© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2015. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə görə heç bir məsuliyyət daşımır. Əlavə məlumat almaq üçün bu sənədin sonunda verilmiş müəllif hüququna dair tam məlumata baxın.
© Council of Europe/European Court of Human Rights, 2015. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2015. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
Məhkəmənin 173 saylı qərarlar toplusu üzrə Məlumat Qeydi
2014-cü il, aprel
Magyar Keresztény Mennonita Egyház və digərləri Macarıstana qarşı - 70945/11, 23611/12, 26998/12 et al.
2014-cü il 8 aprel tarixli qərar (İkinci Bölmə)
Maddə 11
Maddə 11-1
Birləşmək azadlığı
Ərizəçi kilsələrdən onların dövlətdən maddi imtiyazlar almasını davam etməsi üçün qeydiyyata alınmış kilsə qismində yenidən qeydiyyatdan keçmə tələb edilmişdir: pozuntu baş vermişdir
Faktlar – Müəyyən kilsələr tərəfindən dövlət büdcə vəsaitlərindən istifadəsi problemlərini aradan qaldırmaq məqsədli qəbul edilmiş “Kilsələr haqqında” 2011-ci il qanununa əsasən kilsələrin tanınmasına dair ikipilləli sistem yaradılmışdır. Bir sıra kilsələr qanunla qeydiyyata alınmış hesab edilərək dini fəaliyyətinin həyata keçirilməsi üçün dövlət tərəfindən müəyyən maliyyə və vergi imtiyazlar almaq hüququndan istifadəni davam etdirmək hüququna malik olmuşlar.
Ərizəçilərin hamısı dini icmalar, yaxud bu icmaların dini xadimləri və ya üzvləri olmuşlar. “Kilsələr haqqında” 2011-ci il qanununun qəbulundan qabaq kilsə kimi qeydiyyatdan keçmiş və dövlət yardımını almış ərizəçi kilsələr qeydiyyata alınmış kimi avtomatik sayılmış kilsələrə aid edilməmişlər. Konstitusiya Məhkəməsinin qərarından sonra dini birliklər və ya icmalar, o cümlədən ərizəçilər, kilsə kimi fəaliyyətini davam etdirə və özünü kilsə adlandıra bilmişlər. Eyni zamanda, maliyyə imtiyazları və üstünlükləri əldə etmək üçün qeydiyyata alınmış kilsə qismində qeydiyyatdan keçmək məqsədilə kilsələrin, o cümlədən ərizəçilərin Parlamentə müraciət etməsi barədə tələbə dair 2011-ci il qanununun müddəaları qüvvədə qalmışlar. Müəyyən kilsənin qeydiyyata alınmış kimi hesab edilməsi onun üzvlərinin sayından və mövcud olması müddətindən, habelə demokratiya üçün təhlükə törəmədiyi barədə sübutlardan asılı olmuşdur.
Hüquqi məsələlər – 11-ci maddə (9-cu maddənin nöqteyi-nəzərindən baxıldıqda): Ərizəçilərin kilsə kimi qeydiyyatının ləğv edilməsi 9 və 11-ci maddələrə əsasən onların hüquqlarına müdaxiləni təşkil etmişdir. Tədbir 2011-ci il qanuna əsaslanaraq dini fəaliyyətlə məşğul olmasını iddia edən qurumlar tərəfindən dövlətdən saxta yollarla maddi yardım almasının qarşısını almaq məqsədini güdmüşdür. Məhkəmə həmçinin müdaxilənin demokratik cəmiyyətdə zəruri olması məsələsinə baxmışdır.
9-cu maddə ilə birlikdə 11-ci maddəyə əsasən dini təşkilatların müəyyən hüquqi statusa malik olmaq hüququ mövcud deyil. Dövlətdən yalnız tələb edilir ki, dini icmaların mülki hüquqa əsasən hüquq qabiliyyəti statusunu əldə etmək imkanında olması təmin edilsin. Eyni zamanda, Məhkəmə nəzərdən qaçıra bilməz ki, dövlət bir neçə dini təşkilatları qeydiyyata aldığı halda, müəyyən bir dini təşkilatı qeydiyyata almaqdan imtina etdikdə bu dinin tərəfdaşları xoş qarşılanan deyil, sadəcə dözüldüklərini hiss edə bilərlər. Bundan əlavə, dövlət orqanlarının dərk etdiyi problemin bu cür radikal olmayan həll etmə yollarının, o cümlədən məhkəmə nəzarətinin və sui-istifadə etməsi sübut olunmuş kilsələrin ləğv edilməsinin mümkün olmaması nümayiş etdirilməmişdir. Mübahisələndirilən qanunvericiliyin nəticəsində mövcud olmuş və fəaliyyət göstərmiş kilsələrin hüquqi əsasları, bəzi hallarda isə maddi vəziyyət və onların nüfuzu üçün ciddi nəticələrə səbəb olaraq ləğv edilmişdir.
Kilsələrin tanınmasının ikipilləli sistemi dövlətin mülahizə hüdudlarına daxil ola bilər və hər hansı belə sxem adətən onun fəaliyyət göstərdiyi ölkələrin tarixi-konstitusiya ənənələrinə aiddir. Eyni zamanda, Hökumət 2011-ci il qanununda göstərilən qeydiyyata alınmış kilsələr siyahının Macarıstan tarixi ənənələrini tam əks etdiyini nümayiş. Məzhəbin mövzusu barədə məlumatın təqdim edilməməsinə görə qeydiyyatdan imtina işin xüsusi hallarında qeydiyyat üçün müraciət etmiş məzhəbin demokratik cəmiyyət üçün təhlükə yaradıb-yaratmadığını müəyyən etmək zəruriliyi ilə əsaslandırıla bilər. Eyni zamanda, ərizəçilər Macarıstanda bir neçə il ərizəndə dini icmalar kimi fəaliyyət göstərmiş və onların qanunsuz fəaliyyət göstərməsi əsasları ilə onların mövcudluğunu mübahisələndirmək üçün dövlət orqanları tərəfindən hər hansı prosedura başlanması barədə heç bir sübut olmamışdır. Buna görə, onların yenidən qeydiyyatdan keçmək tələbi üçün səbəblər xüsusilə tutarlı olmalıdır.
Həqiqətən, şəxsin öz dinini və ya əqidəsini ifadə etmək azadlığı ilə ərizəçi kilsələrin və ya onların üzvlərinin dövlət büdcəsindən əlavə maliyyələşmə almaq hüququ nəzərdə tutulmur. Eyni zamanda, dini cəmiyyətlərin əldə etdiyi imtiyazlar onların dini məqsədlərinə nail olmasına yardım göstərir və buna görə, dövlət orqanlarının həmin resursların ayrılması və imtiyazların müəyyən edilməsi zamanı öz səlahiyyətlərini yerinə yetirərkən neytral və qərəzsiz olmaq öhdəliyi vardır. Dövlət dini təşkilatların maddi yardım və digər imtiyazları almaq hüququnu müəyyən etmək qərarına könüllü olaraq gəldikdə, bu imtiyazların verilməsində, azaltmasında və ya ləğv edilməsində ayrı-seçkiliyə yol verməməlidir. Bundan başqa, dini icmaların dövlətlər müxtəlif dini icmalarla əməkdaşlıq formalarının seçilməsində, o cümlədən belə imtiyazları qanunvericiliklə dəyişdirməkdə əhəmiyyətli dərəcədə sərbəst olmalıdır. Eyni zamanda, dövlətin neytral olması tələb edir ki, partnyorların müəyyən edilməsi tutarlı meyarlara əsaslanmalı və dini icma üzvlərinin dövlətin dini səbəblərdən onların icmasına daha əlverişsiz münasibətinə görə, ikinci dərəcəli vətəndaş kimi hiss etdiyi vəziyyəti yaratmamalıdır. Hazırkı işdə, imtiyazların ləğv edilməsi yalnız müəyyən dinlərə, o cümlədən ərizəçilərə, toxunmuşdur.
Məhkəmə müəyyən etdi ki, ərizəçilərin hüquqi şəxs qismində dini fəaliyyətinin qarşısının alınmasına dair heç bir işarə yoxdur. Buna baxmayaraq, qüvvədə olan qanunvericiliyə əsasən kilsələr tərəfindən həyata keçirilən müəyyən fəaliyyət növləri dini birliklər üçün mümkün deyil, bu amil isə, Məhkəmənin fikrincə, belə birliklərin kollektiv dini etiqad azadlığına təsir göstərir. Bu səbəbdən bu cür fərqləndirmə dövlətin neytrallığı tələbinə cavab vermir və onun obyektiv əsasları yoxdur.
Məhkəmə nəticəyə gəldi ki, daha az ciddi tədbirlər əvəzinə ərizəçilərin kilsə statusunu tamamilə ləğv etməklə, əsaslılığı şübhə doğuran, siyasi cəhətdən ziyanlı yenidən qeydiyyata alınması prosedurunu müəyyən etməklə və nəhayət, ərizəçilər üçün qeydiyyata alınmış kilsələrdən, nəinki əməkdaşlıq imkanları baxımından, həmçinin dini fəaliyyət məqsədləri üçün imtiyazlar baxımından fərqli hüquqi rejim müəyyən etməklə dövlət orqanları ərizəçi icmalara münasibətdə öz neytrallıq vəzifəsinə əhəmiyyət verməmişlər. Bu əsaslar, ayrı-ayrı və ya birlikdə götürüldükdə, Məhkəmənin mübahisələndirilən tədbirin “ciddi sosial tələbata” cavab vermədiyinin müəyyən etməsi üçün kifayətdir.
Nəticə: pozuntu baş vermişdir (beş səs lehinə, iki səs əleyhinə).
Maddə 41: Pozuntunun müəyyən edilməsi beş fərdi ərizəçiyə münasibətdə mənəvi ziyanın əvəzini kifayət qədər ədalətli ödəmişdir. Ərizəçi icmalarla bağlı məsələyə baxılması saxlanmışdır.
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi
Katibliyin bu xülasəsinə görə Məhkəmə məsuliyyət daşımır.
Presedent hüququnun Məlumat Qeydləri üçün tıklayın
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2015
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə və onun keyfiyyətinə görə heç bir məsuliyyət daşımır. Tərcüməni Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnu təşkil edən işlərin daxil olduğu HUDOC məlumat bazasından () və ya Məhkəmənin razılığı ilə yerləşdirilən istənilən digər məlumat bazasından yükləmək olar. Tərcüməni qeyri-kommersiya məqsədlərilə bu şərtlə yenidən nəşr etmək mümkündür ki, məhkəmə işinin tam adı, yuxarıda göstərilmiş müəllif hüququna dair qeyd və Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fonduna istinad göstərilsin. Tərcümənin hər hansı bir hissəsindən kommersiya məqsədi ilə istifadə etmək nəzərdə tutularsa, bu ünvana müraciət etmənizi xahiş edirik publishing@.
© Council of Europe/European Court of Human Rights, 2015.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2015
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante: publishing@.
Full & Egal Universal Law Academy