© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2014. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə görə heç bir məsuliyyət daşımır. Əlavə məlumat almaq üçün bu sənədin sonunda verilmiş müəllif hüququna dair tam məlumata baxın.
© Council of Europe/European Court of Human Rights, 2014. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2014. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
Məhkəmənin 172 saylı qərarlar toplusu üzrə Məlumat Qeydi
2014-cü il, mart
Kuriç və Digərləri Sloveniyaya qarşı (ədalətli kompensasiya ilə bağlı Böyük Palatanın Qərarı) – 26828/06 nömrəli şikayət üzrə
2014-cü il 12 mart tarixli qərar [Böyük Palata]
Maddə 41
Ədalətli kompensasiya
Ərizəçilərin qanunsuz olaraq Ölkədə Daimi Yaşayan Şəxslərin Reyestrindən çıxarılması nəticəsində sonuncuların məruz qaldıqları maddi ziyanla bağı kompensasiyanın təyin edilməsi
Maddə 46
Cavabdeh Dövlət ad hoc kompensasiya sxemini müəyyən edərək icra etmək vəzifəsi daşıyır
Faktlar – 2012-ci il 26 iyun tarixli qərarında (əsas qərar) Böyük Palata yekdilliklə qət etmişdir ki, ərizəçilərin Ölkədə Daimi Yaşayan Şəxslərin Reyestrindən çıxarılmasından sonra onların ölkədə yaşama statusunun Sloveniyanın səlahiyyətli orqanları tərəfindən tənzim edilməsindən uzun müddət ərzində imtina edilməsi və bununla əlaqədar onların pozulmuş hüquqların bərpa edilməsi üçün müvafiq tədbirlərin həyata keçirilməməsi nəticəsində ərizəçilərin Konvensiyanın 8-ci və 13-cü maddəsi ilə qorunan hüquqları pozulmuşdur. Bunun nəticəsində nəinki hazırkı iş üzrə ərizəçilər, həmçinin çoxlu sayda digər şəxslər həmin tədbirin təsiri altına düşmüşdürlər. Bununla əlaqədar Məhkəmə Konvensiyanın 46-cı maddəsini və Məhkəmənin Prosedur Qaydalarının 61-ci Qaydasını rəhbər tutaraq pilot qərar proseduranın tətbiqini qərara alıb və qət edib ki, cavabdeh Dövlət 2013-cü il iyunun 26-dan gec olmayaraq əsas qərarın qəbul edilməsindən sonra bir il ərzində ümumi tədbir kimi ad hoc kompensasiya sxemini müəyyən etsin.
Hüquqi məsələlər – 41-ci maddə: Böyük Palata qeyd etmişdir ki, Sloveniyanın şəxsiyyəti təsdiq edən sənədə malik olmayan altı ərizəçi “silinmə” nəticəsində hüquqi boşluğa düşüblər və bununla kövrək, hüquqi naməlum və müdafiəsiz vəziyyətdə uzun müddət ərzində qalıblar. “Silinmə” nəticəsində hüquqi statusunun itirilməsi ilə əlaqədar bütün ərizəçilər mənfi hallarla rastlaşıblar. Ərizəçilərin Ölkədə Daimi Yaşayan Şəxslərin Reyestrindən əvvəlcədən xəbərdarlıq edilmədən silinməsini və onların bu barədə təsadüfən məlumat aldığını nəzərə alaraq müəyyən edilir ki, qanunsuz tədbir ilə ərizəçilərin məruz qaldığı zərər arasında bir neçə səbəbiyyət əlaqəsi mövcuddur.
Bununla əlaqədar Məhkəmə maddi ziyanla bağlı ərizəçilərə ədalətli kompensasiyanın ödənilməsi üzrə iki məsələni araşdırmışdır. Keçmiş gəlirin itkisi ilə əlaqədar sosial müavinətin ödənilməsi üzrə bütün ərizəçilərin və uşağa görə müavinətin ödənilməsi üzrə iki ərizəçinin tələbləri qəbul edilmişdir. Evin saxlanması müavinətin ödənilməsi üzrə tələblər rədd edilmiş, belə ki, 2003-cü ildən qüvvədə olan qanunvericiliyə əsasən həmin müavinət yalnız Sloveniya vətəndaşlarına ödənilir, həmçinin ərizəçilər bundan əvvəl qüvvədə olan qanunvericilikdə müəyyən edilmiş hallara cavab verdiklərini sübut edə bilməmişdirlər. Gələcək gəlirin itkisi ilə bağlı ikinci kateqoriyalı maddi ziyanla əlaqədar bildirilir ki, sosial müavinətlə bağlı tələbin təmin edilməsi ilə pensiya hüquqlarını təmin etmək tələbini irəli sürmək imkanı aradan qalxır.
46-cı maddə: Məhkəmə qeyd edir ki, cavabdeh Hökumət əsas qərarın qəbul edilməsindən sonra bir il ərzində ad hoc kompensasiya sxemini müəyyən etməmişdir. Lakin Hökumət milli səviyyədə ümumi tədbirin tətbiq edilməsinin vacibliyini mübahisələndirilməmişdir. Bununla Böyük Palata nəzərə alır ki, ad hoc kompensasiya sxemini müəyyən edən Qanun 2014-cü il iyunun 18-dən tətbiq olunacaq. Həmin Qanuna əsasən kompensasiya “silinmənin” hər ayı üzrə vahid məbləğ əsasında ödəniləcək və əlavə kompensasiya almaq imkanı yaradılır. Həmin tədbir məqsədəmüvafiq hesab edilir.
Yekunda sistematik, struktur və oxşar pozuntular kontekstində təkrar şikayətlərin yığılmasının qarşısının alınması və digər ərizələr üzrə araşdırmanın bərpa edici tədbirlərin müəyyən edilənədək təxirə salınması mənasında gələcək işlərin axınının potensialda artırılması məsələsi də vacib hesab edilir. Hal-hazırda bir min nəfərdən artıq sayda “silinmiş şəxslər”in cəlb olunduğu altmış beş iş Məhkəmə baxışına təqdim edilib. Bununla eyni problemdən irəli gələn bütün işlər üzrə proseduraların cavabdeh Dövlət tərəfindən müvafiq tədbirlərin həyata keçirilməsinədək dayandırıldığı barədə qərar qəbul edilmişdir.
(bax: Kuriç və digərləri Sloveniyaya qarşı, Böyük Palatanın 26828/06 nömrəli ərizə üzrə qərarı. Məlumat Qeydi 153)
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi
Katibliyin bu xülasəsinə görə Məhkəmə məsuliyyət daşımır.
Presedent hüququnun Məlumat Qeydləri üçün tıklayın
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2014
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə və onun keyfiyyətinə görə heç bir məsuliyyət daşımır. Tərcüməni Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnu təşkil edən işlərin daxil olduğu HUDOC məlumat bazasından () və ya Məhkəmənin razılığı ilə yerləşdirilən istənilən digər məlumat bazasından yükləmək olar. Tərcüməni qeyri-kommersiya məqsədlərilə bu şərtlə yenidən nəşr etmək mümkündür ki, məhkəmə işinin tam adı, yuxarıda göstərilmiş müəllif hüququna dair qeyd və Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fonduna istinad göstərilsin. Tərcümənin hər hansı bir hissəsindən kommersiya məqsədi ilə istifadə etmək nəzərdə tutularsa, bu ünvana müraciət etmənizi xahiş edirik publishing@.
© Council of Europe/European Court of Human Rights, 2014.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2014
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante: publishing@.
Full & Egal Universal Law Academy