© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2014. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə görə heç bir məsuliyyət daşımır. Əlavə məlumat almaq üçün bu sənədin sonunda verilmiş müəllif hüququna dair tam məlumata baxın.
© Council of Europe/European Court of Human Rights, 2014. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2014. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
İNSAN HÜQUQLARI ÜZRƏ AVROPA MƏHKƏMƏSİ
BÖYÜK PALATA
KURİÇ VƏ DİGƏRLƏRİ SLOVENİYAYA QARŞI
(26828/06 nömrəli ərizə)
QƏRAR
(Ədalətli kompensasiya ilə bağlı)
STRASBURQ
12 mart 2014-cü il
Bu qərar qətidir, lakin onun mətnində redaktə xarakterli düzəlişlər edilə bilər.
Kuriç və Digərləri Sloveniyaya qarşı işi üzrə,
İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Böyük Palatası
Sədr Din Şpilman (Dean Spielmann),
Hakimlər
Jan-Pol Kosta (Jean-Paul Costa),
Nikolya Bratza (Nicolas Bratza),
Fransuaz Tulkens (Françoise Tulkens),
Qvido Raymondi (Guido Raimondi),
Nina Vayiç (Nina Vajić),
Mark Viliger (Mark Villiger),
İzabel Berro-Lefevr (Isabelle Berro-Lefèvre),
Boştyan M. Zupançiç (Boštjan M. Zupančič),
Elisabet Steyner (Elisabeth Steiner),
Pəivi Hirvelə (Päivi Hirvelä),
Qeorq Nikolau (George Nicolaou),
Luiz Lopez Querra (Luis López Guerra),
Zdravka Koladyeva (Zdravka Kalaydjieva),
Neboyşa Vuçiniç (Nebojša Vučinić),
Qanna Yudkivska (Ganna Yudkivska),
Angelika Nuşberqer (Angelika Nußberger)
və məhkəmə katibi Maykl Oboyldan (Michael O’Boyle) ibarət tərkibdə
2014-cü il fevralın 28-də qapalı müşavirə keçirərək
yuxarıda qeyd edilmiş tarixdə aşağıdakı qərarı qəbul etdi:
PROSEDUR MƏSƏLƏLƏRİ
İş İnsan Hüquqların və Əsas Azadlıqların Müdafiəsi haqqında Konvensiyanın (bundan sonra - “Konvensiya”) 34-cü maddəsinə uyğun olaraq Xorvatiya vətəndaşı cənab Milan Makuç və on nəfər digər ərizəçilər tərəfindən Sloveniya Respublikasına qarşı 2006-cı il iyulun 4-də təqdim edilmiş ərizə (26828/06) əsasında başlanmışdır. Cənab Makuçun ölümündən sonra iş Kuriç və Digərləri Sloveniyaya qarşı kimi adlandırılmışdır. Səkkiz ərizəçi Böyük Palata qarşısında icraat zamanı tərəf kimi qalıblar (bax: aşağıda qeyd edilən 4-cü bəndə). Ərizəçilər Məhkəmə qarşısında Romada fəaliyyət göstərən hüquqşünaslar cənab A.G.Lana və cənab A.Sakkuci tərəfindən təmsil olunmuşlar. Sloveniya Hökuməti (bundan sonra - “Hökumət”) Avropa Məhkəməsi yanında səlahiyyətli nümayəndə cənab L.Bembiç tərəfindən təmsil olunmuşdur. 2012-ci il 26 iyun tarixli qərarda (“əsas qərar”) Məhkəmə əksər səs çoxluğu ilə yerli hüquq müdafiə vasitələrinin tükənməməsinə görə iki ərizəçi cənab Dabetiç və xanım Ristanoviçlə əlaqədar ərizənin bir hissəsi qəbuledilməz müəyyən edilmişdi. Bundan sonra Məhkəmə yekdilliklə qərara almışdır ki, işdə “şəxsi və ailə həyatına hörmət” (Konvensiyanın 8-ci maddəsi), səmərəli hüquq müdafiə vasitələrindən istifadə etmə (13-cü maddə) və altı ərizəçi (cənab Kuriç, xanım Mezqa, cənab Ristanoviç, cənab Berişa, cənab Ademi və xanım Miniç) münasibətdə ayrı-seçkiliyə məruz qalmamaq hüquqları pozulmuşdur. Məhkəmə müəyyən etmişdir ki, hüquq pozuntusu Konstitusiya Məhkəməsinin əsas qərarı ilə yanaşı Sloveniya dövlət orqanları tərəfindən ərizəçilərin 1992-ci il fevralın 26-da Ölkə Ərazisində Daimi Yaşayan Şəxslərin Reyestrindən qanunsuz olaraq silinməsindən sonra onların ölkədə qalma statusunu tənzimləməsindən və ərizəçilərin hüquqlarının mütənasib şəkildə bərpa etməkdən uzun müddət ərzində imtinasından irəli gəlir. Nəticədə hazırkı iş üzrə keçən ərizəçilərlə yanaşı çoxlu sayda Sloveniyada daimi yaşamaq hüququ olan və adları 1992-ci il fevralın 26-da silinmiş digər şəxslər (müəyyən olunduğu kimi “silinmiş şəxslər” kimi adlanan keçmiş Yuqoslaviya Sosialist Federativ Respublikasının vətəndaşları) həmin tədbirin təsiri alına düşüblər və hal-hazırda həmin təsirin altındadırlar (bax: “Kuriç və digərləri Sloveniyaya qarşı” (Kurić and Others v. Slovenia [GC], no.26828/06, §§ 29, 408‑ 409 and 412, ECHR 2012 (çıxarışlar)). Bununla əlaqədar Məhkəmə Konvensiyanın 46-cı maddəsini və Məhkəmənin Prosedur Qaydalarının 61-ci Qaydasını rəhbər tutaraq pilot qərar proseduranın tətbiqini qərara alıb və qət edib ki, cavabdeh Dövlət 2013-cü il iyunun 26-dan gec olmayaraq əsas qərarın qəbul edilməsindən sonra bir il ərzində ümumi tədbir kimi ad hoc kompensasiya sxemini müəyyən etsin (bax: əsas qərarın nəticə hissəsinin 9-cu abzasına və əsas qərarın 415-ci bəndinə). Bundan sonra Məhkəmə qeyd edib ki, “Hüquqi status haqqında” Qanununa əlavələr və düzəlişlər yalnız bu yaxınlarda qəbul olunub, bununla bu qanunvericilik islahatları, habelə Hökumətin həyata keçirtdiyi digər tədbirlər nəticəsində “silinmiş şəxslər”in ölkədə qalma hüququnu kifayət qədər tənzim edib edilmədiyini müəyyən etmək tezdir (bax: əsas qərarın 410-411-ci bəndlərinə). Konvensiyanın 41-ci maddəsi mənasında iş üzrə ərizəçilər hüquqların pozulması nəticəsində dəymiş maddi və mənəvi zərərin ədalətli kompensasiyasını və çəkilmiş məhkəmə xərclərinin geri alınması tələb edə bilərlər. Məhkəmə ərizəçilərin maddi zərərin ödənilməsi tələbini nəzərə alaraq Konvensiyanın 41-ci maddəsinin tətbiqi məsələsini qərarın qəbul edilməsi üçün hazır olmadığını qət edib və bu məsələ üzrə qərarın qəbul edilməsini təxirə salaraq əsas qərarın qəbul edilməsi barədə bildirişin alındığından sonra üç ay ərzində Hökuməti, habelə ərizəçiləri işlə bağlı öz yazılı qeydlərini təqdim etməyə dəvət edib, xüsusilə əldə olunmuş hər-hansı razılıq barədə Məhkəməyə məlumat verilməyə çağırıb. Daha konkret olaraq Məhkəmə hesab etmişdir ki, 41-ci maddəsinin tətbiqi məsələsi yalnız tərəflər arasında hər-hansı anlaşma əsasında deyil əsas qərarın icrası ilə əlaqədar cavabdeh Hökumətin müəyyən etdiyi fərdi və ümumi tədbirlər əsasında həll olunmalıdır (bax: əsas qərarın 424-cü bəndinə və əsas qərarın nəticə hissəsinin 10-cu abzasına; eyni zamanda bax: “Bronyovski Polşaya qarşı” (Broniowski v. Poland (friendly settlement) [GC], no. 31443/96, §§ 3 and 36, ECHR 2005‑IX) və “Hatten-Çzapska Polşaya qarşı” (Hutten-Czapska v. Poland (friendly settlement) [GC], no. 35014/97, §§ 3 and 33, 28 April 2008). Müvafiq ümumi tədbirlərinin tətbiq edilməsini gözləyərək Məhkəmə eyni məsələ üzrə yaranan şikayətlərinin araşdırılmasını təxirə salıb (bax: əsas qərarın 415-ci maddəsi)
Yekunda Böyük Palata hər bir uğurlu ərizəçiyə (cənab Kuriç, xanım Mezqa, cənab Ristanoviç, cənab Berişa, cənab Ademi və xanım Miniç) mənəvi zərərə görə 20,000 Avro və Böyük Palatada işin araşdırılmasından öncə həmin mərhələyədək çəkilmiş məhkəmə xərclərinə görə ərizəçilərə bütövlükdə 30,000 Avro məbləğində vəsaitin ödənilməsini qət edib ədalətli təzminatın ödənilməsi üzrə tələbin qalan hissələrini rədd edib. Böyük Palatanın tərkibi Konvensiyanın 26-cı maddəsinin 4-cü və 5-ci bəndlərinə və Məhkəmənin Prosedur Qaydalarının 24-cü Qaydasına əsasən müəyyən olunmuşdu. 2012-ci il oktyabrın 31-də Məhkəmə sədri Nikolya Bratzanın səlahiyyət müddəti başa çatmışdır. Həmin vəzifədə onun yerinə seçilmiş Din Şpilman hazırkı iş üzrə Böyük Palatanın sədrli vəzifəsini icra etməyə başlamışdır (Məhkəmənin Prosedur Qaydalarının 9-cu Qaydasının 2-ci bəndi). Hakimlər Jan-Pol Kosta, Nikolya Bratza, Fransuaz Tulkensvə Nina Vayiçin səlahiyyət müddətlərinin bitməsinə baxmayaraq onlar Konvensiyanın 23-cü maddəsinin 3-cü bəndinə və Məhkəmənin Prosedur Qaydalarının 24-cü Qaydasının 4-cü bəndinə əsasən həmin iş üzrə səlahiyyətlərinin icrasına davam ediblər. Məhkəmənin Prosedur Qaydalarının 24-cü Qaydasının 3-cü bəndinə əsasən işin aparılmasından uzaqlaşdırılan hakim Anatoliy Kovler Mark Viligerlə əvəz olunmuşdu. Konvensiyanın 41-ci maddəsinə əsasən ədalətli kompensasiyanın ödənilməsi tələbi və Məhkəmənin Prosedur Qaydalarının 61-ci Qaydasının 7-ci bəndinə əsasən pilot qərarı ilə bağlı mümkün barışıq sazişinin bağlanması üçün təqdim edilmiş müddətinin ilkin uzadılmasından sonra Böyük Palatanın sədri müddətin ikinci dəfə uzadılmasını qərara almış və tərəfləri məlumatlandırmışdır ki, barışıq sazişi üzrə münasib təkliflər 2013-cü il iyunun 24-dək təqdim olunmayacağı təqdirdə Məhkəmə maddi ziyan tələbi üzrə qərar qəbul edəcək. Eyni zamanda ad hoc kompensasiya sxeminin müəyyən edilməsi üzrə ayrılmış müddətinin bir ilə uzadılması barədə cavabdeh Hökumətin vəsatətindən sonra (bax: yuxarıda qeyd edilən 7-ci bənd) Məhkəmə 2013-cü il aprelin 9-da tərəfləri məlumatlandırmışdır ki, həmin vəsatətin qəbul edilməsi onun səlahiyyətinə aid deyil. Məhkəmənin gəldiyi nəticəsinə əsasən həmin məsələ Konvensiyanın 26-cı maddəsinin 2-ci bəndinə əsasən fəaliyyət göstərən Nazirlər Komitəsinin səlahiyyətinə aiddir.
Bundan sonra həmin qərara yenidən baxılması barədə cavabdeh Hökumətinin vəsatətinə cavab olaraq Məhkəmə 2013-cü il mayın 14-də bildirmişdir ki, ad hoc sxemi üzrə qanunverici prosesinin naməlumluğunu və bu vaxtadək həmin məsələ üzrə az irəliləyişin əldə olunduğunu nəzərə alaraq və həmin qərarın Nazirlər Komitəsinin Konvensiyanın 46-cı maddəsinə əsasən nəzarət edici funksiyasının həyata keçirilməsi üzrə gələcəkdə qəbul edilə biləcək hər-hansı qərarına xələl gətirməyəcəyini qeyd edərək vəsatətin təmin edilməməsini qərara almışdır.2013-cü il iyunun 24-də həm ərizəçilər həm də cavabdeh Hökumət Konvensiyanın 41-ci maddəsinə əsasən ədalətli kompensasiya üzrə tələblərə dair öz qeydlərini təqdim etmişdirlər. Hər iki tərəf barışıq sazişinin imzalanmasına dair konkret təklifləri verməyərək həmin məsələ üzə barışığın əldə olunmasına hazır olduqlarını bildirmişdirlər. Bununla əlaqədar Məhkəmə məsələ üzrə Konvensiyanın 41-ci maddəsinə əsasən qərarın qəbul edilməsini məqsədəuyğun hesab etmiş və bu barədə tərəfləri məlumatlandırmışdır.
FAKTLAR
Birinci ərizəçi, cənab Mustafa Kuriç, 1935-ci ildə anadan olmuş və Koperdə (Sloveniya) yaşayır. İkinci ərizəçi, xanım Ana Mezqa, Xorvatiya vətəndaşıdır. O 1965-ci ildə anadan olmuş və Portorozda (Sloveniya) yaşayır. Üçüncü ərizəçi, cənab Tripun Ristanoviç, 1988-ci ildə anadan olmuş və hal-hazırda Sloveniyada yaşayır. O Bosniya və Herseqovina vətəndaşıdır. Dördüncü ərizəçi, cənab Əli Berişa 1969-cu ildə Kosovoda andan olmuşdur. Ən son məlumatlara əsasən, o, Serbiya vətəndaşıdır. O hal-hazırda Almaniyada yaşayır. Beşinci ərizəçi, cənab İlfan Sadik Ademi, 1952-ci ildə anadan olub. O Makedoniya vətəndaşıdır və Almaniyada yaşayır. Altıncı ərizəçi, cənab Zoran Miniç, 1972-ci ildə anadan olub. Hökumətin qeydlərinə əsasən o, Serbiya vətəndaşıdır. Onun dəqiq harada olduğu yer məlum deyil.
1. ƏSAS QƏRARDAN SONRA BAŞ VERMİŞ HADİSƏLƏR
“Hüquqi status haqqında” Qanuna edilmiş əlavələrə əsasən “silinmiş şəxslər”in ölkədə daimi yaşamaq hüququ almaq məqsədilə müraciətin verilməsi üçün ayrılmış müddət 2013-cü il iyulun 24-də bitmişdir. Həmin Qanun “Hüquqi status haqqında” Qanununun Konstitusiyaya uyğun olmayan məsələləri tənzim etmək məqsədilə Konstitusiya Məhkəməsinin 2003-cü il 3 aprel tarixli qərarında sonra qəbul edilmiş və 2010-cu il iyulun 24-də qüvvəyə minmişdir.Düzəlişlərdən sonra “Hüquqi status haqqında” Qanunun müddəalarına əsasən 1992-ci il fevralın 26-dan sonra həm ex nunc (hal-hazırda) həm də ex tunc (bundan əvvəl) Sloveniyada faktiki yaşayan “silinmiş şəxslər”in daimi yaşamaq icazəsinin əldə edilməsi mümkün hesab edilir. Eyni zamanda bu Qanun “silinmiş şəxslər”in uşaqlarının statusunu tənzimləyir və daimi yaşamaq icazəni əldə etmədən Sloveniya vətəndaşlığını əldə edən “silinmiş şəxslər” barədə retroaktiv qərarın qəbul edilməsini nəzərdə tutur (bax: əsas qərarın 71-ci, 76-79-cu bəndlər).Fərdi şəxslərlə yanaşı “Silinmiş şəxslərin” Vətəndaş təşəbbüsü Assosiasiya tərəfindən təqdim edilmiş “Hüquqi status haqqında” Qanununun Konstitusiyaya uyğunluğunun konstitusion nəzarəti qaydasında yoxlanılması barədə U-I-85/11nömrəli 2011-ci il 26 aprel tarixli müraciət hal-hazırda Konstitusiya Məhkəməsinin baxışındadır (bax: əsas qərarın 81-ci bəndi).2013-cü il yanvarın 10-da Konstitusiya Məhkəməsi Konstitusiyanın 26-cı maddəsi əsasında yaranan proseduranın uzadılması kimi sistematik problemi ilə əlaqədar Dövlətin məsuliyyəti barədə qərar qəbul etmişdir (bax: “Lukenda Sloveniyaya qarşı” (Lukenda v. Slovenia, no. 23032/02, §§ 89-98, ECHR 2005‑X). Konstitusiya Məhkəməsi müəyyən etmişdir ki, 26-cı maddə dar çərçivədə təfsir edilməməli və qanunsuz hərəkətlərə görə onun əsasında Dövlətin yurisdiksiyası altında müəyyən şəxsin və ya müvafiq orqanın deyil yalnız Dövlətin özünün məsuliyyəti yaranır. Həmin yanaşma məhkəmə baxışının əsassız uzadılmasına qarşı təminatlar ilə əlaqədar da tətbiq edilir və bununla əlaqədar yalnız məhkəmələr deyil hakimiyyətin hər üç qolu (qanunverici, icra və məhkəmə) məsuliyyət daşıyır. Konstitusiya Məhkəməsinin qərarı hazırkı iş üzrə əsas qərarın icrası üçün müvafiqdir.2013-cü ilin may ayında Hökumət “silinmiş şəxslər”ə ad hoc kompensasiya sxemini nəzərdə tutan Qanuna təkliflərini “geniş ictimaiyyətə” təqdim etmişdir.2013-cü il iyulun 25-də Hökumət Daimi Yaşayan Şəxslərin Reyestrindən Silinmiş Şəxslərə Dəymiş Ziyana görə Kompensasiyası barədə Qanun layihəsini Parlamentə təqdim etmişdir (Predlog Zakona o povračilu škode osebam, ki so bile izbrisane iz registra stalnega prebivalstva – bax: yuxarıda qeyd edilən 7-ci bənd). Qanun layihəsi düzəlişlərlə birlikdə 2013-cü il noyabrın 21-də baxışdan keçmişdir. Nəticədə həmin Qanun Rəsmi Qəzetinin 99/2013-cü sayında 2013-cü il dekabrın 3-də dərc edilmişdir. Qanun 2013-cü il dekabrın 18 qüvvəyə minib ya 2014-cü il iyunun 18-dən etibarən tətbiq ediləcək.Qanuna əsasən qanuni əsaslarla daimi yaşamaq icazəsini alan və ya Sloveniya vətəndaşlığını əldə edən “silinmiş şəxslər” kompensasiya sxeminin əhatə dairəsinə düşürlər. Eyni zamanda “Hüquqi status haqqında” Qanuna edilmiş düzəlişlərdən əvvəl qüvvədə olan qanunvericiliyə əsasən müraciətləri təmin edilməmiş “silinmiş şəxslər”ə münasibətdə kompensasiya sxemi aşağıdakı şərtlərlə tətbiq edilir: müraciətlər həmin şəxslərin Sloveniya Respublikasının ictimai qaydasına, təhlükəsizliyinə, müdafiəsinə və ya beynəlxalq münasibətlərə və cinayət işi üzrə aparılan təqibə təhlükə yaratdıqlarına ya da “Hüquqi status haqqında” Qanunun 3-cü maddəsində qeyd edilən digər əsaslara görə təmin edilməmişdirsə; onların müraciətləri ilə bağlı icraat həmin şəxslərin əməkdaşlıq etməkdən imtina edilməsinə görə dayandırılmamalıdır; və onlar faktiki olaraq Sloveniyada yaşamalıdırlar. Sonuncu qeyd edilən şərt dəyişdirilmiş “Hüquqi status haqqında” Qanununun 1(č) maddəsinə əsasən təsvir edilməlidir.
Sxemin əhatə dairəsinə düşən şəxslərin müəyyən edilməsi məqsədi ilə Hökumət dövlət daxili hüquq müdafiə vasitələrin tükəndirilməməsinə görə cənab Dabetiçin və xanım Ristanoviçin müraciətlərinin qəbulediməz hesab edilməsi barədə Böyük Palatanın qərardadını nəzərə almışdır (bax: yuxarıda qeyd edilən 4-cü bəndə) və qeyd etmişdir ki, həmin iki ərizəçi Sloveniyada qalma statuslarını tənzim etmək üçün istəklərini bildirməmişdirlər, xüsusilə bununla əlaqədar müvafiq hüquqi addımlar atmamışdırlar və nəticədə bu onların həmin məsələ üzrə maraqlarının olmadığını göstərir (müqayisə et: əsas qərarın 292-ci bəndi). Yeni Qanuna əsasən kompensasiya ilə bağlı hər hansı tələblər onun qüvvəyə minməsindən və ya daimi yaşamaq hüququnun verilməsi ya da Sloveniya vətəndaşlığının əldə edilməsi barədə qərarın aldığından sonra üç ildən gec olmayan müddətdə təqdim edilməlidir. Hər halda “siyahıdan silinmə”nin müddəti Qanunun qüvvəyə minməsi tarixindən kənara çıxa bilməz.Həm maddi həm də mənəvi ziyanı əhatə edərək kompensasiyanın məbləği “silinmə”nin hər bir yekunlaşmış ayı üçün 50 Avro əsasında hesablanacaqdır. Müraciətləri təmin edilməmiş “silinmiş şəxslər” üçün “silinmə”nin müddəti yekun mənfi qərardan sonra yekunlaşır. Bir neçə mənfi qərar verilibsə müddət Sloveniyada “faktiki yaşamağı” reallaşdıran yekun qərar nəticəsində bitir (bax: yuxarıda qeyd edilən 21-ci bənd). Həmin “silinmiş şəxslər” yekun mənfi qərardan sonra üç il ərzində müraciət edə bilərlər.Əlavə olaraq “silinmiş şəxslər” əlavə kompensasiya almaq hüququna malik olduqlarını hesab etsələr onlar Öhdəliklər Məcəlləsində təsbit edilmiş ümumi qadalara əsasən tələb irəli sürə bilərlər (Obligacijski zakonik, Official Gazette no. 83/2001). Həmin Qanun hal-hazıradək Sloveniya məhkəmələrinin şərh etdiyi kimi Öhdəliklər Məcəlləsinə əsasən iddia olunan zərərlərə münasibətdə məhdudiyyətlər statutunu aradan qaldırı (bax: əsas qərarının 83-cü bəndi) və həmin hissədə tələblərin irəli sürülməsi üçün yeni üç illik müddəti təqdim edir. Ərizələri təmin olunmamış “silinmiş şəxslər” yekun mənfi qərardan sonra üç il ərzində müraciət edə bilərlər. İzah edici memorandumda qeyd olunur ki, kompensasiya məbləğinə məhdudiyyətlərin qoyulması Sloveniyanın hazırkı iqtisadi şəraiti və Dövlətin firavanlığı ilə əlaqədar olan mövqe ilə əsaslandırılır.Bu növ kompensasiya həm vahid məbləğlə əlaqədar inzibati prosedurası vasitəsilə həm də əlavə kompensasiya ilə bağlı məhkəmə prosedurası ilə tələb oluna bilər. Lakin qeyd olunur ki, “silinmə”nin hər ayına görə kompensasiya məbləği 50 Avrodan ibarət olan vahid məbləğin üç mislidən artıq olmamalıdır.Eyni zamanda kompensasiya tələbləri rədd olunmuş və ya proseduraları dayandırılan “silinmiş şəxslər” yeni iddialar verə bilərlər.1000 Avro məbləğində kompensasiya almaq hüququna malik olan şəxslər dərhal 1000 Avrodan ibarət ilkin məbləği alırlar, qalan məbləği işi növbəti ödəmələr zamanı əldə edirlər.Eyni zamanda həmin şəxslərin Sloveniya cəmiyyətinə inteqrasiyasını tezləşdirmək məqsədilə onlar digər formalarda ədalətli kompensasiya əldə edəcəklər. Buraya dövlət orqanları tərəfindən ödənilən icbari tibbi sığorta, sosial-müdafiə proqramları əsasında təqdim edilən imtiyazlar və xüsusi yanaşma; ictimai yardımın və Dövlət qrantlarının digər növlərindən yararlanmaq imkanı; mənzillə təmin olunmaq (qeyri-kommersiya icarəsi) məsələsində imtiyazlar və xüsusi yanaşma; təhsil sistemindən istifadə etmək imkanı; və yekunda Avropa İttifaqının vətəndaşları olmayan əcnəbilərə onların Sloveniyanın mədəni, iqtisadi və sosial həyatına inteqrasiyası məqsədilə xüsusi yanaşma.İzah edici memorandumda qeyd olunmuşdur ki, Qanun layihəsinin hazırlanmasının tamamlanmasınadək (2013-cü ilin iyul ayınadək) 25671 nəfər “silinmiş şəxslər”dən 10046 nəfəri, o cümlədən 5360 azyaşlı şəxs (bax: əsas qərarın 33-cü və 69-cu bəndləri) ölkədə qalama statuslarını rəsmiləşdiriblər (2807 nəfər daimi yaşamaq icazənin alınması 7239 nəfəri isə Sloveniya vətəndaşlığının əldə olunması ilə). Bəziləri ölüblər, “silinmiş şəxslər”in məlum olmayan sayı Sloveniyanı tərk ediblər.Daxili İşlər Nazirliyinin rəsmi internet səhifəsində 2013-cü il iyulun 25-də dərc edilmiş məlumata əsasən “Hüquqi status haqqında” Qanuna edilmiş dəyişikliklərə uyğun olaraq 849 ərizəçi ex nunc daimi yaşamaq icazəsi əldə etmişdirlər (174 ərizə rədd edilmiş, 138 sayda daimi yaşamaq icazələri verilmişdir; həmin tarixədək 537 ərizə baxışda qalmaqdadır).
Əlavə olaraq 627 sayda ex tunc daimi yaşamaq icazələri əldə olunmuş, 417 ərizə təmin edilmiş, 76 ərizə rədd edilmiş və ya onlar üzrə prosedur dayandırılıb və 134 ərizə həmin tarixədək baxışda qalmaqdadır.
HÜQUQİ MƏSƏLƏLƏR
1. KONVENSİYANIN 41-Cİ MADDƏSİNİN TƏTBİQİ
Konvensiyanın 41-ci maddəsində bildirilir:
“Əgər Məhkəmə Konvensiyanın və ona əlavə protokolların pozulduğunu müəyyən edərsə və əgər Yüksək Razılığa Gələn Tərəfin daxili hüququ kompensasiyanın yalnız qismən ödənilməsini mümkün hesab edirsə, Məhkəmə, zəruri olduğu təqdirdə, zərərçəkmiş tərəfə ədalətli təzminatın ödənilməsi barədə qərar çıxarır”.
A. Maddi zərər
1. Ərizəçilərin qeydləri
(a) Ümumi qeydlər
Əsas qərarın qəbul edilməsindən sonra 2012-ci il sentyabrın 26-da ərizəçilər maddi ziyanla bağlı öz tələblərini təzələyiblər. 2013-cü il iyunun 24-də onlar təsdiq ediblər ki, öz əlavə edilmiş tələblərini müdafiə edirlər.
Ərizəçilər 1992-ci il fevralın 26-da “silinmədən” sonrakı müddətdən daimi yaşamaq icazəni alanadək kompensasiyanın ödənilməsinin təmin edilməsi üzrə müxtəlif hissələrdə maddi zərər görə tələbləri təqdim ediblər: sosial müavinət, mənzilin saxlanması üçün xərclər, arvad və uşağlara görə müavinət qismində keçmiş gəlirin itkisi və pensiya hüquqları ilə əlaqədar gələcək gəlirlərin itkisi (onlar aşağıdakı qərarlara istinad ediblər: “Iatridis Yunanıstana qarşı” (Iatridis v. Greece (just satisfaction) [GC], no. 31107/96, § 37, ECHR 2000‑XI) və “Uillis Birləşmiş Krallığa qarşı” (Willis v. the United Kingdom, no. 36042/97, §§ 65-70, ECHR 2002‑IV).Ərizəçilər qeyd etmişdirlər ki, məruz qaldıqları maddi zərərlə bağlı kompensasiyanın ödənilməsi üçün tələb olunan məbləğlərin dəqiq hesablanması pozuntudan sonra “mənaca şübhəli” zərər (bax: “Yanq, Ceyms və Vebster Böyük Britaniyaya qarşı” (Young, James and Webster v. the United Kingdom (former Article 50), 18 October 1982, § 11, Series A no. 55) və “silinmə” baş verdikdən sonra vaxt itkisi nəticəsində mümkün olmaya bilərdi. Keçmiş və gələcək zərərin qiymətləndirilməsi zamanı naməlum məsələləri nəzərə alaraq ərizəçilər həmin məsələnin müəyyən edilməsini Məhkəmənin mülahizəsinə buraxmışdırlar (bax: “Sandi Taymz Birləşmiş Krallığa qarşı” (The Sunday Times v. the United Kingdom (no. 1) (former Article 50), 6 November 1980, § 15, Series A no. 38). Xüsusilə “Smif və Qradi Böyük Britaniyaya qarşı” (Smith and Grady v. the United Kingdom (just satisfaction), nos. 33985/96 and 33986/96, §§ 18-21, ECHR 2000‑IX) işdə Məhkəmə qeyd etmişdir ki, ərizəçilərin Konvensiyada təsbit edilmiş hüquqların pozuntusu ilə işdən çıxarılması onların öz vəzifələrin səmərəli icra etməsinin davam etdirilməsini şübhə altına qoymağa heç bir səbəb yoxdur. Bununla Məhkəmə ərizəçilərin karyera imkanlarını nəzərə alaraq keçmiş və gələcək gəlirlə əlaqədar ədalətli kompensasiyanın ödənilməsini qət etmişdir.
(b) Keçmiş gəlirin itkisi
(i) Sosial müavinət
Sosial müavinətlə əlaqədar ərizəçilərin qeydlərinə əsasən onların Sloveniyada işləməsi və ya dolanış üçün qazanc əldə etməsi üçün onların nəzarəti altında olmayan səbəblərə görə imkanın yaradılmaması mübahisə olunmazdır və bununla onlar qanunvericiliklə nəzərdə tutulmuş bir sıra müavinətləri əldə edə bilməmişdirlər.Hər bir ərizəçi aylıq sosial müavinətlə əlaqədar onlara təyin edilmiş müvafiq məbləğlərin ödənilməsini tələb etmişdirlər. Hesablama üçün onlar 260 Avro aylıq vahid məbləği götürmüşdürlər. Onlar ayların sayına vurulmuş və üstünə faiz dərəcəsi əlavə edilmiş məbləği “silinmə” baş tutmasa idi ala bilərdilər. Həmin məbləğ “Vergi balans haqqında” Qanununun (Zakon o socialno varstvenih prejemkih, Official Gazette, no. 61/2010) 152(1) maddəsi ilə birlikdə götürülmüş “Maliyyə sosial yardım haqqında” Qanunda (Zakon za uravnoteženje javnih financ, Official Gazette, no. 40/2012) təsbit edilmiş sosial müavinətə uyğundur.Hökumətin qeydlərinə cavab olaraq ərizəçilər 2011-ci il dekabr ayınadək tətbiq edilmiş və 2013-cü il iyunun 30-dək inflyasiya ilə əlaqədar artırılmış 230 Avro vahid aylıq məbləği barədə Hökumətin yanaşmasını qəbul etmişdirlər (bax: aşağıda qeyd edilən 55-ci bənd).Əlavə olaraq qanunvericiliyə əsasən az təminatlı ailələrə uşaq və arvadının saxlanması üçün sosial müavinətin ödənilməsi nəzərdə tutulur, belə ki birinci uşağa görə 208 Avro, hər sonrakı uşağa görə 182 Avro, əlavə həddi-buluğa çatmış şəxsə isə 130 Avro məbləğində müavinət ödənilir.Ərizəçi cənab Berişanın “silinmə”nin bütün müddəti üzrə mübahisələndirilən normanın təyin edilməsinə dair tələbin qəbul edilməsi ilə əlaqədar (bax: aşağıda qeyd edilən 56-cı və 71-ci bəndlər) ərizəçilər bildirmişdirlər ki, Hökumət iddia etdiyi kimi 1998-ci ildən sonra Almaniyada aldığı məbləği konkret göstərməmişdir. O qeyd olunan müddət üçün ən azı həmin məbləğlərin fərqini, həmçinin bundan əvvəl Almaniyada müavinətin aldığını və ya onun məbləğini təsdiq edən müvafiq sübutların olmadığını nəzərə alaraq bundan əvvəlki müddətə görə müəyyən məbləğləri almaq hüququna malik olardı. Eyni zamanda cənab Berişa öz arvadına və beş uşağına görə sosial müavinətin almaq hüququna malik olardı.Həmin hissədə ərizəçi cənab Ademinin mübahisələndirilən norma ilə əlaqədar Almaniyada qaldığı müddət ərzində sosial müavinətin aldığı (bax: aşağıda qeyd edilən 56-cı və 75-76-cı bəndlər) barədə onun qızının inzibati icraat zamanı verdiyi bəyanatı ilə əlaqədar ərizəçilər qeyd etmişdirlər ki, bu ifadələr ərizəçinin həmin hüquqdan məhrum edilməsi üçün əsas ola bilməz.
(ii) Evin saxlanması xərcləri
Evin saxlanması xərcləri ilə bağlı ərizəçilər “Sosial təhlükəsizlik haqqında” 2007-ci il tarixli Qanuna əsasən əldə etmək hüququna malik ola bildikləri sosial müavinətin 25 % miqdarında məbləği tələb edirdilər (Zakon o socialnem varstvu, Official Gazette, no. 3/2007).Ərizəçilər yalnız “xüsusi qorunan sahiblik hüququ”na və ya “icarə hüququ”na (stanovanjska pravica – bax: “Berqer-Kral və digərləri Sloveniyaya qarşı” (Berger-Krall and Others v. Slovenia (dec.), no. 14717/04, § 4, 28 May 2013) malik olan və evin sanması müavinətinin alınması üçün müraciət edən, habelə “Mənzil haqqında” 2003-cü il tarixli Qanunun qüvvəyə minməsindən sonra Sloveniya vətəndaşlığını alan şəxslərin evin saxlanması müavinətini əldə etmək hüququna malik olduğu barədə Hökumətin qeydlərini mübahisələndiriblər (bax: aşağıda qeyd edilən 57-ci bənd). Ərizəçilər bildiriblər ki, “Sosial təhlükəsizlik haqqında” 1992-ci il tarixli Qanuna (Zakon o socialnem varstvu, Official Gazette, no. 54/1992) əsasən evin saxlanması müavinətin əldə olunması üçün “xüsusi qorunan sahiblik hüququ” şərt hesab edilmir. “Mənzil haqqında” 2003-cü il tarixli Qanunu ilə Sloveniya vətəndaşlığı şəstinin müəyyən edilməsini qəbul edərək ərizəçilər mübahisələndiriblər ki, onlar “silinməsəydilər” həmin tarixədək Sloveniya vətəndaşlığını əldə edə bilərdilər.
(iii) Uşağa görə müavinət
Uşağa görə müavinətlə bağlı ərizəçilər bildiriblər ki, tələb edildiyi halda onlar həmin müavinəti “İctimai fondlardan istifadə etmək hüquqların həyata keçirilməsi haqqında” Qanuna (Zakon o uveljavljanju pravic iz javnih sredstev, Official Gazette, no. 62/2012) əsasən əldə etmək hüquqna malik ola bilərdilər. Gəliri olmayan ailələr üçün uşağa görə müavinət birinci uşağa görə 114.30 Avro, ikinci uşağa görə 125.73 Avro və hər əlavə uşağa görə 137.18 Avro məbləğində müəyyən edilib. Sosial müavinətdən fərqlənən uşağa görə müavinəti həm sosial müavinətləri alan həm də az gəliri olan ailələr əldə edə bilərlər.Cənab Berişanın yalnız ailəsi ilə birlikdə Sloveniyada yaşadığı müddət ərzində beş uşağa görə müavinətin alması hüquqa malik olması barədə Hökumətin bəyanatına cavab olaraq ərizəçilər mübahisələndiriblər ki, həmin ərizəçi uşaqların yaşını nəzərə alaraq bütün müddət üçün müavinəti əldə etmək hüququna malik olmuşdur.Xanım Mezqanın Xorvatiyada yaşayan iki uşağı ilə bağlı tələbi üzrə uşaqların Xorvatiyada himayədə qaldıqları ilə əlaqədar ərizəçinin onlara görə müavinətin əldə olunması hüququna malik olmaması barədə Hökumətin qeydlərinə (bax: aşağıda qeyd edilən 60-ci bənd) cavab olaraq ərizəçilər mübahisələndiriblər ki, həmin ərizəçi “silinməsə”idi uşaqlar onunla Sloveniyada yaşayardılar və müavinəti alardılar, bununla o, həm qızı İnes həm də oğlu Enesə görə müavinəti almaq hüququna malik olmuşdur.
(c) Gələcək gəlirin itkisi
Pensiya hüququ
Gələcək gəlirin itkisi ilə əlaqədar ərizəçilər bildiriblər ki, onlar pensiya sxemi əsasında ödənişlər etmək imkanına malik olmamışdırlar və bununla milli qanunvericiliyə əsasən onları pensiya almaq hüququ yoxdur. Bununla əldə edə biləcəkləri minimal gələcək gəlirin məbləğini əla biləcəkləri minimal pensiyanın məbləğinə istinad edərək müəyyən etmək mümkün olardı.“Pensiya və əlilliyin sığortalanması haqqında” Qanuna (Zakon o pokojninskem in invalidskem zavarovanju, Official Gazette, no. 106/99, əlavələr edildiyi kimi) əsasən azı on beş il ərzində işləyən şəxslər üçün əsas minimal pensiyanın məbləği 551.16 Avro təşkil edir. Ərizəçilər gələcəkdə həmin məbləğin müəyyən hissəsini (kişilər 192.90 Avro, qadınlar 209.44 Avro) əldə etmək hüququna malik olardılar. Həmin hissədə bütün məbləğlərin hesablanması zamanı ərizəçilər hal-hazırkı həyat uzunluğunu nəzərə alıblar (kişilər üçün 73,83 yaş, qadınlar 81,36 yaş).Sloveniyada daimi icazə ilə yaşayan və pensiya hüququ əldə etməmiş əcnəbilər daxil olmaqla bütün şəxslərin pensiya almaq hüququna malik olmadığı və ya gəlirləri ya da mülkiyyəti 460 Avrodan çox olmadığı təqdirdə gəlir yardımını və ya minimal pensiya yardımını əldə etmək hüququna malik olması barədə Hökumətin bəyanatı (bax: aşağıda qeyd olunan 63-64-cü bəndlər) ərizəçilər tərəfindən müvafiq yaş həddinə çatanda minimal pensiya yardımının əldə olunması üçün həyata keçirilən tədbirlər kimi şərh edilirdi (qanılar üçün altmış üç, kişilər üçün altmış beş yaş).
(d) Fərdi ərizəçilər
(i) cənab Mustafa Kuriç
Ərizəçi cənab Kuriçin 1992-ci il fevralın 26-dan 2010-cu il noyabrın 2-dək heç bir hüquqi statusu olmamışdır (on səkkiz il, səkkiz ay və yeddi gün).
Bununla ərizəçi onun statusu tənzim olunmadan 224 ay yaşamışdır.
Ərizəçi sosial müavinət üçün 58,240 Avro və evin saxlanması üçün xərclərə görə 14,560 Avro məbləğində vəsaiti tələb edirdi.
Əlavə olaraq o pensiya hüquqları ilə əlaqədar 9,259.2 Avro məbləğində vəsaitin ödənilməsini tələb edirdi. Ərizəçinin yaşının (yetmiş yetdi) kişilərin orta yaşı ilə müqayisədə çox olduğunu nəzərə alaraq onun münasibətdə qadınların orta yaşı tətbiq edilmişdir.
Ümumilikdə ərizəçi maddi zərər görə 82,059.2 Avro məbləğində vəsaitinin ödənilməsini tələb etmişdir.
(ii) xanım Ana Mezqa
Ərizəçi xanım Mezqa 1992-ci il fevralın 26-da hüquqi statusunu itirmiş və Sloveniya vətəndaşını ailə üzvü kimi 2007-ci il sentyabrın 13-də müvəqqəti yaşamaq icazəni, 2011-ci il martın 1-də isə daimi yaşamaq icazəni almışdır (on doqquz il və iki gün). Bununla ərizəçi onun statusu tənzim olunmadan 186 ay yaşamış, və müvəqqəti yaşamaq icazəsinin ona sosial müavinətin alınmasına hüququ vermədiyini nəzərə alaraq daimi yaşamaq hüququnun əldə olunması üçün 228 ay gözləməli olmuşdur.
Ərizəçi sosial müavinət üçün 59,280 Avro və evin saxlanması üçün xərclərə görə 14,820 Avro məbləğində vəsaiti tələb edirdi.
Əlavə olaraq o İnes adlı uşağa görə 13,373.1 Avro və Enes adlı uşağa görə 27,157.68 Avro məbləğində müavinətin ödənilməsini tələb etmişdir. Onun böyük uşaqları Xorvatiyada yaşayırlar.
Sonda ərizəçi pensiya hüquqları ilə əlaqədar 85,451.52 Avro məbləğində vəsaitin ödənilməsini tələb edirdi.
Ümumilikdə ərizəçi maddi zərər görə 200,082.3 Avro məbləğində vəsaitinin ödənilməsini tələb etmişdir.
(iii) cənab Tripun Ristanoviç
Ərizəçi cənab Ristanovçin 1992-ci il fevralın 26-dan 2011-ci il martın 10-dək heç bir hüquqi statusu olmamışdır (uşaq olaraq on dörd il, beş ay və iyirmi beş gün, böyüyəndən sonra dörd il, altı ay və iyirmi gün). Bununla ərizəçi onun statusu tənzim olunmadan 228 ay yaşamışdır.
Ərizəçi uşaqlara verilən sosial müavinət üçün 36,192 Avro və böyüklərə verilən sosial müavinət üçün 14,040 Avro, evin saxlanması üçün xərclərə görə 3,510 Avro məbləğində vəsaiti tələb edirdi.
Əlavə olaraq o İnes adlı uşağa görə 13,373.1 Avro və Enes adlı uşağa görə 27,157.68 Avro məbləğində müavinətin ödənilməsini tələb etmişdir. Onun böyük uşaqları Xorvatiyada yaşayırlar.
Qeydlərin təqdim edilməsi zamanı iyirmi dörd yaşında olan ərizəçi ödənilə bilən pensiya ödənişlərinin kompensasiyasına görə 6,386.58 Avro məbləğində vəsaitin ödənilməsini tələb edirdi.
Ümumilikdə ərizəçi maddi zərər görə 60,128.58 Avro məbləğində vəsaitinin ödənilməsini tələb etmişdir.
(iv) cənab Əli Berişa
Ərizəçi cənab Berişanın 1992-ci il fevralın 26-dan 2010-cu il oktyabrın 19-dək heç bir hüquqi statusu olmamışdır (on səkkiz il, yeddi ay və iyirmi gün). Bununla ərizəçi onun statusu tənzim olunmadan 223 ay yaşamışdır.
Ərizəçi öz sosial müavinəti üçün 57,980 Avro və arvadının sosial müavinəti üçün 22,100 Avro, habelə evin saxlanması üçün xərclərə görə 14,495 Avro məbləğində vəsaiti tələb edirdi.
Əlavə olaraq arvadının beş uşaqlarına görə aşağıdakı məbləğlərdə müavinətin ödənilməsini tələb edirdi: Dem adlı uşağa görə 17,602.2 Avro, Eqzon adlı uşağa görə 16,973.55 Avro, Eqzona adlı uşağa görə 15,755.7 Avro, Haxi adlı uşağa görə 10,974.4 Avro və Valon adlı uşağa görə 6,996.18 Avro
Əlavə olaraq ərizəçi pensiya hüquqları ilə əlaqədar 71,758.8 Avro məbləğində vəsaitin ödənilməsini tələb edirdi.
Ümumilikdə ərizəçi maddi zərər görə 234,655.83 Avro məbləğində vəsaitinin ödənilməsini tələb etmişdir.
(v) cənab İlfan Sadik Ademi
Ərizəçi cənab Ademi 1992-ci il fevralın 26-dan 2011-ci il aprelin 20-dək heç bir hüquqi statusu olmamışdır (on doqquz il, bir ay və iyirmi bir gün). Bununla ərizəçi onun statusu tənzim olunmadan 229 ay yaşamışdır.
Ərizəçi sosial müavinət üçün 59,540 Avro və evin saxlanması üçün xərclərə görə 14,885 Avro məbləğində vəsaiti tələb edirdi.
Əlavə olaraq o pensiya hüquqları ilə əlaqədar 78,703.2 Avro məbləğində vəsaitin ödənilməsini tələb edirdi.
Ümumilikdə ərizəçi maddi zərər görə 106,832.2 Avro məbləğində vəsaitinin ödənilməsini tələb etmişdir.
(vi) cənab Zoran Miniç
Ərizəçi cənab Miniç 1992-ci il fevralın 26-dan 2011-ci il mayın 4-dək heç bir hüquqi statusu olmamışdır (on doqquz il, iki ay və beş gün). Bununla ərizəçi onun statusu tənzim olunmadan 230 ay yaşamışdır.
Ərizəçi sosial müavinət üçün 59,800 Avro və evin saxlanması üçün xərclərə görə 14,950 Avro məbləğində vəsaiti tələb edirdi.
Əlavə olaraq o pensiya hüquqları ilə əlaqədar 78,703.2 Avro məbləğində vəsaitin ödənilməsini tələb edirdi.
Ümumilikdə ərizəçi maddi zərər görə 153,453.2 Avro məbləğində vəsaitinin ödənilməsini tələb etmişdir.
2. Cavabdeh Hökumətin qeydləri
(a) Ümumi qeydlər
2013-cü il 24 iyun tarixli qeydlərində Hökumət bildirmişdir ki, fərdi ərizəçilərin olduğu şəraitləri biri birindən mühüm dərəcədə fərqlənir və əksəriyyətinin müxtəlif sosial müavinətlər və/və ya uşağa görə müavinətlər ilə əlaqədar kompensasiya almasına hüquqları mövcuddur. Lakin aşkar edilmiş pozuntu ilə iddia olunan zərər arasında səbəbiyyət əlaqəsini sübut etmək çətindir. İşdə aydın olmayan və naməlum bir sıra məqamlar mövcuddur.Əlavə olaraq tətbiq edilən qanunvericilik dəyişilir və yeni məhdudiyyətlər qoyulur. Bundan sonra ərizəçilərin yaşayış şəraitləri dəyişilirdi və onların qanunvericiliyin müvafiq müddəalarında qeyd olunan bütün meyarlara cavab verildiyi məlum deyil. Yekunda ərizəçilərin müvafiq məbləğlərdə kompensasiya almaq hüququ araşdırılarkən və onlara konkret təkliflər verilərkən Sloveniyanın hazırkı iqtisadi vəziyyət nəzərə alınmalıdır (bax: “Fərdi ərizəçilər” bölməsində aşağıda qeyd edilən 65-78-ci bəndlər).
(b) Keçmiş gəlirin itkisi
(i) Sosial müavinət
Hökumət qeyd etmişdir ki, ərizəçilər “silinmə” müddəti ərzində sosial müavinətlə bağlı müvafiq tələbi təqdim edərək əsas kimi aylıq məbləği (260 Avro) nəzərdə tutublar (bax: yuxarıda qeyd edilən 34-cü bənd). Lakin 2012-ci ildə “Maliyyə Sosial Yardımı haqqında” Qanuna edilmiş dəyişikliklərdən əvvəl əsas aylıq məbləğ 230.61 Avro olmuşdur. Hökumət hesab edir ki, ərizəçilər 2011-ci il dekabrın 31-dək qüvvədə olan və inflyasiyaya görə nizamlanan 230.61 Avro məbləğində minimal sosial müavinəti almaq hüququna malik olublar. Lakin məbləğlərin hesablanmasının qaydası göstərilmədən Hökumətin ərizəçilərə təklif olunan faktiki məbləğlər həddindən artıq aşağı olmuşdurlar və bununla əlaqədar həmin əsasla heç bir real təklif olmamışdır (bax: aşağıda qeyd edilən 66, 68, 70, 74, 76 və 78-ci bəndlər).Bundan sonra Hökumət qeyd etmişdir ki, ərizəçilərin fərdi şəraitlərini nəzərə alaraq onların bəziləri “silinmənin” bütün müddətində sosial müavinətin alınması hüququna malik olmamışdırlar. Əlavə olaraq ərizəçilərin sosial müavinət kimi almaq hüququna malik olan müvafiq məbləğlər müəyyən edilərkən digər faktlar və tətbiq edilən qanunvericilik nəzərə alınmalıdır. Əmək, Ailə, Sosial İşlər və Bərabər İmkanlar Nazirliyi (bundan sonra - “Nazirlik”) bütün şəraitlər uyğun olduqda və əsas kimi bir nəfərin inflyasiya nəzərə alınmaqla aylıq sosial müavinət məbləğini götürərək ərizəçilərin almaq hüququ olan sosial müavinətlərin məbləğlərinin hesablanması üzrə təkliflər hazırlamışdır.
(ii) Evin saxlanması müavinəti
Evin saxlanması xərcləri ilə əlaqədar Hökumət mübahisələndirmişdir ki, ərizəçilərin həmin tələbləri əsassızdır. 1992-ci il tarixli “Sosial Təhlükəsizlik haqqında” Qanuna əsasən yalnız 1991-ci il oktyabrın 19-dək “xüsusi qorunan sahiblik hüququ” alan Sloveniya və ya qeyri Sloveniya vətəndaşları bununla bağlı 1992-ci il fevralın 25-dək müvafiq müraciət təqdim ediblərsə həmin müavinəti almaq hüququna malikdirlər. Həmin müraciətin müsbət cavablandırıldığı təqdirdə belə ərizəçilər yalnız vətəndaşlığı həmin müavinətin alınması üçün əsas amil kimi müəyyən edən “Mənzil haqında” Qanunun qüvvəyə mindiyi tarixədək, yəni 2003-cü il oktyabrın 14-dək evin saxlanması xərcləri ilə bağlı müavinət almaq hüququna malik olmuşdurlar.
Səlahiyyətli mənzil fondlar tərəfindən təqdim edilmiş məlumatlara əsasən bütün ərizəçilərdən yalnız cənab Kuriç “xüsusi qorunan sahiblik hüququ” əldə etmişdir, lakin o, 1992-ci ilədək evin saxlanması xərcləri ilə bağlı müavinət almaq üçün müvafiq qaydada müraciət etməyib.
Hər halda ərizəçilərin Konvensiya hüquqlarının pozuntusu ilə bu hissədə iddia olunan zərərə məruz qalması arasında səbəbiyyət əlaqəsi müəyyən edilməmişdir.
(iii) Uşağa görə müavinət
Uşağa görə müavinətlə bağlı Hökumət qeyd etmişdir ki, ərizəçi cənab Berişa bu hissədə tələbini öz beş uşağı ilə bağlı, ərizəçi xanım Mezqa isə Xorvatiyada yaşayan iki övladı ilə əlaqədar təqdim etmişdirlər. İlkin olaraq uşağa görə müavinətin alınması məsələsi “Ailə gəlirlə haqqında” Qanuna əsasən tənzimlənmişdir (Zakon o družinskih prejemkih, Official Gazette, no. 65/93) və bundan sonra “Valideynlərin müdafiəsi və ailə gəlirləri haqqında” Qanuna əsasən tənzimlənmişdir (Zakon o starševskem varstvu in družinskih prejemkih, Official Gazette, no. 97/2001). Sonuncu Qanunun 67-ci maddəsinə əsasən uşağa görə müavinətin alınması hüququ müvafiq şərtlərlə yalnız bir valideynə verilə bilər.Hökumət qəbul etmişdir ki, ərizəçi cənab Brişanın Sloveniyada ailəsi ilə qaldığı müddətlə bağlı tələbləri qismən əsaslıdır (bax: 71-73-cü bəndlər).Ərizəçi xanım Mezqa ilə əlaqədar Hökumət onun iki böyük övladı himayə üçün Xorvatiyaya verildiyinə görə o, himayəyə verilən uşağa görə müavinətin alınmasını mümkünsüz edən “Valideynlərin müdafiəsi və ailə gəlirləri haqqında” Qanunun qüvvəyə minməsindən (2002-ci il yanvarın 1) əvvəl və sonra həmin müavinətin almaq hüququna malik olmadığını mübahisələndirmişdir. Ərizəçi həmin uşaqlara görə müavinətin alınması üçün Sloveniyada müraciət etməmişdir və Xorvatiyada Enes adlı oğlunu himayəyə götürən ailə Xorvatiyada uşağa görə təqdim edilən müavinəti almışdır.
(c) Gələcək gəlirin itkisi
Pensiya hüququ
Gələcək gəlirin itkisi ilə əlaqədar Hökumət qeyd etmişdir ki, ərizəçilər Daimi Yaşayan Şəxslərin Reyestrindən silinməsəydilər onlar ən aşağı məbləğdə pensiya almaq hüququna malik olardılar. Lakin Hökumət hesab edir ki, onların sosial müavinətləri ilə bağlı olan tələbləri pensiya hüquqları ilə bağlı gələcək gəlirin itkisi barədə tələbin verilməsinə maneə törədir. Konvensiya hüquqlarının pozuntusu ilə bu hissədə iddia olunan zərərə məruz qalması arasında səbəbiyyət əlaqəsi müəyyən edilməmişdir.“Pensiya və əlilliyin sığortalanması haqqında” Qanuna əsasən hər bir işçi və ya fərdi sahibkar sosial ödəmələrin keçirilməsi vəzifəsini daşıyır. Hər bir şəxsin pensiya almaq hüququ o zaman yaranır ki, o ən azı on beş il ərzində sosial ödəmələr keçirməli və onun yaşı təsbit edilmiş pensiya yaşına uyğun olmalıdır (son illər pensiya yaşı artır və bu artma davam edir).İşsiz şəxsin sosial ödəmələri keçirmək vəzifəsi yaranmır və onlar pensiya almaq hüququna malik olmasalar da sosial sığortaya malikdirlər. Müvafiq yaş həddinə çatanadək (qadınlar altmış üç, kişilər isə altmış beş yaş) sosial sığorta sosial müavinət kimi təqdim edilir. Təsbit edilmiş yaşa çatandan sonra pensiya almaq hüququ olmayan və ya pensiya məbləği həddindən artıq az olan hər bir şəxs gəlir yardımı və ya minimal pensiya yardımı almaq hüququna malikdirlər. Ölkə ərazisində daimi yaşamaq icazəsinə malik olan əcnəbilər də minimal pensiya yardımını əldə etmək hüququna malikdirlər. Minimal pensiya yardımını almaq hüququna malik olması üçün aylıq gəlir həddi 460 Avro məbləğində müəyyən edilib.Yekunda bir tərəfdən 460 Avro məbləğinə bərabər ya da ondan artıq olan gəlirə və ya əmlaka malik olmayan, lakin digər müvafiq şərtlərə cavab verən şəxs minimal pensiya yardımını əldə edə bilər. Digər tərəfdən ərizəçilər qeyd etdiklərinə zidd olaraq pensiya hüququna malik deyirlər.
(d) Fərdi ərizəçilər
(i) cənab Mustafa Kuriç
Sosial müavinətlə əlaqədar Hökumət müəyyən etmişdir ki, ərizəçi cənab Kuriç 2000-ci ilin əvvəllərinədək işləmişdir. Bu fakt Səhiyyənin Sığortalanması İnstitutu tərəfindən təqdim edilmiş məlumatla təsdiqlənir. Lakin o, 1992-2000-ci illər ərzində icbari sosial ödənişləri köçürməmişdir. Ərizəçinin gəlir səviyyəsi göstərir ki, o, 1999-cu il iyulun 1-dək sosial müavinət almaq hüququna malik olmamışdır, lakin ərizəçi həmin tarixdən etibarən ölkədə daimi yaşamaq icazəsini əldə edənədək həmin müavinəti almaq hüququna malik olardı. Ərizəçi 29,479.09 Avro məbləğində müavinət ala bilərdi.Hökumət tələbin bu hissəsində ərizəçiyə 8,843.73 Avro məbləğində vəsaiti ödəməyə hazırdır.
(ii) xanım Ana Mezqa
Sosial müavinətlə əlaqədar Hökumət müəyyən etmişdir ki, ərizəçi xanım Mezqa 1992-ci il noyabrın 30-dan işsiz olmuş və ona işsizlik müavinətin ödənilməsinin dayandırılmasından sonra sosial müavinət əldə edə bilərdi. Əlavə olaraq ərizəçinin Sloveniyada yaşayan dostu və onun iki azyaşlı uşağı 1999-cu ildən etibarən sosial müavinət almışdırlar. Həmin müddət üçün ərizəçi onların ailə üzvü olduğu üçün sosial müavinəti almaq hüququna malik olardı. Müxtəlif sosial rejimləri nəzərə alan Nazirliyin hesablamalarına əsasən ərizəçi xanım Mezqa 35,359.94 Avro məbləğində vəsaiti almaq hüququna malik olardı.Hökumət tələbin bu hissəsində ərizəçiyə 10,607.98 Avro məbləğində vəsaiti ödəməyə hazırdır.
(iii) cənab Tripun Ristanoviç
Sosial müavinətlə əlaqədar Hökumət qeyd etmişdir ki, Sloveniyaya qayıdandan (bax: əsas qərarın 132-133-cü bəndləri) öncə bir neçə il Serbiyada yaşayan ərizəçi cənab Ristanoviç müvafiq meyarlara əsasən 17,404.25 Avro məbləğində vəsaiti ala bilərdi.Hökumət tələbin bu hissəsində ərizəçiyə 5,112.08 Avro məbləğində vəsaiti ödəməyə hazırdır.
(iv) cənab Əli Berişa
Sosial müavinətlə əlaqədar Hökumət mübahisələndirmişdir ki, ərizəçi cənab Berişa eyni müavinəti Almaniyanın səlahiyyətli orqanlarından almışdır. Sloveniya dövlət orqanlarının müraciəti əsasında Almaniyanın səlahiyyətli orqanları təsdiqləyiblər ki, 2001-2005-ci və 2006-cı illər ərzində müvafiq müddətlər istisna olmaqla 1998-ci ildən etibarən sosial müavinət almışdır. Eyni zamanda müvafiq müddətləri və məbləğləri qeyd etmədən bildirilmişdir ki, 1991-ci ildən etibarən ərizəçi sığorta pensiyası ilə əlaqədar nağd şəkildə pul vəsaiti almışdır. Nazirliyə məlum olan məlumata əsasən ərizəçi Sloveniyanın Qaçqınlar üçün Mərkəzdə yaşadığı müddətdə ərzində özü ilə əlaqədar 3,790.43 Avro arvadı ilə əlaqədar isə 2,653.30 Avro məbləğində vəsaiti almaq hüququna malik olardı (bax: əsas qərarın 147-ci bəndinə).Uşağa görə müavinətlə əlaqədar ərizəçi beş uşağın saxlanması ilə əlaqədar 8,625.33 Avro məbləğində vəsaiti almaq hüququna malik olardı.Bununla əlaqədar ərizəçi sosial və uşağa görə müavinətlərlə əlaqədar ümumilikdə 15,069.06 Avro məbləğində vəsaiti almaq hüququna malik olardı.Hökumət tələbin bu hissəsində ərizəçiyə 4,520.72 Avro məbləğində vəsaiti ödəməyə hazırdır.
(v) cənab İlfan Sadik Ademi
Sosial müavinətlə əlaqədar nəzərə alaraq ki ərizəçi cənab Ademinin qızı inzibati icraat zamanı atasının Almaniyanın səlahiyyətli orqanlarından sosial müavinətin aldığını bildirmişdir Hökumət onun heç bir sosial yardım almaq hüququna malik olmadığını qeyd etmişdir. Sloveniyanın səlahiyyətli orqanları Almaniyanın müvafiq orqanlarına müraciət ünvanlamış və sonuncular həmin müraciətlərə cavab verməmişdirlər. Lakin Almaniyanın pensiya sığortası orqanı tərəfindən təqdim edilmiş məlumata əsasən ərizəçi Almaniyada 2003-cü və 2004-cü illərdə işləmiş, habelə 2005-ci ildə işsizliyə görə müavinət almışdır.Hökumət bu hissədə ərizəçiyə heç bir kompensasiyanın ödənilməsinə hazır deyil.
(vi) cənab Zoran Miniç
Sosial müavinətlə əlaqədar Hökumətdə olan məlumata əsasən ərizəçi cənab Miniç 1992-ci il fevralın 26-dan 1999-cu il aprelin 6-dək Pudujevoda (əvvəllər Serbiya, hal-hazırda isə Kosovo) işləmişdir (bax: əsas qərarın 176-cı bəndinə). Bununla o həmin müddət üçün sosial müavinəti almaq hüququna malik olmamışdır. Qalan müddətə görə o 31,463.38 Avro məbləğində sosial müavinət ala bilər.Hökumət tələbin bu hissəsində ərizəçiyə 9,439.02 Avro məbləğində vəsaiti ödəməyə hazırdır.
3. Məhkəmənin qərarı
(a) Ümumi prinsiplər
Böyük Palata təkrarlayır ki, pozuntu aşkar olunmuş qərarda Məhkəmə Dövlətin üzərinə pozuntuya son qoymaq və şəraiti pozuntudan əvvəl olan hala mümkün qədər çatdırmaqla onun nəticələrini aradan qaldırmaq öhdəliyi qoyur.İşin tərəfləri olan Razılığa gələn Dövlətlər Məhkəmə tərəfindən pozuntu aşkar edilmiş qərarın icrası üçün vasitələrin seçilməsində sərbəstdirlər. Qərarın icrası üçün vasitələrin seçilməsinə dair Dövlətlərə təqdim olunan diskresion səlahiyyət hər bir Dövlətin Konvensiyanın 1-ci maddəsində təsbit edilmiş hüquq və azadlıqlarının qorunması üzrə əsas öhdəliyinə bağlı olan seçmək azadlığını əks etdirir. Pozuntunun mahiyyəti restitutio in inteqrum vəzifəsini yaradırsa yalnız cavabdeh Dövlət bununla bağlı müəyyən tədbirlər görməlidir. Məhkəmənin bununla bağlı həm səlahiyyəti həm də praktiki imkanı mövcud deyil. Bir tərəfdən milli qanunvericiliyə əsasən bərpa mümkünsüz və ya qismən mümkün hesab olunursa Konvensiyanın 41-ci maddəsi zərər çəkmiş şəxsə uyğun olan kompensasiyanın ödənilməsinin təyin edilməsini mümkün edir (bax: digər qərarlarla yanaşı, “Papamiçalopulos və digərləri Yunanıstana qarşı” (Papamichalopoulos and Others v. Greece (former Article 50), 31 October 1995, § 34, Series A no. 330‑B); yuxarıda qeyd edilən “İatridis Yunanıstana qarşı” , 32-33-cü bəndlər və “Quizo-Qalisay İtaliyaya qarşı” (Guiso-Gallisay v. Italy (just satisfaction) [GC], no. 58858/00, § 90, 22 December 2009).Ərizəçilərin maddi zərər görə tələbləri ilə əlaqədar Məhkəmənin presedent hüququ müəyyən edir ki, Konvensiyanın pozuntusu ilə ərizəçilərin iddia etdiyi zərər arasında aydın səbəbiyyət əlaqəsi mövcud olmalıdır. Müvafiq işlərdə buraya qazancın itirilməsi ilə bağlı kompensasiya daxil ola bilər (bax: digər işlərlə yanaşı, “Barbera, Mesegi və Cabardo İspaniyaya qarşı” (Barberà, Messegué and Jabardo v. Spain (former Article 50), 13 June 1994, §§ 16-20, Series A no. 285‑C) və “Çakış Türkiyəyə qarşı” Çakıcı v. Turkey [GC], no. 23657/94, § 127, ECHR 1999‑IV).Ərizəçilərin məruz qaldığı maddi zərərin tam bərpası (restitutio in inteqrum) üçün tələb olunan məbləğlərin dəqiq hesablaması pozuntu nəticəsində mahiyyətcə şübhəli olan zərərlə mümkün olmaya bilər (bax: yuxarıda qeyd edilən, “Yanq, Ceyms və Vebster Böyük Britaniyaya qarşı”, 11-ci bənd). Gələcək itkilərin qiymətləndirilməsi zamanı bir sıra naməlum məsələlərin mövcud olmasına, vaxtın keçməsinə və pozuntu ilə zərər arasında səbəbiyyət əlaqəsinin daha şübhəli olmasına baxmayaraq kompensasiya təyin oluna bilər. Həmin işlər üzrə qət edilməli olan həm keçmiş həm də gələcək maddi itkilərlə əlaqədar hər bir ərizəçiyə ədalətli əsaslarla kompensasiya məbləğinin təyin edilməsi məsələsi Məhkəmənin diskresion səlahiyyəti əsasında müəyyən edilir (bax: mutatis mutandis, yuxarıda qeyd edilən “Sandi Taymz Birləşmiş Krallığa qarşı”, 15-ci bənd; “Smif və Qradi Böyük Britaniyaya qarşı”, 18-19-cu bəndlər; “Z. və digərləri Böyük Britaniyaya qarşı” (Z and Others v. the United Kingdom [GC], no. 29392/95, §§ 119-120, ECHR 2001‑V) və “Sentro Avropa 7 S.r.l. və Di Stefano İtaliyaya qarşı” (Centro Europa 7 S.r.l. and Di Stefano v. Italy [GC], no. 38433/09, §§ 218-222, ECHR 2012).
(b) Həmin prinsiplərin hazırkı işdə tətbiqi
Böyük Palata əsas qərarında qət etmişdir ki, ərizəçilər Sloveniyanın müstəqilliyini bəyan etməsindən öncə orada qanuni əsaslarla yaşamış və keçmiş Yuqoslaviya Sovet Federativ Respublikasının vətəndaşları kimi geniş sosial və siyasi hüquqlara malik olmuşdurlar. 1992-ci il fevralın 26-da Ölkədə Daimi Yaşayan Şəxslərin Reyestrindən “silinməsi”ndən sonra hüquqi statusundan məhrum edilməsi nəticəsində onlar şəxsiyyət vəsiqələrinin pozulması, işləmək imkanlarından məhrum edilməsi, tibbi sığortanın itirilməsi, şəxsiyyət və ya sürülük vəsiqələrinin bərpa etmək imkanların olmaması və pensiya hüquqlarının təmin olunmasında çətinliklərlə rastlaşması kimi mənfi hallara məruz qalıblar.Böyük Palata qeyd etmişdir ki, Sloveniyada şəxsiyyəti təsdiq edən sənədə malik olmayan şəxslər “silinmə” nəticəsində hüquqi boşluqla rastlaşıblar və bununla kövrək, hüquqi naməlum və müdafiəsiz vəziyyətdə onların hamısı 20 ilə yaxın olan uzun müddət ərzində qalıblar. Məhkəmə “silinmə”nin nəticəsini onların hamısı üçün hansı dərəcədə ağır nəticələr verdiyini vurğulayır (bax: əsas qərarın 267-ci, 302-303-cü, 356-cı və 412-ci bəndlər).Konstitusiya Məhkəməsi 2003-cü il 3 aprel tarixli əsas qərarında qət etmişdir ki, ölkədə daimi yaşamaq statusu hərbi pensiya hüquqları, sosial müavinət və sürücülük vəsiqəsinin təzələnməsi kimi üstünlükləri və imtiyazları tələb etmək üçün vacib əlaqələndirici amil hesab olunur və “silinmiş şəxslər” hüquqi cəhətdən tənzimlənməyən məsələlərlə əlaqədar həmin hüquqları tələb etmək imkanına malik olmamışdırlar (bax: əsas qərarın 59-cu və 215-ci bəndlər).Böyük Palatanın müəyyən etdiyinə əsasən aydındır ki, “silinmə” nəticəsində hüquqi statusunun itirilməsi ilə əlaqədar bütün ərizəçilər ölkədə daimi yaşamaq icazənin əldə olunmasınadək şəxsiyyət və sürücülük vəsiqələri, tibbi sığorta və təhsil, işləmək imkanları kimi sosial və siyasi hüquqlardan və imtiyazlardan istifadə etməsinin mümkünsüz edəni mənfi hallarla rastlaşıblar (bax: əsas qərarın 59-cu, 215-ci, 302-ci və 356-cı bəndlərinə).Bununla əlaqədar Böyük Palata qeyd edir ki, həm ərizəçilər həm də Hökumət “silinmə”nin mahiyyətcə şübhəli olan nəticələr verdiyindən və bundan sonra müəyyən vaxtın keçməsindən “silinmə” nəticəsində ərizəçilərin məruz qaldığı maddi ziyanın dəqiq hesablanması ilə əlaqədar xüsusi çətinliklərlə rastlaşdıqlarını qeyd ediblər (bax: mutatis mutandis, “Lastig-Prin və Beket Birləşmiş Krallığa qarşı” (Lustig-Prean and Beckett v. the United Kingdom (just satisfaction), nos. 31417/96 and 32377/96, § 22, 25 July 2000) və “Lallement Fransaya qarşı” (Lallement v. France (just satisfaction), no. 46044/99, §§ 16-17, 12 June 2003). Tərəflər bu məsələ üzrə razılığa gəliblər (bax: yuxarıda qeyd edilən 31-32-ci və 53-54-cü bəndlər).Böyük Palata tərəflərin ehtimalları ilə razılaşa bilməsə də anlayır ki, pozuntu nəticəsində ərizəçilərə dəymiş mahiyyətcə şübhəli olan zərər tam kompensasiya (restitutio in inteqrum) məbləğinin dəqiq hesablamasının qarşısını almışdır (bax: yuxarıda qeyd edilən “Yanq, Ceyms və Vebster Böyük Britaniyaya qarşı”, 11-ci bənd).Ərizəçilərin Ölkədə Daimi Yaşayan Şəxslərin Reyestrindən əvvəlcədən xəbərdarlıq edilmədən 1992-ci il fevralın 26-da silinməsini və onların bu barədə təsadüfən məlumat aldığını (bax: əsas qərarın 29-cu və 343-cü bəndləri) nəzərə alaraq Böyük Palata müəyyən edir ki, qanunsuz tədbir ilə ərizəçilərin məruz qaldığı zərər arasında bir neçə səbəbiyyət əlaqəsi mövcuddur, onun təsiri vaxt keçdikdə daha da yayılmış, habelə həmin zərər dolayı təsir göstərmişdir. Eyni zamanda “silinmə”nin təsiri uzun müddət ərzində ərizəçilərin hüquqi statusunun tənzim olunmadığı ilə əlaqədar daha da ağırlaşır. Bununla bağlı ərizəçilərin məruz qaldıqları zərərin dəqiq hesablanması mümkün olmamışdır.Nəticədə Böyük Palata tərəfində Məhkəmənin diskresion səlahiyyətindən istifadə edərək müəyyən ediləcək məsələlərə ərizəçilərin ədalətli kompensasiya almaq hüququna malik olub olmadığı və bununla bağlı müsbət qərar olduqda aşağıda qeyd edilən hissələrdə maddi ziyanın məbləği daxildir: sosial və evin saxlanması müavinətləri, uşağa görə müavinət, pensiya hüquqları (bax: yuxarıda qeyd edilən, Z. və digərləri Böyük Britaniyaya qarşı”, 121-122-ci bəndlər və Lordos and Others v. Turkey(just satisfaction), no. 15973/90, §§ 64-70, 10 January 2012).
(c) Keçmiş gəlirin itkisi
(i) Sosial müavinət
Böyük Palata qeyd edir ki, ərizəçilərin sosial müavinətlə bağlı tələbləri bütövlükdə Hökumət tərəfindən mübahisələndirilməyib. Lakin sonuncu bəzi ərizəçilərin işlədiyi, işsizliyə görə müavinətin aldığı, və ya xaricdə yaşadığı və orada sosial müavinət aldığı və ya işlədiyi dövr üzrə sosial müavinəti əldə etmək hüquqlarını mübahisələndirmişdir. Eyni zamanda Hökumət bu hissədə iddia olunan məbləği də mübaisələndirmişdir (bax: yuxarıda qeyd edilən 56-cı və 65-78-ci bəndlər).Böyük Palata müəyyən edir ki, Məhkəmə əsas qərarda “silinmə” nəticəsində pozuntunun baş verdiyini və bunun nəticəsində dəymiş maddi ziyanın qimətləndirilməsini qət etmişdir. Məhkəmə qeyd edir ki, “silinmə” baş vermədiyi halda ərizəçilərin vəziyyəti ilə əlaqədar ehtimallar irəli sürmək mümkün deyil. Xüsusilə ərizəçilərin “silinmədiyi” təqdirdə Sloveniyada yaşayacaqları və orada işləyəcəkləri kimi məsələlərlə bağlı qeyd olunanları təkzib edən sübutların mövcud olmadığını nəzərə alaraq Böyük Palata təxmin edir ki, ərizəçilərin hüquqi statusu saxlansa idi onlar Sloveniyada yaşamağa davam edərdilər. Eyni zamanda Məhkəmənin əldə etdiyi materiallara əsasən ərizəçilərə işlə əlaqədar ödənilən və ya ölkə xaricində aldıqları imtiyazlarla bağlı olan məbləğlərin Sloveniyada “silinmə”nin nəticəsində məruz qaldıqları itkilərdən artıq və ya onlara uyğun olmasını müəyyən etmək mümkün deyil. Eyni zamanda Məhkəmənin əldə etdiyi materiallara əsasən sosial müavinəti əldə etmək hüququndan məhrum edilməsi nəticəsində ərizəçilərə dəymiş zərərin kompensasiya edilməsi üzrə Hökumətin vəzifəsindən azad edilməsi üçün əsas ola biləcək ərizəçilərin digər mənbələrdən əldə etdikləri gəlirləri müəyyən olunmamışdır.Bununla Böyük Palata müəyyən edir ki, bütün ərizəçilər “silinmə” nəticəsində sosial müavinət almaq hüququnda məhrum edilməsi ilə əlaqədar kompensasiya əldə etməlidirlər.Yekunda tərəflər arasında əldə olunmuş razılığa əsasən Böyük Palata həmin hissədə aşağıda göstərildiyi kimi (bax: aşağıda qeyd olunan 110-115-ci bəndlər) hər bir ərizəçiyə müvafiq məbləğlərin ödənilməsini qət edir.
(ii) Evin saxlanması müavinəti
Böyük Palata müəyyən edir ki, Hökumətin qeydlərinə əsasən 1991-ci il oktyabr ayından əvvəl “xüsusi qorunan sahiblik hüququna” malik olan lakin hər halda müvafiq qanunvericiliyə əsasən müraciət təqdim etməmiş cənab Kuriçlə yanaşı digər ərizəçilər də evin saxlanması üçün müavinət almaq hüququna malik deyirlər. Hər halda 2003-cü il oktyabrın 14-dən sonra evin saxlanması müavinəti almaq üçün hər bir şəxs Sloveniyanın vətəndaşı olmalıdır və ərizəçilər bu tələbə cavab vermirlər (bax: yuxarıda qeyd edilən 57-ci bənd). Ərizəçilər “xüsusi qorunan sahiblik hüququ”nu 1992-ci il tarixli “Mənzil haqqında” Qanunun tələblərinə əsasən mübahisələndiriblər, lakin bununla bağlı aydınlıq gətirməyiblər. 2003-cü il tarixli “Mənzil haqqında” Qanunu ilə müəyyən edilmiş Sloveniya vətəndaşlığına malik olmaq tələbi ilə əlaqədar ərizəçilər bildirmişdirlər ki, onlar “silinməsəydilər” həmin tarixədək Sloveniya vətəndaşlığını əldə edə bilərdilər (bax: yuxarıda qeyd edilən 40-cı bəndə).Böyük Palata ərizəçilər Ölkədə Daimi Yaşayan Şəxslərin Reyestrindən “silinməsəydilər” həmin tarixədək Sloveniya vətəndaşlığını əldə edə bilərdilər kimi fərziyyələr üzrə ehtimal edə bilməz. Ərizəçilərin “Mənzil haqqında” 2003-cü il tarixli Qanunu əsasında evin saxlanması müavinətin əldə etmək hüququna malik olmadıqları tərəflər arasında mübahisələndirilmir. Bundan sonra ərizəçilər əvvəlki qanunvericiliyə əsasən müvafiq şərtlərə cavab verdiklərini sübut edə bilməmişdirlər.Bununla əlaqədar Böyük Palata ərizəçilərin həmin hissədə tələblərini rədd edir.
(iii) Uşağa görə müavinət
Ərizəçilər xanım Mezqa və cənab Berişanın uşağa görə müavinətin ödənilməsi tələbi ilə əlaqədar Böyük Palatanın müəyyən etdiyinə əsasən Hökumət xanım Mezqanın iki böyük uşaqların Xorvatiyada himayədə olduğuna və cənab Berişanın beş uşağına görə müvafiq dövr üzrə müavinətlərin əldə etmək hüququna malik olduqlarını mübahisələndirib (bax: yuxarıda qeyd edilən 59-60-cı bəndlər). Ərizəçilər bildiriblər ki, həmin hissədə hər iki ərizəçiyə təzminat ödənilməlidir (bax: yuxarıda qeyd edilən 41-43-cü bəndlər).Böyük Palata qeyd edir ki, sosial müavinət alan ailələr Sloveniyanın müvafiq qanunvericiliyinə əsasən uşağa görə müavinəti əldə etmək hüququna malikdirlər (bax: yuxarıda qeyd edilən 58-ci bənd). Böyük Palata fərdi xüsusiyyətlərə əsasən ərizəçilərin qüvvədə olan qanunvericiliyə uyğun olaraq müəyyən imtiyazlar almaq hüququna malik olmadığına baxmayaraq per se hüquqi statuslarını itirdiklərinə görə sosial müavinəti almaq hüququndan məhrum olunduqları ilə əlaqədar onlara kompensasiyanın təyin edilməsi barədə qərarına istinad edir (bax: yuxarıda qeyd edilən 92-94-cü bəndlər). Həmin hal uşaqların “silinmə” nəticəsində xaricdə yaşamalı olduğu və ya valideynlərindən ayrı düşməsi ilə əlaqədar daha doğru hesab edilir. Bununla əlaqədar Böyük Palata qeyd edir ki, “Hüquqi status haqqında” Qanun ona edilmiş dəyişikliklərdən sonra da “silinmiş şəxslər”in uşaqlarının statusunu tənzim edir (bax: yuxarıda qeyd edilən 16-cı və 28-ci bəndlər, habelə əsas qərarın 77-ci bəndi).Bununla əlaqədar Böyük Palatanın gəldiyi nəticəsinə əsasən xanım Mezqa öz iki uşağına görə və cənab Berişa beş uşağına görə aşağıda müəyyən edilmiş məbləğləri (bax: aşağıda qeyd edilən 111-ci və 113-cü bəndlər) almaq hüququna malikdirlər.
(d) Gələcək gəlirin itirilməsi
Pensiya hüquqları
Pensiya hüquqları ilə əlaqədar gələcək gəlirlərin itirilməsi üzrə ərizəçilər pensiya fonduna müvafiq ödənişlərin keçirilməsindən məhrum edilməsi nəticəsində qanunvericiliyə əsasən onların pensiya hüququna malik olmaması ilə əlaqədar kompensasiyanın ödənilməsini tələb ediblər. Lakin onlar qeyd ediblər ki, onların itirilmiş gələcək gəlirin müəyyən edilməsi üçün əldə edə biləcək pensiyanın minimal məbləğinə istinad etmək mümkündür (bax: yuxarıda qeyd edilən 44-45-ci bəndlər).Hökumət ərizəçilərin qeydləri mübahisələndirərək bildirmişdir ki, ərizəçilərin sosial müavinətlə bağlı tələbləri gələcək gəlirlərin itkisi ilə bağlı iddialarını aradan qaldırır. Lakin müvafiq yaş həddinə çatanda (qadınlar üçün altmış üçün və kişilər üçün altmış beş) həmin şəxslər və Sloveniyada daimi yaşamaq icazəsi almış əcnəbilər aylıq gəlirləri 460 Avrodan yuxarı olmasa minimal pensiya yardımı əldə etmək hüququna malikdirlər (bax: yuxarıda qeyd edilən 61-64-cü bəndlər).Böyük Palata sosial müavinətlə bağlı tələbin təmin edilməsi ilə pensiya hüquqları kimi gələcək gəlirlərin itkisi üzrə iddiaların aradan qalxması barədə Hökumətin bəyanatı ilə razılaşır.Bununla Böyük Palata bu iddiaları rədd edir.Lakin Böyük Palata ölkədə daimi yaşamaq icazəsi almış əcnəbilərin qanunvericiliklə müvafiq yaşa çatdıqda pensiya hüququnu əldə edə biləcəyi və həmin yanaşmanın ərizəçilərə münasibətdə tətbiq edə biləcəyi barədə Hökumətin bəyanatını qeyd etmişdir (bax: yuxarıda qeyd olunan 63-64-cü bəndlər).
(e) Fərdi ərizəçilər
Böyük Palata təkrarlayır ki, o hər bir ərizəçinin sosial müavinətin ödənilməsi tələbini təmin etmişdir (bax: yuxarıda qeyd edilən 94-cü bənd).Ərizəçilər Ölkədə Daimi Yaşayan Şəxslərin Reyestrindən 1992-ci il fevralın 26-da “silinmə”sindən sonra daimi yaşamaq icazəsi əldə edilənədək çəkilmiş maddi zərərin kompensasiyasını tələb etmişdirlər (bax: yuxarıda qeyd olunan 34-cü bənd).Lakin Böyük Palata qeyd edir ki, Sloveniya münasibətdə Konvensiya 1994-cü il iyunun 28-də qüvvəyə minmişdir. Yuxarıda qeyd olunan hallara istinad edərək və ədalətli əsaslarla qiymətləndirmə apararaq Məhkəmə 1994-cü il iyunun 28-dən “silinmiş şəxs” olan hər bir ərizəçinin hüquqi statusunun tənzim olunduğu tarixədək olan müddəti 150 Avrodan ibarət aylıq vahid məbləğinə vurulmasını mümkün hesab edir (bax: yuxarıda qeyd olunan “Sentro Avropa 7 S.r.l. və Di Stefano İtaliyaya qarşı”, 220-ci v 222-ci bəndlər).Eyni zamanda Böyük Palata ərizəçilər xanım Mezqa və cənab Berişanın uşaqlara görə müavinətin ödənilməsi tələbi üzrə aşağıda göstərilən məbləğlər təyin edir (bax: aşağıda qeyd olunan 111-ci və 113-cü bəndlər). Bununla müddətin başlanması kimi ya Konvensiyanın Sloveniya münasibətdə qüvvəyə minməsi tarixi və ya uşağın anadan olma tarixi götürülmüşdür. Müddətin sonu isə uşaqların xətti-buluğa çatması tarixi ya da ərizəçilərin hüquqi statusunun tənzim olunduğu tarix götürülmüşdür. Həmin müddət 80 Avrodan ibarət aylıq vahid məbləğinə vurulmalıdır. Lakin Məhkəmə cənab Berişanın arvadına ədalətli kompensasiyanın ödənilməsini mümkünsüz hesab edir, belə ki, o, Məhkəmə qarşısında şikayətini öz adından verməli idi.
(i) cənab Mustafa Kuriç
Ərizəçi cənab Kuriç heç bir hüquqi statusu olmadan 1994-cü il iyunun 28-dən 2010-cu il noyabrın 2-dək yaşamışdır (on altı il, dörd ay və doqquz gün, bütövlükdə tam 196 ay).
Bununla Böyük Palata ona 29,400 Avro məbləğində vəsaitin ödənilməsini qət edir.
(ii) xanım Ana Mezqa
Ərizəçi xanım Mezqa heç bir hüquqi statusu olmadan 1994-cü il iyunun 28-dən 2011-ci il martın 1-dək yaşamışdır (on altı il, səkkiz ay və yeddi gün, bütövlükdə tam 200 ay). Bununla Böyük Palata ona 30,000 Avro məbləğində vəsaitin ödənilməsini qət edir.
Ərizəçinin İnes adlı qızının saxlanmasına görə müavinətin ödənilməsi 1994-cü il iyunun 28-dən 2001-ci il noyabrın 22-də on səkkiz yaşına çatanadək olan dövrə (yeddi il, dörd ay və iyirmi yeddi gün, bütövlükdə tam 88 ay) müəyyən edilmişdir və 7,040 Avro məbləğində kompensasiyanın ödənilməsi qət edilir.
Ərizəçinin Enes adlı oğlunun saxlanmasına görə müavinətin ödənilməsi 1994-cü il iyunun 28-dən 2010-cu il aprelin 26-da on səkkiz yaşına çatanadək olan dövrə (on beş il, on ay və iki gün, bütövlükdə tam 190 ay) müəyyən edilmişdir və 15,200 Avro məbləğində kompensasiyanın ödənilməsi qət edilir.
Bununla Böyük Palata ərizəçiyə bütövlükdə 52,240 Avro məbləğində vəsaitin ödənilməsini qət edir.
(iii) cənab Tripun Rsitanoviç
Ərizəçi cənab Ristanoviç heç bir hüquqi statusu olmadan 1994-cü il iyunun 28-dən 2011-ci il martın 10-dək yaşamışdır (on altı il, səkkiz ay və on beş gün, bütövlükdə tam 200 ay).
Bununla Böyük Palata ona 30,000 Avro məbləğində vəsaitin ödənilməsini qət edir.
(iv) cənab Əli Berişa
Ərizəçi cənab Berişa heç bir hüquqi statusu olmadan 1994-cü il iyunun 28-dən 2010-cu il oktyabrın 19-dək yaşamışdır (on altı il, üç ay və iyirmi beş gün, bütövlükdə tam 195 ay). Bununla Böyük Palata ona 29,250 Avro məbləğində vəsaitin ödənilməsini qət edir.
Ərizəçinin Dem adlı oğlunun saxlanmasına görə müavinətin ödənilməsi 1997-ci il dekabrın 29-dan 2010-cu il oktyabrın 19-da ərizəçi ölkədə daimi yaşamaq icazəsi əldə edənədək olan dövrə (on iki il, doqquz ay və iyirmi üç gün, bütövlükdə tam 153 ay) müəyyən edilmişdir və 12,240 Avro məbləğində kompensasiyanın ödənilməsi qət edilir.
Ərizəçinin Eqzon adlı oğlunun saxlanmasına görə müavinətin ödənilməsi 1999-cu il iyulun 13-dən 2010-cu il oktyabrın 19- dək olan dövrə (on bir il, üç ay və on gün, bütövlükdə tam 135 ay) müəyyən edilmişdir və 10,800 Avro məbləğində kompensasiyanın ödənilməsi qət edilir.
Ərizəçinin Eqzona adlı qızının saxlanmasına görə müavinətin ödənilməsi 2001-ci il martın 29-dan 2010-cu il oktyabrın 19- dək olan dövrə (doqquz il, altı ay və iyirmi üç gün, bütövlükdə tam 114 ay) müəyyən edilmişdir və 9,120 Avro məbləğində kompensasiyanın ödənilməsi qət edilir.
Ərizəçinin Haxi adlı oğlunun saxlanmasına görə müavinətin ödənilməsi 2003-cü il fevralın 9-dan 2010-cu il oktyabrın 19-dək olan dövrə (yeddi il, səkkiz ay və on bir gün, bütövlükdə tam 92 ay) müəyyən edilmişdir və 7,360 Avro məbləğində kompensasiyanın ödənilməsi qət edilir.
Ərizəçinin Valon adlı oğlunun saxlanmasına görə müavinətin ödənilməsi 2006-cı il iyulun 28-dən 2010-cu il oktyabrın 19-dək olan dövrə (dörd il, iki ay və iyirmi üç gün, bütövlükdə tam 50 ay) müəyyən edilmişdir və 4,000 Avro məbləğində kompensasiyanın ödənilməsi qət edilir.
Bununla Böyük Palata ərizəçiyə bütövlükdə 72,770 Avro məbləğində vəsaitin ödənilməsini qət edir.
(v) cənab Sadik Ademi
Ərizəçi cənab Ristanoviç heç bir hüquqi statusu olmadan 1994-cü il iyunun 28-dən 2011-ci il aprelin 20-dək yaşamışdır (on altı il, doqquz ay və iyirmi altı gün, bütövlükdə tam 201 ay).
Bununla Böyük Palata ona 30,150 Avro məbləğində vəsaitin ödənilməsini qət edir.
(vi) cənab Zoran Miniç
Ərizəçi cənab Miniç heç bir hüquqi statusu olmadan 1994-cü il iyunun 28-dən 2011-ci il mayın 4-dək yaşamışdır (on altı il, on ay və on gün, bütövlükdə tam 202 ay).
Bununla Böyük Palata ona 30,300 Avro məbləğində vəsaitin ödənilməsini qət edir.
B. Məhkəmə xərcləri
1. Ərizəçilərin qeydləri
(a) Yerli inzibati icraat
Ərizəçilər həm ölkədə daimi yaşamaq icazəsi həm də vətəndaşlığın əldə edilməsi ilə əlaqədar ölkə daxilində inzibati icraatla əlaqədar xərclərin ödənilməsini tələb ediblər. Bu məbləğ Hökumətə məlumdur və hər bir ərizəçiyə görə 200 Avro təşkil edir. Ərizəçilər bu xərclərin çəkilməsini təsdiq edən sübutlara malik olmamışdırlar.
(b) Məhkəmə qarşısında icraat
Ərizəçilər əsas qərarın qəbul edilməsindən sonra Böyük Palatada icraat zamanı 11,190.00 Avro ƏDV və əlavə vergilər daxil olmaqla isə ümumilikdə 14,081.49 Avro məbləğində çəkilmiş xərclərin ödənilməsini tələb etmişdirlər. Ərizəçilər qeyd etmişdirlər ki, işin xüsusi hallarını və onların ağır yaşayış səviyyəsini nəzərə alaraq nümayəndələri hüquqi xidmətin əvvəlcədən ödəniş olmadan və kompensasiyanın birbaşa Hökumətdən tələb etməklə göstərilnməsinə razılıqlarını veriblər (bax: “M.S.S. Belçikaya qarşı” (M.S.S. v. Belgium and Greece [GC], no. 30696/09, §§ 412-414, ECHR 2011).
2. Cavabdeh Hökumətin qeydləri
(a) Yerli inzibati icraat
Hökumət qəbul edir ki, ərizəçilər “Hüquqi status haqqında” Qanuna və ona edilmiş əlavə və dəyişikliklərə əsasən inzibati işlə bağlı müəyyən xərclər çəkməli olublar və bununla onlar həmin xərcləri ödəyiblərsə müvafiq kompensasiya almaq hüququna malikdirlər. Hökumət hər bir ərizəçiyə görə 200 Avro təşkil edən vahid məbləği mübahisələndiriblər.
Lakin ərizəçilər vətəndaşlıqla bağlı inzibati işlər üzrə kompensasiya almaq hüququna malik deyirlər. Vətəndaşlığı əldə edilməsi üçün müraciətlərin təqdim edilməsi zamanı çəkilmiş xərclərlə aşkar edilmiş hüquq pozuntuları arasında səbəbiyyət əlaqəsi mövcud deyil.Hökumətdə olan materiallara əsasən ölkədə daimi yaşamaq icazəsinin alınması üzrə inzibati işlər zamanı faktiki çəkilmiş xərclərə görə yalnız dörd ərizəçi kompensasiya almaq hüququna malikdirlər.Xüsusilə ərizəçilər xanın Mezqa 29.47 Avro, cənab Ristanoviç 79.87 Avro, cənab Ademi 86.77 Avro və cənab Miniç 143.31 Avro məbləğində təzminat almaq hüququna malikdirlər.
(b) Məhkəmə qarşısında icraat
Hökumət Məhkəmə qarşısında icraat zamanı çəkilmiş əlavə xərclərin məbləğini mübahisələndirib. Sloveniyada Məhkəmə qarşısında prosedurla əlaqədar tətbiq edilən “Vəkilin qonorarı haqqında” Qanuna (Zakon o odvetniški tarifi, Official Gazette, no. 67/08) əsasən nümayəndələr 500 Avrodan 1500 Avroyadək məbləğdə qonorar almaq hüququna malikdirlər.Tələbin ƏDV ilə bağlı hissəsi də sual doğurur. Belə ki Sloveniya tərəfindən mənəvi zərərlə bağlı kompensasiyanın ödənilməsi zamanı təqdim edilmiş 2012-ci il 31 iyul tarixli invoysda yalnız Hüquqşünasların Pensiya Fonduna köçürmələri olan 4% miqdarında verginin ödənilməsi göstərilmişdir, lakin ƏDV-ni ödəmək vəzifəsi qeyd edilməmişdir. Bununla ərizəçilərin nümayəndələrinin ƏDV-ni ödəmək vəzifələri olmamışdır.
3. Məhkəmənin qərarı
(a) Yerli inzibati icraat
Yerli inzibati işlər üzrə aparılmış icraat zamanı çəkilmiş xərclərlə əlaqədar Böyük Palata qeyd edir ki, ərizəçilər faktiki olaraq çəkilmiş xərclər barədə Hökumətin məlumatına güvənmişdirlər. Buna alternativ olaraq onlar 200 Avro təşkil edən vahid məbləğinin hər bir ərizəçiyə ödənilməsini tələb etmişdirlər.Böyük Palata qeyd edir ki, Hökumət öz ən son qeydlərində dörd ərizəçinin ölkədə daimi qalma icazələrin alınması ilə bağlı çəkilmiş xərclərinin dəqiq məbləğini göstərmişdir. Bununla Böyük Palata ərizəçilər xanın Mezqaya 29.47 Avro, cənab Ristanoviçə 79.87 Avro, cənab Ademiyə 86.77 Avro və cənab Miniçə 143.31 Avro məbləğində təzminatın ödənilməsini qət edir. Eyni zamanda vətəndaşlığı əldə olunması ilə bağlı icraata dair tələbi rədd edərək Böyük Palata qeyd edir ki, sonuncu Məhkəmə tərəfindən aşkar edilmiş Konvensiyanın pozuntularının qarşısını almır və ya onları bərpa etmir.Ümumilikdə Böyük Palata ərizəçilər xanın Mezqaya, cənab Ristanoviçə, cənab Ademiyə və cənab Miniçə inzibati işlərlə bağlı yerli icraat zamanı çəkilmiş xərclərə görə 339.42 Avro məbləğində təzminatın ödənilməsini qət edir.
(b) Məhkəmə qarşısında icraat
Böyük Palata müəyyən edir ki, əsas qərarda ərizəçilər tərəfindən həmin mərhələyədək çəkilmiş məhkəmə xərclərinə görə Məhkəmə 30,000 Avro məbləğində təzminatın ödənilməsini qət edib (bax: əsas qərarın nəticə hissəsinin 11-ci abzasına və əsas qərarın 427-ci bəndinə).Hökumət tərəfindən qaldırılan ƏDV məsələsi ilə əlaqədar Böyük Palata təkrarlayır ki, Məhkəmə ərizəçilər tərəfindən pozuntuların qarşısının alınması zamanı çəkilmiş xərclərin və lazım olduqda həm səlahiyyətli milli orqandan həm də müvafiq olaraq Məhkəmədən onların xeyrinə ödənilməli olan ədalətli kompensasiya məbləğlərin ödənilməsi barədə qərar qəbul edir (bax: “Nömeyster Avstriyaya qarşı” (Neumeister v. Austria (former Article 50), 7 May 1974, § 43, Series A no. 17); “Köninq Almaniyaya qarşı” (König v. Germany (former Article 50), 10 March 1980, § 20, Series A no. 36) və “Skordino İtaliyaya qarşı” (Scordino v. Italy (no. 1) [GC], no. 36813/97, § 284, ECHR 2006‑V). Bu xərclərlə əlaqədar mütləq vergi tətbiq edilir; misal üçün əksər Razılığa gəlmiş Dövlətlər məhsul və xidmətlərlə əlaqədar ƏDV tətbiq edirlər. Hüquqşünasın, tərcüməçinin və ya digər peşə sahiblərinin xidmətləri ilə əlaqədar baxmayaraq ki, həmin vergi Dövlətə onlar tərəfindən ödənilir, lakin bu vergi məbləği ərizəçiyə təqdim olunan invoysda əks olunur və mütləq ərizəçi tərəfindən ödənilir. Ərizəçilər həmin əlavə xərcləri çəkməkdən azad olunmalıdırlar. Məhz bu məqsədlə Məhkəmə öz qərarın nəticə hissəsində qeyd edir ki, ərizəçi tərəfindən ödəməli olan bütün vergilər məhkəmə xərcləri ilə bağlı təyin olunmuş məbləğlərə əlavə olunmalıdırlar (bax: “İyeqova şahidləri Assosiasiyası Fransaya qarşı” (Association Les Témoins de Jéhovah v. France (just satisfaction), no. 8916/05, § 37, 5 July 2012). Məhkəmənin presedent hüququna əsasən ərizəçinin çəkdiyi xərc və məsrəflər yalnız o zaman ona ödənilir ki, bu xərc və məsrəflərin həqiqətən də və zəruri olaraq çəkildiyi müəyyən edilsin və məbləği ağlabatan olsun (bax: misal üçün, “Maktof və Damyanoviç Bosniya və Herseqovinaya qarşı” (Maktouf and Damjanović v. Bosnia and Herzegovina [GC], nos. 2312/08 and 34179/08, § 94, ECHR 2013 (çıxarışlar)). Hazırkı işdə olan sənədləri və yuxarıda qeyd olunan meyarı nəzərə alaraq Böyük Palata əsas qərarın qəbul edilməsindən sonra keçirilmiş məhkəmə baxışları ilə əlaqədar bütün ərizəçilərə birlikdə tələbin həmin hissəsində 5,000 Avro məbləğində təzminatın ödənilməsini ağlabatan hesab edir.
C. Ödəmənin gecikdirilməsi zamanı faiz dərəcəsi
Məhkəmə ödənilməsi gecikdirilən məbləğə görə faiz dərəcəsinin Avropa Mərkəzi Bankının illik son faiz dərəcəsinə uyğun olaraq hesablanmasını və bura üç faiz əlavə edilməsini məqbul hesab edir.
II. KONVENSİYANIN 46-CI MADDƏSİNİN TƏTBİQİ
Konvensiyanın 46-cı maddəsində aşağıdakılar təsbit edilmişdir:
“1. Razılığa gələn Yüksək Tərəflər, Məhkəmənin onların tərəf olduqları işlər üzrə yekun qərarına riayət etməyi öhdələrinə götürürlər.
2. Məhkəmənin yekun qərarı onun icrasına nəzarəti həyata keçirən Nazirlər Komitəsinə göndərilir.
...”
A. Ümumi prinsiplər
Böyük Palata təkrarlayır ki, Konvensiyanın 1-ci maddəsi mənasında şərh edilən 46-cı maddə Məhkəmə tərəfindən aşkar edilmiş pozuntunun aradan qaldırılması üçün Nazirlər Komitəsinin nəzarəti altında müvafiq fərdi və ümumi tədbirlərin həyata keçirilməsi vəzifəsini cavabdeh Dövlətin üzərinə qoyur. Məhkəmənin müəyyən etdiyi problemin həll edilməsi məqsədilə həmin tədbirlər ərizəçi ilə eyni vəziyyətdə olan digər şəxslər münasibətdə həyata keçirilməlidirlər (bax: “Skozari və Qiunta İtaliyaya qarşı” (Scozzari and Giunta v. Italy [GC], nos. 39221/98 and 41963/98, § 249, ECHR 2000-VIII); yuxarıda qeyd edilən “Lukenda Sloveniyaya qarşı”, 94-cü bənd; və “S. Və Marper Böyük Britaniyaya qarşı”( S. and Marper v. the United Kingdom [GC], nos. 30562/04 and 30566/04, § 134, ECHR 2008). Həmin vəzifə Məhkəmə qərarlarının icrasına nəzarət zamanı Nazirlər Komitəsi tərəfindən qeyd olunmuşdur (bax: İtaliyada proseduraların əsassız uzanması ilə əlaqədar işlər üzrə DH(97)336 nömrəli Aralıq Qərar; Türkiyədə təhlükəsizlik qüvvələrinin hərəkətləri ilə əlaqədar işlər üzrə DH(99)434 nömrəli Aralıq Qərar; “Skozari və Qiunta İtaliyaya qarşı” işi üzrə ResDH(2001)65 nömrəli Aralıq Qərar və Polşada tutulmanın müddəti barədə işlər üzə ResDH(2007) nömrəli Aralıq Qərar). Qərarların səmərəli icrasını asanlaşdırmaq üçün Məhkəmə qərarda pozuntunu müəyyən edən mövcud struktur problemini dəqiq aydınlaşdırmaq və həmin pozuntunun aradan qaldırılması üçün cavabdeh Dövlət tərəfindən həyata keçirilməli olan tədbirlərin və hərəkətlərin qeyd etmək məqsədilə pilot qərarı qəbul edə bilər (bax: “Broniovski Polşaya qarşı” (Broniowski v. Poland [GC], 31443/96, §§ 189-194 and the operative part, ECHR 2004-V, and Hutten-Czapska v. Poland [GC] no. 35014/97, §§ 231-239, ECHR 2006‑VIII). Lakin həmin məhkəmə yanaşması Konvensiya ilə tənzim olunan müvafiq orqanların funksiyalarına xələl gətirmədən tətbiq edilir: fərdi və ümumi tədbirlərin müəyyən edilməsi funksiyası Konvensiyanın 46-cı maddəsinin 2-ci bəndinə əsasən nazirlər Komitəsinə həvvalə edilmişdir (bax: mutatis mutandis, yuxarıda qeyd edilən “Broniovski Polşaya qarşı”, 42-ci bənd və “Hatten-Çzapska Polşaya qarşı”, 42-ci bənd). Pilot qərarda müəyyən edilmiş ümumi problemə məruz qalan bir çox insanların hüquqlarını milli səviyyədə tez bir zamanda bərpası və bununla Konvensiya sisteminin təməli hesab olunan əlavə funksiyasının həyata keçirilməsi pilot qərarın qəbul edilməsində digər vacib məqsəd hesab edilir (bax: “Burdov Rusiyaya qarşı” (Burdov v. Russia (no. 2), no. 33509/04, §§ 127 and 142, ECHR 2009) və “Qrins və M.T. Birləşmiş Krallığa qarşı” (Greens and M.T. v. the United Kingdom, nos. 60041/08 and 60054/08, § 108, ECHR 2010 (çıxarışlar)). Bununla pilot qərarla eyni problemdən irəli gələn bütün işlər üzrə proseduralar cavabdeh Dövlət tərəfindən müvafiq tədbirlərin həyata keçirilənədək dayandırıla bilər. Bundan sonra cavabdeh Dövlət tərəfindən pilot qərarın mahiyyətcə icrası üçün (Konvensiyanın 46-cı maddəsi) hər-hansı səmərəli ümumi tədbirin tətbiq ediləcəyi təqdirdə belə Məhkəmə tərəfindən barışıq sazişi (Konvensiyanın 37-ci maddəsinin 1-ci bəndinin (b) yarımbəndi və 39-cu maddə) və ya ərizəçilərə ədalətli kompensasiyanın təyin edilməsi (41-ci maddə) əsasında pilot qərarın baxılan işlərin siyahısından çıxarılması barədə qərar çıxarıla bilməz (bax: yuxarıda qeyd edilən “Broniovski Polşaya qarşı”, 36-cı bənd və “Hatten-Çzapska Polşaya qarşı”, 34-cü bənd). Lakin cavabdeh Dövlət ümumi tədbirlərin əsassız uzadırsa (bax: yuxarıda qeyd edilən “Broniovski Polşaya qarşı”, 198-ci bənd), problemi həll edilməmiş qoyursa və Konvensiyanı pozmağa davam edirsə, Məhkəmə bütün eyni işlərin araşdırılmasını bərpa etməkdən və Konvensiyaya milli səviyyədə riayət olunmasını təmin etmək üçün işlər üzrə icra proseduranın Nazirlər Komitəsinin nəzarəti altına düşməsi məqsədilə müvafiq qərarın qəbul edilməsindən başqa seçimi yoxdur (bax: mutatis mutandis, “E.Q. və digərləri Polşaya qarşı” (E.G. and Others v. Poland (dec.), no. 50425/99, § 28, ECHR 2008 (çıxarışlar)).
B. Məhkəmənin qiymətləndirilməsi
Böyük Palatanın müəyyən etdiyi kimi Məhkəmə Konvensiyanın 46-cı maddəsini və Məhkəmənin Prosedur Qaydalarının 61-ci Qaydasını rəhbər tutaraq pilot qərar proseduranın tətbiqini qərara alıb və qət edib ki, cavabdeh Dövlət 2013-cü il iyunun 26-dan gec olmayaraq əsas qərarın qəbul edilməsindən sonra bir il ərzində ümumi tədbir kimi ad hoc kompensasiya sxemini müəyyən etsin (bax: əsas qərarın nəticə hissəsinin 9-cu abzasına və əsas qərarın 415-ci bəndinə). Böyük Palata qeyd edir ki, Hökumət əsas qərarı ilə ayrılmış bir illik müddətinin keçməsindən sonra 2013-cü il iyunun 26-dək ad hoc kompensasiya sxemini müəyyən etməmişdir. Lakin Hökumət milli səviyyədə ümumi tədbirlərin Kuriç və digərləri qərarın düzgün icrasının təmin edilməsi və həmin iş üzrə ərizəçilərlə yanaşı onların vəziyyətində olan digər “silinmiş şəxslər”in maraqları üçün tətbiq olunması məqsədilə həyata keçirildiyini mübahisələndirməmişdir (bax: yuxarıda qeyd edilən 6-cı bənd və əsas qərarın 29-cu,408-ci, 409-cu və 412-ci bəndləri). Bu kontekstdə Böyük Palata nəzərə almışdır ki, Hökumət 2013-cü il iyulun 25-də ad hoc kompensasiya sxemini təsbit edən Qanun layihəsini Parlamentə göndərmişdir. Qanun layihəsi düzəlişlərlə birlikdə 2013-cü il noyabrın 21-də baxışdan keçmişdir. Nəticədə həmin Qanun Rəsmi Qəzetinin 99/2013-cü sayında 2013-cü il dekabrın 3-də dərc edilmişdir. Qanun 2013-cü il dekabrın 18 qüvvəyə minib ya 2014-cü il iyunun 18-dən etibarən tətbiq ediləcək (bax: yuxarıda qeyd edilən 20-ci bənd). Həmin Qanuna əsasən kompensasiyanın “silinmə”nin hər ayı üçün vahid məbləğ əsasında ödənilməsi və “Öhdəliklər Məcəlləsində” təsbit edilmiş qaydalara əsasən əlavə kompensasiyanı tələb etmək imkanı nəzərdə tutulur (bax: yuxarıda qeyd edilən 20-27-ci bəndlər). İş üzrə istisna hallarda hazırkı qərarda Böyük Palatanın maddi zərərlə bağlı (bax: yuxarıda qeyd edilən 106-109-cu bəndlər) və əsas qərarda Məhkəmənin mənəvi ziyanla əlaqədar (bax: əsas qərarın 425-ci bəndi) tətbiq etdikləri yanaşması “silinmiş şəxslər”in məruz qaldıqları mənəvi və maddi zərərlə əlaqədar vahid məbləğin təyin edilməsi üzrə əsas həll yolu məqsədəmüvafiq hesab olunur. Bununla əlaqədar Böyük Palata müəyyən edir ki, əlavə funksiyaya və onunla bağlı olan diskresion səlahiyyətə uyğun olaraq pozuntuya məruz qalan şəxslər münasibətdə milli səviyyədə Konvensiyanın 46-cı maddəsinə əsasən ümumi tədbirlər kontekstində kompensasiya məbləğlərinin ödənilməsi məsələsi cavabdeh Dövlətin təqdir səlahiyyətinə aiddir, lakin eyni zamanda Məhkəmənin həmin tədbirləri qət etdiyi qərara uyğun olmalıdır (bax: mutatis mutandis, “Veren qeqen Tierfabriken Şveyz (VgT) İsveçrəyə qarşı” (Verein gegen Tierfabriken Schweiz (VgT) v. Switzerland (no. 2) [GC], no. 32772/02, § 88, ECHR 2009). Əsas qərarın icrası nöqteyi nəzərdən Sloveniya Hökumətinin qəbul etdiyi ümumi tədbirləri və onların icrasını nəzarətdə saxlamaq vəzifəsi Konvensiyanın 46-cı maddəsinə əsasən Nazirlər Komitəsinə həvalə edilmişdir. Məhkəmə dəfələrlə qet edib ki, 14 saylı Protokolun qüvvəyə minməsindən sonra Konvensiyanın 46-cı maddəsinin 4-cü bəndində qeyd olunan məsələlərdən başqa Məhkəmə qərar əsasında Razılığa gəlmiş Tərəf üzərinə qoyulmuş vəzifənin icrasına Konvensiyanın 46-cı maddəsinə əsasən nəzarət etmək səlahiyyətinə malik deyil (bax: yuxarıda qeyd edilən “Hatten-Çzapska Polşaya qarşı”, 43-cü bənd, “Akdivar və digərləri Türkiyəyə qarşı” (Akdivar and Others v. Turkey (former Article 50), 1 April 1998, § 44, Reports of Judgments and Decisions 1998‑II), yuxarıda qeyd edilən “Veren qeqen Tierfabriken Şveyz (VgT) İsveçrəyə qarşı”, 83-90-cı bəndlər və “Makedoniyanın Birləşmiş Təşkilatı Llinden – PITIN və digərləri Bolqarıstana qarşı” (The United Macedonian Organisation Ilinden – PIRIN and Others v. Bulgaria (no. 2), nos. 41561/07 and 20972/08, § 66, 18 October 2011). Yekunda Məhkəmənin baxılan işlərin siyahısına əsasən əsas qərarın qəbul edilməsi ərəfəsində “silinmiş şəxslər” tərəfindən çox az sayda oxşar şikayətlərin verildiyinə baxmayaraq Böyük Palata qeyd edir ki, sistematik, struktur və oxşar pozuntular kontekstində təkrar şikayətlərin yığılmasının qarşısının alınması və digər ərizələr üzrə araşdırmanın bərpa edici tədbirlərin müəyyən edilənədək təxirə salınması mənasında gələcək işlərin axınının potensialda artırılması məsələsi də vacib hesab edilir. Bununla Böyük Palata qeyd edir ki, hal-hazırda bir min nəfərdən artıq sayda “silinmiş şəxslər”in cəlb olunduğu altmış beş iş Məhkəmə baxışına təqdim edilib. Bununla Kuriç və digərləri işinin tez bir zamanda icrası vacib məsələ hesab edilir (bax: yuxarıda qeyd edilən “Qrins və M.T. Birləşmiş Krallığa qarşı”, 111-ci bənd).
YUXARIDAKILARI NƏZƏRƏ ALARAQ, MƏHKƏMƏ YEKDİLLİKLƏ
1. Qərara alır ki,
(a) cavabdeh Dövlət ərizəçilərə üç ay müddətində aşağıda göstərilən məbləğləri ödəməlidir:
(i) cənab Kuriçə ödənilməli olan vergilər də daxil olmaqla maddi ziyana görə 29,400 Avro (iyirmi doqquz min dörd yüz avro);
(ii) xanım Mezqaya ödənilməli olan vergilər də daxil olmaqla maddi ziyana görə 52,240 Avro (əlli iki min iki yüz qırx avro);
(iii) cənab Ristanoviçə ödənilməli olan vergilər də daxil olmaqla maddi ziyana görə 30,000 Avro (otuz min avro);
(iv) cənab Berişaya ödənilməli olan vergilər də daxil olmaqla maddi ziyana görə 72,770 Avro (yetmiş iki min yeddi yüz yetmiş avro);
(v) cənab Ademiyə ödənilməli olan vergilər də daxil olmaqla maddi ziyana görə 30,150 Avro (otuz min yüz əlli avro);
(vi) cənab Miniçə ödənilməli olan vergilər də daxil olmaqla maddi ziyana görə 30,300 Avro (otuz min üç yüz avro);
(vii) xanım Mezqaya, cənab Ristanoviçə, cənab Ademiyə və cənab Miniçə ödənilməli olan vergilər də daxil olmaqla yerli inzibati icraat zamanı çəkilmiş xərclərə görə birlikdə 339.42 Avro (üç yüz otuz doqquz avro və qırx iki sent). Həmin məbləğ yuxarıda qeyd oluna124-cü bənddə göstərildiyi kimi bölünməlidir;
(viii) ödənilməli olan vergilər də daxil olmaqla Məhkəmə qarşısında çəkilmiş xərc və məsrəflərə görə 5000 Avro (beş min avro);
(b) yuxarıda qeyd edilən üç ayın keçməsindən sonra ödəmənin həyata keçirilməsinə qədər gecikdirilən müddət üçün yuxarıda göstərilən məbləğdən Avropa Mərkəzi Bankının illik son faiz dərəcəsinə uyğun olaraq faizlər ödənilməli və buna üç faiz də əlavə edilməlidir;
2. Ərizəçilərin ədalətli kompensasiya tələbinin digər hissələrdə rədd edilməsini qət edir.
Qərar ingilis və fransız dillərində tərtib edilmiş və bu barədə yazılı məlumat Məhkəmənin Prosedur Qaydalarının 77-ci Qaydasının 2-ci və 3-cü bəndlərinə əsasən 2014-cü il martın 12-də verilmişdir.
Maykl OboylDin Spilman
Məhkəmə katibiSədr
©Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2014
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə və onun keyfiyyətinə görə heç bir məsuliyyət daşımır. Tərcüməni Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnu təşkil edən işlərin daxil olduğu HUDOC məlumat bazasından () və ya Məhkəmənin razılığı ilə yerləşdirilən istənilən digər məlumat bazasından yükləmək olar. Tərcüməni qeyri-kommersiya məqsədlərilə bu şərtlə yenidən nəşr etmək mümkündür ki, məhkəmə işinin tam adı, yuxarıda göstərilmiş müəllif hüququna dair qeyd və Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fonduna istinad göstərilsin. Tərcümənin hər hansı bir hissəsindən kommersiya məqsədi ilə istifadə etmək nəzərdə tutularsa, bu ünvana müraciət etmənizi xahiş edirik publishing@.
© Council of Europe/European Court of Human Rights, 2014.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2014
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante: publishing@.
Full & Egal Universal Law Academy