© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil. Əlavə məlumat üçün sənədin sonunda müəllif hüquqları haqqında qeydə baxın.
© Council of Europe/European Court of Human Rights, 2012. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
Lautsi və başqaları İtaliyaya qarşı (Lautsi and Others v. Italy [GC]), ərizə № 30814/06
18.03.2011-ci il tarixli qərar [Böyük Palata]
1 saylı Protokolun 2-ci maddəsi
Valideynlərin fəlsəfi baxışlarına hörmət
Valideynlərin dini əqidələrinə hörmət
Dövlət məktəbinin sinif otaqlarından xaç asılması: pozuntu baş verməyib
Faktlar – Uşaqlarının təhsil aldığı dövlət məktəbinin müdiriyyətinin iclasında ərizəçi sinif otaqlarında xaç asılmasının dünyəvilik prinsipini pozduğunu qeyd etdi, o, uşaqlarına məhz bu prinsip əsasında təhsil vermək istəyirdi. Məktəb müdiriyyəti xaçları sinif otaqlarında saxlamağı qərara aldıqdan sonra ərizəçi İnzibati Məhkəmədə iş qaldırdı. Bu arada təhsil nazirinin qəbul etdiyi sərəncamda məktəb rəhbərlərinə sinif otaqlarından xaçların asılmasını təmin etmək tapşırığı verildi. Ərizəçinin tələbi məhkəmə qərarı ilə rədd edildi və son instansiya olan Dövlət Şurası (Consiglio di Stato) bu qərarı qüvvədə saxladı. Ərizəçi və onun iki oğlu (ikinci və üçüncü ərizəçilər) Avropa Məhkəməsinə şikayət ərizəsi verdilər və Avropa Məhkəməsi 3 noyabr 2009-cu ildə qərar çıxararaq yekdilliklə müəyyən etdi ki, Konvensiyanın 9-cu maddəsi ilə birgə götürülməklə 1 saylı Protokolun 2-ci maddəsi pozulub (124 saylı Məlumat bülleteninə bax).
Hüquqi məsələlər – 1 saylı Protokolun 2-ci maddəsi: Dövlət məktəbinin sinif otaqlarından xaçın asılmalı olub-olmaması məsələsi cavabdeh dövlətin təhsil və tədris sahəsindəki funksiyalarının tərkib hissəsini təşkil edir və müvafiq olaraq, 1 saylı Protokolun 2-ci maddəsinin ikinci cümləsinin tətbiq dairəsinə düşür. Bu elə bir sahədir ki, burada cavabdeh dövlət valideynlərin öz uşaqları üçün özlərinin dini və fəlsəfi baxışlarına müvafiq olan təhsil və tədrisi təmin etmək hüququna hörmət etmək öhdəliyini daşıyır. Xaç hər şeydən əvvəl dini rəmz idi. Birinci ərizəçinin uşaqlarının təhsil aldığı dövlət məktəbinin sinif otaqlarından xaç asılmasını valideynlərin öz uşaqları üçün özlərinin dini və fəlsəfi baxışlarına müvafiq olan təhsil və tədrisi təmin etmək hüququna cavabdeh dövlətin hörmət etməməsi kimi qiymətləndirməsi başa düşülən idi, amma onun subyetkiv qiymətləndirməsi 1 saylı Protokolun 2-ci maddəsi pozuntusunu müəyyən etmək üçün özlüyündə yetərli deyildi.
Xaçın sinif otaqlarından asılmalı olub-olmadığı barədə qərar verməkdə cavabdeh dövlət prinsipcə müəyyən qiymətləndirmə sərbəstliyinə malikdir. Bundan başqa, dövlət məktəblərində dini rəmzin olması məsələsi barədə Avropa ölkələri arasında konsensusun olmaması da bu yanaşmanı təsdiq edir. Lakin həmin qiymətləndirmə sərbəstliyi Avropa orqanlarının nəzarəti ilə müşayiət olunur. Doğrudur, dövlət məktəblərinin sinif otaqlarından xaç (bu, şübhəsiz ki, xristianlığa aid rəmz idi) asılmasına imkan yaratmaqla müvafiq normativ aktlar ölkədə hansı dinin üstünlük təşkil etdiyinin nümayiş etdirilməsinə şərait yaratmışdılar. Lakin bu, cavabdeh dövlət tərəfindən şagirdlərə ideoloji təsir göstərildiyi qənaətinə gəlmək üçün özlüyündə yetərli deyildi. Bundan başqa, divardan asılmış xaç mahiyyət etibarı ilə passiv rəmz idi və dini nəsihətlərlə və ya dini fəaliyyətlərdə iştirakla müqayisədə onu şagirdlərə təsir göstərən amil saymaq olmazdı. Böyük Palata Palatanın bu məsələyə dair mövqeyi ilə razılaşmadı, Palata hesab etmişdi ki, sinif otaqlarından xaç asılması həmin vaxt on bir və on iki yaşında olan ikinci və üçüncü ərizəçilərə mühüm təsir göstərə bilərdi. Divardan xaç asılmasının xristianlığı daha çox qabartmasının təsirlərinə daha geniş perspektivdən baxmaq lazım idi. Birincisi, sinifdə xaçın olması xristianlığın məcburi tədrisi ilə əlaqəli deyildi. İkincisi, İtaliya məktəblərində digər dinlər üçün də şərait yaradılmışdı. Bundan əlavə, ərizəçilər iddia etməmişdilər ki, sinif otaqlarında xaçın olması tədris prosesində dinin təbliği praktikasını əks etdirib; onlar həmçinin iddia etməmişdilər ki, müəllim öz vəzifələrini yerinə yetirərkən ikinci və üçüncü ərizəçilərə qarşı bu zəmində qərəzli münasibət göstərib. Nəhayət, birinci ərizəçi uşaqlarını maarifləndirmək və onlara məsləhətlər vermək, onlara münasibətdə özünün tərbiyəçi funksiyalarını yerinə yetirmək və onları özünün fəlsəfi baxışlarına uyğun olaraq istiqamətləndirmək hüququnu bütünlüklə özündə saxlamışdı. Müvafiq olaraq, birinci ərizəçinin uşaqlarının təhsil aldığı dövlət məktəbinin sinif otaqlarında xaçları saxlamaq barədə qərar çıxararkən dövlət orqanları bu sahədə dövlətin daşıdığı öhdəliklə, yəni təhsil və tədris sahəsində öz üzərinə götürdüyü funksiyaları yerinə yetirərkən, valideynlərin öz dini və fəlsəfi baxışlarına müvafiq olan təhsil və tədrisi təmin etmək hüququna hörmət etmək öhdəliyi ilə bağlı dövlətin malik olduğu qiymətləndirmə sərbəstliyinin hüdudlarını aşmamışdılar.
Nəticə: pozuntu baş verməyib (iki səsə qarşı on beş səslə).
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012.
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil; eyni zamanda, Məhkəmə tərcümənin keyfiyyəti ilə bağlı heç bir məsuliyyət daşımır. Tərcümə Avropa İnsan Hüquqları Məhkəməsi HUDOC presedent hüququ bazası () və ya Məhkəmənin onu bölüşmüş olduğu hər hansı digər məlumat bazasından yüklənə bilər. Bu tərcümə qeyri-kommersiya məqsədləri üçün istifadə oluna bilər; bu halda işin tam adına, habelə yuxarıda göstərilən müəllif hüquqları haqqında qeydə və İnsan Hüquqları Etimad Fonduna istinad edilməlidir. Bu tərcümənin hər hansı bir hissəsinin kommersiya məqsədləri ilə istifadə edilməsi üçün publishing@ ilə əlaqə saxlayın.
© Council of Europe/European Court of Human Rights, 2012.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012.
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante : publishing@
Full & Egal Universal Law Academy