© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil. Əlavə məlumat üçün sənədin sonunda müəllif hüquqları haqqında qeydə baxın.
© Council of Europe/European Court of Human Rights, 2012. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
"Lawyer Partners, a.s." Slovakiyaya qarşı (Lawyer Partners, a.s., v. Slovakia), ərizə № 54252/07
16.06.2009-cu il tarixli qərar [IV Bölmə]
Maddə 6
Mülki proses
6-cı maddənin 1-ci bəndi
Məhkəməyə müraciət hüququ
Ərizəçi şirkətin elektron formada təqdim etdiyi mülki iddia ərizələrinə baxılmasından imtina: pozuntu baş verib
Faktlar – Məhdud məsuliyyətli şirkət olan ərizəçi 2005-ci ildə borclarını almaq üçün 70.000-dən artıq iddia ərizəsi vermək niyyətində idi. İddialarla əlaqədar olan şəxslərin sayının çoxluğunu nəzərə alaraq, ərizəçi şirkət müvafiq kompüter proqramından istifadə etməklə iddia ərizələrini elektron formada tərtib etdi, rəqəmsal videodiskə (DVD) yazdı və qoşma məktubla birlikdə səlahiyyətli rayon məhkəmələrinə göndərdi. Lakin məhkəmələr iddia ərizələrini qəbul etməkdən imtina edərək belə əsas gətirdilər ki, elektron formada tərtib edilmiş və imzalanmış ərizəçilərin qəbulu və nəzərdən keçirilməsi üçün müvafiq avadanlıq onlarda yoxdur. Ərizəçi şirkət məhkəməyə müraciət hüququna istinad edərək hər bir imtina qərarından Konstitusiya Məhkəməsinə şikayət təqdim etdi. Onun şikayətləri qanunla müəyyən edilmiş iki aylıq müddət ötürüldükdən sonra verildiyinə görə rədd edildi. Ayrı-ayrı fərdi şikayətlərin verilməsində həmin müddətə riayət edilsə də, Konstitusiya Məhkəməsi hesab etdi ki, müvafiq müddətin axımı məhkəmələrin iddia ərizələrini elektron formada qəbul etməkdən imtina etmələri ərizəçi şirkətə məlum olduğu andan başlayıb.
Hüquqi məsələlər – Ərizəçi şirkət on minlərlə şəxsə aidiyyəti olan iddia ərizələri vermişdi və ya vermək niyyətində idi. Çap formasında təqdim ediləcəkləri təqdirdə iddia ərizələrinin və onlara əlavə olunan sənədlərin həcmi 40 milyon səhifədən artıq olacaqdı. Belə olan halda iddia ərizələrinin verilməsinin ərizəçi şirkət tərəfindən seçilmiş bu üsulu ərizə vermək hüququndan sui-istifadə və ya hər hansı digər formada hüquqa zidd hal sayıla bilməzdi. Bundan başqa, 2002-ci ildən bəri milli qanunvericilikdə iddia ərizələrinin elektron formada verilməsinin mümkünlüyü nəzərdə tutulmuşdu və ərizəçi şirkətin bu imkandan istifadə etməsini ona irad tutmaq olmazdı. Məhkəmələrin iddia ərizələrini qəbil etməkdən imtina etmələri ərizəçi şirkətin faktiki olaraq məhkəməyə müraciət etmək hüququnun qeyri-mütənasib dərəcədə məhdudlaşdırılmasına səbəb olmuşdu.
Nəticə: pozuntu baş verib (yekdilliklə).
Maddə 41: Maddi və mənəvi ziyana görə 10.000 avro təyin edildi.
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012.
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil; eyni zamanda, Məhkəmə tərcümənin keyfiyyəti ilə bağlı heç bir məsuliyyət daşımır. Tərcümə Avropa İnsan Hüquqları Məhkəməsi HUDOC presedent hüququ bazası () və ya Məhkəmənin onu bölüşmüş olduğu hər hansı digər məlumat bazasından yüklənə bilər. Bu tərcümə qeyri-kommersiya məqsədləri üçün istifadə oluna bilər; bu halda işin tam adına, habelə yuxarıda göstərilən müəllif hüquqları haqqında qeydə və İnsan Hüquqları Etimad Fonduna istinad edilməlidir. Bu tərcümənin hər hansı bir hissəsinin kommersiya məqsədləri ilə istifadə edilməsi üçün publishing@ ilə əlaqə saxlayın.
© Council of Europe/European Court of Human Rights, 2012.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012.
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante : publishing@
Full & Egal Universal Law Academy