© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2013. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə görə heç bir məsuliyyət daşımır. Əlavə məlumat almaq üçün bu sənədin sonunda verilmiş müəllif hüququna dair tam məlumata baxın.
© Council of Europe/European Court of Human Rights, 2013. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2013. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
AVROPA İNSAN HÜQUQLARI MƏHKƏMƏSİ
BÖYÜK PALATA
KONSTANTİN MARKİN RUSİYAYA QARŞI
(30078/06 nömrəli ərizə)
QƏRAR
[Çıxarışlar]
STRASBURQ
22 mart 2012-ci il
Bu qərar qətidir, lakin onun mətnində redaktə xarakterli düzəlişlər edilə bilər.
Konstantin Markin Rusiyaya qarşı işində,
İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Böyük Palatası
Sədr Nicolas Bratza,
Hakimlər
Jean-Paul Costa
Françoise Tulkens
Josep Casadevall
Ján Šikuta
Dragoljub Popović
Päivi Hirvelä
Nona Tsotsoria
Ann Power-Forde
Zdravka Kalaydjieva,
Işıl Karakaş,
Mihai Poalelungi,
Kristina Pardalos,
Guido Raimondi,
Angelika Nußberger,
Paulo Pinto de Albuquerque,
Ad-hoc hakim
Olga Federova və
Böyük Palata katibinin müavini
Johan Callewaertdən ibarət tərkibdə
8 iyun 2011-ci il və 1 fevral 2012-ci il tarixlərində qapalı müşavirə keçirərək,
Yuxarıda qeyd edilən sonuncu tarixdə qəbul etdiyi aşağıdakı qərarı elan edir:
PROSEDUR
İş, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının (“Konvensiya”) 34-cü maddəsinə əsasən Rusiya Federasiyası vətəndaşı cənab Konstantin Aleksandroviç Markin (“ərizəçi”) tərəfindən 21 may 2006-cı ildə Rusiya Federasiyasına qarşı yönəldilmiş ərizə (no. 30078/06) əsasında başlanmışdır. Ərizəçini Moskvada vəkillik fəaliyyəti ilə məşğul olan xanım K. Moskalenko və xanım İ. Gerasimova, eləcə də Bostonda (Amerika Birləşmiş Ştatları) vəkillik fəaliyyəti göstərən cənab N. Lisman təmsil etmişlər. Rusiya hökuməti (“Hökumət”) İnsan hüquqları üzrə Avropa Məhkəməsi yanında Rusiya Federasiyasının səlahiyyətli nümayəndəsi cənab G. Matyuşkin və xanım O. Sirotkina tərəfindən təmsil olunmuşdur. Ərizəçi, kişi cinsinə mənsub olması səbəbindən yerli hakimiyyət orqanlarının valideynlik məzuniyyəti verilməsindən imtina etməsindən şikayətlənir. Ərizə Məhkəmənin Birinci Bölmənin icraatına verilmişdir (Məhkəmə Reqlamentinin 52-ci Qaydasının 1-ci bəndi). 7 oktyabr 2010-cu ildə, Hakimlər Kristos Rozakis, Nina Vayiç, Anatoly Kovler, Elizabet Ştayner, Xanlar Hacıyev, Din Şpilmann və Sverre Erik Yebens, həmçinin Bölmə katibi Sören Nilsendən ibarət tərkibdə həmin Bölmənin Palatasında işin qəbuledilənliyi və mahiyyəti üzrə məsələni gözdən keçirmişdir (Konvensiyanın 29-cu maddəsinin 1-ci bəndi – köhnə versiyada 29-cu maddənin 3-cü bəndi). Palata şikayəti qismən qəbuledilən elan edərək, 6 səs lehinə və 1 səs əleyhinə olmaqla, 8-ci maddə ilə birgə götürülmüş 14-cü maddənin pozulduğu nəticəsinə gəlmişdir. 21 fevral 2011-ci ildə, Böyük Palatanın 5 Hakimdən ibarət Kollegiyası Hökumətin işin Böyük Palataya göndərilməsi barədə müraciətini təmin etmişdir (Konvensiyanın 43-cü maddəsi və Reglamentin 73-cü qaydası). Böyük Palatanın tərkibi Konvensiyanın 26-ci maddəsinin 4-cü və 5-ci bəndinə, eləcə də, Reqlamentin 24-cü qaydasına əsasən müəyyən olunmuşdur. Həm Ərizəçi, həm də Hökumət işin mahiyyəti üzrə öz yazılı müşahidələrini təqdim etmişlər (Reqlamentin 59-cu Qaydasının 1-ci bəndi). Bundan əlavə, üçüncü tərəf qismində Qand Universitetinin (Belçika) İnsan Hüquqları Mərkəzinin müşahidələri də qəbul edilmişdir (Konvensiyanın 36-cı maddəsinin 1-ci bəndi və Reqlamentin 44-cü qaydasının 1 b) bəndi). Dinləmə 8 iyun 2011-ci ildə Strasburqda İnsan Hüquqları Sarayında ictimaiyyətə açıq formada həyata keçirildi (Reqlamentin 59-cu qaydasının 3-cü bəndi).
Məhkəmədə aşağıdakı şəxslər iştirak etmişlər:
- Hökumət adından
Cənab G. Matyuşkin, Rusiya Federasiyasının İnsan Hüquqları üzrə Avropa Məhkəsindəki nümayəndəsi, agent
Xanım O. Sirotkina, vəkil
Xanım İ. Korieva,
Cənab A. Shemet, müşavirlər
- Ərizəçi adından
Xanım K. Moskalenko,
Xanım N. Lisman,
Xanım İ. Gerasimova, vəkillər
Məhkəmə Xanım Sirotkina, Xanım Moskalenko, Xanım Gerasimova və Xanım Lismanın çıxışlarını dinləmişdir.
FAKTLAR
İŞİN HALLARI
Ərizəçi 1976-cı ildə doğulmuşdur və Velikiy Novqorodda yaşayır.27 mart 2004-cü ildə, ərizəçi silahlı qüvvələrlə iki standart səhifədən ibarət müqavilə imzalayaraq, “qanunla nəzərdə tutulmuş qaydada hərbi xidmət göstərmək öhdəliyini üzərinə götürmüşdür”.Sözügedən tarixdə ərizəçi, 41480 saylı hərbi hissənin məlumat şöbəsində (оперативный дежурный группы боевого управления в составе оперативной группы радиоэлектронной разведки) radio kəşfiyyatçısı olaraq fəaliyyət göstərmişdir. Həmin hərbi hissədə qadınlar da müvafiq vəzifələrdə çalışmışlar və ərizəçi tez-tez qadın hərbçilərlə əvəz edilmişdir.
Valideynlik məzuniyyəti ilə bağlı prosedur
30 sentyabr 2005-ci ildə, ərizəçinin həyat yoldaşı Xanım Z. üçüncü övladını dünyaya gətirmişdir. Həmin gün tribunal boşanma barəsində qərar qəbul etmişdir.6 oktyabr 2005-ci ildə notariusun iştirakı ilə ərizəçi və Xanım Z. hər üç uşağın ataları ilə bərabər yaşayacaqlarına və ananın aliment ödəyəcəyinə dair razılığa gəlmişlər.Ərizəçinin məlumatına əsasən, Xanım Z. bir neçə gün sonra Sankt-Peterburqa yola düşmüşdür.11 oktyabr 2005-ci ildə Ərizəçi xidmət etdiyi hərbi hissənin rəhbərindən 3 illik valideynlik məzuniyyəti istəmişdir. 12 oktyabr 2005-ci ildə hərbi hissə rəhbəri bu hüququn yalnız qadın cinsinə mənsub olan hərbçilərə aid olduğunu əsas gətirərək ərizəçinin müraciətini rədd etmişdir. Ərizəçinin 3 aylıq məzuniyyət hüququ götürməsinə icazə verilmişdir, lakin 23 noyabr 2005-ci ildə ona hərbi xəbərdarlıq edilmişdir.Ərizəçi 23 noyabr 2005-ci ildə bu qərara etiraz etmişdir. 9 mart 2006-cı ildə Puşkin qarnizonunun hərbi tribunalı qərarı ləğv etmiş və ərizəçinin 3 aylıq məzuniyyətindən qalan 39 günlük məzuniyyət hüququnun olduğunu təsdiq etmişdir. 17 aprel 2006-cı ildə Leningrad hərbi vilayətinin hərbi tribunalı qərarı ləğv etmişdir.Eyni zamanda, ərizəçi üç övladını tək böyütdüyünü əsas gətirərək 3 illik məzuniyyət əldə etmək məqsədilə 30 noyabr 2005-ci ildə hərbi hissəyə qarşı iddia qaldırdı. O, Hərbçilərin statusu haqqında Qanunun 10-cu maddəsinin 9-cu bəndinə istinad etmişdir (aşağıda 47-ci bənd).Puşkin qarnizonu hərbi tribunalı qarşısındakı dinləmələr zamanı hərbi hissənin təmsilçiləri ərizəçinin övladlarını tək böyütməsi faktını qeyd etmədiyini iddia etmişlər. Onların fikrincə, ərizəçinin orduda fəaliyyət göstərməsi, universitet tələbəsi olması və məhkəmə proseslərində iştirak etməsi səbəbilə uşaqlar ilə tək məşğul olması mümkün deyil və məlumatlar sübut edir ki, Xanım Z. və digərləri ərizəçiyə bu vəzifələrində kömək etmişlər. Bununla da uşaqlar ana qayğısından məhrum edilməmişdir. Hərbi hissəni təmsil edən nümayəndələr tribunal qarşısında, ərizəçinin müşahidələrində və təqdim etdiyi sənədlərdə uyğunsuzluğun olduğunu qeyd etmişlər: məsələn, notariusun iştirakı ilə bağlanan sazişdə göstərilən uşaqların ünvanı yanlışdır, Xanım Z.-nin əmək müqaviləsi qanunla nəzərdə tutulmuş qaydada qeydiyyata alınmayıb, Xanım Z.-nin pasportunda boşanma möhürü yoxdur, ərizəçi uşaqlar üçün maddi yardım tələb etməmiş və eləcə də, Xanım Z.-nin aliment öhdəliyini yerinə yetirmədiyini əsas tutaraq iddia qaldırmamışdır. Onların fikrincə, ərizəçi ordudakı işindən yayınmaq və eləcə də hərbi hissənin əlavə xidmətlərindən faydalanmaq məqsədilə boşanma faktına əsaslanmışdır.Tribunal Xanım Z-nin, ərizəçi ilə 2005-ci ilin sentyabr ayından etibarən ayrıldığını və nikah münasibətlərinin davam etməsinin mümkümnsüz olduğunu göstərən boşanma tələbini də nəzərdən keçirmişdir. Tribunal həmçinin boşanma qərarını, notariusun iştirakı ilə bağlanan və uşaqların ərizəçi ilə birlikdə yaşamalı olduğunu nəzərdə tutan sazişi və Xanım Z.-nin Sankt Petersburqda imzalanan əmək müqaviləsini də nəzərə almışdır. Tribunal həmçinin 27 fevral 2006-cı ildə Xanım Z.-nin ərizəçini təmsil etdiyi və hazırki işlə əlaqəsi olmayan mülki prosesin hesabatını da diqqətə almışdır.Ərizəçi izah etdi ki, özü və uşaqları Xanım Z.-nin valideynleri ilə birlikdə Novqorodda yaşayırdı. O qeyd etdi ki, Xanım Z.-nin təsadüfən göstərdiyi köməklik (məsələn 31 yanvar 2006-cı ildə ərizəçinin məhkəmə prosesinə getdiyi zaman uşaqların ən kiçiyini saxlaması) istisna olmaqla, uşaqlarla gündəlik özü məşğul olurdu. Xanım Z.-nin aliment ödəyə bilməməsinin səbəbi gəlirlərin çox aşağı olmasıdır. Xanım Z. 27 fevral 2006-cı ildə cütlüyün boşanmadan əvvəl birlikdə müraciət etdikləri tələblə əlaqədar olan məhkəmə prosesində ərizəçini təmsil etmiş və prosesin sonuna qədər onu təmsil etməyi qəbul etmişdir.Xanım Z. elan etmişdir ki, özü Sankt Peterburqda, övladları isə ərizəçi ilə birlikdə Novqorodda yaşayırdılar. Uşaqlarla məşğul olmadığını, eləcə də, gəlirləri çox aşağı olduğundan aliment ödəmədiyini də bildirmişdir.Xanım Z.-nin atası qızının boşandıqdan sonra Sankt Peterburqa köçdüyünü, ərizəçinin övladları ilə birlikdə, ona və həyat yoldaşına məxsus evdə birlikdə yaşadıqlarını qeyd etmişdir. Əlavə olaraq bildirmişdir ki, qızının öz övladları ilə telefonda danışmasına baxmayaraq, uşaqların tərbiyəsində etməmiş və ərizəçi onları tək böyütmüşdür: uşaqları məktəbə və həkimə aparmış, yeməklərini hazırlamış, onları gəzintiyə çıxarmış və təhsillərinə nəzarət etmişdir.İşəgötürən şəxs qeyd etmişdir ki, Xanım Z. Sankt-Peterburqda onun üçün işləyirdi. O həmçinin qeyd etmişdir ki, əmək müqaviləsinin qeydiyyata alınması məqsədilə inzibati vergi orqanlarına müraciət etmiş, lakin sonuncular tərəfindən rədd edilərək bildirilmişdir ki, bu qeydiyyat yerli özünüidarəetmə orqanları tərəfindən həyata keçirilir. Bununla belə, yerli özünüidarəetmə orqanları əmək müqaviləsinin inzibati vergi orqanlarında qeydiyyata alınmalı olduğunu bildirmişlər. Belə bir şəraitdə, işəgötürən Xanım Z.-nin müqavilsinin qeydiyyata alınması fikrindən dönmüşdür. Eləcə də, o qeyd etmişdir ki, Xanım Z. övladını dünyaya gətirdikdən 2 həftə sonra yenidən işə qayıtmışdır. Sözügedən şəxsin övladlarının ataları ilə birlikdə Novqorodda yaşadığını bilsə də, Xanım Z. ilə onun keçmiş həyat yoldaşı və övladları arasındakı münasibət barəsində məlumatı olmadığını bildirmişdir. Xanım Z.-ni öz valideynləri ilə telefonda danışarkən bir neçə dəfə eşitmişdir.Ərizəçinin kiçik oğlunun müəlliməsi qeyd etmişdir ki, 2005-ci ilin sentyabr ayı ərzində uşağı məktəbə atası və anası müşayiət etmişlər. Üçüncü uşağın dünyaya gəlişindən və boşanmadan sonrakı müddətdə isə, uşağı səhərlər məktəbə gətirən və onu axşamlar məktəbdən aparan ərizəçi olmuşdur. Həmçinin, ərizəçi məktəbdə keçirilən bayramlara da gəlmişdir. Müəllimə uşaqdan anası barəsində soruşduqda isə, onun Sankt- Peterburqa işləmək üçün getdiyi məlumatını almışdır. Müəllimənin fikrincə, ərizəçi övladına yaxşı ata olmuş və sübutu olaraq da, övladının onu sevdiyini müşahidə etmişdir. Əksinə, uşaq heç bir zaman anası barəsində danışmamışdır.Uşaqların həkimi isə qeyd etmişdir ki, 6 oktyabr 2005-ci ildə, Xanım Z. ən kiçik övladı ilə birlikdə onu müayinə etdirmək üçün kabinetinə gəlmişdir. 1 noyabr 2005-ci il tarixindən etibarən isə, uşaqları müayinəyə gətirən ərizəçi olmuşdur. Uşaqlara yaxşı baxılmış və onların səhhəti yerində olmuşdur.14 mart 2006-cı ildə, Puşkin qarnizonu hərbi tribunalı ərizəçi tərəfindən tələb olunan üç illik valideynlik məzuniyyəti istəyini dövlətdaxili hüquqa münasibətdə əsassız olduğu qənaətinə gələrək rədd etmişdir. Tribunal hesab etmişdir ki, üç illik valideynlik məzuniyyəti qadın cinsinə mənsub olan hərbçilərə məxsusdur və kişi cinsindən olan hərbçilərin övladları ana qayğısından məhrum olunmuş olsalar belə, bu məzuniyyət onlara verilmir. Digər tərəfdən, uşaqları həmin vəziyyətdə olan kişi cinsinə mənsub hərbçilərin ailə münasibətləri səbəb göstərilməklə, vaxtında əvvəl təqaüdə çıxma və ya üç aylıq məzuniyyət hüquqları mövcud olmuşdur. Ərizəçi tərəfindən ikinciyə üstünlük verilmişdir.Tribunal elan etmişdir ki, hər bir halda, ərizəçi övladlarını tək böyütdüyünü və analarının onlarla məşğul olmadığı faktını qeyd etməmişdir. Məhkəmədə keçirilən dinləmələr zamanı təqdim olunan sübutlardan belə məlum olmuşdur ki, ərizəçi və Xanım Z. boşandıqdan sonrakı müddətdə də ər-arvad münasibətlərini davam etdirmişlər. Onlar birlikdə yaşamış, övladları ilə hər ikisi məşğul olmuş və ailənin mənafelərini birgə müdafiə etmişlər. Beləliklə, ərizəçinin bunun əksi barədə iddiaları yalandır və tribunalı yanıltmaq məqsədi daşımışdır. Mühüm məsələ ondan ibarətdir ki, Xanım Z. valideyn səlahiyyətlərindən məhrum edilməmişdir. Uşaqlarının onunla birlikdə yaşayıb-yaşamamasından asılı olmayaraq, Xanım Z. heç bir halda uşaqlarla məşğul olmaqdan da məhrum edilməmişdir.Ərizəçi məhkəməyə təqdim etdiyi apellyasiya şikayətində qeyd etmişdir ki, ona üç illik valideynlik məzuniyyəti hüququnun verilməməsi Konstitusiya ilə təmin olunan qadın və kişi bərabərliyinin pozuntusuna səbəb olur. O həmçinin hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi qənaət, məhkəmə qarşısındakı dinləmə zamanı araşdırılan sübutlarla uyğunsuzluq təşkil edir.27 aprel 2006-cı ildə, Leninqrad hərbi tribunalı əvvəlki qərarı təsdiq etmişdir. Tribunal ərizəçinin birinci instansiya tribunalının faktlarla bağlı nəticələrinin yanlış olduğunu iddiasını araşdırmamışdır. Əksinə olaraq, qeyd etmişdir ki, dövlətdaxili hüquqda “kişi cinsindən olan hərbi heyətin valideynlik məzuniyyətindən faydalanması heç bir halda nəzərdə tutulmamışdır”. Həmçinin əlavə etmişdir ki, “ərizəçinin qadınlar və kişilər arasındakı bərabərliyi əsas tutan mülahizələri mahiyyətcə düzgün qəbul edilmiş birinci instansiya məhkəməsi qərarının ləğvini əsaslandıra bilməz”.Məhkəmə icraatının davam etməsinə baxmayaraq, ərizəçi mütəmadi olaraq iş yerində olmaması səbəbilə intizam məsuliyyətinə cəlb edilmişdir.24 oktyabr 2006-cı il qərarı ilə, 41480 saylı hərbi hissənin rəhbəri ərizəçiyə, ən kiçik oğlunun üç yaşı tamam olana qədər, yəni 30 sentyabr 2008-ci il tarixinə qədər valideynlik məzuniyyəti vermişdir. 25 oktyabr 2006-ci ildə ərizəçi 200 000 rus rublu (RUB), təqribən 5 900 evroya (EUR) bərabər məbləğdə maddi yardım almışdır. 9 noyabr 2006-cı idə yazılmış məktubunda 41480 saylı hərbi hissənin rəhbəri ərizəçiyə bildirmişdir ki, həmin maddi yardım ona “ailəvi çətinliyə düşmüş olması, azyaşlı üç uşağını tək böyütmək zərurəti və digər hər hansı gəlir mənbəyi olmaması səbəbiylə” verilmişdir.8 dekabr 2006-cı ildə Puşkin qarnizonu hərbi tribunalı qərar qəbul edərək, 41480 saylı hərbi hissənin rəhbərini ərizəçiyə üç illik valideynlik məzuniyyəti verməsi və beləliklə də, 27 aprel 2006-cı il qərarını heçə sayması səbəbilə tənqid etmişdir. Tribunal hərbi hissə rəhbərinin qərarının qanunsuzluğuna diqqət çəkmişdir.
Konstitusiya Məhkəməsinin qərarı
Ərizəçi 11 avqust 2008-ci ildə Konstitusiya Məhkəməsinə müraciət edərək bildirmişdir ki, üç illik valideynlik məzuniyyətini nəzərdə tutan Hərbçilərin Hüquqi Statusu haqqında Qanunun müddəaları Konstitusiya ilə təmin olunan bərabərlik prinsipinə ziddir.15 yanvar 2009-cu ildə Konstitusiya Məhkəməsi ərizəçinin iddiasını rədd etdi. Qərarın müvafiq hissələrində deyilir:
“2.1 (...) silahlı qüvvələrdə xidmət ölkənin müdafiəsini və dövlətin təhlükəsizliyini təmin etməyə yönəlmiş, ictimai xidmətin bir növünü təşkil edir; beləliklə, bu xidmət ümumi maraq naminə həyata keçirilir. Hərbçilər konstitusiya ilə nəzərdə tutulan xüsusi funksiyaları yerinə yetirirlər və vətəni qorumaq məqsədilə Rusiya Federasiyasının hər bir vətəndaşı üçün nəzərdə tutulan vəzifələrin və öhdəliklərin yerinə yetirilməsinə nəzarəti həyata keçirən xüsusi hüquqi statusa malikdirlər.
Federal qanunvericilik hərbi personalın xüsusi hüquqi statusunu müəyyən edən zaman müstəsna səlahiyyətləri çərçivəsində, həmin personalın üzvlərinin mülki hüquqlarına və azadlıqlarına məhdudiyyətlər gətirmək, eləcə də onlara xüsusi öhdəliklər vermək səlahiyyətinə malikdir (...)
(...) orduda xidmət etmək öhdəliyi götürdüyü zaman vətəndaş, özündə ictimai xidmətlə bağlı olaraq, onun mülki hüquq və azadlıqlarını məhdudlaşdırmağı ehtiva edən və eləcə də, ölkənin müdafiəsini və dövlətin təhlükəsizliyini təmin etmək məqsədilə əlavə vəzifələr nəzərdə tutan peşə fəaliyyətini bilərəkdən qəbul edir. Nəticədə, hərbçilər öz hüquq və azadlıqlarını məhdudlaşdıran və onların üzərinə xüsusi ictimai öhdəliklər qoyan qanuni tələblərə tabe olacaqlarını elan edirlər.
(...) bu xidmətə könüllü olaraq qoşulmaqla, vətəndaşlar onlara tətbiq olunacaq hüquqi statusa müvafiq olan qaydalarla və məhdudiyyətlərlə də razılaşırlar. Buna görə də, federal qanunvericilik tərəfindən onların hüquq və azadlıqlarının məhdudlaşdırılması özlüyündə Konstitusiya ilə ziddiyyət təşkil etmir və Beynəlxalq Əmək Təşkilatının 25 iyun 1958-ci il tarixli Əmək və Məşğulluq sahəsində ayrı-seçkilik haqqında 111 saylı Konvensiyasının 1-ci maddəsinin 2-ci bəndinə əsasən, müəyyən bir iş üçün tələb olunan keyfiyyətlər baxımından fərqlənmə, istisna olunma və ya üstülük verilmə ayrı-seçkilik hesab olunmur.
2.2 Hərbçilərin hüquqi statusu haqqında qanunun 11-ci maddəsinin 13-cü bəndinə əsasən, Rusiya Federasiyasının federal qanunlarında və normativ aktlarında müəyyən olunmuş şərtlər daxilində valideynlik məzuniyyəti qadın cinsinə mənsub olunan hərbçilərə verilir. Hərbçilərin hüquqi statusu haqqında reqlamentin 32-ci maddəsinin 5-ci bəndində nəzərdə tutulan müddəalara əsasən, valideynlik məzuniyyəti boyunca qadın hərbçi ordudakı vəzifəsini və rütbəsini saxlayır.
Həyat yoldaşı doğum zamanı dünyasını dəyişmiş və ya ana qayğısından məhrum olunmuş (ana dünyasını dəyişdikdə, valideynlik hüququndan məhrum edildikdə, uzunmüddətli xəstəlik səbəbindən və ya digər hər hansı səbəbdən) on dörd yaşından (uşaq əlil olduqda on altı yaşından) kiçik olan bir və ya bir neçə övladını böyüdən kişi cinsinə mənsub olan hərbçi isə əlavə üç aylıq məzuniyyət hüququna malikdir. Bu məzuniyyət hüququ hərbi qulluqçunun, övladlarını saxlamaq və ya karyerasına davam edib-etməmək barəsində qərar verməsi üçün zəruri olan imkan yaratmağı nəzərdə tutur. Hərbi qulluqçu övladları ilə özü məşğul olmaq qərarına gələrsə, ailə vəziyyəti əsas götürülərək vaxtından əvvəl ehtiyata buraxılır (...).
Qüvvədə olan qanunvericilik kişi cinsindən olan hərbi qulluqçuların üç illik məzuniyyət hüququnu tanımır. Bu səbəbdən, kişi cinsindən olan hərbi qulluqçuların hərbi fəaliyyət və valideynlik məzuniyyətini birləşdirmək hüququ yoxdur. Bu qadağanın səbəbi bir tərəfdən hərbi heyətin xüsusi hüquqi statusuna, digər tərəfdən isə Konstitusiya ilə nəzərdə tutulmuş qaydada, hərbi qulluqçuların vətəni müdafiə etmək missiyasının yerinə yetirilməsini təmin etmək məqsədilə insan hüquqlarının və azadlıqlarının məhdudlaşdırılmasını mümkün hesab edən məqsədlərə əsaslanır.
Hərbi funksiyaya məxsus olan tələblər üzündən hərbi qulluqçuların vəzifələrinin yerinə yetirilməməsinə icazə verilən hallar qanunla qorunan ictimai marağa ziyan vurması nəzərə alınaraq istisna olunur. Beləliklə, kişi cinsindən olan hərbi qulluqçuların valideynlik məzuniyyəti tələbinin rədd edilməsi onların hüquq və azadlıqlarına, eləcə də Rusiya Konstitusiyasının 38.2 maddəsində nəzərdə tutulmuş uşaqlarla məşğul olma və onları maarifləndirmə hüququna zərər vurmur. Bu məhdudiyyət könüllü şəkildə orduda xidmət etmək istəyi ilə əsaslandırılır.
Qanunvericinin müstəsna hallarda qadın cinsindən olan hərbi qulluqçular üçün valideynlik məzuniyyəti hüququnu nəzərdə tutmasının səbəbi bir tərəfdən, qadınların orduda iştirak səviyyəsinin zəif olmasına, digər tərəfdən isə, analıqla bağlı olaraq qadınların xüsusi sosial rolunun mövcudluğuna əsaslanır. Bu mülahizələr Rusiya Konstitusiyasının 38.1-ci maddəsi istiqamətindədir. Beləliklə də, qanunverici hakimiyyət tərəfindən qəbul edilən qərar, Rusiya Federasiyası Konstitusiyasının 19.2 və 19.3-cü maddələri ilə təmin edilən insan və vətəndaşların hüquq və azadlıqlarının bərabərliyi prinsipinə və eləcə də, qadın və kişilərin hüquq bərabərliyi prinsipinə xələl gətirmir.
Yuxarıda qeyd olunanlara əlavə olaraq, yalnız qadın cinsinə mənsub olan hərbi qulluqçulara valideynlik məzuniyyəti hüququnun verilməsini tanıyan Hərbçilərin Hüquqi Statusu haqqında Qanunun 11.13-cü maddəsi ərizəçinin konstitusional hüquqlarının pozulmasına səbəb olmur (...).
2.4 Bununla da, kişi cinsindən olan və himayəsində azyaşlı uşağı olan hərbi qulluqçuların valideynlik məzuniyyəti hüququnun olmaması faktı, onların 18 ayına qədər olan uşaqlarla məşğul olan şəxslər üçün nəzərdə tutulan aylıq müavinət almaq hüququnu da istisna edir.
Konstitusiya Məhkəməsi hesab etmişdir ki, ərizəçi tərəfindən mübahisələndirilən qanunun müddəaları Konstitusiyaya müvafiqdir.
Prokurorun 31 mart 2011 tarixli ziyarəti
2011-ci ilin mart ayında (dəqiq tarix barədə məlumat verilməyib) Rusiya Federasiyasının İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yanındakı nümayəndəsi yerli hərbi prokurordan ərizəçinin ailə vəziyyəti barəsində araşdırma aparmağını xahiş etdi. O xüsusilə prokurordan ərizəçi, Xanım Z. və onların uşaqlarının yaşadığı ünvanı tapmağı və Xanım Z.-nin aliment ödənişi barəsində məlumat toplamağını istədi.Hökumətin məlumatına əsasən, ərizəçi 30 və 31 mart 2011-ci il çağırışları vasitəsilə prokuror qarşısına çağırılmışdır. Ərizəçi isə öz növbəsində heç bir çağırış vərəqəsi almadığını göstərir.Müəyyənləşdirilmiş tarixdə ərizəçinin gəlmədiyi səbəbilə, prokuror şəxsən onu evində ziyarət etmişdir. Ərizəçiyə görə, prokuror onun evinə 31 mart 2011-ci il saat 22:00-da gələrək onun uşaqlarını oyandırmış və qorxutmuşdur. Hökumətə görə isə, prokuror saat 21:00-da maraqlı tərəf ilə görüşmüş və 1 saat onun evində qalmışdır.Prokuror ərizəçiyə bildirmişdir ki, Rusiya Federasiyasının Avropa İnsan Hüquqları Məhkəməsi yanındakı nümayəndəsinin sorğusu əsasında araşdırma aparmaqdadır. Prokuror mənzildə yaşayan şəxslər barəsində qeydlər aparmışdır. Daha sonra, prokuror ərizəçidən onun ən kiçik övladı üçün nəzərdə tutulan aliment ödənilməsi barədəki məhkəmə qərarını təqdim etməsini istəmişdir. Ərizəçi aliment barədə razılığa notarial qaydada gəldiklərini elan etdikdən sonra, prokuror həmin sənədin nüsxəsini təqdim etməsini xahiş etmişdir. Ərizəçinin sənədləri təqdim etməkdən boyun qaçırması halında isə, prokuror onun qonşularını dindirəcəyi barədə xəbərdarlıq etmişdir.Ərizəçi, onu Məhkəmə qarşısında təmsil edən vəkil ilə əlaqə saxladıqdan sonra onun məsləhətlərinə əsasən, prokurorun əmrlərinə riayət etməkdən və onun suallarına cavab verməkdən imtina etmişdir. O, bu istiqamətdə bəyanat hazırlayaraq imzalamışdır. Prokuror dərhal məkanı tərk etmişdir.Prokuror eləcə də, ərizəçinin qonşularını dindirmiş və sonuncular bildirmişdir ki, ərizəçi və Xanım Z. birlikdə yaşayırlar.Hökumətə görə, bu araşdırmaların nəticəsində məlum olmuşdur ki, ərizəçi və Xanım Z. 1 aprel 2008-ci ildə yenidən evlənmiş və 5 avqust 2010-cu ildə dördüncü övladları dünyaya gəlmişdir. 2008-ci ilin dekabr ayında ərizəçinin səhhəti ilə bağlı yaranan problemlərlə əlaqədar olaraq ordudakı xidmətinə son vermişdir. Cütlük hazırda dörd övladı ilə birlikdə valideynlərinin evlərində yaşamaqdadır.
MÜVAFİQ DAXİLİ QANUNVERİCİLİK
Rusiya Konstitusiyası cinsindən, sosial statusundan və ya peşə vəziyyətindən asılı olmayaraq, insanların hüquq və azadlıqlarının bərabərliyini təmin edir. Qadınlar və kişilər bərabər hüquqlara, azadlıqlara və imkanlara malikdirlər (19-cu maddənin 2 və 3-cü bəndi).Konstitusiya həmçinin analığın və ailənin dövlət tərəfindən müdafiəsini təmin edir. Uşaqlarla məşğul olmaq və onları maarifləndirmək hüquq və öhdəlik baxımından hər iki valideynə məxsusdur (38-ci maddənin 1-ci və 2-ci bəndi).30 dekabr 2001-ci il tarixli Əmək Məcəlləsi qadınların doğuşdan əvvəl yetmiş gün və doguşdan sonra yetmiş gün olmaqla “hamiləlik və doğuş məzuniyyəti” (analıq məzuniyyəti) hüququnu tanıyır (maddə 255). Eləcə də, qadınların üç illik “uşağa qaygı göstərmək üçün məzuniyyət” (valideynlik məzuniyyəti) hüququ vardır. Bu valideynlik məzuniyyəti tamamilə və ya qismən uşağın atası, nənəsi, babası, qəyyumu və ya onunla məşğul olan digər hər hansı yaxını tərəfindən də götürülə bilər. Valideynlik məzuniyyəti götürən şəxs işini qoruyur. Valideynlik məzuniyyətinin müddəti əmək stajı nəzərə alınaraq hesablanır (maddə 256).İcbari tibbi sığortalı şəxslərin xəstəlik və analıq məzuniyyəti haqqında federal qanuna (no 255-FZ, 29 dekabr 2006) əsasən, analıq məzuniyyəti müddətində qadın, Dövlət Sosial Müdafiə Fondu tərəfindən ödənilən və 100% əmək haqqı məbləğində olan analıq müavinəti alır (maddə 11). Valideynlik məzuniyyətinin ilk on səkkiz ayı müddətində, uşaqla məşğul olan şəxs Dövlət Sosial Müdafiə Fondu tərəfindən ödənilən və əmək haqqının 40%-ni təşkil edən, eləcə də birinci uşaq üçün 1 500 Rubldan (təqribən 37,50 EUR) sonrakı hər uşaq üçün 3 000 RUBldan (təqribən 75 EUR) aşağı olmayan məbləğdə müavinət alır (maddə 11-in 2-ci bəndi). Növbəti on səkkiz aylıq məzuniyyət müddətində isə, hər hansı xidmət və ya müavinət verilmir.Hərbi qulluqçuların statusu haqqında federal qanuna (no 76-FZ 27 may 1998 – “Hərbi Qulluqçuların Statusu haqqında qanun”) əsasən, qadın cinsindən olan hərbi qulluqçuların Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydalarda, analıq məzuniyyəti və valideynlik məzuniyyəti hüququ mövcuddur (11-ci madddənin 13-cü bəndi). Kişi cinsinə mənsub olan hərbi qulluqçular üçün oxşar müddəalar mövcud deyil.Bu qanun elan edir ki, ana/ata qayğısından məhrum olunmuş övladlarını tək böyüdən hər iki cinsdən olan hərbçilər, qadın cinsindən olan hərbçilərdə olduğu kimi federal qanunvericilikdə və eləcə də, ailənin, ana və uşaqların müdafiəsinə dair digər müddəalardə nəzərdə tutulan sosial xidmətlərdən istifadə edə bilərlər (maddə 10-nun 9-cu bəndi).16 sentyabr 1999-cu il tarixli 1237 saylı prezident fərmanı ilə elan edilmiş Hərbçilərin Statusu haqqında Reqlamentə əsasən, qadın cinsinə mənsub olan hərbi qulluqçunun analıq məzuniyyəti, üç illik valideynlik məzuniyyəti eləcə də, onunla bağlı sosial xidmətlər və müavinətlər almaq hüququ mövcuddur. Kişi cinsinə mənsub olan hərbi qulluqçunun aşağıdakı hallarda üç aylıq məzuniyyət hüququ vardır: a) həyat yoldaşı doğum zamanı ölmüşsə; və ya b) ana qayğısından məhrum olmuş (ananın ölməsi, valideynlik hüququndan məhrum edilmə, uzunmüddətli xəstəlik və ya uşağın ana qayğısından məhrum olmasına səbəb olan digər hallar) və on dörd yaşından (uşaq əlil olduqda on altı yaşından) kiçik olan bir və ya bir neçə övladını böyüdürsə ( maddə 32).
MÜVAFİQ BEYNƏLXALQ SƏNƏDLƏR VƏ MÜQAYİSƏLİ HÜQUQ
Birləşmiş Millətlər Təşkilatının sənədləri
1. Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Konvensiya
Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Konvensiya 1979-cu ildə Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi tərəfindən qəbul edilmiş və 1981-ci ildə Rusiya Federasiyası tərəfindən ratifikasiya olunmuşdur:
“İştirakçı-dövlətlər aşağıdakı məqsədlərlə bütün müvafiq tədbirləri görürlər:
a) Cinsərdən birinin acizliyi, yaxud üstünlüyü ideyasına, yaxud kişilərin və qadınların roluna dair stereotiplərə əsaslanan ön mühakimənin kökünün kəsilməsinə, adətlərin və hər cür başqa praktikanın ləğv edilməsinə nail olmaq məqsədilə kişi və qadınların sosial və mədəni davranış modelini dəyişdirmək;
b) Ailə tərbiyəsində analığın sosial funksiyasının düzgün dərk edilməsini, kişi və qadınların öz övladlarının tərbiyəsinə və inkişafına, uşaqların mənafeyi bütün hallarda üstün tutulmaq şərtilə, birgə məsuliyyət daşımalarının qəbul edilməsini təmin etmək”.
Konvensiyanın 16-cı maddəsinin 1-ci bəndinin müvafiq hissələrində deyilir:
“İştirakçı dövlətlər nikah və ailə münasibətlərinə dair bütün məsələlərdə qadınlar barəsində ayrı-seçkiliyin ləğv edilməsi üçün müvafiq tədbirləri görür, o cümlədən kişilərlə qadınların bərabərliyi əsasında aşağıdakıları təmin edirlər:
(...)
d) Kişi və qadınların, ailə vəziyyətlərindən asılı olmayaraq, valideyn kimi övladları ilə əlaqədar məsələlərdə eyni hüquq və vəzifələrinin olması; bütün hallarda uşaqların mənafeyinin üstün tutulması ; (...)”
Qadınlara qarşı ayrı-seçkiliyin ləğvi üzrə Komitə Rusiya Federasiyası tərəfindən təqdim edilmiş dövri hesabatlara münasibətdə 30 iyul 2010-cu il tarixli yazılı təqdimatında qeyd etmişdir:
“20. Komitə bütün sferalarda qadın və kişilərin roluna, məsuliyyətinə və şəxsiyyətinə münasibətdə mövcud olan təcrübənin, adətlərin və patriarxal yanaşmanın , eləcə də köklü stereotiplərin davam etməsi halını narahatlıqla qeyd edir. Bu baxımdan Komitə Tərəfdaş dövlətlər tərəfindən qadınlara ana və tərbiyələndirici rolunun verilməsini təəssüflə qeyd edir. Həmçinin, Komitə təəsüflə bildirir ki, Tərəfdaş dövlət bu günə qədər streotiplərin və zərərli ənənəvi təcrübə və dəyərlərin aradan qaldırılmasına yönəlmiş effektiv və sistemli tədbirlər görməmişdir.
21. Komitə qadınlara qarşı ayrı-seçkilik yaradan ənənəvi təcrübənin və stereotiplərin azaldılması və ya aradan qaldırılması məqsədilə qanunvericiliyin yenidən nəzərdən keçirilməsini və hazırlanmasını, eləcə də, məqsəd və layihələrin müəyyənləşdirilməsini əhatə edən hərtərəfli strategiyanın gecikdirilmədən həyata keçirilməsi barədə dövlətə çağırış edir. Komitə qeyd edir ki, qadınlara münasibətdə perspektivli dəyişikliklərin, onların yalnız ana və həyat yoldaşı rolunun deyil, eləcə də, kişilərlə bərabər əsasda fərd olması və cəmiyyətin ayrılmaz hissəsi olması faktının da təmin edilməsi Konvensiyanın tam həyata keçirilməsi və gender bərabərliyinin yaradılması üçün zəruridir (...)”
2. Beynəlxalq Əmək təşkilatının sənədləri
Beynəlxalq Əmək təşkilatı tərəfindən (BƏT) 1958-ci ildə qəbul edilmiş və Rusiya Federasiyası tərəfindən 1961-ci ildə ratifikasiya edilmiş Əmək və Məşğulluq sahəsində ayrı seçkilik haqqında C111 saylı Konvensiyanın 1-ci maddəsində deyilir:
“1. Bu Konvensiyanın məqsədləri baxımından ayrı-seçkilik anlayışı aşağıdakıları əhatə edir:
a) irq, dəri rəngi, cins, din, siyasi əqidə, milli mənşə, yaxud sosial mənsubiyyət əlamətlərinə görə həyata keçirilən və əmək və məşğulluq sahəsində bərabər imkanların və rəftarın ləğv edilməsinə, yaxud pozulmasına gətirib çıxaran hər cür fərqləndirmə, istisna yaxud üstüntutma;
b) əmək və məşğulluq sahəsində bərabər rəftarın və imkanların ləğv edilməsinə, yaxud pozulmasına gətirib çıxaran, sahibkarlar və zəhmətkeşlərin nümayəndəli təşkilatları və digər müvafiq orqanlarla məsləhətləşmədən sonra müvafiq üzvün müəyyən etdiyi hər cür fərqləndirmə, istisna və yaxud üstün tutma.
2 . Müəyyən olunmuş iş üçün tələb olunan keyfiyyətlərə münasibətdə fərqləndirmə, istisna etmə yaxud üstünlük vermə ayrı-seçkilik hesab olunmur.
(...)”
BƏT-in 1981-ci ildə qəbul edilən və Rusiya Federasiyası tərəfindən 1998-ci ildə ratifikasiya olunan Kişi və qadın işçilər - ailə öhdəlikləri olan işçilər üçün bərabər imkanlar və bərabər rəftar haqqında 156 saylı Konvensiyasının 3 maddəsinin 1-ci bəndində deyilir:
“Kişi və qadın işçilər üçün bərabər rəftar və imkanların təmin edilməsi məqsədilə, hər bir üzv-dövlətin milli siyasətinin məqsədlərindən biri də ondan ibarət olmalıdır ki, haqqı ödənilən iş yerinə yetirən və ya yerinə yetirmək istəyən, ailə öhdəlikləri olan şəxslər bu hüququ ayrı-seçkiliyə məruz qalmadan və mümkün olan qədər peşə və ailə vəzifələrini uzlaşdıraraq həyata keçirsinlər”.
Bu Konvensiyanı tamamlayan 165 saylı tövsiyənin 22-ci maddəsində deyilir:
“(1) Analıq məzuniyyətindən dərhal sonrakı müddətdə ana və ya ata işini itirmədən və həmin işlə əlaqədar olan hüquqlarını mühafizə etməklə məzuniyyət (valideynlik məzuniyyəti) götürmək hüququna malik olmalıdırlar.
(2) Analıq məzuniyyətindən sonrakı dövrün müddəti və yuxarıda qeyd olunan alt paragrafda (1) istinad edilən məzuniyyətin müddəti, eləcə də, bununla bağlı əlavə şərtlər hər bir dövlət tərəfindən hazırki tövsiyənin 3-cü bəndində göstərilən hər hansı yolla müəyyənləşdirilməlidir.
(3) Yuxarıdakı alt paragrafda (1) göstərilən məzuniyyət tədricən həyata keçirilə bilər”.
Avropa Şurasının sənədləri
1. Sosial Xartiya
Yenidən baxılmış Avropa Sosial Xartiyası 2009-cu ildə Rusiya Federasiyası tərəfindən ratifikasiya edilmişdir. Dövlətin xüsusilə qəbul etdiyini elan etdiyi 27-ci maddədə deyilir:
“Ailə öhdəlikləri olan kişi və qadın əməkçilər üçün və bu cür əməkçilər və digər əməkçilər arasında bərabər imkanlar və bərabər rəftar hüququnun həyata keçirilməsini təmin etmək məqsədilə Tərəflər aşağıdakıları üzərinə götürür:
(...)
Valideynlərdən hər hansı birinə hamiləlik və doğuş üzrə məzuniyyətdən sonra müddəti və şərtləri milli qanunvericilik, kollektiv müqavilələr və təcrübə ilə müəyyən edilən uşağa qulluq üçün məzuniyyət almaq imkanını təmin etmək ; ”
Parlament Assambleyasının qətnamələri və tövsiyələri
Valideynlik məzuniyyəti haqqında 1274 (2002) saylı qətnamədə, Parlament Assambleyası aşağıdakıları elan etmişdir:
“1. Avropada valideynlik məzuniyyəti uşağını dünyaya gətirdiyi zaman çalışan qadınların sağlamlığını qorumaq, eləcə də, uşağın qayğısına qalmaq imkanı vermək məqsədilə sosial siyasət və məşğulluq sahəsində mühüm bir element kimi bir əsrdən uzun müddətdir ki, tətbiq olunur.
O zamandan bəri, valideynlik məzuniyyəti, yalnız qadınların tələbatlarına uyğunlaşmaq məqsədilə deyil, eləcə də, ailə həyatını və peşə fəaliyyətini eyni zamanda davam etdirmək niyyətində olan kişilərin də ehtiyaclarına uyğunlaşmaq məqsədilə, həmçinin uşaqların rifahını da nəzərə alaraq təkamül etmişdir.
Valideynlik məzuniyyəti kişilərin ailədəki rolu ilə sıx bağlıdır, çünki bu məzuniyyət şəxsi və ictimai sferalarda kişi və qadınlar arasında məsuliyyətin bölgüsündə həqiqi əməkdaşlıq yaradılmasına imkan verir.
(...)”
Bu qətnamədə, Parlament Assambleyası valideynlik məzuniyyətinin üzv dövlətlərə münasibətdə qeyri-bərabər şəkildə tətbiq olunduğunu nəzərə alaraq, onlardan dərhal tələb etmişdir:
“i. bu günə qədər etməyiblərsə, qanunvericiliklərində müxtəlif tipli ailə quruluşunun tanınmasını və nəticədə övladlığa götürmə halları da daxil olmaqla, ödənişli valideynlik məzuniyyəti prinsipinin daxil edilməsini nəzərdə tutan müvafiq tədbirlərin görülməsi;
ii. övladlığa götürmə halları da daxil olmaqla, valideynlik məzuniyyətinin həyata keçirilməsi məqsədilə müvafiq strukturların yaradılması (...) ; ”
Parlament Assambleyası İş həyatı və ailə həyatının uzlaşdırılmasının zəruriliyi barədə 1769 (2006) saylı qətnamədə qeyd etmişdir ki, Avropa Şurasının əksər üzv dövlətlərində iş həyatının ailə həyatı ilə uzlaşdırılması gözlənildiyindən çox daha aşağı səviyyədədir və bu vəziyyət ilk növbədə, məişət işləri ilə daha çox məşğul olan, azyaşlı uşaqların qayğısına qalan və əksər hallarda özlərinin qayğıya möhtac valideynlərini və ya digər ahıl şəxsləri himayəsinə alan qadınlar üçün mənfi nəticələr yaradır. Beləliklə, Assambleya Nazirlər Komitəsini üzv dövlətlərə bir tövsiyə ünvanlamağa çağıraraq xüsusilə tələb etmişdir:
“8.3. qadınların və kişilərin iş və ailə həyatının uzlaşdırılmasını asanlaşdıran müvafiq qərarlar almaq. Bunlara həmçinin daxildir:
(...)
8.3.5 analıq məzuniyyəti müddətində zəruri olan ödənişin və kompensasiyanın verilməsini təmin etmək;
8.3.6 əgər hələ edilməyibsə, ödənişli valideynlik məzuniyyətinin verilməsi və kişilərin ondan istifadəsi üçün təşviq edilməsi;
(...)
8.3.8 ana və ata tərəfindən rahatlıqla istifadə olunan, xüsusilə də, kişilərin bu müddəadan istifadəsini təmin edən, sosial baxımdan da əhatə olunmuş ödənişli valideynlik məzuniyyətinin yaradılması; ”
Nazirlər Komitəsinin tövsiyələri
İş həyatı və ailə həyatının uzlaşdırılması haqqında R (96) 5 saylı tövsiyəsində, bu məqsədin həyata keçirilməsi üçün yeniliklərin zəruri olduğunu qeyd edən Nazirlər Komitəsi üzv dövlətlərə məsləhət görmüşdür ki,
“I. Onlar ayrı-seçkilik olmadan, qadın və kişilərin iş və ailə həyatlarını daha səmərəli uzlaşdırmaq məqsədilə, bərabər imkan və bərabər rəftarın təşviqini dəstəkləyən ümumi siyasət həyata keçirsinlər.
II. Onlar sözügedən məqsədi həyata keçirmək üçün milli şəraitdə və milli üstünlüklər zəminində, bu tövsiyənin qoşmasında qeyd olunan tədbirləri və ümumi prinsipləri zəruri olan qaydada qəbul etsinlər və həyata keçirsinlər.”
Analıq, atalıq və valideynlik məzuniyyətlərinə münasibətdə, yuxarıda qeyd olunmuş tövsiyənin qoşmasında izah olunur:
“12. Analıq halında, qadınlar hüquqi müdafiədən, xüsusilə də işin adekvat müdddətdə dayandırılması və bu dayandırılmaya münasibətdə adekvat əmək haqqının və müavinətin verilməsindən, eləcə də, işin qorunması halından faydalanmalıdırlar.
13. Yeni doğulmuş uşağın atası da, həmçinin ailəsinin yanında olmaq məqsədilə qısa məzuniyyətdən faydalanmalıdır. Eləcə də, ana və ata əmək qanunvericiyində və sosial müdafiə sistemlərində nəzərdə tutulmuş qaydada, işini və bu işlə bağlı olan hüquqlarını itirmədən, milli hakimiyyətin müəyyən etdiyi müddətdə valideynlik məzuniyyəti hüququna da sahib olmalıdırlar.
14. Övladlığa uşaq götürən şəxslər də, mutatis mutandis, 13-cü bənddə göstərilən imkanlardan faydalanmalıdırlar.
15. Valideynlik məzuniyyəti bitdikdən sonra yenidən peşə fəaliyyətinə qayıtma istiqamətləndirmə və təlim xidmətləri ilə asanlaşdırılmalıdır.”
Nazirlər Komitəsinin Üzv dövlətlərə ünvanladığı Qadınlar və kişilər arasındakı bərabərliyin standartları və mexanizmləri haqqında (2007) 17 saylı Tövsiyədə xüsusilə məsləhət görülür ki,
“(...) Üzv dövlətlərin hökumətləri qadınlar və kişilər arasında bərabərliyi təmin etmək məqsədilə aşağıda göstərilən prinsip və normaları diqqətə alaraq lazımi tədbirlər görməli və ya onları gücləndirməlidirlər:
(...)
B. Xüsusi sahələrdə qaydalar
(...)
5 . Şəxsi/Ailə həyatının professionnal/ictimai həyatla uzlaşdırılması
34. Streotiplər və cinsindən asılı olaraq rolların bölgüsü qadınlara ailə həyatında və şəxsi həyatda (ödənişsiz iş sahələri), kişilərə isə ictimai və professional (ödənişli iş sahələri) sferada əsas məsuliyyəti verməyə cəhd edən sosial modellərə təsir edir. Bu bölgü, əmək bazarında qadınlara qarşı ayrı-seçkiliyin və məhdud sosial və siyasi iştirakın əsas səbəblərindən biri olan ailə və məişət məsuliyyətinin qeyri-bərabər paylanmasının davam etməsinə gətirib çıxarır.
35. Qadınların və kişilərin professional/ictimai və şəxsi/ailə həyatında balanslaşdırılmış iştirakı qadınlar və kişilər arasında bərabərliyin təmin edilməsi üçün açar rolunu oynayır və eləcə də, cəmiyyətin inkişafı üçün zəruri şərtdir. Bundan əlavə, ictimai, professional, sosial və ailə həyatında şəxsin inkişafına səbəb olan professional və ictimai həyatın şəxsi və ailə həyatı ilə uzlaşdırılması, hamı - qadınlar və kişilər, qızlar və oğlanlar üçün qənaətbəxş həyat tərzi keyfiyyətinə nail olmaq və siyasi, iqtisadi, mədəni və sosial sferalarda insan hüquqlarından tam istifadəni təmin etmək məqsədilə zəruridir.
36. Qadınlar və kişilər arasında bərabərliyi təmin etmək məqsədilə dövlətlərin siyasi istəyini və eləcə də, öhdəliyini əks etdirən elementlər aşağıdakılardır:
(...)
iii. Ödənişli analıq məzuniyyətinə, hər iki valideynin də faydalana biləcəyi ödənişli valideynlik məzuniyyətinə və transfer oluna bilməyən ödənişli atalıq məzuniyyətinə dair müddəalar, eləcə də, fəal qadın və kişilərə yönəlmiş xüsusi qaydalar əks etdirən , onlara xəstə və əlil uşaqlarının və ya himayəsində olan digər şəxslərin qayğısına qalmaq da daxil olmaqla, ailə məsuliyyətini həyata keçirmək imkanı verən analığın və atalığın müdafiəsinə dair qanunvericiliyin qəbulu/mövcudluğu və tətbiq edilməsi;”
Nəhayət, Silahlı Qüvvələrin üzvlərinin insan hüquqlarına dair Rec (2010) 4 saylı Tövsiyəsində, Nazirlər Komitəsi Üzv dövlətlərin hökumətlərinə məsləhət görmüşdür ki, “silahlı qüvvələrin üzvlərinin insan hüquqularına münasibətdə dövlətdaxili qanunvericilikdə və təcrübədə, bu Tövsiyəsinin qoşmasında elan edilmiş prinsiplərə hörmət təmin edilsin”. Bu Tövsiyəsnin qoşmasında elan edilmiş 39-cu prinsipdə deyilir: “Silahlı qüvvələrin azyaşlı uşaqları olan üzvləri analıq və atalıq məzuniyyətindən, himayəsində olan uşaqlar üçün nəzərdə tutulmuş müavinətlərdən, uşaq bağçasından və uşaqlar üçün nəzərdə tutulmuş müvafiq səhiyyə və təhsil sistemindən faydalanmalıdırlar”.
C . Avropa Birliyi sənədləri
Şuranın direktivləri
14 dekabr 1995-ci ildə Avropanın Sənaye və İşəgötürənlər Konfederasiyası, İctimaiyyətin iştirakı ilə olan müəssisələr və ümumi ictimai maraq müəssisələri Avropa Mərkəzi və Həmkarlar İttifaqının Avropa Konfederasiyası tərəfindən imzalanan valideynlik məzuniyyəti haqqında olan çərçivə-sazişinə dair Şuranın 96/34/CE saylı 3 iyun 1996-ci il Direktivi həmin sazişi həyata keçirir və xüsusilə nəzərdə tutur:
“ Müddəa 2: Valideynlik məzuniyyəti
2.2-ci müddəa nəzərə alınmaqla, valideynlik məzuniyyəti uşağın dünyaya gəlməsi və ya övladlığa götürmə səbəbindən, Üzv dövlətlər və ya sosial partnyorlar tərəfindən müəyyənləşdirilən müddətdə - uşağın dünyaya gəldiyi andan ən az üç ay müddətindən səkkiz yaşına qədər olan müddətdə -uşağın qayğısına qalmaq məqsədilə işçilərə-qadınlara və kişilərə verilir.
Qadınlar və kişilər arasında bərabər imkan və rəftarı dəstəkləmək məqsədilə, bu sazişin tərəfdaşları hesab edirlər ki, 2.1-ci maddədə nəzərdə tutulan valideynlik məzuniyyəti, bir qayda olaraq, ötürülə bilməyən qaydada verilməlidir.
(...)”
BUSİNESSEUROPE, UEAPME, CEEP və CES tərəfindən imzalanan valideynlik məzuniyyəti haqqında yenidən baxılmış çərçivə sazişinin tətbiqinə dair Şuranın 2010/18/UE saylı 8 mart 2010-cu il direktivi 96/34/CE saylı direktivi ləğv etmişdir. Yenidən baxılmış çərçivə sazişində deyilir:
“ Müddəa 2: Valideynlik məzuniyyəti
Valideynlik məzuniyyəti uşağın dünyaya gəlməsi və ya övladlığa götürmə səbəbindən, Üzv dövlətlər və ya sosial partnyorlar tərəfindən müəyyənləşdirilən müddətdə - uşağın səkkiz yaşına qədər olan müddətdə -uşağın qayğısına qalmaq məqsədilə işçilərə-qadınlara və kişilərə verilir.
Məzuniyyət ən az dörd ay müddətində verilir və qadınlar və kişilər arasında bərabər imkan və rəftarı dəstəkləmək məqsədilə valideynlik məzuniyyəti, bir qayda olaraq, ötürülə bilməyən qaydada verilməlidir. Valideynlik məzuniyyəti baxımından hər iki valideyn arasında bərabərliyi təmin etmək məqsədilə, ən azından dörd aydan biri ötürülə bilməyən əsasda olmalıdır. Üzv dövlətlərdə məzuniyyət hüququ ilə bağlı qüvvədə olan müddəalar əsasında, ötürülə bilməyən dövrün icrası şərtləri daxili qanunvericilik və ya kollektiv müqavilələr əsasında müəyyən edilir.”
2. Avropa Birliyi Ədalət Məhkəməsinin təcrübəsi
Joseph Griesmar İqtisadiyyat, Maliyyə və Sənaye Nazirinə və Dövlət qulluğu, Dövlət İslahatı və Mərkəzləşdirmə Nazirinə qarşı işi fransız mülki və hərbi pensiya sisteminə əsasən uşaqları olan dövlət qulluqçularının təqaüdünün hesablanması zamanı iş stajı bonusunun qadın qulluqçular üçün nəzərdə tutulması faktı ilə əlaqədardır. 29 noyabr 2001-ci il qərarında Məhkəmə göstərmişdir ki, bu bonusun verilməsi analıq məzuniyyətinə və ya doğuşdan sonrakı müddətdə qadın qulluqçunun xidmətdən uzaqlaşması nəticəsində yaranan əlverişsiz şəraitə əsasən deyil, uşaqların təhsilinə həsr olunan müddətə əsasən hesablanır. Bu baxımdan, Məhkəmə qeyd etmişdir ki, uşaqların təhsilinə münasibətdə qadın və kişi qulluqçuların vəziyyəti müqayisə oluna biləndir. O, xüsusi olaraq qeyd etmişdir ki, əsasən qadın qulluqçuların üzərinə düşən uşaqların təhsili vəzifəsi səbəbiylə, onların daha çox əlverişsiz şəraitə məruz qalması halı, eyni vəzifəni yerinə yetirən və eyni əlverişsiz şəraitə məruz qalan kişi qulluqçuların vəziyyəti ilə müqayisə oluna bilmə ehtimalını aradan qaldırmır.Məhkəmə əlavə olaraq bildirmişdir ki, fransız qanunvericiliyi uşaqlarının təhsili ilə məşğul olan kişi qulluqçulara münasibətdə fərqli rəftar nəzərdə tutmuşdur. Məhkəmə bu qaydanı əsaslandırılmamış sayır və hesab edir ki, o, kişilərlə bərabər şəraitdə peşə fəaliyyətini davam etdirməsi üçün köməklik göstərilən qadın qulluqçuların əlverişsiz şəraitdə olmaları faktını kompensasiya etmir. Əksinə, ana olan qulluqçuların peşəkar fəaliyyəti dövründə qarşılaşa biləcəyi çətinliklərin həllinə yardım etmir, yalnız onların təqaüdə çıxması zamanı bonus verilməsi ilə məhdudlaşır. Həmçinin, Məhkəmə qeyd etmişdir ki, uşaqların təhsili ilə məşğul olduğu faktını sübut etmə iqtidarında olan kişi qulluqçuları bonus gəlirlərindən məhrum etməklə, fransız qanunvericiliyi haqqların bərabərliyi prinsipini pozmuşdur. Məhkəmənin 30 sentyabr 2010-cu ildə Pedro Manuel Roca Álvarez c. Sesa Start España ETT SA işi üzrə çıxardığı qərar ödənişli fəaliyyətlə məşğul olan atanın « qidalandırma » məzuniyyəti (hər gün yarım saat olmaqla) olmaması faktının, qadınların bu məzuniyyət hüququna sahib olmaları nəzərə alınmaqla cinsi əsasda ayrı-seçkilik olub olmaması ilə bağlı idi. Məhkəmə təsdiqləmişdir ki, azyaşlı uşağın atası və anası olan kişi və qadın işçilərin vəziyyəti, uşaqlarla məşğul olmaq üçün iş vaxtının ixtisarı zərurəti səbəbiylə müqayisə oluna biləndir. Eləcə də, Məhkəmə qeyd etmişdir ki, ispan qanunvericiliyi işçi statusu olan ana və atalar arasında cinsiyyətə əsaslanan fərqli rəftar nəzərdə tutur.Bu fərqli rəftarın əsaslandırılmasına münasibətdə, Avropa Ədalət Məhkəməsi qeyd etmişdir ki, birincisi, sözügedən məzuniyyət uşağın bioloji qidalandırılması faktına əsaslanmır, çünki süni (şüşədən süd vermə) qidalandırma halında da bu məzuniyyət verilə bilər. Beləliklə də, tamamilə uşağa həsr olunan zaman olaraq və analıq məzuniyyətindən sonrakı müddətdə ailə və iş həyatının uzlaşdırılması qaydası kimi hesab oluna bilər. Uşağın qidalandırılması və eləcə də ona zaman ayrılması bərabər əsaslarla anası və atası tərəfindən təmin oluna bilər. Bu məzuniyyət işçilərə valideyn olmaları əsasında verilir. Buna görə də, qadınların hamiləlik sonrasında bioloji vəziyyətinin qorunmasını təmin edən və ya ana və uşaq arasındakı əlaqənin qorunmasına imkan verən qismində çıxış etmir.İkincisi, sözügedən tədbir qadınların əmək bazarında rəqabət aparmaq və eləcə də, kişilərlə bərabər əsasda peşə fəaliyyəti ilə məşğul olmaq şəraitini yaxşılaşdırmaq üçün nəzərdə tutulmamışdır. Əksinə olaraq, bu məzuniyyətdən yalnız işçi statusunda olan qadınların faydalanmasını və eyni statuslu kişilərin isə faydalana bilməməsinin nəzərdə tutulması, valideynlik vəzifələrinin bölgüsündə qadınlara münasibətdə kişilərin ikinci dərəcəli rolunu elan edən rolların ənənəvi bölgüsünün davam etməsinə səbəb olur. Uşağın anasının ödənişli işçi statusuna malik olmaması səbəbiylə, bu statusdan olan ataların məzuniyyətdən məhrum edilməsi belə bir nəticəyə gətirib çıxarır ki, sərbəst fəaliyyətlə məşğul olan ana öz peşə fəaliyyətini məhdudlaşdırır və atanın köməyi olmadan uşağının qayğısına təkbaşına qalır. Nəticə etibarilə, Məhkəmə hesab edir ki, sözügedən tədbir nə cəmiyyətdə mövcud olan qeyri-bərabərliyin aradan qaldırılmasına və ya azaldılmasına, nə də sosial həyatda mövcud olan faktiki bərabərsizliyin azaldılması yolu ilə formal olmayan həqiqi bərabərliyin təmininə, eləcə də, şəxslərin peşəkar fəaliyyətdə qarşılaşdıqları əlverişsiz şəraitin ödənilməsi və ya qarşısının alınmasına yönəlmiş fəliyyət deyil.Beləliklə, Məhkəmə elan edir ki, sözügedən ispan qanunvericiliyinin müddəaları Avropa qanunvericiliyinə ziddir.
Müqayisəli hüquq
Məhkəmə Avropa Şurasının otuz üç Üzv dövlətinin qanunvericiliklərini müqayisə etmişdir: Albaniya, Ermənistan, Avstriya, Azərbaycan, Belçika, Bosniya və Herseqovina, Bolqarıstan, Xorvatiya, Kipr, Çex Respublikası, Estoniya, Finlandiya, “Keçmiş Yuqoslaviya Makedoniya Respublikası”, Fransa, Gürcüstan, Almaniya, Yunanıstan, İtaliya, Latviya, Litva, Lüksemburq, Malta, Moldova, Hollandiya, Polşa, Portuqaliya, Rumıniya, Serbiya, İspaniya, İsveç, İsveçrə, Türkiyə və Birləşmiş Krallıq.Bu müqayisəli araşdırma göstərir ki, iki dövlət (Ermənistan və İsveçrə) qadınların valideynlik məzuniyyəti hüququnu məhdudlaşdırır. Bir dövlətdə (Türkiyə) isə, dövlət sektorunda çalışan kişilərin valideynlik hüququ mövcud olduğu halda, özəl sektorda çalışanlar bu hüquqdan məhrumdurlar. Bir dövlətdə (Bosniya və Herseqovina) kişilər yalnız müəyyən şərtlər daxilində (məsələn, uşaq ana qayğısından məhrum olunduğu halda) valideynlik hüququna malikdirlər. Digər bir dövlətin (Albaniya) qanunvericiliyində isə valideynlik məzuniyyəti ümumiyyətlə nəzərdə tutulmayıb. Iyirmi səkkiz Üzv dövlətdə isə, mülki sektorda çalışan qadınlar və kişilər bərabər əsasda valideynlik məzuniyyəti hüququna sahibdirlər.Bəzi dövlətlərdə valideynlik məzuniyyəti ailə üçün nəzərdə tutulan və tərəflərin razılığı ilə öz aralarında bölüşdürdükləri hüquqdur (məsələn, Azərbaycan, Gürcüstan və Rumıniya). Digər dövlətlərdə isə, bu, tamamilə fərdi hüquqdur və valideynlərdən hər biri valideynlik məzuniyyətinə malikdirlər (məsələn, Belçika, Xorvatiya, İtaliya, Lüksemburq, və Çex Respublikası). İsveçdə isə, bu hüquq həm fərdi, həm də ailəvi xarakter daşıyır: valideynlərdən hər biri üçün 60 gün nəzərdə tutulub və əlavə müddət onların istəklərinə müvafiq olaraq, aralarında bölünür. Bəzi dövlətlərdə valideynlik məzuniyyəti ödənişli deyil (məsələn, Avstriya, Belçika, Kipr, İspaniya, Malta, Hollandiya və Birləşmiş Krallıq). Digər dövlətlərdə isə, valideynlik məzuniyyəti qismən və ya tamamilə ödənilir (məsələn, Azərbaycan, Lüksemburq, Portuqaliya, Çex Respublikası və Serbiya). Valideynlik məzuniyyəti müddəti də dəyişkəndir, üç aydan (Belçika) üç ilə (İspaniya) qədər davam edə bilər.Hərbi sektorda isə, belə məlum olur ki, bir dövlət (Albaniya) hərbçilərə valideynlik məzuniyyəti hüququ tanımır. Altı dövlətdə (Ermənistan, Azərbaycan, Gürcüstan, Moldova, İsveçrə və Türkiyə) isə, bu hüquq yalnız qadın cinsindən olan hərbi qulluqçular üçün nəzərdə tutulub. Üç dövlətin (Bosniya və Herseqovina, Bolqarıstan və Serbiya) qanunvericiliyinə əsasən, kişi cinsindən olan hərbi qulluqçular yalnız fövqəladə hallarda (məsələn, əgər uşağın anası dünyasını dəyişibsə, uşağını atmışsa, ağır xəstədirsə və ya uşağı ilə məşğul ola bilmədiyini əsaslandıra biləcəyi digər hər hansı səbəbdən) bu hüquqa sahib olduqları halda, qadın hərbi qulluçular isə hansı şəraitdə olmasından asılı olmayaraq bu hüquqa malikdirlər. Digər iyirmi üç dövlətdə qadın və kişi cinsindən olan hərbi personal bərabər əsasda bu hüququn daşıyıcılarıdırlar.Bəzi dövlətlərdə (məsələn, Avstriya, Kipr, Xorvatiya, Estoniya, Finlandiya, İtaliya, Lüksemburq, Malta, Polşa, Portuqaliya və İsveç) hərbçilər üçün nəzərdə tutulan valideynlik məzuniyyəti, bu hüquqa malik mülki şəxslərin də tabe olduğu qaydalarla tənzimlənir. Digər dövlətlərdə (məsələn, Fransa, Yunanıstan, Latviya, Litva, Çex Respublikası və Rumıniya) isə hərbi qulluqçuların məzuniyyət hüququ mülki şəxslərin məzuniyyət hüququndan az şəkildə fərqlənən xüsusi müddəalarla idarə edilir. Beş dövlətdə (Almaniya, Belçika, İspaniya, Hollandiya və Birləşmiş Krallıq) hərbi qulluqçuların məzuniyyət hüququnu tənzimləyən müddəalar mülki şəxslər üçün nəzərdə tutulmuş qaydalardan fərqli və bir qədər məhdud xarakter daşıyır. Məsələn, Hollandiya qanunvericiliyinə əsasən, “hərbi xidmətin mühüm maraqları” nəzərə alınmaqla, valideynlik məzuniyyəti hüququ təxirə salına bilər. Almaniyada valideynlik məzuniyyəti sahəsində hərbçilərə mülki şəxslərin sahib olduqları hüquqlar verilir. Bununla belə, Almaniya Müdafiə naziri qadın və ya kişi hərbi qulluqçulara valideynlik məzuniyyəti verilməsinə qarşı çıxa və ya milli müdafiənin tələbləri əsasında valideynlik məzuniyyətində olan hərbi qulluqçunu yenidən hərbi xidmətə çağıra bilər. Eləcə də, Birləşmiş Krallıqda, mülki şəxslərin də malik olduqları hüquqlara sahib olan hərbi qulluqçuların məzuniyyət hüququ, əgər onların yoxluğu döyüşdə silahlı qüvvələrin səmərəliliyinə xələl gətirərsə, təxirə salınır.
HÜQUQİ MƏSƏLƏLƏRKONVENSİYANIN 8-Cİ MADDƏSİ İLƏ BİRGƏ GÖTÜRÜLMÜŞ 14-CÜ MADDƏSİNİN İDDİA EDİLƏN POZUNTUSU
Ərizəçinin fikrincə, valideynlik məzuniyyəti verilməsindən imtina edilməsi cinsi mənsubiyyətə əsaslanan ayrı-seçkilikdir. O, Konvensiyanın 8-ci maddəsi ilə birgə götürülmüş 14 maddəsinə istinad edir. Həmin maddələrdə deyilir:
Maddə 8
“1. Hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir.
2. Milli təhlükəsizlik və ictimai asayiş, ölkənin iqtisadi rifah maraqları naminə, iğtişaşın və ya cinayətin qarşısını almaq üçün sağlamlığı, yaxud mənəviyyatı mühafizə etmək üçün və ya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan hallar istisna olmaqla, dövlət hakimiyyəti orqanları tərəfindən bu hüququn həyata keçirilməsinə məhdudiyyət qoyulmasına yol verilmir”.
Maddə 14
“Bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan istifadə cins, irq, rəng, dil, din, siyasi və digər baxışlar, milli və ya sosial mənşə, milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya digər status kimi hər hansı əlamətlərinə görə ayrı-seçkilik olmadan təmin olunmalıdır”.
B. 8-ci maddə ilə birgə göürülmüş 14-cü maddəyə riayət olunması
Palatanın qərarı
Petrovic v. Austria (27 Mart 1998, §§ 26-29, Reports 1998-II) işinə istinad edərək Palata hesab edir ki, iddiaçı Konvensiyanın 14-cü maddəsinə əsaslana bilər. O təsdiqləmişdir ki, kişi cinsinə mənsub olan hərbçi qismində, hər iki cinsdən olan mülki şəxslərin və eləcə də, qadın cinsindən olan hərbçilərin malik olduqları valideynlik məzuniyyəti hüququndan məhrum edilərək fərqli rəftara məruz qalmışdır. Iddiaçıya valideynlik məzuniyyəti hüququnun verilməsindən imtina edilməsinin iki əsası vardır : hərbçi statusu və cinsi mənsubiyyət. Həmçinin palata qeyd etmişdir ki, valideynlik məzuniyyəti dövründə uşaqları ilə olan münasibətləri baxımından qadınlar və kişilər analoji vəziyyətdədirlər.Palata göstərmişdir ki, Petrovic işində (yuxarıda istinad edilən) valideynlik məzuniyyəti ilə bağlı müavinətlərə münasibətdə cinsiyyətə əsaslanan fərqli rəftar faktların baş verdiyi zaman Avropa dövlətləri arasında razılığın olmaması və iştirakçı dövlətlərin əksəriyyətində valideynlik məzuniyyəti və müavinətin nəzərdə tutulmaması səbəbindən 14-cü maddəsinin pozuntusuna gətirib çıxarmır. Palata onu da müşahidə etmişdir ki, iştirakçı dövlətlərdə Petrovic qərarından sonra valideynlik məzuniyyətinə münasibətdə hüquqi şərait inkişaf etmişdir. Avropa dövlətlərinin böyük əksəriyyətinin qanunvericiliyində nəzərdə tutulmuşdur ki, valideynlik məzuniyyəti həm ana, həm də ata tərəfindən götürülə bilər. Palata hesab etmişdir ki, bu, cəmiyyətdə uşaqların təhsilinə münasibətdə qadınlar və kişilərin bərabər məsuliyyət bölgüsünün mövcudluğunu sübut edir və ataların azyaşlı uşaqlara münasibətdə rolu daha yaxşı tanınır. Palata bu nəticəyə gəlmişdir ki, Petrovic qərarında təsbitlənən məhkəmə təcrübəsini dəyişdirmək və valideynlik məzuniyyətinə münasibətdə qadın və kişilər arasındaki fərqli rəftarın heç bir obyektiv və ağlabatan əsasının olmadığını elan etmək vaxtı gəlmişdir. O, eləcə də, uşaqların maarifləndirilməsi baxımından cinsiyyətə əsaslanan stereotipləri pisləmişdir. Hazırki işin xüsusi hərbi məzmununa gəldikdə isə, palata yenidən qeyd etmişdir ki, hərbi intizam sistemi təbiəti etibarilə, mülki şəxslərə tətbiq oluna bilməyən və ordunun üzvlərinin hüquq və azaqdlıqlarının məhdudlaşdırılmasınının mümkünlüyünü nəzərdə tutur. Hərbçilərə münasibətdə Konvensiyanın 5, 9, 10 və 11-ci maddələrində nəzərdə tutulan hüquqları məhdudlaşdırmaq istəyən dövlətlər geniş mülahizə səlahiyyətinə malikdirlər. Bununla belə, palata qeyd etmişdir ki, bu səlahiyyət şəxsi və ailə həyatı kimi sahələrdə nisbətən məhduddur. Palata əlavə etmişdir ki, əgər silahlı qüvvələrin əməliyyat səmərəliliyi real təhlükədə olduqda, dövlətlər hərbçilərin 8-ci maddə ilə təmin olunan hüquqlarına məhdudiyyətlər gətirə bilərsə, bu təhlükə « konkret nümunələrlə » əsaslandırılmalıdır. Palata hesab edir ki, qadın hərbçilərin istifadə etdikləri valideynlik məzuniyyətinin kişi cinsindən olan hərbçilərə də aid edilməsi faktının döyüş gücünə və silahlı qüvvələrin əməliyyat səmərəliliyinə ziyan vuracağını iddia edən Hökumətin təqdimatı inandırıcı deyil. O qeyd etmişdir ki, hazırda üç illik valideynlik məzuniyyəti götürəcək və ya götürmək istəyində olan kişi cinsindən olan hərbçilərin sayı barəsində heç bir təftiş və statistik araşdırma aparılmamışdır. Əlavə olaraq bildirmişdir ki, silahlı qüvvələrdə olan qadınların sayının kişilərə münasibətdə daha az olması faktı sonunculara valideynlik məzuniyyəti baxımından dəymiş zərəri əsaslandırmır. Nəhayət, palata hesab edir ki, uşaqları ilə özü məşğul olmaq istəyən hərbçinin istənilən vaxt ordudan istefa vermə imkanına əsaslanan Hökumət təqdimatı əsasən hərbçilərə aid olan keyfiyyət və təcrübələrin mülki şəxslərə aid edilməsinin çətinliyi baxımından mübahisəlidir. Palata bu mühakiməylə əlaqədar elan edir ki, kişi cinsindən olan hərbçilər yeni doğulmuş uşaqları ilə məşğul olmaq və ya peşə fəaliyyətini davam etdirmək arasında seçim etmək məcburiyyətində qalır, lakin qadınlar bu seçim məcburiyyətindən azaddırlar. Nəticədə, Palata bu qənaətə gəlir ki, Hökumət tərəfindən irəli sürülən səbəblər qadın hərbçilərə münasibətdə kişi hərbçilərin ailə həyatında daha çox məhdudiyyətlərə məruz qalması faktını obyektiv və ağlabatan şəkildə əsaslandırmır.
Iddiaçının təqdimatları
Iddiaçı bildirir ki, 8-ci maddə ilə birgə götürülmüş 14-cü maddəyə istinadın qeyri-mümkünlüyünü nəzərdə tutan Hökumətin mövqeyi Məhkəmənin təcrübəsi ilə uyğun gəlmir. Bu təcrübəyə əsasən dəfələrlə qeyd olunmuşdur ki, valideynlik məzuniyyəti həmin məzuniyyətlə və himayədə olan uşaqlarla bağlı müavinətlərdə olduğu kimi 8-ci maddənin tətbiq dairəsinə düşür və bu maddə ilə birgə götürülmüş 14-cü maddə tətbiq olunur (bax : Weller v. Hungary, no. 44399/05, § 29, 31 Mart 2009; Okpisz v. Germany, no. 59140/00, § 32, 25 Oktyabr 2005; Niedzwiecki v. Germany, no. 58453/00, § 31, 25 Oktyabr 2005; və yuxarıda adı çəkilmiş Petrovic, § 29). Iddiaçı ailə həyatını asanlaşdırmaq və uşaqlarının mənafeyini qorumaq üçün valideynlik məzuniyyətinə ehtiyacı olduğunu bildirmişdir. O izah edir ki, keçmiş həyat yoldaşı uşaqlarla məşğul olmaq istəmədiyindən, valideynlik məzuniyyəti olmadan, evdə qalıb onlara baxmaq qeyri-mümkündür. Iddiaçı bildirir ki, uşaqlarla məşğul olmaq məqsədilə valideynlik məzuniyyəti götürmək zərurətilə əlaqədar, bir tərəfdən qadın hərbçilərlə, digər tərəfdən isə mülki sahədə işləyən kişi və qadınlarla oxşar vəziyyətdədir. Bununla belə, kişi cinsindən olan hərbçi olaraq, valideynlik məzuniyyəti hüququnun olmaması səbəbiylə digər valideynlərdən fərqli rəftara məruz qalmışdır. Orduda fəaliyyət göstərən qadınlar, mülki sferada çalışan kişilər və qadınlarda olduğu kimi heç bir şərt olmadan üç illik valideynlik məzuniyyəti hüququna malik olduğu halda, kişi cinsindən olan hərbçilər həyat yoldaşı öldüyü və ya hər hansı digər səbəbdən uşaqlarla məşğul ola bilmədiyi zaman əlavə üç aylıq məzuniyyət hüququndan faydalanır. Iddiaçı belə hesab edir ki, nəticədə ona valideynlik məzuniyyəti verilməsinə baxmayaraq, digər valideynlərə münasibətdə fərqli rəftara məruz qalmışdır. Onun əldə etdiyi valideynlik məzuniyyəti normaldan daha qısa müddət olmuş və yerli məhkəmələrə əsasən, qanunsuz verilmişdir. İddiaçı bildirmişdir ki, bu müddəti məzuniyyətin ləğv ediləcəyi və yenidən işə çağırılacağı narahatlığı ilə keçirmişdir. Nəticədə, iddiaçı qadın hərbçilərdən fərqli olaraq, ailə həyatı və peşə fəaliyyəti arasında çətin bir seçim etmək məcburiyyətində qalmışdır. Iddiaçı bildirir ki, uşaqların təhsilində qadınların mühüm sosial rol oynaması cinsiyyətə əsaslanan stereotiplərlə bağlıdır. Valideynlik məzuniyyəti ilə bağlı qadın və kişilər arasındakı fərqli rəftarı əsaslandırmaq üçün « pozitiv ayrı-seçkilik » doktrinasından istifadə edilə bilməz. Pozitiv ayrı-seçkilik tədbirləri müəyyən qrupun, indiki halda qadınların məruz qaldığı çətinliklərin nəticələrini düzəltmək, kompensasiya etmək və ya azaltmaq məqsədilə mütənasib olmalıdır (bax : Runkee and White v. the United Kingdom, nos. 42949/98 və 53134/99, §§ 37 və 40-43, 10 May 2007, və Stec and Others v. the United Kingdom [BP], no. 65731/01, §§ 61 və 66, AİHM 2006-VI). Bununla belə, qadınların daim əziyyət çəkdiyi maneələri düzəltmək əvəzinə, yalnız onlara valideynlik məzuniyyəti hüququ verilməsi, cinsiyyətə əsaslanan stereotiplərin və eləcə də, ödənişli peşə fəaliyyəti həyata keçirmək əvəzinə, evdə oturub uşaqlarla məşğul olma kimi ənənəvi roldan irəli gələn çətinlik və bərabərsizliklərin davam etməsinə səbəb olur. Nəticədə, oxşar siyasət həm qadınlara (işdə), həm də kişilərə (ailə həyatında) münasibətdə ayrı-seçkiliyə səbəb olur. Nəticədə, iddiaçı bildirir ki, valideynlik məzuniyyəti baxımından qadınlar və kişilər arasındakı fərqli rəftar heç bir obyektiv və ağlabatan səbəbə əsaslanmır. Ordunun döyüş səmərəliliyi ilə bağlı arqumentlərə gəldikdə isə, iddiaçı bildirir ki, Məhkəmə təcrübəsinə əsasən, silahlı qüvvələrin əməliyyat səmərəliliyinə münasibətdə mövcud olan təhlükənin varlığı Məhkəmənin etibarlılığını və uyğunluğunu diqqətlə yoxlayacağı sübutlarla əsaslandırılmalıdır (istinad olunur : Smith and Grady v. the United Kingdom, nos. 33985/96 və 33986/96, §§ 89-112, AİHM 1999-VI, və Lustig-Prean and Beckett v. the United Kingdom, nos. 31417/96 və 32377/96, §§ 82 və 88-98, 27 Sentyabr 1999). O hesab edir ki, Hökumət tərəfindən valideynlik məzuniyyəti hüququnun kişi cinsindən olan hərbçilərə də aid edilməsi halının ordunun döyüş qabiliyyəti üçün təhlükə təşkil etdiyinə dair heç bir sübut təqdim olunmamışdır. Xususilə də, Hökumət tərəfindən təqdim olunmuş statistika qəti deyil və heç bir sənədlə təsdiqlənmir. Üç yaşından kiçik olan uşaqların göstərilmiş sayı qadın hərbçilərin və ordunun inzibati heyətinin əməkdaşlarının uşaqlarını da əhatə edir. Beləliklə də, valideynlik məzuniyyəti götürmək istəyən kişi hərbçilərin sayını müəyyən etmək mümkün deyil. Müvafiq statistikaya malik olmadığını elan edən Hökumətin etirafı göstərir ki, qadın hərbçilərin valideynlik məzuniyyəti hüququnu məhdudlaşdıran hüquqi müddəalar möhkəm faktiki əsaslar olmadan qəbul edilmişdir və sonradan heç bir dəyişikliyə məruz qalmamış və yenilənməmişdir. Iddiaçının hesabatlarına əsasən, valideynlik məzuniyyəti götürmək istəyində olan kişi hərbçilərin sayı peşə fəaliyyətində olan kişi hərbçilərin ümümi sayının 3,47%-ni təşkil edir. Əlavə olaraq, bu faizin tərkibində valideynlik məzuniyyəti götürmək istəyində olmayan hərbçilər də vardır. Iddiaçı bildirir ki, Rusiya qanunvericiliyinə əsasən hərbi personalın 30% -i heyətin əməliyyat səmərəliliyinə ziyan vurmadan, eyni zamanda valideynlik məzuniyyəti götürmək hüququna malikdir. Eləcə də, iddiaçı bildirir ki, silahlı qüvvələrdə qadınların sayının az olmasına baxmayaraq, onlar əksərən kişi hərbçilərlə eyni funksiyanı yerinə yetirirlər. 1999-cu ildə onun rəhbərinin qadın olduğu xüsusilə vurğulanmışdır. Hərbi hissə üzvlərinin siyahısında da göstərildiyi kimi, onun bölməsində qadınların iştirakı bəzən 60%-ə çatmışdır. Bu qadınların valideynlik məzuniyyəti hüququ olmuşdur, lakin bu vəziyyət heç bir vaxt ordunun əməliyyat səmərəliliyi baxımından qayğı obyektinə çevrilməmişdir. Sırf kəmiyyətə əsaslanan yanaşmanı qəbul etmək əvəzinə, Hökumət hər bir şəxsin vəzifəsinin xarakterini nəzərə alaraq, keyfiyyətə əsaslanan metoda üstünlük verməli idi. Nəticədə, Hökumət silahlı qüvvələrdə qadınlar və kişilər arasında, valideynlik məzuniyyəti hüququna münasibətdə mövcud olan fərqli rəftarı əsaslandıra biləcək ağlabatan və obyektiv səbəblər göstərməmişdir. Hərbi xidmət müqaviləsi imzalamaqla hüquqlarının məhdudlaşdırılmasını qəbul etdiyi faktına əsaslanan Hökumətin təqdimatına cavab olaraq bildirmişdir ki, Konvensiyanın müddəaları mülki şəxslərlə bərabər, hərbi qulluqçulara da aid olunur (istinad olunur: Engel and Others v. the Netherlands, 8 iyun 1976, § 54, Series A no. 22, və Lustig-Prean and Beckett, § 82). Əlavə olaraq da bildirmişdir ki, əgər Konvensiya ilə qorunan hüquqlardan imtina mümkündürsə də, bu, müəyyən şərtlərə əməl olunmaqla həyata keçirilməlidir. Ilkin olaraq, hüquqlardan imtina edilməsi « hər hansı ictimai marağa zidd olmamalıdır » (istinad olunur : Hermi v. Italy [BP], no. 18114/02, § 73, AİHM 2006-XII). Ikincisi, imtina birmənalı şəkildə təsbit edilməli və bütün faktlar barədə məlumata malik olaraq, başqa sözlə, “məlumatlı razılıq” əsasında və heç bir məcburiyyət olmadan verilməlidir (istinad olunur : D.H. and Others v. the Czech Republic [BP], no. 57325/00, § 202, AİHM 2007). Hökumət tərəfindən istinad olunan imtina bu tələblərə cavab vermir. Məhkəmə irqi ayrı-seçkilik mövzusunda aşağıdakı nəticəyə gəlmişdir : irqi ayrı-seçkiliyin qadağan edilməsinin mühüm əhəmiyyət kəsb etdiyini nəzərə alaraq (...), irqi ayrı-seçkiliyə məruz qalmamaq hüququndan hər hansı formada imtina edilməsi qəbul edilə bilməz, əks halda bu, mühüm ictimai marağa zidd getmiş olardı (istinad olunur : yuxarıda adı çəkilmiş D.H. and Others, § 204). Cinsi ayrı-seçkilik də, eyni fundamental əhəmiyyət kəsb edir (istinad olunur : Andrle v. the Czech Republic, no. 6268/08, § 49, 17 fevral 2011; Van Raalte v. the Netherlands, 21 fevral 1997, § 39, Reports 1997-I; və Abdulaziz, Cabales and Balkandali v. the United Kingdom, 28 May 1985, § 78, Series A no. 94) və cinsi ayrı-seçkiliyə məruz qalmamaq hüququndan da imtina edilə bilməz. İndiki halda, bu imtina birmənalı hesab oluna bilməz : ərizəçi tərəfindən imzalanan müqavilə standart bir səhifədən ibarət olub, imzalayan tərəfi valideynlik məzuniyyəti hüququndan imtina barəsində məlumatlandırmamışdır. Nəticədə iddiaçı bildirir ki, hazırki işin hallarından da göründüyü kimi, Rusiya qanunvericiliyi hərbçilərə valideynlik məzuniyyəti verilməsinin fərdiləşdirilməsinə icazə vermir. Bu səbəbdən də, yerli məhkəmələr iddiaçıya ailə çətinlikləri səbəbiylə verilən valideynlik məzuniyyətini qeyri-qanuni hesab etmişdir. Iddiaçı hesab edir ki, şəxsin cinsiyyətinin nəzərə alınması əvəzinə ordudakı mövqeyindən asılı olaraq valideynlik məzuniyyəti verilməsi fərdiləşdirmə üçün daha məqbul hesab oluna bilərdi. Onun fikrincə nəzərə almaq lazımdır ki, şəxsin fəaliyyət göstərdiyi bölmənin fəal olaraq hərbi əməliyyatlarda iştirak etməsi və ya hazırlanması, eləcə də, şəxsin bölməyə münasibətdəki mövqeyi nəzərə alınmalıdır. Hərbi bölmədə mühüm funksiyaya malik qadın hərbçinin avtomatik olaraq valideynlik məzuniyyətindən faydalanmasına baxmayaraq, kişi cinsindən olan və nisbətən daha az əhəmiyyətli işlərlə məşğul olan hərbçinin bu hüquqdan məhrum edilməsi məntiqsizdir.
3. Hökumətin təqdimatları
Hökumət Böyük Palataya göndərilmə müraciətində bildirir ki, iddiaçı 8-ci maddə ilə birgə götürülmüş 14-cü maddəyə əsaslana bilməz. 8-ci maddə valideynlik məzuniyyəti və onunla bağlı müavinət almaq hüququna təminat vermir. Burada əsasən Konvensiya ilə deyil, Avropa Sosial Xartiyası ilə qorunan iqtisadi və sosial hüquqlardan söhbət gedir. Buna görə də, müstəqil şəkildə mövcud olmayan 14-cü maddə tətbiq oluna bilməz. Hökumət həmçinin göstərir ki, ərizəçi digər valideynlərlə - qadın hərbçilər və mülki sektorda çalışan qadın və kişilər - eyni şəraitdədir. Hökumət iddiaçının valideynlik məzuniyyətindən faydalandığını nəzərə alaraq hesab edir ki, digər kateqoriya valideynlərdən fərqli rəftara məruz qalmamışdır. Daha sonra Hökumət ölkənin müdafiəsini və dövlətin təhlükəsizliyini təmin etmək baxımından hərbçilərin xüsusi statusa malik olduqlarını vurğulayır. Hökumətin fikrincə, dövlət onların hüquq və azadlıqlarını məhdudlaşdıra və üzərlərinə xüsusi vəzifələr qoya bilər. Hökumət bildirir ki, hərbi karyera könüllü olaraq seçilmişdir və silahlı qüvvələrlə müqavilə imzalayıb, sədaqət andı içərək, hərbçilər təbiəti etibarilə mülki şəxslərə tətbiq oluna bilməyən bəzi məhdudiyyətlər nəzərdə tutan hərbi intizam sistemini qəbul etmişlər (istinad: Kalaç v. Turkey, 1 iyul 1997, § 28, Reports 1997-IV). Hökumət həmçinin W., X., Y. and Z. v. the United Kingdom işinə (nos. 3435/67, 3436/67, 3437/67 və 3438/67, Commission decision of 19 iyul 1968, Yearbook of the European Convention on Human Rights, Vol. 11 (1968), p. 598) istinad edir.Bu işdə Komissiyahesab emişdir ki, : « ailə həyatına hörmət » anlayışını müəyyən bir şəxsi - azyaşlı belə olsa - məzuniyyət müddəti istisna olmaqla, ailəsi ilə ayrılmasına səbəb olsa da, öz istəyi ilə üzərinə götürdüyü uzunmüddətli xidməti öhdəliklərdən azad edən bir anlayış kimi şərh edilə bilməz». Hökumət iddia edir ki, dövlətlər milli təhlükəsizlik sahəsində, eləcə də, iqtisadi və sosial strategiya sahələrində ümumi asayiş tədbirləri görmək üçün geniş mülahizə səlahiyyətinə malikdirlər (istinad : James and Others v. the United Kingdom, 21 Fevral 1986, § 46, Series A no. 98, və National & Provincial Building Society, Leeds Permanent Building Society and Yorkshire Building Society v. the United Kingdom, 23 Oktyabr 1997, § 80, Reports 1997-VII). Öz cəmiyyətləri və ehtiyacları barəsində daha geniş məlumata sahib olduqlarından « ümumi faydalılığı » müəyyənləşdirmək üçün yerli orqanlar beynəlxalq məhkəməyə münasibətdə daha əlverişli şəraitdədirlər. Məhkəmə yerli qanunvericinin seçiminə hörmətlə yanaşmalıdır, bu şərtlə ki, qərarın əsasında « ağlabatan səbəb » mövcud olsun. Hökumət hazırki işlə bağlı Konstitusiya Məhkəməsinin qərarına əsaslanır. Bu qərarda məhkəmə qeyd edir ki, hərbi xidmətlə bağlı xüsusi tələblər vəzifələrin icrasında davamlılıq tələb edir və nəticədə, kişi cinsindən olan çoxsaylı hərbçilərin valideynlik məzuniyyəti götürməsi döyüş gücünə və silahlı qüvvələrin əməliyyat səmərəliliyinə ziyan vura bilər. Hökumət hesab edir ki, bu müşahidə aşağıdakı obyektiv və ağlabatan səbəblərə əsaslanır. Birincisi, Britaniya hökumətinin W., X., Y. and Z. v. the United Kingdom işində (yuxarıda adı çəkilmiş, səh 575) göstərdiyi kimi, « silahlı qüvvələrin idarə olunmasından məsul olan orqanlar (dövlət təhlükəsizliyinin əsaslandığı) nəzarət etməlidirlər ki, bu qüvvələr öz missiyasını yerinə yetirmək üçün zəruri sayda hərbçiyə malik olsunlar ». İkincisi, 1 yanvar 2011-ci il etibarilə hərbçilərin ümumi sayı 216 600 olmuşdur ki, üç yaşından kiçik olan və silahlı qüvvələrin hərbi və inzibati personalının himayəsində olan 50 519 sayda uşaq qeydə alnmışdır. Hökumət daha dəqiq rəqəmlər təqdim etmək gücündə olmadığını bildirir. Eləcə də, kişi hərbçilərin himayəsində olan üç yaşından kiçik uşaqların dəqiq sayı da məlum deyil. Bununla belə, bu hərbçilərin uşaq dünyaya gətirmək yaşında olduqları nəzərə alındıqda, bu say mühüm ola bilərdi. Hökumət hərbi personal üçün valideynlik məzuniyyətinə yönəlmiş parlament müzakirələri barədə sənəd təqdim etmək iqtidarında olmadığını bildirir. O əlavə edir ki, hərbçilərin statusu haqqında qanun on üç il əvvəl qəbul olunmuşdur və o zaman Rusiya Federasiyası Konvensiyanı ratifikasiya etməmişdi. Rusiya parlamenti fərqli rəftarın əsaslandırılmasını nəzərdə tutan Konvensiya ilə bağlı olmamışdır və beləliklə də, Məhkəmənin sözü gedən qanunun qəbul edilməsindən əvvəl mövcud olmuş parlament müzakirələrinə münasibətdə olan məsələləri araşdırmağa ratione temporis səlahiyyəti çatmır. Əlavə olaraq, Hökumət bildirir ki, Avropa Şurasının üzvü olan bəzi dövlətlərdə - Bolqarıstan, Polşa, Çex Respublikası, İsveçrə və Türkiyə - kişi cinsindən olan hərbi qulluqçuların valideynlik məzuniyyəti hüququ mövcud deyil. Həmçinin, çoxsaylı ölkələrdə valideynlik məzuniyyətinin müddəti Rusiyada olduğundan daha azdır. Hökumətin fikrincə, Rusiyada valideynlik məzuniyyəti müddətinin üç il olduğunu nəzərə alaraq, bu qədər uzun müddətli işdə olmamaq yüksək texnologiyalı hərbi texnikadan istifadə edən kişi hərbçilərin hərbi peşə fəaliyyətinə mənfi təsir edərdi və onların işə geri döndükləri zaman təkmilləşdirilməsi məqsədilə bahalı kurslara göndərilməsi zərurəti yaranardı. Bu şəraitdə, qadın hərbçilərin valideynlik məzuniyyəti götürməsi daha ağlabatandır, çünki onların peşə fəaliyyətində fasilə yaranması cəmiyyətdə daha az neqativ nəticələrə səbəb olur. Ərizəçi daimi olaraq döyüşə hazır olmalı olan bölmənin radio operatoru idi. Bununla belə, Hökumət hesab edir ki, ərizəçi tutduğu vəzifəsində valideynlik məzuniyyəti hüququ olan qadın bir hərbçiylə əvəz oluna bilərdi. Bu məsələ ilə əlaqədar Hökumət bildirir ki, qadınlara valideynlik məzuniyyəti aşağıdakı mülahizələr nəzərə alınaraq hüququ verilmişdir. Birincisi, müasir elmi tədqiqatlar göstərir ki, ana və yeni doğulmuş uşaq arasında bioloji və psixoloji əlaqələr mövcuddur. Həyatının ilk ilində uşağın yanında olmaq və qayğısına qalmaq çox önəmlidir. Beləliklə, ananın məzuniyyət götürməsi uşağın maraqlarına xidmət edir. Ikincisi, qadınların işdə yoxluğu döyüş qabiliyyətinə daha az təsir göstərir, çünki ordudakı qadın hərbçilərin sayı nisbətən daha azdır. Faktiki olaraq, 1 yanvar 2011-ci etibarilə rus ordusunda 1 948 qadın fəaliyyət göstərirdi. Bununla da, 2011-ci ildə qadınların sayı hərbi personalın yalnız 0,8 %-ni (2008-ci ildə 10%) təşkil edirdi. Əlavə olaraq, qadınların əksəriyyəti birbaşa olaraq hərbi fəaliyyət sayılmayan işlərlə məşğul olmuş, səhiyyə, maliyyə və rabitə kimi sahələrdə çalışmışlar. Bu səbəbdən, hazırki vəziyyət qadınların xeyrinə olan pozitiv ayrı-seçkilik təşkil edir. Hökumət bildirir ki, kişi hərbçilər üçün valideynlik məzuniyyəti hüququ tanımayan rus qanunvericiliyi istisna hallar da nəzərdə tutur. Xüsusilə də, hərbçilərin hüquqi statusu haqqında Reqlamentin 32-ci maddəsinin 7-ci bəndinə (yuxarıdakı 48-ci bənd) əsasən, kişi hərbçinin bu cür valideynlik məzuniyyəti hüququ aşağıdakı hallarda mövcuddur : a) həyat yoldaşı doğum zamanı ölmüşsə; və ya b) ana qayğısından məhrum olmuş (ananın ölməsi, valideynlik hüququndan məhrum edilmə, uzunmüddətli xəstəlik və ya uşağın ana qayğısından məhrum olmasına səbəb olan digər hallar) və on dörd yaşından (uşaq əlil olduqda on altı yaşından) kiçik olan bir və ya bir neçə övladını böyüdürsə. Bu siyahıya əlavələr də oluna bilər. Hökumət eləcə də, hərbçilərin statusu haqqında qanunun 10-cu maddəsinin 9-cu bəndinə (yuxarıda göstərilmiş 47-ci bənd) əsaslanaraq bildirir ki, ana/ata qayğısından məhrum olunmuş övladlarını tək böyüdən hər iki cinsdən olan hərbçilər, qadın cinsindən olan hərbçilərdə olduğu kimi federal qanunvericilikdə və eləcə də, ailənin, analığın və uşaqların müdafiəsinə dair digər müddəalarda nəzərdə tutulan sosial xidmətlərdən istifadə edə bilərlər. Hökumət kişi cinsindən olan hərbçilərə və polislərə verilmiş valideynlik məzuniyyəti barəsində statistik məlumatlar əks etdirən sənədlər təqdim etmişdir. 2007-ci ildə yalnız bir halda, kişi cinsindən olan hərbçi həyat yoldaşının ağır xəstəliyi səbəbindən bir il yarım müddətində valideynlik məzuniyyətindən faydalanmışdır. 2010-cu ildə isə, digər bir hərbçi oğlunun ana qayğısından məhrum olması səbəbiylə üç aylıq məzuniyyətdən istifadə etmişdir. Hökumət kişi cinsindən olan polislərə verilmiş üç illik valideynlik məzuniyyətini əks etdirən iyirmi bir hal barədə məlumat vermişdir. Onun fikrincə, valideynlik məzuniyyəti verilməsi üçün əsas meyar kişi cinsindən olan hərbçilərin uşaqlarının ana qayğısından məhrum olması halıdır. Lakin bu hal sübut olunmalıdır. Ərizəçi bu faktı sübut edə bilmədiyinə görə, ona valideynlik məzuniyyəti verilməmişdir. Eyni zamanda, ailəvi çətinlikləri nəzərə alınaraq, ona valideynlik məzuniyyəti verilmişdir. Nəhayət, Hökumət bildirir ki, palata Konvensiyanın 46-cı maddəsində nəzərdə tutulmuş səlahiyyət çərçivəsini aşaraq, Rusiya hakimiyyət orqanlarına müvafiq qanunvericiliyi dəyişdirməyi tapşırmışdır. Bu hal Konvensiyanın sistemli pozuntusuna səbəb olmayan, ayrılıqda götürülmüş bir hal kimi çıxış edir. Milli qanunvericiliyin Konvensiyaya uyğunluğunu nəzərdə tutan mücərrəd bir problemi araşdırmaq, eləcə də, ərizəçi tərəfindən istinad edilən hüquqi müddəaların ləğv edilməsini tapşırmaq Məhkəmənin səlahiyyətində deyil.
4. Müdaxilə edən üçüncü tərəflərin təqdimatları
Ghent Universitetinin insan hüquqları mərkəzi cinsi mənsubiyyətə əsaslanan streotiplərin təhlükələrini qınamışdır. Bu streotiplər fərdlərin seçim azadlığını məhdudlaşdırmaqla bərabər, cinslərarası bərabərsizliyi və bir cinsin digərindən asılılığını qorumağa yönəlmişdir. Həmçinin onlar ayrı-seçkiliyin həm əsası, həm də təzahürü hesab edilir. Qadınlara və kişilərə stereotiplərə əsaslanan rollar verməklə və cinslərə xas olan, ənənəvi olaraq verilmiş rollarda onları həbs etməklə, ənənəvi rollara tabe olmayan insanları – kişiləri və qadınları - dəstəkləmək mümkün olmur. Bu cür dəstəyin olmaması, məsələn, onlara sosial xidmətlərin verilməsindən imtina edilməsinə gətirib çıxara bilər. Qadınlar və kişilər arasındakı fərqli rəftarı əsaslandırmaq məqsədilə də həmin streotiplərə müraciət olunur. Bununla belə, Məhkəmə dəfələrlə qeyd etmişdir ki, ön mühakimə və stereotiplər ayrı-seçkiliyə əsaslanan rəftara haqq qazandırmaq üçün kifayət deyil (istinad olunur : Zarb Adami v. Malta, no. 17209/02, §§ 81 və 82, AİHM 2006-VIII; L. and V. v. Austria, nos. 39392/98 və 39829/98, § 52, AİHM 2003-I; Lustig-Prean and Beckett, yuxarıda adı çəkilmiş, § 90; və Inze v. Austria, 28 oktyabr 1987, § 44, Series A no. 126). Hazırki işin əsasınını təşkil edən iki stereotipdən birincisi evlə və uşaqlarla qadınların məşğul olmasını, kişilərin isə pul qazanmaq üçün işləməsini nəzərdə tutan ənənəvi fikir, ikincisi isə, orduda qadınlardan çox kişilərin döyüş fəaliyyətinə cəlb edilməsini nəzərdə tutan konsepsiyadır. Müdaxilə edən üçüncü tərəf cinslərdən birinin acizliyi, yaxud üstünlüyü ideyasına, yaxud kişilərin və qadınların roluna dair stereotiplərə əsaslanan ön mühakimənin kökünün kəsilməsinə, adətlərin və hər cür başqa təcrübələrin ləğv edilməsinə nail olmaq məqsədilə kişi və qadınların sosial və mədəni davranış modelini dəyişdirmək öhdəliyini dövlətlər üzərinə qoyan Qadınlara Qarşı Qyrı-seçkiliyin Bütün Formalarının Ləğv Edilməsi haqqında Konvensiyaya, xüsusilə onun 5-ci maddəsinə əsaslanır (yuxarıdakı 49-cu bənd). 3-cü tərəf bildirir ki, hazırki işdə ayrı-seçkiliyə məruz qalanın kişi olmasına baxmayaraq adı çəkilən Konvensiya işin hallarına uygundur və bu baxımdan qadınlara qarşı ayrı seçkiliyin aradan qaldırılması üzrə Komitə öz şərhində bildirmişdir ki, Konvensiya « cinsi mənsubiyyətindən asılı olmayaraq hamıya » tətbiq olunur, çünki kişilərlə bağlı stereotiplər yalnız onlara deyil, həmçinin qadınlara da ziyan vurur. Stereotiplər qadınları evə həbs etməklə və kişiləri məişət işlərindən uzaq tutmaqla hər iki cinsə də zərər yetirir. Komitə qeyd edir ki, cinslərarası formal olmayan və ayrı-seçkiliyin struktur səbəbləri ilə mübarizə aparan bərabərliyin təmin olunması vacibdir. Qadınların ailə ilə məşğul olmasını, kişilərin isə işləyib pul qazanmasını nəzərdə tutan stereotiplər və ön mühakimələr də bu səbəblərdəndir. Müdaxilə edən üçüncü tərəf Qadınlara qarşı ayrı-seçkiliyin ləğvi üzrə Komitənin Rusiya Federasiyası tərəfindən təqdim edilmiş dövri hesabatlar haqqında 30 iyul 2010-cu il tarixli yazılı təqdimatına da istinad etmişdir (yuxarıdakı 51-ci bənd). Komitə “bütün sferalarda qadın və kişilərin roluna, məsuliyyətinə və şəxsiyyətinə münasibətdə mövcud olan təcrübənin, adətlərin və patriarxal yanaşmanın, eləcə də, köklü stereotiplərin davam etməsi halını (...) və həmçinin, (...) dövlətlər tərəfindən qadınlara ana və tərbiyələndirici rolunun verilməsini narahatlıqla qeyd edir”. Komitə hesab edir ki, “qadınlara münasibətdə perspektivli dəyişikliklərin, onların yalnız ana və həyat yoldaşı rolunun deyil, eləcə də, kişilərlə bərabər əsasda fərd olması və cəmiyyətin ayrılmaz hissəsi olması faktının da təmin edilməsi Konvensiyanın tam həyata keçirilməsi və gender bərabərliyinin yaradılması üçün zəruridir (...)”. Nəticədə, müdaxilə edən üçüncü tərəf bildirir ki, hazırki işdə “çarpaz”, yəni bir-biri ilə bağlı olan əsaslara söykənən ayrı-seçkilikdən söhbət gedir. Iddiaçının şikayət etdiyi fərqli rəftar hərbi statusa və ya cinsiyyətə deyil, eyni zamanda hər ikisinə əsaslanır. O hesab edir ki, əgər cinsiyyətə və hərbi statusa əsaslanan ayrı-seçkilik ayrı-ayrılıqda tədqiq olunarsa, qadın hərbçilərə yönəlmiş stereotiplər ikinci plana keçərdi. Əgər bir tərəfdən ümumilikdə qadınlar və kişilər, digər tərəfdən isə, hərbçilər və mülki şəxslər müqayisə olunsaydı, heç bir halda bu şərait birbaşa olaraq, kişi cinsindən olan hərbçilərin narahatlıqlarını əks etdirməzdi və qadın hərbçilərin vəziyyəti də nisbətən daha az əks olunardı. Beləliklə, müdaxilə edən üçüncü tərəf hesab edir ki, cinsi mənsubiyyətə əsaslanan stereotipləri qeyd etmək və onların zərərli nəticələrinin olduğunu elan etmək zəruridir. Onun fikrincə, dövlətlərdən cinsi mənsubiyyətə əsaslanan ayrı-seçkiliklə və stereotiplərlə bağlı olan cinsi bərabərsizlik barəsində hesabatlar tələb etmək lazımdır.
5. Məhkəmənin dəyərləndirməsi
(a) Ümumi prinsiplər
Məhkəmə həmişə vurğulayır ki, 14-cü maddə Konvensiyanın və onun Protokollarının digər normativ hüquqi müddəlarını tamamlayır. O, müstəqil surətdə mövcud deyil, çünki onun qüvvəsi yalnız həmin maddələrin təmin etdiyi «hüquq və azadlıqlardan istifadə» ilə əlaqədardır. 14-cü maddənin tətbiqi üçün heç də həmin maddələrin pozulmuş olması vacib deyil, belə ki, nəzərdən keçirilən faktlar həmin maddələrdən birinin və ya bir neçəsinin təsir dairəsinə düşürsə, 14-cü maddənin tətbiqinə qarşı heç bir maneə yoxdur. Beləliklə, bu maddədə əks olunmuş ayrı-seçkilik qadağası Konvensiya və onun Protokolları ilə dövlətlərdən zəmanət tələb edən hüquq və azadlıqların istifadəsindən kənara çıxır. O, həmçinin Konvensiyanın tətbiq dairəsinə düşən və eləcə də, dövlətlərin könüllü şəkildə qoruduğu əlavə hüquqlara da aid edilir. Bu prinsip Məhkəmənin təcrübəsində də əks olunmuşdur (bax: E.B. v. France [BP], no. 43546/02, §§ 47- 48, 22 yanvar 2008). Məhkəmə bildirir ki, hər fərqli rəftar avtomatik olaraq Konvensiyanın 14-cü maddəsinin pozulmasına səbəb olmur. Eyni və ya müqayisə oluna bilən vəziyyətdə olan şəxslərin imtiyazlı rəftara məruz qalmasını faktını sübut etmək zəruridir ki, nəticədə bu fərqlilik ayrı-seçkilik hesab olunur (Ünal Tekeli v. Turkey, no. 29865/96, § 49, ECHR 2004-X). Obyektiv və ağlabatan əsas olmadan tətbiq edilən fərqli rəftar ayrı-seçkilik hesab olunur. Başqa sözlə desək, qanuni məqsəd olmadan və ya tətbiq edilən vasitələr və nəzərdə tutulan məqsəd arasında ağlabatan mütənasibliyin olmaması bu nəticəyə gətirib çıxarır (bax : Stec and Others, yuxarıda adı çəkilmiş, § 51). Razılığa gələn Tərəflər oxşar vəziyyətlərdə mövcud olan fərqli rəftarı əsaslandırmaq baxımından mülahizə səlahiyyətinə malikdirlər (bax : Gaygusuz v. Austria, 16 sentyabr 1996, § 42, Reports 1996-IV). Mülahizə səlahiyyətinin hüdudları şəraitdən, sferadan və konteksdən asılı olaraq dəyişir (bax : Rasmussen v. Denmark, 28 November 1984, § 40, Series A no. 87, və Inze, yuxarıda istinad olunan § 41), lakin Konvensiyanın tələblərinə hörmət edilməsi haqqında yekun qərar vermək səlahiyyəti Məhkəməyə aiddir. Insan hüquqlarının müdafiəsi mexanizmi qismində çıxış edən Məhkəmə dövlətlərdəki inkişaf vəziyyətini nəzərə almalı və yaranma ehtimalı olan konsensusa reaksiya verməlidir (bax : Weller v. Hungary, no. 44399/05, § 28, 31 Mart 2009; Stec and Others, istinad olunan, §§ 63 və 64; Ünal Tekeli, istinad olunan, § 54; və, mutatis mutandis, Stafford v. the United Kingdom [BP], no. 46295/99, § 68, AİHM 2002-IV). Məhkəmə əlavə olaraq bildirir ki, cinslərarası bərabərliyin təmin olunması istiqamətində inkişaf Avropa Şurası Üzv dövlətlərinin əsas məqsədini təşkil edir və yalnız güclü mülahizələrə əsaslanan fərqli rəftar Konvensiyaya uyğun hesab oluna bilər (Burghartz v. Switzerland, 22 fevral 1994, § 27, Series A no. 280-B, və Schuler-Zgraggen v. Switzerland, 24 iyun 1993, § 67, Series A no. 263). Xüsusilə də, konkret ölkədə mövcud olan ənənələrə istinadlar, ümumi mülahizələr və sosial münasibətlər cinsiyyətə əsaslanan fərqli rəftara haqq qazandırmaq üçün kifayət deyil. Məsələn, dövlətlər ailədə kişilərin əsas rol oynadığını, qadınların isə ikinci dərəcəli rola sahib olduğunu irəli sürən ideyaya əsaslanan ənənələrin qəbul olunmasını məcbur edə bilməz (bax : Ünal Tekeli, yuxarıda istinad olunan, § 63). Silahlı qüvvələrin xüsusi statusunu nəzərə alaraq, Məhkəmə qeyd edir ki, Razılığa gələn dövlətlərin böyük əksəriyyəti Konvensiyanı tərtib edib imzaladıqları zaman müdafiə qüvvələrinə malik idilər və buna görə də, silahlı qüvvələrin üzvlərinin hüquq və azadlıqlarına məhdudiyyətlər nəzərdə tutan hərbi intizam sistemi həmin məhdudiyyətləri mülki şəxslərə münasibətdə tətbiq edə bilməz. O vaxtdan bəri mövcud olan bu cür sistem Konvensiyadan irəli gələn öhdəliklərə zidd deyil (Engel and Others, istinad olunmuş, § 57). Beləliklə də, hər bir dövlətin öz hərbi nizam-intizam sistemini müəyyənləşdirməkdə mülahizə səlahiyyəti vardır. Hüquqi müddəalar olmadan hərbi personalın ordunun düzgün fəaliyyət göstərməsinə ziyan vurmasının qarşısını almaq mümkün görünmür. Lakin yerli hakimiyyət orqanları silahlı qüvvələrin üzvlərinin şəxsi həyata hörmət hüququnun istifadəsinə mane olmaq məqsədilə bu müddəalara əsaslana bilməz, cünki bu hüquq dövlətin yurisdiksiyası altında olan bütün şəxslərə aiddir (bax: yuxarıda istinad olunan Smith and Grady § 89 və yuxarıda istinad olunan Lustig-Prean and Beckett§ 82).
(b) Bu prinsiplərin hazırki işə tətbiqi
(i) 8-ci maddə ilə birgə götürülmüş 14-cü maddənin tətbiqi
Məhkəmə ilkin olaraq, hazırki işin hallarının Konvensiyanın 8-ci maddəsinin və beləliklə də, 14-cü maddəsinin tətbiq dairəsinə düşüb-düşmədiyini müəyyənləşdirməlidir. Məhkəmə dəfələrlə qeyd etmişdir ki, “təmin olunan hüquqlardan istifadənin şərtlərindən birini təşkil edən hər hansı məsələdə əlverişsiz şəraitdə olduqda” və ya “tənqid olunan tədbirlər hüquqi təminatlarla bağlı olduqda” Konvensiyanın 14-cü maddəsi uyğundur. Işin hallarının Konvensiyanın ən azından bir maddəsinin tətbiq dairəsinə düşməsi Konvensiyanın 14-cü maddəsinin tətbiq olunması üçün kifayətdir (bax: Thlimmenos v. Greece [BP], no. 34369/97, § 40, AİHM 2000-IV; yuxarıda istinad olunan E.B., §§ 47-48; və Fretté v. France, no. 36515/97, § 31, AİHM 2002-I və oradakı digər istinadlar). Sübhəsiz ki, 8-cü maddə valideynlik məzuniyyəti hüququnu özündə ehtiva etmir və bu hüquqla bağlı olaraq dövlətlər üzərinə müavinətlər verilməsi kimi pozitiv öhdəliklər qoymur. Bununla belə, valideynlərdən hər hansı birinin uşaqlarla məşğul olmaq məqsədilə evdə qalmasına razılıq verilməsi, valideynlik məzuniyyəti və onunla bağlı müavinətlər ailə həyatını təşviq edir və onun təşkil olunmasına da təsir göstərir. Beləliklə də, valideynlik məzuniyyəti və onunla bağlı müavinətlər Konvensiyanın 8-ci maddəsinin tətbiq dairəsinə düşür. Belə nəticəyə çıxır ki, 8-ci maddə ilə birlikdə götürülmüş 14-cü maddə bu işə tətbiq olunur. Beləliklə, əgər hər hansı dövlət valideynlik məzuniyyəti ilə bağlı müddəa yaratmaq istəyində olarsa, bunu Konvensiyanın 14-cü maddəsinə riayət etməklə həyata keçirməlidir (istinad olunan Petrovic, §§ 26-29).
(ii) 8-ci maddə ilə birgə götürülmüş 14-cü maddənin pozuntusunun araşdırılması
Məhkəmə müşahidə edir ki, kişi cinsindən olan hərbçilərin qadın həmkarlarından fərqli olaraq, üç illik qanuni valideynlik məzuniyyəti hüququ mövcud deyil. Bu baxımdan ilkin olaraq, Məhkəmə işin halları baş verdiyi zaman ərizəçinin qadın hərbçilərlə oxşar şəraitdə olub-olmadığını araşdırmalıdır. Məhkəmə daha əvvəl bildirmişdir ki, valideynlik məzuniyyəti və onunla bağlı müavinətlər baxımından kişilər qadınlarla oxşar vəziyyətdədirlər. Faktiki olaraq, ananın doğuşdan sonra özünə gəlməsini və əgər istəyirsə, uşağına süd verməsini nəzərdə tutan analıq məzuniyyətindən fərqli olaraq, valideynlik məzuniyyəti və onunla bağlı müavinətlər növbəti dövrə aiddir və evdə qalıb yeni doğulmuş uşağa qulluq etməyi nəzərdə tutur (yuxarıda istinad olunan Petrovic § 36). Buna görə də, Məhkəmə Hökumətin müasir elmi tədqiqatlara əsaslanaraq ana və yeni doğulmuş uşaq arasında bioloji və psixoloji əlaqələrin olduğu fikrini inandırıcı hesab etmir (yuxarıdakı 116-cı bənd). Ana və atanın uşaqla münasibətlərində mövcud olan fərqlilikləri nəzərə alaraq, Məhkəmə belə bir nəticəyə gəlir ki, valideynlik məzuniyyəti müddətində uşağa göstərilməli olan qayğı baxımından kişilər və qadınlar « oxşar vəziyyətdədirlər ». Yuxarıda göstərilənlərdən belə nəticə çıxır ki, valideynlik məzuniyyəti baxımından kişi cinsindən olan hərbçi-ərizəçi qadın hərbçilərlə oxşar vəziyyətdədir. Bundan sonra hər iki cinsdən hərbçilər arasında mövcud olan fərqli rəftarın 14-cü maddə baxımından obyektiv və ağlabatan şəkildə əsaslandırılması məsələsi araşdırılmalıdır. Məhkəmə hazırki işdə silahlı qüvvələrin xüsusi məzmununun mövcudluğunu diqqətdən kənarda qoymur. Bu sahə milli təhlükəsizliklə bağlı olduğundan dövlətin maraqları baxımından da mühümdür. Dövlətlər milli təhlükəsizlik və xüsusilə də, silahlı qüvvələr ilə bağlı məsələlərdə mülahizə səlahiyyətinə malikdirlər (bax: 128-ci bənddə istinad olunan qərar). Hərbçilərin Konvensiyanın 5, 9, 10 və 11-ci bəndlərində təmin olunan hüquqlarının bəzi hallarda mülki şəxslər üçün nəzərdə tutulanandan daha böyük məhdudiyyətlərə məruz qala bilməsi faktı Məhkəmə tərəfindən daha öncədən tanınmışdır. Belə ki, 5-ci maddə ilə birgə götürülmüş 14-cü maddə baxımından Məhkəmə hesab etmişdir ki, mülki şəxslərdən fərqli olaraq, hərbçilərə hərbi intizam cəzası qismində azadlıqdan məhrum etmə cəzasının verilməsi ayrı-seçkilik baxımından Konvensiyanın pozulmasına səbəb olmur, çünki hərbi həyatın şərtləri və qaydaları mülki sistemdən fərqlidir (bax: yuxarıda istinad olunan Engel and Others, § 73). Bundan əlavə, 9-cu maddəyə əsasən Məhkəmə müşahidə etmişdir ki, dinə əsaslanan davranış və mövqelərə edilən məhdudiyyətlər, mülki şəxslərə tətbiq oluna bilməməsinə baxmayaraq, orduda mümkündür. Hərbi karyeraya davam etməyi seçən hərbi qulluqçular öz razılıqları ilə hərbi intizam sistemini və ondan irəli gələn hüquq və azadlıqların məhdudlaşdırılmasını qəbul etmişlər (bax : Kalaç, yuxarıda istinad olunan, § 28, və eləcə də, Larissis and Others v. Greece, 24 fevral 1998, §§ 50-51, Reports 1998-I). Eləcə də, 10-cu maddə ilə bağlı olan işləri tədqiq edərkən Məhkəmə bildirmişdir ki, hərbi həyatın xüsusiyyətləri, hərbi qulluqçuların « vəzifələri » və « məsuliyyəti » nəzərə alınmalıdır və həmçinin hərbi qulluqçuların öz vəzifələrinin icrası ilə bağlı olaraq, təmkinlik öhdəliyi mövcuddur (bax : Hadjianastassiou v. Greece, 16 December 1992, §§ 39 və 46, Series A no. 252, və Pasko v. Russia, no. 69519/01, § 86, 22 oktyabr 2009, hər iki işin halları silahlı qüvvələrin üzvü tərəfindən hərbi sirrin yayılması ilə bağlıdır). Məhkəmə həmçinin qeyd etmişdir ki, fikri ifadə etmək azadlığı baxımından hərbçilər və mülki şəxslər arasındakı fərqlilik 14-cü maddə altında hərbi və mülki həyatın müxtəlif şərtlərə malik olması, xüsusilə də, silahlı qüvvə üzvlərinin « vəzifələri » və « məsuliyyəti » ilə izah oluna bilər (bax : Engel and Others, yuxarıda istinad olunan, § 103). Nəhayət, qeyd etmək lazımdır ki, Konvensiyanın 11-ci maddəsinin 2-ci bəndinə müvafiq olaraq, hərbi qulluqçuların həmkarlar ittifaqları yaratmaq və onların üzvü olmaq hüquqlarına müəyyən məhdudiyyətlər qoyula bilər (bax : Demir and Baykara v. Turkey [BP], no. 34503/97, § 119, 12 noyabr 2008). Eyni zamanda Məhkəmə bildirir ki, Konvesiyanın qüvvəsi kazarmanın qapısına qədər deyil və hərbçilər, Razılığa gələn dövlətlərin yurisdiksiyasında olan hər bir fərd kimi onun müdafəsindən istifadə hüququna malikdir. Beləliklə, yerli hakimiyyət orqanları silahlı qüvvələrin xüsusi statusunu əsas gətirməklə, hərbçiləri hüquqlarından məhrum edə bilməz. Konvensiya ilə təmin olunan hüquqların məhdudlaşdırılması yalnız demokratik cəmiyyətdə zərurət testindən keçməlidir (bax : 10-cu maddəyə münasibətdə Grigoriades v. Greece, 25 noyabr 1997, §§ 45-48, Reports 1997-VII, və Vereinigung demokratischer Soldaten Österreichs and Gubi v. Austria, 19 dekabr 1994, §§ 36-40, Series A no. 302). Hərbçilərin ailə və şəxsi həyatına münasibətdə xüsusilə də, « şəxsi həyatın ən məhrəm aspektlərinə » toxunan məhdudiyyətlərə gəldikdə isə, göstərilən müdaxilənin Konvensiyanın 8-ci maddəsinin 2-ci bəndində nəzərdə tutulan tələblərə müvafiq olması üçün « xüsusi ciddi səbəblər » mövcud olmalıdır. Xüsusilə də, tətbiq edilən məhdudiyyətlər və əsasını milli təhlükəsizliyin qorunması təşkil edən legitim məqsəd arasında ağlabatan mütənasib əlaqələr mövcud olmalıdır. Oxşar məhdudiyyətlər yalnız o zaman qəbul edillir ki, silahlı qüvvələrin əməliyyat səmərəliliyinə real təhlükə olsun. Əməliyyat səmərəliliyinə risk olduğuna dair iddialar « konkret nümunələrlə əsaslandırılmış » olmalıdır (bax : Smith and Grady, yuxarıda istinad olunan, § 89, və Lustig-Prean and Beckett, cited above, § 82). Hazırki işin hallarına gəldikdə isə, Məhkəmə qeyd edir ki, Hökumət qadın və kişi hərbçilər arasında valideynlik məzuniyyətinə münasibətində mövcud olan fərqli rəftarı əsaslandırmaq üçün arqumentlər irəli sürmüşdür. Məhkəmə hər bir arqumenti ayrılıqda araşdıracaqdır. Ilkin olaraq, uşaqların təhsilinə münasibətdə qadınların xüsusi sosial roluna gəldikdə, Məhkəmə artıq Petrovic v. Austria (yuxarıda istinad olunmuş) işində bildirmişdir ki, uşaqların maarifləndirilməsində məsuliyyətin kişilər və qadınlar arasında bərabər bölüşdürülməsi istiqamətində cəmiyyətin mütərəqqi inkişafı mövcuddur. 1980-ci illərdə Avstriyada mövcud olan valideynlik məzuniyyətinin verilməsi sistemində qadınlar və kişilər arasında fərqliliyin mövcud olması 8-ci maddə ilə birgə götürülmüş 14-cü maddənin pozulmasına səbəb olmamışdı. Məhkəmə Razılığa gələn dövlətlərin hüquq sistemlərində valideynlik müavinətlərinə münasibətdə mövcud olan fərqlilikləri nəzərə almışdı. Eyni zamanda, Məhkəmə Avstriya qanunvericiliyində 1990-cı ildə edilən dəyişikliklə ataların da valideynlik məzuniyyəti əldə etməsi halını təqdirlə qarşılayır. Beləliklə, Məhkəmə qeyd etmişdir ki, Avstriya qanunvericiliyində tədricən inkişafı əks etdirən və Avropada da mütərəqqi olan qanunvericilik baxımından Avstriya hakimiyyət orqanlarını tənqid etmək mümkün deyil (Petrovic, yuxarıda istinad olunan, §§ 39-43). Məhkəmə Weller v. Hungary işində bildirmişdir ki, ataların valideynlik müavinəti almaq hüququ olmadığı halda, analar, uşağı övladlığa götürmüş valideynlər və eləcə də, qəyyumlar bu hüquqdan faydalana bildiklərinə görə, bu vəziyyət valideynlik statusu baxımında ayrı-seçkilik təşkil edir (Weller, yuxarıda istinad olunan, §§ 30-35). Beynəlxalq sənədlər və müqayisəli hüququn müvafiq elementləri (yuxarıda göstərilmiş 49-75-ci bəndlər) göstərir ki, cəmiyyətin inkişafı – Məhkəmənin Petrovic işində də göstərdiyi kimi, 1980-ci illərdə başlamışdır – o vaxtdan bəri mühüm dəyişikliyə məruz qalmışdır. Rusiya da daxil olmaqla, Avropa dövlətlərinin əksəriyyətində qanunverici mülki sistemdə çalışan kişilər üçün də qadın əməkdaşlarında olduğu kimi valideynlik məzuniyyəti nəzərdə tutur və bu hüququ yalnız qadınlar üçün nəzərdə tutan dövlətlərin sayı azlıq təşkil edir (yuxarıda 72-ci bənd). Hazırki işdə daha mühüm məqam isə, Üzv dövlətlərin əksəriyyətində kişi cinsindən olan hərbçilər üçün də qadın hərbçilər kimi valideynlik məzuniyyətinin nəzərdə tutulmasıdır (yuxarıdakı 74-cü bənd). Müasir Avropa cəmiyyətlərində uşaqların maarifləndirilməsində məsuliyyətin kişilər və qadınlar arasında bərabər bölüşdürülməsi və azyaşlı uşaqların həyatında ataların rolu istiqamətində cəmiyyətin mütərəqqi inkişafı mövcuddur. Məhkəmə bu məsələ ilə bağlı Razılığa gələn Dövlətlərin daxili hüququnda yayılmış və inkişaf edən geniş və ardıcıl fikirlərin mövcudluğunu nəzərə almaya bilməz (bax: mutatis mutandis, Smith and Grady, yuxarıda istinad olunan, § 104). Məhkəmə həmçinin, qeyd edir ki, Hökumətin istinad etdiyi pozitiv ayrı-seçkilik anlayışı yersizdir. Valideynlik məzuniyyəti hüququna münasibətdə kişi cinsindən olan hərbçilərlə qadın əməkdaşları arasında olan fərqli rəftar qadınların cəmiyyətdə qarşılaşdıqları əlverişsiz şəraiti düzəltmək və ya qadınlar və kişilər arasındakı « faktiki bərabərsizliyi » aradan qaldırmaq məqsədli hesab oluna bilməz (bax : a contrario, Stec and Others, yuxarıda istinad olunan, §§ 61 və 66). Ərizəçinin və müdaxilə edən üçüncü tərəfin istinadlarına əsaslanaraq Məhkəmə hesab edir ki, bu fərqli rəftar cinsi mənsubiyyətə əsaslanan stereotiplərin davam etməsinə səbəb olur və yalnız qadınların peşə həyatı üçün deyil, eləcə də, kişilərin ailə həyatı üçün də əlverişsiz şərait təşkil edir. Eləcə də, fərqli rəftarı əsaslandırmaq məqsədilə sözügedən dövlətdə hökm sürən adətlərə istinad yolverilməzdir. Məhkəmə artıq qeyd etmişdir ki, dövlətlər rolların cinslərarası ənənəvi bölgüsünü və cinsi mənsubiyyətlə bağlı stereotipləri əsas gətirə bilməz (127-ci bənddə istinad olunan qərar). Əlavə olaraq, Rusiya qanunvericiliyinə əsasən mülki sahədə çalışan qadınların və kişilərin valideynlik məzuniyyəti hüququnun olduğunu və yeni doğulan uşaq ilə məşğul olmaq üçün valideynlik məzuniyyəti götürmək üçün valideynlərin öz aralarında razılaşdıqlarını nəzərə alaraq, Məhkəmə silahlı qüvvələrdə çalışan qadınlar və kişilər arasında bərabərliyin təmin olunmasına rus cəmiyyətinin hazır olmadığına dair irəli sürülən iddiaları inandırıcı hesab etmir. Məhkəmə belə bir nəticəyə gəlir ki, cəmiyyətdə rolların cinslərarası ənənəvi bölgüsü silahlı qüvvələrdə çalışanlar da daxil olmaqla, kişilərin valideynlik məzuniyyəti hüququndan məhrum edilməsinin əsaslandırılması üçün kifayət deyil. Böyük Palata hesab edir ki, cinsiyyətə əsaslanan stereotiplər – uşaqlarla əsasən qadınların məşğul olduğu və kişilərin pul qazanmaq üçün çalışdığı - eləcə də, irqi, mənşəyi, dərisinin rəngi və ya cinsi oriyentasiyaya əsaslanan digər stereotiplərdə olduğu kimi sözügedən fərqli rəftarı əsaslandırmaq üçün kifayət etmir. Məhkəmə Hökumətin valideynlik məzuniyyəti hüququnun kişi cinsindən olan hərbçilərə də aid edilməsinin silahlı qüvvələrin döyüş gücünə və əməliyyat səmərəliliyinə xələl gətirəcəyini iddia etdiyi ikinci arqumentini də inandırıcı hesab etmir, çünki həmin arqumentə əsasən, orduda qadın hərbçilərin sayı nisbətən az olduğundan qadınlara valideynlik məzuniyyəti hüququnun verilməsi bu cür təhlükə təşkil etmir. Rusiya hakimiyyət orqanları üç illik valideynlik məzuniyyəti götürə bilən və ya götürmək istəyində olan kişi cinsindən olan hərbçilərin sayının müəyyənləşdirilməsi və belə məzuniyyətin hərbi əməliyyat səmərəliliyi baxımından yarada biləcəyi nəticələrin analiz edilməsi məqsədilə hər hansı araşdırma və ya statistik tədqiqat aparmamışdır. Məhkəmənin qənaətinə əsasən, Hökumətin əsaslandığı bütün kişi hərbçilərin uşaq dünyaya gətirmək yaşında olması faktı orduda qadınlar və kişilər arasındakı mübahisələndirilən fərqli rəftara haqq qazandırmaq üçün kifayət deyil. Məhkəmənin istəyi ilə Hökumət tərəfindən təqdim olunan statistika bu nəticəyə gəlməyə əsas vermir (113 və 114-cü bəndlər). Həmin statistika nə hərbçilərin ümumi sayını (hərbi müqaviləsi olanlar və çağırışçılar), nə də üç yaşından kiçik uşaqları olan kişi hərbçilərin sayını göstərmir. Bu səbəbdən, valideynlik məzuniyyətindən faydalana biləcək kişi hərbçilərin təqribi faizini hesablamaq mümkün deyil. Valideynlik məzuniyyətinə münasibətdə kişi hərbçilərin istəkləri haqqında araşdırmanın və ya bu məzuniyyətdən istifadə edən mülki əhalinin faizi haqqında statistikanın olmamasını nəzərə alaraq, bu məzuniyyətdən istifadə etmək niyyətində olan kişi hərbçilərin sayını da müəyyənləşdirmək mümkün deyil. Bu vəziyyətdəki hərbçilərin sayının çox olacağını elan edən Hökumətin bəyanatı hazırki halın Konvensiyanın sistemli pozuntusuna səbəb olmayan və ayrılıqda götürülmüş bir hal kimi mövcudluğuna əsaslanan arqumentə ziddir (118-ci bənd). Bu şərtlərdə, Məhkəmə Hökumətin silahlı qüvvələrin əməliyyat səmərəliliyinə təhlükə törətdiyini iddia etdiyi bəyanatını qəbul etmir, çünki bəyanat “konkret nümunələrlə əsaslandırılmamışdır” (bax: 137-ci bənddə göstərilən qərar). Məhkəmə Rusiya qanunvericiliyinin silahlı qüvvələrdə valideynlik məzuniyyəti ilə bağlı müddəalarının sərtliyini qeyd edir. O həmçinin, bu qanunvericiliyin kişi hərbçiləri valideynlik məzuniyyətindən məhrum etdiyi müddəalarına münasibətdə istisnaların mövcudluğuna diqqət çəkən Hökumətin təqdimatını da inandırıcı hesab etmir. Hökumət tərəfindən istinad edilən Hərbçilərin statusu haqqında Reqlamentin 32-ci maddəsinin 7-ci bəndi (yuxarıda göstərilmiş 48-ci maddə) üç aylıq xüsusi məzuniyyət nəzərdə tutur ki, bu da, üç illik valideynlik məzuniyyətindən tamamilə fərqlənir. Hazırki işlə bağlı olan Konstitusiya Məhkəməsinin qərarında göstərilir ki, xüsusi məzuniyyət normal valideynlik məzuniyyətini əvəz etmir, çünki həmin məzuniyyət kişi hərbçiyə uşağını saxlamaq və ya ordudakı karyerasını davam etdirib-etdirməmək barəsində qərar verməsi üçün nəzərdə tutulmuşdur (yuxarıdakı 34-cü bənd). Hökumətin də qeyd etdiyi Hərbçilərin statusu haqqında qanunun 10-cu maddəsinin 9-cu bəndinə gəldikdə isə, ərizəçi dövlətdaxili prosesdə bu müddəaya istinad etmişdir, lakin yerli məhkəmələr hesab etmişlər ki, bu müddəa kişi cinsindən olan hərbçiyə üç illik valideynlik məzuniyyətinin verilməsi üçün əsas ola bilməz (17-26-cı bəndlər). Konstitusiya Məhkəməsinin və yerli məhkəmələrin qərarından belə nəticə çıxır ki, rus hüququ kişi hərbçilərə üç illik valideynlik məzuniyyəti nəzərdə tutmur. Bu baxımdan Məhkəmə hətta övladları ana qayğısından məhrum olan kişi hərbçilərin belə üç illik valideynlik məzuniyyəti hüququnun olmadığını elan edən birinci instansiya məhkəməsinin qərarını və “kişi cinsindən olan hərbi personalın valideynlik məzuniyyətindən istifadəsinə icazə verilmədiyini” elan edən appelyasiya qərarını diqqətə alır (26 və 29-cu bəndlər). Məhkəmə həmçinin, ərizəçiyə müstəsna olaraq valideynlik məzuniyyəti verilməsini nəzərdə tutan hərbi hissənin qərarını sonradan qanunsuz hesab edən 8 dekabr 2006-cı il tarixli qərarını da diqqətə alır (yuxarıda 32-ci bənd). Bəzi kişi hərbçilərə verilən valideynlik məzuniyyəti hallarına münasibətdə isə, Məhkəmə bildirir ki, Hökumət tərəfindən yalnız bir nümunə təqdim olunmuşdur (yuxarıda 117-ci bənd), lakin bu nümunə daxili təcrübənin mövcudluğunu sübut etməyə kifayət etmir (bax: oxşar yanaşma üçün Kozhokar v. Russia, no. 33099/08, § 93, 16 dekabr 2010, və Horvat v. Croatia, no. 51585/99, § 44, AİHM 2001-VIII). Hökumət tərəfindən istinad olunan digər hallar polislərə verilən valideynlik məzuniyyətini əhatə etdiyindən hazırki işin halları ilə müvafiq deyil. Buna görə də, Məhkəmə hesab edir ki, Hökumət tərəfindən istinad olunan istisna halların reallıqda tətbiq olunduğuna və ya xüsusi vəziyyət bunu tələb etdiyi halda kişi hərbçilərə valideynlik məzuniyyətinin verilməsi zamanı halların ayrı-ayrılıqda qiymətləndirilməsinin mümkünlüyünə dair inandırıcı sübutlar təqdim olunmamışdır. Bununla əlaqədar, milli təhlükəsizlik baxımından ordunun əhəmiyyəti nəzərə alınaraq, valideynlik məzuniyyəti hüquqlarına ayrı-seçkilik olmadan məhdududiyyətlər qoyulması mümkündür. Məhkəmə hesab edir ki, əsasını milli təhlükəsizliyin təşkil etdiyi legitim məqsədə nail olmaq üçün valideynlik məzuniyyəti hüququnu yalnız qadın hərbçilər üçün nəzərdə tutmaqla, digər bütün kişi hərbçiləri bu hüquqdan məhrum etməkdən daha başqa vasitələr də tapmaq mümkündür. Faktiki olaraq, əksər Üzv dövlətlərdə hər iki cinsə mənsub olan hərbçilər üçün valideynlik məzuniyyəti hüququ nəzərdə tutulmuşdur (yuxarıda 74-cü bənd). Eləcə də, Məhkəmə Hollandiya, Almaniya və Birləşmiş Krallıq kimi ölkələrdə qüvvədə olan valideynlik məzuniyyəti ilə bağlı olan hüquqi müddəaları xüsusilə diqqətə alır (yuxarıda bənd 75). Bu nümunələr göstərir ki, hər iki cinsdən olan hərbçilər üçün valideynlik məzuniyyəti sahəsində bərabər rəftarı təmin etməklə, ordunun əməliyyat səmərəliliyinə münasibətdə mövcud olan əsaslı narahatlığın həlli yolları mövcuddur. Məhkəmə bildirir ki, Beynəlxalq Əmək Təşkilatının Əmək və Məşğulluq sahəsində ayrı seçkiliyə dair C111 saylı Konvensiyanın 1-ci maddəsinə əsasən müəyyən bir iş üçün tələb olunan keyfiyyətlərə münasibətdə fərqləndirmə, istisna etmə yaxud üstünlük vermə ayrı-seçkilik hesab olunmur (yuxarıda 52-ci bənd). Bununla belə, Məhkəmə valideynlik hüququndan məhrum etmənin orduda xidmət üçün tələb olunan keyfiyyət baxımından əsaslandırıla bilməsini inandırıcı hesab etmir. Həmçinin, sözügedən istisna yalnız kişi cinsindən olan hərbçiləri əhatə edir və qadın hərbçilər valideynlik məzuniyyəti hüququna malikdirlər. Eyni zamanda Məhkəmə hesab edir ki, hərbi xüsusi tələblər nəzərə alınaraq, iyerarxik mövqeyi, texniki bacarıqlarının nadirliyi və ya yerində hərbi əməliyyatlarda iştirakı səbəbindən asanlıqla əvəz oluna bilməyən qadın və ya kişi hərbçilərin valideynlik məzuniyyətindən məhrum edilməsi halı əsaslandırıla bilər. Rusiyada, əksinə olaraq, valideynlik məzuniyyəti hüququnun verilməsi hərbi heyət üzvlərinin cinsiyyətindən asılıdır. Yalnız kişi cinsindən olan hərbçiləri valideynlik məzuniyyətindən məhrum etməklə, sözügedən müddaə ordudakı mövqeyindən, əvəz edilmə mümkünlüyündən və ya şəxsi vəziyyətindən asılı olmayaraq, avtomatik olaraq bütün kişi hərbçilərə aid edildiyindən ümumi məhdudiyyət hesab olunur. Cinsi mənsubiyyətə əsaslanaraq bir qrup insana tətbiq olunan bu cür ümumi və avtomatik məhdudiyyət mülahizə səlahiyyətinin çərçivəsindən çıxmışdır və 14-cü maddəyə zidd hesab olunmalıdır. Məhkəmə hesab edir ki, kəşfiyyat sahəsində radio operatoru olan ərizəçi öz vəzifəsində həm kişi, həm də qadın hərbçilər tərəfindən əvəz oluna bilərdi. Bu baxımdan qeyd etmək zəruridir ki, ərizəçinin hərbi hissəsində oxşar vəzifələrlə adətən qadın hərbçilər məşğul olmuşlar və o özü də əksər vaxtlarda qadın hərbçilər tərəfindən əvəz olunmuşdur (yuxarıda 11-ci bənd). Bununla belə, sözügedən qadın hərbçilərin heç bir şərt olmadan üç illik valideynlik məzuniyyəti hüququ olmuşdur. Ərizəçinin isə, kişi cinsinə mənsub olması səbəbindən bu hüququ olmamışdır. Beləliklə, ərizəçi cinsi mənsubiyyətə əsaslanan ayrı-seçkiliyə məruz qalmışdır. Nəhayət, Ərizəçinin orduda xidmət etmək öhdəliyi götürdüyü andan cinsi ayrı-seçkiliyə məruz qalmamaq hüququndan imtina etdiyini göstərən Hökumətin arqumentinə münasibətdə, Məhkəmə elan edir ki, cinsi ayrı-seçkiliyin qadağan edilməsinin mühüm əhəmiyyət kəsb etdiyini nəzərə alaraq, cinsi ayrı-seçkiliyə məruz qalmamaq hüququndan hər hansı formada imtina edilməsi qəbul edilə bilməz, əks halda bu, mühüm ictimai marağa zidd olardı (bax : irqi ayrı seçkiliyə münasibətdə oxşar yanaşma üçün D.H. and Others v. the Czech Republic [BP], no. 57325/00, § 204, AİHM 2007-IV). Məhkəmə hesab edir ki, qadın hərbçilər valideynlik məzuniyyəti hüququna malik olduqları halda, kişi cinsindən olan hərbçilərin bu hüquqdan məhrum edilməsi ağlabatan və obyektiv səbəblərlə əsaslandırılmış hesab edilə bilməz. Məhkəmə belə nəticəyə gəlir ki, ərizəçinin məruz qaldığı olduğu fərqli rəftar cini mənsubisiyyətə əsaslanan ayrı-seçkilikdir. Beləliklə, 8-ci maddə ilə birgə götürülmüş halda 14-cü maddənin tələbləri pozulmuşdur.
KONVENSİYANIN 34-CÜ MADDƏSİNİN İDDİA EDİLƏN POZUNTUSU
Ərizəçi iddia edir ki, Prokurorun Böyük Palatanın iclasından az əvvəl onun evinə gəlməsi Konvensiyanın 34-cü maddəsində nəzərdə tutulmuş fərdi şikayət vermə hüququnun həyata keçirilməsinə maneə təşkil edir. Həmin maddədə deyilir:
“Məhkəmə istənilən fiziki şəxsdən, qeyri-hökumət təşkilatından və ya ayrı-ayrı şəxslər qrupundan, Razılığa gələn Yüksək Tərəflərdən birinin onun bu Konvensiya və ya onun Protokolları ilə tanınmış hüquqlarını pozmasının qurbanı olduğunu iddia edən şikayətlər qəbul edə bilər. Razılığa gələn Yüksək Tərəflər bu hüququn səmərəli həyata keçirilməsinə heç bir yolla mane olmamağı öhdələrinə götürürlər”.
Tərəflərin təqdimatları
Ərizəçi
Ərizəçi Prokurorun onun evinə gəlməsi üçün heç bir səbəb olmadığını qeyd edir. Ilkin olaraq, ərizəçi keçmiş həyat yoldaşı ilə yenidən evlənməsi və dördüncü uşağının dünyaya gəlməsi faktını yerli hakimiyyət orqanlarından gizləməmişdir. Əksinə olaraq, o bu barədə hərbi hissənin rəhbərini məlumatlandırmışdır. O hesab edir ki, əlavə məlumat almaq zərurəti yaranmışdısa, onu Prokurorun yanına çağıra bilərdilər. Lakin bu hal müşahidə olunmamışdır. Onun ünvanına çağırışlar göndərildiyinə dair Hökumətin təqdimatı isə sübut olunmamışdır. Bundan əlavə, daxili qanunvericilikdə gecə ziyarəti qadağan olunmuşdur. Ərizəçinin fikrincə, Prokurorun gecə vaxtı onun evinə gəlməsinin yeganə məqsədi Böyük Palatanın məhkəmə iclasından əvvəl onun üzərində təzyiq yaratmaq istəyi olmuşdur ki, bu da 34-cü maddə ilə qadağan olunmuşdur (bax: Popov v. Russia, no. 26853/04, § 249, 13 iyul 2006; Fedotova v. Russia, no. 73225/01, § 51, 13 aprel 2006; Knyazev v. Russia, no. 25948/05, § 115, 8 noyabr 2007; və Ryabov v. Russia, no. 3896/04, § 59, 31 yanvar 2008). Faktiki olaraq, Ərizəçi və onun ailəsi təzyiq və qorxu yaşamışlar. Prokurorun gəlişi ilə bağlı olaraq faktları təhrif etdiyinə dair (yuxarıda 157-ci bənd) Hökumətin bəyanatına münasibətdə Ərizəçi bildirir ki, onun təqdimatının ingilis dili versiyasında qaynanası və qaynatasının yaşı səhv göstərilmişdir (rus versiyasında səhv yoxdur). O həmçinin təqdim etdiyi digər bütün məlumatların doğru olduğunu təkidlə bildirir. Ərizəçi bildirir ki, Hökumət onun arqumentələrini zəiflətmək məqsədilə nüfuzdan salmağa çalışır.
Hökumət
Hökumət təsdiqləyir ki, 31 mart 2010-ci il saat 21:00-da Prokuror ərizəçinin evinə getmişdir. Bununla belə, bu ziyarətin məqsədi Ərizəçini qorxutmaq olmamış, əksinə onun vəziyyəti, həyat yoldaşı və uşaqları ilə birgə yaşadıqları yer və ananın aliment öhdəliyi barəsində məlumat almaq olmuşdur. Prokuror 30 və 31 Mart 2011-ci il tarixlərində Ərizəçiyə çağırışlar etmişdir. Müəyyən olunmuş tarixlərdə gəlmədiyinə görə, prokuror onun evinə getməyə məcbur olmuşdur. Bununla belə, Ərizəçi prokurorun suallarına cavab verməkdən boyun qaçırmış və dövlət orqanlarına münasibətdə hörmətsizlik etmişdir. Nəticədə, Hökumət bildirir ki, Rusiya hakimiyyət orqanları Ərizəçinin fərdi şikayət vermə hüququnun həyata keçirilməsinə mane olmamışdır. Nəticə etibarilə, Hökumət şikayət vermə hüququndan sui-istifadəyə münasibətdə bildirir ki, Ərizəçi faktları şişirtmiş və təhrif etmişdir. Eləcə də, onun göstərdiyi kimi, Prokurorun ziyarəti saat 22-də deyil, 21-də olmuşdur. Ərizəçi eləcə də, öz qaynanası və qaynatasının yaşı barəsində də yalan məlumat vermişdir.
Məhkəmənin qiymətləndirməsi
Məhkəmə bir daha bildirir ki, Konvensiyanın 34-cü maddəsi əsasında təsis edilən fərdi şikayət sisteminin səmərəliliyi üçün olduqca vacibdir ki, ərizəçilər və ya potensial ərizəçilər şikayətlərini geri götürməyə və ya dəyişdirməyə məcbur edilmək məqsədilə hakimiyyət orqanları tərəfindən hər hansı formada təzyiq olmadan Məhkəmə ilə sərbəst ünsiyyətdə ola bilsinlər (bax: Akdivar and Others v. Turkey, 16 sentyabr 1996, § 105, Reports 1996-IV, və Aksoy v. Turkey, 18 dekabr 1996, § 105, Reports 1996-VI). Bu baxımdan, « təzyiq » ifadəsi təkcə birbaşa məcburiyyət və ya kobudcasına təhdid aktlarını deyil, həm də ərizəçiləri Konvensiyada nəzərdə tutulmuş hüquqi müdafiə vasitəsinə müraciəti sonadək davam etdirməkdən daşındırmaq və ya çəkindirmək məqsədi daşıyan hüquqa zidd dolayı aktları və ya təmasları əhatə edən ifadə kimi başa düşülməlidir (bax : Kurt v. Turkey, 25 May 1998, § 159, Reports 1998-III). Bundan başqa, hakimiyyət orqanları ilə ərizəçi arasındakı təmasların 34-cü maddə baxımından yolverilməz praktika təşkil edib-etməməsi məsələsi hər bir işin konkret hallarının işığında həll edilməlidir. Bununla əlaqədar olaraq Məhkəmə şikayətçinin əlverişsiz vəziyyətini və hakimiyyət orqanlarının təsirinə məruz qala bilməsi riskini qiymətləndirməlidir (bax : Akdivar and Others, yuxarıda istinad olunan, § 105, və Kurt, § 160). Ərizəçi ilə Strasburq proseduru baxımından rəsmi sorğu olmasa belə, « məlumat almaq xarakterli müsahibə » də təhdid forması hesab oluna bilər (bax : a contrario, Sisojeva and Others v. Latvia [BP], no. 60654/00, §§ 117 et seq., AİHM 2007-I). Məhkəmə dəfələrlə qeyd etmişdir ki, cavabdeh dövlətin hakimiyyət orqanları ilə ərizəçi arasındakı müraciət etdiyi işlə bağlı təmaslar yolverilməzdir (bax : yuxarıda istinad olunan qərarlar Ryabov v. Russia, §§ 59-65; Fedotova, § 51; Akdeniz and Others v. Turkey, no. 23954/94, §§ 118-121, 31 May 2001; Assenov and Others v. Bulgaria, 28 Oktyabr 1998, §§ 169-171, Reports 1998-VIII; və Ergi v. Turkey, 28 İyul 1998, § 105, Reports 1998-IV). Əgər hər hansı dövlətin fərdi şikayət vermə hüququndan sui istifadə olunduğuna dair düşüncələri varsa, bu barədə Məhkəməyə xəbərdarlıq etməli və şübhələrini bildirməlidir. Yerli hakimiyyət orqanları tərəfindən sorğu-sual olunmaq da ərizəçi tərəfindən qorxutmaq cəhdi kimi təfsir oluna bilər (bax : Tanrıkulu v. Turkey [BP], no. 23763/94, §§ 131-133, AİHM 1999-IV). Eyni zamanda, Məhkəmə yenidən təsdiq edir ki, icraatında olan məsələ ilə bağlı hakimiyyət orqanları tərəfindən aparılan bütün istintaq tədbirləri « hədə-qorxu » olaraq qiymətləndirilə bilməz. Məsələn, ortaq razılığa gəlmək məqsədilə hakimiyyət orqanları ilə ərizəçi arasındakı təmaslar məhkəməyə müraciət hüququna bir şərtlə mane olmur ki, danışıqlar çərçivəsində Dövlət tərəfindən görülən tədbirlərdə təzyiq, hədə-qorxu və məcburiyyət olmasın (bax : Yevgeniy Alekseyenko v. Russia, no. 41833/04, §§ 168-174, 27 Yanvar 2011). Ərizəçinin şikayət etdiyi işin halları üzrə cavabdeh dövlətin hakimiyyət orqanları tərəfindən sorğu-sual edilməsilə bağlı olan digər işlərdə Məhkəmə, təzyiq və hədə-qorxu aktlarına dair sübutun olmaması halında Ərizəçinin şikayət vermə hüququna əngəl olmadığını qeyd etmişdir (bax : Manoussos v. the Czech Republic and Germany, no. 46468/99, 9 İyul 2002, və Matyar v. Turkey, no. 23423/94, §§ 158-159, 21 Fevral 2002). Hazırki işin hallarına gəldikdə isə, Məhkəmə müşahidə edir ki, yerli hərbi prokurorluqdan səlahiyyətli bir şəxs Ərizəçini evində 31 mart 2011-ci ildə axşam ziyarət etmişdir. O qeyd etmişdir ki, Rusiya Federasiyasının İnsan hüquqları Məhkəməsi yanında Nümayəndəsinin istəyi ilə istintaq aparmışdır. Həmin səlahiyyətli şəxs Ərizəçiyə ailə həyatı barəsində suallar vermiş və sənədlər təqdim etməsini istəmişdir; təqribən bir saat ərizəçinin evində qalmış və yalnız Ərizəçinin onun suallarına artıq cavab verməyəcəyinə dair tərtib edib imzaladığı bəyannaməni aldıqdan sonra getmişdir. Məhkəmə elan edir ki, Ərizəçi və onun ailəsi prokurorun ziyarəti səbəbindən təzyiq və qorxu hissləri keçirmişlər. Bununla belə, bu ziyarətin məqsədi Hökumətin Məhkəməyə təqdim etmək üçün hazırladığı bəyanatında Ərizəçinin ailə həyatı haqqında məlumatlar qeyd etmək olmuşdur (yuxarıda göstərilən 41 və 156-cı bəndlər) - və bu baxımdan Ərizəçini öz şikayətini geri götürməyə və ya dəyişdirməyə məcbur etmək, və ya istənilən digər üsullarla fərdi şikayət etmə hüququnun həyata keçirilməsinə maneçilik törətmək olduğuna dair əsaslar mövcud deyil. Cavabdeh dövlətin hakimiyyət orqanları Ərizəçinin fərdi şikayət etmə hüququnu həyata keçirilməsinə maneçilik törətmiş hesab edilə bilməz. Bununla da, cavabdeh dövlət Konvensiyanın 34-cü maddəsindən irəli gələn öhdəliklərini pozmamışdır.
KONVENSİYANIN 41-Cİ MADDƏSİNİN TƏTBİQİ
Konvensiyanın 41-ci maddəsində aşağıdakılar nəzərdə tutulur:
“Əgər Məhkəmə Konvensiyanın və ona dair Protokolların müddəalarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, Məhkəmə zəruri halda, zərərçəkən tərəfə ədalətli təzminatın ödənilməsini təyin edir.”
Zərər
Ərizəçi dəymiş mənəvi ziyana görə 400 000 Avro (EUR) tələb edir. O, maddi ziyan üçün 59 855,12 rus rublu (RUB) məbləğində vəsaitin ödənilməsini xahiş edir ki, bu məbləğ də təqribən ona işdə olmaması səbəbiylə verilən intizam cəzaları müddətində almalı olduğu mükafatların məbləğinə uyğun gəlir. Hökumət hesab edir ki, Ərizəçinin dəymiş maddi ziyana görə olan tələbi heç bir sənədlə əsaslandırılmamışdır. Eləcə də, bildirir ki, Ərizəçi uşağının dünyaya gəlməsindən əvvəlki müddətdə intizam cəzasına məruz qalmışdır. Hökumət əlavə edir ki, Ərizəçi itirdiyini iddia etdiyindən daha yüksək məbləğdə maliyyə yardımı almışdır. Dəymiş mənəvi ziyana görə tələb olunan məbləği isə həddindən artıq hesab edir. Valideynlik məzuniyyəti və maliyyə yardımı aldığı nəzərə alınaraq, Ərizəçi Konvensiyanın iddia edilən pozuntusu ilə bağlı heç bir narahatlıq yaşamamışdır. Məhkəmə müşahidə edir ki, Ərizəçi tələb etdiyi maddi ziyanı əsaslandıran heç bir sənəd təqdim etməmişdir. Bu səbəbdən, onun bu tələbini rədd edir. Mənəvi ziyana münasibətdə isə, bildirir ki, Ərizəçi məruz qaldığı cinsi ayrı seçkilik səbəbiylə əziyyətə və məyusluğa düçar olmuşdur. Ədalətli qiymətləndirmə apararaq, Məhkəmə Ərizəçiyə bu məbləğdən tutulan biləcək vergi miqdarı da əlavə olunmaqla 3 000 EUR təzminat verilməsini uyğun hesab edir.
Xərclər və məsrəflər
Hüquqi xərclər müqaviləsinə əsaslanaraq, Ərizəçi Böyük Palata qarşısında çəkdiyi 5 000 EUR məbləğindəki xərc və məsrəflərin ödənilməsini tələb etmişdir. Hökumət bu məbləği həddindən artıq hesab edir : ərizəçi hüquqi yardım alsa da, sözügedən işin halları mürəkkəb olmadığından nümayəndələrdən çox iş tələb olunmamışdır. Əlavə olaraq, sözügedən razılaşmaya əsasən, Ərizəçi öz nümayəndələrinə 160 000 RUB, təqribən 4 000 Avro məbləğində ödəniş etməlidir. Məhkəmə təcrübəsinə əsaslanaraq, Ərizəçinin xərcləri və məsrəfləri geri ödənilir bir şərtlə ki, həmin xərclər həqiqətən çəkilmişdir, zərurətdən irəli gəlir və ağlabatan məbləğdədir. Hazırki işdə, əldə etdiyi sənədlərə və Ərizəçinin hüquqi yardım üçün almış olduğu məbləğə əsasən, Məhkəmə Ərizəçiyə 3 150 EUR məbləğdə kompensasiya, üstəlik də bu məbləğdən tutula biləcək vergi miqdarını da əlavə edərək təyin edir.
C. Ödəmənin gecikdirilməsi zamanı faiz dərəcəsi
172. Məhkəmə ödənilməsi gecikdirilən məbləğə görə faiz dərəcəsinin Avropa Mərkəzi Bankının illik son faiz dərəcəsinə uyğun olaraq hesablanmasını və bura üç faiz əlavə edilməsini məqbul hesab edir.
YUXARIDAKILARI NƏZƏRƏ ALARAQ, MƏHKƏMƏ
Hökumətin ilkin etirazlarını rədd edir (1 səsə qarşı 16 səs) ;
Elan edir ki, Konvensiyanın 8-ci maddəsi ilə birgə götürülmüş 14-cü maddəsi pozulmuşdur (1 səsə qaşı 16 səs) ;
Elan edir ki, cavabdeh dövlət Konvensiyanın 34-cü maddəsindən irəli gələn öhdəliklərini pozmamışdır (3 səsə qarşı 14 səs) ;
Elan edir ki,
a) cavabdeh Hökumət üç ay ərzində ərizəçilərə aşağıda qeyd olunan vəsaiti ödəmənin həyata keçirilməsi zamanı mövcud olan məzənnəyə uyğun olaraq, rus Rublunda ödəməlidir :Mənəvi ziyana görə 3 000 EUR (üç min avro), həmin məbləğdən ödənilməli olan bütün növ vergilərin məbləği ;Məsrəflər və xərclərə görə, 3 150 EUR (üç min yüz əlli avro), həmin məbləğdən ödənilməli olan bütün növ vergilərin məbləği ;
b) yuxarıda qeyd edilən üç ayın keçməsindən sonra ödəmənin həyata keçirilməsinə qədər gecikdirilən müddət üçün yuxarıda göstərilən məbləğdən Avropa Mərkəzi Bankının illik son faiz dərəcəsinə uyğun olaraq faizlər ödənilməli və buna üç faiz də əlavə edilməlidir ;
Ərizəçilərin ədalətli kompensasiya tələbini rədd edir.
Qərar fransız və ingili dillərində tərtib edilmiş və 2012-ci il martın 22-də Strasburgdakı İnsan Hüquqları Sarayında keçirilmiş açıq məhkəmə iclasında elan edilmişdir.
Johan Callewaert Nicolas Bratza
Katib müaviniSədr
Hazırki qətnaməyə, Konvensiyanın 45-ci maddəsinin 2-ci bəndi və Məhkəmə Reqlamentinin 74-cü qaydasının 2-ci bəndinə uyğun olaraq, aşağıdakı rəylər əlavə olunur :
- Hakim Pinto de Albuquerquenin qismən razılaşma, qismən fərqli rəyi ;
- Hakim Kalaydjievanın qismən fərqli rəyi ;
- Hakim Nußberger, Hakim Fedorovanın da qoşulduğu qismən fərqli rəyləri ;
- Hakim Popovićin qismən fərqli rəyi ;
N.B.
J.C.
Ayrıca rəylər tərcümə olunmamışdır, lakin qətnamənin Məhkəmənin HUDOC məlumat bazasındakı ingiliscə və ya fransızca olmaqla, rəsmi versiyalarında onları oxumaq olar.
©Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2013
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə və onun keyfiyyətinə görə heç bir məsuliyyət daşımır. Tərcüməni Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnu təşkil edən işlərin daxil olduğu HUDOC məlumat bazasından () və ya Məhkəmənin razılığı ilə yerləşdirilən istənilən digər məlumat bazasından yükləmək olar. Tərcüməni qeyri-kommersiya məqsədlərilə bu şərtlə yenidən nəşr etmək mümkündür ki, məhkəmə işinin tam adı, yuxarıda göstərilmiş müəllif hüququna dair qeyd və Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fonduna istinad göstərilsin. Tərcümənin hər hansı bir hissəsindən kommersiya məqsədi ilə istifadə etmək nəzərdə tutularsa, bu ünvana müraciət etmənizi xahiş edirik publishing@.
© Council of Europe/European Court of Human Rights, 2013.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2013
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante: publishing@.
Full & Egal Universal Law Academy