© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil. Əlavə məlumat üçün sənədin sonunda müəllif hüquqları haqqında qeydə baxın.
© Council of Europe/European Court of Human Rights, 2012. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
Kononov Latviyaya qarşı (Kononov v. Latvia [GC]), ərizə № 36376/04
17.05.2010-cu il tarixli qərar [Böyük Palata]
Maddə 7
7-ci maddənin 1-ci bəndi
Heç kəs törədildiyi zaman cinayət sayılmayan əmələ görə cinayət törətməkdə təqsirli hesab edilə bilməz (nullum crimen sine lege)
İkinci Dünya Müharibəsində törədilmiş hərbi cinayətlərə görə 1993-cü ildə qəbul edilmiş qanunvericilik əsasında məhkum edilmə: pozuntu baş verməyib
Faktlar – 1998-ci ilin iyulunda ərizəçi əlli ildən artıq öncə İkinci Dünya Müharibəsi zamanı baş vermiş insidentlə əlaqədar olan hərbi cinayətlərdə ittiham olundu, həmin dövrdə o, sovet qırmızı partizan dəstəsinin komandiri idi. Ona qarşı Litva Sovet Sosialist Respublikasının 1961-ci il tarixli Cinayət Məcəlləsinin 68-3-cü maddəsi əsasında ittihamlar irəli sürüldü, hərbi cinayətlərə aid olan həmin maddə Latviya müstəqillik qazandıqdan sonra 6 aprel 1993-cü ildə Latviya Ali Şurasının qərarı ilə ölkə qanunvericiliyinə daxil edilmişdi. Latviya Ali Məhkəməsinin cinayət işləri üzrə bölməsi ərizəçinin müxtəlif hərbi cinayətlərdə təqsirkar hesab etdi və yaşını və fiziki zəifliyini nəzərə alaraq onu iyirmi ay müddətinə azadlıqdan məhrum etdi. Litva məhkəmələri tərəfindən müəyyən edilmiş faktlara əsasən, o, bəzi kəndlilərin xəyanət edərək digər partizan dəstəsini almanlara satdığı barədə məlumatlar alındıqdan sonra 27 may 1944-cü ildə Malıye Batı kəndinə cəza məqsədi ilə basqın etmiş qırmızı partizanlar dəstəsinin başçısı olub (həmin vaxt bu kənd alman administrasiyasının nəzarəti altında idi). Dəstə kəndə alman uniformasında daxil oldu və almanların kəndlilər üçün təchiz etdiyi silah və qumbaraları tapdıqdan sonra binalara od vurdu və üçü qadın olmaqla doqquz kəndlini öldürdü, qadınlardan biri hamiləliyin son mərhələsində idi. Ölənlərin heç biri silahlı deyildi, yaxud qaçmağa cəhd etməmiş və ya müqavimət göstərməmişdi. Ərizəçinin sözlərinə görə, hücumun qurbanları almanlarla əməkdaşlıq edərək partizan dəstəsini təxminən üç ay əvvəl almanlara satmış şəxslər idi. Onun dəstəsinə xüsusi partizan tribunalı tərəfindən göstəriş verilmişdi ki, bu işdə təqsirkar olanları tribunala cəlb etmək məqsədi ilə yaxalasınlar, amma o, özünün dediyinə görə, əməliyyata şəxsən rəhbərlik etməmiş və ya kəndə daxil olmamışdı.
Avropa Məhkəməsinə şikayət ərizəsində ərizəçi şikayət etdi ki, təqsirləndirildiyi hərəkətlər törədildiyi zaman nə daxili qanunvericiliyə, nə də beynəlxalq hüquqa əsasən cinayət sayılmırdı. Ərizəçi daha sonra bildirdi ki, 1944-cü ildə düşmənin arxa cəbhəsində döyüşən gənc partizan olaraq o, hərəkətlərinin hərbi cinayət sayıla biləcəyini və ya cinayət təqibinə məruz qalacağını öncədən görə bilməzdi. Onun sözlərinə görə, 1991-ci ildə Latviya müstəqillik qazandıqdan sonra məhkum edilməsi hərbi cinayətkarlara qarşı cinayət təqibini həyata keçirməkdən ibarət beynəlxalq öhdəlikləri yerinə yetirmək istəyindən deyil, siyasi mənfəət mülahizələrindən irəli gəlirdi. 24 iyul 2008-ci il tarixli qərarında Palata üç səsə qarşı dörd səslə bu qənaətə gəldi ki, Konvensiyanın 7-ci maddəsinin 1-ci bəndinin pozuntusu baş verib (10 saylı Məlumat bülleteninə bax).
Hüquqi məsələlər – Maddə 7: Məhkəmənin ərizəçinin fərdi cinayət məsuliyyəti barədə qərar çıxarması tələb olunmurdu, çünki bu, ilk növbədə daxili məhkəmələr tərəfindən həll edilən məsələ idi. Onun funksiyası bunu araşdırmaqdan ibarətdir ki, 27 may 1944-cü ildə qüvvədə olmuş qanunvericiliyə əsasən ərizəçinin müvafiq cinayətlərə görə məhkum edilməsi üçün kifayət qədər aydın hüquqi əsas var idimi, həmin cinayətlər barəsində cinayət təqibinin həyata keçirilməsinə müddət məhdudiyyəti tətbiq edilirdimi və yekunda ərizəçinin məhkum edildiyi cinayət əməlləri qanunvericilikdə kifayət qədər dəqiq və aydın şəkildə nəzərdə tutulmuşdumu? İşin faktları ilə bağlı tərəflər arasında fikir ayrılığı olduğuna görə Məhkəmə faktların təhlilinə ərizəçi üçün əlverişli olan belə bir fərziyyə əsasında başladı ki, kəndlilər adi mülki şəxslər deyildilər, "döyüşçülər" və ya "döyüş əməliyyatlarında iştirak edən mülki şəxslər" idilər.
a) 1944-cü ildə ərizəçinin müvafiq cinayətlərə görə məhkum edilməsi üçün hüquqi əsas var idimi? – Ərizəçi 1961-ci il tarixli Cinayət Məcəlləsinin 68-3-cü maddəsi əsasında məhkum edilib, həmin maddə 6 aprel 1993-cü ildə Latviya Ali Şurasının tərəfindən ölkə qanunvericiliyinə daxil edilib. 68-3-cü maddədə hərbi cinayət sayılan hərəkətlərin nümunələri verilsə də, hərbi cinayətlərin dəqiq anlayışı üçün "müvafiq hüquqi konvensiyalara" istinad edilib. Beləliklə, ərizəçinin məhkum edilməsi daxili qanunvericilikdən daha çox, beynəlxalq hüquq normalarına əsaslanıb.
Məhkəmə 1944-cü ildə bu məsələnin beynəlxalq hüquqda necə tənzimləndiyini araşdırdı. O, qeyd etdi ki, on doqquzuncu əsrin ortalarından başlayaraq uzunmüddətli məcəllələşdirmə dövründən sonra Nürnberq Beynəlxalq Hərbi Tribunalının Nizamnaməsində fərdi cinayət məsuliyyətinə səbəb olan hərbi cinayətlərin tam olmayan siyahısı verilib. Müasir hüquq doktrinasında bu məsələdə razılaşma var ki, beynəlxalq hüquq, konkret olaraq 1907-ci il tarixli Haaqa Konvensiyasında və Haaqa Qaydalarında artıq hərbi cinayətlərə anlayış verilmişdi və həmin sənədlər fərdlər barəsində cinayət təqibini nəzərdə tuturdu. Beləliklə, hələ Nürnberq Tribunalının Nizamnaməsi qəbul edilənə qədər hərbi cinayətlərə görə fərdi məsuliyyəti nəzərdə tutan beynəlxalq hüquq normaları mövcud idi. Bütün məcəllələşdirmə dövründə müharibə qanunlarının və adətlərinin tətbiqini həyata keçirən əsas mexanizmlər ölkədaxili cinayət məhkəmələri və hərbi tribunallar idi, beynəlxalq səviyyədə fərdi cinayət təqibi isə istisna olunurdu. Müvafiq olaraq, dövlətin müqavilə və konvensiyalara əsaslanan beynəlxalq məsuliyyəti müharibə qanunlarının və adətlərinin pozulmasına görə dövlətlərin fərdlərə qarşı cinayət təqibini həyata keçirmək vəzifəsini aradan qaldırmırdı. Beynəlxalq və milli hüquq ölkədaxili cinayət təqibinin həyata keçirilməsi və cinayətkarların məsuliyyətə cəlb olunması üçün hüquqi əsas rolunu oynayırdı. Xüsusən milli qanunvericilikdə hərbi cinayətin konkret xarakteristikası nəzərdə tutulmadıqda daxili məhkəmə öz qərarını əsaslandırmaq üçün beynəlxalq hüquqa istinad edə bilərdi. Müvafiq olaraq, Məhkəmə hesab etdi ki, 1944-cü ilin mayınadək hərbi cinayətlərə müharibə qanunlarına və adətlərinə zidd əməllər kimi anlayış verilmişdi, habelə beynəlxalq hüquqda bu cinayətlərin təyin olunması üçün əsas prinsiplər müəyyənləşdirilmiş və xeyli sayda müxtəlif hərəkətlər bu cür cinayətləri təşkil edən əməllər hesab edilmişdi. Dövlətlərin hərbi cinayətlərə görə fərdləri cəzalandırmaq üçün tədbir görmələri, hətta tələb edilməsə belə, ən azından buna icazə verilirdi və cinayət barədə əmr vermiş komandirin əmrini yerinə yetirməyə görə cəzalandırılma da buraya daxil idi.
Məhkəmə daha sonra humanitar hüququn "iki mühüm prinsipini", yəni "mülki əhalinin və mülki obyektlərin qorunması" və düşmən "döyüşçülərə lüzumsuz əzab verilməməsi" prinsiplərini nəzərə almaqla bu məsələni nəzərdən keçirdi ki, ərizəçinin məhkum edildiyi konkret hərbi cinayətlərlə bağlı kifayət aydın və müasir hüquqi baza var idimi? Bu cinayətlərə aşağıdakılar daxil idi: kəndliləri qəddar rəftara məruz qoyma, yaralama və qətlə yetirmə; onları xaincəsinə yaralama və qətlə yetirmə; hamilə qadını yandıraraq öldürmə; və müdafiəsiz məntəqələrə hücum etmə.
Bu cinayətlərdən birincisinə gəlincə, xüsusən 1907-ci il tarixli Haaqa Qaydalarının 23(c) maddəsini nəzərə alsaq, kəndlilərin qətlə yetirilməsi və qəddar rəftara məruz qalması belə bir fundamental qaydanın pozuntusu idi ki, müqavimət göstərmək iqtidarında olmayan düşmən (indiki halda kəndlilər silahsız idilər) müharibə qanunları ilə müdafiə edilir. Beynəlxalq müdafiənin onlara şamil olunması üçün belə şəxslərin konkret hüquqi statusa malik olması və ya formal olaraq təslim olması tələb olunmurdu. Döyüşçü qismində kəndlilər həmçinin ərizəçinin və onun dəstəsinin nəzarəti altında olan hərbi əsirlər kimi müdafiə hüququna malik idilər və sonradan onların qəddar rəftara məruz qalması və kütləvi surətdə qətlə yetirilməsi hərbi əsirlərin müdafiəsini nəzərdə tutan çoxsaylı müharibə qaydalarına və adətlərinə zidd idi.
İkinci cinayətə gəlincə, daxili məhkəmələr alman uniformasını geyməklə düşmənləri hücum təhlükəsi altında olmadıqlarına inandıraraq onları xaincəsinə yaralama və qətlə yetirmə əməllərinə görə ayrıca ittiham hökmü çıxararkən əsaslı olaraq 1907-ci il tarixli Haaqa Qaydalarının 23(b) maddəsinə istinad etmişdilər. Həmçinin ərizəçinin üçüncü cinayət əməlinə görə məhkum edilməsi üçün də möhkəm hüquqi əsas vardı, belə ki, müharibə dövründə qadınların xüsusi müdafiə ilə təmin edilməsi hələ 1863-cü il tarixli Liber Məcəlləsində nəzərdə tutulmuşdu.
Nəhayət dördüncü cinayətə gəldikdə, Haaqa Qaydalarının 25-ci maddəsi, "müharibə zərurətinin doğurduğu qəti tələbdən irəli gələn" hallar istisna olmaqla, müdafiə olunmayan yaşayış məntəqələrinə hücumu qadağan edirdi. Ərizəçinin işində bu cür istisna halın mövcud olduğunu güman etmək üçün heç bir əsas yox idi. Müvafiq olaraq, Məhkəmə razılaşdı ki, bu cinayətlərin hər biri hərbi cinayət təşkil edirdi. Hücumu həyata keçirmiş partizan dəstəsini təşkil edən, ona komandirlik edən və əməliyyatda ona rəhbərlik edən şəxs olaraq ərizəçi bu hərəkətlərə görə komandir kimi məsuliyyət daşıyırdı.
Nəhayət, hətta fərz etsək ki, mərhum kəndlilər "döyüş əməliyyatlarında iştirak edən mülki şəxs" və ya "döyüşçü" idilər, 1944-cü ildə mövcud olan beynəlxalq hüquq normaları nəzərə alınmaqla bu halda da ərizəçinin Malıye Batıya edilmiş hücuma görə məsuliyyət daşıyan dəstənin komandiri qismində hərbi cinayətlərə görə məhkum edilməsi və cəzalandırılması üçün aydın hüquqi əsas vardı. Əgər kəndlilər "mülki şəxs" sayılsaydılar, o halda onlar daha artıq müdafiə ilə təmin edilməli idilər.
b) Cinayət təqibinin həyata keçirilməsinə müddət məhdudiyyəti tətbiq edilirdimi? – 1944-cü ildə hərbi cinayətlərə görə ölkədaxili cinayət təqibinin həyata keçirilməsi üçün təkcə hərbi cinayətlərin anlayışının müəyyən edilməsi məsələsində deyil, həm də cinayət təqibinə tətbiq edilən müddət məhdudiyyətlərinin müəyyən edilməsi məsələsində milli qanunvericilik beynəlxalq hüquqa istinad edirdi. Müvafiq olaraq, milli qanunvericilikdə cinayət təqibinə qoyulan müddət məhdudiyyətləri bu işə şamil oluna bilməz. Beləliklə, cavablandırılmalı olan mühüm sual ondan ibarətdir ki, ərizəçi barəsində cinayət təqibi həyata keçirilənə qədər hər hansı məqamda bu cür cinayətlər barəsində cinayət təqibinin həyata keçirilməsinə beynəlxalq hüquqa əsasən müddət məhdudiyyətləri tətbiq edilirdimi? 1944-cü ildə qüvvədə olmuş beynəlxalq hüquq normalarında bu barədə bir söz deyilmir və həmin dövrdən sonra hər hansı konkret müddət məhdudiyyəti nəzərdə tutulmayıb. Buradan belə nəticə çıxır ki, ərizəçinin ittiham edildiyi cinayətlərə görə cinayət təqibinin həyata keçirilməsinə müddət məhdudiyyəti tətbiq edilmir.
c) Ərizəçinin məhkum edildiyi cinayət əməlləri qanunvericilikdə kifayət qədər dəqiq və aydın şəkildə nəzərdə tutulmuşdumu? – Beynəlxalq müharibə qanunları və adətləri 1944-cü ildə fərdi cinayət məsuliyyətinin müəyyən edilməsi üçün özlüyündə yetərli idi, buna görə də həmin dövrdə daxili qanunvericilikdə onlara istinad edilməməsi həlledici əhəmiyyət daşımırdı. Beynəlxalq müharibə qanunlarında və adətlərində müharibə dövründə törədilən cinayət əməlinin parametrlərini müəyyənləşdirən təfsilatlı normalar yer almışdı və onlar ilk növbədə silahlı qüvvələrə və xüsusən komandirlərə aid idi. Ərizəçinin hərbi komandir olduğunu nəzərə alsaq, o, Malıye Batıdakı əməliyyatın doğura biləcəyi riskləri hərtərəfli qiymətləndirməyə borclu idi. Hətta ərizəçi bu məsələ barədə azacıq düşünsəydi belə, görə bilərdi ki, qanunlar kobud şəkildə pozulmaqla kəndlilərin qəddar rəftara məruz qalması və qətlə yetirilməsi hərbi cinayət əməllidir və o, komandir olaraq fərdi cinayət məsuliyyətinə cəlb oluna bilər. Məhkəmə ərizəçinin bu arqumentini rədd etdi ki, o, siyasi mülahizələr əsasında cinayət təqibinə məruz qalacağını öncədən görə bilməzdi, belə ki, hüquqi varis olan yeni dövlətin əvvəlki rejim zamanı cinayət törətmiş şəxslərə qarşı cinayət işinə başlayacağını həm qanuni hesab etmək, həm də öncədən görmək olardı. Keçmiş məhkəmələrin hüquqi varisi olan yeni məhkəmələri buna görə tənqid etmək doğru olmazdı ki, onlar əvvəlki rejim zamanı qüvvədə olmuş hüquq normalarını qanunun aliliyinə əsaslanan yeni dövlətdə qüvvədə olan prinsiplər əsasında, habelə Konvensiyanın əsasını təşkil edən prinsiplər əsasında tətbiq və şərh ediblər (xüsusən də söhbət yaşamaq hüququndan gedirsə). Bu prinsiplər Latviya müstəqillik qazandıqdan və rejim dəyişikliyi baş verdikdən sonra Latviyada tətbiq edilə bilərdi.
Müvafiq olaraq, ərizəçinin sözügedən əməlləri törətdiyi dövrdə həmin əməllər cinayət təşkil edirdi və bu cinayət əməlləri müharibə qanunlarında və adətlərində kifayət qədər dəqiq və aydın şəkildə nəzərdə tutulmuşdu.
Nəticə: pozuntu baş verməyib (üç səsə qarşı on dörd səslə).
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012.
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil; eyni zamanda, Məhkəmə tərcümənin keyfiyyəti ilə bağlı heç bir məsuliyyət daşımır. Tərcümə Avropa İnsan Hüquqları Məhkəməsi HUDOC presedent hüququ bazası () və ya Məhkəmənin onu bölüşmüş olduğu hər hansı digər məlumat bazasından yüklənə bilər. Bu tərcümə qeyri-kommersiya məqsədləri üçün istifadə oluna bilər; bu halda işin tam adına, habelə yuxarıda göstərilən müəllif hüquqları haqqında qeydə və İnsan Hüquqları Etimad Fonduna istinad edilməlidir. Bu tərcümənin hər hansı bir hissəsinin kommersiya məqsədləri ilə istifadə edilməsi üçün publishing@ ilə əlaqə saxlayın.
© Council of Europe/European Court of Human Rights, 2012.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012.
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante : publishing@
Full & Egal Universal Law Academy