© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil. Əlavə məlumat üçün sənədin sonunda müəllif hüquqları haqqında qeydə baxın.
© Council of Europe/European Court of Human Rights, 2012. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
K.U. Finlandiyaya qarşı (K.U. v. Finland), ərizə № 2872/02
02.12.2008-ci il tarixli qərar [IV Bölmə]
Maddə 8
8-ci maddənin 1-ci bəndi
Şəxsi həyata hörmət hüququ
İnternet xidmətləri provayderinin tanışlıq saytında yetkinlik yaşına çatmayan şəxs barəsində nalayiq məlumat yerləşdirmiş və polis tərəfindən axtarılan şəxsin kimliyini açıqlamaqdan imtina etməsi: pozuntu baş verib
Faktlar – 1999-cu ildə naməlum şəxs İnternetdə tanışlıq saytında o vaxt 12 yaşında olan ərizəçinin adından ərizəçinin özünün xəbəri olmadan seksual xarakterli elan yerləşdirdi. Elanda onun yaşı və doğulduğu il, habelə fiziki detalları göstərilmiş və qeyd edilmişdi ki, o, intim münasibətlər üçün kişi cinsinə mənsub olan şəxs axtarır. Elanda onun İnternet saytının ünvanı da göstərilmişdi, həmin saytda onun şəklini və telefon nömrəsini tapmaq olardı. Ərizəçi ona görüşməyi təklif edən bir kişidən elektron poçtu vasitəsilə məktub aldıqdan sonra həmin elandan xəbər tutdu. O, polisə şikayət ərizəsi verdi, amma provayder elanı İnternetdə yerləşdirmiş şəxsin kimliyini açıqlamaqdan imtina etdi, çünki özünü konfidensiallıq qaydalarına riayət etməyə borclu bilirdi. Polis dairə məhkəməsinə müraciət etdi ki, "Cinayət araşdırmaları haqqında" Qanuna uyğun olaraq həmin informasiyanı açıqlamaq vəzifəsi provayderin üzərinə qoyulsun. Dairə məhkəməsi isə qanunvericilikdə peşə sirrini pozmaqla şəxsin kimliyi barədə məlumatı açıqlamaq vəzifəsini provayderin üzərinə qoymağa birbaşa imkan verən müddəanın olmadığı qənaətinə gəldi. Apellyasiya məhkəməsi bu qərarı qüvvədə saxladı, Ali Məhkəmə isə sonuncunun qərarından şikayət verilməsinə icazə verməkdən imtina etdi.
Hüquqi məsələlər – Ölkə qanunvericiliyinə əsasən ərizəçinin işindəki əməl böhtan kimi tövsif olunsa da, Avropa Məhkəməsi diqqətini ilk növbədə bu əməlin zərərçəkənin şəxsi həyatına göstərdiyi təsirlərə, onun fiziki və mənəvi rifahına qarşı potensial təhlükəyə və yaşının azlığına cəlb etdi. İnternetdə ərizəçinin adından elan yerləşdirilməsi cinayət əməli idi və yetkinlik yaşına çatmayan ərizəçinin bir pedofilin hədəfinə çevrilməsi ilə nəticələnmişdi. Belə əməl cinayət qanunvericiliyi əsasında reaksiya göstərilməsini tələb edirdi və səmərəli çəkindirici tədbirlər adekvat araşdırma və cinayət təqibi vasitəsilə gücləndirilməli idi. Uşaqlar və əlverişsiz vəziyyətdə olan digər şəxslər şəxsi həyatlarına qarşı belə ciddi qəsdlərdən dövlət tərəfindən müdafiə edilmək hüququna malikdirlər. Bu halda üçüncü tərəfin, yəni xidmət provayderinin ziyanı kompensasiya etməsinə nail olmaq adekvat hüquqi müdafiə vasitəsi deyildi. Faktiki hüquq pozuntusu törədənin, indiki halda elanı yerləşdirmiş şəxsin kimliyinin müəyyənləşdirilməsini və məsuliyyətə cəlb olunmasını, zərərçəkənin isə maliyyə kompensasiyası almasını təmin edən hüquqi müdafiə vasitəsi mövcud olmalıdır. Hökumət iddia edə bilməz ki, uşaqların İnternet vasitəsilə pedofillərin təqibinə məruz qalmaqdan müdafiə edilməsi sistemini təşkil etmək imkanına malik olmayıb, belə ki, onlara qarşı seksual zorakılıq probleminin geniş yayılması və İnternetdən cinayətkar məqsədlər üçün istifadə təhlükəsi insident baş verdiyi zaman yaxşı məlum idi. Baxmayaraq ki, ifadə azadlığı və şəxsi məlumatların konfidensiallığı hökmən nəzərə alınmalıdır və telekommunikasiyalardan və İnternetdən istifadə edənlərin şəxsi həyatının toxunulmazlığına və ifadə azadlığına hörmət təmin edilməlidir, bu təminatlar mütləq ola bilməz və zərurət olduqda qanuni məqsədlər, məsələn, iğtişaşın və ya cinayətin qarşısının alınması yaxud digər şəxslərin nüfuzu və hüquqlarının müdafiəsi məqsədləri bu təminatlardan üstün tutula bilər. Buna görə də qanunvericilik orqanı ziddiyyətə girən bu maraqların uzlaşdırılması müvafiq hüquqi bazanı təmin etməlidir. Bu hüquqi baza sonradan "Kütləvi informasiya vasitələrində ifadə azadlığının həyata keçirilməsi" haqqında Qanun formasında qəbul edilsə də, hazırkı işin hallarına aid olan dövrdə bu məsələni tənzimləyən hüquqi baza yox idi. Beləliklə, dövlət ərizəçinin fiziki və mənəvi rifahının təmin edilməsi tələbi ilə müqayisədə məlumatı yayanın konfidensiallığı tələbini üstün tutmaqla ərizəçinin şəxsi həyatına hörmət hüququnu təmin etməyib.
Nəticə: pozuntu baş verib (yekdilliklə).
Maddə 41: Mənəvi ziyana görə 3.000 avro təyin edildi.
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012.
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil; eyni zamanda, Məhkəmə tərcümənin keyfiyyəti ilə bağlı heç bir məsuliyyət daşımır. Tərcümə Avropa İnsan Hüquqları Məhkəməsi HUDOC presedent hüququ bazası () və ya Məhkəmənin onu bölüşmüş olduğu hər hansı digər məlumat bazasından yüklənə bilər. Bu tərcümə qeyri-kommersiya məqsədləri üçün istifadə oluna bilər; bu halda işin tam adına, habelə yuxarıda göstərilən müəllif hüquqları haqqında qeydə və İnsan Hüquqları Etimad Fonduna istinad edilməlidir. Bu tərcümənin hər hansı bir hissəsinin kommersiya məqsədləri ilə istifadə edilməsi üçün publishing@ ilə əlaqə saxlayın.
© Council of Europe/European Court of Human Rights, 2012.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012.
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante : publishing@
Full & Egal Universal Law Academy