© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2015. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə görə heç bir məsuliyyət daşımır. Əlavə məlumat almaq üçün bu sənədin sonunda verilmiş müəllif hüququna dair tam məlumata baxın.
© Council of Europe/European Court of Human Rights, 2015. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2015. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
Məhkəmə təcrübəsi üzrə məlumat qeydi 186
İyun 2015
Lambert və başqaları Fransaya q. [BP] - 46043/14
Qərar 5.6.2015 [BP]
Maddə 2
Pozitiv öhdəliklər
Tamamilə asılılıq halında olan şəxsin həyatda saxlanması üçün süni qidalandırma və hidratasiyanın dayandırılması: pozuntu yoxdur
Maddə 34
Locus standi
Tam asılılıq halındakı bir şəxsin yaxınlarının onun adından şikayət vermək hüququnun olmaması
Faktlar – Ərizəçilər müvafiq olaraq, Vincent Lambertin valideynləri, ögey qardaşı və bacısıdır. 2008-ci ilin sentyabrında yol qəzasının qurbanı olan Vincent Lambert kəllə travamasına məruz qalmış və tetralegik və bütünlüklə asılı vəziyyətə salmışdır. l’a rendu tétraplégique et entièrement dépendant. O daxili zondlama yolu ilə süni qidalanma və hidratasiyadan faydalanır. 2013-cü ilin sentyabrında, Vincent Lambertin məsul həkimi xəstələrin hüquqları və həyatın sonu ilə əlaqədar Leonetti qanununda nəzərdə tutulan məsləhətləşmə prosedurunu başlatmışdır. O, biri ərizəçilər tərəfindən təyin edilən altı həkimlə məsləhətləşmiş, demək olar ki, bütün tibbi personalı toplamış və Vincent Lambertin arvadı, valideynləri və səkkiz bacı-qardaşını cəlb etməklə iki ailə icalası çağırmışdır. Bu iclaslarda, Vincent Lambertin arvadı Rachel və altı bacı-qardaşı və altı həkimdən beşi müalicənin dayandırılması lehinə fikir bildirmiş, ərizəçilər əleyhinə olmuşlar. Həkim Vincent Lambertin qardaşı oğlu François Lambertlə də görüşmüşdür. 11 yanvar 2014-cü ildə Vincent Lambertdən məsul həkim xəstənin qidalanma və hidratasiyasını dayandırmaq qərarı aldı.
Refere hakimi qismində müraciət olunan Dövlət Şurası bildirmişdir ki, edilən analizlər iki il yarım əvvəl həyata keçirilmişdir və Vincent Lambertin səhhəti ilə bağlı daha detallı məlumata ehtiyac vardır. O tanınmış üç nevrologiya mütəxəssisinə tibbi ekspertiza keçirilməsini əmr etmişdir. Digər tərəfdən, hazırki işdə qalxan sualların səviyyəsi və çətinliyini nəzərə alaraq, Dövlət Şurası Milli Tibb Akademiyasından, Milli Konsultativ Etika Komitəsindən, Milli Həkim Şurasından və Cənab Jean Leonettidən amicus curiae qismində xüsusilə əsassız inadkarlıq və həyatın süni saxlanması anlayışlarına aydınlıq gətirəcək ümumi mülahizələrini təqdim etməklərini xahiş etmişdir. Ekspertlər Vincent Lambertə doqquz dəfə müayinə etmişlər, bir sıra analizlər etmiş, bütün tibbi faylı araşdırmış, mübahisə faylının ekspertiza üçün əhəmiyyətli olan detalları araşdırmış və bütün maraqlı tərəflərlə görüşmüşdür. 24 iyun 2014-cü ildə, Dövlət Şurası Vincent Lambertin süni qidalanma və hidratasiyasının dayandırılması barədə 11 yanvar 2014-cü il qərarını qanuni hesab etmişdir.
Məhkəmə Reqlamentinin 39-cu maddəsinə əsasən müraciətə baxaraq Məhkəmə işə baxacağı müddət ərzində Dövlət Şurası tərəfindən verilən qərarın icarsını dayandırılmasını əmr etmişdir. 4 noyabr 2014-cü ildə, Məhkəmənin bir palatası öz səlahiyyətindən Böyük Palata xeyrinə əl çəkmişdir.
Ərizəçilər xüsusilə hesab edirlər ki, Vincent Lambertin süni qidalanma və hidratasiyasının dayandırılması 2-ci maddəsən irəli gələn öhdəliklərə ziddir.
Hüquqi məsələlər – a) Qəbuledilənlik
i. Vincent Lambertin adından və onun üçün hərəkət etmək hüququ barədə
α) Ərizəçilərlə əlaqədar – Məhkəmənin təcrübəsinin analizindən iki əsas meyar çıxır: birbaşa qurbanların səmərəli müdafiədən məhrum olmaq riski və qurbanla ərizəçi arasında mənafe münaqişəsi olmaması. Ilkin olaraq, Məhkəmə Vincent Lambertin hüquqlarının səmərəli müdafiəsindən məhrum olduğunu müəyyən etmir. Əslində, ərizəçilər, Vincent Lambertin yaxınları olaraq, öz adlarından 2-ci maddə altında qorunan yaşamaq hüququ ilə bağlı şikayət verə bilərlər. Ikinci meyarla bağlı, daxili prosesin ən əsas aspektlərindən birinin Vincent Lambertin arzusunu müəyyənləşdirmək olduğu qeyd edilir. Belə olan halda Məhkəmə, ərizəçilərin maraqları və Vincent Lambertin arzuladıqları arasında münaqişənin olduğunu hesab etmir. Nəticədə, ərizəçilər iddia etdikləri Konvensiyanın 2-ci maddəsinin pozuntusu barədə şikayəti Vincent Lambertin adından və onun üçün qaldırmaq hüququna malik deyillər.
β) Rachel Lambert (Vincent Lambertin arvadı)ilə bağlı – Konvensiyanın heç bir müddəası üçüncü müdaxilə edən tərəfə, kimisə Məhkəmədə təmsil etmək hüququ tanımır. Digər tərəfdən, Məhkəmə Reqlamentinin 44-cü maddənin 3 a) bəndinə görə, üçüncü müdaxilə edən tərəf « ərizəçidən başqa » hər bir şəxsdir. Belə olan halda, Məhkəmə yalnız Rachel Lambertin müraciətini rədd edir.
ii. Ərizəçilərinin qurban statusu barədə – Ölümünün Dövlətin məsuliyyətini yaratdığı iddia olunduğu hallarda şəxsin yaxın qohumlarının Konvensiyanın 2-ci maddəsinin pozuntusunun qurbanı olduğunu iddia edə bilməkləri barədəki təcrübəsini xatırladır. Vincent Lambertin bu günə qədər həyatda olsa da, dəqiqdir ki, süni hidratasiya və qidalandırma dayandırılmalı olacaq və ölümü yaxınlaşacaqdır. Beləliklə, potensial və ya gələcək pozuntudan söhbət getsə də ərizəçilər, Vincent Lambertin yaxınları qismində yuxarıda istinad edilən 2-ci maddə barədə iddia qaldıra bilərlər.
b) Mahiyyət – Maddə 2 : Həm ərizəçilər, həm də Hökumət ehtiyatsızlıqdan ölümə səbəb olma ilə terapevtik geriçəkilməni bir-birindən fərqləndirirlər və bu fərqin əhəmiyyətini vurğulayırlar. Bilərəkdən ölümə səbəb olmağı qadağan edən və yalnız dəqiq müəyyən edilmiş hallarda süni olaraq həyatı davam etdirən müalicəni dayandırmağa və ya etməməyə icazə verən fransız qanunvericiliyi kontekstində Məhkəmə hazırki işin Dövlətin yuxarıda istinad edilən 2-ci maddə altında neqativ öhdəliklərinə aid olmadığını hesab edir və ərizəçilərin şikayətlərini Dövlətin pozitiv öhdəlikləri baxımından araşdıracaqdır.
Bunun üçün aşağıdakı elementlər nəzərə alınır : daxili hüquq və təcrübədə 2-ci maddəyə uyğun qanunvericilik çərçivəsinin olması; ərizəçi və yaxınları tərərfindən əvvəlcədən ifadə edilmiş arzunun, eləcə də tibbi personalın rəyinin nəzərə alınması və xəstənin maraqlarına ən uyğun qərarın qəbul edildiyinə şübhə halında məhkəməyə müraciət imkanı. Avropa Şurasının Həyatın sonu hallarında tibbi müalicələrlə bağlı qərarvermə prosesi barədə Təlimatında qeyd edilən meyarlar da nəzərə alınır. Bir çox üzvlər buna icazə vermiş kimi görünsə də, həyatı süni olaraq saxlamaq üçün edilən mülaicənin dayandırılmasına icazə ilə bağlı Avropa Şurası üzv Dövlətləri arasında konsensus yoxdur. Müalicənin dayandırılması qaydaları bir Dövlətdən digərinə fərqli olsa da, qərarın verilməsində ifadə formasından asılı olmadan, xəstənin iradəsinin əhəmiyyətliliyi ilə bağlı konsensus vardır. Nəticədə, həyatın sonu ilə bağlı bu sahədə, həyatın başlanğıcı sahəsindəki kimi Dövlətlərə, yalnız həyatı süni olaraq saxlamaq üçün edilən müalicənin dayandırılmasına icazə və onun həyata keçirilməsi qaydaları ilə bağlı deyil, həm də xəstənin yaşamaq hüququ ilə onun şəxsi həyata hörmət hüququ və şəxsi avtonomiyası arasında tarazlığın əldə edilməsi ilə bağlı mülahizə səlahiyyəti tanınmalıdır.
i. Qanunvericilik çərçivəsi – Dövlət Şurasının şərh etdiyi şəkildə Leonetti qanununun müddəaları Konvensiyanın 2-ci maddəsi mənasında hazırki işdəki kimi bir vəziyyətdə « dayandırıla və məhdudlaşdırıla bilən müalicələr » və « əsassız inadkarlıq » anlayışlarını müəyyən etmək və həkimin qərarını dəqiq şəkildə müşayiət etmək üçün kifayət qədər aydın qanunvericilik çərçivəsi təşkil edir. Nəticədə, Dövlət xəstələrin yaşamaq hüququnun müdafiəsini təmin etmək üçün lazım olan tənzimləyici çərçivəni yaratmışdır.
ii. Qərarvermə prosesi – fransız hüququnda nəzərdə tutulan prosedur « kollegial » adlansa və bir neçə məsləhətləşmə mərhələsindən ibarət olsa da (tibbi personalla, qulluq personalı ilə, ən azı bir başqa həkimlə, etibarlı şəxs, ailə və yaxınlarla), qərarı verən şəxs xəstədən məsul həkimdir. Xəstənin arzusu nəzərə alınmalıdır. Qərar əsaslandırılmış olmalı və xəstənin faylına qoyulmalıdır.
Hazırki işdə kollelgial proses 2013-cü ilin sentyabrından 2014-cü illin yanvarına qədər davam etmişdir və bütün mərhələlərdə o qanunda nəzərdə tutulandan daha yaxşı şəraitdə həyata keçirilmişdir. Həkimin on üç səhifəlik qərarı ciddi əsaslandırılmışdır. Dövlət Şurası hesab etmişdir ki, bu qərar qanunsuz deyildi.
Hazırki vəziyyətində fransız hüququ ailə ilə məsləhətləşməyi (onun qərar verilməsində iştirakını deyil) nəzərdə tutur, lakin ailə üzvləri arasında fikir ayrılığı halında mediasiya təşkil etmir. Qanunvericillik, bəzi Dövlətlərdən fərqli olaraq, ailə üzvlərinin fikirlərinin nəzərə alınma ardıcıllığını da müəyyən etmir. Məsələ ilə bağllı konsensus olmadığından, müalicənin dayandırılması barədə yekun qərarı verəcək şəxsin təyin edilməsi və qərarın verilməsi qaydası da daxil olmaqla, qərarvermə prosesinin təşkili Dövlətin mülahizə səlahiyyəti çərçivəsindədir. Qərarvermə prosesi uzun və detallı olmuş və qanunda nəzərdə tutulandan da ciddi olmuşdur və ərizəçilər prosesin sonu ilə razı olmasalar da, proses Konvensiyanın 2-ci maddəsindən irəli gələn tələblərə cavab vermişdir.
iii. Məhkəmə müdafiə vasitəsi – Dövlət Şurası hazırki işi tam tərkibdə araşdırmışdır və bu, refere proseduru üçün qeyri-adi bir haldır. L’expertise demandée a été menée de façon très approfondie. 24 iyun 2014-cü il qərarında, Dövlət Şurası ilk olaraq əhalinin sağlamlığı məcəlləsinin müvafiq müddəalarının Konvensiyanın 2, 8, 6 və 7-ci maddələri ilə, sonra Dr Karigerin qəbul etdiyi qərarın məcəllənin müddəaları ilə uyğunluğunu araşdırmışdır. Onun nəzarəti kollegial prosesin qanunililyi və qanunla mahiyyətlə bağlı nəzərdə tutulan şərtlərə əməl edilməsi ilə əlaqədar olmuşdur və o hesab etmişdir ki, xüsusilə ekspertiza nəticələrinə əsasən, bu şərtlərə əməl edilmişdir. O xüsusilə müəyyən etmişdir ki, ekspertizadan belə nəticə çıxır ki, Vincent Lambertin kliniki vəziyyəti xroniki vegetativ vəziyyətə uyğundur, o ciddi və yayılmış zədələr almışdır və bu zədələrin ciddiliyi və qəzadan keçən beş il yarımlıq müddət zədələrin « pis kliniki proqnoz »lu və geridönülməz olması nəticəsinə gəlməyə əsas verir. Dövlət Şurası hesab etmişdir ki, bu nəticələr Dr Karigerin gəldiyi nəticələri təsdiq edir. Dövlət Şurası, həkim tərəfindən xəstənin arzusuna « xüsusi əhəmiyyət » verilməsinin vacibliyini vurğuladıqdan sonra, Vincent Lambertin arzusunun nə olduğunu müəyyənəşdirməyə çalışmışdır. Sonuncu əvvəldən yazılı göstərişlər vermədiyindən və etibarlı şəxs təyin etmədiyindən, Dövlət Şurası onun arvadı Rachel Lambertin ifadələrini nəzərə almışdır. O müəyyən etmişdir ki, ər və arvad reanimasiyadakı və ya şikəstlikləri olan şəxslərlə bağlı iş təcrübəs olan iki tibb qardaşı və tibb bacısıdırlar və fürsət düşdüksə Vincent Lambert bir neçə dəfə böyük asılılıq haında süni olaraq həyatda saxlanmaq istəmədiyini bildirmişdir. Dövlət Şurası hesab etmişdir ki, mahiyyəti Vincent Lambertin qardaşı tərəfindən də təsdiq edilən bu ifadələr Rachel Lambert tərəfindən dəqiq şəkildə təqdim edilmişdir və onların tarixi də dəqqi bildirilmişdir. Şura digər bir çox bacı-qardaşlarının bu ifadələrin Vincent Lambertin şəxsiyyətinə, özkeçmişinə və fikirlərinə uyğun olaması barədə ifadələrini də nəzərə almış və bildirmişdir ki, ərizəçilər də onun əks fikir ifadə edəcəyini iddia etmirlər. Dövlət Şurası nəhayət hesab etmişdir ki, qanunla nəzərdə tutulan ailə ilə məsləhətləşmə həyata keçirilmişdir.
Əsas subyekt və aktor olan xəstənin razılığı, hətta iradəsini ifadə edəcək vəziyyətdə olmasa belə, qərarvermə prosesinin mərkəzində olmalıdır. Avropa Şurası Həyatın sonu hallarında tibbi müalicələrlə bağlı qərarvermə prosesi barədə Təlimatda göstərilir ki, xəstə, qərarvermə prosesinə əvvəlcədən ifadə etmiş olduğu istəyi vasitəsilə cəlb edilməlidir və bu istək bir ailə üzvünə və ya yaxına şifahi olaraq da bildirilə bilər. Bundan əlavə, bəzi ölkələrdə əvvəlcədən yazılmış göstərişlər və ya « bioloji vəsiyyət » olmadıqda, xəstənin güman olunan iradəsi müxtəlif qaydada müəyyən olunur (qanuni nümayəndənin, ailənin bəyannamələri, xəstənin şəxsiyyətilə, inancları ilə bağlı başqa ifadə elementləri və s.).
Belə olan halda, Dövlət Şurası ona təqdim edilən şahid ifadələrinin Vincent Lambertin müalicəsinin dayandırılması və ya davam etidirilməsi ilə bağlı arzusunu müəyyənləşdirmək üçün kifayət qədər dəqiq olub-olmadığını araşdıra bilmişdir.
iv. Yekun mülahizələr – Məhkəmə Dövlət Şurası tərəfindən şərh edilən şəkildə daxili qanunvericilikdə nəzərdə tutulan tənzimləyici çərçivənin və hazırki işdə diqqətli şəkildə həyata keçirilən qərarvermə prosesini bu maddənin tələblərinə uyğun hesab etmişdir. Digər tərəfdən, ərizəçilərin faydalandığı məhkəmə müraciətləri ilə bağlı, Məhkəmə belə nəticəyə gəlmişdir ki, hazırki iş dərin araşdırma predmeti olmuşdur və bu prosesdə bütün nöqteyi-nəzərlər ifadə edilmiş, məsələnin bütün aspektləri həm detallı tibbi ekspertiza, həm də tibb və etika üzrə ölkənin ən yüksək instansiyalanın ümumi mülahizələri işığında müdrikcə araşdırılmışdır.
Nəticədə, dövlət orqanları bu sahədə onlara tanınan mülahizə səlahiyyəti nəzərə alınmaqla Konvensiyanın 2-ci maddəsindən irəli gələn pozitiv öhdəliklərinə əməl etmişlər.
Nəticə : pozuntu yoxdur (on iki səsə qarşı beş səs).
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi
Katibliyin bu xülasəsinə görə Məhkəmə məsuliyyət daşımır.
Presedent hüququnun Məlumat Qeydləri üçün tıklayın
©Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2015
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə və onun keyfiyyətinə görə heç bir məsuliyyət daşımır. Tərcüməni Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnu təşkil edən işlərin daxil olduğu HUDOC məlumat bazasından () və ya Məhkəmənin razılığı ilə yerləşdirilən istənilən digər məlumat bazasından yükləmək olar. Tərcüməni qeyri-kommersiya məqsədlərilə bu şərtlə yenidən nəşr etmək mümkündür ki, məhkəmə işinin tam adı, yuxarıda göstərilmiş müəllif hüququna dair qeyd və Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fonduna istinad göstərilsin. Tərcümənin hər hansı bir hissəsindən kommersiya məqsədi ilə istifadə etmək nəzərdə tutularsa, bu ünvana müraciət etmənizi xahiş edirik publishing@.
© Council of Europe/European Court of Human Rights, 2015
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2015
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante : publishing@
Full & Egal Universal Law Academy