© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil. Əlavə məlumat üçün sənədin sonunda müəllif hüquqları haqqında qeydə baxın.
© Council of Europe/European Court of Human Rights, 2012. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
Kovaç Ukraynaya qarşı (Kovach v. Ukraine), ərizə № 39424/02
07.02.2008-ci il tarixli qərar [V Bölmə]
1 saylı Protokolun 3-cü maddəsi
7-ci maddənin 1-ci bəndi
Xalqın öz rəyini sərbəst ifadə etməsi
Parlament seçkilərində seçki dairəsinin bir neçə məntəqəsində liderlik edən namizədin qazandığı səslərin qanunsuz olaraq etibarsız sayılması və nəticədə rəqibinin qalib gəlməsi: pozuntu baş verib
Faktlar – Ərizəçi 2002-ci il parlament seçkilərində birmandatlı seçki dairəsində deputatlığa namizədliyini irəli sürmüşdü. İlkin nəticələrə əsasən, o, kiçik fərqlə səs çoxlu qazanmışdı. Onun əsas rəqibi rayon administrasiyasının rəhbəri idi. Sonuncunun adından hərəkət edən müşahidəçilər bildirdilər ki, üç seçki məntəqəsində bir neçə (10-dan az) əlavə seçki bülleteni naməlum şəxslər tərəfindən qanunsuz olaraq qutuya salınıb. Bunun əsasında dairə seçki komissiyası bu üç məntəqədə seçkinin nəticələrini etibarsız elan etdi. O, həmçinin digər bir məntəqədə də nəticələri etibarsız elan edərək belə əsas gətirdi ki, seçki komissiyasının üzvləri seçki məntəqəsinin möhürlənmiş qapılarını qanunsuz olaraq açıblar və seçki protokollarının əsillərini və bir neçə etibarsız seçki bülletenini götürüblər. Bu dörd məntəqədə ərizəçi səslərin böyük əksəriyyətini qazanmışdı. Bu məntəqələrdə səslərin ləğv edilməsi sayəsində ərizəçinin əsas rəqibinin bu seçki dairəsindən parlamentə seçildiyi elan olundu. Ərizəçinin şikayəti əsasında Mərkəzi Seçki Komissiyası səsvermənin nəticələrinin ləğvi barədə qərarı ləğv etdi, çünki iddia edilən qanun pozuntularını, yaxud qutuya salınmış qanunsuz bülletenlərin sayının 10%-i aşdığını təsdiq edən inandırıcı sübut yox idi, səsvermənin etibarsız elan edilməsinə əsas verən 10%-lik hədd "Parlament seçkiləri haqqında" Qanunun ("Qanun") 70-ci maddəsində nəzərdə tutulmuşdu. Bundan az sonra dairə seçki komissiyası bu dörd məntəqədə səsvermənin nəticələrini eyni əsaslara görə etibarsız elan edərək qeyd etdi ki, müşahidəçilər tərəfindən müəyyənləşdirilmiş və qeydə alınmış pozuntular Qanunun 32-ci maddəsində nəzərdə tutulmuş "seçicilərin iradəsini müəyyənləşdirməyə imkan verməyən digər hallara" aiddir. Bu qərar Mərkəzi Seçki Komissiyası və Ali Məhkəmə tərəfindən təsdiqləndi, onlar bu qənaətə gəldilər ki, Qanunun yuxarıda göstərilən maddəsində nəzərdə tutulmuş "digər halların" müəyyənləşdirilməsi dairə seçki komissiyasının müstəsna səlahiyyətinə aiddir.
Hüquqi məsələlər – Bu iş seçkilərin nəticəsinə səlahiyyətli dövlət orqanları tərəfindən yenidən baxılmasına aiddir. Bu sahədə dövlətlərin qiymətləndirmə sərbəstliyi əvvəlkitək geniş olsa da, bu, Avropa Məhkəməsini onların qərarlarının hüquqa uyğun olub-olmadığını yoxlamaq hüququndan məhrum etmir. Dörd seçki məntəqəsində səsvermənin nəticələrini etibarsız elan edərkən səlahiyyətli orqanlar Qanunun 72-ci maddəsini rəhbər tutmuşdular. Lakin hansı amillərin "seçicilərin iradəsini müəyyənləşdirməyə imkan verməyən digər hallar" sayıla biləcəyini, habelə xüsusi olaraq bir şəxsin dəfələrlə səs verməsi halını nəzərdə tutan 70-ci maddənin bu amilləri əhatə edib-etmədiyini izah edən qanunvericilik norması və ya hüquq praktikası mövcud deyildi. Bu qanunvericilik normasının qeyri-müəyyən olması və bu səbəbdən seçicilərin hüquqları üçün potensial təhlükə yaratması dövlət orqanlarının məsələyə xüsusi diqqətlə yanaşmalarını tələb edirdi. Lakin nə dairə seçki komissiyasının qərarlarında, nə də Mərkəzi Seçki Komissiyasının və Ali Məhkəmənin sonradan qəbul etdiyi qərarlarda Qanunun 70-ci və 72-ci maddələri arasındakı ziddiyyət, yaxud seçki prosesinin ayrı-ayrı iştirakçılarının iddialarının həqiqətə uyğunluğu məsələsi nəzərdən keçirilməyib. Bundan əlavə, qərarların heç birində izah olunmayıb ki (xüsusən Qanunun 70-ci maddəsi nəzərə alınmaqla), müvafiq pozuntular dörd məntəqədə səsvermənin nəticələrini "seçicilərin iradəsini müəyyənləşdirməyə imkan verməyən" dərəcədə necə təhrif etmişdi. Beləliklə, dörd seçki məntəqəsində səsvermənin etibarsız elan edilməsi barədə qərar əsassız və Hökumətin iddia etdiyi hər hansı qanuni məqsədə mütənasib olmayan qərar sayılmalıdır.
Nəticə: pozuntu baş verib (yekdilliklə).
Maddə 41: Mənəvi ziyana görə 8.000 avro təyin edildi.
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012.
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil; eyni zamanda, Məhkəmə tərcümənin keyfiyyəti ilə bağlı heç bir məsuliyyət daşımır. Tərcümə Avropa İnsan Hüquqları Məhkəməsi HUDOC presedent hüququ bazası () və ya Məhkəmənin onu bölüşmüş olduğu hər hansı digər məlumat bazasından yüklənə bilər. Bu tərcümə qeyri-kommersiya məqsədləri üçün istifadə oluna bilər; bu halda işin tam adına, habelə yuxarıda göstərilən müəllif hüquqları haqqında qeydə və İnsan Hüquqları Etimad Fonduna istinad edilməlidir. Bu tərcümənin hər hansı bir hissəsinin kommersiya məqsədləri ilə istifadə edilməsi üçün publishing@ ilə əlaqə saxlayın.
© Council of Europe/European Court of Human Rights, 2012.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012.
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante : publishing@
Full & Egal Universal Law Academy