© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil. Əlavə məlumat üçün sənədin sonunda müəllif hüquqları haqqında qeydə baxın.
© Council of Europe/European Court of Human Rights, 2012. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
L’Erabliyer A.S.B.L. Belçikaya qarşı (L’Erablière A.S.B.L. v. Belgium), ərizə № 49230/07
24.02.2009-cu il tarixli qərar [II Bölmə]
Maddə 6
Mülki proses
6-cı maddənin 1-ci bəndi
Mülki hüquq və vəzifələr
Ətraf mühitin mühafizəsi üzrə fəaliyyət göstərən yerli (lokal) təşkilatın actio popularis xarakteri daşımayan (ümumi xarakter deyil, fərdi xarakter daşıyan) şikayəti: 6-cı maddə bu işə tətbiq edilə bilər
Məhkəməyə müraciət hüququ
Şikayət ərizəsində faktların deyil, etiraz edilən tədbirin göstərilməsi səbəbindən şikayətin qəbul edilən olmadığı barədə qərarın çıxarılması: pozuntu baş verib
Faktlar – Ərizəçi tərkibinə Belçikanın beş bələdiyyəsinin daxil olduğu Marş-Nasson regionunda ətraf mühitin mühafizəsi üçün fəaliyyət göstərən qeyri-kommersiya təşkilatı idi. 2004-cü ildə onlardan biri tullantı poliqonunun genişləndirilməsinə icazə aldığı barədə ərizəçiyə yazılı məlumat verdi. Ərizəçi bu qərara yenidən baxılması və onun icrasının dayandırılması üçün vəsatət verdi. 2004-cü ildə bir müddətdən sonra Dövlət Şurası (Ali İnzibati Məhkəmə) qərarın icrasının dayandırılması barədə ərizəçinin vəsatətini rədd etdi və belə əsas gətirdi ki, vəsatətdə mübahisənin mahiyyətini izah edən faktlar lazımi qaydada göstərilməyib. 2007-ci il tarixli qərarında o, məsələyə məhkəmə tərəfindən yenidən baxılması barədə ərizəçinin ərizəsini qəbul olunmayan elan etdi, çünki ərizədə faktlara dair hər hansı əlavə məlumat əks olunmamış və yalnız etiraz edilən tədbir göstərilmişdi. Bundan başqa, Dövlət Şurası təxirəsalınmaz müraciət əsasında 2001-ci ildə eyni obyektin (poliqonun) inşasına icazə verilməsi barədə məsələyə 2007-ci il tarixli qərarı çıxarmış hakimlərdən ibarət tərkibdə baxmış və 2005-ci ildə eyni tərkibdə həmin işə mahiyyəti üzrə baxmışdı. Hər üç halda məruzəçi qismində eyni hakim çıxış etmişdi.
Hüquqi məsələlər – 6-cı maddənin tətbiqinin mümkünlüyü məsələsi: Ərizəçi təşkilatın nizamnaməsindən görünürdü ki, onun fəaliyyət dairəsinin məkanı və predmeti məhduddur, çünki onun fəaliyyəti Marş-Nasson regionunun beş bələdiyyəsini əhatə edən ərazidə ətraf mühitin müdafiəsi ilə məhdudlaşırdı. Ərizəçi təşkilatın bütün təsisçiləri və rəhbərləri həmin bələdiyyələrin ərazisində yaşayırdılar və buna görə də tullantı poliqonunun genişləndirilməsi layihəsinin təsirinə birbaşa məruz qalan yerli sakin sayıla bilərdilər. Poliqonun sahəsinin əvvəlkinə nisbətdə beşdə birindən artıq həcmdə genişləndirilməsinin yaradacağı gündəlik narahatlıqlar onların şəxsi həyatının keyfiyyətinə əhəmiyyətli dərəcədə təsir göstərə bilərdi ki, bu da öz növbəsində onların həmin bələdiyyələrin ərazisindəki mülkiyyətinin dəyərinə təsir göstərmiş olacaqdı. Konvensiya ölkənin istənilən vətəndaşına tətbiq edilə bilən qanunun qəbuluna, yaxud tərəf qismində iştirak etmədikləri iş üzrə çıxarılmış məhkəmə qərarına qarşı hər hansı şəxslərin şikayətlə Avropa Məhkəməsinə müraciət etmələrinin qarşısını almaq məqsədi ilə actio popularis xarakteri daşıyan şikayətlərin təqdim edilməsinə yol vermir. Lakin hazırkı işin hallarını, xüsusən etiraz edilən tədbirin xüsusi xarakterini və ərizəçi təşkilatın və onun təsisçilərinin statusunu, habelə ərizəçi təşkilatın qarşısına qoyduğu məqsədin və qoruduğu "ictimai maraqların" mahiyyət etibarı ilə məkan və predmet baxımından məhdud xarakter daşıdığını nəzərə alsaq, ərizəçi təşkilatın şikayəti actio popularis xarakteri daşımır. Müvafiq olaraq, ərizəçi təşkilatın qaldırdığı məsələ onun hüquqi şəxs kimi iddia etdiyi "hüquqla" kifayət qədər əlaqəli idi və buna görə də 6-cı maddə bu işə tətbiq edilə bilər.
Ərizəçi təşkilatın məhkəməyə müraciət hüququ: Ərizəçi təşkilatın şikayətinə məhkəmə tərəfindən yenidən baxılması üçün verdiyi ərizəni rədd edərkən Dövlət Şurasının gətirdiyi əsaslar faktiki olaraq ərizəçi təşkilatı işinə məhkəmə tərəfindən baxılması hüququndan məhrum etməyə bərabər idimi? Konkret olaraq bu işdə iddia etmək olmazdı ki, işə məhkəmə tərəfindən yenidən baxılması üçün verilmiş ərizədə faktların göstərilməməsi Dövlət Şurasının və xüsusən də qarşı tərəfə işin halları ilə tanış olmasına mane olmuşdu. Bundan əlavə, Dövlət Şurası bundan öncə təxirəsalınmaz müraciət əsasında eyni obyektin inşasına icazə verilməsi barədə məsələyə eyni hakimlərdən ibarət tərkibdə baxmış və eyni tərkibdə həmin işə mahiyyəti üzrə baxaraq qərar çıxarmışdı. Hər üç halda məruzəçi qismində eyni hakim çıxış etmişdi. Belə olan halda ərizəçi təşkilatın məhkəməyə müraciət hüququna tətbiq edilmiş məhdudiyyət qarşıya qoyulan məqsədlərə, yəni hüquqi müəyyənliyin təmin edilməsi və ədalət mühakiməsinin düzgün həyata keçirilməsi məqsədlərinə mütənasib deyildi.
Nəticə: pozuntu baş verib (yekdilliklə).
Maddə 41: Mənəvi ziyana görə 3.000 avro təyin edildi.
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012.
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil; eyni zamanda, Məhkəmə tərcümənin keyfiyyəti ilə bağlı heç bir məsuliyyət daşımır. Tərcümə Avropa İnsan Hüquqları Məhkəməsi HUDOC presedent hüququ bazası () və ya Məhkəmənin onu bölüşmüş olduğu hər hansı digər məlumat bazasından yüklənə bilər. Bu tərcümə qeyri-kommersiya məqsədləri üçün istifadə oluna bilər; bu halda işin tam adına, habelə yuxarıda göstərilən müəllif hüquqları haqqında qeydə və İnsan Hüquqları Etimad Fonduna istinad edilməlidir. Bu tərcümənin hər hansı bir hissəsinin kommersiya məqsədləri ilə istifadə edilməsi üçün publishing@ ilə əlaqə saxlayın.
© Council of Europe/European Court of Human Rights, 2012.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012.
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante : publishing@
Full & Egal Universal Law Academy