindən 7-ci bölməyə əsasən həyata keçiriləcək...” Bölmə 4-19. Ünsiyyət hüquqları, ünvanın gizlədilməsi “Başqa hal nəzərdə tutulmadıqda, uşaqlar və valideynlər bir-biri ilə əlaqə qurmaq hüququna malikdirlər. Ünsiyyət barədə qərar verildikdə, rayon sosial qayğı şurası ünsiyyət dərəcəsini müəyyənləşdirə bilər, ancaq uşağın mənafeyinə görə heç bir ünsiyyətin olmaması barədə də qərar qəbul edə bilər. Rayon sosial 14 K.O. AND V.M. v. NORWAY JUDGMENT qayğı şurası da valideynlərin uşağın harada olduğunu bilmək hüququna malik olmaması barədə qərar qəbul edə bilər. ... Şəxsi tərəflər ünsiyyət ilə bağlı bir işin rayon sosial qayğı şurası və ya əvvəlki on iki ayda bir məhkəmə tərəfindən həll edildiyi təqdirdə rayon sosial qayğı şurası tərəfindən həll edilməsini tələb edə bilməz....” Bölmə 4-21. Qayğı qərarının ləğv edilməsi. “Rayon sosial qayğı şurası, valideynlərin uşağa lazımi qayğı göstərə biləcəyi ehtimalı yüksək olduqda, bu qaydanı ləğv edəcəkdir. Bununla birlikdə, əgər uşağın [yaşadığı] şəxslərə və mühitə bağlı olduqda, ümumi qiymətləndirmə əsasında uşağın çıxarılması ciddi nəticələrə səbəb ola bilərsə, qərar ləğv edilməməlidir. Qayğı qərarı ləğv edilməzdən əvvəl uşağın himayəçi valideynləri öz fikirlərini bildirmək hüququna malikdirlər. Tərəflər, qayğı qərarının ləğvi ilə bağlı bir işin əvvəlki 12 ayda Rayon sosial qayğı şurası və ya məhkəmə tərəfindən baxıldığı təqdirdə Rayon sosial qayğı şurası tərəfindən həll edilməsini tələb edə bilməzlər. Əvvəlki sərəncamın və ya qərarın ləğvi tələbi 4-21-ci bölmənin birinci abzasına, ikinci cümləyə istinad edilmədiyi təqdirdə, yeni məhkəmə prosesi yalnız əhəmiyyətli dəyişikliklərin baş verdiyini göstərmək üçün sənədli sübutlar təqdim edildikdə tələb oluna bilər.” C. Uşağın Rifahı Akt ilə bağlı presedent hüququ 383. Uşağın Rifahı Aktına uyğun olaraq ünsiyyət hüquqlarının müəyyənləşdirilməsi ilə bağlı Norveç Ali Məhkəməsinin bir neçə qərarı olmuşdur. Ali Məhkəmə, 10 yanvar 2001-ci il tarixli qərarında dövlət himayəsinə (qayğısına) götürülmüş uşaqla ananın ünsiyyət hüquqlarını ildə iki dəfə olmaqla iki saat həddində məhdudlaşdırmışdır. Ali Məhkəmənin fikrincə, xüsusən də Konvensiyada təsbit edilən hüquqların işığında valideynin uşağını görmək hüququna tətbiq edilən ciddi məhdudiyyətlər üçün xüsusi səbəblər göstərilməlidir. Buna görə də Ali Məhkəmə sonrakı qərarı ilə ünsiyyət hüquqlarını ildə dörd dəfə üç saata qədər artırmışdır. 394. Ali Məhkəmə, 6 dekabr 2012-ci il tarixli qərarında ünsiyyət hüququ məsələsinə yenidən baxmışdır. Qısa və uzun müddətli yerləşdirmələrdə qurulacaq ünsiyyət hüquqlarının dərəcəsini fərqləndirdi. Yerləşdirmə qısa müddətli olduğu təqdirdə, bioloji valideynlərə uşağın qaytarılmasını 15 asanlaşdırmaq üçün daha tez-tez əlaqə yaradılmalıdır. Yerləşdirmə uzun müddətli olacağı təqdirdə, uşağa qəyyum valideynləri ilə yaxşı bir əlaqə qurmaq üçün tələb olunan sabitlik və davamlılığı təmin etmək üçün əlaqə daha az olur. Ali Məhkəmə, Uşaqların Rifahı Aktına aid hazırlıq materiallarına istinad edərək bildirdi ki, bu cür hallarda ünsiyyət hüquqlarının qurulmasının məqsədi uşağın bioloji valideynlərinin kim olduğu haqqında idrak və intellektual bir anlayış əldə etməsinə imkan verən emosional əlaqə yaratmaqdır. 45. 4 May 2015-ci il tarixli qərarında Ali Məhkəmə, əvvəlki qərarlarına istinad edərək, uşağın dövlət qayğısına yerləşdirilməsinin uzun müddətli olmasının nəzərdə tutulduğunu qeyd etdi (məhkəmə ünsiyyət hüquqlarını ildə üçdən altı dəfəyədək müəyyən etmişdir). Ali Məhkəmə 23 oktyabr 2017-ci il tarixli qərarında 2012-ci il tarixli qərarına istinad edərək (yuxarıdakı 45-ci bənd), uzunmüddətli yerləşdirmə ilə əlaqəli işlərdə ünsiyyət hüquqlarının müəyyən edilməsi məqsədinin emosional bağın yaradılması və ya saxlanılması deyil, uşağın bioloji valideynlərinin kim olduğu haqqında idrak və intellektual bir anlayış əldə etməsi olduğunu təkrarlamışdır. III. HÜQUQ KONVENSİYANIN 8-Cİ MADDƏSİNİN EHTİMAL EDİLƏN POZUNTUSU 46. Ərizəçilər iddia etmişlər ki, uşağın dövlət qayğısına verilməsi və ərizəçilərə məhdud ünsiyyət hüquqlarının verilməsi nəticəsində Konvensiyada təsbit edilmiş ailə həyatına hörmət hüquqları pozulmuşdur. Bu maddədə deyilir: “1. Hər kəs öz şəxsi və ailə həyatına, evinə və yazışma sirrinə hörmət hüququna malikdir. 2. Milli təhlükəsizlik, ictimai asayiş və ölkənin iqtisadi rifah maraqları naminə, iğtişaş və ya cinayətin qarşısını almaq üçün, sağlamlığı, yaxud mənəviyyatı qorumaq üçün və ya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan hallar istisna olmaqla, bu hüququn həyata keçirilməsinə dövlət hakimiyyəti orqanları tərəfindən müdaxiləyə yol verilmir.” 16 K.O. AND V.M. v. NORWAY JUDGMENT 47. Hökumət bu arqumentə etiraz etmişdir. A. Qəbuledilənlik 408. Məhkəmə, həmçinin, qeyd edir ki, şikayət Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin a) yarımbəndinin mənasında açıq-aşkar əsassız deyildir. O daha sonra qeyd edir ki, şikayət digər əsaslara görə də qəbuledilməz hesab edilə bilməz. Buna görə də o, qəbuledilən elan edilməlidir. B. Mahiyyət 1. Tərəflərin arqumentləri (a) Ərizəçilər 49. Ərizəçilər iddia etmişlər ki, A-nın dövlət qayğısına verilməsi və onlara məhdud ünsiyyət hüquqlarının verilməsi barədə qərar ailə həyatına hörmət hüquqlarına qeyri-mütənasib müdaxilə təşkil etmişdir. 50. Uşağa-qayğı xidmətlərinin ərizəçilərlə A-nın anadan olmasından əvvəl heç bir əlaqəsi olmamış və ikinci ərizəçinin ailə mərkəzində keçirdiyi beş gündən başqa yardım tədbirlərinin həyata keçirilməsinin mümkünlüyü xidmət tərəfindən heç vaxt qiymətləndirilməmişdir. Rayon Sosial Qayğı Şurasında olan proseslərə heç bir ekspert təyin edilməmişdir; bununla bağlı, hazırkı iş üzrə proseslər Böyük Palatanın Strand Labben və digərləri Norveçə qarşı işində müəyyən etdiyi nöqsanlara bənzər nöqsanlarla üzləşmişdir (no. 372823/13, 10 sentyabr 2019). Şəhər Məhkəməsindəki proseslər zamanı məhkəmə tərəfindən təyin edilmiş ekspert hesab etmişdir ki, ərizəçilər A-nı adekvat qayğı ilə təmin edə biləcəklər. Ekspertlərin rəyinə baxmayaraq, Şəhər Məhkəməsi Şuranın qərarını qüvvədə saxlamışdır. Dövlət orqanları bunun əvəzinə daha az müdaxilə tədbirlərinin həyata keçirilməsinin mümkün olub-olmadığını lazımınca qiymətləndirə və işdə olan toqquşan maraqlar arasında tarazlığı saxlaya bilməmişlər. 51. Ərizəçilərə çox məhdud ünsiyyət hüquqları verilmişdir, çünki dövlət orqanları hesab etmişlər ki, A-nın himayəçi ailəyə 17 verilməsi uzunmüddətli olacaq; həmçinin, bununla bağlı hazırkı işin yuxarıda qeyd edilən Strand Labben və digərləri Norveçə qarşı işi ilə oxşarlığı var. Dövlət orqanlarının yerləşdirmənin müddətini müəyyən edərkən qərarı əsaslandırmaq üçün adekvat sübut bazası olmamışdır. Ünsiyyət hüquqlarının dərəcəsi ailənin yenidən birləşməsinə kömək etmək əvəzinə, sadəcə A.-nı bioloji mənşəyi barədə məlumat ilə təmin etmək olmuşdur. (b) Hökumət 52. Hökumət bildirmişdir ki, A-nın dövlət qayğısına yerləşdirilməsi və ərizəçilərə məhdud ünsiyyət hüquqlarının verilməsi mütənasib və hazırkı işlərin hallarında əsaslı olmuşdur. Avropa Məhkəməsinin Strand Labben və digərləri Norveçə qarşı (no. 372823/13, 10 sentyabr 2019) qərarı uşağın övladlığa götürülməsi ilə bağlı olduğundan çox məhdud əhəmiyyəti var idi. 53. Həm Rayon Sosial Qayğı Şurası və həmçinin Şəhər Məhkəməsi bir sıra müvafiq faktorları nəzərə almış və ekspert rəyi daxil olmaqla, mövcud olan sübutlara ətraflı istinadlar etmişdir. Şəhər məhkəməsi yardım tədbirlərinin mümkünlüyünü nəzərə almış, lakin qərar verildiyi anda onların müvəffəqiyyətlə həyata keçirilə bilməyəcəyini hesab etmişdir. Şəhər Məhkəməsinin qərarı, inter alia, ərizəçinin şifahi məhkəmə iclasındakı davranışı barədə ilkin müşahidələr daxil olmaqla, sübutlara əsaslanmışdır. Ərizəçilər adekvat prosessual təminatlarla təmin edilmişlər. Onlar bütün iclaslarda vəkil tərəfindən təmsil edilmişlər. Şura və Şəhər Məhkəməsinin ikisidə şifahi iclaslar keçirmişlər. Şəhər Məhkəməsi ərizəçilərin müsbət dəyişiklikləri araşdırmışdır. İşin Şura tərəfindən araşdırılması zamanı ekspertin təyin edilməməsi faktı, sonradan ekspertin Şəhər barədə yenilənmiş məlumatları ətraflı Məhkəməsindəki proseslərdə iştirakı nəzərə alınmaqla, Konvensiyanın tələblərini pozmamışdır. 414. Şəhər Məhkəməsinin yerləşdirilmənin uzun müddətli olması barədə nəticəsi sübutlar işığında əsaslandırılmışdır və ərizəçilərin ünsiyyət hüquqlarının dərəcəsi uşağın himayəçi valideynlərlə münasibətlərinin inkişaf etmək ehtiyacı işığında müəyyən edilmişdir. 18 K.O. AND V.M. v. NORWAY JUDGMENT (c) Üçüncü tərəf 425. Çex Republikasının Hökuməti və Slovakiya Respublikası Hökuməti vurğulamışlar ki, uşağın dövlət qayğısına götürülməsi normalda şərtlər icazə verdiyində dayandırılan müvəqqəti tədbir olaraq nəzərdə tutulmalıdır. Uşağın dövlət qayğısına götürülməsi üçün məhdud ünsiyyət hüquqlarının verilməsi uşağın öz bioloji valideynlərindən yadlaşması və qayğı haqqında qərarın sonrakı ləğv edilməsi ehtimalının azalmasına gətirib çıxara bilər. Üçüncü tərəflər iddia etmişlər ki, hazırkı halda məhdud ünsiyyət hüquqlarının verilməsi Norveçdə ailənin mümkün qədər tez zamanda yenidən birləşməsini asanlaşdıracaq şəkildə uşağa qayğı tədbirlərinin həyata keçirilməsi öhdəliyi işığında problematik olan sistemli təcrübənin göstəricisidir. 2. Məhkəmənin qiymətləndirilməsi 436. Uşağın dövlət qayğısına verilməsi və ərizəçilərin qızları ilə ünsiyyət hüquqlarınının məhdudlaşdırılmasının Konvensiyanın 8-ci maddəsi altında ailə həyatına hörmət hüququna “müdaxilə” təşkil etdiyi Hökumət tərəfindən təkzib edilməmişdir. Həm də, ərizəçilər iddia etmişlər ki, mübahisələndirilən tədbir “qanuna müvafiq” olmamış və bu maddənin ikinci bəndinə əsasən A-nın “hüquq və azadlıqları” və “sağlamlığı və mənəviyyatı”nı təmin etmək məqsədilə tətbiq edilmişdir. 447. Məhkəməyə təqdim edilən materiallara əsasən Avropa Məhkəməsi, başqa qərar qəbul etmək üçün əsas olmadığından müdaxilənin “demokratik cəmiyyətdə zəruri” olub-olmamasını araşdırmışdır. (a) Ümumi prinsiplər 458. Hazırkı işin predmeti olan uşağa qayğı tədbirlərinə tətbiq ediləcək ümumi prinsiplər Məhkəmənin təşəkkül tapmış presedent hüququnda əks olunmuş və bu yaxınlarda geniş bir şəkildə Strand Lobben və digərlərinin Norveçə qarşı işində açıqlanmışdır ([GC], no. 372823/13, §§ 202-13, 10 sentyabr 2019). 59. Hazırkı işdə Məhkəmə təkrarlayır ki, ailənin bütövlüyü və ayrılma halında ailənin yenidən birləşməsi Konvensiyanın 8-ci maddəsinə əsasən ailə həyatına hörmət hüququna xas olan 19 ayrılmaz mülahizələrdir. Beləliklə, ailə həyatını məhdudlaşdıran dövlət qayğısının tətbiq edilməsi halında dövlət orqanlarının üzərinə ailənin yenidən birləşməsinin asanlaşması üçün tədbirlərin görülməsi ilə bağlı pozitiv öhdəlik düşür. Bundan başqa, bu cür müvəqqəti qayğının təmini ilə bağlı istənilən tədbir bioloji valideyn ilə uşağın qovuşması məqsədinə uyğun olmalıdır. Ağlabatan olduğu zaman ailənin birləşməsinin asanlaşdırılması üçün tədbirlərin görülməsi ilə bağlı pozitiv öhdəlik, uşağın üstün maraqlarının nəzərə alınması ilə bağlı tarazılığın həmişə saxlanılması şərtilə qayğı müddəti başladıqdan səlahiyyətli orqanlara tədricən artan qüvvə ilə təzyiq etməyə başlayacaq. Bununla yanaşı, ailə üzvləri arasında bağlar və onların müvəffəqiyyətli birləşməsinin perspektivi bir-biri ilə asan və müntəzəm ünsiyyət qurmağa maneələr olduğunda zəifləyəcəkdir (bax Strand Lobben və digərləri, §§ 205 və 208). (b) Bu prinsiplərin hazırkı işə tətbiqi 60. Məhkəmə qeyd edir ki, hazırkı işdə araşdırılmalı olan məsələ A-nın qayğı xidmətinə yerləşdirilməsi və eyni prosesdə müəyyən edilən ərizəçilərin ünsiyyət hüquqlarının müəyyən edilməsidir. 461. Prosedurla bağlı Məhkəmə bildirir ki, işə həm peşəkar hakim kimi çıxış etmək səlahiyyətləri olan hüquqşünas, iki psixoloq və iki fərdi şəxsdən ibarət Rayon Sosial Qayğı Şurası, həm də peşəkar hakim, psixoloq və fərdi şəxsdən ibarət Şəhər Məhkəməsi tərəfindən bir neçə gün ərzində baxılmışdır (bax 17 və 23-cü bəndlərə). Proseslər zamanı sübutlar təqdim edən və rəyinə qərarda geniş istinad edilən ekspert Şəhər Məhkəməsi tərəfindən təyin edilmişdir (bax 23 və inter alia 28 və 33-cü bəndlərə). Hər biri nümayəndə tərəfindən təmsil olunan ərizəçilərə həm Şura, həm də Şəhər Məhkəməsinə sübutlar təqdim etmək və ifadə vermək şəraiti yaradılmışdır. Bunları nəzərə alaraq Məhkəmə hesab edir ki, milli qanunvericiliyə uyğun qərar qəbul etmə prosesi hərtərəfli olmuş və ərizəçilər maraqlarının qorunması üçün tələb edilən bütün təminatlarla təmin edilmiş və öz iddialarını tam müdafiə etmək imkanında olmuşlar. Məhkəmə daha sonra bildirir ki, Uşağa Qayğı Aktının 4-21-ci bölmələrinə əsasən (bax yuxarıda 43-cü bəndə) ərizəçilər məhkəmələr tərəfindən işə baxıldıqdan sonra on iki ay müddətində qayğı qərarından şikayət verə bilərdi və onların 20 K.O. AND V.M. v. NORWAY JUDGMENT bununla bağlı şikayətləri uğurlu olmuşdur (bax 40-ci bəndə). Beləliklə, milli prosedur ərizəçilərə maraqlarının müdafiəsi üçün bütün tələblərlə təmin etmişdir. 472. A-nın dövlət qayğısına verilməsinə dair qərarın mahiyyətinə gəldikdə Məhkəmə bildirir ki, Şəhər Məhkəməsi hesab etmişdir ki, ərizəçilərin narkotik vasitəsinin istifadəsi tarixcəsi olmuşdur və Şəhər Məhkəməsindəki proseslər zamanı müəyyən edilmişdir ki, birinci ərizəçi gündəlik olaraq kannabislə “özünü müalicə” edirdi (bax yuxarıda 27 və 32-ci bəndlərə). Müəyyən edilmişdir ki, ərizəçilər müəyyən psixoloji problemlərdən əziyyət çəkirlər (bax inter alia 27, 28 və 32-ci bəndlərə) və xüsusilə birinci ərizəçinin müalicəsinə əhəmiyyətli dərəcədə zaman tələb olunur (bax yuxarıda 32-ci bəndə). Birinci ərizəçi, eləcə də, bir sıra ağır cinayət əməlləri törətməsinə görə məhkum edilmişdir və Şəhər Məhkəməsi qərara gəlmişdir ki, o keçmişdə törətdiyi əməllərdən nəticə çıxartmağı bacarmadığını nümayiş etdirmişdir (bax yuxarıda 25-26-cı bəndlərə). Ərizəçilərin arasındakı münasibətlər həm hamiləlik dövründə, həm də sonrakı dövr üçün stabil deyildi, məişət münaqişələrinə görə polis dəfələrlə evlərinə çağırılmışdır. İkinci ərizəçi hamiləlik dövründə iki dəfə böhran (krizis) mərkəzinə müraciət etmişdir (bax yuxarıda 19-cu bəndə). 483. Məhkəmə daha sonra müəyyən edir ki, dövlət orqanları daha yüngül müdaxilə tədbirlərinin tətbiq oluna biləcəyini nəzərdən keçirmiş, lakin ərizəçilərin narkotik asılılığı və psixi sağlamlığı ilə bağlı problemlərini həll etməyə kömək etmək üçün edilən əvvəlki cəhdlərin nəticəsiz qaldığına və ərizəçilərin uşağa qayğı xidmətləri ilə əməkdaşlığında çətinlikləri səbəbindən bunun məqsədə müvafiq olmayacağı qənaətinə gəlmişlər (bax, inter alia, yuxarıda 20 və 34, müvafiq olaraq Şuranın və Şəhər Məhkəməsinin qərarlarına). Məhkəmə xüsusilə qeyd edir ki, bələdiyyə uşağa qayğı xidmətlərinin müdiri qorxuducu və təhdidedici mesajlara və polisin uşağa qayğı xidmətlərinə ərizəçilərin evinə polisin iştirakı olmadan getməyi tövsiyə etmədiyinə görə birinci ərizəçi barəsində qadağanedici qərar almışdır (bax yuxarıda 26 və 34). 494. Rayon Sosial Qayğı Şurası və Şəhər Məhkəməsi tərəfindən irəli sürülən ətraflı əsasları nəzərə alaraq Məhkəmə, 21 dövlət orqanları tərəfindən aparılan işə aid olan faktların dərin araşdırılması ilə razıdır. Himayəçi ailəyə yerləşdirmə ilə bağlı işlərdə dövlət orqanlarına veriləcək qiymətləndirmə sərbəstliyini nəzərə alaraq, Məhkəmə A-nın dövlət qayğısına verilməsi üçün müvafiq və kifayət qədər əsasların olduğunu və ərizəçilərin ailə həyatına müdaxilənin bu baxımdan qeyri-proporsional olduğunu hesab etmir. 505. Yuxarıdakıları nəzərə alaraq Məhkəmə hesab edir ki, A- nın dövlət qayğısına verilməsi baxımından Konvensiyanın 8-ci maddəsinin pozuntusu baş verməmişdir. 516. Ərizəçilərin ünsiyyət hüquqları ilə bağlı proseslərə gəldikdə Məhkəmə qeyd edir ki, uşağa qayğı xidmətləri tərəfindən qəbul edilən və Rayon Sosial Qayğı Şurası tərəfindən qüvvədə saxlanılan təcili qərara əsasən ərizəçilərə uşaqları ilə həftədə bir dəfə bir saat müddətinə görüş hüququ verilmişdir (bax 10-cu bəndə). A-nın himayəçi ailəyə yerləşdirilməsi ilə bağlı sonrakı qərarına əsasən Şura görüş saatlarını ildə dörd dəfəyədək azaltmışdır. Şura hesab etmişdir ki, himayə qayğısı çox gümanki uzunmüddətli olacaq və buna görə də, görüşlərin məqsədi ərizəçilərlə A-nın bir-birini tanıması olacaqdır (bax yuxarıda 21-ci bəndə). Şəhər Məhkəməsi, həmçinin hesab etmişdir ki, yerləşdirmə uzunmüddətli olacaq və ərizəçilərə geniş ünsiyyət hüquqlarının verilməsi A-nın maraqlarına xidmət etməyəcək. Ərizəçilərin A ilə görüş saatları zamanı qarşılıqlı əlaqələrinin müsbət təsvirlərini vurğulayaraq məhkəmə ziyarət müddətini və sayını ildə altı dəfə iki saatadək artırmışdır (bax yuxarıda 35-ci bəndə). 527. Məhkəmə etiraf edir ki, yuxarıda qeyd edilən qiymətləndirmələrdə yerli hakimiyyət orqanları məhkəmə prosesinin müxtəlif mərhələlərində mövcud olan sübutları nəzərə almaqla ziyarətin sayını və müddətini düzəltmişlər. Eyni zamanda, ərizəçilərin ünsiyyət hüquqlarının hədlərini müəyyən edərkən həm Rayon Sosial Qayğı Şurası, həm də Şəhər Məhkəməsi öz qərarlarında daha çox yerləşdirmənin uzunmüddətli olacağı və A-nın himayəçi ailədə stabilliyə ehtiyacı olduğuna istinad edirdilər. Məhkəmə hesab edir ki, ailənin yenidən birləşməsinin mümkünlüyü ilə bağlı ciddi düşünmək əvəzinə (bax xüsusilə Strand Lobben və digərləri, § 22 K.O. AND V.M. v. NORWAY JUDGMENT 220) Şura və Şəhər Məhkəməsi birləşmənin hansı səbəbə görə A- nın maraqlarına xidmət etmədiyini nümayiş etdirmədən ən başlanğıc mərhələdə birləşmənin son məqsəd olduğunu bildirmişlər. 538. Bununla yanaşı, ünsiyyət rejiminin yenidən birləşmə məqsədini effektiv şəkildə dəstəkləməsi çox vacibdir – diqqətlə nəzərdən keçirildikdən sonra və ailənin yenidən birləşməsini asanlaşdırmaq üçün dövlət orqanları tərəfindən tədbirlərin görülməsi ilə bağlı pozitiv öhdəliyini nəzərə aldıqdan sonra – dövlət orqanları birləşmənin son hədəfinin artıq uşağın üstün maraqlarına uyğun olmadığı qənaətinə əsaslı olaraq gəlirlər. Məhkəmə vurğulayır ki, ailənin yenidən birləşməsi adətən görüş saatlarında həftələrlə və ya hətta – hazırkı işdə olduğu kimi – aylarla fasilələr olduqda yetərli dərəcədə dəstəklənə bilməz. Dövlət orqanları, gələcəkdə ailənin birləşməsi imkanlarının perspektivini artırmaqla ailə bağlarını qorumaq, gücləndirmək və inkişaf etmək üçün A-nı həddindən artıq çətinliklərə salmamaq şərtilə bacardıqları qədər ünsiyyəti asanlaşdırmalı olduqları halda, hazırkı işdə ünsiyyət hüquqları barədə qərarlar yalnız A- nın valideynlərinin kim olduğu barədə idrak və intellektual anlayışın qorunmasına yönəlmişdir (bax yuxarıda 21 və 35-ci bəndlərə). Üstəlik, ailə əlaqələrinin möhkəmləndirilməsində ünsiyyət ziyarətlərinin əsas məqsədini nəzərə alaraq, bu cür ziyarətin uşağa qayğı orqanları tərəfindən daim nəzarət olunmasına icazə verilməsi qərarı hər bir konkret işdə xüsusi əsaslarla əsaslandırılmalıdır. 69. Məhkəmə, Rayon Sosial Qayğı Şurası və Şəhər Məhkəməsi tərəfindən qəbul edilən ünsiyyət hüquqlarına dair qərarlarının rəsmi olaraq uşağa-qayğı xidmətlərinin ərizəçilərin qanuni hüquqlarından kənara çıxaraq görüşlərin təşkil olunmasına mane olmaması faktını nəzərindən qaçırmır, nəzərə alsaq ki A. nəticə etibarılə ərizəçilərə qaytarılmışdır. Bundan başqa, Məhkəməyə məlumdur ki, hazırkı işə bənzər işlərdə istər- istəməz nəzərə alınası xüsusi hallar yaranacaq və nəzərə almaq lazımdır ki, bu məqsədlə dövlət orqanları tərəfindən müvafiq qiymətləndirmə aparılmalıdır. Hazırkı işdə isə - A-nın öz yaşı üçün adekvat inkişaf etmiş normal uşaq olduğunu (bax yuxarıda 30-cu bəndə) və əvvəlki görüşlərdə ərizəçilərlə A-nın müsbət münasibətlərini müəyyən edən (bax yuxarıda 35-ci bəndə) - Şura 23 və Şəhər Məhkəməsi uşağın stabilliyə ehtiyacı olduğu kimi ümumi əsaslara istinad edərək A-nın ərizəçilərlə ildə dörd və ya altı dəfədən artıq görməsinin nə üçün A-nın maraqlarına zidd olacağını izah etməmişlər. 540. Yuxarıdakılara əsasən, Məhkəmə qərara alır ki, ərizəçilər ilə A. arasında ünsiyyət hüquqlarına tətbiq edilmiş məhdudiyyətlər Konvensiyanın 8-ci maddəsini pozmuşdur. KONVENSİYANIN 41-Cİ MADDƏSİNİN TƏTBİQİ 551. Konvensiyanın 41-ci maddəsində deyilir: “Əgər Məhkəmə Konvensiyanın və ona əlavə Protokolların pozulduğunu müəyyən edərsə və əgər Yüksək Razılığa Gələn Tərəfin daxili hüququ kompensasiyanın yalnız qismən ödənilməsini mümkün hesab edirsə, Məhkəmə, zəruri olduğu təqdirdə, zərərçəkmiş tərəfə ədalətli təzminatın ödənilməsi barədə qərar çıxarır.” A. Zərər 562. Ərizəçilər mənəvi zərərlə bağlı 100.000 avro məbləğini tələb etmişlər. 573. Hökumət bildirmişdir ki, bu məbləğ şişirdilirmişdir. 74. Məhkəmə qərara gəlir ki, yuxarıda müəyyən edilən pozuntu nəticəsində çəkdikləri əziyyəti nəzərə alaraq ərizəçilərə mənəvi zərərə görə kompensasiya təyin edilməlidir. Bu səbəbdən, bu zərərlə bağlı onlara 10.000 avro məbləğini təyin edir. B. Məhkəmə xərcləri və məsrəflər 585. Ərizəçilər, həmçinin Məhkəmədəki icraatla bağlı vəkilin işi ilə əlaqədar 2.300 avro tələb etmişdir. 596. Hökumət hüquqi xərclərlə bağlı ərizəçilərin tələbinə heç bir etiraz bildirməmişdir. 607. Məhkəmənin presedent hüququna görə ərizəçiyə çəkdiyi xərc və məsrəflərə görə o zaman kompensasiya ödənilir ki, o, bu xərclərin həqiqətən də və zəruri olaraq çəkildiyini və məbləğinin 24 K.O. AND V.M. v. NORWAY JUDGMENT ağlabatan olduğunu sübut edə bilsin. Hazırkı işdə Məhkəmənin sərəncamında olan sənədləri və yuxarıdakı kriteriyanı nəzərə alaraq, Məhkəmə ərizəçinin məhkəmə xərcləri və məsrəflərlə bağlı əlavə vergi hesablanmamaqla 2.300 avro məbləğini təyin edir. C. Faiz 618. Məhkəmə ödənilməyən məbləğə görə faiz dərəcəsinin Avropa Mərkəzi Bankının faiz dərəcəsinə uyğun olaraq hesablanmasını və bura üç faiz əlavə edilməsini münasib hesab edir. BU SƏBƏBLƏRƏ GÖRƏ MƏHKƏMƏ YEKDİLLİKLƏ, 1. Şikayəti qəbuledilən elan edir; 2. Qərara alır ki, ərizəçilərin qızlarının dövlət himayəsinə (qayğısına) verilməsi ilə bağlı Konvensiyanın 8-ci maddəsinin pozuntusu baş verməmişdir; 3. Qərara alır ki, ərizəçilər və onların qızları arasında ünsiyyət qadağaları ilə bağlı Konvensiyanın 8-ci maddəsinin pozuntusu baş vermişdir; 4. Qərara alır ki (a) cavabdeh dövlət qərarın Konvensiyanın 44-cü maddəsinin 2-ci bəndinə uyğun olaraq qüvvəyə minməsindən sonra üç ay ərzində aşağıdakı vəsaitləri, ödəmənin həyata keçirilməsi zamanı mövcud olan məzənnəyə uyğun olaraq ərizəçiyə ödəməlidir: (i) mənəvi ziyana görə, tutulacaq vergilər də daxil olmaqla ərizəçilərin hər birinə 10.000 avro; (ii) məhkəmə xərcləri və digər məsrəflərə görə, tutulacaq vergilər də daxil olmaqla 2.300 avro; (b) yuxarıda qeyd edilən üç ayın keçməsindən sonra ödəmənin həyata keçirilməsinə qədər gecikdirilən müddət üçün yuxarıda göstərilən məbləğdən Avropa Mərkəzi Bankının faiz dərəcəsinə uyğun olaraq faizlər ödənilməli və buna üç faiz də əlavə edilməlidir. 25 Hasan Bakırcı Robert Spano Katibin müavini Sədr
Full & Egal Universal Law Academy