© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil. Əlavə məlumat üçün sənədin sonunda müəllif hüquqları haqqında qeydə baxın.
© Council of Europe/European Court of Human Rights, 2012. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
Laduna Slovakiyaya qarşı (Laduna v. Slovakia), ərizə № 31827/02
13.12.2011-ci il tarixli qərar [III Bölmə]
Maddə 14
Ayrı-seçkilik
Məhkum olunmuş məhbuslarla müqayisədə məhkəməyəqədər həbsdə saxlanılan məhbusların görüş hüququ və televizordan istifadə məsələsində əsassız olaraq fərqli rəftara məruz qalması: pozuntu baş verib
Faktlar: Ərizəçi məhkəmə araşdırmasına qədər 1 sentyabr 2001-ci ildən 9 fevral 2006-cı ilədək, yəni ona doqquz illik azadlıq məhrumetmə cəzası təyin edilənədək həbsdə saxlanılmışdı. Avropa Məhkəməsində ərizəsində o, şikayət etdi ki, həmin dövrdə məhkəməyəqədər həbsdə saxlanılan məhbuslar görüş hüququ məsələsində məhkum olunmuş məhbuslarla eyni hüquqlara malik deyildilər və məhkum olunmuş məhbuslardan fərqli olaraq, televizordan istifadə edə bilməzdilər.
Hüquqi məsələlər – 8-ci maddə ilə birgə götürülməklə 14-cü maddənin tətbiqinin mümkünlüyü məsələsi: Həbsxanada ailə üzvləri ilə görüşlərə və televizora baxmağa qoyulan məhdudiyyətlər 8-ci maddədə nəzərdə tutulmuş şəxsi və ailə həyatına hörmət hüququnun tətbiq dairəsinə düşür. Buna görə də 14-cü maddə bu işə tətbiq edilə bilər. Məhkəməyəqədər həbs 14-cü maddədə nəzərdə tutulan "digər əlamətlər" anlayışının tətbiq dairəsinə düşür və məcburi qaydada və adətən müvəqqəti olaraq tətbiq edilməsinə baxmayaraq, şəxsin fərdi durumu və yaşayışı ilə əlaqədar olan fərqli situasiyadan irəli gəlir. Bundan başqa, məhkəməyəqədər həbsdə saxlanılan məhbus olaraq ərizəçi məhkum olunmuş məhbuslarla müqayisədə nisbətən oxşar vəziyyətdə idi, çünki onun həbsxanada görüş hüququ və televizordan istifadə məsələsi ilə bağlı şikayətləri məhbusların hamısı üçün əhəmiyyətli olan məsələlərə aid idi.
Həmin dövrdə məhkəməyəqədər həbsdə saxlanılan məhbuslara ayda ən azı otuz dəqiqəlik görüş hüququ verilirdi, müqayisə üçün qeyd edək ki, məhkum olunmuş məhbuslara iki saatlıq görüş icazəsi verilirdi. Üstəlik, müvafiq dövrün xeyli hissəsi ərzində məhkum olunmuş məhbuslara tez-tez baş çəkilməsi və onlarla təmasların növü onların saxlanıldığı həbsxananın təhlükəsizlik rejiminin sərtlik dərəcəsindən asılı idi, halbuki məhkəməyəqədər həbsdə saxlanılan məhbusların hamısına həbsdə saxlanılmalarının səbəblərindən və təhlükəsizlik mülahizələrindən asılı olmayaraq eyni rejim tətbiq edilirdi.
Məhkəmə rəftardakı bu fərqin obyektiv və əsaslı səbəbinin olması ilə razılaşmadı. "Həbsə alma" haqqında 1993-cü il tarixli Qanunun müddəaları həbsdə saxlanılan şəxslərin hüquqlarının məhdudlaşdırılmasının həbsdə saxlanmanın məqsədləri ilə və həbsxanada qaydanı təmin etmək zərurəti ilə əsaslandırılmasını tələb edirdi, digər məhbusların təhlükəsizliyini və mülkiyyəti qorumaq məqsədi ilə məhkəməyəqədər həbsdə saxlanılan məhbusların hüquqlarının məhkum olunmuş məhbuslara nisbətən daha çox məhdudlaşdırılmasına haqq qazandırmaq olmazdı və İşgəncələrin və qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəzanın qarşısının alınması üzrə Komitə (CPT) 1995, 2000 və 2000-ci illərdə Slovakiyaya səfərlərinə dair hesabatlarında belə tədbirləri tənqid etmişdi. Bundan başqa, məhbusun görüş hüququna qoyulan konkret məhdudiyyətləri bəzi hallarda təhlükəsizlik səbəbləri ilə və ya araşdırmanın qanuni maraqlarının qorunması ilə əsaslandırmaq olardı, amma bu məqsədlərə bütün məhbuslara təsir göstərməyən başqa vasitələrlə nail olmaq mümkün idi (həmin vasitələrin faktiki zəruriliyindən asılı olmayaraq). Məsələn, hər hansı konkret halda həbsdə saxlanılmanın müxtəlif kateqoriyalarından istifadə etmək, yaxud xüsusi məhdudiyyətlər tətbiq etmək olardı. Beynəlxalq sənədlərdə, məsələn, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktda və 1987-ci il tarixli Avropa Penitensiar Qaydalarında[1] məhkəməyəqədər həbsdə saxlanılan məhbusların təqsirsizlik prezumpsiyasına hörmət edilməsinin zəruriliyi vurğulanıb, ərizəçinin məhkəməyəqədər həbsdə saxlanılma müddətinin bitməsindən az sonra qəbul edilmiş 2006-cı il tarixli Avropa Penitensiar Qaydalarında isə nəzərdə tutulub ki, bunun əksini tələb edən əsaslı səbəb yoxdursa, barəsində məhkəmə hökmü çıxarılmayan məhbusların görüşlərinə və ailə üzvləri ilə və digər şəxslərlə ünsiyyətinə məhkum olunmuş məhbuslarla eyni qaydada icazə verilməlidir. Yuxarıdakı mülahizələri nəzərə alaraq, Məhkəmə bu qənaətə gəldi ki, ərizəçinin görüşlərinə qoyulmuş məhdudiyyətlər qeyri-mütənasib idi.
Televizordan istifadə imkanının olmamasına gəlincə, Hökumət məhkəməyəqədər həbsdə saxlanılan məhbuslarla məhkum olunmuş məhbuslar arasında qoyulan fərqi əsaslandırmaq üçün hər hansı obyektiv səbəb göstərə bilmədi, sonuncular üçün televizordan istifadə mədəni və maarifləndirici fəaliyyətlərin tərkib hissəsi sayılırdı.
Nəticə: pozuntu baş verib (yekdilliklə).
1 saylı Protokolun 1-ci maddəsi: Ərizəçinin həbsxana mağazasından əlavə ərzaq və digər məhsullar alması üçün ən azından qeydə alınmış borclarının əvəzini ödəyəcək miqdarda pul ödəməsinin şərt olması onun öz mülkiyyətindən maneəsiz istifadə hüququna müdaxilə təşkil edirdi. Bu müdaxilənin qanuni əsası vardı və borcun əvəzinin ödənilməsinin təmin edilməsi, şübhəsiz ki, ümumi maraqlara xidmət edirdi. Müdaxilənin mütənasibliyinə gəlincə, müdaxilə ərizəçinin həbsxanadakı hesabından vəsait ödəməklə həbsxana mağazasından əlavə ərzaq və digər məhsullar almaq imkanını məhdudlaşdırsa da onu bu imkandan tam məhrum etməmişdi. Bundan başqa, ərizəçinin borclarının əvəzinin ödənilməsi tələbi dərmanlara, zəruri sanitariya əşyalarına, yazışmaq üçün materiallara, yaxud vergilərə və əmək haqlarına şamil olunmurdu. Müvafiq olaraq, borcların ödənilməsi məsələsində iştirakçı dövlətlərə geniş qiymətləndirmə sərbəstliyi verildiyini nəzərə alsaq, müdaxilə qarşıya qoyulan qanuni məqsədə mütənasib idi.
Nəticə: pozuntu baş verməyib (yekdilliklə).
Maddə 13: Məhkəmə qeyd edir ki, ərizəçinin Konvensiyanın maddi-hüquqi müddəaları ilə bağlı şikayətlərini yalnız o pozuntular baxımından qəbul olunan elan edib və araşdırıb ki, iddia edilən həmin pozuntular müvafiq qanunvericilikdəki nöqsanlardan irəli gəlirdi. Lakin 13-cü maddə daxili qanunvericilikdəki çatışmazlıqlara qarşı hüquqi müdafiə vasitəsi tələb edən maddə kimi şərh oluna bilməz.
Nəticə: pozuntu baş verməyib (yekdilliklə).
Maddə 41: Mənəvi ziyana görə 9.000 avro təyin edildi.
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012.
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil; eyni zamanda, Məhkəmə tərcümənin keyfiyyəti ilə bağlı heç bir məsuliyyət daşımır. Tərcümə Avropa İnsan Hüquqları Məhkəməsi HUDOC presedent hüququ bazası () və ya Məhkəmənin onu bölüşmüş olduğu hər hansı digər məlumat bazasından yüklənə bilər. Bu tərcümə qeyri-kommersiya məqsədləri üçün istifadə oluna bilər; bu halda işin tam adına, habelə yuxarıda göstərilən müəllif hüquqları haqqında qeydə və İnsan Hüquqları Etimad Fonduna istinad edilməlidir. Bu tərcümənin hər hansı bir hissəsinin kommersiya məqsədləri ilə istifadə edilməsi üçün publishing@ ilə əlaqə saxlayın.
© Council of Europe/European Court of Human Rights, 2012.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012.
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante : publishing@
[1] 12 fevral 1987-ci ildə qəbul edilmiş Avropa Penitensiar Qaydaları haqqında Avropa Şurası Nazirlər Komitəsinin R (87) 3 saylı tövsiyəsi 11 yanvar 2006-cı ildə qəbul edilmiş Avropa Penitensiar Qaydaları haqqında Avropa Şurası Nazirlər Komitəsinin Rec (2006) 2 saylı tövsiyəsi ilə əvəz olunub.
Full & Egal Universal Law Academy