© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil. Əlavə məlumat üçün sənədin sonunda müəllif hüquqları haqqında qeydə baxın.
© Council of Europe/European Court of Human Rights, 2012. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
L. Litvaya qarşı (L. v. Lithuania), ərizə № 27527/03
11.09.2007-ci il tarixli qərar [II Bölmə]
8-ci maddə
8-ci maddənin 1-ci bəndi
Ailə həyatına hörmət hüququ
Şəxsi həyata hörmət hüququ
Transseksualın cinsini dəyişməsi üçün cərrahiyyə əməliyyatı etdirməsinə və rəsmi sənədlərdə cinsi mənsubiyyətini dəyişməsinə imkan verən qanunvericiliyin qəbul edilməməsi: pozuntu baş verib
41-ci maddə
Ədalətli kompensasiya hüququ
Dövlətin müvafiq qanunvericiliyi qəbul etməməsi ilə əlaqədar ədalətli kompensasiya hüququ: Məhkəmə qərara aldı ki, dövlət Məhkəmənin təyin etdiyi müddət ərzində müvafiq qanunvericiliyi qəbul etməli, yaxud qəbul etmədikdə maddi ziyana görə Məhkəmənin göstərdiyi konkret məbləği ödəməlidir
Faktlar – Ərizəçi 1978-ci ildə doğulduğu zaman cinsi mənsubiyyəti qız olaraq qeydə alınmışdı, amma kiçik yaşlarından özünü kişi cinsinə mənsub olan şəxs kimi hiss edirdi və 1997-ci ildə cinsiyyətinin dəyişdirilməsi barədə tibbi məsləhət almaq üçün həkimə müraciət etdi. Ona "transseksualizm" diaqnozi qoyulsa da, həkim əvvəlcə ona hormonal terapiya tövsiyə etməkdən imtina etdi, çünki hüquqi cəhətdən cinsiyyətin tam dəyişdirilməsinin mümkünlüyü məsələsi qeyri-müəyyən idi. Bu səbəbdən o, hormonal terapiyanı qeyri-rəsmi qaydada qəbul etməli oldu. Litva qanunvericiliyində cinsiyyətinin dəyişdirilməsi üçün əməliyyat etdirmə hüququnu ilk dəfə tanıyan yeni Mülki Məcəllə 2000-ci ildə qəbul edildikdən sonra ərizəçi cinsiyyətinin qismən dəyişdirilməsi üçün əməliyyat olundu. Bununla belə, o, həkimlərin bu rəyi ilə razılaşdı ki, cinsiyyətin dəyişdirilməsinin şərtləri və qaydası haqqında qanunvericilik qəbul edilənə qədər növbəti cərrahi müdaxilələrdən çəkinmək lazımdır. Həmin qanunvericilik parlamentin güclü müqaviməti səbəbindən indiyədək qəbul edilməyib. Ərizəçi qanunvericiliyə görə qadın olaraq qalır, son nəticədə onun adını dəyişərək neytral adla (nə sırf kişi adı, nə də sırf qadın adı) əvəz etməsinə icazə verilsə də, doğum haqqında şəhadətnaməsində və pasportunda qeyd edilmiş şəxsi kodunda, habelə ali təhsil diplomunda hələ də onun qadın cinsinə mənsub olduğu göstərilib. Beləliklə, o, gündəlik həyatında çoxsaylı problemlərlə və narahatlıqlarla üzləşir və özünü o dərəcədə cəmiyyətdən təcrid olunmuş hesab edir ki, hətta onda intihar meylləri yaranır.
Hüquqi məsələlər – Maddə 3: Ərizəçinin keçirdiyi iztirab və məyusluq hissləri başa düşülən olsa da, işin halları onun həyatına ciddi dərəcədə təhlükə yaradan elə bir müstəsna həddə çatmayıb ki, həmin təhlükə 3-cü maddənin tətbiq dairəsinə düşmüş olsun.
Nəticə: pozuntu baş verməyib (bir səsə qarşı altı səslə).
Maddə 8: Litva qanunvericiliyi transseksualların təkcə cinslərini deyil, həm də vətəndaşlıq vəziyyəti statuslarını dəyişmək hüququnu tanıyır. Lakin bu qanunvericilikdə boşluq var, belə ki, cinsiyyətin tam dəyişdirilməsi üçün cərrahi əməliyyatı keçirilməsini tənzimləyən hər hansı norma yoxdur. Belə görünür ki, bu cür qanunun qəbuluna qədər Litvada müvafiq tibbi xidmətlərdən istifadə edilməsi məqsədəuyğun deyil və ya qeyri-mümkündür. Nəticədə ərizəçi cinsiyyətini qismən dəyişmiş və vətəndaşlıq vəziyyəti statusuna aid bəzi sənədlərində dəyişiklik edilmiş transseksual olaraq aralıq (nə kişi, nə qadın) vəziyyətdə idi. Cinsiyyətin tam dəyişdirilməsi üçün cərrahi əməliyyatı keçirilməyənə qədər onun şəxsi kodu dəyişdirilə bilməzdi və o, şəxsi həyatının bir çox mühüm aspektlərində, məsələn, işə düzələrkən və ya xaricə səfər edərkən qadın olaraq qalmaq məcburiyyətində idi. Qanunvericilikdəki boşluq ərizəçini şəxsi həyatı ilə və cinsi mənsubiyyəti ilə bağlı qeyri-müəyyənliyə məhkum etmişdi. Transseksualların Mülki Məcəllədə nəzərdə tutulmuş hüquqlarının həyata keçirilməsində ilkin dövrdəki yubanmalara ictimai səhiyyə sahəsindəki büdcə çətinlikləri ilə haqq qazandırmaq olardı, amma dörd illik yubanmaya bununla haqq qazandırmaq mümkün deyildi. Bu məsələ ilə bağlı müraciət edən şəxslərin sayının məhdudluğunu nəzərə alsaq, büdcənin üzərinə düşən yük o qədər də çox deyildi. Beləliklə, dövlət ictimai maraqlarla ərizəçinin hüquqları arasında ədalətli balasa riayət etməmişdi.
Nəticə: pozuntu baş verib (bir səsə qarşı altı səslə).
Maddə 12: Cinsiyyətini tam dəyişə bilməməsi səbəbindən nikaha girə və ailə qura bilmədiyi barədə ərizəçinin şikayəti vaxtından əvvəl verilmiş şikayətdir, çünki cinsiyyətinin tam dəyişdirilməsi əməliyyatından sonra onun kişi statusu tam həcmdə qəbul edilmiş olacaq, o cümlədən qadınla nikaha girmək hüququ tanınacaq.
Nəticə: bu şikayəti ayrıca araşdırmağa ehtiyac yoxdur (bir səsə qarşı altı səslə).
Maddə 41: Dövlət maddi ziyana görə ərizəçinin tələbini bu qərar qüvvəyə mindikdən sonra üç ay ərzində zəruri qanunvericilik aktını qəbul etmək yolu ilə təmin etməlidir. Əks halda o, ərizəçinin xaricdə cərrahiyyə əməliyyatı keçirməsi üçün ərizəçiyə 40.000 avro ödəməlidir. Məhkəmə həmçinin mənəvi ziyana görə ərizəçiyə 5.000 avro təyin etdi.
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012.
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil; eyni zamanda, Məhkəmə tərcümənin keyfiyyəti ilə bağlı heç bir məsuliyyət daşımır. Tərcümə Avropa İnsan Hüquqları Məhkəməsi HUDOC presedent hüququ bazası () və ya Məhkəmənin onu bölüşmüş olduğu hər hansı digər məlumat bazasından yüklənə bilər. Bu tərcümə qeyri-kommersiya məqsədləri üçün istifadə oluna bilər; bu halda işin tam adına, habelə yuxarıda göstərilən müəllif hüquqları haqqında qeydə və İnsan Hüquqları Etimad Fonduna istinad edilməlidir. Bu tərcümənin hər hansı bir hissəsinin kommersiya məqsədləri ilə istifadə edilməsi üçün publishing@ ilə əlaqə saxlayın.
© Council of Europe/European Court of Human Rights, 2012.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012.
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante : publishing@
Full & Egal Universal Law Academy