© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil. Əlavə məlumat üçün sənədin sonunda müəllif hüquqları haqqında qeydə baxın.
© Council of Europe/European Court of Human Rights, 2012. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
M. Almaniyaya qarşı (M. v. Germany), ərizə № 19359/04
17.12.2009-cu il tarixli qərar [V Bölmə]
Maddə 5
5-ci maddənin 1-ci bəndi
Azadlıqdan məhrumetmə
Qanuni tutulma və ya həbsə alınma
Preventiv həbs qərarından sonra ərizəçinin qanunla icazə verilən müddətdən artıq həbsdə saxlanılması: pozuntu baş verib
Maddə 7
7-ci maddənin 1-ci bəndi
Cinayət əməli törədildiyi zaman tətbiq olunandan daha ağır cəza verilməsi
Qanunun qüvvəsinin geriyə tətbiqi
Ən çoxu on il təşkil edən preventiv həbs müddətinin sonradan retrospektiv qaydada qeyri-müəyyən müddətə uzadılması: pozuntu baş verib
Faktlar – 1986-cı ildə ərizəçi adamöldürmə cəhdinə görə məhkum olundu və beş il müddətinə azadlıqdan məhrum edildi. Bundan başqa, məhkəmə onun barəsində preventiv həbs tədbirinin tətbiqinə dair qərar çıxardı və hesab etdi ki, ərizəçi qurbanlarının şəxsi toxunulmazlıq hüququna qəsd təşkil edən cinayətlərə ciddi surətdə meylli olduğuna görə bu tədbir zəruridir. O, konkret olaraq adamöldürmə cəhdinə, oğurluğa, zor tətbiqi barədə təhdidlərə və şantaja görə dəfələrlə məhkum edilmiş və azadlıqdan məhrum olunmuşdu. Məhkəmənin rəyinə görə, o, spontan zorakılıq aktlarına meylli idi və cəmiyyət üçün təhlükə təşkil edirdi. Ərizəçi cəza müddətini 1991-ci ildə başa vurmuşdu və o vaxtdan bəri preventiv həbsdə saxlanılırdı. 2001-ci ilin aprelində məhkəmə onu azad etməkdən imtina etdi və əvvəllər bu tədbir üçün nəzərdə tutulmuş on illik müddətin başa çatdığı tarixdən, yəni 8 sentyabr 2001-ci ildən sonra da onun həbsdə saxlanılmasını qərara aldı. Bu qərarı çıxararkən məhkəmə 1998-ci ildə qüvvəyə minmiş qanunla Cinayət Məcəlləsinə edilmiş dəyişiklikləri tətbiq etdi. O, qeyd etdi ki, qanunvericilikdəki dəyişikliklər qanunun qüvvəyə minməsindən əvvəl barəsində preventiv həbs tədbiri tətbiq edilmiş şəxslərə də şamil olunur və əlavə etdi ki, ərizəçinin əvvəllər törətdiyi cinayətlərin ağırlığını və yeni cinayət törətməsi ehtimalının olduğunu nəzərə alsaq, onun preventiv həbsdə saxlanılması qeyri-mütənasib tədbir deyil. Apellyasiya məhkəməsi təsdiq etdi ki, ərizəçinin cəmiyyətə yaratdığı təhlükə onun uzun müddət preventiv həbsdə saxlanılmasını zəruri edir və əlavə etdi ki, onun həbsdə saxlanılması cinayət qanununun qüvvəsinin geriyə şamil olunmasının qadağan edilməsi prinsipinə zidd deyil. Ərizəçi bu qərardan konstitusiya şikayəti verdi, amma şikayəti rədd edildi. Federal Konstitusiya Məhkəməsi konkret olaraq qərara aldı ki, preventiv həbsin maksimal müddətinin ləğvi və yeni qanunvericiliyin qəbuluna qədər cəza müddətini başa vuran və preventiv həbsdə saxlanılan cinayətkarlara bunun tətbiqi Konstitusiyaya zidd deyil. O, həmçinin hesab etdi ki, Cinayət Məcəlləsinin dəyişiklik edilmiş müddəasının qüvvəsinin geriyə şamil olunması qeyri-mütənasib tədbir deyil.
Hüquqi məsələlər – 5-ci maddənin 1-ci bəndi: Məhkəmə təsdiq etdi ki, 10 illik müddət bitənə qədər ərizəçinin preventiv həbsdə saxlanılması onun 1986-cı ildə "məhkum edilməsinin" nəticəsi idi və beləliklə, 5-ci maddənin 1-i bəndinin "a" yarımbəndinin tətbiq dairəsinə düşürdü. Lakin Məhkəmə müəyyən etdi ki, ərizəçinin məhkum edilməsi ilə preventiv həbsin on illik müddəti bitdikdən sonrakı dövrdə azadlıqdan məhrum edilməsi arasında səbəbiyyət əlaqəsi mövcud deyil, həmin dövrdən sonra onun saxlanılması yalnız 1998-ci ildə qanunvericilikdə edilmiş dəyişikliyin nəticəsi idi. Cəzaların icrası məsələlərinə görə cavabdeh olan məhkəmələr ərizəçinin həbsdə saxlanılmasının davam etdirilməsini belə əsaslandırmışdılar ki, o, azadlığa buraxılacağı təqdirdə bundan öncə məhkum olunmasına səbəb olmuş cinayətlər kimi ağır cinayətləri yenidən törədə bilər. Amma bu yeni potensial cinayətlər onların yeri, vaxtı və qurbanları baxımından, Məhkəmənin presedent hüququnun tələb etdiyi kimi, dəqiq və konkret deyildi və beləliklə, 5-ci maddənin 1-i bəndinin "c" yarımbəndinin tətbiq dairəsinə düşmürdü. Daxili məhkəmələr ərizəçinin həbsdə saxlanılmasının davam etdirilməsi barədə qərarlarını onun ruhi xəstə olması ilə əsaslandırmamışdılar. Buna görə də, onun həbsdə saxlanılmasını 5-ci maddənin 1-i bəndinin "e" yarımbəndi ilə də əsaslandırmaq olmazdı. Beləliklə, on illik müddət başa çatdıqdan sonra ərizəçinin preventiv həbsdə saxlanılmasını 5-ci maddənin 1-i bəndinin heç bir yarımbəndi ilə əsaslandırmaq mümkün deyildi.
Nəticə: pozuntu baş verib (yekdilliklə).
7-ci maddənin 1-ci bəndi: Məhkəmə müəyyənləşdirməlidir ki, ərizəçinin preventiv həbsdə saxlanılması bu bənddə nəzərdə tutulan mənada "cəza" təşkil edirdimi? Almaniya qanunvericiliyinə əsasən, belə tədbir qanununun qüvvəsinin geriyə şamil olunmasının qadağan edilməsi prinsipinin tətbiq edildiyi cəza tədbiri sayılmırdı, o, cəmiyyətin təhlükəli cinayətkardan müdafiəsinə yönələn islahedici və profilaktik tədbir sayılırdı. Lakin məhkəmə hökmü əsasında tətbiq edilən sanksiya kimi preventiv həbs də şəxsin azadlıqdan məhrum edilməsinə səbəb olurdu. Preventiv həbsə məruz qalan şəxslər həbsxananın ayrıca bölməsində qalsalar da, hər halda adi həbsxanalarda saxlanılırdılar. Şəxsin cəza çəkməkdə olan adi məhbusun saxlanıldığı rejimdən azacıq fərqlənən rejimdə saxlanılması, o cümlədən öz paltarlarından istifadə etmək və saxlanıldığı daha rahat kameraya əlavə avadanlıqlar qoymaq hüququna malik olması bu faktı dəyişmirdi ki, ittiham hökmü əsasında təyin olunmuş cəzanın çəkilməsi ilə preventiv həbsdə saxlanılma arasında heç bir mühüm fərq yox idi. Hazırda preventiv həbsdə olan şəxslərin təkrar cinayət törətmələrinin qarşısını almaq məqsədi ilə onlara xüsusi psixoloji yardım göstərilməsi nəzərdə tutulmayıb. Buna görə də Məhkəmə Hökumətin bu arqumenti ilə razılaşa bilməz ki, preventiv həbs cəza məqsədinə deyil, profilaktik məqsədə xidmət edir. Cinayət Məcəlləsinə əsasən, preventiv həbs barədə qərarlar yalnız müəyyən ağırlıq dərəcəsi olan cinayətləri törətmiş şəxslər barəsində qəbul edilə bilərdi. Preventiv həbsin müddətinin qeyri-müəyyən olduğunu nəzərə alsaq, bu tədbir əlavə cəza tədbiri və açıq-aydın çəkindirici elementlə malik tədbir sayıla bilərdi. Cinayət ədliyyəsi sisteminə daxil olan məhkəmələr preventiv həbs barədə qərarların qəbulunda və icrasında iştirak edirdilər. Şəxs sərti olaraq azadlığa buraxılmaqla preventiv həbsin dayandırılmasına yalnız o halda yol verilirdi ki, məhkəmə məhbusun yeni cinayət törətməyəcəyi qənaətinə gəlsin, bu isə çox çətin şərt idi. Beləliklə, bu tədbir Almaniya Cinayət Məcəlləsində nəzərdə tutulmuş ən sərt tədbir olmasa belə, hər halda ən sərt tədbirlərdən biri idi. Yuxarıdakıları nəzərə alaraq Məhkəmə bu qənaətə gəldi ki, Almaniya Cinayət Məcəlləsində nəzərdə tutulmuş preventiv həbsə 7-ci maddənin 1-ci bəndinin məqsədləri üçün "cəza" kimi baxmaq olar. Həmçinin Hökumətin bu arqumenti də Məhkəməni inandırmadı ki, ərizəçinin həbsdə saxlanma müddətinin uzadılması sadəcə olaraq birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzanın icrası idi. Ərizəçinin cinayət törətdiyi vaxtı nəzərə alsaq, o, on ildən artıq preventiv həbsdə saxlanıla bilməzdi, bu müddətin artırılması isə əlavə cəzaya bərabər idi və bu cəza onun cinayət törətməsindən sonra qəbul edilmiş qanun əsasında ona retrospektiv qaydada tətbiq edilmişdi.
Nəticə: pozuntu baş verib (yekdilliklə).
Maddə 41: Mənəvi ziyana görə 50.000 avro təyin edildi.
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012.
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil; eyni zamanda, Məhkəmə tərcümənin keyfiyyəti ilə bağlı heç bir məsuliyyət daşımır. Tərcümə Avropa İnsan Hüquqları Məhkəməsi HUDOC presedent hüququ bazası () və ya Məhkəmənin onu bölüşmüş olduğu hər hansı digər məlumat bazasından yüklənə bilər. Bu tərcümə qeyri-kommersiya məqsədləri üçün istifadə oluna bilər; bu halda işin tam adına, habelə yuxarıda göstərilən müəllif hüquqları haqqında qeydə və İnsan Hüquqları Etimad Fonduna istinad edilməlidir. Bu tərcümənin hər hansı bir hissəsinin kommersiya məqsədləri ilə istifadə edilməsi üçün publishing@ ilə əlaqə saxlayın.
© Council of Europe/European Court of Human Rights, 2012.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012.
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante : publishing@
Full & Egal Universal Law Academy