© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2013. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə görə heç bir məsuliyyət daşımır. Əlavə məlumat almaq üçün bu sənədin sonunda verilmiş müəllif hüququna dair tam məlumata baxın.
© Council of Europe/European Court of Human Rights, 2013. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2013. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
Məhkəmənin 164 saylı qərarlar toplusu üzrə Məlumat Qeydi
2013-cü il, iyun
Lavreçov Çex Respublikasına qarşı – 57404/08 nömrəli ərizə
2013-cü il 20 iyun tarixli qərar [Beşinci Bölmə]
1 saylı Protokolun 1-ci maddəsi
1 saylı Protokolun 1-ci maddəsinin 1-ci bəndi
Əmlakdan maneəsiz istifadə
Ərizəçinin bəraət almasına baxmayaraq girov qoyduğu əmlakın müsadirəsi: pozuntu baş verməmişdir
Faktlar – 2001-ci ildə Rusiya vətəndaşı olan ərizəçi Çex Respublikasında insayder ticarət və dələduzluğa görə ittiham edilmiş və barəsində həbs qətimkan tədbiri seçilmişdir. Sonrakı il o, 400 000 avroya bərabər vəsaiti girov qoyması müqabilində azadlığa buraxılmışdır. Sonra o, uzun müddət ərzində ölkədə olmadığından və məhkəmə iclaslarının keçirilməsi vaxtı ilə bağlı birinci instansiya məhkəməsi ilə əlaqə saxlamadığından və məhkəmə sənədlərinin göndərilməsi üçün ünvanı təqdim etmədiyindən məhkəmə baxışı onun iştirakı olmadan keçirilmişdir. Ərizəçinin ittiham edildiyi cinayətlərə görə bəraət almasına baxmayaraq, girov şərtlərinə əməl etmədiyindən girov qoyduğu vəsait müsadirə edilmişdir.
Hüquqi məsələlər – 1 saylı Protokolun 1-ci maddəsi: Girov qoyulmuş əmlakın müsadirəsi ərizəçinin mülkiyyət hüquqlarına müdaxilə olmuşdur. Tədbir qanunilik tələbinə uyğun gəlmiş və cinayət prosesinin lazımı qaydada aparılmasının təmin olunması, cinayətkarlıqla mübarizə və cinayətkarlığın qarşısının alınması kimi qanuni məqsədlərə xidmət etmişdir ki, bu da heç şübhəsiz ümumi marağa cavab vermişdir. Təxminən 400 000 avro məbləğində girovun böyük olmasına baxmayaraq, girov məbləğinin mütənasibliyi məsələsi onun müsadirə olunduğu zaman deyil, müəyyən edildiyi zaman müzakirə olunmalı idi. Hazırkı işdə ərizəçi girovun ilkin məbləğinin əsassız olması ilə bağlı mübahisə qaldırmamış və o, bu məbləği gecikdirməyə yol vermədən və həddən artıq çətinlik çəkmədən ödəməyə qadir olmuşdur. Bu işdə əsas məsələ girovun müsadirəsi barədə qərarın qəbul edilməsində bəraət hökmünün hər hansı rol oynamalı olub-olmadığının müəyyən edilməsi idi.
Girovun məqsədi cinayət prosesinin lazımı qaydada aparılmasının təmin olunması və xüsusilə müttəhimin məhkəmə iclaslarına gəlməsinin təmin edilməsidir. Hazırkı işdə ərizəçinin girovun şərtlərinə əməl etməməsi cinayət prosesinin həyata keçirilməsinə ciddi şəkildə maneçilik törətmişdir. O, təyin edilmiş iclaslardan heç birində iştirak etməmiş və girov şərtlərini pozduğunu bilməli olsa da, məhkəməyə hər hansı bir formada köməklik göstərməmişdir. Bunun da nəticəsində məhkəmə prosesi kifayət qədər uzanmış və ərizəçiyə sənədlərin çatdırılmasında ciddi çətinliklər meydana çıxmışdır. Ərizəçinin bəraət alması öz-özlüyündə təqibin qanunsuz olmasını bildirməyə və ya ona kölgə salmağa əsas vermir. Şəxs barəsində ittiham hökmünün çıxarılması (adətən əsaslı şübhələr yaratmayan sübut) və şəxsin təqib olunması (adətən şəxsin cinayət törətdiyinə əsaslı şübhələrin olması) üçün fərqli sübutetmə standartları tələb olunur. Buna görə də elə işlər ola bilər ki, burada əsaslı şübhələr məhkəmə baxışı zamanı şəxsin əsaslı şübhələr yaratmayan sübut əsasında məhkum olunması ilə nəticələnməsin. Bununla belə, bu cür vəziyyətlərdə prosesin lazımı qaydada aparılması və cinayət törətməsində əsaslı şübhələr olan şəxslərin ədalət mühakiməsindən yayınmağa və ya təqsirlərinin və ya digər məsələlərin qiymətləndirilməli olduğu prosesin sakit tərzdə aparılmasına maneçilik törətməyə səy göstərməməsinin təmin olunması dövlətin qanuni marağında qalmaqda davam edir. Buna görə də prosesin nəticəsinin girovun müsadirəsi məsələsinə birbaşa aidiyyəti yoxdur. Burada məsələ müsadirənin proses zamanı girov şərtlərinin pozulmasına mütənasib olub-olmadığının müəyyən edilməsidir. Ərizəçinin pasportu oğurlandığı üçün onun ilk məhkəmə iclaslarında iştirak etməməsi səbəbləri obyektiv hesab oluna bilsə də, məhkəmə baxışının qiyabi keçirilməsi barədə qərar onun yeni pasport əldə etməsindən yalnız iki il səkkiz ay keçdikdən sonra qəbul olunmuşdur. Belə olan halda ölkə məhkəmələrinin ərizəçinin bir neçə il ərzində ölkəyə qayıtmamaqla cinayət təqibindən yayınması barədə gəldiyi nəticə əsassız görünmür. Ərizəçi kifayət qədər uzun müddət ərzində girov şərtlərini pozduğunu bilməli olduğu halda, Rusiyadakı ünvanı barədə məhkəməyə açıq və birmənalı şəkildə məlumat verməli və məhkəmə ilə mütəmadi əlaqə saxlamalı idi. Lakin o, bunu etməmişdir. Nəhayət, müsadirə barədə qərar çəkişmə prinsipinin tam təmin olunduğu məhkəmə baxışı nəticəsində qəbul olunmuş və ölkə məhkəmələri işə aid olan məsələləri diqqətlə yoxlamaqla qərarlarını geniş şəkildə əsaslandırmışdır. Beləliklə də, 1 saylı Protokolun 1-ci maddəsinin prosessual tələblərinə əməl olunmuşdur. Hazırkı işdə ərizəçinin qoyduğu girovun müsadirə edilməsi barədə qərar cəmiyyətin ümumi marağından irəli gələn tələblərlə ərizəçinin hüquqlarının təmin olunması tələbləri arasında “ədalətli tarazlığı” təmin etmişdir.
Nəticə: pozuntu baş verməmişdir (altı səs lehinə, bir səs əleyhinə)
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi
Katibliyin bu xülasəsinə görə Məhkəmə məsuliyyət daşımır.
Presedent hüququnun Məlumat Qeydləri üçün tıklayın
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2013
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə və onun keyfiyyətinə görə heç bir məsuliyyət daşımır. Tərcüməni Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnu təşkil edən işlərin daxil olduğu HUDOC məlumat bazasından () və ya Məhkəmənin razılığı ilə yerləşdirilən istənilən digər məlumat bazasından yükləmək olar. Tərcüməni qeyri-kommersiya məqsədlərilə bu şərtlə yenidən nəşr etmək mümkündür ki, məhkəmə işinin tam adı, yuxarıda göstərilmiş müəllif hüququna dair qeyd və Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fonduna istinad göstərilsin. Tərcümənin hər hansı bir hissəsindən kommersiya məqsədi ilə istifadə etmək nəzərdə tutularsa, bu ünvana müraciət etmənizi xahiş edirik publishing@.
© Council of Europe/European Court of Human Rights, 2013.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2013
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante: publishing@.
Full & Egal Universal Law Academy