DÖRDÜNCÜ SEKSİYA
KÖRTVÉLYESSY MACARISTANA qarşı
(Ərizəno. 7871/10)
QƏRAR
STRASBURQ
5 aprel 2016-cı il
QƏTİ
05/07/2016
Bu qərar Konvensiyanın 44-cü maddəsinin 2-ci bəndinə əsasən qətidir. Ona redaktə xarakterli dəyişikliklər edilə bilər.
Körtvélyessy Macarıstana qarşı işində,
Avropa İnsan Hüquqları Məhkəməsi (Dördüncü Seksiya):
Vincent A. De Gaetano,Sədr,
András Sajó,
Boštjan M. Zupančič,
Paulo Pinto de Albuquerque,
Krzysztof Wojtyczek,
Egidijus Kūris,
Gabriele Kucsko-Stadlmayer, hakimlər,
və Seksiya KatibiFrançoise Elens-Passosdan ibarət tərkibdə,
15 mart 2016-cı ildə qapalı məşvərət edərək,
Həmin tarixdə aşağıdakı qərarı qəbul edir:
PROSEDUR
1. Hazırki iş, İnsan Hüquqları və Əsas Azadlıqları haqqında Konvensiyanın (“Konvensiya”) 34-cü maddəsinə əsasən 3 fevral 2010-cu ildə, Macarıstan vətəndaşı Cənab Zoltán Körtvélyessy (“ərizəçi”) tərəfindən Macarıstana qarşı göndərilmiş ərizə (no. 7871/10) əsasında başlanmışdır.
2. ƏrizəçiBudapeştdə fəaliyyət göstərən hüquqşünas CənabT. Gaudi-Nagy tərəfindən təmsil olunmuşdur. Macarıstan Hökuməti (“Hökumət”) Agenti, Ədliyyə Nazirliyindən CənabZ. Tallódi tərəfindən təmsil olunmuşdur.
3. ƏrizəçiKonvensiyanın 11-ci maddəsi və başqa müddəalarına əsaslanaraq şikayət edirlər ki, dövlət orqanları onun təşkil etdiyi siyasi nümayişi əsaslandırılmamış şəkildə qadağan etmişlər.
4. 30 yanvar 2015-ci ildə ərizə Hökumətə kommunikasiya edilmişdir.
FAKTLAR
İŞİN HALLARI
5. Ərizəçi1965-ci ildə anadan olmuşdur və Budapeştdə yaşayır.
6. O“milli radikalizmin təqib edilməsinə”nə etiraz etmək üçün nümayiş təşkil etmək istəyirdi. Nümayiş 15 avqust 2009-cu il 16.00 – 17.00 arası üçün planlaşdırılmışdı. Keçiriləcəyi yer Budapeşt şəhəri, 10-cu rayon, Venyige küçəsində, Budapeşt Həbsxanasının qarşısı idi.
7. Hökumətin təqdimatlarına əsasən, Venyige küçəsinin eni beş metr, ərizəçinin təqdimatlarına əsasən isə səkkiz metrdir. Əsas avtomobil yoluna parallel olan küçədə, iki avtomobil enliyində bir xidməti xətt vardır; bu ərazi adətən parkinq yeri kimi istifadə edilir. Ərizəçinin təqdimatlarına görə, nümayiş iştirakçıları, yol hərəkətinə ciddi təsir etmədən rahatca həmin bu hissədə yerləşə bilərdilər.
8. Ərizəçi, 1989-cu il Toplaşmaq Azadlığı haqqında III saylı Qanununa əsasən Budapeşt Polis İdarəsinə göndərdiyi bildirişdə maksimum 200 iştirakçının gözlənidiyi barədə məlumat vermişdir. Bu bildiriş 12 avqust 2009-cu ildə saat 17.40-da edilmişdir.
9. 14 avqust 2009-cu ildə Budapeşt Polis İdarəsi 1989-cu il III saylı Qanunun 8(1) Bölməsinə əsasən hüquqlarından istifadə edərək nümayişi qadağan etmişdir. İdarənin fikrincə, qonşuluqda yol hərəkəti üçün heç bir alternativ yol yox idi və nəticədə, nümayiş yol hərəkətinə artıq dərəcədə mane olacaqdı. Ərizəçiyə o da irad tutulurdu ki, toplantının proqramı bildirişə əlavə edilməmişdi.
10. Bu qadağa səbəbindən, nümayiş keçirilə bilməmişdir.
11. 17 avqust 2009-cu ildəərizəçipolis idarəsi qərarına məhkəmə nəzarəti qaydasında baxılması üçün müraciət etmişdir. O, inter aliaizah etmişdir ki, proqramı dəqiqləşdirməməsinin səbəbi, yığıncağın daha çox kiçik yığıncaq olması və buna görə də, hadisələrin gedişatını, yəni çıxışları və ya müzakirələri əvvəlcədən müəyyən etməyin qeyri-mümkünlüyü idi.
12. 19 avqust 2009-cu ildə Budapeşt Regional Məhkəməsi ərizəçinin şikayətini rədd etmişdir. O müşahidə etmişdir ki, proqramın bildirilməməsi vacib deyildi, çünki işdə yeganə qanuni əsas, nümayişin yol hərəkətinə qeyri-mütənasib çətinliklər yaradacağı idi.
13. Məhkəmə, Budapeşt Polisİdarəsinin Yol Hərəkəti Bölməsinin təqdim etdiyi expert rəyinə - Venyige küçəsində yerləşən mağazaya, Budapeşt Həbsxanasının zibil yeri və təchizatçı girişinə aparan yola ciddi mənfi təsir edəcəyinə və kütlənin yaratdığı bu narahatlığın, yaxınlıqdakıəhəmiyyətli və ictimai nəqliyyat xəttlərinin yerləşdiyi avtomobil yolu olan Maglódi yoluna yayılacağına - əsaslanır. Bu mülahizəyə əsaslanaraq, məhkəməpolis idarəsinin qərarının qüvvədə saxlamışdır.
HÜQUQİ MƏSƏLƏLƏR
I. KONVENSİYANIN 11-Cİ MADDƏSİNİN İDDİA EDİLƏN POZUNTUSU
14. ƏrizəçiKonvensiyanın 11, 14 və 17-ci maddələrinə əsaslanaraq şikayət edir ki, dövlət orqanlarının “alternativ yol” ifadəsinə həddindən artıq məhddlaşdırıcı şərhi, onun toplaşmaq azadlığı hüququna qeyri-mütənasib müdaxilə ilə nəticələnmişdir.
15. Məhkəməhesab edir ki, bu şikayətyalnız Konvensiyanın 11-ci maddəsi altnda araşdırılmalıdır. Bu maddədə deyilir:
“1. Hər kəsin dinc toplaşmaq azadlığı və öz maraqlarını müdafiə etmək üçün həmkarlar ittifaqları yaratmaq və onlaraqoşulmaq hüququ da daxil olmaqla, başqaları ilə birləşmək azadlığı hüququ vardır.
2. Bu hüquqların həyata keçirilməsinə milli təhlükəsizlik və ictimai asayiş maraqları naminə, iğtişaşın və cinayətin qarşısınıalmaq üçün, sağlamlığın və mənəviyyatın qorunması üçün və ya digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçünqanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olanlardan başqa, heç bir məhdudiyyət qoyula bilməz. Bumaddə silahlı qüvvələr, polis və ya inzibati dövlət orqanları üzvlərinin belə hüquqlarının həyata keçirilməsinə qanuniməhdudiyyətlər qoyulmasına mane olmur.”
16. Hökumətərizəçinin arqumentlərini mübahisələndirir.
A. Qəbuledilənlik
17. Məhkəmə qeyd edir ki, bu şikayət Kovensiyanın 35-ci maddəsinin 3 (a) bəndi mənasında açıq-aşkar əsaslandırılmamış deyildir. Məhkəmə daha sonra qeyd edir ki, şikayət başqa əsaslarla da qəbuledilməz deyildir. Bu səbəbdən şikayət qəbuledilən elan edilməlidir.
B. Mahiyyət
18. Ərizəçiiddia edir ki, şikayət olunan müdaxilə qanunla nəzərdə tutulsa da, legitim məqsəd daşımırdı. Müdaxilənin zəruriliyinə gəlincə, o iddia edir ki, nümayişə icazə verilsəydi, o yol hərəkətinə heç bir qeyri-mütənasib maneə yaratmayacaqdı. Venyige küçəsi, xidməti xətt də daxil olmaqla, gözlənilən sayda, yəni təxminən 200 iştirakçının yerləşməsi üçün kifayət qədər geniş idi; və tədbir getdiyi vaxt polis həbxsanaya təhlükəsiz giriş imkanına malik idi. Ümumiyyətlə, ərizəçi Hökumətin yol hərəkəti arqumentinə əsaslanmasını sui-istifadə hesab edir.
19. Hökumətbildirir ki, müdaxilə qanunla, yəni 1989-cu il Toplaşmaq Azadlığı haqqqında III saylı Qanunun müvafiq müddəaları ilə nəzərdə tutulur. Bundan əlavə, müdaxilə başqalarının, yəni yol istifadəçilərinin hüquqlarının müdafiəsi legitim məqsədi daşıyırdı. Zəruriliklə bağlı, HökumətBudapeşt Polis İdarəsi Yol Hərəkəti Bölməsinin expertinin rəyinə istinad edir və vurğulayır ki, polis toplaşmaq azadlığı ilə hərəkət azadlığı arasında tarazlaşdırma aparmalı olmuşdur. Hazırki işdə tədbir həm Venyige küçəsində, həm də yaxınlıqdakı əsas avtomobil yolu olan Maglódi yolunda yol hərəkətinə ciddi maneə yaradacaq kimi göründüyündən, ərizəçinin 11-ci maddə hüquqlarının məhdudlaşdırmaq polisin vəzifəsi idi: beləliklə, tədbir zəruri və toplaşmaq azadlığı üzərində mütənasib məhdudlaşma idi.
20. Məhkəmə qeyd edir ki,Hökumətnə ərizəçinin 11-ci maddənin təminatlarına istinad etmək hüququnu mübahisələndirmir, nə dənümayişin keçirilməsinə qoyulan qadağanın bu maddə altındakı hüquqların istifadəsinə müdaxilə olduğunu danmır. Məhkəmə fərqli şəkildə qərar vermək üçün heç bir əsas görmur. Lakin Hökumətbildirir ki, müdaxilə 11-ci maddənin 2-ci bəndinə görə əsaslandırılmışdır.
21. Bu səbəbdən, şikayət olunan tədbirin “qanunla nəzərdə tutulmuş” olub-olmadığı, 2-ci bənddə göstərilən legitim məqsədlərdən biri və ya bir neçəsini daşıyıb-daşımadığı və onlara çatılması üçün “demokratikcəmiyyətdə zəruri” olub-olmamadığı müəyyənləşdirilməlidir.
22. Tərəflər arasında heç bir mübahisə yoxdur ki, ərizəçinin toplaşmaq azadlığına edilən məhdudlaşma Toplaşmaq Azadlığı haqqqında III saylı Qanunun müvafiq müddəaları ilə nəzərdə tutulur və yenə də, Məhkəməfərqli qərar vermək üçün heç bir əsas görmür. Beləliklə, qanunilik tələbinə riayət edilmişdir.
23. Hökumətbildirir ki, ictimai yerlərdə toplaşmaq azadlığına qoyulan məhdudlaşma, başqalarının hüquqlarının, məsələn hərəkət azadlığının və ya yol hərəkətininqaydasında axışı hüququnun müdafiəsi üçün edilir. Ərizəçi bununla razılaşmır.
Məhkəməqəbul edir ki, şikayət olunan tədbir ixtişaşın qarşısının alınması və başqalarının hüquqlarının müdafiəsi kimi legitim məqsədlər daşıyır.
24. Müdaxilənin demokratik cəmiyyətdə zəruriliyi məsələsinə gəlincə, Məhkəməxatırladır ki, özünün avtonom xarakteri və xüsusi tətbiq sahəsinə baxmayaraq, toplaşmaq azadlığının istifadəsinin məqsədi şəxsi fikirlərin ifadəsi, eləcə də icitmai müzakirənin təmin olunması ehtiyacı və etirazın açıq şəkildə ifadəsi olduqda, maddə 11 həm də maddə 10 işığında nəzərdən keçirilməlidir (bax:, ən son işlərdən, Kudrevičius and Others v. Lithuania [GC], no. 37553/05, § 86, ECHR 2015).
25. “Demokratik cəmiyyətdə zəruri” ifadəsi nəzərdə tutur ki, müdaxilə “təcili social ehtiyac”a cavab versin və xüsusilə, legitim məqsədə mütənasib olsun. Razılığa gələn Dövlətlər belə bir ehtiyacın olub-olmadığını dəyərləndirmək üçün müəyyən mülahizə səlahiyyətinə malikdirlər, lakin bu, həm qanunvericilik, həm də onu tətbiq edən, hətta müstəqil məhkəmələr tərəfindən verilən qərarları belə əhatə edən Avropa nəzarəti ilə bərabər gedir. Bu səbəbdən,Məhkəməməhdudlaşmanın Konvensiyanın qoruduğu hüquqlara uyğun olub-olmaması barədə yekun qərar vermək səlahiyyətinə malikdir (bax:Stankov and the United Macedonian Organisation Ilinden v. Bulgaria, no. 29221/95 və 29225/95, § 87, ECHR 2001‑IX).
26. Məhkəməöz nəzarətini həyata keçirərkən, onun vəzifəsi müvafiq milli dövlət orqanalrının fikirlərini öz fikri ilə əvəz etmək deyil, daha çox onları verdikləri qərarları 11-ci maddə altında yoxlamaqdır. Bu o demək deyildir ki, Məhkəmə Dövlətin öz mülahizə səlahiyyətini ağlaban, diqqətli şəkildə və vicdanla istifadə edib-etmədiyini müəyyənləşdirməklə kifayətlənməlidir. Məhkəmə şikayət olunan müdaxiləni bütünlüklə işin işığında araşdırmalı və “legitim məqsəd” daşıdığını müəyyənləşdirdikdən sonra, bu müdaxilənin“təcili social ehtiyac”a cavab verib-vermədiyini və xüsusilə, məqsədə mütənasib olub-olmadığını və dövlət orqanları tərəfindən onu əsaslandırmaq üçün göstərilən əsasların “müvafiq və kafi” olu-olmadığını dəyərləndirməlidir. Bunu edərkən, Məhkəməəmin olmalıdır ki, dövlət orqanları 11-ci maddədənəzərdə tutulan prinsiplərə uyğun standartlar tətbiq etmiş və öz qərarlarında uyğun faktların qəbuledilən dəyərləndirməsinə əsaslanmışlar (bax:Kudrevičius and Others, yuxarıdakı istinad § 143).
27. Bundan əlavə, prinsipcə, ictimai qayda və milli təhlükəsizlik məqsədlərilə Razılığa gələn Dövlətlərin nümayiş keçirilməsini icazə ilə şərtlədirməsi, 11-ci maddənin ruhuna zidd deyildir. Belə ki, Məhkəmədaha əvvəllər hesab etmişdir ki,icitmai tədbir üçün xəbərdarlıq və hətta icazə proseduru, bir qayda olaraq Konvensiyanın 11-ci maddəsinin ruhu ilə ziddiyyət təşkil etmir, bir şərtlə ki, prosedurun məqsədi dövlət orqanlarına hər hansı toplantının, görüşün və ya yığıncağın rahat keçirilə bilməsini təmin etmək üçün ağlabatan və müvafiq tədbirləri görməyə imkan vermək olsun. Lakin bu xarakterli tənzimləmələr Konvensiyanın müdafiə etdiyi şəkildə dinc toplaşmaq azadlığına gizli maneə təşkil etməli deyil. (bax:Kudrevičius and Others,yuxarıdakı istinad §§ 147 et seq.).
28. Məhkəməmüşahidə edir ki, daxili məhkəmələrin işlə bağlı qərarlarında qadağa qərarının qüvvədə saxlanılması üçün əsas, yol hərəkəti mülahizələri idi. Məhkəmə onu da müşahidə edir ki,Hökumətin təqdimatları, mahiyyətcə,nümayişin həmin ərazidə yol hərəkətinə ciddi şəkildə mane olacağı barədə fikirdən ibarətdir. Bununla əlaqədar, Məhkəməxatırladır ki, ictimai yerdə keçirilən nümayiş, gündəlik həyata müəyyən səviyyədə narahatlıq yarada bilər (bax:Nurettin Aldemir and Others v. Turkey, no. 32124/02, 32126/02, 32129/02, 32132/02, 32133/02, 32137/02 və 32138/02, § 43, 18 dekabr 2007; Budaházy v. Hungary, no. 41479/10, § 34, 15 dekabr 2015).
29. Tərəflərin təqdim etdikləri materialları araşdıraraq, Məhkəməmüəyyən edir ki, Hökumət, dövlət orqanlarının öz qərarlarını müvafiq faktların dəyərləndirilməsinə əsaslandığını nümayiş etdirə bilməmişdir.Məhkəmə xüsusilə qeyd edir ki, ərizəçi, 200 iştirakçının iştirakının gözlənildiyi nümayiş təşkil etməyi planlaşdırırdı. Əslində iştirak edəcək şəxslərin sayının gözləndiyindən artıq ola biləcəyi ehtimalında belə, Hökumətin Venyige küçəsinin beş və ya səkkiz metr enlikdə və geniş xidməti xəttə malik olan bir yolun, yol hərəkətinə ciddi problem yaratmadan iştirakçıları yerləşdirə bilməyəcəyi barədə izahatı Məhkəməni inandırmır. Əslində, sanki bu arqumentdə küçənin dalan kimi olması və bu səbəbdən, yol hərəkətinin əhəmiyyətinin məhdud olması nəzərə alınmır. Lakin Məhkəmə, bu faktı diqqətdən kənara qoya bilməz. Bundan əlavə, Hökumətin vəziyyətin inkişaf edib yaxınlıqdakı əsas avtomobil yolunun bağlanmasına səbəb ola biləcəyi barəsindəki arqumenti, daha çox fərziyyə xarakterlidir.
29. Məhkəməbelə nəticəyə gəlir ki, nümayişi qadağan edərkən və yalnız yol hərəkəti mülahizələrinə əsaslanarkən dövlət orqanları, toplaşmaq azadlıqlarını həyata keçirmək istəyənlərin hüquqları ilə, ümumiyyətlə məhdudlaşmayan və ya müvəqqəti olaraq məhdudlaşan hərəkət azadlıqlarını həyata keçirmək istəyənlərin hüquqları arasında ədalətli tarazlaşdırma aparmağa nail ola bilməmişdir (bax:Patyi and Others v. Hungary, no. 5529/05, § 42, 7 oktyabr 2008).
30. Bundan əlavə, Məhkəmə qeyd edir ki,iş materillarında heç bir sübut yoxdur ki, nümayiş zorakı olacaqdı və ya ictimai qayda üçün təhlükə təşkil edəcəkdi. Məhkəməxatırladır ki, “nümayişçilər zorakılıq aktlarına əl atmadıqca, Konvensiyanın 11-ci maddəsinin bütün mahiyyətindən məhrum olunmaması üçün dövlət orqanlarının dinc yığıncaqlara dözümlülük göstərməsi vacibdir” (bax:Oya Ataman v. Turkey, no. 74552/01, §§ 41‑42, 5 dekabr 2006). Hazırki işdə belə bir dözümlülük göstərilməmişdir (bax:Patyi and Others, yuxarıdakı istinad § 43).
31. Yuxarıdakı mülahizələri nəzərə alaraq, Məhkəməhesab edir ki, planlaşdırılmış dinc nümayişə qadağa, müvafiq olsa belə, hər hansı təcili social ehtiyaca cavab vermək üçün kifayət deyildi. Bu səbəbdən, bu qadağa çatılması istənilən məqsədlərə nail olmaq üçün demokratik cəmiyyətdə zəruri deyildi.
32. Beləliklə, Konvensiyanın 11-ci maddəsinin pozuntusu baş vermişdir.
II. KONVENSİYANIN 41-Cİ MADDƏSİNİN TƏTBİQİ
33. Konvensiyanın 41-ci maddəsində deyilir:
“Əgər Məhkəmə Konvensiyanın və ona dair Protokolların müddəalarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, Məhkəmə zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir.”
A. Ziyan
34. Ərizəçiçi mənəvi ziyana görə 10,000Avro (EUR) tələb edir.
35. Hökumət bu tələbi mübahisələndirir.
36. Məhkəmə hesab edir ki, pozuntunun olduğunun elan edilməsi, ərizəçinin məruz qaldığı mənəvi ziyana görə kafi əvəzdir (bax:Patyi and Others, yuxarıdaki istinad, § 53).
B. Xərc və məsrəflət
37. Ərizəçiçi həmçinin milli məhkəmələr və Məhkəmə qarşısındakı proseslərdə çəkdiyi xərc və məsrəflərə görə birlikdə EUR 3,500 tələb edir.
38. Hökumət bu tələbi mübahisələndirir.
39. Məhkəmənin yurisprudensiyasına əsasən, ərizəçiyə yalnız o halda çəkilən xərclərin və məsrəflərin əvəzi ödənilə bilər ki, həmin xərc və məsrəflərin həqiqətən, zəruri olaraq və ağlabatan kəmiyyətdə çəkilmiş olması göstərilsin.Hazırki işdə, iş materiallarını və yuxarıdaki meyarı nəzərə alaraq, Məhkəmə bu başlıq altında bütün xərclər üçün EUR 3000 məbləğini təyin etməyi ağlabatan hesab edir.
C. Faiz dərəcəsi
40. Məhkəmə məqsədəmüvafiq hesab edir ki, faiz dərəcəsi, üstünə üç faiz əlavə edilməli olan, Mərkəzi Avropa Bankının təqdim etdiyi kredit dərəcəsinin minimum həddinə əsaslanmalıdır.
BU ƏSASLARLA, MƏHKƏMƏ, YEKDİLLİKLƏ,
1. Ərizəçini qəbuledilən elan edir;
2. Qət edir ki, Kovensiyanın 11-ci maddəsi pozulmuşdur;
3. Qət edir ki,pozuntunun olduğunun elan edilməsi, ərizəçinin məruz qaldığı mənəvi ziyana görə kafi əvəzdir;
4. Qət edir ki,
(a) cavabdeh Dövlət üçüncü ərizəçiyə, Cənab Igor Grosuya, bu qərarın Konvensiyanın 44-cü maddəsinin 2-ci bəndinə əsasənqəti olduğu tarixdən üç ay müddətində, xərc və məsrəflərə görə, hesablanmalı olan hər hansı vergi üstünə gəlməklə və müəyyən olunduğu tarixdəki məzənnə əsasında cavabdeh Dövlətin pul vahidinə çevrilməklə, 3,000 EUR (üç min Avro) ödəsin;
(b) yuxarıda qeyd olunan üç ay bitdiyi vaxtdan öhdəlik icra edildiyi günədək, Avropa Mərkəzi Bankının bu dövr ərzində tətbiq etdiyi kredit dərəcəsinin aşağı həddinə bərabər olan adi faiz dərəcəsində, sonuncunun üstünə üç faiz əlavə olunsun;
5. Əvəzin ədalətli ödənilməsi ilə bağlı tələbi qalan hissədə rədd edir.
İngilis dilində hazırlanmış, Məhkəmə Reqlamentinin 77-ci maddəsinin 2 və 3-cü bəndlərinə əsasən yazılı şəkildə bildirilmişdir.
Françoise Elens-PassosVincent A. De Gaetano
KatibSədr
Full & Egal Universal Law Academy