Kulikovski (Kulikowski) Polşaya qarşı- 18353/03
Qərar 19.5.2009 [IV Bölmə]
Maddə 6
6-cı Maddənin 1-ci bəndi
Məhkəməyə çatım
Dövlət tərəfindən təyin olunmuş vəkillər təqsirləndirilən şəxslərə yardım etməkdən imtina etdikdən sonra, məhkəmənin kassasiya şikayətinin verilməsi üçün yeni müddətlərin tətbiq olunması barədə təqsirləndirilən şəxsləri məlumatlandırmaması: pozuntu
Faktlar - Ərizəçi birinci instansiyada cinayət icraatı nəticəsində məhkum olunmuşdu və bu qərar apellyasiya instansiyasında qüvvədə saxlanılmışdır. Onun vəkillə təmsil olunmasının məcburi olduğu Ali Məhkəməyə müraciətinin qarşısı alınmışdır, çünki hüquqi yardım cədvəlinə əsasən təyin olunmuş vəkil, şikayətin heç bir nəticə verməyəcəyini bildirdikdən sonra hər hansı hərəkət etməkdən imtina etmişdir. Yerli məhkəmələr bu imtina haqqında ərizəçiyə məlumat vermiş və onu təmsil etmək üçün başqa vəkil təyin etməmişdir.
Hüquqi məsələlər - Maddə 6 § 1: Polşa cinayət prosessual qanunvericiliyi apellyasiya məhkəməsində ittiham hökmlərinin qüvvədə saxlanıldığı şəxslərə kassasiya şikayətlərinin hazırlanmasında vəkilin yardım etməsini tələb edir. Ali Məhkəmə hüquqi yardım vəkillərinin işdən geri çəkildikləri zaman şəxslərin kassasiya məhkəmələrinə müraciətinə çətinliklərin yarana biləcəyini qeyd etmişdir. Beləliklə, kassasiya şikayətinin verilməsi üçün müddətin müttəhimə vəkilin yardım etməkdən imtina etdiyi barədə məlumat verildikdən sonra başlaya biləcəyi qərara alınmışdır. Bu səbəbdən, kassasiya şikayəti hazırlamaq üçün çox az zaman müddəti ilə təmin olunduğunu, ərizəçinın kassasiya məhkəməsi qarşısında etiraz ilə çıxış etmək və iddia qaldırmaq üçün real imkanlardan məhrum olunduğunu bildirmək düzgün olmazdı (Sialkovska Polşaya qarşı işi ilə müqayisə edin və qarşılaşdırın - burada müddət hüquqi yardım vəkilinin hökmü aldığı vaxtdan başlamış və ərizəçi vəkilin işdən imtina etdiyi haqqında müddətin başa çatmasına üç gün qalmış məlumatlandırılmışdır). Bundan əlavə, onu təmsil etmək üçün yeni vəkilin tapılmasının mümkünsüz olacağı qeyd edilməmiş və ya mübahisələndirilməmişdir. Ərizəçilərdən heç birinin öz seçimi əsasında vəkil təyin etmək üçün maliyyə imkanının olmaması da 6-cı Maddə altında məsələ qaldırmır, belə ki, bu Maddə Dövlətin üzərinə perspektivsiz hesab olunan hüquqi müdafiə vasitələrindən istifadə etmək üçün ardıcı şəkildə hüquqi yardım vəkillərini təyin etmək öhdəliyi qoymur. Vəkil tərəfindən səhlənkarlıq və ya özbaşınalıq əlamətləri olmadıqda, Dövlətin ərizəçinin kassasiya icraatında səmərəli hüquqi yardımla təmin etmək öhdəliyini yerinə yetirdiyi qeyd edilə bilər. Buna baxmayaraq, Ali Məhkəmənin presedent hüququnun tələb etdiyi kimi, apellyasiya məhkəməsi ərizəçiyə onun prosessual hüquqları və müddət haqqında heç bir məlumat verməmişdir. Hüquqi yardımsız qalan ərizəçi, heç bir şəkildə onun adından kassasiya müraciətini rəsmiləşdirmək üçün yeni vəkil axtarışı ilə bağlı ona yeni müddətin verildiyini bilə bilməzdi. Polşa qanunvericiliyində nəzərdə tutulmuş bu müvafiq prosessual institut məhdud, lakin əhəmiyyətli dərəcədə ərizəçilərin işində qüsurlu olmuş və nəticədə onların Ali Məhkəməyə çatım hüququ "konkret və səmərəli şəkildə" təmin olunmamışdır.
Nəticə: pozuntu (yekdilliklə).
Full & Egal Universal Law Academy