© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil. Əlavə məlumat üçün sənədin sonunda müəllif hüquqları haqqında qeydə baxın.
© Council of Europe/European Court of Human Rights, 2012. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
Kiyutin Rusiyaya qarşı (Kiyutin v. Russia), ərizə № 2700/10
10.03.2011-ci il tarixli qərar [I Bölmə]
Maddə 14
Ayrı-seçkilik
HİV-ə yoluxmuş əcnəbinin ölkədə yaşayış icazəsi almaq üçün verdiyi ərizəyə baxılarkən fərqli (ayrı-seçkilik xarakterli) rəftara məruz qalması: pozuntu baş verib
Faktlar – Rusiya qanunvericiliyinə əsasən, Rusiya vətəndaşı ilə nikaha girmiş və ya Rusiyada uşağı olan əcnəbilər müvəqqəti yaşayış icazəsi hüququna malikdirlər, bu şərtlə ki, HİV-ə yoluxmadıqlarını təsdiq edən barədə tibbi arayış təqdim etsinlər. HİV-ə yoluxduqları müəyyən edilmiş Rusiya vətəndaşı olmayan şəxslər deportasiya olunmalıdırlar. Özbəkistan vətəndaşı olan ərizəçi 2003-cü ildə Rusiyaya gəldi və Rusiya vətəndaşı ilə evləndi, onların bir qızı oldu. Onun yaşayış icazəsi üçün verdiyi ərizə bu əsasa görə rədd edildi ki, HİV analizi onun HİV-ə yoluxduğunu göstərib. O, imtina qərarından daxili məhkəmələrə şikayət edərək iddia etdi ki, dövlət orqanları səhhəti ilə əlaqədar olaraq ona yüksək dərəcədə aktiv antiretrovirus terapiyası tələb olunduğunu, onun həyat tərzini və Rusiyada sıx ailə əlaqələrinin olduğunu nəzərə almayıblar. Bu şikayət və onun sonrakı şikayətləri uğursuzluqla nəticələndi.
Hüquqi məsələlər – 8-ci maddə ilə birgə götürülməklə 14-cü maddə:
a) 8-ci maddə ilə birgə götürülməklə 14-cü maddənin tətbiqinin mümkünlüyü məsələsi: ərizəçinin rusiyalı həyat yoldaşı ilə qanuni və həqiqi nikahı (onların qızı da vardı) "ailə həyatı" təşkil edirdi və beləliklə, Konvensiyanın 8-ci maddəsinin tətbiq dairəsinə düşürdü. 14-cü maddədə ayrı-seçkiliyin qadağan olunan əsasları arasında sağlamlıq durumu, yaxud səhhətlə əlaqədar hər hansı məsələ göstərilməsə də, Məhkəmə son dövrlərdə təsdiq edib ki, fiziki qüsur və sağlamlıqla bağlı müxtəlif problemlər bu maddənin tətbiq dairəsinə düşür. Bu yanaşma beynəlxalq birlik tərəfindən ifadə edilmiş rəylərə uyğundur.[1] Müvafiq olaraq, 14-cü maddədə nəzərdə tutulmuş "digər əlamətlər" anlayışı sağlamlıq durumu ilə, o cümlədən HİV-ə yoluxma ilə bağlı fərqli rəftarı da əhatə edir və 8-ci maddə ilə birgə götürülməklə 14-cü maddə bu işə tətbiq edilə bilər.
b) Şikayətin mahiyyəti – Rusiyada sıx ailə əlaqələri qurduqdan sonra ərizəçi bununla əlaqədar yaşayış icazəsi almaq istəyən digər əcnəbi vətəndaşlarla analoji vəziyyətdə idi, amma HİV-ə yoluxmuş şəxs olduğuna görə fərqli rəftara məruz qalmışdı. Rəftardakı bu fərqə əsaslı və obyektiv səbəblərə haqq qazandırmağın mümkün olub-olmaması məsələsinə gəlincə, bu məsələdə dövlətin qiymətləndirmə sərbəstliyinin hüdudları məhduddur, çünki HİV virusu ilə yaşayan şəxslər keçmişdə əhəmiyyətli dərəcədə ayrı-seçkiliyə məruz qalmış xüsusilə əlverişsiz qrupa aiddirlər və HİV-ə yoluxmuş ərizəçilərə yaşayış icazəsi verməkdən imtina məsələsində Avropada konsensus yoxdur. Müvafiq olaraq, fərqli rəftara haqq qazandırmaq üçün olduqca ciddi əsaslar gətirilməli idi.
Məhkəmə etiraz edilən tədbirin cəmiyyətin sağlamlığını qorumaqdan ibarət qanuni məqsəd daşıdığını qəbul etsə də, qeyd etdi ki, səhiyyə mütəxəssisləri və beynəlxalq orqanlar razılaşırlar ki, HİV virusu ilə yaşayan şəxslərin səfərlərinin məhdudlaşdırılmasına cəmiyyətin sağlamlığı mülahizələri ilə haqq qazandırmaq olmaz. Belə məhdudiyyətlər inkubasiya dövrü qısa olan vəba və sarı qızdırma kimi son dərəcə yoluxucu xəstəliklərə qarşı səmərəli olsa da, sadəcə HİV-ə yoluxmuş şəxsin ölkədə olması özlüyündə cəmiyyətin sağlamlığına təhlükə yaratmır. HİV təsadüfi yolla yoluxdurula bilən xəstəlik deyil, o, xüsusi davranış vasitəsilə yoluxdurula bilər və yoluxdurma üsulları şəxsin ölkədə qaldığı müddətdən və ya vətəndaşlığından asılı olmayaraq eynidir. Bununla belə, turistlərin və ya ölkəyə qısa müddətə gələn şəxslərin, yaxud ölkəyə qayıdan Rusiya vətəndaşlarının səfərlərinə HİV-lə əlaqədar məhdudiyyətlər qoyulmurdu, hərçənd ki, ölkədə məskunlaşmış miqrantlarla müqayisədə onların davranışlarının HİV baxımından təhlükəsiz olduğunu güman etmək üçün heç bir əsas yox idi. Bundan başqa, ölkədə uzun müddətdən bəri məskunlaşan HİV-ə yoluxmuş şəxslərə qarşı rəftarla ölkəyə qısa müddətə gələn şəxslərə qarşı rəftar arasında qoyulan fərqə dövlət vəsaitləri hesabına maliyyələşdirilən səhiyyə sisteminin üzərinə ağır yük düşməsi kimi obyektiv səbəblə haqq qazandırmaq mümkün olsa da, bu arqument Rusiyaya şamil oluna bilməzdi, çünki Rusiya vətəndaşı olmayan şəxslərin pulsuz tibbi yardım alma hüququ yox idi (təxirəsalınmaz tibbi yardım istisna olmaqla).
Nəhayət, HİV virusu ilə yaşayan şəxslərin ölkəyə səfərlərinin və orada yaşamasının məhdudlaşdırılması nəinki bu xəstəliyin yayılmasının qarşısını almaqda səmərəsiz idi, həm də faktiki olaraq cəmiyyətin sağlamlığı üçün ziyanlı ola bilərdi, məsələn, miqrantlar HİV yoxlamasından yayınmaq üçün ölkədə qanunsuz yaşamağa üstünlük verə bilərdilər, yaxud yerli əhali HİV-ə yoluxmanın və ya QİÇS-in yalnız "xaricdən gələn problem" olduğunu düşünərdi. Məhkəmədə narahatlıq doğuran digər bir məsələ etiraz edilən tədbirin heç nəyə əhəmiyyət vermədən və fərq qoymadan tətbiq edilməsi idi. Yaşayış icazəsi üçün müraciət edən ərizəçilərin HİV daşıyıcısı olmadıqlarını təsdiq edən sənəd göstərmələrini və HİV daşıyıcısı olduqları müəyyən edilmiş Rusiya vətəndaşı olmayan şəxslərin deportasiyasını tələb edən müddəalar konkret haldakı faktları fərqli qaydada qiymətləndirməyə imkan vermirdi. Hazırkı işdə dövlət orqanları ərizəçinin müraciətini yalnız qanunvericilik normalarına istinadən rədd etmiş və onun sağlamlıq durumunu və ya Rusiyadakı ailə əlaqələrini nəzərə almamışdılar. Xülasə, ərizəçinin xüsusilə əlverişsiz vəziyyətdə olan qrupa aid olduğunu, fərqli rəftarın ağlabatan və obyektiv şəkildə əsaslandırılmadığını və vəziyyətin fərqli qaydada qiymətləndirilmədiyini nəzərə alsaq, Hökumət bu məsələdə malik olduğu məhdud qiymətləndirmə sərbəstliyinin hüdudlarını aşmışdı və ərizəçi sağlamlıq durumu ilə bağlı ayrı-seçkiliyin qurbanı idi.
Nəticə: pozuntu baş verib (yekdilliklə).
Maddə 41: Mənəvi ziyana görə 15.000 avro təyin edildi.
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012.
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil; eyni zamanda, Məhkəmə tərcümənin keyfiyyəti ilə bağlı heç bir məsuliyyət daşımır. Tərcümə Avropa İnsan Hüquqları Məhkəməsi HUDOC presedent hüququ bazası () və ya Məhkəmənin onu bölüşmüş olduğu hər hansı digər məlumat bazasından yüklənə bilər. Bu tərcümə qeyri-kommersiya məqsədləri üçün istifadə oluna bilər; bu halda işin tam adına, habelə yuxarıda göstərilən müəllif hüquqları haqqında qeydə və İnsan Hüquqları Etimad Fonduna istinad edilməlidir. Bu tərcümənin hər hansı bir hissəsinin kommersiya məqsədləri ilə istifadə edilməsi üçün publishing@ ilə əlaqə saxlayın.
© Council of Europe/European Court of Human Rights, 2012.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012.
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante : publishing@
[1] Avropa Şurası Parlament Assambleyası (1116 (1989) saylı) tövsiyə; Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Komitəsi (3 mart 1995-ci il tarixli 1995/44 saylı və 21 aprel 2005-ci il tarixli 2005/84 saylı qətnamələr); Birləşmiş Millətlər Təşkilatı (Əlillərin hüquqları haqqında Konvensiya).
Full & Egal Universal Law Academy