© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2016. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə görə heç bir məsuliyyət daşımır. Əlavə məlumat almaq üçün bu sənədin sonunda verilmiş müəllif hüququna dair tam məlumata baxın.
© Council of Europe/European Court of Human Rights, 2016. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2016. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
Megi və başqaları Birləşmiş Krallığa qarşı – ərizələr № 26289/12, 29062/12 və 29891/12
12.5.2015 tarixli qərar [IV Bölmə]
Maddə 5
5-ci maddənin 3-cü bəndi
Tutulmuş şəxsin dərhal hakimin və ya məhkəmə funksiyasını yerinə yetirən digər vəzifəli şəxsin yanına gətirilməsi
Həbsdə saxlanmanın ilkin mərhələlərində hakimin şərti azadetmə barədə qərar çıxarmaq səlahiyyətinə malik olmaması: pozuntu baş verməyib
Faktlar – Ərizəçilər polis əməkdaşının qətlində iştirak etməkdə şübhəli bilinərək həbs edilmişdilər. 48 saatdan sonra onlar Qraflıq məhkəməsinin hakiminin yanına gətirildilər, o isə onların həbsinin qanuniliyini yoxladı və həbsdə saxlanmalarının (əlavə dindirmə və məhkəmə ekspertizaları üçün) 5 gün müddətinə uzadılmasına icazə verdi. Sonradan onların məhkəməyəqədər həbs müddəti uzadıldı və son nəticədə ərizəçilər onlara qarşı heç bir ittiham irəli sürülmədən 12 gündən sonra azad edildirlər.
Şimali İrlandiyanın "Terrorizm haqqında" 2000-ci il qanununa 8-ci Əlavəyə əsasən, tutulmuş şəxs ittiham irəli sürülmədən 28 günədək həbsdə saxlanıla bilərdi. Həbsdə saxlanmanın qanuniliyi 48 saat ərzində və daha sonra hər 7 gündən bir səlahiyyətli məhkəmə tərəfindən yoxlanmalı idi. Tutulma (həbsdə saxlanma) qanunsuz olduğu təqdirdə həmin hakim şəxsi azad etmək səlahiyyətinə malik olsa da, onu zəmanət müqabilində şərti azadlığa buraxmaq səlahiyyətinə malik deyildi.
Hüquqi məsələlər – 5-ci maddənin 3-cü bəndi: 5-ci maddənin 3-cü bəndinin müddəaları struktur baxımından iki aspekt ilə: tutulmuş şəxsin tutulduqdan sonra dövlət orqanlarının ixtiyarına verildiyi ilkin mərhələlərlə; və şəxsin cinayət məhkəməsi tərəfindən işinə baxılmasını gözlədiyi dövrlə (həmin müddətdə şübhəli şəxs həbsdə saxlanıla, yaxud müəyyən şərtlərlə və ya qeyd-şərtsiz azad edilə bilər) əlaqədardır. Bu iki aspekt fərqli hüquqları nəzərdə tutur və məntiqi cəhətdən və ya zaman baxımından zahirən bir-biri ilə əlaqəli deyil.
Birinci aspektə gəlincə, Məhkəmənin presedent hüququnda müəyyən edilir ki, "cinayət əməlinin törədildiyi ilə bağlı əsaslı şübhə" ilə əlaqədar tutulmuş və ya həbsə alınmış şəxs üçün məhkəmə nəzarəti vasitəsilə müdafiə mövcud olmalıdır, yəni bu cür müdafiə hətta cinayət ittihamının irəli sürülməsindən əvvəl mövcud olmalıdır. Məhkəmə nəzarəti dərhal həyata keçirilməli və avtomatik olmalı (başqa sözlə, tutulmuş şəxsin müraciətindən asılı olmamalı) və müstəqil hakim və ya məhkəmə funksiyalarını yerinə yetirən digər vəzifəli şəxs tutulmuş şəxsi dinlədikdən və onun tutulmasının və həbsdə saxlanmasının qanuniliyi və əsaslılığı məsələsini yoxladıqdan sonra onu azad etmək səlahiyyətinə malik olmalıdır.
Məhkəmə ərizəçilərin işində məhkəmə nəzarətinin bu şərtlərə cavab verdiyini müəyyən etdi və bu məsələni araşdırmağa keçdi ki, həbsdə saxlanıldıqları müddətdə ərizəçilərin şərti olaraq azadlığa buraxılması imkanı mövcud olmalı idi? O qeyd etdi ki, ərizəçilər polis tərəfindən həbsdə saxlanıldıqları müddətdə ikinci dəfə Qraflıq məhkəməsinin hakiminin yanına gətirilsələr də, şərti azadetmə barədə qərar çıxarmaq səlahiyyətinə malik olan hakimin yanına heç vaxt gətirilməyiblər. Bununla belə, Məhkəmə hesab etdi ki, ərizəçilər nisbətən qısa müddət (12 gün) ərzində həbsdə saxlanılıblar və beləliklə, həbsdə saxlanmalarını cinayət törətmələri ilə bağlı "əsaslı şübhənin" mövcudluğu ilə əsaslandırmağın mümkün olduğu bütün müddət ərzində onlar azadlıqdan məhrum edilmələrinin "ilkin mərhələlərində" idilər. Buna görə də bu müddətdə onların şərti azadlığa buraxılması məsələsinin nəzərdən keçirilməsi zəruri deyildi. Məhkəmənin 5-ci maddənin 3-cü bəndinə dair presedent hüququnda bu dövrdə şərti azadetmə məsələsinin də nəzərdən keçirilməsinin zəruri olduğunu göstərən heç nə yoxdur.
İstənilən halda, həbsdə saxlandıqları müddətdə ərizəçiləri həbsdə saxlanmalarının əsassız olaraq davam etdirilməsindən müdafiə etmək üçün bir sıra təminatlar mövcud idi: hakim həbs müddətini ən çoxu 7 günlüyə uzada bilərdi və həbsin ümumi müddəti 28 günü aşa bilməzdi; müddətin uzadılması barədə qərar qəbul etməzdən əvvəl hakim həbsdə saxlanmanın zəruri olduğunu düşünmək üçün əsaslı səbəblərin mövcud olduğuna və istintaqın lazımi səylə və cəldliklə aparıldığına əmin olmalı idi; hakim həm də həbsin qanuni olduğuna əmin olmalı və həbsin mahiyyətini nəzərdən keçirməli idi; birinci ərizəçi birinci yoxlama zamanı and içərək ifadə vermiş və hər iki ərizəçinin arqumentləri ikinci yoxlama zamanı dinlənilmişdi; nəhayət, ərizəçilər həbsdə saxlanmalarına məhkəmə nəzarəti qaydasında yenidən baxılması üçün şikayət verə bilərdilər.
Bu amillərin işığında Məhkəmə bu nəticəyə gəldi ki, ərizəçilər azadlıqdan məhrum edildikləri dövrdə şərti azadlığa buraxılma imkanının olmaması 5-ci maddənin 3-cü bəndi üzrə hər hansı məsələni meydana çıxarmır.
Nəticə: pozuntu baş verməyib (yekdilliklə).
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi
Katibliyin bu xülasəsinə görə Məhkəmə məsuliyyət daşımır.
Presedent hüququnun Məlumat Qeydləri üçün tıklayın
©Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2016
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə və onun keyfiyyətinə görə heç bir məsuliyyət daşımır. Tərcüməni Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnu təşkil edən işlərin daxil olduğu HUDOC məlumat bazasından () və ya Məhkəmənin razılığı ilə yerləşdirilən istənilən digər məlumat bazasından yükləmək olar. Tərcüməni qeyri-kommersiya məqsədlərilə bu şərtlə yenidən nəşr etmək mümkündür ki, məhkəmə işinin tam adı, yuxarıda göstərilmiş müəllif hüququna dair qeyd və Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fonduna istinad göstərilsin. Tərcümənin hər hansı bir hissəsindən kommersiya məqsədi ilə istifadə etmək nəzərdə tutularsa, bu ünvana müraciət etmənizi xahiş edirik publishing@.
© Council of Europe/European Court of Human Rights, 2016
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2016
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante: publishing@.
Full & Egal Universal Law Academy