© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil. Əlavə məlumat üçün sənədin sonunda müəllif hüquqları haqqında qeydə baxın.
© Council of Europe/European Court of Human Rights, 2012. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
Konstantin Markin Rusiyaya qarşı [Böyük Palata] (Konstantin Markin v. Russia [GC]), ərizə № 30078/06
22.03.2012-ci il tarixli qərar [Böyük Palata]
Maddə 14
Ayrı-seçkilik
Valideynlik məzuniyyəti hüquqları ilə bağlı kişi və qadın hərbçilərə münasibətdə fərqli rəftar: pozuntu baş verib
Faktlar – Rusiya qanunvericiliyinə əsasən, mülki şəxs olan atalar və analar körpə uşaqlarına qulluq etmək üçün üç illik valideynlik məzuniyyəti hüququna və həmin dövrdə aylıq müavinət almaq hüququna malikdilər. Bu hüquq aydın şəkildə hərbçi qadınlara da şamil olunur, amma hərbçi kişilər barəsində belə norma nəzərdə tutulmayib. Silahlı qüvvələrdə radioelektron kəşfiyyat qrupunun operatoru və boşanmış şəxs olan ərizəçi nikahdan doğulmuş üç uşağını böyütməkdən ötrü üç illik valideynlik məzuniyyəti almaq üçün müraciət etdi, lakin müraciəti rədd edilərək, daxili qanunvericilikdə bu tələb üçün heç bir əsasın olmaması bildirilmişdir. Sonradan ona rəisləri tərəfindən təxminən iki illik valideynlik məzuniyyəti verildi və şəxsi durumunun çətinliyi ilə əlaqədar olaraq maliyyə yardımı göstərildi. Bununla belə, o, Konstitusiya Məhkəməsinə şikayət ərizəsi verdi və ərizədə bildirdi ki, qanunvericilik Konstitusiyanın bərabər hüquqlara verdiyi təminata uyğun deyil. Konstitusiya Məhkəməsi bu şikayəti rədd edərək bildirdi ki, hərbi qulluqçuların valideynlik məzuniyyəti götürməsinə qoyulan qadağa hərbçilərin xüsusi hüquqi statusuna əsaslanır və çoxlu sayda hərbçilərin vəzifə başında olmamasının qarısını almaq zərurətindən irəli gəlir. O, qeyd etdi ki, hərbi qulluqçuların öz üzərlərinə hərbçi statusu ilə bağlı öhdəlikləri könüllü götürdükləri hesab edilir və onlar uşaqlarına şəxsən qulluq etməyi qərara aldıqda hərbi xidmətlərinə vaxtından əvvəl xitam verilməsi hüququna malikdirlər. Hərbi qulluqçulara valideynlik məzuniyyəti götürmək hüququ müstəsna qaydada verilir və bu zaman hərbi qulluqda olan qadınların sayının az olması və qadınların analıqla bağlı xüsusi sosial rolu nəzərə alınır.
7 oktyabr 2010-cu il tarixli qərarda (134 saylı Məlumat bülleteni) Məhkəmənin Palatası bir səsə qarşı altı səslə bu qənaətə gəldi ki, 8-ci maddə ilə birgə götürülməklə 14-cü maddənin pozuntusu baş verməyib.
Hüquqi məsələlər – 8-ci maddə ilə birgə götürülməklə 14-cü maddənin pozulub-pozulmaması: Valideynlik məzuniyyəti və valideynlik müavinətləri 8-ci maddənin tətbiq dairəsinə düşür, çünki onlar ailə həyatını təşviq edir və ailə həyatının təşkilinə qaçılmaz olaraq təsir göstərir. Buna görə də Konvensiyanın 14-cü maddəsi (8-ci maddə ilə birgə götürülməklə) bu işə tətbiq edilə bilər. Valideynlik məzuniyyəti (qadınlarda analıq məzuniyyəti) və valideynlik müavinətləri məsələsində kişilər qadınlarla oxşar vəziyyətdə idilər. Müvafiq olaraq, hərbi qulluqçu kimi ərizəçi hərbçi qadınlarla analoji vəziyyətdə idi. Buna görə də Məhkəmə müəyyənləşdirməlidir ki, valideynlik məzuniyyəti hüququ məsələsində hərbçi kişilərlə hərbçi qadınlara münasibətdə fərqli rəftarın obyektiv və əsaslı səbəbi var idimi?
Bununla bağlı Məhkəmə qeyd etdi ki, hazırda gender bərabərliyinin təşviqi Avropa Şurasına üzv olan dövlətlərdə əsas məqsədlərdən biridir və cins əlamətinə görə fərqli rəftarın Konvensiyaya uyğun hesab edilə bilməsi üçün olduqca əsaslı səbəblər göstərilməlidir. Konkret olaraq, ölkədəki ənənələrə, ümumi baxışlara və ya üstünlük təşkil edən sosial yanaşmalara istinadlar yetərli deyil.
Məhkəmə ərizəçinin işində fərqli rəftara, Hökumətin iddia etdiyi kimi, uşaqların böyüdülməsində qadınların xüsusi sosial rolu ilə haqq qazandırılmasını qəbul etmədi. Müasir Avropa cəmiyyətləri uşaqların böyüdülməsində kişilərlə qadınların vəzifələrinin bərabər bölgüsünə doğru irəliləyib və uşaqlara qulluq etməkdə kişilərin rolu tanınıb. Hazırda Rusiya da daxil olmaqla Avropa ölkələrinin çoxunda mülki şəxs olan kişi və qadınların valideynlik məzuniyyəti götürməsinə icazə verilir və xeyli sayda ölkələr bu hüququ hərbçi kişi və qadınlara da şamil ediblər. Ərizəçinin işində fərqli rəftara qadınların xeyrinə pozitiv ayrı-seçkilik kimi baxmaq olmaz, çünki bu rəftar cəmiyyətdə qadınların əlverişsiz vəziyyətini düzəltmək məqsədini daşımır. Əvəzində o, gender stereotiplərinin əbədiləşdirilməsinə səbəb olur və həm qadınların karyerasına, həm də kişilərin ailə həyatına maneə yaradır. Xülasə, cəmiyyətdə cinslərin rolunun ənənəvi bölgüsünə istinad kişilərin, o cümlədən hərbçi kişilərin valideynlik məzuniyyəti hüququndan məhrum edilməsinə haqq qazandıra bilməz.
Hökumətin bu arqumenti də Məhkəməni inandırmadı ki, valideynlik məzuniyyətinin hərbçi kişilərə şamil olunması silahlı qüvvələrin döyüş qabiliyyətinə və əməliyyatlarının səmərəliliyinə mənfi təsir göstərə bilər. Rusiyanın hakimiyyət orqanları ordunun əməliyyatlarının səmərəliliyinə bunun necə təsir göstərəcəyini qiymətləndirmək üçün üç illik valideynlik məzuniyyəti ala bilən və ya bunu istəyən hərbçi kişilərin sayını müəyyənləşdirməkdən ötrü heç bir xüsusi araşdırma və ya tədqiqat aparmayıb. Bununla bağlı təqdim edilən statistik məlumatlar inandırıcı deyildi. Sadəcə hərbçi kişilərin "körpə sahibi olmağa imkan verən" yaşda olması hərbçi kişilərlə hərbçi qadınlar arasında fərqli rəftara haqq qazandırmaq üçün yetərli deyildi. Bununla belə, Məhkəmə razılaşdı ki, milli təhlükəsizliyin müdafiəsində ordunun mühüm əhəmiyyətini nəzərə alaraq, valideynlik məzuniyyəti hüququna müəyyən məhdudiyyətlər qoyulmasına haqq qazandırmaq olar, bu şərtlə ki, onlar ayrı-seçkilik xarakteri daşımasın. Məsələn, tutduqları vəzifədən, nadir texniki ixtisaslarından və ya aktiv hərbi əməliyyatlarda iştiraklarından asılı olaraq əvəzlənmələri asan olmayan kişi və ya qadın hərbçilər valideynlik məzuniyyəti hüququndan məhrum edilə bilərlər. Lakin Rusiyada valideynlik məzuniyyəti hüququndan məhrum edilmə ordudakı vəzifəsindən, konkret halda əvəzlənməsinin mümkünlüyündən asılı olmayaraq avtomatik olaraq bütün kişilərə tətbiq edilirdi. Məhkəmənin fikrincə, cins əlamətinə görə müəyyən insan qrupuna tətbiq edilən bu cür ümumi və avtomatik məhdudiyyətlər dövlətə verilən qiymətləndirmə sərbəstliyinin hüdudlarından kənara çıxır.
Ərizəçi radioelektron kəşfiyyat qrupunun operatoru qismində qulluq edirdi və buna görə də kişi və ya qadın hərbçilərlə əvəzlənə bilərdi. Bu da önəmlidir ki, buna ekvivalent olan vəzifələri onun olduğu hərbi bölmədə qadın hərbçilər tuturdu və ondan fərqli olaraq qadınlar qeyd-şərtsiz üç illik məzuniyyət hüququna malik idilər. Beləliklə, ərizəçi əsaslı və ya obyektiv səbəb olmadan cins əlamətinə görə ayrı-seçkiliyə məruz qalmışdı. Cins əlamətinə görə ayrı-seçkiliyin fundamental əhəmiyyətini nəzərə alsaq, onun hərbi kontrakt imzalaması ayrı-seçkiliyə məruz qalmamaq hüququndan imtina təşkil etmirdi.
Nəticə: pozuntu baş verib (bir səsə qarşı on altı səslə).
Maddə 34: Ərizəçi şikayət etdi ki, ərizəsi Avropa Məhkəməsinin icraatında olduğu müddətdə öz müraciəti olmadan prokuror onun işi ilə bağlı məlumat almaq üçün onun evinə gəlib. Məhkəmə qeyd etdi ki, cavabdeh dövlətin hakimiyyət orqanlarının ərizəçinin Avropa Məhkəməsinin icraatındakı işi ilə əlaqədar onunla birbaşa təmasa girməsi prinsipcə məqsədəuyğun deyil. Lakin hazırkı işdə ərizəçinin ailə vəziyyəti barədə son məlumatları almaq üçün prokurorun onun evinə gəlməsinin ərizəçini ərizəsini geri götürməyə və ya dəyişdirməyə sövq etmək məqsədi daşıdığını və ya buna səbəb olduğunu göstərən heç bir sübut yox idi. Buna görə də dövlət orqanlarını ərizəçinin fərdi şikayət hüququnu həyata keçirməsinə maneə yaratmaqda təqsirləndirmək olmazdı.
Nəticə: 34-cü maddənin pozuntusu baş verməyib (üç səsə qarşı on dörd səslə).
Maddə 41: Mənəvi ziyana görə 3.000 avro təyin edildi.
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012.
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil; eyni zamanda, Məhkəmə tərcümənin keyfiyyəti ilə bağlı heç bir məsuliyyət daşımır. Tərcümə Avropa İnsan Hüquqları Məhkəməsi HUDOC presedent hüququ bazası () və ya Məhkəmənin onu bölüşmüş olduğu hər hansı digər məlumat bazasından yüklənə bilər. Bu tərcümə qeyri-kommersiya məqsədləri üçün istifadə oluna bilər; bu halda işin tam adına, habelə yuxarıda göstərilən müəllif hüquqları haqqında qeydə və İnsan Hüquqları Etimad Fonduna istinad edilməlidir. Bu tərcümənin hər hansı bir hissəsinin kommersiya məqsədləri ilə istifadə edilməsi üçün publishing@ ilə əlaqə saxlayın.
© Council of Europe/European Court of Human Rights, 2012.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012.
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante : publishing@
Full & Egal Universal Law Academy