© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2015. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə görə heç bir məsuliyyət daşımır. Əlavə məlumat almaq üçün bu sənədin sonunda verilmiş müəllif hüququna dair tam məlumata baxın.
© Council of Europe/European Court of Human Rights, 2015. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2015. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
BÖYÜK PALATA
LAMBERT VƏ BAŞQALARI FRANSAYA q.
(Ərizə no 46043/14)
QƏRAR
[Çıxarışlar]
Bu versiyaya 25 iyun 2015-ci il tarixdə Məhkəmə Reqlamentinin 81-ci maddəsinə uyğun olaraq dəyişiklik edilmişdir.
.
STRAZBURQ
5 iyun 2015
Bu qərar qətidir. Ona redaktə xarakterli dəyişikliklər edilə bilər.
Lambert və başqaları Fransaya qarşı işində,
Avropa İnsan Hüquqları Məhkəməsinin Böyük Palatası:
Dean Spielmann, sədr,
Guido Raimondi,
Mark Villiger,
Isabelle Berro,
Khanlar Hajiyev,
Ján Šikuta,
George Nicolaou,
Nona Tsotsoria,
Vincent A. De Gaetano,
Angelika Nußberger,
Linos-Alexandre Sicilianos,
Erik Møse,
André Potocki,
Helena Jäderblom,
Aleš Pejchal,
Valeriu Griţco,
Egidijus Kūris, Hakimlər,
və Məhkəmə Katibi Erik Friberghdən ibarət tərkibdə,
7 yanvar və 23 aprel 2015-ci ildə gizli məşvərət keçirərək, ,
Son tarixdə aşağıdakı qərarı qəbul edir :
PROSEDUR
1. İş İnsan Hüquqları və Əsas Azadlıqları üzrə Konvensiyanın (« Konvensiya ») 34-cü maddəsinə əsasən Fransa Respublikasının dörd vətəndaşı, Cənab Pier və Xanım Vivian Lambertlər, c. David Philippon və xanım Anne Tuarze tərəfindən (« ərizəçilər ») 23 iyun 2014-ci ildə Məhkəməyə təqdim edilmiş Fransa Respublikasına qarşı ərizə (no 46043/14) əsasında başlamışdır.
2. Ərizəçilər Strazburqda fəaliyyət göstərən vəkil J. Paillot və Parsidə fəaliyyət göstərən vəkil J. Triomphe tərəfindən təmsil olunur. Fransa Hökuməti (« Hökumət ») nümayəndəsi, Xarici İşlər Nazirliyi, Hüquqi Məsələlər üzrə Direktorluğun rəhbəri c. F. Alabrune tərəfindən təmsil olunur.
3. Ərizəçilər xüsusilə iddia edirlər ki, Vincent Lambertin suni yedizdirilməsi və nəmləndirilməsinin dayandırılması Dövlətin Konvensiyanın 2-ci maddəsi üzrə pozitiv öhdəliklərinə zidd olardı, Konvensiyanın 3-cü maddəsi mənasında işgəncə və Konvensiyanın 8-ci maddəsi mənasında fiziki bütövlüyə zərbə olardı.
4. İş Məhkəmənin Beşinci Seksiyasına həvalə edilmişdir (Reqlament, maddə 52 § 1). 24 iyun 2014-cü ildə səlahiyyətli palata Reqlamentin 39-cu qaydasını tətbiq etmək, ərizəni Hökumətə kommunikasiya etmək və işə prioritet qaydada baxmaq qərarı vermişdir.
5. 4 noyabr 2014-cü ildə Beşinci seksiyanın sədr Mark Villiger və hakimlər Angelika Nußberger, Boštjan M. Zupančič, Vincent A. De Gaetano, André Potocki, Helena Jäderblom, Aleš Pejchal və seksiya katibi Stephen Phillipsdən ibarət tərkibdə işdən Böyük Palata xeyrinə imtina etmiş və tərəflərdən heç biri buna etiraz etməmişdir (Konvensiyanın və Reqlamentinin 30-cu maddələri).
6. Böyük Palatanın tərkibi Konvensiyanın 26-cı maddəsinin 4 və 5-ci bəndləri və Reqlamentin 24-cü maddəsinə əsasən müəyyən edilmişdir.
7. Həm ərizəçilər, həm də Hökumət işin qəbuledilənliyi və mahiyyəti illə bağlı təqdimatlarını Məhkəməyə göndərmişlər.
8. Məhkəmə sədri tərəfindən müdaxilə edən üçüncü tərəflər kimi iştirak etmələrinə icazə verilmiş (Konvensiyanın 36-cı maddəsinin 2-ci bəndi və Reqlamentin 44-cü maddəsinin 3 a) bəndi) Vinsent Lambertin arvadı Rachel Lambert, qardaşı oğlu François Lambert və ögey bacısı Marie-Geneviève Lambertin, Kəllə travması və Beyin zədələri almış Şəxslərin Ailələrinin Milli Assosiasiyası (UNAFTC), Amréso‑Bethel Assosiasiyası, eləcə də Beynəlxalq İnsan Hüquqları institutunun İnsan Hüquqları Klinikasının təqdimatları da qəbul edilmişdir. Rachel Lambert, François Lambert et Marie‑Geneviève Lambertə şifahi prosedurda iştirak etməyə də icazə verilmişdir.
9. 7 yanvar 2015-ci ildə Strazburqda, İnsan Hüquqları Sarayında məhkəmə iclası keçirilmişdir (Reqlament, maddə 59 § 3).
Məhkəmədə iştirak etmişlər :
– Hökumət tərəfindən
Cənab. F. Alabrune, Xarici İşlər və Beynəlxalq İnkişaf Nazirliyi, Hüquq məsələləri üzrə Direktor, agent,
Xanım E. Jung, Xarici İşlər və Beynəlxalq İnkişaf Nazirliyi, İnsan Hüquqları üzrə departamenti, redaktor
Cənab. R. Féral, Xarici İşlər və Beynəlxalq İnkişaf Nazirliyi, İnsan Hüquqları üzrə departamenti, redaktor
Xanım S. Rideau, Sosial məsələlər, səhiyyə və qadın hüquqları Nazirliyi, hüquq məsələləri departamenti, missiya rəhbəri,
Xanım I. Erny, Sosial məsələlər, səhiyyə və qadın hüquqları Nazirliyi, istifadəçi hüquqları diviziyası, hüquq məsləhətçisi,
Xanım P. Rouault-Chalier, Ədliyyə Nazirliyi, ümumi hüquq məsələləri və mübahisələr departamenti, müavin,
Xanım M. Lambling, Ədliyyə Nazirliyi, şəxslər və ailələr Bürosunun redaktoru məsləhətçilər ;
– ərizəçilər tərəfindən
J. Paillot, vəkil,
J. Triomphe, vəkil,müdafiəçilər,
G. Puppinck,
X. Ducrocq,
B. Jeanblanc, məsləhətçilər;
– Rachel Lambert, üçüncü müdaxilə edən tərəf
L. Pettiti, vəkil,müdafiəçi,
Oportus,
Simon,məsləhətçilər;
– François və Marie-Geneviève Lambert, üçüncü müdaxilə edən tərəf
M. Munier-Apaire, Dövlət Şurası və Kassasiya Məhkəməsi yanında vəkil,
B. Lorit, vəkil, müdafiəçi.
Ərizəçilər (birinci ərizəçi istisna olmaqla), həmçinin üçüncü müdaxilə edən tərəf olan Rachel Lambert, François Lambert və Marie-Geneviève Lambert də iclasda iştirak edirdilər.
Məhkəmə c. Alabrune, vəkillər Paillot, Triomphe, Munier-Apaire və Pettitinin bəyanatlarını, eləcə də c. Alabrune və vəkil Paillotun bir hakimin verdiyi suallara cavablarını dinləmişdir.
HÜQUQİ MƏSƏLƏLƏR
I. İŞİN HALLARI
10. Fransa vətəndaşları olan ərizəçilər, müvafiq olaraq 1929 və 1945-ci illərdə doğulmuş və Reimsdə yaşayan c. Pierre Lambert və arvadı xanım Viviane Lambert, 1971-ci ildə doğulmuş və Mourmelonda yaşayan c. David Philippon və 1978-ci ildə doğulmuş və Milizacda yaşayan xanım Anne Tuarzedir. Onlar 20 sentyabr 1976-cı il təvəllüdlü Vincent Lambertin müvafiq olaraq valideynləri, ögey qardaşı və bacısıdır.
11. 29 sentyabr 2008-ci ildə keçirdiyi yol qəzasında Vincent Lambert ciddi kəllə travması almış və nəticədə tetralejik və tamamilə başqalarından asılı vəziyyətə düşmüşdür. Dövlət Şurasının 14 fevral 2014-cü il tarixli qərarı ilə keçirilmış tibbi ekspertizaya görə o, xroniki vegetativ vəziyyətdədir (paraqraf 40, aşağıda).
12. O 2008-ci ilin sentryabrından 2009-cu ilin martınadək Châlons‑en‑Champagne xəstəxanasının reanimasiya, sonradan isə nevrologiya şöbəsində yerləşdirilmişdir. 2009-cu ilin mart ayından iyun ayınadək Berck‑sur‑Mer işıq-dəniz mərkəzi, 23 iyun 2009-cu ildən isə indiyədək qaldığı Reims Universitet Xəstəxana Mərkəzi (UXM), az reaksiya verən xəstələr bölməsi (davamlı müalicə və re-adaptasiya bölməsi) tərəfindən müalicə olunmuşdur. Bu bölmədə vegetativ vəziyyətdə və minimal şüurda olan səkkiz xəstə yatır. Vincent Lambert enteral yolla, yəni mədəyə zond keçirilməsi ilə su və qida ilə təchiz edilir.
13. 2011-ci ilin iyulunda Liège Universitetinin ixtisaslaşmış mərkəzində, dəyərləndirilmə aparılmış və belə nəticəyə gəlinmişdir ki, o « minimum plus şüur »la səciyyələnən xroniki nevrovgetativ vəziyyətdədir. Coma Science Groupun göstərişlərinə əsasən ona 2011-ci lin sentyabrından oktyabrın sonunadək heç bir nəticə verməyən kineziterapiya seansları, eləcə də ünsiyyət kodunun yaradılması üçün 87 ortofoniya seansı həyata keçirilmişdir. Lakin heç bir ünsiyyət kodu yaradıla bilməmişdir. Onu əlil arabasına otuzdurmaq üçün də cəhdlər edilmişdir.
A. 22 aprel 2005-ci il qanunu əsasında qəbul edilmiş birinci qərar
14. Vincent Lambertin müalicə və tualet tədbirlərinə get-gedə artan müqavimətini hiss etdiklərinə inanan qulluq personalının 2012-ci ildəki xahişi ilə tibbi personal 2013-cü ilin ilk aylarında Vincent Lambertin arvadı Rachel Lamberti də cəlb etməklə, ömrünün sonunda olan xəstələrin hüquqları haqqında 22 aprel 2005-ci il qanunu (paraqraf 54 aşağıda) ilə nəzərdə tutulan kollegial prosedura başlamışlar.
15. Bu prosedur Vincent Lambertdən məsul olan və onun yatdığı xəstəxanın baş həkimi Dr Karigerin onun qidalanması dayandırmaq və hidratasiyasını isə azaltmaq qərarı ilə nəticələnmişdir. Bu qərar 10 aprel 2013-ci ildə icra edilmişdir.
B. Hakim-referenin 11 may 2013-cü il tarixli qərarı
16. 9 may 2013-cü ildə ərizəçilər İnzibati Ədalət Məcəlləsinin L. 521-2 maddəsi əsasında Châlons‑en‑Champagne inzibati tribunalının referesinə müraciət etmiş və xəstəxana personalına Vincent Lambertin normal qidalandırılması və hidratasiyasını bərpa etmək və vəziyyətinə uyğun bütün qulluğu göstərmək əmri verilməsini xahiş etmişlər.
17. 11 may 2013-cü ildə hakim-referi onların müraciəti qəbul etmişdir. Hakim hesab etmişdir ki, Əhalinin Sağlamlığı Məcəlləsinə uyğun olaraq Vincent Lambertin əvvəldən verdiyi hər hansı göstəriş olmadığından və prosedurada etibarlı şəxsin iştirak etməməsi səbəbilə kollegial prosedur, onun gələcəyi ilə bağlı fikir ayrılığında olan ailəsinin cəlb edilməsilə həyata keçirilməli idi. Hakim bildirmişdir, Vincent Lambertin arvadı prosedura cəlb edilsə də, iş materiallarından qərarın icrası barədə valideynlərinə məlumat verilmədiyi görünür və valideynlərin nə xaraketrini, nə də motivlərini bilmədikləri qidalandırmanın dayandırılması və hidratasiyanın azaldılması barədə qərar onların istəklərinə uyğun deyildir.
18. Hakim nəticədə hesab etmişdir ki, bu prosessual pozuntular həyata hörmət hüququ kimi təməl hüququn ciddi pozuntusudur və xəstəxanaya Vincent Lambertin normal qida və hidratasiyasını bərpa etməyi və səhhətinin tələb etdiyi qayğını göstərməyi əmr etmişdir.
C. 22 aprel 2005-ci il qanunu əsasında qəbul edilmiş ikinci qərar
19. 2013-cü ilin sentyabrından yeni kollegial prosedur başlannmışdır. Dr Kariger müvafiq olaraq Vincent Lambertin valideynləri, aravdı və tibbi personal tərərfindən seçilməklə və üçü (bir nevroloq, bir kardioloq və yalnız görüntü üşün müalicədə böyük təcrübəsi olan anestezioloq həkim) qurumdan kənar olmaqla altı həkimlə məsləhətləşmişdir. O həmçinin bir səhiyyə evində həyat bölməsinin ixtisaslı baş həkiminin də yazılı fikrini almışdır.
20. Digər tərəfdən, o Vincent Lambertin aravdı, valideynləri, səkkiz bacı-qardaşının iştirakı ilə 27 sentyabr və 16 noyabr 2013-cü il tarixlərində iki dəfə ailə iclası keçirmişdir. Rachel Lambert və səkkiz bacı-qardaşdan altısı onun suni qidalandırılması və hidratasiyasının dayandırılması, ərizəçilər isə saxlanması istəklərini bildirmişlər.
21. 9 dekabr 2013-cü ildə, Dr Kariger həkim və qulluq personalının demək olar ki, hamısını iclasa çağırmışdır. Bu iclasda Dr Kariger və fikri soruşulan altı həkimdən beşi müalicənin dayandırılmasının lehinə fikir bildirmişlər.
22. Bu konsultasiyanın ardından 11 yanvar 2014-cü ildə Dr Kariger 13 yanvardan etibarən, inzibai məhkəməyə müraciət olunmayacağı təqdirdə süni qidalandırma və hidratasiyanı kəsmək qərarını açıqlamışdır. Onun bu on üç səhifılik raport şəkilli qərarını yeddi səhifəlik sintezi ailəyə oxunmuşdur. Raportda xüsusilə müəyyən olunurdu ki, Vincent Lambertin vəziyyəti beyin travmalarının geridönülməz xarakteri ilə səciyyələnir, müalicə lazımsız, qeyri-proporsional və yalnız həyatın suni olaraq saxlanması üçündür və Vincent Lambertin qəzadan əvvəl bu şəraitdə yaşamaq istəmədiyi aydındır. Dr Kariger belə nəticəyə gəlirdi ki, onun həyatının suni qidalanma və hidratasiya vasitəsilə saxlanması əsassız inadkarlıqdır.
D. İnzibati tribunalın 16 yanvar 2014-cü il qərarı
23. 13 yanvar 2014-cü ildə ərizəçilər Châlons-en-Champagne inzibati tribunalına yenidən İnzibati Ədalət Məcəlləsinin 521-2-ci maddəsi əsasında müraciət etmiş və həmin xəstəxanaya və həkimə Vincent Lambertin suni qidalandırılması və hidratasiyasının dayandırılmasının qadağan edilməsini və onun Oberhausbergendə yerləşən və Amréso‑Bethel assosiasiyası tərəfindən idarə edilən xüsusi həyat bölməsinə yerləşdirilməsinin əmr edilməsini xahiş etmişlər (bax : paraqraf 8, yuxarıda). Rachel Lambert və Vincent Lambertin qardaşı oğlu François Lambert prosesdə üçünücü tərəf qismində iştirak etmişlər.
24. Doqquz hakimdən ibarət plenar tərkibdəki inzibati tribunal icalsını 15 yanvar 2014-cü ildı keçirmişdir. 16 yanvar 2014-ci ildə o, Dr Karigerin 11 yanvar 2014-cü il qərarının icrasını dayandırmışdır.
25. Tribunal ilkin olaraq hesab etmişdir ki, Konvensiyanın 2-ci maddəsi Dövlətin bir fərdin ömrünü uzatmaq üçün edilən müalicəyə etiraz etməsi imkanlarını tənzimləməsini və ya həkimin məsuliyyəti altında olan, iradəsini ifadə etmək qabiliyyəti olmayan xəstəyə edilən müalicənin əsassız inadkarlıq olduğu qənaətinə gəlməsi halında, bütün təminatlar həyata keçirilməklə və həkimlər şurasının, xəstəxananın etika komitəsinin, eləcə də müvafiq hallarda, inzibati və cinayət hakiminin nəzarəti altında xəstənin müalicəsini dayandırmasını qadağan etmir.
26. Tribunal daha sonra hesab etmişdir ki, əhalinin sağlamlığı məcəlləsinin müvafiq müddəalarından, 22 aprel 2005-ci il qanununda nəzərdə tutulduğu və Parlament sənədlərində izah edildiyi şəkildə belə çıxır ki, apteklərin monopoliyası altında olan enteral yolla daxil edilən suni qidalanma və hidratasiya, funksiyaları zədəli olan xəstələrə, bədənə yeridilməsi üçün invaziv üsulların istifadəsinin vacib olduğu spesifik qidanın verilməsi məqsədi daşıyır və müalicə hesab olunur.
27. Dr Karigerin qərarının Vincent Lambertin belə böyük asılılıq halında həyatda saxlanmamaq barədəki arzusuna əsaslandığını və sonuncunun nə bu barədə əvvəldən yazdığı bir istəyinin, nə də seçdiyi etibarlı şəxsi olmamasını qeyd edən tribunal hesab etmişdir ki, Vincent Lambertin arvadı və qardaşlarından birinin qarşısında ifadə etdiyi istəyi, bu istəyin dərhal əmələ gələn nəticələri ilə üzbəüz olmayan şəxsin mötəbər istəyi idi və Vincent Lambertin bu vəziyyətdəki xəstələrlə bağlı peşəkar bilikləri nə olursa olsun, o, istəyini bildirərkən iradəsinin birbaşa və rəsmi surətdə ifadəsi kontekstində deyildi. Tribunal digər tərəfdən hesab etmişdir ki, Vincent Lambertin mənəvi dəyərlərini və ya dini öhdəliklərini paylaşmadığı valideynləri ilə münaqişəli münasibətləri olması faktı, onun bütün müalicədən imtina etməsi barədə dəqiq istəyini ifadə etdiyini hesab etməyə imkan vermir və müalicəyə etirazı barədə fikirlərindən onun həyatda qalıb qalmamaq barədə birmənalı iradəsini müəyyən etmək olmaz. Tribunal belə nəticəyə gəlmişdir ki, Dr Kariger Vincent Lambertin istəyini yanlış dəyərləndirmişdir.
28. Digər tərəfdən, tribunal müəyyən etmişdir ki, Liège Universitet xəstəxanasının 2011-ci ildə hazırladığı hesabata görə (bax : paraqraf 13, yuxarıda), Vincent Lambert emosional qavaramanın saxlanması və ətrafla mümkün münasibətlərin olması ilə səciyyələnən məhdud münasibət vəziyyətindədir və bu səbəbdən, suni qidalanma və hidratasiyasının məqsədi onu suni olaraq həyatda saxlamaq deyildi. Nəhayət, tribunal hesab etmişdir ki, hər hansı əks-təsiri və ya verdiyi əzab olmadığından, müalicə lazımsız və ya qeyri-mütənasib hesab edilə bilməz. Beləliklə, o Dr Karigerin qərarınin Vincent Lambertin yaşamaq hüququna ciddi və açıq-aşkar qanunsuz müdaxilə olması nəticəsinə gəlmiş, bu qərarın icrasının dayandırılmasını əmr etmiş, lakin onun ixtisaslaşmış həyat bölməsinə köçürülməsi barədə müraciəti rədd etmişdir.
E. Dövlət Şurasının 14 fevral 14 fevral 2014-cü il qərarı
29. 31 yanvar 2014-cü il tarixli üç ərizə ilə Rachel Lambert, François Lambert və xəstəxana bu qərardan Dövlət Şurasına appelyasiya şikayəti vermişdir. Ərizəçilər cavab appelyasiya şikayəti vermiş və Vincent Lambertin ixtisaslaşmış həyat bölməsinə köçürülməsini xahiş etmişdir. Kəllə travması və Beyin zədələri almış Şəxslərin Ailələrinin Milli Assosiasiyası (UNAFTC, bax: paraqraf 8, yuxarıda) müdaxilə edən üçüncü tərəf olaraq iştirak etmişdir.
30. 6 fevral 2014-cü il tarixli məhkəmə iclasında, Dövlət Şurası məhkəmə mübahisələri seksiyasının sədri işi baxılması üçün on yeddi hakimdən ibarət plenar tərkibə, mübahisə assambleyasına göndərmək qərarı vermişdir.
31. Məhkəmə iclası 13 fevral 2014-cü ildə olmuşdur. Dövlət Şurasına təqdimatlarında dövlət məruzəçisi xüsusilə səhiyyə naziri tərəfindən Leonetti adlandırılan qanunu müzakirə edən senatorlar qarşısındakı çıxışından sitat gətirmişdir:
« Əgər müalicəni dayandırma hərəkəti (...) ölümlə nəticələnirsə, hərəkətin niyyəti [öldürmək deyil, sadəcə] ölümə öz təbii xarakterini vermək və rahatlaşdırmaqdır. Bu xüsusilə, personal üçün, onların öldürməmək vəzifəsi çərçivəsində əhəmiyyətlidir.»
32. Dövlət Şurası qərarını 14 fevral 2014-cü ildə vermişdir. Ərizələri birləşdirdikdən və UNAFTC-nin təqdimatlarını qəbul etdikdən sonra, Dövlət Şurası izibati ədalət məcəlləsinin L. 521-2 maddəsi əsasında qərar verən hakimin funksiyasını aşağıdakı şəkildə dəqiqləşdirmişdir:
«Hesab edərək ki, L. 521-2 maddəsi əsasında, bu mənada xüsusi təcililiklə əsaslanan müraciətə baxan inzibati hakim, inzibati qurumun ciddi və açıq-aşkar şəkildə pozduğu təməl azadlığın müdafiəsi üçün lazım olan bütün tərdbirlərin görülməsini əmr edə bilər və bu qanun müddəaları, prinsipcə işə tək baxan və inzibati ədalət məcəlləsinin L. 511-1 maddəsi əsasəndan müvəqqəti tədbirlərin əmr edilməsi səlahiyyəti olan bu hakimlərə, ən qısa müddətlərdə və sübut meyarlarını nəzərə alaraq, təməl azadlıqların müdafiəsi üçün lazımi tədbirlərin görülməsi səlahiyyətini tanıyır ;
Bununla belə, hesab edərək ki, inzibati hakim (...) L. 521-2 maddəsinə əsasən bir həkimin, əhalinin sağlamlığı məcəlləsinə əsaslanaraq, bir müalicənin əsassız inadkarlıq olması səbəbilə dayandılrması və ya edilməməsi qərarı ilə bağlı müraciət edildiyi və bu qərarın icarsının həyata geridönülməz zərbə vuracağı zaman, bu səlahiyyətlərini xüsusi qaydada tətbiq etməlidir; və bu zaman məhkəmə, müvafiq hallarda kollegial qaydada olmaqla, qanunla nəzərdə tutulan şərtlərə əməl olunmadığı təqdirdə həmin qararın icrasına mane olmaq üçün lazım olan müdafiə tədbiri barədə qərar verməli və işdə sözü gedən təməl azadlıqları, yaşamaq hüququna hörmət və xəstənin müalicəyə razılıq verməsi hüququ və əsassız inadkarlıq olan müalicənin edilməməsi hüququnu uzlaşdırmalıdır; bu halda, hakim və ya onun işi baxılması üçün göndərdiyi kollegial tərkib, mübahisələndirilən tədbirin icrasının müəyyən müddətə dayandırılması barədə qərar verdikdən sonra və işə baxmamışdan əvvəl, tibbi ekspertiza təyin edə və inzibati ədalət məcəlləsinin R. 625-3 maddəsinə uyğun olaraq mühakiməni lazımınca aydınlaşdıracaq bacarıq və biliyə malik hər hansı şəxsin fikrini ala bilər. »
33. Dövlət Şurası bildirmişdir ki, əhalinin sağlamlığı məcəlləsinin müvafiq maddələrindən (maddə L. 1110‑5, L. 1111‑4 və R. 4127‑37) və parlament sənədlərindən belə çıxır ki, bu müddəalar ümumi xarakterlidir və səhiyyə sisteminin bütün istifadəçiləri kimi, Vincent Lambertə də tətbiq olunur. Şura aşağıdakıları dəqiqləşdirmişdir:
« Hesab edərək ki, bu müddəalara görə, hər bir şəxs, preventiv, araşdırma və müalicə hərəkətləri ona aldığı xeyirdən daha çox ziyan vermək təhlükəsi olmadan, öz səhhətinə ən uyğun müalicəni almalıdır; lakin bu hərəkətlər, əsassız inadkarlıqla davam etdirilməməlidir və şəxsin ömrünün sonunda olub olmamasından asılı olmadan, lazımsız və ya qeyri-mütənasib görünərsə, və ya yalnız həyatın suni şəkildə saxlanmasına xidmət edərsə, dayandırıla və ya edilməyə bilər; əgər xəstə iradəsini fadə etmək qabiliyyətinə malik deyilsə, həkimin, xəstənin həyatını təhlükə altına qoymaq qabiliyyətinə malik bir tədbirlə bağlı müalicənin əsassız inadkarlıq olacağı səbəbilə dayandırlıması və ya məhdudlaşdırılması qərarı tibbi etika məcəlləsinə və əhalinin sağlamlığı məcəlləsinin konsultasiya qaydalarına uyğun olaraq kolelgial prosedur vasitəsilə qəbul olunur; belə bir qərarı qəbul edərsə, həkim bütün hallarda xəstənin ləyaqətini qorumalı və ona palliativ müalicə etməlidir;
Hesab edərək ki, bir tərəfdən əhalinin sağlamlığı məcəlləsinin 22 aprel 2005-ci il qanununun qəbulundan əvvəlki parlament işlərinin aydınlaşdırdığı şəkildə L. 1110-5 və L. 1110-4 maddələrinin müddəalarından belə çıxır ki, qanunverici əsassız inadkarlıq səbəbilə məhdudlaşdırıla və dayandırıla bilən müalicələrin siyahısına, xəstənin həyati funksiyalarının suni şəkildə saxlanılmasına yönələn bütün aktları daxil etmək niyyətində olmamışdır; suni qidalanma və hidratasiya bu aktlardandır və nəticədə, onların davam etdirilməsi əsassız inadkarlıq olarsa, dayandırıla bilər. »
34. Dövlət Şurası daha sonra hesab etmişdir ki, onun vəzifəsi, işin bütün halları nəzərə alınaraq, həkimin, davam etdirilməsinin əsassız inadkarlıq ola biləcəyi müalicəni dayandırmaq qərarını verməsi üçün qanunun nəzərdə tutduğu tələblərə riayət etməsini və bununla bağlı bütün lazım olan məlumatlara, xüsusilə Vincent Lambertin səhhəti barədəki bütün məlumatlara malik olmasını təmin etməkdir. Şura nəticədə, ərizə barədə fikrini bildirməzdən öncə, müstəqil və kollegila şəkildə və xəstəni müaiyinə etdikdən, onunla məşğul olmuş tibbi və qulluq personalı ilə görüşdükdən, bütün tibbi faylla tanışlıqdan sonra Vincent Lambertin hazırki səhhəti barədə rəy verməsi və vəziyyətinin sonrakı inkişaf perspektivləri barədə lazımi məlumatları Dövlət Şurasına bildirməsi üçün nevroloji elmlərdə tanınmış praktikant həkimlər tərəfindən tibbi ekspertiza keçirilməsini vacib hesab etmişdir.
35. Dövlət Şurası qərar vermişdir ki, ekspertiza, Milli Tibb Akademiyasının Prezidenti, Etika üzrə Milli Konsultativ Komitənin sədri və Həkimlər Təşkilatının Milli Şurasının sədrinin təklifi ilə mübahisələr üzrə seksiya sədri tərəfindən təyin edilən həkimlərdən ibarət kollegiyaya tapşırılsın və bu kollegiya yaradıldıqdan iki ay müddətində aşağıdakıları etsin :
« - Cənab Lambertin hazırki klinik vəziyyətini və 2011-ci ilin iyulunda Liège Universiteti xəstəxanasının Coma Science Groupu tərəfindən keçirilmiş sonuncu dəyərləndirmədən sonrakı inkişafını təsvir etmək;
- Cənab Lambertin beyin travmalarının geridönülməz xarakteri və kliniki proqnozlar barədə fikir bildirmək ;
- xəstənin hər hansı şəkildə ətrafı ilə ünsiyyət etmək qabiliyyətində olub olmadığını müəyyənləşdirmək ;
- Cənab Lambertin hal-hazırda ona edilən müalicəyə reaksiya verib vermədiyini və bu suala müsbət cavab halında, həmin reaksiyanın müalicədən imtina, əzab, onu həyatda saxlamaq üçün edilən müalicəyə son qoyulması istəyi, yoxsa əksinə, bu müalicənin davam etdirilməsi istəyi kimi şərh edilməli olmasını dəyərləndirmək. »
36. Digər tərəfdən, işə baxılması zamanı üzə çıxan elmi, etika və peşakar etika baxımından sualların həcmi və çətinliyinə görə Dövlət Şurası inzibati ədalət məcəlləsinin R. 625-3 maddəsinə əsasən, Milli Tibb Akademiyasını, Etika üzrə Milli Konsultativ Komitəni və Həkimlər Təşkilatının Milli Şurasını və 22 aprel 2005-ci il qanununun məruzəçisi olan cənab Jean Leonettini 2014-cü ilin aprel ayının sonuna qədər əsassız inadkarlıq və yuxardıa istinad edilən L. 1110-5 maddəsi mənasında həyatın suni şəkildə saxlanması ifadələrini, xüsusilə Vincent Lambert kimi məhdud münasibətli vəziyyətdə olan çəxslərlə bağlı aydınlaşdırıcaq ümumi fikirlərini ona təqdim etməyə dəvət etməyi vacib hesab etmişdir.
37. Nəhayət, Dövlət Şurası ərizəçilərin Vincent Lambertin ixtisaslaşmış həyat bölməsinə (paraqraf 29, yuxarıda) köçürülməsi barədə müraciətini rədd etmişdir.
F. Tibbi ekspertiza və ümumi müşahidələr
1. Tibbi ekspertiza
38. Ekspertlər Vincent Lamberti doqquz dəfəf müayinə etmişlər. Onlar Liège Coma Science Groupunun hesabatı da (bax : paraqraf 13, yuxarıda) daxil olmaqla tibb dosyesilə, müalicə dosyesi və inzibati dosye ilə və bütün rentgen və s. şəkilləri ilə tanış olmuşlar. Onlar ekspertiza üçün lazım olan bütün məhkəmə mübahisəsi materiallarına da baxmışlar. Digər tərəfdən, 24 mart- 23 aprel 2014-cü il tarixlərində bütün tərəflərlə (ailə, tibb bə qulluq komandası, məsləhətçi həkimlər və UNAFTC və xəstəxana nümayəndələri) və Vincent Lambertin üzərində bir sıra müayinə keçirmişlər.
39. 5 may 2014-cü ildə, ekspertlər tərəflərin fikirləri almaq üçün onalar öz ilkin hesabatlarını göndərmişlər. Onların 26 may 2014-cü ildə təqdim etdiyi yekun hesabatı Dövlət Şurası tərəfindən verilən suallara aşağıdakı cavabı vermişdir.
a) Vincent Lambertin kliniki vəziyyəti və onun inkişafı barədə
40. Ekspertlər bildirmişlər ki, Vincent Lambertin kliniki vəziyyəti minimum şüur vəziyyətinin heç bir işarəsinin olmadığı vegetativ hala uyğun gəlir. Bundan əlavə, onlar vuğulamışlar ki, onun udqunma və hər dörd ətrafın əhəmiyyətli vətər geriləməsi ilə müşayət olunan hərəkət sisteminin çox ciddi zədələnməsi problemi vardır. Onlar qeyd etmişlər ki, onun şüur vəziyyəti 2011-ci ildə Liègedə edilən dəyərləndirmədən sonra pisləşmişdir.
b) Beyin zədələrinin geridönülməz xarakteri və kliniki diaqnoz barədə
41. Ekspertlər xatırlatmışdır ki, beyin zədələrinin geridönülməz olub olmamasını müəyyən etmək üçün nəzərə alınmalı iki əsas element, bir tərəfdən, onlara səbəb olan qəzadan keçən müddət, digər tərəfdən bu zədələrin özlərinin xarakteridir. Hazırki işdə, onlar qeyd etmişlər ki, ilkin kəllə travmasından beş il yarım ötmüşdür və rentgen və s. şəkillər mütləq neyronal itkini, iki thalamus və beyin sapının yuxarı hissəsi kimi strateji hissələrin demək olar ki, tamamilə məhv olması və beyin kommunikasiya yollarının ciddi zədələnməsindən xəbər verən ciddi beyin atrofiyası göstərir. Onlar belə nəticəyə gəlmişlər ki, beyin zədələri geridönülməzdir. Üstəlik onlar göstərmişlər ki, uzun inkişaf müddəti, 2011-ci ildən bəri kliniki pisləşmə, hazırki vegetativ vəziyyət, beyin zədələrinin dağıdıcı xarakteri və həcmi, onun funksional nəticələri, dörd ətrafın hərəkət sisteminin zədələnməsi də mənfi klinik diaqnoz verilməsi üçün əhəmiyyətli elementlərdir.
c) Vincent Lambertin ətrafı ilə ünsiyyət yaratma imkanı barədə
42. Həyata keçirilən müayinələr nəticəsində və xüsusilə də 2012-ci ildə edilmiş ortofonik terapiyanın hər hansı ünsiyyət kodunun yaradılmasına nail olmadığını nəzərə alaraq, ekspertlər belə nəticəyə gəlmişlər ki, Vincent Lambert ətrafı ilə funksional ünsiyyət yaratmaq iqtidarında deyildir.
d) Vincent Lambertin müalicəyə reaksiya verdiyini düşünməyə imkan verən işarələrin olması və onların şərhi barədə
43. Ekspertlər müəyyən etmişlər ki, Vincent Lambert ağrılı müalicələr və ya stimulyasiyalara reaksiya verir, lakin bu reaksiya qeyri-şüurludur. Onlar hesab etmişlər ki, onları ağrının şüurlu hiss edilməsi və ya müalicənin dayandırılması və ya davam etdirilməsi barədə istəyin ifadəsi kimi şərh etmək qeyri-mümkündür.
2. Ümumi müşahidələr
44. 22 və 29 aprel və 5 may 2014-cü il tarixlərində Dövlət Şurası, Həkimlər Təşkilatının Milli Şurasının, 22 aprel 2005-ci il qanununun məruzəçisi Jean Leonettinin, Milli Tibb Akademiyasının və Etika üzrə Milli Konsultativ Komitənin ümumi müşahidələrini almışdır.
Həkimlər Təşkilatının Milli Şurası xüsusilə dəqiqləşdirmişdir ki, əhalinin sağlamlığı məcəlləsinin L. 1110-5 maddəsindəki « yalnız həyatın süni surətdə saxlanması » ifadəsilə qanunverici yalnız həyatının əsas həyati funksiyaları əvəz edən vasitə və texnikalara əl atılması ilə təmin edildiyi şəxsləri deyil, həm də və xüsusilə, idrak və münasibət funksiyalarında dərin və geridönülməz dəyişiklik olan şəxsləri də əhatə edir. O, zaman anlayışının əhəmiyyətinə toxunmuş və vurğulamışdır ki, şəxsdə psixoloji dəyişikliklərə və idrak və münasibət funksiyalarının itirilməsinə səbəb olan xroniki patoloji vəziyyət halında, heç bir yaxşılaşma işarəsi olmadıqda, inadkarlıq əsaslandırılmamış hesab edilə bilər.
C. Leonetti vurğulamışdır ki, qanun beyin zədələri alan və deməli, xəstəliklərinin irəliləmiş mərhələsində olan, ciddi və sağalmayan xəstəliyə düçar olmuş, lakin heç də həmişə « həyatının sonunda » olmayan xəstələrə tətbiq olunur və bu qanunvericinin qanunu « həyatının sonundakı xəstələrin hüquqları » deyil, « xəstələrin hüquqları və həyatın sonu » adlandırmasına səbəb olmuşdur. O əsaslandırılmamış idakarlığın meyarları və onun dəyərləndirilməsi elementlərini dəqiqləşdirmi və bildirmişdir ki, müalicənin « yalnız həyatın suni olaraq saxlanması təsirinə malik » ifadəsi əvvəldən nəzərdə tutulan « həyatı süni olaraq uzadan » ifadəsindən daha ciddidir, daha məhdudlaşdırıcı və «sırf bioloji mənada işlənir və ikili xarakterə malikdir; ciddi və geridönülməz beyin zədələri almış və vəziyyətindən artıq heç vaxt özünü anlamaq və başqaları ilə münasibət qurmaq imkanının olmayacağı görünən xəstələri hədəf alır». O bildirmişdir ki, qanun müalicənin dayandırılması barədə qərarı vermək məsuliyyətini yanız həkimin üzərinə qoymuş və günahkarlıq hissinin arşısının alınması və qərarı verən şəxsin müəyyənləşdirilə bilməsi üçün bu məsuliyyəti ailənin üzərinə keçirmək istəməmişdir.
Milli Tibb Akademiyası xəstə və həkimin arasındakı etibar münasibətinin əsası olan həkimin bilərəkdən ölümə səbəb olmasının qadağan edilməsi barədə funamental prinsipi xatırladır. Akademiya, 22 aprel 2005-ci il qanununun yalnız « həyatın sonu »nun müxtəlif vəziyyətlərinə deyil, həm də minimum şüur vəziyyətində « sağ qalma » halında və ya xroniki vegetativ vəziyyətdə olan xəstənin « həyatın dayandırılması » ilə bağlı çox çətin etik suala tətbiq olunması barədə uzunmüddətli ananalizinə istinad edir.
Etika üzrə Milli Konsultativ Komitə əsassız inadkarlıq, müalicə, həyatın süni şəkildə saxlanması terminlərinin yaratdığı çətinlikləri dərin şəkildə araşdırmış, məhdud ünsiyyət vəziyyəti və ya minimal şüur vəziyyəti barədə tibbi məlumatları xatırlatmış və belə vəziyyətlərlə bağlı yaranan etik sualları sadalamışdır. O xüsusilə məsləhət görmüşdür ki, kollektiv məşvərət prosesinin əsl kollektiv qərarla nəticələnməsi lazımdır və konsensus olmayan hallarda meditasiya prosesindən istifadə mümkün olsun.
G. Dövlət Şuarsının 24 iyun 2014-cü il qərarı
45. Dövlət Şurasının iclası 20 iyun 2014-cü ildə olmuşdur. Öz təqdimatlarında dövlət məruzəçisi xüsusilə aşağıdakıları vurğulamışdır:
« (...) Vəzifələri müalicə etmək olanlara, qanunverici artıq heç nə buna mane olmadıqda ölümə öz işini görməyə ikan verməklə hər hansı ölümcül maddəni yeritməklə birbaşa ölümə səbəb olmaq arasındakı dərin ayrılığı üzrəindən keçməyə məcbur etək istəməmişdir. Həkim müalicəni kəsməklə öldürmür, artıq ediləcək bir şey qalmadıqda geri çəkilməyə qərar verir. »
Dövlət Şurası qərarını 24 iyun 2014-cü ildə vermişdir. Vincent Lambertin ögey bacısı Marie‑Geneviève Lambertin müdaxilə edən üçüncü tərəf təqdimatlarını qəbul edən və aldığı ümumi müşahidələrlə şərh edilən və aydınlaşdırılan şəkildə tətbiq edilən daxili hüquq normalarını xatrıladan Dövlət Şurası ardıcıl olaraq ərizəçilərin Konvensiya və daxili hüquqa əsaslanan arqumentlərini araşdırmışdır.
46. Birinci məsələ ilə bağlı, Dövlət Şurası xatırlatmışdır ki, hakim-referiyə (azadlıqlar üzrə referi) həkimin əhalinin sağlamlığı məcəlləsinə istinad edərək qəbul etdiyi müalicənin əsassız inadkarlıq olacağı səbəbilə onu dayandırmaq və ya etməmək qərarıyla bağlı inzibati ədalət məcəlləsinin L. 521‑2 maddəsinə əsasən şikayət verildikdə və bu qərarın icarı həyata geridönülməz zərbə vura bilərsə, hakim haqqında söhbət gedən müddəaların Konvensiyaya zidd olması barəsindəki arqumenti araşdırmalıdır (paraqraf 32, yuxarıda).
47. Hazırki işdə, Dövlət Şurası Konvensiyanın 2 və 8-ci maddələrinə əsasən qaldırılmış arqumentlərə aşağıdakı şəkildə cavab vermişdir:
« Hesab edərək ki, bir tərəfdən, əhalinin sağlamlığı məcəlləsinin mübahisələndirilən müddəaları hər bir şəxsin ən uyğun müalicəni almaq hüququnu, hər hansı müalicədən imtina etmək arzusuna hörmət olunması hüququnu, əsassız inadkarlıq ola biləcək hər hansı müalicəni almamaq hüququnu təsdiq edən hüquqi çərçivə müəyyən edir; bu müddəalar həkimə öz iradəsini ifadə edəcək vəziyyətdə olmayan şəxsə münasibətdə müalicəni məhdudlaşdırmaq və ya dayandırmaq qərarını yalnız ikili və sərt şərtlər daxilində, yəni, müalicənin əsassız inadkarlıq olacağı və xəstənin əvvəlcədən ifadə etmiş ola biləcəyi arzusunun nəzərə alınması ilə bağlı təminata riayət edilməsi ilə, başqa bir həkim və müalicə edən komandanın fikri öyrənilməklə, xəstənin etibar etdiyi şəxsin, ailənin və hər hansı yaxının fikri alınmaqla qəbul edilməsini tələb edir; qanunla müəyyən edilən tələblərə riayət edilib edilmədiyinin yoxlanması üçün həkimin bu qərarından məhkəmə şikayər verilə bilər;
Həmçinin hesab edərək ki, qlobal baxıldıqda, predmet və icra edilməli olduğu şərtlər nəzərə alındıqda, əhalinin sağlamlığı məcəlləsinin mübahisələndirilən müddəaları Konvensiyanın 2-ci və 8-ci maddələrinin tələblərinə (...) zidd hesab edilə bilməz.
Dövlət Şurası digər tərfədən əizəçilərin Konvensiyanın 6 və 7-ci maddələrinə əsaslanan arqumentlərini rədd etmiş və hesab etmişdir ki, əhalinin sağlamlığı məcəlləsinin həkimlərə tanıdığı rol yuxarıdakı 6-cı maddədən irəli gələn qərəzsizlik öhdəliyinə zidd deyildir və cinayət prosesində məhkumluğa tətbiq olunan 7-ci maddəyə hazırki işdə istinad oluna bilməz.
48. Əhalinin sağlamlığı məcəlləsinin müvafiq müddəalarının tətbiqi ilə bağlı Dövlət Şurası aşağıdakıları elan etmişdir:
« Hesab edərək ki, süni qidalandırma və hidratasiya, davam etdirilməsi halında əsassız inadkarlığa gətirib çıxararsa, dayandırıla bilən müalicələr arasında olsa da, şəxsin yalnız geridönülməz süursuzluq halında olması və ya, daha da vacibi, onun bu şəkildə qidalandırılması və hidratasiayasına səbəb olan müstəqilliyini itirmiş vəziyyətdə olması, müalicənin davam etdirilməsinin əsassız inadkarlıqdan qaçınmaq üçün əsaslandırılmamış görünməsi halını öz-özlüyündə səciyyələndirə bilməz ;
Hesab edərək ki, mənşəyindən asılı olmayaraq ciddi beyin zədələrinin qurbanı olan, vegetativ və ya minimal şüur vəziyyətində olan, öz iradəsini ifadə etmək iqtidarında olmayan və həyatda qalmasının yalnız bu şəkildə qidalanma və hidratasiya ilə mümkün olduğu xəstənin süni qidalandırma və hidratasiyasının dayandırılması üçün şərtlərin məcmusunun mövcud olub olmadığını müəyyən etmək üçün, cavabdeh həkim əhəmiyyəti əvvəlcədən müəyyən oluna bilinməyən və hər bir xəstənin xüsusi halından aılı olan tibbi və qeyri-tibbi xarakterli müəyyən elemetlərin məcmusuna əsaslanmalıdır və bu, həkimin hər bir xüsusi halı fərdi dəyərləndirməsinə gətirib çıxarır ; kifayət qədər uzun bir dövrü əhatə etməli və kollegial olaraq analiz edilməli və xüsusuilə xəstənin vəziyyətinə, qəza və ya xəstəliyin baş verməsindən sonrakı müddətdə təkamülünə, ağrıları və kliniki proqnozlara aid olmalı olan tibbi elementlərdən başqa, həkim xəstənin, əgər varsa, forma və mənası nə olursa olsun, əvvəlcədən verdiyi rəyinə xüsusi əhəmiyyət verməlidir ; bununla bağlı, əgər xəstənin istəyi bilinmirsə, həmin şərtlərdə xəstənin həyatda saxlanmasına etirazı güman edilə bilməz; həkim həmçinin, xəstənin etibar etdiyi şəxsin, aiə üzvlərininn və bunlar olmadıqda, yaxınlarından birinin fikrini nəzərə almalıdır və konsensus əldə etməyə çalışmalıdır; həkim xəstəsinin xüsusi vəziyyətini araşdırarkən, hər şeydən öncə ona münasibətdə ən xeyirli halı əsas götürməlidir (...) »
49. Dövlət Şurası daha sonra dəqiqləşdirmişdir ki, onun vəzifəsi işin bütün hallarını və apardığı çəkişməli məhkəmə araşdırması zamanı üzə çıxan elementləri, xüsusilə tibbi ekspertiza hesabatını nəzərə alaraq, Dr Kariger tərəfindən 11 yanvar 2014-cü ildə verilən qərarın, davam etdirilməsinin əsassız inadkarlıqla nəticələnəyi halında müalicəyə son qoyulmasına icazə verən qanunla nəzərdə tutulan tələblərə riayıt etməsindən əmin olmaqdır.
50. Bununla bağlı, Dövlət Şurası aşağıdakıları qərar almışdır:
« İlk olaraq hesab edərək ki, məhkəmə istintaqından belə görünür ki, 11 yanvar 2014-cü il qərarının müdaxiləsindən əvvəl Dr Karigerin (...) başçılıq etdiyi kollegial prosedur, əhalinin sağlamlığı məcəlləsi R. 4127-37 maddəsinə uyğun olaraq həyata keçirilmişdir və qanunun bir vı ya lazım olarsa iki həkimin rəyinin alınması olduğunu nəzərdə tutmasəna baxmayaraq, altı həkimin rəyi alınmışdır; qanuna əsasən Dr Karigerin 9 dekabr 2013-cü il tarixli iclasda cənab Lambertin artıq bir həkim təyin etmiş valideynlərinin təyin etdiyi ikinci həkimin iştirakını təəmin etmək öhdəliyi yox idi; xəstəyə baxan personalın müəyyən üzvlərinin bilərəkdən bi iclasdan kənarlaşdırılmış olması iş materillarından görünmür ; Dr Karigerin xəstənin qardaşı oğlı c. François Lambertlə görüşmək hüququ vardı; Dr Karigerin fikrindən daşınmaq və cənab Lamberti başqa bir quruma köçürmək və fikrini ictimai şəkildə bildirmək barədə müraciəti qəbul etməməsi faktı, işin bütün halları işığında baxıldığında qərəzsizlik prinsipindən irəli gələn öhdəliklərin pozulmasına səbəb olmamışdır, o bu öhdəliyinə riayət etmişdir; beləliklə, Châlons-en-Champagne inzibati məhkəməsi qarşısında iddia olunanların əksinə, 11 yanvar 2014-cü il qərarındın qəbul edilməsi prosesi qanunsuz olmamışdır;
İkincisi, hesab edərək ki, bir tərəfdən ekspertlərin rəylərindən belə çıxır ki, « Cənab Lambertin hazırki kiliniki vəziyyəti » « udqunma və hər dörd ətrafın hərəkət sisteminin çox ciddi zədələnməsi və beyinsapının işləməməsi » və « nəfəs almaqda avtonomluq saxlanmaqla» « vegetativ vəziyyətə uyğundur » ; 7-11 aprel 2014-cü il tarxilərində keçirilən yoxlama nəticələrinə görə, beynin struktur və funksional halı bu vegetativ vəziyyətə uyğundur (...) və 2011-ci ilin iyulunda Liège universitet xəstəxanasında Coma Science Group tərəfindən keçirilən testlər zamanı görünən cənab Lambertin şüur dəyişikliklərinin yox olması, eləcə də bu yoxlamalar zamanı tövsiyyə edilən aktiv terapevtik cəhdlərin uğursuzluğu şəklində təzahür edən kliniki dəyişiklik, « bu tarixdən etibarən şüur vəziyyətinin pisləşməsi»ni göstərir ;
Hesab edərək ki, digər tərəfdən, ekspertlərin gəldiyi nəticələrdən belə görünür ki, beyinlə bağlı aparılan yoxlamalar « idrak funksiyası üçün vacib olan subkortikal zonaların struktur və metabolizmasına ciddi zədə » və « şüur üçün məsul olan beyin zonaları arasında kommunikasiya yollarının strukturunun dağılması » ilə nəticələnən ciddi və geniş beyin zədələrini göstərir; beyin atrofiyasının ciddiliyi və müşahidə olunan zədələr, ilkin qəzadan beş il yarım ötdükdən sonra beyin zədələrinin geridönülməz olduğunu hesab etməyə əsas verir;
Bundan əlavə, hesab edərək ki, ekspertlər « uzun müddətli təkamül dövrü, 2011-ci ildən bəri klinik deqradasiya, hazırki vegetativ vəziyyət, beyin zədələrinin dağıdıcı vı yayılmış xarakteri, funksional testlərin nəticələri, eləcə də dörd ətrafın hərəkət sisteminin zədələnməsinin ciddiliyi» « mənfi kliniki proqnoz »un göstərici elementlərdir;
Nəhayət, hesab edərək ki, ekspertlər cənab Lambertin ona edillən müəyyən müalicə və stimulyasiyalara reaksiya verdiyini müəyyən etmiş, bu reaksiyaların xarakteristikasının onların qeyri-şüuri reaksiyalar olduğunu göstərdiyini bildirmişlər və bu reaksiyaları « ağrının şüurlu surətdə hiss edilməsinə dəlalət edən » və ya onu həyatda saxlayan müalicənin dayandırılması və ya davam etdirilməsini göstərən niyyət və ya istəyə dəlalət edən davranış reaksiyaları kimi şərh etməyi qeyri-mümkün hesab etmişlər;
Hesab edərək ki, ekspertlərin kollegial olaraq və xəstəni doqquz dəfə yoxlamaqla həyata keçirdikləri dərin beyin araşdırmaları şəklindəki analizlərin, xəstəyə baxan tibb və şəfqət personalı ilə görüşlər, eləcə də xəstəyə aid bütün materialların incələnməsi nəticəsində yekdilliklə gəldiyi bu nəticələr, Dr Karigerin zədələrin geridönülməz xarakteri və cənab Lambertlə bağlı kliniki proqnozları barədə fikirlərini təsdiqləyir; tibbi ekspertizanın nəticələrinin göndərilməsindən əvvəl Dövlət Şurası qarşısında çəkişməli məhkəmə istintaqındakı mübadilələr, ekspertlərin gəldiyi nəticələri təkzib edəcək xarakterdə deyil; ekspertiza hesabatından və yuxarıda sadalananlardan belə görünür ki, cənab Lambertin müalicəyə reaksiyaları müalicənin dayandırılması istəyi kimi şərh edilə və baxıla bilməsə də, Dr Kariger mübahisələmdirilən qərarında bu davranışların müxtəlif şəkildə şərh edildiyini və bu şərhlərin hamısına böyük ehtiyatla yanaşılmalı olduğunu bildirmişdir və bu məsələ onun qərarının motivi təşkil etmir ;
Üçüncüsü, hesab edərək ki, əhalinin sağlamlığı məcəlləsinin müddəalarından görünür ki, xəstənin əvvəldən verilmiş tapşırığından fərqli bir formada ifadə olunmuş istəyi nəzərə alına bilər; məhkəmə istintaqından, xüsusilə Rachel Lambertin şahid ifadəsindən aydın olur ki, tibb bacısı olan özü və tibb qardaşı olan əri, reanimasiyada və ya çoxtərəfli şikəstliyi olan şəxslərlə bağlı təcrübələrini paylaşmış və bu zaman cənab Lambert aydın şəkildə və dəfələrlə böyük asılılıq halında olacağı təqdirdə süni şəkildə həyatda saxlanılmasını istəmədiyi bildirmişdir ; xanım Rachel Lambertin tarixini verdiyi və ətraflı şəkildə çatdırdığı bu fikirlərin məzmunu, cənab Lambertin qardaşlarından biri tərəfindən təsdiq edilmişdir; bu fikirlər cənab Lambertin valieynlərinin yanında söylənməsə də, sonuncular oğullarının belə bir fikir söyləməcəyini və ya əksini arzuladığını iddia etmirlər; cənab Lambertin bacı və qardaşlarından çoxu bu fikirlərin onun şəxsiyyətinə, həyat hekayəsi və şəxsi fikirlərinə uyğun gəldiyini bildirmişlər; beləliklə mübahisələndirilən qərarın motivlərində cənab Lambertin belə şərtlərdə yaşamaq istəmədiyindən əminliyini ifadə edən Dr Karigerin xəstəsi tərəfindən qəzadan öncə ifadə olunmuş istəyinin qeyri-dəqiq şərh etdiyi hesab oluna bilməz;
Dördüncüsü, hesab edərək ki, xəstəyə görə cavabdeh həkim əhalinin sağlamlığı məcəlləsinin müddəalarına görə, müalicənin dayandırlıması qərarını verməzdən əvvəl ailənin fikrini almalıdır; Dr Kariger yuxarıda göstərilən iki iclas vasitəsilə cənab Lambertin arvadının, valideynlərinin, bacı və qardaşlarının fikrini almaqla bu öhdəliyinə əməl etmişdir ; cənab Lambertin valideynləri, bacı-qardaşlarından bəziləri müalicənin dayandırılmasının əleyhinə fikir bildirsələr də, cənab Lambertin arvadı və bacı-qardaşlarının qalanları nəzərdə tutulan müalicənin dayandırılmasının lehinə olmuşlar; Dr Kariger bu fərqli fikirləri nəzərə almışdır; o, bu işdə ailə üzvlərinin yekdil fikrə malik olmamasının onun qərarına mane olacaq xarakterdə olmaması nəticəsinə gələ bilərdi ;
Hesab edərək ki, yuxarıdakılardan belə nəticəyə gəlinir ki, xəstədən məsul olan həkim tərəfindən yalnız xəstənin həyatının süni olaraq saxlamaq təsirinə malik olan və davam etdirilməsinin əsassız inadkarlıq hesab edilə biləcəyi müalicəyə son vermək qərarının verilə bilməsi üçün qanunun tələb etdiyi şərtlər, Dövlət Şurası qarçısındakı çəkişməli prosesdən göründüyü kimi cənab Vincent Lambertin halında mövcuddur; nəticədə Dr Karigerin cənab Vincent Lambertin süni qidalandırılması və hidratasiyasının dayandırılması barədə 11 yanvar 2014 tarixli qərarı qanunsuz hesab edilə bilməz. »
51. Nəticədə inzibati tribunalın qərarını ləğv edən Dövlət Şurası ərizəçilərin xahişlərini rədd etmişdir.
II. MÜVAFİQ DAXİLİ HÜQUQ VƏ TƏCRÜBƏ
A. Əhalinin sağlamlığı məcəlləsi
52. Əhalinin sağlamlığı məcəlləsinin (bundan sonra məcəllə) L. 1110‑1 maddəsinə əsasən, təməl hüquq olan sağlamlığın müdafiəsi hüququ mümkün bütün vasitələrlə hər kəs üçün təmin edilməlidir. L. 1110‑2 maddəsi eıan edir ki, xəstə şəxs ləyaqətinin qorunması hüququna malikdir və maddə L. 1110‑9 vəziyyətinin tələb etdiyi hər bir şəxsə, maddə L. 1110‑10-da ağrını götürən, psixi əziyyəti yumşaldan və xəstə insanın ləyaqəti qoruyan və onun ətrafını dəstəkləyən aktiv və davamlı müalicə kimi anlayış verilən palliativ müalicəyə çatımlılıq hüququnu təmin edir.
53. Məruzəçisi Jean Leonettinin (bax : paraqraf 44, yuxarıda) adı ilə Leonetti qanunu adlandırılan 22 aprel 2005-ci il xəstələrin hüquqları və həyatın sonu haqqında qanun məcəllənin bir sıra maddələrini dəyişmişdir. Bu qanun cənab Leonettinin başçılıq etdiyi, məqsədi həytın sonu ilə bağlı ortaya çıxan sualları toplamaq və lazımi qanunvericilik və tənzimləyici dəyişiklikləri nəzərdən keçirmək olan Parlament məlumat missiyasının işinin ardından qəbul edilmişdir. Bu işlər zamanı məlumat missiyası çox sayda insanı dinləmiş və hesabatını 30 iyun 2004-cü ildə təqdim etmişdir. Qanun Milli Məclisdə 30 noyabr 2004-cü ildə, Senatda isə 12 aprel 2005-ci ildə yekdilliklə qəbul edilmişdir.
Qanun nə evtanaziyaya, nə də köməkli intihara icazə vermir. O həkimə yalnız davam etdirilməsinin əsassız inadkarlıq ola biləcəyi (başqa sözlə, terapevtik zorakılığa aiddir) və tənzimlənən prosedur əsasında müalicəyə son qoymağa icazə verir.
Məcəllənin müvafiq maddələrində, qanunun qəbulundan sonrakı redaktədə deyilir :
Maddə L. 1110-5
« Hər bir şəxsin sağlamlıq vəziyyəti və onunla bağlı müdaxilələrin təcililiyi nəzərə alınaraq ən uyğun müalicəni almaq və səmərəliliyi qəbul edilmiş və məlum tibbi biliklər işığında sanitar təhlükəsizliyi ən yaxşı təmmin edən terapeftik hərəkətlərdən faydalanmaq hüququna malikdir. Preventiv, araşdırma tədbirləri və ya müalicələri, tibbi biliklərin hazırki vəziyyətində alacağı faydaya münasibətdə qeyri-mütənasib olmamalıdır.
Bu hərəkətlər əsassız inadkarlıqla edilməli deyildir. Müalicə lazımsız, qeyri-mütənasib görünürsə və ya yalnız həyatın süni olaraq saxlanmasına xidmət edirsə, dayandırıla və həyata keçirilməyə bilər. Bu halda həkim ölməkdə olan şəxsin ləyaqətini qorumalı və maddə L. 1110-10-də nəzərdə tutulan müalicəni həyata keçirərək onun həyatının keyfiyyətini təmin edir (...)
Hər bir şəxs ağrısını azaldacaq müalicələr almaq hüququna malikdir. Bütün hallarda ağrının qarşısı alınmalı, dəyərləndirilməkli, nəzərə alınmalı və müalicə olunmalıdır.
Tibb peşəkarları hər bir şəxsə həyatının sonuna qədər ləyaqətli həyat təmin etmək üçün sərəncamlarında olan bütün vasitələrdən istifadə edirlər (...) »
Maddə L. 1111-4
« Hər bir şəxs, səhhəti ilə bağlı qərarları səhiyyə peşəkarı ilə birgə və onun verdiyi məlumat və tövsiyyələr nəzərə alınaraq qəbul edir.
Həkim seçiminin nəticələri ilə bağlı şəxsi məlumatlandırdıqdan sonra onun iradəsini yerinə yetirməlidir (...)
Şəxsin azad və məlumatlı razılığı olmadan heç bir tibbi akt və ya müalicə həyata keçirilə bilməz və bu razılıq hər an geri götürülə bilər.
Şəxs istəyini ifadə etmək iqtidarında deyilsə, təcili və qeyri-mümkün hallar istisna olmaqla, maddə L. 1111-6-da nəzərdə tutulan etibarlı şəxs, ailə və ya bunlar olmadıqda yaxın bir şəxsin fikri alınmadan heç bir tibbi müdaxilə və ya təhqiqat aparıla bilməz.
Şəxs istəyini ifadə etmək iqtidarında deyilsə, müalicənin onun həyatını təhlükəyə atacaq şəlikdə məhdudlaşdırılması və dayandırılması tibbi etika məcəlləsi ilə nəzərdə tutulan kollegial prosedura əməl edilmədən və maddə L. 1111-6-da nəzərdə tutulan etibarlı şəxs, ailə və ya bunlar olmadıqda yaxın bir şəxsin fikri alınmadan və əgər olubsa, şəxsin əvvəlcədən ifadə etidiyi istəyi nəzərə alınmadan həyata keçirilə bilməz. Müalicənin məhdudlaşdırılması və dayandırılması barədə əsaslandırılmış qərar tibb kitabçasında qeyd edilir (...) »
Maddə L. 1111-6
« Yetkinlik yaşına çatmış hər bir şəxs etibarlı şəxs təyin edə bilər ; o şəxs valideyni, yaxını və ya ümumi həkimi ola bilər və onlar istəyini ifadə edə biləcək və ya bununla bağlı məlumat alacaq vəziyyətdə olmadıqda, onların fikri alınır. Bu təyinat yazılı şəkildə edilir. O istənilən zaman geri götürülə bilər. Xəstə arzuladıqda, etibarlı şəxs qərarlarında ona yardım etmək üçün onu müraciətlərində və tibbi görüşlərində müşayiət edir.
Hər hansı tibb müəssəsinə yerləşdirildiyində xəstəyə yuxarıdakı bənddə nəzərdə tutulmuş qaydada etibarlı şəxs təyin etməsi təklif olunur. Bu təyinat, əgər xəstə başqa göstəriş verməmişdirsə, xəsətəxanada olma müddətincə etibarlıdır (...) »
Maddə L. 1111-11
« Yetkinlik yaşına çatmış hər bir şəxs, istəyini ifadə edəcək vəziyyətdə olmayacğı gün üçün əvvəlcədən yazılı göstərişlər verə bilər. Əvvəldən verilmiş bu göstərişlər şəxsin həyatının sonu ilə bağlı, müalicənin məhdudlaşdırılması və ya dayandırılması barədə onun istəyini göstərir. Bu göstərişlər hər zaman geri götürülə bilər.
Şəxsin qeyri-şüurlu olmasından üç ilədək əvvəldən hazırlanmış olması şərtilə, həkim hər hansı araşdırma, müdaxilə və ya müalicə ilə bağlı qərarı verərkən onu nəzərə alır. (...) »
54. Məcəllənin L. 1111‑4-in 5-ci bəndində nəzərdə tutulan kollegial prosedur, tibbi etika məcəlləsinin bir hissəsi olan, məcəllənin R. 4127‑37 maddəsində dəqiqləşdirilir:
«I. Bütün hallarda, həkim xəstənin ağrısını, ona ən uyğun vasitələrlə didirməli və ona mənəvi dəstək olmalıdır. O bütün test və terapiyalarda əsassız inadkarlıqdan çəkinməlidir və lazımsız, qeyri-mütənasib və ya yalnız həyatın sünu olaraq saxlanmasına xidmət edən hesab etdiyi müalicəni etməkdən və ya davam etməkdən imtina edə bilər.
II. L. 1111-4 maddəsinin 5-ci bəndində və L. 1111-13 maddəsinin birinci bəndində nəzərdə tutulan hallarda, edilən müalicəni məhdudlaşdırmaq və ya dayandırmaq qərarı əvvəlcədən həyata keçirilmiş kollegial prosedur olmadan verilə bilməz. Həkim kollegial proseduru öz təşəbbüsü ilə başlada bilər. Həkim, xəstənin əvvəlcədən verdiyi və bu sənədi saxlayan, R. 1111-19 maddəsində nəzərdə tutulan şəxslərdən birinin təqdim etdiyi istəyi olduğu hallarda və ya etibarlı şəxs, ailə üzvü və ya bunlar olmadıqda yaxınlarından birinin xahişi ilə bunu etməyə borcludur. Xəstənin əvvəldən verdiyi göstərişləri saxlayan şəxslər, etibarlı şəxs, ailə üzvü və ya yaxınlarından biri, kollegial prosedurun başladılması barədə qərarın qəbul edildiyi anda bu barədə məlumatlandırılmalıdır.
Müalicənin məhdudlaşdırılması və ya dayandırılması barədə qərar, əgər varsa, müalicə komandası varsa, onunla məslətləşdikdən sonra və məsləhətçi olaraq dəvət edilmiş ən azı bir həkimin əsaslandırılmış rəyini aldıqdan sonra xəstəni müalicə edən həkim tərəfindən qəbul edilir. Xəstənin həkimi və məsləhətçi həkim arasında heç bir iyerarxik əlaqə olmamalıdır. Bu həkimlər, lazım gələrsə, ikinci məsləhətçi həkimin rəyini soruşurlar.
Müalicənin məhdudlaşdırılması və ya dayandırılması barədə qərar, xəstənin əvvəlcədən ifadə etdiyi istəyini, xüsusilə əgər varsa, yazılı göstərişlərini, onun təyin etdiyi etibarlı şəxsin və ailə üzvlərinin və yaxınlarının fikrini nəzərə alır (...)
Müalicənin məhdudlaşdırılması və ya dayandırılması barədə qərar əsaslandırılmalıdır. Toplanmış rəylər, müalicə komandası daxilində keçirilmiş müşavirələrin xarakteri və istiqaməti, eləcə də qərarın əsaslandırılması xəstənin tibb kitabçasında qeyd olunur. Təyin olunmuşdursa, etibarlı şəxs, xəstənin ailə üzvləri və ya yaxınları müalicənin məhdudlaşdırılması və ya dayandırılması barədə qərarın xarakteri və əsasları barədə məlumatlandırılır.
III. Bu maddənin I və II bəndlərindəki şərtlərdə L. 1110-5 və L. 1111-4 və ya L. 1111-13 maddələrinin tətbiqilə müalicənin məhdudlaşdırılması və ya dayandırılması qərarı verildiyində həkim, xəstənin ağrıları beyindəki vəziyyətlə əlaqədar dəyərləndirə bilməsə də, R. 4127-38 maddəsində nəzərdə tutulan prinsiplərə uyğun olaraq şəxsi müşayiət etməyə imkan verən, xüsusilə analjezik və sakitləşdirici müalicə etməlidir. Həkim həmçinin, xəstənin ətrafının vəziyyətdən məlumatlı olmasına və lazımi dəstəyi almasına nəzarət edir. »
55. Məcəllənin R. 4127‑38 maddəsində deyilir :
« Həkim, ölməkdə olan şəxsi son anlarına qədər müşayiət etməli, müvafiq müalicə və tədbirlərlə bitməkdə olan həyatın keyfiyyətini təmin etməli, xəstənin ləyaqətini qorumalı və onun ətrafını rahatlaşdırmalıdır.
Onun bilərəkdən ölümə səbəb olmaq hüququ yoxdur. »
(...)
III. AVROPA ŞURASI SƏNƏDLƏRİ
(...)
B. Həyatın sonu hallarında tibbi müalicələrlə bağlı qərarvermə prosesi barədə Təlimat
60. Bu Təlimat Avropa Şurası Bioetika Komitəsi tərəfindən xəstələrin hüququları ilə bağlı işlər çərçivəsində və Oviedo Konvensiyasında göstərilən prinsiplərin həyata keçirilməsini asanlaşdırmaq üçün tərtib edilmişdir.
Təlimat həyatın sonu hallarında tibbi müalicələrlə bağlı qərarvermə prosesinin həyata keçirilməsi üçün əsaslar təklif etmək, həm normativ, həm də etik istinadları, eləcə də bu qərarvermə prosesinin həyata keçirilməsilə qarşı-qarşıya qalan səhiyyə peşəkarları üçün lazım olan yaxşı tibb təcrübə elementlərini toplamaq və təmin etdiyi izahatlar vasitəsilə bu məsələ ilə bağlı ümumi düşüncələrdə iştirak etmək məqsədi daşıyır.
61. Təlimat qərarvermə prosesinin hüquqi və etik çərçivəsi olaraq muxtariyyət (xəstənin azad, məlumatlı və əvvəlcədən verilmiş razılığı), xəstənin xeyrinə olması və ziyanına olmaması və ədalətlilik (müalicəyə çatımlılıqda ədalətlilik) prinsiplərini sadalayır. Təlimatda dəqiqləşdirilir ki, həkim, risk və narahatlıqları nəzərə alınaraq lazımsız və ya qeyri-mütənasib müalicə həyata keçirməməlidir; həkim xəstələrə mütənasib və vəziyyətinə uyğun olan müalicə təyin etməlidir. Həkim, bundan əlavə, xəstənin qayğısına qalmaq, onun ağrılarını azaltmaq və onu müşayiət etmək öhdəliyi daşıyır.
Müalicə, xəstəliyin səbəblərinə təsir edərək xəstənin səhhətini yaxşılaşdıracaq, eləcə də xəstəliyin etiologiyasına olmasa da, yalnız simptomlara təsir edən və ya funksional çatışmazlığa cavab olaraq edilən müdaxilələrdir. Təlimatın « Müzakirələrə səbəb olanlar» rubrikasında aşağıdakılar göstərilir:
« Süni hidratasiya və qidalanmanın məhdudlaşdırılması, dayandırılması və ya edilməməsi məsələsi
Hələ yemək və içmək iqtidarında olan xəstəyə verilən yemək və su, təmin olunmalı olan fizioloji ehtiyaclardır. Xəstənin imtina etməsi halı istisna olmaqla, bu ehtiyaclar təmin edilməlidir.
Tibbi göstərici olduğunda xəstəyə süni qidalanma və hidratasiya edilir və bunun üçün bir tibbi prosedur və üsul (infuziya, daxilə zondla) seçilməsini vacib edir. Bəzi ölkələrdə süni qidalandırma və hidratasiya da müalicə üsulu hesab edilir və deməli, müalicənin məhdudlaşdırılması və ya dayandırılması ilə bağlı şərtlər (xəstənin ifadə etdiyi imtina, həkim komandasının dəyərləndirməsi üzrə əsaslandırılmamış inadkarlıqdan və qeyri-mütənasib müalicədən imtina və qərarın kollektiv proseslə qəbul edilməsi şərtləri) daxilində məhdudlaşdırıla və ya dayandırıla bilər. Onlarla əlaqədar qalxan sualar xəstənin istəyi və həmin vəziyyətdə müalicənin xarakterinin uyğunluğudur.
Bununla belə, digər ölkələrdə belə hesab ollunur ki, suni hidratasiya və qidalandırma məhdudlaşdırma və ya dayandırma qərarının predmedi ola biləcək müalicələr deyil, şəxsin əsas ehtiyaclarının ödənilməsinə yönələn və həyatının sonunda olan xəstənin bu barədə ifadə olunmuş istəyinin olması halı istisna olmaqla, məhdudlaşdırıla və ya dayandırıla bilinməyən qulluq tədbirləridir.
Tibbi planda həyatın son mərhələsində süni hidratasiya və ya qidalandırmanın uyğun olub olmaması məsələsi də müzakirə olunur. Bəzi dövlətlər üçün, süni hidratasiya və qidalandırılmanın həyata keçirilməsi həyatının sonunda olan xəstənin rahatlığı üçün vacibdir. Digərlərinə görə, palliativ tədbirlər sahəsindəki araşdırmalar nəzərə alınaraq, həyatın sonu mərhələsində süni hidratasiya və qidalandırmanın xəstə üçün faydası avtomatik deyildir. »
62. Təlimat həyatın sonu vəziyyətlərində tibbi müalicə ilə bağlı qərarvermə prosesinə aiddir (istər onun edilməyə başlanması, dəyişdirilməsi, istər uyğunlaşdırılması, istərsə də məhdudlaşdırılması və ya dayandırılması). O nə bəzi qanunvericilərin icazə verdiyi evtanaziya, nə də yardımlı intiharla əlaqədar deyildir.
63. Qəraraverici proses başqa şəxsləri də ehtiva etsə də, təlimatda bildirilir ki, onun subyekti ve əsas aktoru xəstədir. Sonuncu qərarverici prosesdə iştirak edə bilməyəndə, qərar, qüvvədə olan qanunvericiliyə uyğun şəkildə üçüncü şəxslər tərəfindən qəbul edilir, bununla belə xəstə, əvvəlcədən ifadə etdiyi istəyi vasitəsilə bu prosesdə iştirak edir. Təlimatda onun müxtəlif formaları sadalanır: bu istək hər hansı ailə üzvünə və ya yaxına, və ya təyin edilən etibarlı şəxsə şiafhi şəkildə çatdırıla bilər; o, əvvəlcədən verilmiş göstəriş və ya həyat barədə vəsiyyət kimi formal ifadə formasına malik ola bilər və ya bəzən gələcək müdafiə mandatı adlandırılan, üçüncü şəxsə verilmiş mandat ola bilər.
64. Qərarverici prosesinin aktorları arasında, qanuni nümayəndə və ya mandatlı şəxs, ailə üzvləri və yaxınlar, eləcə də müalicə edənlər daxildir. Təlimatda vurğulanır ki, həkimin yeri, onun tibbi planda vəziyyəti dəyərləndirmək bacarığı səbəbindən əsas, hətta ən əhəmiyyətlisidir. Xəstə öz istəyini bildirmək iqtidarında olmadıqda, həkim, aidiyyəti olan səhiyyə peşəkarını da daxil etməklə kollegial qərarvermə prosesi çərçivəsində və xəstənin üstün maraqları və kontekstin elementlərinin hamısını (ailənin, yaxınların, etibarlı şəxslərin fikirlərinin alınması və s.) və əgər varsa, xəstənin əvvəlcədən ifadə etdiyi istəyi vardırsa, onu da nəzərə alaraq kliniki qərarı verəcək şəxsdir. Bəzi sistemlərdə qərar üçüncü şəxs tərəfindən verilir, lakin həkim, qərarverici prosesin yaxşı işləməsinin qarantıdır.
65. Təlimatda təkrar edilir ki, xəstə bütün hallarda qərarverici prosesin mərkəzindədir və xəstə bu prosesdə birbaşa olaraq iştirak edə bilmədiyində kollektiv xarakter daşıyır. Təlimatda qərarverici prosesin üç böyük mərhələsini fərqləndirir : fərdi (hər bir aktor topladığı məlumatlar əsasında öz arqumentlərini hazırlayır), kollektiv (müxtəlif aktorlar öz aralarında fikir mübadiəsi və müzakirə edirlər) və nəticəvi (qərarın qəbul edilməsi).
66. Təlimatda dəqiqləşdirilir ki, bəzən, mövqelərin çox müxtəlifliyi və ya verilən sualların mürəkkəbliyi və ya spesifikliyi halında, ya müzakirəni zənginləşdirmək, ya çətinliyi aradan qaldırmaq və ya bir münaqişəni həll etmək üçün lazımdır. Məsələn, klinik etika komitəsinin fikrinin alınması münasib ola bilər. Kollektiv məsləhətləşmənin sonunda, kollektiv şəkildə razılıq əldə olunmalı, nəticə çıxarılmalı və təsdiq edilməli, sonra rəsmiləşdirilməli və yazılı şəklə salınmalıdır.
67. Qərar verən həkimdrisə, o, bunu kollektiv məsləhətləşmələrin əsasında etməli və müvafiq olaraq, bunu xəstəyə, etibarlı şəxsə, və/və ya xəstəninətrafına, tibbi personala və ya prosesdə iştirak edən aidiyyəti olan üçüncü şəxslərə elan etməlidir. Qərar, bundan əlavə, rəsmiləşdirilməldir (əsaslandırma hissəsi olan yazılı formada) və müəyyən olunmuş yerlərdə saxlanmalıdır.
68. Təlimatda, terminal mərhələdə şəxsə, onun qalan həyatını qısalda biləcək dərin sakitləşdiricilər vurulmasının müzakirə predmeti olduğu göstərilir. Nəhayət, təlimatda, qərarvermə prosesinin həyata keçirilməsindən sonra dəyərləndirmə prosesinin də həyata keçirilməsi də məsləhət verilir.
(...)
HÜQUQİ MƏSƏLƏLƏR
I. VINCENT LAMBERTİN ADINDAN VƏ ONUN ÜÇÜN HƏRƏKƏT ETMƏK HÜQUQU İLƏ BAĞLI
80. Ərizəçilər hesab edirlər ki, Vincent Lambertin süni qidalandırılması və hidratasiyasının dayandırılması Dövlətin Konvensiyanın 2-ci maddəsindən irəli gələn öhdəliklərinə zidd olardı. Onlar hesab edirlər ki, yemək və içməkdən məhrum edilməsi, ona qarşı, Konvensiyanın 3-cü maddəsi mənasında işgəncə təşkil edən pis rəftar olardı. Ərizəçilər həmçinin bilirirlər ki, 2012-ci ilin oktyabrından etibarən kineziterapiyanın, eləcə də udqanma ilə bağlı məşğələlərin dayandırılması, bu müddəanın qadağan etdiyi qeyri-insani rəftara bərabərdir. Onlar hesab edirlər ki, qidalandırma və hidratasiyanın dayandırılması, Konvensiyanın 8-ci maddəsi mənasında Vincent Lambertin fiziki bütövlüyünə zərbədir.
81. Konvensiyanın 2, 3 və 8-ci maddələrində deyilir:
Maddə 2
« Hər kəsin yaşamaq hüququ qanunla qorunur. Heç kəs ... həyatından məhrum edilə bilməz (...) »
Maddə 3
« Heç kəs işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmamalıdır. »
Maddə 8
« 1. Hər kəs öz şəxsi və ailə həyatına, evinə və yazışma sirrinə hörmət hüququna malikdir.
2. Milli təhlükəsizlik, ictimai asayiş və ölkənin iqtisadi rifah maraqları naminə, iğtişaş və ya cinayətin qarşısını almaq üçün, sağlamlığı, yaxud mənəviyyatı qorumaq üçün və ya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan hallar istisna olmaqla, bu hüququn həyata keçirilməsinə dövlət hakimiyyəti orqanları tərəfindən müdaxiləyə yol verilmir. »
A. Ərizəçilərin Vincent Lambertin adından və oun üçün hərəkət etmək hüquqları barədə
1. Tərəflərin arqumentləri
a) Hökumət
82. Hökumət müşahidə edir ki, ərizəçilər Vincent Lambertin adından hərəkət etmək istədiklərini bildirirlər və onun adından Məhkəməyə müraciət etmək hüquqlarının olub olmadığı məsələsini qeyri-aktual hesab edirlər.
b) Ərizəçilər
83. Ərizəçilər bildirirlər ki, şikəstliyi nə olursa olsun, hər bir şəxs, Konvensiyanın verdiyi təminatlardan faydalanmalıdır və nümayəndəsi olmayanlar da buraya daxildir. Onlar vurğulayır ki, daxili insatnsiyalar qarşısındakı prosesin heç bir mərhələsində onların iddi qaldırmaq hüququ və ya marağı mübahisələndirilməmişdir, çünki Fransa qanunvericiliyi müalicəsini dayandırılması istənilən xəstənin ailəsinə, tədbirlə bağlı mövqe bildirmək hüququ verir və bu məhkəmə qarşısında yalnız öz adlarından deyil, həm də xəstənin adından hərəkət etmək hüququnun olması deməkdir.
84. Məhkəmə tərəfindən Koch Almaniyaya q. (no 497/09, §§ 43 və sonrakılar, 19 iyul 2012) işində elan edilən meyarlara istinad edən ərizəçilər hesab edirlər ki, bu meyarlar, yəni işin ümumi marağı, eləcə də sıx ailə bağları et və işin fərdi marağı bu işdə də var. Ərizəçilər vurğulayırlar ki, daxili məhkəmələrə və sonradan Məhkəməyə, Vincent Lambertin 2 və 3-cü maddələrdə göstərilən fundamental hüquqlarını irəli sürmək üçün müraciət etmişlər, çünki o özü və ya mübahisələndirilən tibbi qərarı qəbul etmiş arvadı onlara istinad etməyəcəkdir.
c) Üçüncü müdaxilə tərəf olan fərdlər
85. Vincent Lambertin arvadı Rachel Lambert hesab edir ki, ərizəçilərin Vincent Lambertin adından hərəkət etmək hüquqları yoxdur. O xatırladır ki,, Məhkəmə bir yaxının müraciət etmək hüququnu ya qaldırılan hüququn « insan hüquqlaına hörmət »lə bağlı olan ümumi maraq məsələsinə aid olduğu və həmin şəxsin varisi olduğundan, ərizəçinin ərizəni davam etdirməyə legitim marağı olduğu üçün, ya da özünün hüquqlarına birbaşa təsiri olduğu üçün tanımağa meylli olmuşdur. Bununla belə, Sanles Sanles İspaniyaya q. ((qərardad), no 48335/99, CEDH 2000‑XI) işində, Məhkəmə hesab etmişdir ki, ərizəçi tərəfindən Konvensiyanın 2, 3, 5 və 8-ci maddələrinə istinad edərək iddia etdiyi hüquqlar ötürülə bilməyən hüquqlar kateqoriyasına aiddir və belə nəticəyə gəlmiçdir ki, məhrumun baldızı və qanuni varisi olan ərizəçi, məhrum kürəkəninin adından bir pozuntunun qurbanı olduğunu iddia edə bilməzdi.
86. Nümayəndə ilə təmsil olunmaq məsələsinə gəlincə, o xatırladır ki, nümayəndə üçün iddia olunan qurbandan dəqiq və birbaşa göstərişlər aldığını sübut etməsi vacibdir; halbuki, ərizəçilərin halında bu mövcud deyildir, onlar Vincent Lambertdən heç bir dəqiq və birbaşa göstəriş almamışlar. Dövlət Şurasının apardığı istintaqda məlum olmuşdur ki, milli məhkəmələ təqdim edildiyi kimi, əri arzusu, istəyi və açıqlamalarını məhz onun yanında ifadə etmişdir.
87. Vincent Lambertin qardaşı oğlu François Lambert və ögey bacısı Marie‑Geneviève Lambert hesab edirlər ki, ərizəçilərin Vincent Lambertin adından hərəkət etmək hüquqları yoxdur. Onlar ilkin olaraq bildirirlər ki, ərizəçilərin iddia etdikləri Konvensiyanın 2, 3 və 8-ci maddələrinin pozuntuları ötürülə bilməyən hüquqlara aiddir və onlar bu hüquqları mənimsəyə bilməzlər. İkincisi, onların 1976-cı ildə anadan olmuş və yetkinlik yaşına çatmış Vincent Lambertin qanuni nümayəndəsi də deyillər və üçüncüsü, onların bu müraciəti Vincent Lambertin vicdan azadlığına, özünün yaşamaq hüququna ziddir və şəxsi həyatına zərbədir. François Lambert və Marie‑Geneviève Lambert xatırladırlar ki, istisna olaraq Məhkəmə bir qurbanın yerinə onun valideynlərinin Konvensiyanın 3-cü maddəsinin pozuntusunu iddia etmək hüququnu tanımış olsa da, bu yalnız qurbanın itkin düşməsi və ya ölməsi hazırki işdə bu şərait yoxdur və ərizə qəbuledilməzdir. Onlar bildirirlər ki, hazırki işə bənzəyən həyatın sonu halları ilə bağlı işlərdə Məhkəmənin bu qəbuledilməzliyi təsdiq etmək imkanı olmuşdur (Sanles Sanles, yuxarıda istinad edilən qərardad və Ada Rossi et autres c. Italie (qərardad), no 55185/08, 16 dekabr 2008).
88. Nəhayət, onlar hesab edirlər ki, hazırki işdə ərizəçilərin Dövlət Şurasının qərarını mübahisələndirməsi « qeyri-qanuni»dir, çünki onların mövqeyi Vincent Lambertin inanclarına ziddir və həkimlər və hakimlərbu sonuncunun sıx bağlarla bağlı olduğu arvadına bildirdiyi, tibb qardaşı olaraq peşəkar təcrübəsinə əsasən yaratdığı fikrini nəzərə almışlar.
2. Məhkəmənin dəyərləndirməsi
a) Prinsiplərin xatırladılması
89. Məhkəmə təzəliklə Nencheva və başqaları Bolqarıstana q. (no 48609/06, 18 iyun 2013) və Valentin Câmpeanu adından Hüquq Ehtiyatları Mərkəzi Rumıniyaya q. ([BP], no 47848/08, CEDH 2014) işlərində aşağıdakı prinsipləri xatırlatmışdır.
Konvensiyanln 34-cü maddəsinə istinad etmək üçün ərizəçi Konvensiyanın hər hansı pozuntusunun qurbanı olduğunu iddia edə bilməlidir; Məhkəmənin davamlı yurisprudensiyasına görə « qurban » ifadəsi, daxili hüquqda hərəkət etmək marağı və hüququ ilə bağlı ifadələrdən avtonom və müstəqil şəkildə şərh edilməlidir (Nencheva et autres, yuxarıdakı istinad, § 88). Maraqlı şəxs sübut etməlidir ki, o mübahisəli tədbirin «birbaşa təsrilərindən əziyyət çəkmişdir» (Centre de ressources juridiques au nom de Valentin Câmpeanu, yuxarıdakı istinad, § 96, və istinad edilən işlər).
90. Bu prinsipdən bir ististan vardır, Konvensiyanın iddia olunan pozuntu və pozuntularının Dövlətin məsuliyyətinin yarana biləcəyi iddia olunan şəraitdə itkin düşmə və ölümlə sıx bağlı olduğu hallar. Belə hallarda, Məhkəmə qurbanın yaxın qohumlarına ərizə ilə müraciət etmək hüququ tanıyır (Nencheva et autres, yuxarıdakı istinad, § 89, Centre de ressources juridiques au nom de Valentin Câmpeanu, yuxarıdakı istinad, §§ 98-99, və orda istinad edilə işlər).
91. Digər tərəfdən, əgər ərizə qurbanın özü tərəfindən verilməmişdirsə, Məhkəmə Reqlamentinin 45-ci maddəsinin 3-cü bəndi, müvafiq qaydada imzalanmış etibarnamə olmasını tələb edir. Nümayəndə üçün, Məhkəmə qarşısında adından hərəkət etdiyini iddia etdiyi qurban tərəfindən dəqiq və birbaşa göstərişlər aldığını sübut etməlidir (Post c. Pays-Bas (qərardad), no 21727/08, 20 yanvar 2009, Nencheva et autres, yuxarıdakı istinad, § 83 və Centre de ressources juridiques au nom de Valentin Câmpeanu, yuxarıdakı istinad, § 102). Lakin Konvensiya orqanları hesab etmişlər ki, milli orqanların əlində Konvensiyanın 2, 3 və 8-ci maddələrinin pozuntularına məruz qaldığı iddia olunan qurbanlarının halında bu xüsusi mülahizələr əsaslandırıla bilər. Beləliklə, fərdlər tərəfindən verilən ərizələr, heç bir etibarnamə olmasa da qəbuledilən hesab edilmişdir (Centre de ressources juridiques au nom de Valentin Câmpeanu, yuxarıdakı istinad, § 103).
92. İşləri Məhkəməyə təqdim etməyə mane olan yaş, cins və ya əlillik kimi həssaslıq faktorlarına xüsusi diqqət verilir və qurban ilə ərizəni təqdim edən şəxs arasındakı əlaqə də müvafiq olaraq nəzərə alınır (ibidem).
93. Beləliklə, Konvensiyanın 8-ci maddəsilə bağlı olan S.P., D.P. et A.T. c. Royaume-Uni (no 23715/94, Komissiyanın 20 may 1996 tarixli qərardad) işində Komissiya, analarının uşaqlarla maraqlanmadığını və ərizədə dövlət orqanlarının tənqid olunduğunu, uşaqlarla solicitor arasında maraq toqquşması olmadığını müəyyən etdikdən sonra daxili proseslərdə himayəçi tərəfindən ad litem təyin edilmiş solicitor tərəfindən uşaqların adından verilən ərizəni qəbul etmişdi.
Birbaşa qurbanın, Abdüllatif İlhanın təhlükəsizlik gücləri tərəfindən pis rəftarı nəticəsində ciddi zədələr aldığı işdə, İlhan c. Turquie ([BP], no 22277/93, §§ 54-55, CEDH 2000‑VII) işində, Məhkəmə hesab etmişdir ki, Konvensiyanın 2 və 3-cü maddələrinə əsaslanan ərizənin qurbanın qardaşı tərəfindən təqdim edilməsi əsaslanmış idi, çünki faktlardan belə görünür ki, Abdüllatif İlhan ərizənin verilməsinə razılıq vermişdi, onunla, insidentdən çox təsirlənən qardaşı arasında maraq toqquşması yox idi və qurban əziyyət çəkdiyi zədələrə görə xüsusi həssas vəziyyətdə idi.
Ərin Konvensiyanın 8-ci maddəsinə istinadən arvadının polis nəzarəti zamanı ginekoloji müayinəyə məruz qaldığınından şikayət etdiyi Y.F. c. Turquie (no 24209/94, § 31, CEDH 2003‑IX) işində Məhkəmə hesab etmişdir ki, qurbanın yaxın qohumu olan ərizəçinin, işin xüsusi hallarında arvadının düşdüyü xüsusi həssas vəziyyət nəzərə alınaraq, onun formülə etdiyi Konvensiyanın pozuntusu iddialarını qaldırmaq hüququ vardı.
94. Bundan əlavə, yenə də Konvensiyianın 8-ci maddəsi kontekstində Məhkəmə dəfələrlə qəbul etmişdir ki, valideynlik hüququ olmayan valideynlər azyaşlı uşaqları adından ona müraciət edə bilərlər (bax : xüsuslə Scozzari et Giunta c. Italie [GC], nos 39221/98 və 41963/98, §§ 138-139, CEDH 2000‑VIII, Šneersone et Kampanella c. Italie, no 14737/09, § 61, 12 iyul 2011, Diamante et Pelliccioni c. Saint Marin, no 32250/08, §§ 146-147, 27 sentyabr 2011, A.K. et L. c. Croatie, no 37956/11, §§ 48-50, 8 yanvar 2013 və Raw et autres c. France, no 10131/11, §§ 51-52, 7 mart 2013). Bu işlərdə Məhkəmənin əsas götürdüyü meyar, azyaşlıların bəzi maraqlarının onun diqqətini çatdırılmaması və onların Konvensiya üzrə hüquqlarının səmərəli müdafiəsindən məhrum olunması riskidir.
95. Nəhayət, Məhkəmə təzəliklə yuxarəda istinad edilən Valentin Câmpeanu adından Hüquqi Resurslar Mərkəzi işində bənzər yanaşma sərgiləmişdir. İş ərizənin verilməsindən əvvəl xəstəxanadan ölmüş, yaxınları olmayan və Dövlətin heç bir təmsilçi təyin etmədiyi, ciddi əlilliyi olan seropozitiv Roma mənşəli gənclə əlaqədar idi. İşin xüsusi halları və iddia olunan pozuntuların ciddiliyi nəzərə alınaraq Məhkəmə Hüquqi Resurslar Mərkəzinə Valentin Câmpeanunu təmsil etməyə icazə vermiş və vurğulamışdır ki, əks nəticəyə gəlmək, Konvensiyanın pozuntuları barədə ciddi iddiaların beynəlxalq səviyyədə araşdırılmasına mane olardı. (§ 112).
b) Hazırki işə tətbiqi
96. Ərizəçilər Vincent Lambertin adından Konvensiyanın 2,3 və 8-ci maddələrinin pozuntusunu iddia edirlər (bax : paraqraf 80, yuxarıda).
97. Məhkəmə ilk olaraq hesab edir ki, ölmüş şəxslər adından verilən ərizələrlə bağlı yurisprudensiya hazırki işə tətbiq olunmur, çünki Vincent Lambert ölməmişdir, tibb ekspertləri tərəfindən vegetativ vəziyyət hesab edilən vəziyyətdədir (paraqraf 40, yuxarıda). Beləliklə, Məhkəmə müəyyən etməlidir ki, ərizənin həssas vəziyyətdə olan bir şəxsin adından və onun üçün verilməsinin şəxsin, onun adından hərəkət etdiyini iddia edənə müvafiq etibanamə və ya göstərişi olmadan mümkün olduğu halla üzbəzüdürmü (bax : paraqraf 93-95, yuxarıda).
98. Məhkəmə hesab edir ki, onun istisna olaraq bir şəxsin digər şəxs adından hərəkət etdiyini qəbul etdiyi işlər hazırki işə bənzəmir. Yuxarıda istinad edilən Valentin Câmpeanu adından Hüquqi Resurslar Mərkəzi fərqləndirilməlidir, çünki birbaşa qurban ölmüşdü və onu təmsil edəcək heç kim yox idi. Hazırki işdə isə birbaşa qurbanın fikrini ifadə etmək imkanı olmasa da, yaxın ailənin bir neçə üzvü onların yerinə fikrilərini ifadə etməyi arzu edirlər və bu fikirlər həmin şəxsin fikirlərinə tam əksdir. Bir tərəfdən, ərizəçilər əsasən, Pretty c. Royaume-Uni (no 2346/02, § 65, CEDH 2002‑III) işində Məhkəmənin « müqəddəs xatarketli » adlandırdığı, 2-ci maddənin təminat verdiyi yaşamaq hüququna istinad edirlər. Digər tərəfdən, üçüncü müdaxilə edən tərəf olan fərdlər (Rachel Lambert, François Lambert və Marie‑Geneviève Lambert) şəxsi həyata hörmət hüququna, xüsusilə hər bir şəxsin öz şəxsi avtonomiyası (Pretty, yuxarıdakı istinad, § 61) ifadəsinin ehtiva etdiyi həyatının necə və nə zaman sonlanmasına qərar vermək hüququna (Pretty, § 67, Haas c. Suisse, no 31322/07, § 51, CEDH 2011 və Koch, yuxarıdakı istinad, § 52) əsaslanırlar.
99. Ərizəçilər öz növbəsində Məhkəməyə yuxarıda istinad edilən Koch işində (§ 44) elan edilən və özlərinin də riayət etdiklərini ümid etdikləri meyarların, yəni yaxın qohumluq əlaqələri, prosedurun nəticəsinə kuifayət qədər şəxsi və hüquqi maraq və onların işlə bağlı əvvəldən maraqlarını bildirmiş olmaqları ilə bağlı meyarları tətbiq edilməsini təklif edir.
100. Bununla belə, Məhkəmə xatırladır ki, yuxarıdakı istinad edilən Koch işində, ərizəçi iddia edirdi ki, arvadının əziyyəti və ölümünün son şəraiti ona elə təsir etmidir ki, onun özünün Konvensiyanın 8-ci maddəsi altındakı hüquqları pozulmuşdur (§ 43). Beləliklə, Məhkəmədən bu məsələ ilə bağlı fikir bildirmək xahiş edilmişdi və bu kontekstdə Məhkəmə bildirmişdir ki, özünün bir yaxına və ya varisə ölmüş şəxs adından şikayət etmək icazəsi verən qərarlarını nəzərə almaq lazımdır. (§ 44).
101. Lakin Məhkəmənin fikrincə, bu meyarlar hazırki işdə tətbiq edilmir, çünki Vincent Lambert ölməmişdir və ərizəçilərin niyyəti şikayətlərini onun adından verməkdir.
102. Konvensiya orqanlarının üçüncü şəxsin, müstəsna hallarda həssas vəziyyətdəki bir şəxs adından şikayət vermək hüququnun tanıdığı işlərlə bağlı yurisprudensiyasının analizi (paraqraf 93-95, yuxarıda) aşağıdakı əsas iki prinsipi ortaya çıxarır: birbaşa qurbanların səmərəli müdafiədən məhrum olmaq riski və qurbanla ərizəçi arasında mənafe münaqişəsi olmaması.
103. Bu meyarları hazırki işə tətbiq edərək, ilkin olaraq Məhkəmə Vincent Lambertin hüquqlarının səmərəli müdafiəsindən məhrum olduğunu müəyyən etmir. Əslində, Məhkəmənin təşəkkül tapmış təcrübəsinə görə (bax : paraqraf yuxarıdakı 90 və aşağıdakı paraqraf 115) ərizəçilər, Vincent Lambertin yaxınları olaraq, öz adlarından 2-ci maddə altında qorunan yaşamaq hüququ ilə bağlı şikayət verə bilərlər.
104. İkinci meyarı tətbiq edərək Məhkəmə ərizəçilər və Vincent Lambert arasında mənafe fərqinin olub olamasını müəyyən etməlidir. Bununla bağlı, Məhkəmə müəyyən edir ki, daxili prosedurun əsas aspektlərindən biri, dəqiq olaraq sonuncunun arzusunu müəyyən etmək olmuşdur. Belə ki, Dr Karigerin 11 yanvar 2014-cü il qərarı « onun qəzadan öncə belə şərtlərdə yaşamaq istəmədiyi »ndən əminliyinə əsaslanırdı. (paraqraf 22, yuxarıda). 24 iyun 2014-cü il qərarında, Dövlət Şurası hesab etmişdi ki, Vincent Lambertin arvadının və qardaşının ifadələri və başqa qardaş və bacılarının bəyanatları nəzərə alınaraq, bu motivə əsaslanan Dr Kariger « xəstə tərəfindən qəzadan öncə ifadə edilən arzunun qeyri-dəqiq təfsirinə yol vermiş sayıla bilməz » (paraqraf 50, yuxarıda). Belə olan halda Məhkəmə, ərizəçilərin maraqları və Vincent Lambertin arzuladıqları arasında münaqişənin olduğunu hesab etmir.
105. Məhkəmə belə nəticəyə gəlir ki, ərizəçilər iddia etdikləri Konvensiyanın 2, 3 və 8-ci maddələrinin pozuntusu barədə şikayəti Vincent Lambertin adından və onun üçün qaldırmaq hüququna malik deyillər.
106. Bundan belə nəticə çıxır ki, bu iddialar Konvensiyanın 35-ci maddəsinin 3 a) bəndi mənasında Konvensiya müddəaları ilə ratione personae uyğun deyildir və 35-ci maddənin 4-cü bəndinə əsasən rədd edilməlidir.
B. Rachel Lambertin Vincent Lambertin adından və onun üçün şikayət vermək hüququ barədə
1. Tərəflərin arqumentləri
107. Nümayəndəsinin 9 iyul 2014-cü il tanrixli məktubu ilə, Rachel Lambert prosesdə üçüncü müdaxilə edən şəxs qismində əri Vincent Lamberti təmsil etmək üçün icazə istəmişdir. Bu xahişi dsətəkləmək üçün o, Châlons‑en‑Champagne himayə məsələləri üzrə hakiminin nikah regimindən irəli gələrək onun ərinin hüquqlarını həyata keçirməsinə icazə verən 17 dekabr 2008-ci il qərarını və Vincent Lambertin bir bacısı və ögey qardaşının ifadələrini təqdim etmişdir. Bu ifadələr görə, sonuncu onun halında mənəvi və fiziki olaraq uzaqlaşdığı valideynlərinin deyil, daha çox etibarlı şəxsi olan arvadının qərar verməsini istəyirdi. Rachel Lambert həmçinin qaynanası və ilk iki ərizəçi ilə birgə 2012-ci ilin iyulunda Liège Universiteti xəstəxana mərkəzində bir tibb professorunun konsultasiyasına getməsi barədə ifadəsini təqdim etmişdir. İfadəyə görə bu konsultasiyada qaynanası və Rachel Lambert Vincent Lambertin əgər belə bir hal baş verərsə, şikəst halda yaşamaq istəmədiyi barədə məlumat vermişdir. Ikinci ərizəçi bildirmişdir ki, evtanaziya sualı qalxarsa, o qərarı Rachel Lambertə buraxacaqdır. Öz təqdimatlarında Rachel Lambert bildirir ki, ərinin bu barədə istəyini bilməsi təqdim etdiyi ifadələrlə dəstəklənir və yalnız o hüquqi olaraq Vincent Lambertin adından hərəkət edə və onu təmsil edə bilər.
108. Hökumət bu məsələ ilə bağlı fikir bildirməmişdir.
109. Ərizəçilər iddia edirlər ki, Rachel Lambertin təqdim eddiyi himayə məsələləri hakiminin qərarı, ona ərini təmsil etmək barədə ümumi hüquq vermir, sadəcə əmlak məsələlərində bu hüququ tanıyır. Beləliklə, o, Məhkəmə qarşısında ərini təmsil edə biləcək tək insan olduğunu iddia edə bilməz. Digər tərəfdən, ərizəçilər iddia edirlər ki, onun təqdim etdiyi ifadələrin heş bir hüququ qüvvəsi yoxdur və qaynanasının ifadəsinə əksdir. Onlar bildirirlər ki, Vincent Lambert etibarlı şəxs təyin etməmişdir və belə nəticəyə gəllirlər ki, fransız hüququnun hazırki vəziyyətində və himayə və ya qəyyumluq altına alınmadığına görə Vincent Lambert onun özü lə bağlı proseslərdə heç kim tərəfindən təmsil olunmur.
2. Məhkəmənin dəyərləndirməsi
110. Məhkəmə müəyyən edir ki, Konvensiyanın heç bir müddəası üçüncü müdaxilə edən tərəfə, kimisə Məhkəmədə təmsil etmək hüququ tanımır. Digər tərəfdən, Məhkəmə Reqlamentinin 44-cü maddənin 3 a) bəndinə görə, üçüncü müdaxilə edən tərəf « ərizəçidən başqa » hər bir şəxsdir.
111. Belə olan halda, Məhkəmə Rachel Lambertin müraciətini yalnız rədd edə bilər.
C. Nəticə
112. Məhkəmə belə nəticəyə gəlir ki, ərizəçilərin Konvensiyanın 2, 3 və 8-ci maddələri ilə bağlı şikayətləri bildirmək üçün Vincent Lambertin adından və onun üçün hərəkət etmək hüququ yoxdur (bax : paraqraf 105-106, yuxarıda) və Rachel Lambertin üçüncü müdaxilə edən tərəf olaraq ərini təmsil etmək müraciəti də rədd edilməlidir (bax : paraqraf 110-111, yuxarıda).
Bununla belə, Məhkəmə vurğulayır ki, qəbuledilənliklə bağlı mülahizələrinə baxmayaraq, hazırki işdə qaldırılan mahiyyəti ilə bağlı məsələləri Konvensiyanın 2-ci maddəsi baxımından araşdıracaqdır, çünkü onlar həmin məsələləri öz adlarından da qaldırırlar.
II. KONVENSİYANIN 2-Cİ MADDƏSİNİN İDDİA EDİLƏN POZUNTUSU
113. Ərizəçilər hesab edir ki, Vincent Lambertin süni qidalandırma və hidratasiyanın dayandırılması Dövlətin Konvensiyanın 2-ci maddəsindən irəli gələn öhdəliklərinə zidd olar. Onlar 22 aprel 2005-ci il qanununun açıq və dəqiq olmadığını bildirirlər və 11 yanvar 2014-cü il qərarına gətirib çıxaran prosesi mübahisələndirilər.
114. Hökumət bu fikrə etiraz edir.
A. Qəbuledilənlik barədə
115. Məhkəmə ölümünün Dövlətin məsuliyyətini yaratdığı iddia olunduğu hallarda şəxsin yaxın qohumlarının Konvensiyanın 2-ci maddəsinin pozuntusunun qurbanı olduğunu iddia edə bilməkləri barədəki təcrübəsini xatırladır (bax : paraqraf 90, yuxarıda). Vincent Lambertin bu günə qədər həyatda olsa da, dəqiqdir ki, süni hidratasiya və qidalandırma dayandırılmalı olacaq və ölümü yaxınlaşacaqdır. Beləliklə, potensial və ya gələcək pozuntudan söhbət getsə də (Tauira et 18 autres c. France, no 28204/95, Komissiyanın 4 dekabr 1995-ci il qərarı, Décisions et Rapports (DR) 83-A, səh. 131), Məhkəmə hesab edir ki, ərizəçilər, Vincent Lambertin yaxınları qismində yuxarıda istinad edilən 2-ci maddə barədə iddia qaldıra bilərlər.
116. Məhkəmə müəyyən edir ki, bu iddia Konvensiyanın 35-ci maddəsinin 3 a) bəndi mənasıda açıq-aydın əsaslandırıılmamış deyildir. Digər tərəfdən Məhkəmə bildirir ki, iddia başqa heç bir qəbuledilənlik motivi də tətbiq olunmur. Beləliklə, onu qəbuledilən elan etmək lazımdır.
B. Mahiyyət barədə
1. Tətbiq edilməli norma barədə
117 Məhkəmə xatırladır ki, Konvensiyanın Avropa Şurasını təşkil edən demokratik cəmiyyətlərin fundamental dəyərlərindən birini ehtiva edən maddələrindən olan 2-ci maddənin birinci cümləsi (McCann et autres c. Royaume-Uni, 27 sentyabr 1995, §§ 146-147, seriya A no 324) Dövlət üzərinə yalnız « bilərəkdən » ölümə səbəb olmaqdan çəkinmək (neqativ öhdəliklər) öhdəliyi qoymur, həm də yurisdiksiyası altında olan şəxslərin həyatlarının müdafiəsi üçün lazım olan tədbirləri görmək öhdəliyi (pozitiv öhdəliklər) qoyur (L.C.B. c. Royaume-Uni, 9 iyun 1998, § 36, Recueil des arrêts et décisions 1998‑III).
118. Məhkəmə bir-birinin ardından iki aspekti də araşdıracaqdır. Ilkin olaraq hazırki işdə yuxarıda istinad edilən 2-ci maddə mənasında neqativ öhdəliklərdən söhbət gedib-getmədiyini müəyyən edəcəkdir.
119. Ərizəçilər qidalandırma və hidratasiyanın dayandırılmasının əsassız inad halında qanuni ola biləcəyini qəbul etsələr və bir tərəfdən evtanaziya və yardımlı intihar ilə digər tərəfdən, əsassız olan müalicəni dayandırmaq və ya etməməkdən ibarət olan terappevtik çəkinmə arasında qanuni fərqi qəbul etdiklərini desələr də, öz təqdimatlarında dəfələrlə onların fikrincə bu şərtlər hazırki işdə olmamasını və bilərəkdən ölümə səbəb olmaqdan söhbət getdiyini bildirirlər və « evtanaziya » termininə istinad edirlər.
120. Hökumət vurğulayır ki, tibbi qərarın məqsədi həyatı bitirmək deyildir, xəstənin imtina etiyi hallarda və ya o iradəsini ifadə edə bilmirsə, tibbi və ya qeyri-tibbi elementləri nəzərə alaraq, həkim əsassız inad halının mövcud olduğunu hesab edərsə, müalicəyə son qoymaqdır. O, Dövlət Şurası qarşısındakı məruzəçinin 20 iyun 2014-cü il tarixli mülahizələrinə istinad edir. Bu mülahizələrdə bildirilirdi ki, mülacini dayandırarkən, həkim öldürmür, ediləcək bir şey qalmadıqda kənara çəkilməyi seçir (paraqraf 45, yuxarıda).
121. Məhkəmə müşahidə edir ki, 22 aprel 2005-ci il qanunu nə evtanaziyaya, nə yardımlı intihara icazə vermir. O, həkimə yalnız davam edəcəyi təqdirdə əsassız inadkarlıq olacaq müalicəni dayandırmağa icazə verir. Dövlət Şurasına təqdim etdiyi mülahizələrində Milli Tibb Akademiyası, həkim və xəstə arasında etibar bağının əsasını təşkil edən prinispi, həkimə başqasına bilərəkdən ölüm verməyin fundamental olaraq qadağan edilməsi prinsipini xatırladır. Bu qadağa, həkimin bilərəkdən ölümə səbəb olmaq hüququnun olmadığını bildirən əhalinin sağlamlığı məcəlləsinin R. 4127-38 maddəsində də yer alır (paraqraf 55 yuxarıda).
122. 14 fevral 2014-cü il tarixli iclasında Dövlət Şurası qarşısında dövlət məruzəçisi Səhiyyə nazirinin Leonetti qanununa baxan senatorlar qarşısındakı çıxışına istinad edir :
« Müalicənin dayandırılması (...) ölümə səbəb olsa da, bu hərəkətin məqsədi [öldürmək deyil,] ölümə öz təbii xarakterini vermək və rahatlaşdırmaqdır. Bu, xüsusilə rolları ölüm vermək olmayan tibb personalı üçün əhəmiyyətlidir.»
123. Glass Birləşmiş Krallığa q. ((qərardar), no 61827/00, 18 mart 2003) işində, ərizəçilər Konvensiyanın 2-ci maddəsinə əsaslanaraq onların razılığı olmadan oğullarına müalicə olunduğu xəstəxananın həkimi tərəfindən, ölüm riski ola-ola diamorfin verilməsindən şikayət edirdilər. Məhkəmə həkimlərin uşağı öldürmək, və ya ölümü yaxınlaşdırmaq niyyəti olmadığını bildirmiş və valideynlərin şikayətini dövlət orqanlarının pozitiv öhdəlikləri baxımından araşdırmışdır (bax : həmçinin Powell Birləşmiş Krallığa q. (qərardar), no 45305/99, CEDH 2000‑V).
124. Məhkəmə qeyd edir ki, ərizəçilər kimi Hökumət də bilərəkdən verilən ölümü terapevtik çəkinmədən fərqlədirirlər (bax : paraqraf 119-120, yuxarıda). Məhkəmə bu fərqləndirmənin əhəmiyyətini vurğulayır. Bilərəkdən ölümə səbəb olmağı qadağan edən və yalnız dəqiq müəyyən edilmiş hallarda süni olaraq həyatı davam etdirən müalicəni dayandırmağa və ya etməməyə icazə verən fransız qanunvericiliyi kontekstində Məhkəmə hazırki işin Dövlətin yuxarıda istinad edilən 2-ci maddə altında neqativ öhdəliklərinə aid olmadığını hesab edir və ərizəçilərin şikayətlərini Dövlətin pozitiv öhdəlikləri baxımından araşdıracaqdır.
2. Dövlətin pozitiv öhdəliklərinə riayət etməsi barədə
a) Tərəflərin və üçüncü müdaxilə edənlərin arqumentləri
i) Ərizəçilər
125. Ərizəçilər ilkin olaraq hesab edirlər ki, 22 aprel 2005-ci il qanunu Vincent Lambertin halına tətbiq edilmir, çünki, onların fikrincə o nə xəstə deyil, nə də həyatının sonunda deyil, ciddi şikəstlik vəziyyətindədir. Onlar qanunun aşağıdakı məsələlərlə bağlı « qeyri-dəqiq » olduğunu bildirirlər : əsassız inadkarlıq anlayışı (və xüsusilə qeyri-dəqiq hesab etdikləri müalicənin « yalnız həyatın süni olaraq davam etdirilməsinə xidmət edən» kimi xarakterizə edilməsi) və süni hidratasiya və qidalandırmanın qulluq tədbiri deyil, müalicə hesab edilməsi. Onlar hesab edirlər ki, Vincent Lambertə edilən interal qidalandırma dayandırıla bilə müalicə deyildir və onun vəziyyəti əsaasız inadkarlıq halına uyğun gəlmir.
126. Onlar hesab edirlər ki, 11 yanvar 2014-cü il qərarının qəbuluna gətirən proses Dövlətin Konvensiyanın 2-ci maddəsindən irəli gələn öhdəliklərinə uyğun deyildir. Onlar bildirirlər ki, prosedurun kollegiallığı səmərəli deyildir, çünki yalnız konsultativ rəylər alınır və həkim tək qərar verir. Onlar hesab edirlər ki, başqa həkimlərə və ya etibarlı şəxs seçilmədiyində ailə üzvlərinə qərarvermə prosesində iştirak etməyə imkan verən proseslər də mümkündür. Onlar bildirirlər ki, qanun ailə üzvləri arasında razılığın olmaması hipotezini də nəzərə almalı və ən azından mediasiya prosesi nəzərdə tutmalı idi.
ii) Hökumət
127. Hökumət bildirir ki, 22 aprel 2005-ci il qanunu yaşamaq hüququna hörmət ilə xəstənin müalicəni qəbul və ya ondan imtina etmək hüququnu uzlaşdırır. Əsassız inadkarlığın anlayışı Avropa Şurasının « Həyatın sonunda tibbi müalicələr barədə qərarvermə prosesi ilə bağlı təlimatlar »da xatırladılan xoşməramlılıq və ziyan verilməməsi barədə etik prinsiplərə əsaslanır ki, bunlara görə səhiyyə peşəkarları yalnız uyğun müalicə təyin edə bilərlər və yalnız xəstənin ümumi olaraq qiymətləndirilən mənafeyini rəhbər tuturlar. Bununla bağlı, həm tibbi, həm də xəstənin iradəsi kimi qeyri-tibbi elementlər nəzərə alınır. O xatırladır ki, qanunla bağlı parlament debatlarında, süni qidalandırma və hidratasiyanın müalicələr arasından çıxarılması ilə bağlı dəyişiklik təklifi rədd edilmişdi. Hökumət vurğulayır ki, müalicə həm də xəstənin funksional çatışmazlıqlarına cavab verən, müdaxiləçi tibbi texnikalardan istifadəni də nəzərdə tutan vasitə və müdaxilələri də əhatə edir.
128. Hökumət vurğulayır ki, fransız hüququ müəyyən prosedural təminatlar nəzərdə tutur: xəstənin iradəsinin, etibarlı şəxsin, ailə üzvlərinin və yaxınların rəyinin nəzərə alınması və ailə və yaxınların da cəlb edildiyi kollegial prosedur. O dəqiqləşdirir ki, həkimin qərarına məhkəmə qaydasında nəzarət vardır.
iii) Üçüncü müdaxilə edən tərəflər
α) Rachel Lambert
129. Rachel Lambert hesab edir ki, 22 aprel 2005-ci il qanunu həkimin qərarını çoxsaylı təminatlarla əhatə edir və hər kəsin ən uyğun müalicəni almaq hüququ ilə əsassız inadkarlıq hesab ediləcək müalicəyə məruz qalmamaq hüququnu uzlaşdırır. O vurğulayr ki, qanunvericinin məqsədi etibarlı şəxsin təyin edilməsi və ya əvvəldən yazılmış təlimatlarının olması halında xəstənin əvvəldən ifadə edilmiş iradəsinə hörmət olunmasını məhdudlaşdırmaq deyildi; əks halda, ilkin olaraq xəstənin iradəsinin nə olduğunu müəyyənləşdirmək məqsədilə ailənin fikri alınır.
130. Hazırki işdə həyata keçirilən kollegial prosedura istinad edən Rachel Lambert bildirir ki, Dr Kariger altı həkimlə məsləhətləşmiş (bunlardan üçü xəstəxanadan kənar həkimlərdir), demək olar ki, bütün personalın və həkimlərin iştirak etdiyi iclas keçirmişdir, iki dəfə ailə iclası etmişdir və qərarda uzun əsaslandırma hissəsi vardır ki, bu da prosesin ciddiliyini sübut edir.
β) François Lambert və Marie-Geneviève Lambert
131. François Lambert və Marie-Geneviève Lambert həkimin qərarının yuxarıda istinad edilən 22 aprel 2005-ci il qanuna uyğun olaraq qəbul edildiyini hesab edirlər və bu qanunun müddəalarını xatırladırlar. Onlar vurğulayırlar ki, Dövlət Şurasının əmr etdiyi tibbi ekspertiza məlumatları müalicə anlayışını yalnız süni olaraq həyatı davam etdirməyə xidmət edən kimi xarakterizə etməmiş, həm də Vincent Lambertin interal qidalanma və hidratasiya üçün tibbi yardım olmadan qidalanmaq və içmək bacarığının olmamasının ölümünə səbəb olacağının vurğulamışdır.
132. Onlar bildirirlər ki, hazırki işdə qərarvermə prosesi çox üzün, detalı və hər kəsin hüquqlarına, tibb və qeyri-tibb personalının, eləcə də iştirak etməyə dəvət edilmiş və hər bir etapda məlumatlandırılmış ailə üzvlərinin fikirlərinə hörmətli (xüsusilə, ərizəçilər bütün proses boyunca özlərinin seçdikləri həkimin yardımından faydalanmışlar) olmuşdur. Onların fikrincə, qərar qanuni prosedura və Avropa Şurasının Həyatın sonu hallarında tibbi müalicələrlə bağlı qərarvermə prosesi barədə Təlimata uyğun verilmişdir.
γ) L’UNAFTC (Kəllə travması və Beyin zədələri almış Şəxslərin Ailələrinin Milli Assosiasiyası)
133. L’UNAFTC fikirlərinə qatıldıqları ailə və qurumların narahatlıqlarını dilə gətirirlər və aşağıdakı məsələləri bildirir: xroniki vegetativ vəziyyətdə və məhdud münasibət vəziyyətində olan xəstələr və həyatın sonunda deyillər və həyatda süni olaraq saxlanmırlar; həyatı əhəmiyyətli orqanlar zədələnməkdə süni qidalandırma və hidratasiya dayandırıla bilən müalicə hesab edilə bilməz. L’UNAFTC hesab edir ki, xəstənin iradəsi, ailə üzvlərinin məlumat verdiyi şifahi fikirlər əsasında gümna edilə bilməz. O iddia edir ki, şübhə həmişə həyatın xeyrinə həll edilməlidir və bütün hallarda əvvəldən verilən təlimat və etibarlı şəxsi olmadıqda, müalicənin dayandırılması barədə qərar, ailə konsensusu olmadıda qəbul edilə bilməz.
δ) Amréso-Bethel
134. Minimum şüur və ya xroniki vegetativ vəziyyətdə olan xəstələrlə bağlı bir departamenti olan Amréso‑Bethel Təşkilatı, xəstələrlə necə məşğul olduqlarını izah edir.
ε) İnsan Hüquqları Klinikası
135. Dünyada həyatın sonu ilə bağlı konsepsiyalarda və passiv evtanaziyanın hansı şərtlərdə tətbiq edilməsinə dair fərqli fikirlərin olmasına görə İnsan Hüquqları Klinikası hesab edir ki, Dövlətlərə xəstənin şəxsi avtonomluq və həyatın müdafiəsi arasında tarazlaşdırmada mülahizə səlahiyyətindən faydalanmalıdır.
b) Məhkəmənin dəyərləndirməsi
i) Ümumi mülahizələr
α) Məhkəmə təcrübəsinin vəziyyəti
136. Məhkəmə hazırli işdə qalxan məsələlərlə bağlı heç vaxt fikir bildirməsə də, oxşar problemlərlə əlaqədar ona müraciət olunmuşdur.
137. Birinci qrup işlərdə, ərizəçilər və ya onların yaxınları Konvensiyanın müxtəlif maddələrinə əsaslanaraq ölmək hüququna istinad edirdilər.
Yuxarıda istinad edilən Sanles Sanles işində ərizəçi tetraplegik xəstəsi olan və üçüncü şəxslərin yardımı ilə həyatına son vermək istəyən və ərizənin verilməsindən öncə ölən ögey qardaşının adından Konvensiyanın 2, 3, 5, 6, 8, 9 və 14-cü maddələri altında ləyaqətli ölüm hüququnun olduğunu bildirirdi. Məhkəmə bu ərizəni Konvensiya müddəaları ilə ratione personae uyğunsuz olması səbəbilə rədd etmişdi.
Yuxarıda istinad edilən Pretty işində ərizəçi terminal mərhələdə olan sağalmayan nevro-degenerativ xəstəlikdən əziyyət çəkirdi və 2, 3, 8, 9 və 14-cü maddələrinə əsasən şikayət edirdi ki, əri Britaniya dövlət orqanlarının təqibinə məruz qalmadan ona intihar etməyə yardım edə bilməz. Məhkəmə belə nəticəyə gəlmişdir ki, bu maddələrin pozuntusu yoxdur.
Yuxarıda istinad edilən Haas və Koch işləri yardımlı intihar barədə idi və ərizəçilər Konvensiyanın 8-ci maddəsinə istinad edirdilər. Bipolar affektiv xəstəlikdən əziyyət çəkən Haas işində ərizəçi həyatına son vermək istəyirdi və bunun üçün letal maddəni reseptsiz almağın qeyri-mümkünlüyündən şikayət edirdi. Məhkəmə belə nəticəyə gəlmişdir ki, yuxarıda istinad edilən 8-ci maddənin pozutusu baş verməmişdir. Koch işində ərizəçi iddia edirdi ki, arvadına (paraliç keçirmiş və süni ventilyasiya altında olan) həyatına son qoymaq üçün ölmücül dərman dozasını əldə etməsinə icazə verilməməsi onun hüququna, eləcə də özünün şəxsi və ailə həyatına hörmət hüququna zidd idi. O həmçinin yerli məhkəmə orqanlarının onun şikayətinə mahiyyət üzrə baxmamasından da şikayət edirdi və Məhkəmə yalnız bu məsələ ilə bağlı 8-ci maddənin pozulduğunu elan etmişdi.
138. İkinci qrup işlərdə, ərizəçilər müalicənin edilməsi və dayandırılmasını mübahisələndirirdilər.
Yuxarıda istinad edilən Glass işində, ərizəçilər xəstə uşaqlarına onların razılığı olmadan xəstəxana həkimləri tərəfindən diamorfin verilməsindən, eləcə də xəstə kitabşasında « ayıltmamaq » qeydi ilə bağlı şikayət edirdilər. Yuxarıda istinad edilən 18 mart 2003-cü il qərardadında, Məhkəmə onların Konvensiyanın 2-ci maddəsi altındakı şiayətlərini açıq-aydın əsaslandırılmamış hesab etmiş, 9 mart 2004-cü il qərarında isə Konvensiyanın 8-ci maddəsinin pozulduğunu elan etmişdi.
Burke Birləşmiş Krallığa q. ((qərardad), no 19807/06, 11 iyul 2006) işində, ərizəçi sağalmaz nevro-degenerativ xəstəlikdən əziyyət çəkirdi və qorxurdu ki, Birləşmiş Krallıqda tətbiq edilən qaydaların zamanı gəldiyində onun süni qidalandırılması və hidratasiyasının dayandırılmasına səbəb olsun. Məhkəmə Konvensiyanın 2, 3 və 8-ci maddələri ilə bağlı şikayətləri açıq-aydın əsaslandırılmış olaraq qəbuledilməz elan etmişdir.
Nəhayət, yuxarıda istinad edilən Ada Rossi et autres qərardadında Məhkəmə fiziki şəxslər və təşkilatlar tərəfindən təqdim edilən Konvensiyanın 2 və 3-cü maddələri altında İtaliya Kassasiya Məhkəməsinin vegetativ vəziyyətdə olan bir gənc qızın süni hidratasiya və qidalandırılmasının dayandırılması barədə qərarının icrasının onlara neqativ təsiri ola biləcəyi ilə bağlı şikayəti ratione personae uyğunsuz hesab etmişdir[1]
139. Məhkəmə xatırladır ki, yuxarıda istinad edilən Glass və Koch işlərində 8-ci maddənin pozuntusu istisna olmaqla, bu işlərin heç birində pozuntu olduğunu elan etməmişdir.[2]
β) Kontekst barədə
140. Maddə 2 Dövlət üzərinə yurisdiksiyası altındakı şəxslərin həyatlarının müdafiə etmək üçün lazımi tədbirlərin görülməsi öhdəliyi qoyur (L.C.B., yuxarıdakı istinad, § 36, və yuxarıda istinad eedilən Powell); əhalinin sağlamlığı sahəsində bu pozitiv öhdəliklər Dövlət tərəfindən dövlət və ya özəl xəstəxanaları xəstələrin həyatlarının müdafiəsini təmin edən tədbirləri görməyə məcbur edən qanunvericilik çərçivəsini yaratmaq öhdəliyini də ehtiva edir (Calvelli et Ciglio c. Italie [GC], no 32967/96, § 49, CEDH 2002‑I, yuxarıda istinad edilən Glass qərardadı, Vo c. France [GC], no 53924/00, § 89, CEDH 2004‑VIII və Valentin Câmpeanu adından Hüquq Ehtiyatları Mərkəzi Rumıniyaya q., yuxarıdakı istinad, § 130).
141. Məhkəmə vurğulayır ki, hazırki işdə evtanaziya məsələsi ilə deyil, həyatı süni olaraq davam etdirən müalicənin dayandırılması ilə bağlı müraciət olunmuşdur (bax : paraqraf 124, yuxarıda).
142. Məhkəmə yuxarıda istinad edilən Haas işində (§ 54) bildirmişdir ki, Konvensiya bir bütün halında oxunmalıdır (bax : mutatis mutandis Verein gegen Tierfabriken Schweiz (VgT) c. Suisse (no 2) [BP], no 32772/02, § 83, CEDH 2009). Bu işdə Məhkəmə 8-ci maddənin mümkün pozuntusunun araşdırılması zamanı hesab etmişdir ki, Konvensiyanın 2-ci maddəsinə istina etmək uyğun olardı (ibidem). Məhkəmə hesab edir ki, əksi də doğrudur: hazırki iş kimi işlərdə Konvensiyanın 2-ci maddəsinin mümkün pozuntusu ilə bağlı 8-ci maddəyə və şəxsi həyata hörmət hüququna, eləcə də ona daxil olan şəxsi avtonomiya hüququna istinad etmək lazımdır. Məhkəmə Pretty qərarında (§ 67) bildirmişdir ki, «ərizəçiyə, fikrincə həyatının ləyaqətsiz və ağrılı sonu olacağı vəziyyətdən qaçınmaq seçimini etməsinə qanunla icazə verilməməsi faktının Konvensiyanın 8-ci maddəsinin 1-ci bəndi məansında şəxsin şəxsi həyatına hörmət hüququna zərbə olmasını istisna edə bilməz». Yuxarıda istinad edilən Haas işində (§ 51), Məhkəmə təsdiq etmişdir ki, fərdin həyatına necə və nə zaman son qoymağa qərar verməsi şəxsi həyata hörmət hüququnun bir aspektidir.
Məhkəmə xüsusilə, aşağıdakıları ifadə etdiyi Pretty qərarının 63 və 65-ci paraqraflarına istinad etmişdir:
« Tibb sahəsində, hər hansı bir müalicədən imtina, fatal sonluqla nəticələnə bilər, lakin yetkin və şüurlu şəxs olan xəstənin razılığı olmadan müalicənin edilməsi, Konvensiyanın 8-ci maddəsinin 1-ci bəndinin təsbit etdiyi hüquqlarla bağlı olan şəxsin fiziki bütövlüyünə zərbə hesab edilə bilər. Daxili məhkəmə təcrübəsində qəbul olunduğu kimi, bir şəxs, həyatı uzatmağa xidmət edə biləcək müalicəyə razılıq verməkdən imtina edərək ölməyi seçmək hüququna iddia edə bilər. »
« İnsan ləyaqəti və azadlığı Konvensiyanın özəyini təşkil edir. Konvensiya ilə qorunan həyatın müqəddəs xarakterinni danmadan, Məhkəmə hesab edir ki, həyat keyfiyyəti anlayışı 8-ci maddə altında tam mənasını verir. Tibbin inkişaf etdiyi və ömrün uzandığı hazırki dövrdə bir çox insanlar onların özlərini dərk etmələri və şəxsi identikliyi ilə ziddiyyət təşkil edəcək şəkildə irəliləyən yaşa qədər həyatda saxlanacağından və ya ciddi fiziki və ya əqli tükənmədən narahat olurlar. »
143. Məhkəmə Dövlətin 2-ci maddədən irəli gələn öhdəliklərinin araşdırılması zamanı bu mülahizələri nəzərə alacaqdır. Məhkəmə onu da xatırladır ki, yuxarıda istinad edilən Glass və Burke işlərində dərman verilməsi və ya dayandırılması ilə bağlı məsələlərə baxdığı zaman aşağıdakı elementləri nəzərə almışdır :
- daxili hüquq və təcrübədə 2-ci maddəyə uyğun qanunvericilik çərçivəsinin olması (Glass qərardadı, yuxarıdakı istinad) ;
- ərizəçi və yaxınları tərərfindən əvvəlcədən ifadə edilmiş arzunun, eləcə də tibbi personalın rəyinin nəzərə alınması (Burke qərardadı, yuxarıdakı istinad) ;
- xəstənin maraqlarına ən uyğun qərarın qəbul edildiyinə şübhə halında məhkəməyə müraciət imkanı (ibidem).
Məhkəmə hazırki işin araşdırıılmasında bu elementləri nəzərə alacaqdır. O həmçinin Avropa Şurasının Həyatın sonu hallarında tibbi müalicələrlə bağlı qərarvermə prosesi barədə Təlimatında qeyd edilən meyarları da nəzərə alacaqdır (paraqraf 60-68, yuxarıda).
γ) Mülahizə səlahiyyəti barədə
144. Məhkəmə xatırladır ki, maddə 2 Konvensiyanın əhəmiyyətli maddələri arasındadır və sülh zamanı heç bir geriçekilməyə yol verilmir və nəzərdə tutlan istisnalar çox ciddi təfsir olunur (bax : xüsusilə, Giuliani et Gaggio c. Italie [GC], no 23458/02, §§ 174-177, CEDH 2011 (çıxarışlar)). Bununla belə, Dövlətin pozitiv öhdəliklıəri kontekstində, xüsusilə həyatın əvvəli və ya sonu bağlı mürəkkəb elmi, hüquqi və etik məsələlərlə əlaqədar və Üzv Dövlətlərdə konsensus olmadıqda Məhkəmə Dövlətlərə müəyyən mülahizə səlahiyyəti tanıyır.
İlkin olaraq, Məhkəmə xatırladır ki, yuxarıda istinad edilən Vo işində (ərizəçinin uşağının ana bətnində (in utero) ölümündən ehtiyatsızlıqdan öldürülməsi ilə bağlı şəxsin buraxılması ilə əlaqədar iş) həyatın başlanğıc nöqtəsini Konvensiyanın 2-ci maddəsi baxımından araşdırarkən Məhkəmə belə nəticəyə gəlmişdir ki, bu məsələ bu sahədə Dövlətlərə tanınmalı olan mülahizə səlahiyyəti daxilindədir. Məhkəmə üzv Dövlətlər arasında həyatın başlanğıcı ilə bağlı ümumi həll yolunun olmaması və elmi və hüquqi anlayışla bağlı konsensusun olmamasını nəzərə almışdır (§ 82).
Məhkəmə, bu yanaşmanı xüsusilə (daxili qanunvericiliyin ərizəçinın keçmiş partnyorunun birlikdə yaratdıqları embriounun saxlanmasına və istifadəsinə razılığının geri çəkməsinə icazə verməsinə dair) Evans Birləşmiş Krallığa q. (Evans c. Royaume‑Uni ([BP], no 6339/05, §§ 54-56, CEDH 2007‑I) və (ərizəçilərin əsasən Konvensiyanın 8-ci maddəsi altında İrlandiyada xəstəlik və ya rifah motivilə abortun qadağan olunmasına dair) A, B və C İrlandiya q. (A, B et C c. Irlande ([BP], no 25579/05, § 237, CEDH 2010) işlərində də təkrar etmişdir.
145. Yardımlı intihar məsələsinə gəlincə, Konvensiyanın 8-ci maddəsi kontekstində Məhkəmə bildirmişdir ki, fərdin həyatına necə və nə zaman son qoymaq hüququ ilə Avropa Şurası üzv Dövlətləri arasında konsensus yoxdur və belə nəticəyə gəlmişdir ki, bu sahədə Dövlətlərin mülahizə səlahiyyəti « əhəmiyyətli »dir (Haas, yuxarıdakı istinad, § 55 və Koch, yuxarıdakı istinad, § 70).
146. Digər tərəfdən, Məhkəmə ərizəçinin ərinin qəza nəticəsində ölümündə dövlət orqanlarının məsuliyyətinə dair Ciechońska Polaşaya q. (Ciechońska c. Pologne (no 19776/04, § 65, 14 iyun 2011) işində ümumi şəkildə elan etmişdir ki, Dövlət tərəfindən yuxarıda istinad edilən 2-ci maddədən irəli gələn pozitiv öhdəliklərini yerinə yetirmək üçün vasitələrin seçimi onun mülahizə səlahiyyəti daxilindədir.
147. Məhkəmə müəyyən edir ki, bir çox üzvlər buna icazə vermiş kimi görünsə də, həyatı süni olaraq saxlamaq üçün edilən mülaicənin dayandırılmasına icazə ilə bağlı Avropa Şurası üzv Dövlətləri arasında konsensus yoxdur. Müalicənin dayandırılması qaydaları bir Dövlətdən digərinə fərqli olsa da, qərarın verilməsində ifadə formasından asılı olmadan, xəstənin iradəsinin əhəmiyyətliliyi ilə bağlı konsensus vardır (...)
148. Nəticədə, Məhkəmə hesab edir ki, həyatın sonu ilə bağlı bu sahədə, həyatın başlanğıcı sahəsindəki kimi Dövlətlərə, yalnız həyatı süni olaraq saxlamaq üçün edilən müalicənin dayandırılmasına icazə və onun həyata keçirilməsi qaydaları ilə bağlı deyil, həm də xəstənin yaşamaq hüququ ilə onun şəxsi həyata hörmət hüququ və şəxsi avtonomiyası arasında tarazlığın əldə edilməsi ilə bağlı mülahizə səlahiyyəti tanınmalıdır (bax : mutatis mutandis A, B və C, yuxarıdakı istinad, § 237). Bununla belə bu mülahizə səlahiyyəti qeyri-məhdud deyildir (ibidem, § 238) və Məhkəmə Dövlətin 2-ci maddədən irəli gələn öhdəliklərinə əməl edib etməməsini yoxlamaq hüququnu özündə saxlayır.
ii) Hazırki işə tətbiqi
149. Ərizəçilər 22 aprel 2005-ci il qanununun aydınlıq və dəqiqliyinin çatmamasını iddia edir və 11 yanvar 2014-cü il qərarına gətirən prosesi mübahisələndirirlər. Onların fikrincə, bu çatışmazlıqlar dövlət orqanlarının Konvensiyanın 2-ci maddəsindən irəli gələn öhdəliklərinə əməl etməməsinin nəticəsidir.
α) Qanunvericilik çərçivəsi
150. Ərizəçilər qanunun aydınlıq və dəqiqliyinin çatmamasından şikayət edir və hesab edirlər ki, bu qanun nə xəstə, nə də həyaının sonunda olmayan Vincent Lambertin halına tətbiq olunmur. Onlar həmçinin hesab edirlər ki, əsassız inadkarlıq və dayandırıla bilən müalicə anlayışları qanunda kifayət qədər dəqiqliklə verilməmişdir.
151. Məhkəmə 22 aprel 2005-ci il qanunu ilə dəyişdirilmiş (bax : paraqrafs 52‑54, yuxarıda) versiyada əhalinin sağlamlığı məcəlləsininin (bundan sonra « məcəllə ») verdiyi qanunvercilik çərçivəsinə göndəriş edir. Məhkəmə bundan əlavə xatırladır ki, təfsir məhkəmə funksiyasının həyata keçirilməsinin bir hissəsidir (bax : digər işlərlə yanaşı, Nejdet Şahin et Perihan Şahin c. Turquie [BP], no 13279/05, § 85, 20 oktyabr 2011). Məhkəmə müşahidə edir ki, hazırki işdə verilən qərarlardan əvvəl heç vaxt, fransız məhkəmə orqanlarına doqquz ildən bər qüvvədə olan 22 aprel 2005-ci il qanunun müddəalarının təfsiri üçün müraciət olunmamışdı. Hazırki işdə Dövlət Şurası qanunun tətbiq sahəsini dəqiqləşdirməli və « müalicə » və « əsassız inadkarlıq » anlayışlarını müəyyən etməli olmuşdur (bax : aşağıda).
- Qanunun tətbiq dairəsi
152. 14 fevral 2014-cü il tarixli qərarında, Dövlət Şurası qanunun tətbiq dairəsi barədə fikrini bildirmişdir : o hesab etmişdir ki, tətbiq edilən maddələrin terminlərindən, eləcə də qanunun qəbulundan əvvəlki parlament işlərindən belə çıxır ki, bu müddəalar ümumi əhəmiyyətlidir və xəstənin həyatının sonunda olub olmamasından asılı olmayaraq, səhiyyə sisteminin bütün istifadəçilərinə tətbiq olunmalıdır (paraqraf 33, yuxarıda).
153. Məhkəmə müşahdə edir ki, Dövlət Şurasına göndərdiyi təqdimatlarında 22 aprel 2005-ci il qanununun məruzəçisi Cənab Jean Leonetti amicus curiae olaraq dəqiqləşdirmişdir ki, qanun beyin travmaları olan xəstələrə, yəni xəstəliklərinin irəliləmiş mərhələsində olan, ciddi və sağalmaz xəstəliyə düçar olmuş və heç də həmişə « həyatın sonu »nda olmayan şəxslərə tətbiq olunur və bu da qanunvericini qanunu « hıyatın sonunda xəstələrin hüquqları » deyil, « xəstələrin hüquqları və həyatın sonu » adlandırmağa vadar etmişdir (bax : eyni istiqamətli fikirlər üçün, yuxarıdakı paraqraf 44, Milli Tibb Akademiyasının təqdimatları).
- Müalicə anlayışı
154. Dövlət Şurası, 14 fevral 2014-ci il qərarında dayandırıla və ya məhdudlaşdırıla bilən müalicələrin anlayışına şərh vermişdir. O yuxarıda istinad edilən L. 1110‑5 və 1111‑4 maddələrinin müddəalarını və parlament işlərini nəzərə alaraq hesab etmişdir ki, qanunverici həmin müalicələrə xəstənin həyati funksiyalarının süni saxlanmasını təmin etmək məqsədi daşıyan aktların məcmusunu daxil etmək istəmişdir və süni qidalanma və hidratasiya bu aktlara daxildir. Dövlət Şurasına amicus curiae qismində verilmiş təqdimatlar bu məsələ ilə bağlı eyni mövqədədirlər.
155. Məhkəmə qeyd edir ki, Avropa Şurası Həyatın sonu hallarında tibbi müalicələrlə bağlı qərarvermə prosesi barədə Təlimat bu məsələləri araşdırır: təlimatda dəqiqləşdirillir ki, müalicələrə yalnız xəstəliyin səbəblərinə təsir edərək, xəstənin səhhətinin yaxşılaşdırılması məqsədi daşıyan müdaxilələr deyil, həm də xəstəliyin etiologiyasına təsir etməyən, yalnız simptomlara təsir edənlər, və ya funksional çatışmazlığa cavab verənlər də daxildir. Təlimatda bildirilir ki, süni qidalandırma və hidratasiya xəstəyə tibbi göstəriş əsasında təyin edilir və bunun üçün prosedur və tibbi vasitə (perfuziya, daxili zondlama) seçilməlidir. Təlimatda bildirirlir ki, ölkədən asılı olaraq müxtəlif yanaşmalar mövcuddur: bəzi dövlətlər onu daxili qanunvericilidə nəzərdə tutulan şərtlər altında və təminatlarla məhdudlaşdırıla və ya dayandırıla bilən müalicə hesab edir; bu zaman yaranan suallar, xəstənin iradəsi və belə şəraitdə ən uyğun müalicənin xarakteri ilə bağlı olur. Qalan ölkələrdə, onlar şəxsin ilkin ehtiyaclarının ödənilməsi üçün edilən qulluqdur və həyatının son mərhələsində olan xəstənin istəyi halı istisna olmaqla dayandırıla bilməz (paraqraf 61, yuxarıda).
- Əsassız inadkarlıq anlayışı
156. Məcəllənin L. 1110‑5 maddəsinə əsasən, müalicə əgər faydasız, qeyri-mütənasib və ya « yalnız süni olaraq həyatı saxlamağa xidmət edən » olarsa, əsassız inadkarlıq hesab edilər (bax : paraqraf 53, yuxarıda). Hazırki işdə tətbiq edilən bu sonuncu meyardır və ərizəçilər onu qeyri-dəqiq hesab edirlər.
157. Dövlət Şurasına amicus curiae qismində təqdimatlarında Cənab Leonetti ilkin olaraq nəzərdə tutulan « həyatı süni olaraq uzadan » ifadəsindən daha ciddi olan bu ifadəni dəqiqləşdirmişdir. Bu ifadə daha məhdudlaşdırıcıdır və həyatın süni olaraq saxlanmasına xidmət ediir, «sırf bioloji mənada işlənir və ikili xarakterə malikdir; ciddi və geridönülməz beyin zədələri almış və vəziyyətindən artıq heç vaxt özünü anlamaq və başqaları ilə münasibət qurmaq imkanının olmayacağı görünən xəstələri hədəf alır» (paraqraf 44 yuxarıda). Eyni mövqedən, Həkimlər İttifaqının Milli Şurası zaman anlayışının əhəmiyyətini vurğulamış və bildirmişdir ki, xronikiyə çevrilmiş, şəxsin vəizyyətinin fizioloji olaraq pisləşməsinə və dərk və münasibət funksiyalarının itirilməsinə səbəb olan patoloji vəziyyət olduqda, heç bir yaxşılaşma müşahidə olunmadıqda, inadkarlıq əsassız hesab edilə bilər (ibidem).
158. 24 iyun 2014-cü il qərarında, Dövlət Şurası həkim tərəfindən əsassız inadkarlıq şərtlərinin mövcud olduğunu müəyyənləşdirmək üçün nəzərə alınmalı elementləri xırdalayır və bildirir ki, hər bir vəziyyətə işin xüsusi hallarında baxılmalıdır: tibbi elementlər (onlar kifayət qədər uzun müddət davam etməlidir, kollegial olaraq analiz edilməlidir və xüsusilə xəstənin vəizyyəti, onun vəziyyətinin inkişafı, ağrıları və klinik diaqnozlarla bağlı olmalıdır) və qeyri-tibbi elementlər, yəni ifadə formasından asılı olmayaraq və həkimin « xüsusi əhəmiyyət verməli olduğu » xəstənin arzusu və etibarlı şəxsin, ailə və yaxınların rəyləri.
159. Məhkəmə bildirir ki, Dövlət Şurası bu qərarda iki əhəmiyyətli təminatı açıqlamışdır: o ilkin olaraq təsdiq etmişdir ki, «şəxsin yalnız geridönülməz süursuzluq halında olması və ya, daha da vacibi, onun bu şəkildə qidalandırılması və hidratasiayasına səbəb olan müstəqilliyini itirmiş vəziyyətdə olması, müalicənin davam etdirilməsinin əsassız inadkarlıqdan qaçınmaq üçün əsaslandırılmamış görünməsi halı». Digər tərəfdən, o vurğulamışdır ki, xəstənin arzusu bilinməyəndə, bu, həyatda saxlanmaqdan imtina hesab edilə bilməz (paraqraf 48 yuxarıda).
160. Bu analizdən sonra, Məhkəmə ərizəçilərin arqumentlərini qəbul edə bilməz. O hesab edir ki, Dövlət Şurasının şərh etdiyi şəkildə 22 aprel 2005-ci il qanununun müddəaları Konvensiyanın 2-ci maddəsi mənasında hazırki işdəki kimi bir vəziyyətdə həkimin qərarını dəqiq şəkildə müşayiət etmək üçün kifayət qədər aydın qanunvericilik çərçivəsi təşkil edir. Məhkəmə bu nəticəyə gəlir ki, Dövlət xəstələrin yaşamaq hüququnun müdafiəsini təmin etmək üçün lazım olan tənzimləyici çərçivəni yaratmışdır (bax : paraqraf 140, yuxarıda).
β) Qərarvermə prosesi
161. Ərizəçilər qərarvermə prosesini mübahisələndirir və hesab edirlər ki, o həqiqətən kollegial olmalı idi və ya ən azından, razılıq olmadıqda mediasiya prosesi nəzərdə tutmalı idi.
162. Məhkəmə ilkin olaraq bildirir ki, nə maddə 2, nə də yurisprudensiya, mümkün razılığa gəlmək üçün lazım olan prosedurla bağlı öhdəliklə müəyyən edən şəkildə oxuna bilməz. O xatırladır ki, yuxarıda istinad edilən Burke işində Məhkəmə, xəstənin arzusunun müəyyən edilməsinə və yaxınlarının, eləcə də tibbi personalın digər üzvlərinin rəylərinin öyrənilməsinə çalışılan proseduru maddə 2-y uyğun hesab etmişdi (paraqraf 143, yuxarıda).
163. Məhkəmə müşahidə edir ki, fransız hüququnda nəzərdə tutulan prosedur « kollegial » adlansa və bir neçə məsləhətləşmə mərhələsindən ibarət olsa da (tibbi personalla, qulluq personalı ilə, ən azı bir başqa həkimlə, etibarlı şəxs, ailə və yaxınlarla), qərarı verən şəxs xəstədən məsul həkimdir. Xəstənin arzusu nəzərə alınmalıdır. Qərar əsaslandırılmış olmalı və xəstənin faylına qoyulmalıdır.
164. Amicus curiae qismində təqdimatlarında Cənab Jean Leonetti xatırlatmışdır ki, qanun müalicənin dayandırılması ilə bağlı məsuliyyəti yalnız həkimin üzərinə qoyur və günahkarlıq hissindən qaçınmaq və qərarvericinin müəyyənləşdirilə bilməsi üçün bu məsuliyyəti ailəyə ötürmək istəməmişdir.
165. Məhkəmənin sərəncamında olan müqayisəli hüquq elementlərindən aydın olur ki, müalicənin dayandırılmasına icazə verən Dövlətlərdə xəstənin əvvəlcədən ifadə edilmiş rəyi olmadıqda müaicənin dayandırılması ilə bağlı yekun qərarın qəbul qaydası ilə bağlı müxtəlif sistemlər mövcuddur: qərar həkim (bu ən çox yayılmış formadır), həkim və ailə ilə birgə, ailə və ya qanuni nümayəndə və ya məhkəmələr tərəfindən qəbul oluna bilər (...)
166. Məhkəmə müşahidə edir ki, hazırki işdə kollelgial proses 2013-cü ilin sentyabrından 2014-cü illin yanvarına qədər davam etmişdir və bütün mərhələlərdə o qanunda nəzərdə tutulandan daha yaxşı şəraitdə həyata keçirilmişdir: qanunvericlik bir və ya iki başqa həkimdən məsləhət alınmasını nəzərdə tutsa da, Dr Kariger aralarında ərizəçilərin təyin etdiyi altı həkimlə məslətləşmişdir; o demək olar ki, o, xəstəyə qulluq edən bütün personalı iclasa çağırmış və Vincent Lambertin arvadının, valideynlərinin, və səkkiz bacı-qardaşının iştirakı ilə iki ailə icalası keçirmişdir. Bu iclaslarda Vincent Lambertin arvadı və altı bacı-qardaşı, eləcə də altı həkimdən beşi müalicənin dayandırılması lehinə, ərizəçilər isə əleyhinə fikir bildirmişlər. Həkim Vincent Lambertin qardaşı oğlu François Lambertlə də görüşmüşdür. Onun on üç səhifəlik qərarı (yeddi səhifəlik qısa versiyası ailəyə də oxunmuşdu) ciddi əsaslandırılmışdır. Dövlət Şurası 24 iyun 2014-cü il qərarında belə nəticəyə gəlmişdi ki, həkimin qərarı qanunsuz deyildi (paraqraf 50, yuxarıda).
167. Dövlət Şurası hesab etmişdir ki, həkim ailə ilə məsləhətləşmək öhdəliyinə riayət etmişdir və ailədə fikir ayrılığı halında da qərara qəbul edə bilərdi. Məhkəmə qeyd edir ki, hazırki vəziyyətində fransız hüququ ailə ilə məsləhətləşməyi (onun qərar verilməsində iştirakını deyil) nəzərdə tutur, lakin ailə üzvləri arasında fikir ayrılığı halında mediasiya təşkil etmir. Qanunvericillik, bəzi Dövlətlərdən fərqli olaraq, ailə üzvlərinin fikirlərinin nəzərə alınma ardıcıllığını da müəyyən etmir.
168. Məhkəmə müəyyən edir ki, məsələ ilə bağllı konsensus yoxdur (bax : paraqraf 165, yuxarıda) və hesab edir ki, müalicənin dayandırılması barədə yekun qərarı verəcək şəxsin təyin edilməsi və qərarın verilməsi qaydası da daxil olmaqla, qərarvermə prosesinin təşkili Dövlətin mülahizə səlahiyyəti çərçivəsindədir. Məhkəmə müəyyən edir ki, hazırki işdə qərarvermə prosesi uzun və detallı olmuş və qanunda nəzərdə tutulandan da ciddi olmuşdur. Məhkəmə hesab edir ki, ərizəçilər prosesin sonu ilə razı olmasalar da, proses Konvensiyanın 2-ci maddəsindən irəli gələn tələblərə cavab vermişdir (bax : paraqraf 143, yuxarıda).
γ) Məhkəmə müraciətləri imkanları
169. Məhkəmə, nəhayət, hazırki işdə ərizəçilərin faydalandığı müdafiə vasitələrini araşdırcaqdır. Məhkəmə müşahidə edir ki, 22 aprel 2005-ci il qanununa əsasən birinci dəfə həkimin müalicəni dayandırmaq qərarından şikayət verilən Dövlət Şurası, özünün 14 fevral və 24 iyun 2014-cü il qərarlarında hazırki işdəki kimi hallarda inzibati hakimin nəzarətinin dairəsi ilə bağğlı ciddi dəqiqləşmələr aparmışdır.
170. Ərizəçilər inzibati ədalət məcəlləsinin L. 521‑2 maddəsinə əsasən azadlıqlar üzrə inzibati tribunala müraciət etmişdilər. Bu maddə nəzərdə tutur ki, « xüsusi təcili şəkildə müraciət edilən hakim inzibati orqanın ciddi və açıq-aydın qanunsuz şəkildə müdaxilə etdiyi fundmental azadlığın müdafiəsi üçün lazım olan bütün tədbirlərin görülməsini əmr edə bilər». Bu əsasla müraciət olunduqda, inzibati hakim tək formasiyada, təcilli şəkildə qərar verir və aydınlıq meyarı əsasında bütün təcili tədbirləri görə bilər (açıq-aydın qanunsuzluq).
171. Məhkəmə müəyyən edir ki, funksiyasının Dövlət Şurası tərəfindən müəyyən edildiyi şəkildə (paraqraf 32, yuxarıda), inzibati məhkəmə, yalnız hakimin qərarını dayandırmaq deyil, həm də əgər lazım olarsa, kollegial qaydada və tibbi ekspertiza keçirilməkə və amicus curiae rəy almaqla bu qərarın qanuniliyinin bütövlüklə (yalnız açıq-aydın qanunsuzluq meyarına görə deyil) yoxlamaq səlahiyyətinə malikdir.
172. Dövlət Şurası 24 iyun 2014-cü il qərarında həmçinin dəqiqləşdirmişdir ki, belə bir halda özünün xüsusi funksiyası nəzərə alınaraq, məhkəmə ‑ qərarın qanuna uyğunluğu ilə bağlı arqumentlərdən başqa – tətbiq edilən qanunvericilik müddəalarının Konvensiyaya uyğunluğunu da araşdıra bilər.
173. Məhkəmə müəyyən edir ki, Dövlət Şurası işə tam tərkibində baxmışdır (on yeddi üzvdən ibarət mübahisə və qeyri-mübahisə palataları) ki, bu da belə prosedurlar üçün qeyri-adi haldır. 14 fevral 2014-ci il qərarında o bildirmişdir ki, Liège xəstəxanasında edilən analizlər iki il yarım əvvəl edilmişdir və Vincent Lambertin səhhətinin vəziyyəti ilə bağlı daha ətraflı məlumata ehtiyac vardır. Beləliklə Şura nevrologiya sahəsində üç tanınmış mütəxəssis tərəfindən tibbi ekspertiza keçirilməsini əmr etmişdir. Digər tərəfdən, işdə yaranana sualların əhəmiyyəti və mürəkkibliyini nəzərə alaraq o, Milli Tibb Akademiaysından, Etika üzrə Milli Konsultativ Komitədən, Milli Həkimlər Şurasından və Cənab Jean Leonettidən amicus curiae qismində xüsusilə əsassız inadkarlıq və həyatın süni saxlanması anlayışlarının aydınlaşdıracaq ümumi rəylər istəmişdir.
174. Məhkəmə müəyyən edir ki, ekspertiza çox dərin keçirilmişdir: ekspertlər Vincent Lamberti doqquz dəfə müayinə etmişlər, müxtəlif analizlər keçirmişlər, bütün tibbi faylı araşdırmışlar, ekspertiza üçün əhəmiyyətli olan məhkəmə mübahisəsi ilə bağlı iş materiallarını incələmişlər və 24 mart və 23 aprel 2014-ci il tarixlərində bütün maraqlı tərəflərlə (ailə, tibbi və qulluq komandaları, məsləhətçi həkimlər və UNAFTC) və xəstəxana nümayəndələri) görüşmüşlər.
175. 24 iyun 2014-cü ildə, Dövlət Şurası ilk olaraq əhalinin sağlamlığı məcəlləsinin müvafiq müddəalarının Konvensiyanın 2, 8, 6 və 7-ci maddələri ilə (bax : paraqraf 47, yuxarıda), sonra Dr Karigerin qəbul etdiyi qərarın məcəllənin müddəaları ilə uyğunluğunu araşdırmışdır (bax : paraqraf 47‑50 yuxarıda). Onun nəzarəti kollegial prosesin qanunililyi və qanunla mahiyyətlə bağlı nəzərdə tutulan şərtlərə əməl edilməsi ilə əlaqədar olmuşdur və o hesab etmişdir ki, xüsusilə ekspertiza nəticələrinə əsasən, bu şərtlərə əməl edilmişdir. O xüsusilə müəyyən etmişdir ki, ekspertizadan belə nəticə çıxır ki, Vincent Lambertin kliniki vəziyyəti xroniki vegetativ vəziyyətə uyğundur, o ciddi və yayılmış zədələr almışdır və bu zədələrin ciddiliyi və qəzadan keçən beş il yarımlıq müddət zədələrin « pis kliniki proqnoz »lu və geridönülməz olması nəticəsinə gəlməyə əsas verir. Dövlət Şurası hesab etmişdir ki, bu nəticələr Dr Karigerin gəldiyi nəticələri təsdiq edir.
176. Məhkəmə daha sonra müşahidə edir ki, Dövlət Şurası, həkim tərəfindən xəstənin arzusuna « xüsusi əhəmiyyət » verilməsinin vacibliyini vurğuladıqdan sonra (paraqraf 48, yuxarıda), Vincent Lambertin arzusunun nə olduğunu müəyyənəşdirməyə çalışmışdır. Sonuncu əvvəldən yazılı göstərişlər vermədiyindən və etibarlı şəxs təyin etmədiyindən, Dövlət Şurası onun arvadı Rachel Lambertin ifadələrini nəzərə almışdır. O müəyyən etmişdir ki, ər və arvad reanimasiyadakı və ya şikəstlikləri olan şəxslərlə bağlı iş təcrübəs olan iki tibb qardaşı və tibb bacısıdırlar və fürsət düşdüksə Vincent Lambert bir neçə dəfə böyük asılılıq haında süni olaraq həyatda saxlanmaq istəmədiyini bildirmişdir (bax: paraqraf 50, yuxarıda). Dövlət Şurası hesab etmişdir ki, mahiyyəti Vincent Lambertin qardaşı tərəfindən də təsdiq edilən bu ifadələr Rachel Lambert tərəfindən dəqiq şəkildə təqdim edilmişdir və onların tarixi də dəqqi bildirilmişdir. Şura digər bir çox bacı-qardaşlarının bu ifadələrin Vincent Lambertin şəxsiyyətinə, özkeçmişinə və fikirlərinə uyğun olaması barədə ifadələrini də nəzərə almış və bildirmişdir ki, ərizəçilər də onun əks fikir ifadə edəcəyini iddia etmirlər. Dövlət Şurası nəhayət hesab etmişdir ki, qanunla nəzərdə tutulan ailə ilə məsləhətləşmə həyata keçirilmişdir (ibidem).
177. Ərizəçilər konvensiyanın 8-ci maddəsinə istinad edərək iddia edirlər ki, Dövlət Şurası, Vincent Lambertin həddindən artıq ümumi hesab etdikləri bu şifahi fikirlərini nəzərə almamalı idi.
178. Məhkəmə ilkin olaraq xatırladır ki, əsas subyekt və aktor olan xəstənin razılığı, hətta iradəsini ifadə edəcək vəziyyətdə olmasa belə, qərarvermə prosesinin mərkəzində olmalıdır. Avropa Şurası Həyatın sonu hallarında tibbi müalicələrlə bağlı qərarvermə prosesi barədə Təlimatda göstərilir ki, xəstə, qərarvermə prosesinə əvvəlcədən ifadə etmiş olduğu istəyi vasitəsilə cəlb edilməlidir və bu istək bir ailə üzvünə və ya yaxına şifahi olaraq da bildirilə bilər (paraqraf 63, yuxarıda).
179. Məhkəmə həmçinin sərəncamında olan müqayisəli hüquq elementləri əsasında müəyyən edir ki, bəzi ölkələrdə əvvəlcədən yazılmış göstərişlər və ya « bioloji vəsiyyət » olmadıqda, xəstənin güman olunan iradəsi müxtəlif qaydada müəyyən olunur (qanuni nümayəndənin, ailənin bəyannamələri, xəstənin şəxsiyyətilə, inancları ilə bağlı başqa ifadə elementləri və s.).
180. Məhkəmə nəhayət xatırladır ki, yuxarıda istinad edilən Pretty işində (§ 63), hər bir şəxsin həyatını uzatmağa təsir edə biləcək müalicəyə razılıq verməkdən imtina etmək hüququnu tanımışdır. Belə olan halda, Məhkəmənin fikrincə, Dövlət Şurası ona təqdim edilən şahid ifadələrinin Vincent Lambertin müalicəsinin dayandırılması və ya davam etidirilməsi ilə bağlı arzusunu müəyyənləşdirmək üçün kifayət qədər dəqiq olub-olmadığını araşdıra bilmişdir.
δ) Yekun mülahizələr
181. Məhkəmə hazırki işin yaratdığı və çox mürəkkəb tibbi, hüquqi və etik məsələlərlə bağlı problemlərin əhəmiyyətinin tam fərqindədir. Hazırki işin hallarında, Məhkəmə xatırladır ki, müalicəni dayandırmaq qərarının daxili qanunvericiliyə və Konvensiyaya uyğunluğunu yoxlamaq, eləcə də xəstənin arzusunun milli qanunvericilyə uyğun müəyyən etmək ilk növbədə dövlət orqanlarının vəzifəsidir. Məhkəmənin rolu, Dövlətin Konvensiyanın 2-ci maddəsindən irəli gələn pozitiv öhdəliklərinə əməl edib etmədiyini araşdırmaqdır.
Bu yanaşmaya görə, Məhkəmə Dövlət Şurası tərəfindən şərh edilən şəkildə daxili qanunvericilikdə nəzərdə tutulan tənzimləyici çərçivənin və hazırki işdə diqqətli şəkildə həyata keçirilən qərarvermə prosesini bu maddənin tələblərinə uyğun hesab etmişdir. Digər tərəfdən, ərizəçilərin faydalandığı məhkəmə müraciətləri ilə bağlı, Məhkəmə belə nəticəyə gəlmişdir ki, hazırki iş dərin araşdırma predmeti olmuşdur və bu prosesdə bütün nöqteyi-nəzərlər ifadə edilmiş, məsələnin bütün aspektləri həm detallı tibbi ekspertiza, həm də tibb və etika üzrə ölkənin ən yüksək instansiyalanın ümumi mülahizələri işığında müdrikcə araşdırılmışdır.
Nəticədə, Məhkəmə belə nəticəyə gəlir ki, dövlət orqanları bu sahədə onlara tanınan mülahizə səlahiyyəti nəzərə alınmaqla Konvensiyanın 2-ci maddəsindən irəli gələn pozitiv öhdəliklərinə əməl etmişlər.
ε) Nəticə
182. Bundan belə nəticə çıxır ki, Dövlət Şurasının 24 iyun 2014-cü il qərarının tətbiqi halında Konvensiyanın 2-ci maddəsinin pozuntusu baş verməyəcəkdir.
(...)
BU ƏSASLARLA, MƏHKƏMƏ,
1. Elan edir ki, ərizəçilərin 2-ci maddə ilə bağlı öz adlarından verdikləri ərizə qəbulediləndir (yekdilliklə);
2. Elan edir ki, qalan hissələrdə şikayət qəbuledilməzdir (on iki səsə qarşı beş səs);
3. Rachel Lambertin üçüncü müdaxilə edən tərəf qismində Vincent Lamberti təmsil etmək müracətini rədd edir (yekdilliklə);
4. Dövlət Şurasının 24 iyun 2014-cü il qərarının tətbiqi halında Konvensiyanın 2-ci maddəsinin pozuntusu baş verməyəcəyını elan edir (on iki səsə qarşı beş səs);
(...)
Fransızca və ingiliscə hazırlanmış, Məhkəmə Reqlamentinin 77-ci maddəsinin 2 və 3-cü bəndinə əsasən İnsan Hüquqları sarayında 5 iyun 2015-ci ildə məhkəmə iclasında elan edilmişdir.
Erik FriberghDean Spielmann
Məhkəmə katibiSədr
Hazırki qərara Konvensiyanın 45-ci maddəsinin 2-ci bəndi və Məhkəmə Reqlamentinin 74-cü maddəsinin 2-ci bəndinə uyğun olaraq hakimlər Hajiyev, Šikuta, Tsotsoria, De Gaetano və Griţconun xüsusi rəyləri əlavə edilir.
D.S.
E.F.
Xüsusi rəylər tərcümə olunmamışdır, lakin qərarın Məhkəmənin HUDOC məlumat bazasındakı ingiliscə və ya fransızca olmaqla, rəsmi versiyalarında onları oxumaq olar.
©Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2015
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə və onun keyfiyyətinə görə heç bir məsuliyyət daşımır. Tərcüməni Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnu təşkil edən işlərin daxil olduğu HUDOC məlumat bazasından () və ya Məhkəmənin razılığı ilə yerləşdirilən istənilən digər məlumat bazasından yükləmək olar. Tərcüməni qeyri-kommersiya məqsədlərilə bu şərtlə yenidən nəşr etmək mümkündür ki, məhkəmə işinin tam adı, yuxarıda göstərilmiş müəllif hüququna dair qeyd və Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fonduna istinad göstərilsin. Tərcümənin hər hansı bir hissəsindən kommersiya məqsədi ilə istifadə etmək nəzərdə tutularsa, bu ünvana müraciət etmənizi xahiş edirik publishing@.
© Council of Europe/European Court of Human Rights, 2015
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2015
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante : publishing@
[1] Bu paraqraf Məhkəmə Reqlamentinin 81-ci maddəsinə uyğun olaraq dəyişdirilmişdir.
[2] Bu paraqraf Məhkəmə Reqlamentinin 81-ci maddəsinə uyğun olaraq dəyişdirilmişdir.
Full & Egal Universal Law Academy