© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil. Əlavə məlumat üçün sənədin sonunda müəllif hüquqları haqqında qeydə baxın.
© Council of Europe/European Court of Human Rights, 2012. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
Korbeli Macarıstana qarşı [Böyük Palata] (Korbely v. Hungary [GC]), ərizə № 9174/02
19.09.2008-ci il tarixli qərar [Böyük Palata]
Maddə 7
7-ci maddənin 1-ci bəndi
Heç kəs törədildiyi zaman cinayət sayılmayan əmələ görə cinayət törətməkdə təqsirli hesab edilə bilməz (nullum crimen sine lege)
Törədildiyi zaman müvafiq beynəlxalq hüquq normalarına əsasən cinayət sayılmayan hərəkətə görə məhkum olunma: pozuntu baş verib
Faktlar – Ərizəçi istefada olan hərbçidir. 1994-cü ildə o, Tata şəhərində 1956-cı ildə baş vermiş qiyamın yatırılmasında iştirak etməkdə ittiham olundu. İttihamlara əsasən, kapitan rütbəsi daşıyan ərizəçi tabeliyində olan 15 nəfərlik bölmə ilə birlikdə polis bölməsinin binasına nəzarəti bərpa etmək (binanı qiyamçılar tərəfindən ələ keçirmişdilər) vəzifəsini yerinə yetirərkən mülki şəxslərə atəş açmış və tabeliyində olan şəxslərə də əmri vermişdi ki, atəş açsınlar. Daxili məhkəmələrin qənaətinə görə, silahlar təhvil verilməklə təslim olmaq barədə əmrin ardınca qiyamın iştirakçılarından birinin cibindən tapança çıxarması nəticəsində baş vermiş insident zamanı bir neçə şəxs ölmüş və ya yaralanmışdı.
Birinci instansiya məhkəməsi əvvəlcə cinayət işinə xitam verərək belə əsas gətirdi ki, ərizəçinin ittiham edildiyi cinayətlər bəşəriyyət əleyhinə cinayətlər deyil, adamöldürmə və adamöldürməyə təhrik etmə əməlləri idi, buna görə də onun cinayət məsuliyyətinə cəlb olunması üçün qanunla nəzərdə tutulmuş müddət ötmüşdü. Lakin son nəticədə ərizəçi bəşəriyyət əleyhinə cinayətə (kütləvi qətllərə) görə 1949-cu il tarixli Cenevrə Konvensiyasının 3-cü maddəsinin 1-ci bəndi əsasında məhkum edildi və beş il müddətinə azadlıqdan məhrumetmə cəzası aldı. Cəza müddətinin bir hissəsini çəkdikdən sonra ərizəçi şərti azadlığa buraxıldı. O, Avropa Məhkəməsinə şikayətində bildirdi ki, törədildiyi zaman cinayət satılmayan əmələ görə məhkum olunub.
Hüquqi məsələlər – Məhkəmə müəyyənləşdirməlidir ki, törədildiyi zaman ərizəçinin əməli milli və beynəlxalq hüquq normalarında kifayət qədər aydın və dəqiq şəkildə müəyyən edilmiş cinayət təşkil edirdimi? Ərizəçi Macarıstan məhkəmələrinin bəşəriyyət əleyhinə cinayət hesab etdikləri kütləvi qətllərə görə məhkum edilərək Cenevrə konvensiyaları əsasında cəzalandırılmışdı. Ərizəçinin məhkum edilməsi yalnız beynəlxalq hüquq normalarına əsaslanmışdı. Cenevrə konvensiyalarının müddəaları aydınlıq tələbinə cavab verdiyinə görə Avropa Məhkəməsi onların dəqiqliyi məsələsini araşdırmağa keçdi. Bu məsələni araşdırarkən o, aşağıdakıları nəzərdən keçirdi: birincisi, ərizəçinin əməli 1956-cı ildə bəşəriyyət əleyhinə cinayət anlayışına verilən şərh baxımından həmin dövrdə bu cür cinayətə bərabər sayıla bilərdimi; və ikincisi, əsaslı olaraq iddia etmək olarmı ki, ərizəçinin əməlinin qurbanı "hərbi əməliyyatlarda birbaşa iştirak etməyib"?
a) Ərizəçinin əməli bəşəriyyət əleyhinə cinayətə bərabər sayıla bilərdimi? Dörd Cenevrə konvensiyasının hamısı üçün ümumi olan 3-cü maddə şəxsin bəşəriyyət əleyhinə cinayətə görə məhkum olunması üçün əsas təşkil edə bilər, lakin bunun üçün digər elementlərin mövcud olması da zəruridir. Bu tələb ümumi 3-cü maddədən deyil, həmin dövrdə bəşəriyyət əleyhinə cinayətin tərkib elementlərinin beynəlxalq hüquqi xarakterindən irəli gəlir. Bu elementlərin müəyyən bir qismi bu məsələ üçün əhəmiyyət kəsb edir, xüsusən belə bir tələb mühüm əhəmiyyət daşıyır ki, hər hansı cinayətin bəşəriyyət əleyhinə cinayət sayılması üçün həmin cinayət ayrıca və ya təsadüfi əməl kimi baş verməməli, "dövlətin fəaliyyət və ya siyasətinin", yaxud mülki əhaliyə qarşı geniş miqyaslı və sistematik hücumların tərkib hissəsini təşkil etməlidir. Lakin daxili məhkəmələr ümumən 3-cü maddənin sözügedən qiyamın iştirakçılarına şamil olunub-olunmadığını araşdırmaqla kifayətləniblər və törədilmiş qətlin bəşəriyyət əleyhinə cinayət sayıla bilməsi üçün zəruri olan əlavə meyarlara cavab verib-vermədiyini, konkret olaraq dövlətin fəaliyyətinin və ya siyasətinin, yaxud mülki əhaliyə qarşı geniş miqyaslı və sistematik hücumların tərkib hissəsini təşkil edib-etmədiyini araşdırmayıblar. Ali Məhkəmə mərkəzi hakimiyyət orqanlarının faktiki olaraq mülki əhaliyə qarşı mübarizə apardıqlarını müəyyən etsə də, ərizəçinin əməlinin dövlətin siyasətinin tərkib hissəsi olub-olmadığını araşdırmayıb. Beləliklə, ərizəçinin işində bəşəriyyət əleyhinə cinayətin tərkib elementlərinin olub-olmadığı barədə sual açıq qalıb.
b) Əsaslı olaraq iddia etmək olarmı ki, ərizəçinin əməlinin qurbanı hərbi əməliyyatlarda birbaşa iştirak etməyib? Ərizəçinin məhkum olunması belə bir qənaətə əsaslanmışdı ki, zərərçəkənlərdən birinə ümumi 3-cü maddənin müddəaları şamil olunurdu, çünki o, "döyüşçü" deyildi. Bu maddədə nəzərdə tutulan müdafiə hərbi əməliyyatlarda birbaşa iştirak etməyən şəxslərə, o cümlədən silahlı qüvvələrin artıq silahı yerə qoyub təslim olmuş üzvlərinə şamil olunurdu. Qətlə yetirilmiş şəxs, şübhəsiz ki, hərbi əməliyyatlarda aktiv iştirak etmişdi, çünki zorakılıq hərəkətləri törədən, polis bölməsinin binasını tutan və bölmənin əməkdaşlarının silahlarını ələ keçirən ş silahlı qiyamçılar qrupunun rəhbəri idi. Beləliklə, sual ondan ibarət idi ki, o, silahını yerə qoyub təslim olmuşdumu? Daxili məhkəmələr onun gizli şəkildə tapança gəzdirdiyini və təslim olmaq niyyətini birbaşa və birmənalı şəkildə bildirmədiyini sübuta yetirilmiş hesab etdilər. Əksinə, o, naməlum niyyətlərlə tapançasını çıxarmazdan əvvəl ərizəçi ilə kəskin mübahisəyə girmişdi. Məhz tapançanı çıxardığı zaman ona atəş açılmışdı. Beləliklə, həmin dövrdə qüvvədə olan və hamılıqla tanınan beynəlxalq hüquq normalarını nəzərə alaraq, Məhkəmə əmin deyil ki, zərərçəkəni ümumi 3-cü maddədə nəzərdə tutulan mənada silahı yerə qoymuş şəxs, yaxud "döyüşçü" kateqoriyasına aid olmayan şəxs hesab etmək olardı. Müvafiq olaraq, ərizəçinin hərəkətlərinin beynəlxalq hüquqda nəzərdə tutulmuş bəşəriyyət əleyhinə cinayət təşkil etdiyini öncədən görmək mümkün deyildi.
Nəticə: pozuntu baş verib (altı səsə qarşı on bir səslə).
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012.
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil; eyni zamanda, Məhkəmə tərcümənin keyfiyyəti ilə bağlı heç bir məsuliyyət daşımır. Tərcümə Avropa İnsan Hüquqları Məhkəməsi HUDOC presedent hüququ bazası () və ya Məhkəmənin onu bölüşmüş olduğu hər hansı digər məlumat bazasından yüklənə bilər. Bu tərcümə qeyri-kommersiya məqsədləri üçün istifadə oluna bilər; bu halda işin tam adına, habelə yuxarıda göstərilən müəllif hüquqları haqqında qeydə və İnsan Hüquqları Etimad Fonduna istinad edilməlidir. Bu tərcümənin hər hansı bir hissəsinin kommersiya məqsədləri ilə istifadə edilməsi üçün publishing@ ilə əlaqə saxlayın.
© Council of Europe/European Court of Human Rights, 2012.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012.
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante : publishing@
Full & Egal Universal Law Academy