© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə görə heç bir məsuliyyət daşımır. Əlavə məlumat almaq üçün bu sənədin sonunda verilmiş müəllif hüququna dair tam məlumata baxın.
© Council of Europe/European Court of Human Rights, 2012. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
BİRİNCİ BÖLMƏ
KIYUTIN RUSİYAYA qarşı
(Ərizə no. 2700/10)
QƏTNAMƏ
STRAZBURQ
10 mart 2011
QƏTİ
15/09/2011
Bu qərar Konvensiyanın 44-cü maddəsinin2-ci § -na əsasən qətidir. Ona redaktə xarakterli düzəlişlər edilə bilər.
Kiyutin Russiyaya qarşı işdə,
Avropa İnsan Hüquqları Məhkəməsi (birinci bölmə) hakimlər:
Nina Vajić, Sədr,
Anatoly Kovler,
Christos Rozakis,
Peer Lorenzen,
Elisabeth Steiner,
Mirjana Lazarova Trajkovska,
Julia Laffranque, ,
və Søren Nielsen, Bölmə Katibindən ibarət tərkibdə,
17 fevral 2011-ci il tarixdə qapalı məşvərət keçirərək,
Aşağıdakı qərarı çıxarır:
PROSEDUR
1. İş İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının (“Konvensiya”) 34-cü maddəsinə əsasən Özbəkistan vətəndaşı cənab Viktor Viktoroviç Kiyutin (“ərizəçi”) tərəfindən 18 dekabr 2009-cu ildə Məhkəməyə təqdim edilmiş Rusiya Federasiyasına qarşı ərizə (Nº2700/10) əsasında başlanmışdır.
2. Ərizəçi, Oryolda vəkil işləyən x. L. Komolova tərəfindən təmsil olunmuşdur. Rusiya Hökumətini (“Hökumət”) onun nümayəndəsi, c. G. Matyuşkin təmsil etmişdir.
3. Ərizəçi, xüsusilə şikayətlənir ki, Rusiyada yaşayış icazəsi üçün müraciətinə baxılması zamanı səhhətinin vəziyyətinə görə ayrı-seçkiliyə məruz qalmışdır.
4. Məhkəmə 5 may 2010-cı il tarixində ərizə barədə cavabdeh Hökumətə məlumat verməyi qərara almışdır. Konvensiyanın 29-cu maddəsinin 3-cü bəndinə uyğun olaraq, qərara alınmışdır ki, ərizənin qəbuledilənliyinə və mahiyyətinə birlikdə baxılsın.
5. Sədr tərəfindən üçüncü tərəf qismində iştirak etmək icazəsi verilən Interights (the International Centre for the Legal Protection of Human Rights - İnsan Haqqlarının Müdafiəsi üçün Beynəlxalq Mərkəz) öz yazılı təqdimatlarını göndərmişdir (Konvensiyanın 36-cı maddəsinin 2-ci bəndi və Məhkəmə Reqlamentinin 44-cü qaydasının 2-ci bəndi).
FAKTLAR
I. İŞİN HALLARI
6. Ərizəçi 1971-ci ildə Sovet İttifaqının Özbəkistan SSR-da anadan olmuş və SSRİ-nin dağılmasından sonra Özbəkistan vətəndaşlığı almışdır.
7. 2002-ci ilin oktyabr ayında ərizəçinin qardaşı Rusiyanın Oryol vilayətinin Lesnoy kəndində torpaq sahəsi ilə birgə ev almışdır.2003-cü ildə ərizəçi, onun qardaşlığı və anaları orda yaşamaq üçün Özbəkistandan Lesnoya gəlmişlər.
8. 18 iyul 2003-cü ildə ərizəçi bir Rusiya vətəndaşı ilə evlənmiş və 2004-cü ilin yanvarında onların qızları dünyaya gəlmişdir.
9. Bu arada, 2003-cü ilin avqustunda ərizəçi yaşayış icazəsi üçün müraciət etmişdir. Tibbi müayinə keçmək tələbinə əməl etmış və onda İİV pozitiv aşkarlanmışdır. Buna əsaslanaraq, ona yaşayış icazəsi verməkdən imtina olunmuşdur. Bu imtina 13 oktyabr 2004-cü il tarixdə Oryol Regional Məhkəməsi tərəfinən də qüvvədə saxlanmışdır.
10. 2009-cü ilin aprelində ərizəçi müvəqqəti yaşayış icazəsi üçün müraciət etmişdir. 6 may 2009-cü il tarixdə Federal Miqrasiya Xidməti müəyyən etmişdir ki, o, Rusiyada qanunsuz olaraq yaşayır (İnzibati Xətalar Məcəlləsinin 18.8§ 1 maddəsində nəzərdə tutulan xəta) və onu 2,500 Rubl cərimələmişdir.
11. 26 iyun 2009-cu il qərarı ilə Oryol Vilayəti Federal Miqrasiya Xidməti ərizəçinin yaşayış icazəsi müraciətini İİV neqativ vəziyətini sübut edə bilməyən əcnəbilərə yaşayış icazəsi verilməsini məhdudlaşdıran Əcnəbi Vətəndaşlar haqqında Qanunun 7-ci bölməsinin 1(13)-cü bəndinə istinadən rədd etmişdir. Bu qərarda göstərilir ki, ərizəçi ya üç gün ərzində Rusiyanı tərk etməli ya da deportasiya olunmalı idi. Bu imtinadan ərizəçi məhkəməyə şikayət verdi.
12. 13 avqust 2009-cu ildə Oryol vilayəti Severni Rayon Məhkəməsi aşağıdakıları müəyyən edərək, ərizəçinin şikayətini rədd etdi:
“Cənab V.V.Kiyutinin İİV pozitiv olması nəzərə alınaraq, məhkəmə hesab edir ki, onun Rusiya Federasiyasında müvəqqəti yaşayış icazəsi barədə müraciətinin rədd olunması qanuna uyğundur”
13. Ərizəçi Konstitusiya Məhkəməsinin 12 may 2006-cı il tarixli qərarına (aşağıdakı 24-cü paraqrafa bax) və QİÇS-in qarşısının alınması haqqda BMT sənədlərinə istinadən apelyasiya şikayəti vermişdir. 16 sentyabr 2009-cu il tarixdə Oryol Regional Məhkəməsi ərizəçinin şikayətini qısa şəkildə rədd etmişdir.
14. 20 oktyabr 2009-cu ildə ərizəçi Oryol regional QİÇS-lə Mübarizə Mərkəzində müayinədən keçmişdir. Ona proqressiv fazada İİV, Hepatit B və C diaqnozu qoyulmuş və həyatını qorumaq üçün yüksək dərəcədə aktiv antiretroviral terapiya (YAAT) yazılmışdır.
15. 25 noyabr 2009-cu ildə Oryol Regional Məhkəmə əlavə kassasiya prosesi açmaqdan imtina etmişdir və əvvəlki qərarı qanuni və əsaslı hesab etmişdir və müəyyən etmişdir:
“C. Kiyutin əlavə kassasiya şikayətində iddia edir ki, məhkəmələr onun yaşayış icazəsi məsələsinə baxarkən, 12 may 2006-cı il tarixli Konstitusiya Məhkəməsi qərarına zidd olaraq, onun ailə vəziyyətini nəzərə almayıb. Bu arqument məhkəmə qərarlarını ləğv etmək üçün əsas deyil.
Tətbiq olunan əcnəbilərin Rusiyaya girişini və yaşayışını tənzimləyən qanunlar məhkəmələrdən yaşayış icazəsinin verilməsi üçün İİV-li əcnəbilərin səhhətinin vəziyyətini və ya onların xəstəliyinin klinik dövrünü müəyən etməyi tələb etmir.
İİV-pozitiv bir fərdin müvəqqəti yaşayış icazəsi məsələsinə baxarkən məhkəmələr hər hansı işin faktiki hallarını humanitar məqsədlərlə nəzərə ala bilər amma buna məcbur deyildir.
Bundan əlavə, Rusiyada yaşayış icazəsi üçün müraciət etmiş hər bir əcnəbi İİV neqativ olması barədə tibbi arayış təqdim etməlidir və əgər şəxs İİV pozitivdirsə, qanun belə bir icazənin verilməsini qadağan edir.”
II. MÜVAFİQ DAXİLİ HÜQUQ VƏ TƏCRÜBƏ
A. İİV-lə mübarizə haqqında Qanun (30 mart 1995-ci il, 38-FZ saylı qanun)
16. Müvafiq hissəsində, Qanunun preambulasında deyilir :
“İİV-in səbəb olduğu xronik xəstəliyin dünyada geniş yayıldığını;
Rusiya Federasiyası üçün böyük social- iqdisadi və demoqrafik nəticələrini;
Şəxsi, ictimai və milli təhlükəsizlik və insanlıq üçün təhlükə təşkil etməsini nəzərə alaraq;
Əhalinin hüquqlarını və qanuni mənafelərinin müdafiəsi vacibdir”
17. 4-cü bölmənin 1-ci paraqrafına əsasən, Rusiyada olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, İİV pozitiv olduqları aşkarlandığı zaman deportasiya olunurlar.
B. Əcnəbi Vətəndaşlar haqqında Qanun (25 iyul 2002-ci il, no. 115-FZ)
19. 5-ci bölmə nəzərdə tutur ki, Rusiya Federasiyasına girmək üçün vizaya ehtiyacı olmayan əcnəbilər Rusiyada doxsan gündən artıq olamayan müddətdə qala bilərlər və bu müddət bitdiyi zaman Rusiyanı tərk etməlidirlər.
20. 6-cı bölmənin 3(4) və (6.2) bəndlərində deyilir ki, Rusiya vətəndaşı ilə evli olan və ya Rusiya vətəndaşı olan uşağı olan əcnəbinin Hökumət tərəfindən müəyyən edilən peşə kvotasından asılı olmayaraq üç illik yaşayış icazəsinə hüququ vardır.
21. Hökumətin 1 noyabr 2002-ci il tarixli 789 saylı Sərancamı əcnəbinin yaşayış icazəsi üçün müraciətinə əlavə olunmalı sənədlərin siyahısını müəyyənləşdirir. Digər sənədlərlə birgə, ərizəçi İİV-ə yoluxmadığı barədə tibbi arayış da təqdim etməlidir.
22. 7-ci bölmə müvəqqəti yaşayış icazısi verilməsindən imtinanın və əvvəllər verilmiş icazənin ləğv olunması əsaslarının siyahısını nəzərdə tutur. Yaşayış icazəsi üçün müraciət əgər əcnəbi narkotika istifadəçisidirsə və ya İİV-ə yoluxmuş olmadığı barədə tibbi arayış təqdim edə bilmirsəonun müraciəti rədd olunur (paraqraf 1(13))
C. Əcnəbilərə tibbi yardım göstərilməsi
23. Rusiya ərazisində olan əcnəbilərə tibbi yardım göstərilməsi Qaydalarına görə (Hökumətin 1 sentyabr 2005-ci il tarixli 546 saylı Sərancamı), əcnəbilərə yalnız təcilli tibbi yardım ödənişsiz əsaslarla göstərilə bilər (§3). Digər tibbi yardım növləri ödənişli əsaslarla göstərilə bilər (§4).
D. Konstitusiya Məhkəməsinin təcrübəsi
24. 12 may 2006-cı il tarixdə Konstitusiya Məhkəməsi İİV pozitiv olan, Rusiya vətəndaşı ilə evil və Rusiyalı qızı olan Ukrayna vətəndaşı X. tərəfindən verilən konstitusiya şikayətini rədd etmişdir (qərar no. 155-O). Cənab X. şikayət etmişdi ki, İİV-la mübarizə haqqında Qanun 11-ci bolməsinin 2-ci paraqrafı və Əcnəbi Vətəndaşlar haqqqında Qanun onun ailə həyatına hörmət hüququna və tibbi yardım almaq hüququna ziddir və ayrı-seçkiliyə əsaslanıb.
25. Konstitusiya Məhkəməsi hesab etmişdir ki, mübahisələndirilən müddəalar Konstitusiyaya uyğundur, çünki İİV-ə yoluxmuş əcnəbilərə müvəqqəti yaşayış icazəsi verilməsinə məhdudlaşma qanunverici tərəfindən əhalinin sağlamlığının Dövlət tərəfindən qorunması kimi konstitusyon dəyərlərin müdafiəsi üçün qoyulmuşdur (§ 3.3).
26. Konstitusiya Məhkəməsi 27 iyun 2001-ci il tarixli İİV/QİÇS-lə əlaqədar Öhdəliklər barədə BMT Bəyannaməsi, BMT İnsan Hüquqları Komissarının Qərarları və İİV-ə əsaslanan ayri-seçkiliyın qadağan edilməsi barədə digər beynəlxalq sənədlər, həmçinin ümumiyyətlə, əcnəbi vətəndaşların, xüsusilə də İİV-ə yoluxmuş əcnəbilərin ölkədən çıxarılması üzrə məhkəmə təcrübəsinə istinad edərək konstitusyon məqsədlərə əməl olunması üçün istifadə olunan vasitələrin proporsional olduğunu vurğulamış və qeyd etmişdir:
“Belə nəticə çıxır ki, eyni dərəcədə müdafiə olunan konstitusyon dəyərlərin konflikti qarşısında hüquq-mühafizə orqanları və məhkəmələr humanitar düşüncələrdən İİV-ə yoluxmuş şəxsin Rusiya Federasiyasında müvəqqəti yaşayış icazəsi məsələsinin həll edərkən işin spesifik hallarını nəzərə ala bilər.
Belə ki, İİV-lə mübarizə haqqında Qanunun 11-ci bölməsinin 2-ci paraqrafının və Əcnəbi Vətəndaşlar haqqında Qanunun 7-ci bölməsinin 13-cü paraqrafı hüquq mühafizə orqanlarının və məhkəmələrin şəxsin Rusiyadan deportasiya edilməsi və ya Rusiya ərazisinə qəbul edilməsi məsələsini həll edərkən humanitar düşüncələrdən İİV-ə yoluxmuş əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin ailə və səhhəti vəziyyətini nəzərə alması imakanını istisna etmir. Bütün hallarda, maraqlı şəxs İİV infeksiyasının yayılmasının qarşısının alınması üçün üzərinə qanuna uyğun şəkildə qoyulan preventiv öhdəliklərə əməl etməlidir.” (§ 4.2)
E. Cinayət Məcəlləsi
27. 122-ci maddəyə əsasən, bir şəxsin digərini bilərəkdən İİV-ə yoluxdurması və İİV-ə yaxalanmaq riski yaratması cinayət məsuliyyəti yaradır. Bu hərəkətlər, bir ilə qədər azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
III. MÜVAFİQ BEYNƏLXALQ MATERİAL
28. 27 iyun 2001-ci il tarixində BMT Baş Assambleyası İİV/QİÇS üzrə Öhdəliklər barədə aşağıdakı mətndə Bəyannamə (Qərar S-26/2) qəbul etdi :
“1. Biz, Dövlət və Hökumət başçıları və Dövlət və Hökumət nümayəndələri İİV/QİÇS probleminin bütün aspektlərini nəzərdən keçirmək və həll etmək, onunla mübarizə aparmaq üçün milli, regional və belnəlxalq səylərin koordinasiyası və intensivləşdirilməsi üçün ümumdünya öhdəliyi təmin etmək üçün BMT-də yığışdiq...
13. Damğalamağın, susmağın, ayrı-seçkiliyin və inkarın, eləcə də məxfiliyin olmaması xəstəliyin qarşısının alınnması və müalicəsi səylərini azaltdığını və epidemiyanın fərdlər, ailələr, icmalar və millətlər üzərində təsirini artırdığını və bu məsələrin də müzakirəsinin vacibliyi da qeyd edərək....
16. Hər kəsin insan hüquqlarının və əsas azadlıqlarının tamamilə həyata keçirilməsinin xəstəliyin qarşısının alınması, müalicəsi, xəstələrin dəstəklənməsi də daxil olmaqla İİV/QİÇS epidemiyasına qarşı qlobal reaksiyanın vacib elementi olmasını və İİV/QİÇS qarşısında zəifliyi aradan qaldırdığını və İİV/QİÇS-ə yoluxmuş və ya belə riski olan insanların damğalanması və diskriminasiyasını azaltdığını qəbul edərək...
31. Müxtəlif mədəni, sosial və siyasi sistemlərdə müxtəlif ailə tiplərinin mövcud olduğunu nəzərdə saxlayaraq və ailələrin xəstəliyin qarşısının alınması və müalicəsində və xəstələrin dəstəklənməsində əhəmiyyətli rolunu təsdiq edərək... »
İİV/QİÇS və insan hüquqları
58. 2003-cü ildə İİV/QİÇS-ə yoluxmuş və risk qrupundakı insanlara qarşı ayri-seçkiliyin ləğv edilməsi və onalrın bütün əasə hüquq və azadlıqlardan, istifadə edə bilməsini, xüsusilə, onların özəl həyatına və məxfillik prinsipinə riayət etməklə təhsil, vərəsəslik, iş, tibbi yardım, sosial və səhiyyə xidməti, xəstəliyin qarşısının alınması və müalicəsi, xəstələrin dəstəklənməsi, məlumat azadlığı və hüquqi müdafiəsi təmin etmək üçün qanunlar, qaydalar və digər vasitələri müvafiq olaraq qəbul etmək, gücləndirmək və tətbiq etmək və epidemiya ilə əlaqədar damğalanma və sosial kənarlaşdırma ilə mübarizə üçün strategiyalar hazırlamaq... »
29. BMT İnsan Hüquqları Komissiyası İİV/QİÇS-lə əlaqədar ayrı-seçkilik və damğalamadan ilk dəfə 53-cü iclasında qəbul edilən və aşağıdakıları nəzərdə tutan 1995/44 saylı Qərarında söhbət açmışdır :
“1. Mövcud beynəlxalq insan haqqları standartları real və güman edilən QİÇS və ya İİV vəziyyəti ilə əlaqədar hər hansı ayrı-seçkiliyi qadağan edir və ayrı-seçkiliklə əlaqədar sənədlərdə “digər vəziyyətlər” ifadəsi İİV/QİÇS də daxil olmaqla sağlamlıq vəziyyəti kimi təfsir oluna bilər;
2. Bütün Dövlətləri, İİV/QİÇS-lə əlaqədar olanlar da daxil olamaqla, qanunlarının, siyasətlərinin və təcrübələrinin, özəl həyatı və bütünlüyünə hörmət də daxil olmaqla insan hüquqlarına hörmət etməsini, bu xəstəliklə əlaqədar ayrı-seçkiliyi qadağan etməsini və İİV/QİÇS-lə əlaqədar proqramların bu xəstəliyə yoluxmuş insanların mülaicəsinə maneçilik törətməsinin qarşısının alınmasını təmin etməyə çağırır...”
Baş Komissar İİV/QİÇSkontekstində ayrı-seçkiliklə bağlı mövqeyini 21 aprel 2005-ci il tarixdə 61-ci iclasda qəbul olunmuş 2005/84saylı Qərarında da ortaya qoydu.
30. İqtisadi, Sosial və Mədəni Hüquqlar barədə Beynəlxalq Paktın 2-ci maddəsinin 2-ci bəndi bu Paktda təsbit olunan hüquqların “irqə, rəngə, cinsə, dilə, dinə, siyasi və ya digər fikirlərə, milli və social mənşəyə, mülkiyyət, doğum və digər vəziyyətə əsaslanan ayri-seçkilik qoyulmadan həyata keçirilməsinə” təminat verir. Ayrı-seçkilik bərədə Ümumi Şərhində (no. 20, 2009) İqtisadi, Sosial və Mədəni Hüquqlar üzrə Komitə birbaşa olaraq səhhət, xüsusilə də İİV vəziyyətini Maddə 2 §2-də nəzərdə tutulan “digər vəziyyətlər”ə daxil etmişdir.
“33. Səhhətin vəziyyəti şəxsin fiziki və əqli sağlamlığına istinad edir. Tərəfdaş Dövlətlər şəxsin əsl və ya hiss edilə bilən səhhətinin vəziyyətinin onun bu pakt üzrə hüquqlarının həyata keçirilməsinə mane olmamasını təmin etməlidir. Dövlətlər tərəfindən bir şəxsin hüquqlarının sağlamlıq vəziyyətinə görə məhdudlaşdırılması üçün əsas olaraq, əhalinin sağlamlığının müdafiəsinə tez-tez istinad olunur. Bununla belə, bu məhdudiyyətlərin çoxu, məs. bir şəxsin İİV vəziyyətinə təhsil, iş, səhiyyə xidməti, səyahət, social müdafiə, evlə təmin olunma və siğınacaq alma imkanları kimi məsələlərdə fərqləndirilmiş rəftar üçün əsaslanma ayrı-seçkilikdir.”
31. İİV/QİÇS məsələsinə Avropa Şurası Parlament Assambleyasının bir sıra sənədlərində də toxunulmuşdur. QİÇS və İnsan Hüquqları barədə 1116 (1989) saylı Rekomendasiya aşağıdakı məsələləri vurğulayır:
“3. Qeyd edərək ki, Avropa Şurası xəstəliklə mübarizə ilə 1983-cü ildən maraqlanmasına baxmayaraq, məsələnin etik tərəflərinə səthi yanaşılmışdır;
4. Nəzərə alaraq ki, bununla belə, QİÇS-in yaratdığı qorxunun insan hüquqları və azadlıqlarını təhlükəyə atmamasını təmin etmək vacibdir;
5. Xüsusilə, bəzi QİÇS qurbanlarının, hətta seropozitiv şəxslərin məruz qaldığı ayrı-seçkilikdən narahat olaraq ...
8. Nazirlər Komitəsinə aşağıdakıları məsləhət görür:
A. İnsan Hüquqlarına Nəzarət Komitəsinə tapşırsın ki, Avropa İnsan Hüquqları Konvensiyasının 14-cü maddəsindəki ayrı-seçkiliyin qadağan olunması müddəasını, ayrı-seçkiliyin qadağan olunmuş əsaslar arasına səhhət vəziyyətini da əlavə etmək və ya qanun qarşısında bərabərlik barədə ümumi müddəa hazırlamaq yolu ilə gücləndirilmısinə prioritet versin ...
D. Avropa Şurası üzv Dövlətlərini dəvət edir ki: ...
3. Sığınacaq müraciətini yalnız sığınacaq istəyənin İİV virusu ilə yoluxmuş olması və ya QİÇS-dən əziyyət çəkməsi səbəbi ilə rədd etməsin...”
1536 (2007) saylı qərarı AŞPA-nın İİV/QİÇS-lə yaşayan şəxslərə qarşı ayrı-seçkiliyin bütün formaları ilə mübarizə niyyətini təsdiq edir:
“İİV/QİÇS epidemiyasının tibbi, social və iqtisadi müstəvilərdə fövqəladə bir vəziyyət olduğunu vurğulayaraq, Assambleya Avropa Şurasının parlamentlərini və Hökumətlərini çağırır ki, onlar:
9.1. qanunlarının, siyasətlərinin və təcrübələrinin İİV/QİÇS kontekstində insan hüquqlarına, xüsusilə təhsil, iş, özəl həyat, müdafiə və xəstəliyin qarşısını alınması, müalicəsi və dəstəyə olan hüquqlarına riayət etməsini təmin etsinlər;
9.2. İİV/QİÇS-lə yaşayan şəxsləri özəl və ictimai sektorda ayrı-seçkilliyin bütün formalarından müdafiə etsinlər...”
32. Rusiyanın imzaladığı, lakin ratifikasiya etmədiyi, 3 may 2008-ci ildə qüvvəyə minən Şikəstliyi olan Şəxslərin Hüquqları barərdə BMT Konvensiyası, xüsusilə aşağdakıları nəzərdə tutur:
Maddə - Bərabərlik və ayrı-seçkiliyin qadağan edilməsi
“2. Tərəfdaş Dövlətlər şikəstliyə əsaslan ayrı-seçkiliyi qadağan edəcəklər və şikəstlərə hər hansı əsasla edilə biləcək ayrı-seçkiliyə qarşı bərabər və səmərəli hüquqi müdafiə imkanı yaradacaqlar ...”
Maddə 18 – Hərəkət azadlığı və vətəndaşıq
“1. Tərəfdaş dövlətlər şikəstliyi olan şəxslərə digərləri ilə bərabər əsaslarla hərəkət, yaşayış yeri və vətəndaşlıq seçmək azadlığı tanıyacaqlar və imkan yaradacaqlar ki, şikəstliyi olan şəxslər:
...
2. Şikəstlikləri səbəbilə vətəndaşlıqları ə ya şəxsiyyətləri barədə sənədləri əldə etmək, ona malik olmaq və ondan istifadə etmək və ya immiqrasiya prosesi kimi hərəkət azadlığının həyata keçirilməsini asanlaşdıran müvafiq proseslərdən istifadə imkanından məhrum edilməsinlər ...”
Maddə 23 – Ev və ailəyə hörmət
“1. Tərəfdaş Dövlətlər şikəstliyi olan şəxslərə qarşı digər şəxslərlə bərabər əsaslarla evlilik, ailə, valideynlik və münasibətlərlə bağlı məsələlərdə ayrı-seçkiliyi aradan qaldırmaq üçün səmərəli və uyğun addımlar atacaqlar...”
33. UNAİDS/İOM-un (BMT-nin İİV/QİÇS/Beynəlxalq Miqrasiya Təşkilatının birgə Proqramı) 2004-cü ildə qəbul etidiyi İİV/QİÇS-lə əlaqəli səyahət məhdudidyyətləri barədə bildirişi aşağıdakı məsləhətləri nəzərdə tutur:
“1. İİV/QİÇS səyahətlə əlaqədar əhalinin sağlamlığı üçün təhlükə hesab olunmamalıdır, çünki, yoluxucu xəstəlik olsa da, insan immunçatışmazlığı virusu onun daşıyıcısının sadəcə ölkədə olması və ya təsadüfi ünsiyyətlə (hava vasitəsilə, və ya yemək və su kimi daşıyıcılarla) keçmir. İİV həmişə özəl xarakterli spesifik davranımlarla nəticəsində keçir. Buna görə də onun qarşısının alınması könüllü olaraq mümükündür və məcburiyyət heç bir nəticə vermir. Məhdudlaşdırıcı tədbirlər əslində əhalinin sağlamlığı maraqlarına əks çevrilə bilər, çünki İİV-ə yoluxmuş əcnəbilərin cəmiyyədən kənarlaşdırılması İİV/QİÇS xəstələrinin damğalanması və onlara qarşı ayrı-seçkiliyi artırır və beləliklə, oxşar vəziyyətlə olan vətəndaşların və əcnəbilərin İİV-in qarmısının alınması və müalicəsi xidmətlərinin istifadəsi üçün irəli çıxmasına mane olar. Bundan əlavə, İİV-li əcnəbilərin ölkəyə girməsinə məhdudiyyətlər qoyulması cəmiyyətdə bu “xarici” problemin ardıcıl və əsaslı ictimai səhiyyə maarifçiliyi və digər müvafiq metodlar vasitəsilə deyil, sərhədlərin daha möhkəm qorunması kimi tədbirlərlə aradan qaldırıla biləcəyi barədə yanlış təsəvvür yaradar..
3. Ölkəyə girmək və orda qalmaq üçün İİV/QİÇS də daxil olmaqla səhhətin vəziyyətinə əsaslanan məhdudiyyətlər ele bir şəkildə həyata keçirilməlidir ki, Dövlətin ayrı-seçkiliyin qadağan olunması, qaçqınların qovulmaması, özəl həyat, ailənin müdafiəsi, miqrantların hüquqlarının müdafiəsi və uşaqların maraqlarının müdafiəsi kimi prinsiplər də daxil olmaqla insan hüquqları üzrə öhdəliklərinə riayət olunsun. Dəfedilməz humanitar ehtiyaclara da lazımi əhəmiyyət verilməlidir.
4. Hər hansı səhhətlə əlaqədar səyahət məhdudiyyəti yalnız şəxsin özü ilə müsahibə və ya fərdi araşdırma nəticəsində qoyulmalıdır. Kənarlaşdırma halında bunun səbəbləri barədə şəxsə şifahi və yazılı məlumat verilməlidir.
5. Müqayisə oluna bilən səhhət vəziyyətlərinə bu şəraitdəki şəxslə əlaqədar potensial iqtisadi xərclər baxımından oxşar münasibət göstərilməlidir. Ölkəyə qısa və ya uzun müddətə girmək istəyən İİV/QİÇS-li şəxslər belə maliyyə əsasları ilə fərqləndirilə bilməzlər.
6. Səhiyyə sisteminə və xəstəlik vəziyyətinə görə social yardım sisteminə mümkün xərcləri səbəbilə kənaraşdırma yalnız o vaxt nəzərə alınmalıdır ki, fərdi dəyərləndirmə əsasında aydın görünsun ki, şəxsə tibbi və sosial yardım yaxın gələcəkdə tələb olunur və belə xərcləri ödəmək üçün digər vasitələr (şəxsi və ya iş sığortası, şəxsi ehtiyatlar, icma qruplarının dəstəyi) mövcud deyil və bu xərclər onları üstələyən şəxsin spesifik bacarıqları, istedadları, əmək gücunə töhvələri, vergi ödənişləri, mədəni müxtəlifliyə təhvələri, gəlir əldə etmək və iş yaratma bacarığı kimi fayadaları ilə əvəzlənməyəcək.
7. İİV/QİÇS-li şəxs ölkədən çıxarılırsa (deportasiya edilisə), belə çıxarılma (depostarsiya) qanuni prosesə hüquq və ölkədən çıxarılma qərarını mübahisələndirmək üçün müvafiq imkanlara malik olmaq da daxil olmaqla beynəlxalq öhdəliklərə uyğun olmalıdır. Şəxsə ölkədə qalmaq imkanı verilməsini əsaslandıracaq humanitar xarakterli səbəblər də nəzərdən keçirilməlidir...”
34. BMT İnsan Hüquqlarları üzrə Baş Komissarı və UNAİDS tərəfindən hazırlanan İİV/QİÇS və İnsan Hüquqları üzrə Beynəlxalq Qaydalar (2006-cı ilin birləşdirilmiş versiyası) xüsusilə aşağıdakıları nəzərdə tutur:
“102. Dövlətlərin İİV-ə səmərəli cavabı üçün vacib olan əsas insan hüquqları prinsipləri beynəlxalq sənədlərdə də əksini tapmalıdır... İİV/QİÇS-lə əlaqədar insan hüquqları prinsipləri arasında bunlar vardır: Ayrı-seçkiliyə məruz qalmama hüququ, bərabər müdafiə və qanun qarşısında bərabərlik... Hərəkət azadlığı hüququ ...
104. Beynəlxalq insan haqqları hüququna əsasən Dövlətlər bəzi hüquqlara əhalinin sağlamlığı, başqalarının hüquqları, mənəviyyat, ictimai əsayış, demokratik cəmiyyətdə ümumi rifah və milli təhlükəsizlik kimi üstün məqsədlərə nail olmaq üçün dar şəkildə müəyyənləşdirilmış hallarda məhdudiyyətlər qoya bilər...
105. İnsan hüquqlarına İİV konteksindəki məhdudiyyətlərlə əlaqədar Dövlətlər tərəfindən tez-tez əhalinin sağlamlığı amilinə istinad olunur. Bununla belə, bu məhdudiyyətlərin çoxu, məsələn İİV vəziyyətinin təhsil, iş, səhiyyə xidməti, səyahət, sosial müdafiə, evlə təminat və sığınacaq məsələlərində fərqli münasibət üçün əsas kimi istifadə edilməsi ayrı-seçkiliyin qadağan olunması prinsipinə ziddir, ...
127. İİV vəziyyətinə görə hərəkət azadlığının və ya yaşayış icazəsinin məhdudlaşdırılmasının heç bir ictimai sağlamlıq səbəbi ola bilməz. Hazırki beynəlxalq səhiyyə qaydalarına əsasən, səyahət üçün yeganə tibbi arayış tələb olunan xəstəlik sarı qızdırmadır (qeyd buraxılmışdır). Bu səbəbdən, bu hüquqlara yalnız güman olunan və ya mövcud İİV vəziyyəti ilə əlaqədar məhdudiyyət qoyulması, beynəlxalq səyahətçilərin İİVyoxlanışından keçirilməsi ayrı-seçkilikdir və əhalinin sağlamlığı səbəbi ilə əsaslandırıla bilməz.
128. Dövlət ərazisində üzünmüddətli yaşayışa xəstəliyin müalicəsi üçün lazım olan iqtisadi xərclərə əsaslanaraq icazə vermirsə, İİV/QİÇS xəstələri müqayisə oluna bilən hallardan fərqləndirilməməlidir və konret olaraq icazə istəyən əcnəbinin halında belə xərclərin çəkilib-çəkilməyəcəyi müəyyən olunmalııdır. Ölkəyə daxil olmaq icazələrini araşdırarkən, ailələrin birləşməsi, sığınacaq ehtiyacı kimi humanitar düşüncələr iqtisadi düşüncələrdən daha əhəmiyyətli olmalıdır.”
35. UNAIDS-in 2008-ci il İİV-lə əlaqəli Səyahət Məhdudiyyətləri üzrə Beynəlxalq Tapşırıq Heyəti barədə Hesabatında aşağıdakı nəticələr vardır:
“Tapşırıq heyəti təsdiq edir ki, İİV vəziyyətinə əsaslanan giriş, qalmaq və yaşamağa qoyulan məhdudiyyətlər ayrı-seçkilikdir, əhalinin sağlamlığını müdafiə etmir və dövlət budcəsinə lazımsız yükə səbəb ola biləcək şəxsləri rasional şəkildə müəyyən etmir. Tapşırıq Heyəti xüsusilə aşağıdakı nəticəyə gəlir: Tapşırıq Heyəti İİV-lə əlaqədar ölkəyə giriş, qalmaq və yaşamaq üçün məhdudiyyətlərin əhalinin sağlamlığını qorumasına heç bir sübut tapmamışdır və əslində bunun əhalinin sağlamlığı səylərinə əngəl törətməsindən narahatdır. Ölkəyə girişə, qalmağa və yaşamağa İİV-lə əlaqəli məhduduiyyətlər digər müqayisə oluna bilən vəziyyətlərə nəzərən, tək götürüldükdə ayrı-seçkilikdir. İİV-positiv şəxslərin potensial müalicə və dəstək xərclərindən yaxa qurtarmaq üçün cəmiyyətdən təcridi və ya deportasiyası əslində çəkiləcək xərclərin fərdi qiymətləndirilməsi əsasında olmalı, İİV-i fərqləndirməməli və insan hüquqları və humanitar düşüncələri pozmamalıdır.”
IV. MÜQAYİSƏLİ MƏLUMATLAR
36. 2009-cu ilin may ayında İİV/QIÇS üzrə BMT-nin birgə proqramı olan UNAİDS İİV-li şəxslərin ölkəyə giriş, qalmaq və yaşamağına qoyulan Məhdudiyyətlərin Xəritəsi adlı araşdırmasını yayımladı. Onun ən son yenilənmiş versiyası (may 2010) internet səhifəsində qoyulmuşdur.
37. Araşdırmaya görə, dünyada 124 ölkə, ərazi və sahədə giriş, qalma və yaşama üçün spesifik olaraq İİV-lə bağlı məhdudiyyətlər qoymur. Digər 52 ölkə, ərazi və sahə İİV-li şəxslərin onların İİV vəziyyətinə əsaslanaraq giriş, qalmaq və yaşamaq üçün bəzi məhdudiyyətlər qoyur. Son kateqoriyaya Avropa Şurası üzvlərindən yeddisi daxildir.
38. Avropa Şurası üzv Dövlətlərindən heç biri fərdin İİV vəziyyətinə görə viza, giriş və qısamüddətli qalmaq icazəsini rədd etmir. Üç Dövlət (Ermənistan, Moldova və Rusiya) fərdin İİV-pozitiv olması aşkar olunduğu zaman onu deportasiya edə bilər. Bu Dövlətlər və digər üç dövlət (Andora, Kipr və Slovakiya) yaşayış icazəsi üçün müraciət edən şəxsdən İİV neqativ olmasını göstərməsini tələb edirlər. Nəhayət, Litva şəxsin “əhalinin sağlamlığına təhlükə olan xəstəliyi” ilə əlaqədar bildiriş verməyi tələb edir.
HÜQUQİ MƏSƏLƏLƏR
I. 8-Cİ MADDƏ İLƏ BİRGƏ GÖTÜRÜLMÜŞ 14-CÜ MADDƏNİN İDDİA OLUNAN POZUNTUSU
39. Konvensiyanın 8, 13, 14 və 15-ci maddələrinə istinad edərək ərizəçi şikayət edir ki, onun Rusiyada yaşamasına icazə verməkdən imtina barədə qərar əhalinin sağlamlığının müdafiəsi legitim məqsədinə proporsional deyil və onun ailəsi ilə birgə yaşamaq hüququnu pozur. Məhkəmə hesab edir ki, bu şikayət ərizəsinin əsası ərizəçinin yaşayış icazəsi üçün müraciəti zamanı səhhətinin vəziyyətinə görə məruz qaldığı fərqli rəftardır. Hazırki işin faktiki hallarını nəzərə alaraq və işin faktiki və hüquqi hallarını xaraketerizə edəcək qurumun özü olduğunu nəzərdə saxlayaraq (bax: Guerra and Others v. Italy, 19 fevral 1998, § 44, Reports of Judgments and Decisions 1998‑I), Məhkəmə ərizəçinin şikayətlərini 8-ci maddəilə birgə götürülmüş 14-cü maddə baxımından araşdırmağı məqsədə uyğun hesab edir. (müqayisə et: Abdulaziz, Cabales and Balkandali v. the United Kingdom, 28 may 1985, § 70, Series A no. 94). Bu maddələr aşağıdakıları nəzərdə tutur:
Maddə 8
“1. Hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir.
2. Milli təhlükəsizlik və ictimai asayiş, ölkənin iqtisadi rifah maraqları naminə, iğtişaş və ya cinayətlərin qarşısını almaq üçün, sağlamlığı yaxud mənəviyyatı qorumaq üçün və ya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan hallar istisna olmaqla, bu hüququn həyata keçirilməsinə dövlət hakimiyyəti orqanları tərəfindən müdaxiləyə yol verilmir.
Maddə 14
“Bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan istifadə cins, irq, dərinin rəngi, dil, din, siyasi və ya digər baxışlar, milli və ya sosial mənşə, milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya digər hər hansı əlamətlərinə görə ayrı-seçkilik olmadan təmin olunmalıdır.”
A. Tərəflərin təqdimatları
1. Hökumət
40. Hökumət bildirmişdir ki, ərizəçi hələ də Oryol vilayətində yaşayır və xəstəliyi və ailə bağları nəzərə alınaraq deportasiya olunmamışdır. Yaşayış icazəsinin verilməməsi onun ailə həyatına hörmət hüququnu pozmamışdır və, pozduğu güman olunsa da, belə müdaxilənin Əcnəbi Vətəndaşlar Haqqında Qanunun 7-ci bolməsnin 1 (13) bəndində qanunu əsası vardır. Bu müdaxilə Rusiya dövlət orqanlarının İİV epidemiyasının yayılmasının geniş vüsət alması, bunun şəxsi, ictimai və milli təhlükəsizliyə və insanlığın mövcudluğuna hədə olması və əhalinin hüquqları və qanuni münafelərinin müdafiəsi ilə bağlı narahatlıqları ilə də əsaslanır. Yaşayış icazəsindən imtina İİV infeksiyasının qarşısının alınması və onunla mübarizə məqsədli vacib bir tədbirdir.
41. Hökumət vurğulayır ki, ərizəçi əcnəbilrin ölkəyə girişi, çıxışı və qalması qaydalarına riayət etdiyi müddətcə ölkədə qala bilər. Onun yaşayış icazəsi almaq hüququ olmasa da, Rusiyaya girmək və doxsan günə qədər qalmaq üçün vizaya ehtiyacı olmadığından, hər doxsan gündən bir ölkə ərazisini tərk edib sonra geri gələ bilər. Bundan başqa, yaşayış icazəsindən imtina onun ailə həyatını arvadının və qızının da ona qoşula biləcəyi Özbəkistanda sürdürməsinə mane olmur. (Hökumət Slivenko v. Latvia [BP], no. 48321/99, ECHR 2003‑X, və yuxarıda istinad olunan Abdulaziz işlərinə istinad edir).
42. Öz əlavə müşahidələrində Hökumət bildirir ki, ərizəçinin ictimaiyyət üçün təhlükəliliyi İİV infeksiyasının dünyada yayılması və ərizəçinin Özbəkistanda xüsusilə ağır cinayətlərə görə məhkum olunmuş olması faktı ilə təsdiqlənir. Daxili məhkəmələr ərizəşinin fərdi vəziyyətini və ya xəstəlik vəziyyəti ilə əlaqədar məlunatları onların işin halları üçün uyğun olmadığına görə araşdırmamışlar.
2. Ərizəçi
43. Ərizəçi Hökumətin yerli dövlət orqanlarının onun xəstəlik və ailə vəziyyətini nəzərə aldığı barədə fikirlərini mübahisələndirir. O vurğulayır ki, bu hallar yerli qətnamələrdə qeyd edilməmişdir və Konstitusiya Məhkəməsinin 12 may 2006-cı il qərarı praktik əhəmiyyəti olmayan sadəcə bəyanat olaraq qalmışdır. Ərizəçi deportasiya olunmamasının tək səbəbi kimi Rusiya dövlət orqanlarının “gözləyək, görək” prinsipi ilə əvvəlcə ölkədəxili məhkəmələrin, indi isə Strazburq Məhkəməsinin nəticələrini gözləməsi olduğuna inanır. Digər tərəfdən, onun xəstəlik vəziyyətinə istinad edərkən Hökumət ümumiyyətlə İİV infeksiyasını yoxsa xəstəliyin xəstəxanada müalicə tələb edən və nəqliyyat vasitələrindən istifadəsini əngəlləyən ağırlaşmış vərəm formasında mürəkkəbləşməsini nəzərdə tutduğunu dəqiqləşdirmir.
44. Müdaxilənin mövcud olub-olmamasına gəlincə, ərizəçi qeyd edir ki, Əcnəbi Vətəndaşlar haqqında Qanunun 5-ci bölməsi Rusiyada qanuni şəkildə qalmasını doxsan günlə məhdudlaşdırır və İİV neqativ olması barədə tibbi arayış təqdim olunmasını tələb edən 7-ci bölməyə əsasən onun üçün bu müddətin uzadılması mümkün deyildi. O infeksiyası barədə Rusiyaya gəldikdən və Rusiaya vətəndaşı ilə evlndikdən sonra öyrənib, onun arvadı və qızı Rusiyada doğulub və onun özünün Rusiya ilə ciddi sosial, iqtisadı və şəxsi bağları var, halbuki Özbəkistanda onun heç bir qohumu, işi və ya yaşayış yeri yoxdur. Ərizəçinin fikrincə, bu elementlər onun işini Rusiya dövlət orqanlarının ailə başçısına Kurskda mənzil verdiyi Slivenko Latviyaya qarşı işindən fərqlidir.
45. Ərizəçi onun ailə həyatına iddia olunan müdaxilənin proporsionallığı ilə əlaqədar vurğulayır ki, Rusiya məhkəmələri onun Rusiya əhalisinin sağlamlığına ciddi təhlükə olması prezumpsiyasından çıxış ediblər. Onlar onun həyat tərzini araşdırmamış və onun hansı səbəblərdən Rusiyada milli təhlükəsizliyə, ictimai qayda və iqtisadi rifahı üçün hədə təşkil etdiyini və ya başqalarının hüquq və azadlıqlarını pozduğunu izah etməyiblər. O, təsadüfi cinsi əlaqələrə girməyib və narkotikadan istifadə etməyib və xəstəliyi ilə əlaqədar müvafiq təhlükəsizlik qaydalarına əməl edir. Rusiya məhkəmələrinin bu amilləri nəzərdən keçirməməsi qəbuledilməz səhhətinə görə ayrı-seçkiliyin göstəricisidir.
3. Üçüncü tərəf
46. Üçüncü tərəf olaraq Interights ilkin olaraq bildirir ki, əsas universal və regional insan hüquqları sazişləri ümumi ayrı-seçkiliyin qadağan olunması müddəaları əsl və iddia olunan İİV və ya QİÇS-ə əsaslanan ayrı-seçkiliyi qadağan edən müddəa kimi təfsir olunur. Bu təfsir BMT İnsan Hüquqları Komitəsi, İqtisadi, Sosial və Mədəni Hüquqlar üzrə Komitə, Ayrı-Seçkiliyin qarşısının alınması və Azlıqların Müdafiəsi Sub-Komissiyası və Uşaq Hüquqları Komitəsi tərəfindən qəbul edilmişdir. BMT Baş Assambleyasının 2001-ci ilin avqustunda qəbul etdiyi İİV/QİÇS-lə bağlı Niyyət Bəyannaməsində, üzv Dövlətlər İİV/QİÇS-li şəxslərə qarşı ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması üçün qanunlar qəbul etmək və onu icra etmək niyyətlərini açıqlamışlar. Avropa səviyyəsində AŞPA 14-cü maddənini İİV/QİÇS-li şəxslərlə əlaqədar gücləndirilməsinə və onların ictimai və özəl sektorda müdafiəsinə çağırmışdır.
47. İkincisi, üçüncü tərəf iddia edir ki, beynəlxalq hüquqda mövcud olan ümumi anti-diskriminasiya standartlarından əlavə İİV/QİÇS-li insanlar Məhkəmənin təcrübəsində və digər hüquq sistemlərində mövcud olan şikəstliyə əsaslanan ayrı-seçkilik qadağasından da faydalanmalıdırlar. Şikəstliyi olan İnsanların Hüquqları üzrə Konvensiya üzrə yaradılmış şikəstliyə əsaslanan ayrı-seçkiliyin qadağanı çərçivəsinin İİV/QİÇS-li insanlara tətbiq olunanlığı İnsan Hüquqları üzrə Baş Komissarı, Ümumdünya Səhiyyə Təşkilatı və BMT İİV/QİÇS Proqramı (UNAİDS) birgə yayımladıqları Şikəstlik və İİV Siyasəti Xülasəsində təsdiq olunmuşdur. İİV-ə şikəstliyə oxşar yanaşma öz şikəstlik üzrə qanunvericiliyini birbaşa və ya dolayı olaraq İİV vəziyyətini də daxil edəcək şəkildə genişləndirmiş ölkələrin qanunvericiliyində və təcrübəsində dəstəklənir (Kanada, ABŞ, Böyük Britaniya, Almaniya və Norveç). Glor İsveçrəyə qarşı işdə bu Məhkəmə də Konvensiyanın 14-cü maddəsinin şikəstliyə görə ayrı-seçkilikdən müdafiə etdiyini qəbul etmişdir (no. 13444/04, § 80, ECHR 2009‑...).
48. Beynəlxalq hüquq xarici dövlətdə yerləşmək hüququnu tanımır və səyahət məhdudiyyətəri neytral şəkildə tətbiq olunduqda per se qeyri-qanuni ola bilməz. Bununla belə, bu məhdudiyyətlər İİV-li şəxslərə qarşı obeyektiv səbəb olmadan fərqli rəftarın sərgilənməsi halında ayrı-seçkiliyin qadağan olunması prinsipini pozur. Fərqli rəftarın əsaslandırılmış olub-olmadığını müəyyənləşdirərkən Məhkəmə məsələn, tarixdə önfikir və social təcridə məruz qalmış Romlar, homoseksuallar, əqli şikəstliyi olanlar bir sıra xüsusilə zəif qrupları qeyd etmişdir ki, bunlarla əlaqəli Dövlətlərin mülahizə səlahiyyəti məhduddur. Üçüncü tərəfin fikrincə, HİV-li şəxslər də belə bir qrupdur çünki onlar Avropa Şurası region da daxil olmaqla geniş yayılmış damğalama və ostrakizmə məruz qalmışlar və HİV xəstələrinə fərqli davranış tədbirləri seçməkdə Dövlətlərin təqdir səlahiyyəti məhdud olmalıdır.
49. Üçüncü tərəf HİV vəziyyəti ilə əlaqədar fərqli davranış üçün iki əsas müəyyən etmişdir: ictimai səhiyyəyə təhlükə rasionalesi və ictimai xərc rasionalesi. Əhalinin sağlamlığı ilə əlaqədar bu sahədə işləyən mütəxəssislər və beynəlxalq qurumlar arasında bu tədbirlərinHİV-in qarşısınınalınmasında səmərəsiz olması barədə konsensusuna diqqət çəkir (Ümumdünya Səhiyyə Təşkilatı, BMT İnsan Hüquqları üzrə baş Komissar, Beynəlxalq Miqrasiya Təşkilatı, BMT Qaçqınlar üzrə Baş Komissar, Dünya Bankı. Ümumdünya Əmək Təşkilatı, Avropa Parlamenti və Komissiyasının sənədlərinə istinad edir). 2008-ci ildə UNAİDS-in HİV-lə əlaqəli Səyahət Məhdudiyyətləri üzrə Beynəlxalq Tapşıırıq Heyəti HİV-lə əlaqəli səyahət məhdudiyyətlərinin əhalinin sağlamlığını qoruduğuna dair heç bir sübut tapmamışdır. HİV-in yoluxucu xəsəlik olmasına baxmayaraq, o hava ilə və ya təsadüfi ünsiyyət vasitəsilə deyil, qorunmadan cinsi əlaqə və ya yoluxmuş şpirisin istifadəsi kimi spesifik davranışlar nəticəsində yoluxur ki, HİV neqativ şəxslər bu özlərini yoluxmadan qorumaq üçün addımlar ata bilərlər. İctimai səhiyyə əsası vətəndaşların ölkədən çıxıb geri qayıtması və xarici turistlərin qısamüddətli qalmalarına tətbiq olunmaması arqumenti ilə zəifləyir. Belə tədbirlər ölkənin vətəndaşları üçün də ziyanlı ola bilər, çünki HİV/QİÇS-I xarici problem kimi təqim etməklə yanlış təhlükəsizlik hissi yaradılmasına şərait yaradır və vətəndaşların ehtiyatlı davranışlar sərgiləmək ehtiyacının əhəmiyyətini aşağı salır və əcnəbilərin HİV testindən keçməkdən qaçındıraraq ölkədə qanunsuz olaraq qalmasına, beləliklə HİV-lə mübarizə və səhiyyə xidmətlərindən uzaq qalmasına səbəb olur.
50. Üçüncü tərəfinin fikrincə, milli immiqrasiya siyasətləri göstərir ki, dünya ölkələrinin bir çoxu HİV-lə əlaqədar səyahət məhdudiyyətlərinin əhalinin sağlamlığınınqorunmasında səmərəsiz olduğunu anlamışlar. Bu xüsusilə bir sıra ölkələrin bu tip məhdudiyyətləri tətbiq etməməsi vı digər bir qrupun onları ləğv etməsi və HİV-in əahlinin sağlamlığına təhlükə təşkil etmədiyini qəbul etməsi (ABŞ, Çin və Namibiya ) ilə təsdiqlənir. Digər Dövlətlər HİV-lə bağlı məhdudiyyətlərin qoyulması məsələsini nəzərdən keçirmiş, lakin belə tədbirlərlə xəstəliklə səmərəli mübarizə arasında rasional əlaqənin olmaması səbəbilə bu fikirdən tezliklə daşınmışlar (Böyük Britaniya, Almaniya). Bundan əlavə, əhalinin sağlamlığının müdafiəsi üçün könüllü testdən keçmə, məsləhət və məlumat kampaniyaları kimi daha az məhdudlaşdırıcı, lakin daha səmərəli vasitələrin olması qəbul edilmişdir.
51. Dövlət büdcəsindən maliyyələşən səhiyyə sistemi xərclərinin artmasının qarşısının alınması məsələsi ilə bağlı üçüncü tərəf Məhkəmənin G.N. və başqaları İtaliyaya qarşı işə diqqət çəkir (G.N. and Others v. Italy (no. 43134/05, § 129, 1 dekabr 2009). Bu işdə Məhkəmə hesab etmişdir ki, səhiyyə siyasəti kontekstində özbaşına kriteriyalar əsasında tədbirlərin həyata keçirilməsinə maliyyə eytiyatlarının qeyri-kafiliyi ilə haqq qazandırıla bilməz. Ürək-damar və ya böyrək xəstəlikləri kimi eyni dərəcədə xərc tələb edən xəstəlikləri unudaraq immiqasiya məhdudiyyətlərinin yalnız İİV-lə bağlı tətbiq olunması özbaşına və ayrı-seçkilik xarakterli qərar kimi görünür. Bundan əlavə, ictimai xərclərlə əlaqədar məhdudlaşmalar sadəcə xəstəlik şərtinə əsaslanmalı deyil, şəxsin sağlamlığının və maliyyə durumunun fərdi şəkildə incələnməsi nəticəsində tətbiq olunmalıdır. Üçüncü tərəf bununla əlaqədar UNAIDS/IOM bildirişində yer alan məsləhətlərə (yuxarıdakı 33-cü paraqrafa bax) istinad edir. O, həmçinin potensial xərclərin konkret olaraq necə əks olunmasındansa, yalnız xəstəliyin kəskinləşməsi halına görə nəzərdən keçirilməsinin fərdi deyil ümumi olduğunu və « ağlabatan şəkildə dövlət büdcəsinə böyük bir yük təşkil etməsi güman olunmasa belə xüsusi br xəstəliyi olan şəxslərin avtomatik təcridinə » səbəb olacağını hesab edən Kanada Ali Məhkəmisinin təcrübəsinə istinad edir (Hilewitz v. Canada (Minister of Citizenship and Immigration); De Jong v. Canada, 2005 SCC 57, para. 56).
B. Qəbuledilənlik
52. Məhkəmə qeyd edir ki, ərizə Konvensiyanın 35-ci maddənin 3-cü bəndinin mənasında açıq-aşkar əsaslandırılmamış deyil. O daha sonra qeyd edir ki, ərizə başqa əsaslarla da qəbuledilməz deyil. Ona görə də ərizə qebuledilən elan edilməlidir.
C. Mahiyyət
1. 8-ci maddə ilə birgə götürülmüş 14-cü maddənin tətbiqedilənliyi
(a) İşin halları 8-ci maddəsnin əhatə dairəsinə düşürmü?
53. Məhkəmə ilk öncə xatırladır ki, əcnəbinin hər hansı ölkəyə girmək və ya orda yerləşmək hüququ Konvensiyada təsbit olunmamışdır. İmmiqrasiya məsələlərində Konvesiyanın 8-ci və ya hər hansı digər maddəsinin Dövlətin üzərinə evli cütlüklərin yaşayacaqları ölkələri seçmək azadlığına hörmət etmək və ailələrin birləşməsinə icazə vermək kimi ümumi bir öhdəlik qoyduğunu hesab etmək olmaz (bax: Gül v. Switzerland, 19 fevral 1996, § 38, Reports 1996‑I). Tərəflərdən heç biri bunu mübahisələndirmir. Bununla belə, 8-ci maddənin xüsusi bir ölkədə yerləşmək və ya yaşayış icazəsi almaq hüququnu tanımamasına baxmayaraq, Dövlət immiqrasiya siyasətini əcnəbinin insan haqqları, xüsusən özəl və ailə həyatına hörmət və ya ayrı-seçkiliyə məruz qalmama hüququna riayət olunmaqla həyata keçirməlidir (bax: yuxarıda istinad olunan Abdulaziz, §§ 59-60, və Nolan and K. v. Russia, no. 2512/04, § 62, 12 fevral 2009).
54. Ayrı-seçkilikdən müdafiə məsələsinə gəlincə, Məhkəmə xatırladır ki, 14-cü maddə yalnız Konvensiya və onun protokollarındakı maddi hüquqları tamamlayır. O müstəqil şəkildə mövcud deyil çünki yalnız o maddələrdə təsbit olunan hüquq və azadlıqların həyata keçirilməsi ilə bağı təsiri vardır (bax: digər çox sayda işlərlə birgə, Sahin v. Germany [BP], no. 30943/96, § 85, ECHR 2003-VIII). 14-cü maddənin tətbiqolunanlığı üçün Konvensiyanın hər hansı maddəsinin pozuntusunun olması vacib deyil. Vacib və kifayət olan odur ki, işin faktıki halları Konvensiya və ya onun protokollarının əhatə dairəsinə düşür (bax: Petrovic v. Austria, 27 mart 1998, § 22, Reports 1998-II).
55. Ərizəçi rus mənşəli Özbəkistan vətəndaşıdır və 2003-cü ildən Rusiyada yaşayır. Aydındır ki, ölkədə hansı müddətdə yaşamasından asılı olmayaraq yerləşmiş miqrantların heç də hamısı Maddə 8-də nəzərdə tutulan ailə həyatına malik deyillər (bax: Maslov v. Austria [BP], no. 1638/03, § 63, 23 iyun 2008). Bununla belə, “ailə həyatı” konsepsiyası bütün hallarda ərizəçi və Rusiya vətəndaşı olan arvadı və qızı arasında olan kimi qanuni və ciddi evlilikdən əmələ gələn münasibətləri də əhatə edir (bax: yuxarıda istinad edilən Abdulaziz, § 62). Bu şəraitdə, Məhkəmə hesab edir ki, işin halları Konvensiyanın 8-ci maddəsinin “əhatə dairəsi”nə düşür.
(b) Ərizəçinin sağlamlıq vəziyyəti 14-cü maddəninin mənasında “digər əsaslar”a aid edilə bilərmi?
56. 14-cü maddə bütün rəftar fərqliliklərini deyil, bir qrupun digərindən fərqləndirilməsinə xidmət edən müəyyən oluna bilən, obyektiv və şəxsi xüsusiyyətlər və ya statusa əsaslananlarını qadağan edir (bax: Carson and Others v. the United Kingdom [BP], no. 42184/05, §§ 61 və 70, ECHR 2010‑..., and Kjeldsen, Busk Madsen and Pedersen v. Denmark, 7 dekabr 1976, § 56, Series A no. 23). Maddədə inter alia cins, irq və əmlak kimi “status” təşkil edən spesifik əsasları sadalayır. Bununla belə 14-cü maddədəki siyahı, “digər hər hansı əsas” (ingiliscə “any ground such as”, fransızca “notamment”) sözlərindən də göründüyü kimi (see Engel and Others v. the Netherlands, 8 June 1976, § 72, Series A no. 22, and Carson, cited above, § 70) və siyahıya “digər vəziyyətlər” (ingiliscə “any other status”, fransızca “toute autre situation”) ifadələrinin salınması səbəbilə illustrativdir və tam deyil. “Digər vəzyyətlər” ifadəsinə adətən geniş təfsir verilir (bax: yuxarıda istinad olunan Carson, § 70) və onların xarakterizə olunması anadangəlmə və ayrılmaz xüsusiyyətlərlə məhdudlaşmır (bax: Clift v. the United Kingdom, no. 7205/07, §§ 56-58, 13 iyul 2010).
57. Ərizəçinin İİV vəziyyətinin aşkar olunmasının ardından İİV neqativ olamasını sübut edə bilməyən əcnəbilərə yaşayış icazəsi verilməməsi barədə qanunvericilik üzündən ona qanuni olaraq Rusiyada yaşamaq üçün icazə verilməsi qeyri-mümkün olmuşdur. 14-cü maddənin sağlamlıq vəziyyətini sadalamamasına və ya tibbi əsasla hər hansı ayrı-seçkiliyi qadağan edilməməsinə baxmayaraq, Məhkəmə təzəlikcə hesab etmişdir ki, fiziki şikəstlik və müxtəlif səhhətin pisləşməsi halları bu maddənin əhatə dairəsinə düşür (bax: yuxarıda sadalanan Glor, §§ 53-56, və G.N., § 119). Məhkəmə BMT İnsan Hüquqları Komissiyasının beynəlxalq sənədlərdəki ayrı-seçkiliyin qadağan olunması müddəalarındakı “digər vəziyyətlər” termininin İİV infeksiyası da daxil olmaqla səhhət vəziyyəti kimi təfsir oluna bilməsi baərdəki fikrini qeyd edir (bax:yuxarıdakı 29-cu paraqraf). Bu yanaşma 14-cu maddənin qadağan olunan ayrı-seçkilik əsasları arasına səhhəti də daxil etməklə gücləndirilməsi barədə (yuxarıdakı 31-ci paraqrafa bax) AŞPA-nın 1116 (1989) Rekomendasiyasına və üzv Dövlətlərinə şikəstliyə görə ümumi qadağa öhdəliyi qoyan Şikəstliyi olan Şəxslərin Hüquqları üzrə BMT Konvensiyasına (yuxarıdakı 32-ci paraqrafa bax) da uyğundur. Beləliklə, Məhkəmə hesab edir ki, İİV infeksiyası da daxil olmaqla səhhətin vəziyyətinə əsaslanan fərqləndirmə, ya şikəstliyin bir forması ya da onun kimi bir xəstəlik olaraq 14-cü maddənin mətnindəki “digər vəziyyətlər” termini ilə əhatə olunmalıdır.
58. Məhkəmə belə nəticəyə gəlir ki, konvensiyanın 8-ci maddəsi ilə birgə götürülmüş 14-cü maddəsi bu hala tətbiq olunur.
2. 8-ci maddə ilə birgə götürülmüş 14-cü maddəyə riayət olunması məsələsi
(a) Ərizəçi digər əcnəbilərlə analoji vəziyyətdədirmi?
59. Məhkəmə öz təcrübəsilə müəyyən etmişdir ki, ayrı-seçkilik analoji və ya müvafiq olaraq oxşar vəziyyətlərdəki şəxslərə fərqli rəftardır (bax: D.H. and Others v. the Czech Republic [BP], no. 57325/00, § 175, ECHR 2007, və Burden v. the United Kingdom [BP], no. 13378/05, § 60, ECHR 2008‑...).
60. Rusiya vətəndaşının əri və Rusiya vətəndaşı olan uşağın atası olaraq ərizəçi Rusiyadakı ailə bağları səbəbilə yaşayış icazəsi almaq hüququna malikdir (yuxarıdakı 20-ci paraqrafa bax). İcazə müraciətinin tamamlanması üçün o, İİV testindən keçməli və İİV infeksiyasına yoluxmadığı barədə arayışı əlavə etməlidir (yuxarıdakı 21-ci paraqrafa bax). Testdə ərizəçinin İİV pozitiv olduğu aşkar olunduğundan, onun yaşayış icazəsi müraciəti İİV olmaması barədə arayışın əlavə olunmadığı əsasıyla rədd olunmuşdur. Bu, Rusiya Miqrasiya Xidməti və Rusiya məhkəmələri tərəfindən göstərilən tək əsasdır (yuxarıdakı 11 və 13-cü paraqraflar). Hökumət iddia edir ki, ərizəçi Özbəkistanda ciddi cinayətlərə görə məhkum olunduğu üçün ictimai qaydaya hədə təşkil edir. Məhkəmə müşahidə edir ki, Hökumətin iddiası hər hansı spesifik sübut və sənədlə əsaslandırılmamışdır və aydındır ki, ölkədaxili qurumlar ərizəçinin müraciətini cinayətkar keçmişinə görə deyil, İİV vəziyyətinə görə rədd etmişlər.
61. Məhkəmə bu səbəbdən hesab edir ki, ərizəçi Rusiyada ailə bağları səbəbilə yaşayış icazəsi üçün müraciət prosesində digər əcnəbilərlə analoji vəziyyətdə olduğunu iddia edə bilər.
(b) Fərqli rəftar obyektiv və ağlabatan şəkildə əsaslandırılıbmı?
62. Ərizəçi rəftarda fərqlilik olduğunu göstədikdən sonra Hökumət bu fərqli rəftara bəraət qazandırıla bilər (bax: Chassagnou and Others v. France [BP], nos. 25088/94, 28331/95 və 28443/95, §§ 91-92, ECHR 1999‑III). Belə bir əsaslandırılma obyektiv və ağlabatan olmalıdır, başqa sözlə, bu fərqli rəftar legitim məqsəd daşımalı və tədbir və məqsəd arasında proporsional əlaqə olmalıdır. Razılığa gələn Dövlət oxşar vəziyyətlərdə fərqli rəftara yol verə biləcəyi və hansı dərəcədə haqq qazandırıla biləcəyi ilə bağlı qərar verməkdə mülahizə səlahiyyətinə malikdir. Bu səlahiyyətin dairəsi hər işin hallarına, mövzusuna və tarixçəsinə görə dəyişir (bax: yuxarıda istinad olunan Burden, § 60; Carson, § 61, və Clift, § 43).
63. Əgər fundamental hüquqa məhdudiyyət cəmiyyətin tarixdə əhəmiyyətli ayrı-seçkiliyə məruz qalmış hər hansı xüsusilə həssas qrupuna tətbiq olunursa, Dövlətin mülahizə səlahiyyəti xeyli dərəcədə daralır və belə məhdudiyyətlər üçün çox ciddi səbəblər olmalıdır. Bəzi təsnifləndirmələri öz-özlüyündə mübahisələndirən bu yanaşma üçün səbəb odur ki, belə qruplar tarix boyu qalıcı nəticələri olan və social təcridə səbəb olan qərəzli yanaşmaya məruz qalmışlar. Bu qərəz onların fərdi inkişafı və ehtiyaclarının qarşısını alan qanunvericilik stereotiplərinin yaranmasına səbəb olur (bax: Alajos Kiss v. Hungary, no. 38832/06, § 42, ECHR 2010‑...). Məhkəmə öz təcrübəsində artıq müəyyənləşdirmişdir ki, bəzi belə qruplar cinsi mənşələrinə görə (bax: yuxarıda istinad edilən Abdulaziz, § 78, və Burghartz v. Switzerland, 22 fevral 1994, § 27, Series A no. 280‑B), cinsi orientasiya (bax: Schalk and Kopf v. Austria, no. 30141/04, § 97, ECHR 2010‑..., və Smith and Grady v. the United Kingdom, nos. 33985/96 və 33986/96, § 90, ECHR 1999‑VI), irq və etnik mənşə (bax: yuxarıda istinad edilən D.H., § 182, and Timishev v. Russia, nos. 55762/00 və 55974/00, § 56, ECHR 2005‑XII), əqli vəziyyətə (bax: yuxarıda istinad olunan Alajos Kiss, § 42, və mutatis mutandis, Shtukaturov v. Russia, no. 44009/05, § 95, 27 mart 2008), və ya şikəstlik (bax: yuxarıda istinad edilən Glor, § 84) ayrı-seçkiliyə məruz qalmışlar.
64. 1980-ci illərin epidemiyasından sonra İİV/QİÇS-li insanlar Avropa Şurası regionu da daxil olmaqla, geniş yayılmış damğalanma və təcriddən əziyyət cəkmişlər (bax : xüsusilə, yuxarıda 31-ci paraqrafda istinad edilən QİÇS və İnsan Hüquqları üzrə Rekomendasiya 1116 (1989) və 1536 (2007) Qərarın 9.2-ci bəndi). Epidemiyanın ilk illərində İİV/QİÇS diaqnozu demək olar ki, həmişə ölümcül hallarda qoyulmuşdu, yoluxma riski barədə çox az məlumat vardı və insanlar bu xəstələrdən yoluxma riskinə görə qorxurdular. Xəstəliyin yayılması yolları barədə məlumat azlığı qərəzli fikirlərin yaranmasına, o da öz növbəsində bu virusu daşıyanların damğalanmasına və təcridinə gətirib çıxarmışdı. Yoluxma yolları barədə məlumatlar artdıqca İİV infeksiyasının eyni cinsli şəxslər arasnda cinsi əlaqə, iynə vasitəsilə narkotika qəbulu, fahişəlik və ya cinsi münasibətlərdə müxtəliflik kimi rəftarlarla əlaqədar olduğu aydınlaşsa da, bu qrup artıq bir çox cəmiyyətlərdə damğalanmış və infeksiya və şəxsin məsuliyyətsizliyi arasında əlaqə olması barədə yanlış fikir formalaşmışdı və bu, irqçilik, homofobiya və qadınsevməzlik kimi damğalama və ayrı-seçkiliyin digər formalarını gücləndirirdi. Hazırki dövrdə İİV-in qarşısının alınmasında və xəstəliyin müalicəsinə catımlılıqda böyük uğurlara baxmayaraq, İİV/QİÇS-li insanların damğalanması və onlara qarşı ayrı-seçkilik İİV/QİÇS sahəsində çalışan beynəlxalq təşkilatların böyük narahatlığına səbəb olur. BMT-nin İİV/QİÇS üzrə Niyyət Bəyannaməsində qeyd olunur ki, « damğalanma epidemiyanın fərdlər, ailələr, icmalar və millətlər üzərində təsirini artırmışdır » (bax : yuxarıdakı 28-ci paraqraf) və BMT Baş Katibi C. Ban Ki-moon qəbul etmişdir ki, « dünyanın hər yerində daha az və ya daha çox dərəcədə ayrı-seçkilik İİV-li şəxslərin gündəlik həyatında fakt olaraq qalır. Məhkəmə bu səbəblə hesab edir ki, İİV-li şəxslər qərəzli fikir və damğalama tarixcəsinə malik həssas qrupdur və Dövlətə bu qrupu ayrıca nişan alan və İİV vəziyyəti ilə bağlı fərqli tədbirlər seçərkən daha dar mülahizə səlahiyyəti verilməlidir.
65. Avropa konsensusunun olması Dövlətə daha dar və ya geniş mülahizə səlahiyyəti verilməli olmasının müəyyənləşdirilərkən nəzərə alınan əlavə amildir (bax : Dickson v. the United Kingdom [BP], no. 44362/04, § 81, ECHR 2007‑XIII, və S.L. v. Austria, no. 45330/99, § 31, ECHR 2003‑I (çıxarış). Cavabdeh Dövlət ümumi standarta riayət etmirsə, Məhkəmə spesifik hallarda Konvensiyanın müddəalarını təfsir edərkən bunu nəzərə alır (bax : Tănase v. Moldova [BP], no. 7/08, § 176, ECHR 2010‑..., və Demir and Baykara v. Turkey [BP], no. 34503/97, § 85, 12 noyabr 2008). Məhkəmə müşahidə edir ki, qırx-yeddi Avropa Şurası Üzvü olan Dövlətdən yalnız altısı yaşayış icazəsi üçün şəxsin İİV neqativ olması barədə test nəticələri təqdim etməyi tələb edir, bir Dövlət bu barədə bəyanat tələb edir və üç Dövlət İİV pozitiv əcnəbiləri deportasiya edir (bax : yuxarıdakı 37 və 38-ci paraqraflar). Digər Tərəfdaş Dövlətlər İİV-li şəxslərə ölkəyə giriş, qalma və yerləşmə məsələlərində onların İİV vəziyyəti ilə əlaqədar hər hansı məhdudiyyət tətbiq etmir. Beləliklə, yaşayış icazəsi üçün müraciət etmiş İİV-pozitiv şəxslərin bu icazəni almaqdan təcrid edilməsi Avropa konsensusunu əks etdirmir və Avropa Şurası üzvləri tərəfindən dəstəklənmir. Bundan belə nəticəyə gəlmək olar ki, cavabdeh Dövlət ərizəçinin qurbanı olduğunu iddia etdiyi fərqli rəftarı əsaslandırmalıdır.
66. Hökumət mübahisələndirilən məhdudiyyəti əsaslandırmaq üçün İİV-lə Mübarizə haqqında Qanunun mətnindən irəli gələn bir neçə məqsədi olduğunu irəli sürür (bax: yuxarıdakı 16 və 40-cı paraqraflar). O milli təhlükəsizliyə və insanlığın mövcudiyyətinə iddia olunan hədənın ərizəçinin fərdi vəziyyətinə uyğun olmasını, ərizəçinin Rusiya ərazisində olmasının hansı sosial-iqtisadi və demoqrafik nəticələri olacağını və yaşayış icazəsindən imtinanın başqalarının hüquqlarını necə artıracağını izah etməmişdir. Bununla belə, Konstitusiya Məhkəməsinin qərarından belə görünür ki, İİV-ə yoluxmuş əcnəbilərin müvəqqəti yaşayış icazəsinə qoyulan məhdudiyyətin məqsədi əhalinin sağlamlığının müdafiəsidir (bax : yuxarıdakı 25-ci paraqraf). Bu məqsədin legitim olması şübhə doğurmasa da, bu öz-özlüyündə ərizəçiyə səhhətinin vəziyyətinə görə tətbiq olunan spesifik tədbirin legitimliyini müəyyən etmir. Məqsədlə istifadə olunan vasitə arasında ağlabatan proporsionallıq əlaqəsinin olub-olmadığı müəyyən olunmalıdır.
67. Məhkəmə ardıcıl olaraq elan etmişdir ki, Konvensiyanın təminatlarını təfsir etmək və hər hansı sahədə ümumi standartın olub olmadığını müəyyən etmək üçün müvafiq beynəlxalq sənədləri və hesabatları nəzərə alır. Məhkəmə hansı beynəlxalq sənədin və ya hesabatın müvafiq olduğunu və onlara hansı şəkinin verilməli olduğunu özü müəyyən edir (bax : yuxarıda istinad olunan Tănase, § 176, və Demir and Baykara, §§ 85-86). Hazırki işdə Məhkəmə üçüncü tərəfin əhalinin sağlamlığı sahəsindəki mütəxəssis və beynəlxalq qurumlar arasında İİV-li şəxslərin səyahət məhdudiyyətlərinin əhalinin sağlamlığına istinadən edilməsinin əsaslı olmadığı barədə konsensusundan bəhs edən təqdimatlarını, şübhsiz ki, məqsədəuyğun hesab edir. Ümumdünya Səhiyyə Təşkilatı səyahət məhdudiyyətlərini İİV-in yayılmasının qarşısının alınmasının səmərəsiz yolu olduğuna görə hələ 1987-ci ildən rədd etmişdir (Beynəlxalq Səyahət və İİV üzrə Məsləhətləşmələr barədə Hesabat, 2-3 mart 1987). Eyni fikir sonradan BMT İnsan Haqqları üzrə baş Komissarı (34-cü paraqrafda istinad olunan İİV/QİÇS və İnsan Hüquqları üzrə Beynəlxalq Qaydalardan çıxarışa bax), Beynəlxalq Miqrasiya Təşkilatı (33-cü paraqrafda istinad olunan UNAİDS/İOM bildirişi), BMT Qaçqınlar üzrə Baş Komissar (UNCHR, İİV/QİÇS və Qaçqınalrın, Məcburi Köçkünlərin və Digər şəxslərin Müdafiəsi, 2006), Dünya Bankı (İİV/QİÇS-in Hüquqi Aspektləri, 2007) və yaxın zamanda Ümumdünya Əmək Təşkilatı (İİV və QİÇS və İş Dünyası ilə əlaqədar ÜƏT-in Rekomendasiyaları) tərəfindən də səslənmişdir. Avropa səviyyəsində Avropa Parlamenti və Avropa Komissiyası « İİV-ə yoluxmuş şəxslərin səyahətlərinə qadağa qoyulmasının heç bir obyektiv səbəbi olamadığı »nı qəbul etmişdir (22 may 2008-ci il tarixli Qərar). Cavabdeh Hökumət isə beynəlxalq mütəxəssislərin ümumi fikrini inkar edə biləcək heç bir mütəxəssis və elmi rəy təqdim etməmişdir.
68. Səyahət məhdudiyyətləri əhalinin sağlamlığının, xolera və ya sarı qızdırma və ya yeni xəstəliklərdən sərt kəskin tənəffüs sindromu (SARS) və « quş qripi » kimi qısa inkubasiya dövrü olan və yüksək surətlə yoluxan xəstəliklərə qarşı müdafiəsi üçün faydalıdır. Bu xəstəliklə əlaqədar olaraq ölkəyə girişin məhdudlaşdırılması turistlərin sadəcə ölkədə olmaqla, təsadüfi ünsiyyət və ya hava vasitəsilə xəstəliyi yaymasının qarşısını almağa yardım edə bilər. Lakin, İİV-pozitiv şəxsin sadəcə ölkədə olması faktı öz-özlüyündə əhalinin sağlamlığına təhlükə təşkil etmir. İİV təsadüfən yoluxmur, əsas yoluxma yolu olaraq cinsi əlaqə və şprisin paylaşılması kimi spesifik rəftarlar vasitəsilə yoluxur. Xəstəliyin qarşısının alınması İİV-ə yoluxmuş əcnəbilərin müstəsna nəzarəti altında olmur, İİV-neqativ şəxslər özlərini yoluxmadan qorumaq üçün bəzi addımlar atmalıdırlar (təhlükəsiz cinsi əlaqə və iynə vurularkən təhlükəsizlik). İİV-pozitiv əcnəbiləri ölkəyə giriş və/və ya ölkədə yaşamaqdan məhrum etmək onların spesifik təhlükəli rəftarlar həyata keçirəcəyi və vətəndaşların özlərini qoruya bilməyəcəyi fikrinə əsaslanır. Bu fikir faktalara əsaslanmayan və ərizəçinin halı kimi fərdi halları nəzərə almayan bir ümumiləşmədir. Digər tərəfdən, Rusiaya qanunvericiliyinə görə, İİV vəziyyətindən xəbərdar olan şəxslərin başqalarını İİV infeksiyasına yoluxmaq təhlükəsinə məruz qoyması azadlıqdan məhrumetmə ilə cəzalandırılan cinayətdir (yuxarıdakı 27-ci paraqraf). Hökumət bu qanuni sanksiyaların yoluxma riskini azaldan çəkindirici tədbir olmasının nəzərdən keçirilməməsini izah etməmişdir.
69. Bundan əlavə, belə görünür ki, Rusiya səyahət məhdudiyyətlərini turistələrə və ya qısa-müddətli qonaqlara tətbiq etmir. O, Rusiyanı tərk edib geri qayıdan vətəndaşlarına da İİV testi tətbiq etmir. Bir şəxsin Rusiyada qalmaq müddətindən və ya vətəndaşlığından asılı olmayaraq İİV-in yoluxma metodlarını nəzərə alaraq, yuxarıda adı çəkilən kateqoriyanın səyahətçi və miqrantların əsas hissəsini təşkil etməsinə baxmayaraq, Məhkəmə İİV-lə əlaqədar məhdudiyyətlərin əcnəbilərə seçici olaraq tətbiq olunmasında heç bir məna görmür. Onların yerləşmiş miqrantlardan daha təhlükəli hərəkətlər edəcəyi barədə fikirlər üçün heç bir əsas yoxdur. Bununla əlaqədar, Məhkəmə Hökümətin ərizəçinin Əcnəbi Vətandaşlar haqqında Qanuna riayət etmək üçün hər doxsan gündən bir ölkədən çıxıb geri qayıtmaq imkanının olması barədə fikirlərini böyük narahatlıqla qeyd edir. Bu fikirlər ərizəçinin Rusiyada qalması ilə Hökumətin narahatlığının əhalinin sağlamlığı olmasına şübhə salır. Bundan əlavə, Rusiyada yaşamaq üçün müraciət edən şəxslərin keçməli olduqları mövcud İİV testləri heç də həmişə yeni yoluxmuş şəxslərdəki virusu aşkar etmir : şəxs testin keçirildiyi vaxt virusun aşkar oluna bilmədiyi və bir neşə ay sürə bilən bir dövrdə ola bilər. Bundan belə çıxır ki, İİV-lə əlaqədar məhdudiyyətlərin yalnız uzun müddətli rezident olmaq istəyənlərə tətbiqi İİV-pozitiv miqrantlar tərəfindən İİV-n yayılmasının qarşısının alınması üçün səmərəli vasitə deyil.
70. İİV-li uzunmüddəli rezidentlərə qısamüddətli rezidentlərdən fərqli davranılmasına yalnız əvvəlkilərin ictimai yük olacağı və büdcədən maliyyələşən səhiyyə sisteminə həddindən artıq ehtiyacı olacağı, sonuncuların isə başqa yerlərdə müalicə olunacağı ehtimalı obyektiv olaraq haqq qazandırıla bilər. Bununla belə, İİV-li potensial rezidentlərin bu iqtisadi düşüncələr yalnız əcnəbilərin səhiyyə xidmətindən aşağı tariflərlə və ya pulsuz istifadə etdiyi hüquq sistemlərində yerinədüşəndir. Rusiyada belə deyil : Rusiya vətəndaşları olmayanların təcili tibbi yardım istisna olmaqla pulsuz tibbi yardım almaq hüquqları yoxdur və bütün tibbi xidmətlərin haqqını özləri ödəməlidirlər (bax : yuxarıdakı 23-cü paraqraf). Belə ki, ərizəçinin Rusiyada yaşayış icazəsi alıb-almamasında asılı olmayaraq, Rusiyada səhiyyə sistemindən pulsuz istifadə etmək hüququ yoxdur. Nəticə olaraq, onun Rusiya dövlət səhiyyə sisteminə ağır maliyyə yükü təşkil etmək riski inandırıcı deyil.
71. Nəhayət, İİV-li şəxslərə səyahət və yaşayış icazəsinə qoyulan məhdudiyyətlər təkcə xəstəliyin yayılmasının qarşısının alınmasında səmərəsiz deyil, həm də əslində ölkənin əhalisinin sağlamlığına zərbə ola bilər. Birincisi, İİV vəziyyətinin dövlət orqanlarına və miqrantların özlərinə məlum olmasını əngəlləmək üçün İİV testindən qaçınacaq miqrantlar ölkədə qanunsuz olaraq qalacaqlar. Bu da onlara lazımi ehtiyat tədbirləri görməyə, yəni təhlükəli rəftarlardan qaçınmağa və onların İİV-in qarşısının alınmasına dair məlumat və xidmətlərə çıxışına mane olacaq. İkincisi, İİV-pozitiv əcnəbilərin təcridi, əhalinin İİV/QİÇS-in « xarici problem » olduğu və yoluxmuş xariciləri deportasiya etməklə və ya onlara ölkədə yerləşməyə icazə verməməklə probelmin həll edilmiş olduğunu hesab etməsinə şərait yaradan yanlış təhlükəsizlik hissi yaradacaq və əhali təhlükəsizlik qaydalarına yiyələnməyə ehtiyac hiss etməyəcək.
72. Deyilənləri nəzərə alaraq, Məhkəmə hesab edir ki, əhalinin sağlamlığının qorunması legitim məqsəd daşısa da, Hökumət bu məqsədə ərizəçinin səhhətinə görə yaşayış icazəsindən məhrum edilməsi ilə nail olunmasının mümkünlüyünə dair dəfedilməz və obyektiv arqument təqdim edə bilmədi. Məhkəməni narahat edən digər xüsus mübahisələndirilən tədbirin çox ümumi olması və fərdli vəziyyətləri nəzərə almamasıdır. Əcnəbi Vətəndaşlar haqqında Qanunun 7-ci Bölməsinin 1 (13)-cü bəndi aydın olaraq bildirir ki, müraciət edən İİV-neqativ olduğunu sübut edə bilməzsə, yaşayış icazəsi üçün hər bir müraciət rədd olunmalıdır. İİV-lə Mübarizə haqqında Qanunun 11-ci Bölmənin 2-ci paraqrafı İİV-pozitiv olması aşkarlanan əcnəbilərin deportasiya edilməsini əmr edir. Bu müddəaların heç biri işin hallarının fərdi şəkildə qiymətləndirilməsinə imkan vermir. Konstitusiya Məhkəməsinin bu müddəaların istisna hallarda humanitar düşüncələri nəzərə almağa mane olmadığını qeyd etməsinə baxmayaraq (bax : 24-cü paraqrafda istinad olunan 12 may 2006-cı il qərarı), bu qərarın yerli orqanlara Əcnəbi Vətəndaşlar haqqında Qanunun 7-ci bölməsinin 1 (13)-cü bəndinin imperativ normasının üstündən keçə bilmək imkanı verib-vermədiyi aydın deyil.
73. Hazirki işdə Federal Miqrasiya Xidməti, Rayon Məhkəməsi və Regional Məhkəmə Konstitusiya Məhkəməsinin mövqeyini nəzərə almamışdır. Apelyasiya şikayətində 12 may 2006-ci il qərarına və müvafiq beynəlxalq sənədlərə birbaşa istinad olunsa da, məhkəmələr yaşayış icazəsi üçün müraciətini yalnız Əcnəbi Vətəndaşlar haqqında Qanunun hüquqi tələblərinə isitinad edərək və səhhətinin vəziyyətini və Rusiyadakı ailə bağlarını nəzərə almadan rədd etmişlər. Ərizəçinin əlavə kassasiya şikayətinin qəbul etməkdən imtina edərkən Regional Məhkəmə birbaşa olaraq birdirdi ki, humanitar düşüncələri nəzərə almağa məcbur deyillər və bütün hallarda, məhkəmələr İİV-neqativ vəziyyəti sübut edən tibbi arayış təqdim etmək barədə qanunun tələbini nəzərə almaya bilməz. Hökumət son təqdimatlarında ərizəçinin fərdi vəziyyətinin hüquqi cəhətdən əhəmiyyəti olmadığını və yerli məhkəmələrin onun səhhəti və ailə bağları ilə məlumatı nəzərə almağa məcbur olmadığını təsdiq etmişdir (bax : yuxarıdakı 42-ci paraqraf). Məhkəmə hesab edir ki, yaşayış icazəsi müraciətinə bu cür fərq qoyulmadan, fərdi məhkəmə qiymətləndirilməsi olmadan və yalnız səhhətinin vəziyyətinə görə imtina edilməsi Konvensiyanın 14-cü maddəsində təsbit olunan ayrı-seçkilikdən müdafiə ilə uyğun hesab oluna bilməz (bax :, mutatis mutandis, Alajos Kiss v. Hungary, no. 38832/06, § 44, ECHR 2010‑...).
74. Ərizəçinin xüsusilə həssas bir qrupa aid olduğunu və onun təcridinə ağlabatan və obyektiv əsasın olmasının sübut olunmadığı və mübahisələndirilən qanunvericiliyin işin fərdi olaraq dəyərləndirilməsinə imkan vermədiyini nəzərə alaraq, Məhkəmə hesab edir ki, Hökumət hazırki işdə ona tanınan dar mülahizə səlahiyyətini aşmışdır. Bu səbəbdən, 8-ci maddə ilə birgə götürülmuş 14-cü maddəyə zidd olaraq səhhətinə görə ayrı-seçkinin qurbanı olmuşdur.
II. KONVENSİYANIN DİGƏR İDDİA OLUNAN POZUNTULARI
75. Ərizəçi Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə istinad edərək, şikayət edir ki, yerli məhkəmələr onu şikayətinə qapalı məhkəmə iclasında baxıla biləcəyi barədə məlumatlandırmamış və öz təşəbbüsləri ilə məhkəmə iclasını qapalı keçirilməsini əmr etməmişlər.
76. Məhkəmə hesab edir ki, ərizəçinin heç bir hüquq təhsili olmamasına və hüquqi təmsilçisi olmadığına baxmayaraq, o işinə bağlı qapılar arxasında baxılmasını sadə dillə xahiş edə və ya ən azı, bunu iddialarında xatırlada bilərdi. Ərizəçinin hansı tip prosesi üstün tutduğu barədə heç bir fikri olmayan yerli məhkəmələr öz təşəbbüsləri ilə prosesi qapalı keçirmək öhdəliyi yox idi. Məhkəmə belə nəticəyə gəlir ki, şikayət açıq-aşkar əsassızdır və Konvensiyanın 35-ci maddəsinin 3(a) və 4-cü bəndinə əsasən rədd edilməlidir.
III. KONVENSİYANIN 41-Cİ MADDƏSİNİN TƏTBİQİ
77. Konvensiyanin 41-ci maddəsində deyilir:
“Əgər Məhkəmə Konvensiya və onun Protokollarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, Məhkəmə zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir.”
A. Ziyan
78. Ərizəçi mənəvi ziyana görə təzminat olaraq 20 000 Avro (EUR) tələb edir.
68. Hökumət hesab edir ki, ərizəçinin tələb etdiyi məbləğ həddindən artıqdır.
80. Məhkəmə qəbul edir ki, ərizəçi səhhətinə görə ayrı-seçkilik üzündən stress və məyusluq keçirmişdir. Məhkəmə öz dəyərləndirməsini bərabərlik prinsipi əsasında həyata keçirərək, bu başlıq altında ərizəçiyə, bu məbləğdən ödənməli olan hər hansı vergi də əlavə olunmaqla, 15 000 Avro ödəməyi əmr edir.
B. Xərc və məsrəflər
81. Ərizəçi həmçinin hüquqi xərclər və tərcümə məsrəfləri üçün 14 700 Rusiya Rublu da istəyir.
82. Hokumət bildirir ki, yalnız Strasburq Məhkəməsi qarşısındakı proseslə əlaqədar xərc və məsrəflər ödənilməlidir.
83. Məhkəmə təcrübəsinə görə, ərizəçi yalnız o halda məhkəmə xərclərinin və digər məsrəflərin əvəzinin ödənilməsi hüququna malik olur ki, xərclərin faktiki və zəruri olaraq çəkildiyi sübut edilmiş olsun və onlar miqdarca ağlabatan olsun. Hazırkı işdə Məhkəmə sərəncamındakı məlumatları və yuxarıdakı meyarları nəzərə alaraq, Məhkəmədəki icraat üçün erli məhkəmələrdə və Strasburq prosesində çəkdiyi məhkəmə xərclərinə və digər məsrəflərə görə, bu məbləğdən ödənilməli hər hansı vergi də əlavə olunmaqla 350 EUR məbləğinin təyin edilməsini ağlabatan hesab edir.
C. İcraatın gecikdirilməsinə görə faiz dərəcəsi
84. Məhkəmə məqsədəuyğun hesab edir ki, icraatın gecikdirilməsinə görə faiz Avropa Mərkəzi Bankının kredit faizinin yuxarı həddinə əsaslanmalıdır və onun üzərinə daha üç faiz əlavə olunmalıdır.
BU ƏSASLARLA MƏHKƏMƏ, YEKDİLLİKLƏ
1. Elan edir ki, yaşayış icazəsi ilə əlaqədar şikayət qəbuledilən, ərizənin qalan hissəsi isə qəbuledilməzdir;
2. Qərara alır ki, Konvensiyanın 8-ci maddəsi ilə birgə götürülmüş 14-cü maddəsinin pozuntusu baş vermişdir;
3. Qərara alır ki,
(a) Ərizəçiyə Məhkəmə qərarının, Konvensiyanın 44-cü Maddəsinin 2-ci bəndinə uyğun olaraq yekun xarakter aldığı tarixdən etibarən üç ay ərzində Rusiya Rubluna çevrilərək, cavabdeh dövlət mənəvi ziyana görə 15 000 (on beş min) avro və xərc və məsrəflərə görə isə 350 avro, üstəgəl tələb olunan bütün vergilər ödənilsin;
(b) yuxarıda qeyd olunan üç ay müddəti başa çatdıqdan sonra ödəniş həyata keçirilənə qədər yuxarıda göstərilən məbləğdən gecikdirmə müddəti üzrə Avropa Mərkəzi Bankının yuxarı kredit faizi, üstəgəl üç faiz əlavə edilsin;
4. Ərizəçinin ədalətli kompensasiya tələbinin qalan hissəsini rədd edir.
İngilis dilində hazırlanmış və 10 mart 2011-ci ildə Məhkəmə Reqlamentinin 77-ci qaydasının 2-ci və 3-cü bəndlərinə əsasən yazılı şəkildə açıqlanmışdır.
Søren NielsenNina Vajić
KatibSədr
©Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012.
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə və onun keyfiyyətinə görə heç bir məsuliyyət daşımır. Tərcüməni Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnu təşkil edən işlərin daxil olduğu HUDOC məlumat bazasından () və ya Məhkəmənin razılığı ilə yerləşdirilən istənilən digər məlumat bazasından yükləmək olar. Tərcüməni qeyri-kommersiya məqsədlərilə bu şərtlə yenidən nəşr etmək mümkündür ki, məhkəmə işinin tam adı, yuxarıda göstərilmiş müəllif hüququna dair qeyd və Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fonduna istinad göstərilsin. Tərcümənin hər hansı bir hissəsindən kommersiya məqsədi ilə istifadə etmək nəzərdə tutularsa, bu ünvana müraciət etmənizi xahiş edirik publishing@.
© Council of Europe/European Court of Human Rights, 2012.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012.
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante : publishing@.
Full & Egal Universal Law Academy