© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2013. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə görə heç bir məsuliyyət daşımır. Əlavə məlumat almaq üçün bu sənədin sonunda verilmiş müəllif hüququna dair tam məlumata baxın.
© Council of Europe/European Court of Human Rights, 2013. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2013. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
Məhkəmə təcrübəsi üzrə məlumat qeydi No. 165
İyul 2013
Maktouf və Damjanović Bosniya və Herseqovinaya qarşı [BP] - 2312/08 və 34179/08
Qərar 18.7.2013 [BP]
Maddə 7
Maddə 7-1
Daha ağır cəza
Müharibə cinayətləri üçün əməlin törədildiyi zaman qüvvədə olan qanunda nəzərdə tutulduğundan daha ağır cəza nəzərdə tutan cinayət qanunun retroaktiv tətbiqi: pozuntu
Faktlar – Hər iki ərizəçi Bosniya və Herseqovina Məhkəməsi (“Dövlət Məhkəməsi”) tərəfindən 1992-11995-ci il müharibəsində mülki əhaliyə qarşı müharibə cinayətlərində təqsirli hesab olunmuşlar. 2005-ci ilin əvvəllərində Dövlət Məhkəməsində keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Cinayət Tribunalının yekunlaşdırma strategiyasının bir hissəsi olaraq, Müharibə Cinayətləri Palataları yaradılmışdı. Milli və beynəlxalq hakimlərdən ibarət olan Dövlət Məhkəməsi, işlərin həssaslığı və mürəkkəbliyi səbəbilə onları öz səlahiyyəti altına götürə və daha az həssas və az mürəkkəb işləri Bosniya və Herseqovinanın iki Federasiya Subyektinin məhkəmələrinə (“Federasiya Subyektləri məhkəmələri”) ötürə bilər.
Birinci ərizəçi (Cənab Maktouf) Dövlət Məhkəməsi tərəfindən 2005-ci ilin iyulunda iki mülki şəxsin girov gtürülməsində yardım və təşviq etdiyinə görə müharibə cinayətində təqsirli hesab edilmiş və Bosniya və Herseqovina 2003-cü il Cinayət Məcəlləsinə (“2003-cü il Cinayət Məcəlləsi”) əsasən beş il azadlıqdan məhrum edilmişdir. 2006-cı ilin aprelində məhkəmənin appelyasiya palatası, iki beynəlxalq hakimin də iştirakı ilə işə yenidən baxdıqdan sonra onun barəsindəki hökmü və cəzanı təsdiqləmişdir. 1992-ci ildə Sarayevoda tutulmuş boşnakların döyülməsində əsas rol oynamış ikinci ərizəçi (Cənab Damjanović), 2007-ci ilin iyununda müharibə cinayəti qismində işgəncədə təqsirli bilinmiş və 2003-cü il Cinayət Məcəlləsi əsasında on bir il həbs cəzası almışdır.
Avropa Məhkəməsinə şikayətlərində hər iki ərizəçi inter alia şikayət edirdi ki, Dövlət Məhkəməsi onlara münasibətdə əməllərin törədildiyi zaman qüvvədə olan keçmiş Yuqoslaviya Federativ Sosialist Respublikası 1976-cı il Cinayət Məcəlləsindən daha ağır olan qanunu, 2003-cü il Cinayət Məcəlləsini retroaktiv qaydada tətbiq etmişdir və nəticədə onlara daha ağır cəza almışlar.
Hüquqi məsələlər – Maddə 7: Məhkəmə xatıradır ki, onun vəzifəsi 2003-cü il Məcəlləsinin retroaktiv qaydada müharibə cinayətlərində tətbiqinin per se Konvensiyanın 7-ci maddəsinə uyğun olub-olmaması məsələsini in abstracto araşdırmaq deyildir. Bu məsələ, hər bir işin hallarına uyğun olaraq, spesifik xüsusiyyətləri nəzərə alınaraq və yerli məhkəmələrin müttəhimə daha yararlı qanunun tətbiq olunub-olunmaması məsələsi əsasında müəyyənləşdirilməlidir.
Müharibə cinayətlərinə həm 1976-cı il Cinayət Məcəlləsində, həm də 2003-cü il Cinayət Məcəlləsində eyni cür anlayış verilmişdir və ərizəçilər əməllərin törədildiyi zaman kifayət qədər aydın və qabaqcadan görülə bilən şəkildə müəyyən olunmuş cinayət olması faktını mübahisələndirmirlər. Haqqında söhbət gedən məsələ, ərizəçilərinin məhkumiyyətinin qanuniliyi deyil, iki Məcəllə əsasında müharibə cinayətlərinə tətbiq olunan cəzalandırma təcrübəsindəki fəlrqlilikdir. Dövlət Məhkəməsi Cənab Maktoufu 2003-cü il Məcəlləsində nəzərdə tutulan ən az cəza həddi ilə, beş il müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırmışdı, lakin 1976-cı il Məccəlləsinə əsasən, o bir il həbs cəzası ala bilərdi. Eyni qaydada, ikinci ərizəçiyə 11 il müddətinə həbs, yəni minimum hədd olan on il həbsdən az yuxarı həbs cəzası verilmişdi. 1976-cı il Məcəlləsinə əsasən onun cəzası, beş il həbs ola bilərdi.
Hər iki ərizəçi ən aşağı həddə cəza aldığına görə, 1976-cı il Məcəlləsi, ən aşağı cəza həddinə münasibətdə daha yumşaq qanun idi. Bu kontekstdə, 2003-cü il Məcəlləsinin cəzanın ən yuxarı həddinə münasibətdə daha yumşaq qanun olması əhəmiyyətlli deyildir, çünki ərizəçilərin təqsirli bilindiyi cinayətlər bu yuxarı həddin tətbiq olunduğu cinayətlər kateqoriyasına aid deyildir. Bundan əlavə, Məhkəmə ərizəçilərin cəzasının həm 1976-cı il Cinayət Məcəlləsi, həm də 2003-cü il Cinayət Məcəlləsinində nəzərdə tutulduğunu və 1976-cı il Məcəclləsi tətbiq olunsa idi, ərizəçilərin daha yüngül cəza alacağını dəqiqliklə söyləməyin mümkün olmadığını qəbul etsə də, əsas məsələ odur ki, köhnə Məcəllə tətbiq olunsa idi, ərizşçilər daha yüngül cəza ala bilərdi. Beləliklə, 2003-cü il Məcəlləsinin retroaktiv qaydada tətbiqinin cəzaların müəyyənləşdirilməsində ərizəçilərin ziyanına olması riski böyük olduğundan, onlara daha ağır cəzanın tətbiq olunmasından müdafiə olunmaq üçün təminat verildiyi deyilə bilməz.
Bundan əlavə, Məhkəmə Hökumətin bir əməlin, törədildiyi zaman Konvensiyanın 7-ci maddəsinin 2-ci bəndi mənasında “sivil xalqların tanıdığı hüququn ümumi prinspiləri”nə görə cinayət olması halında cinayətin və cəzanın retroaktivliyinin qadağan olunması qaydasının tətbiq olunmalı olmaması barədəki arqumentini qəbul edə bilməz. Bu arqument, Konvensiyanın tətrtib edənlərin niyyətinə uyğun deyildir: bu rəyə görə, Maddə 7 § 1 ümumi olaraq, retroaktivliyin qadağan olunması qaydasını elan edir, Maddə 7 § 2 isə sadəcə olaraq, bu qaydanın cavabdehlik tərəfinin kontekstual izahıdır və İkinci Dünya Müharibəsindən sonra müharibə dövründə törədilən cinayətlərin təqibinin qanuniliyi ilə bağlı heç bir şübhənin olmamasını təmin etmək üçün daxil edilmişdir. Aydındır ki, Konvensiyanı tərtib edənlərin niyyəti retroaktivliyin qadağan olunması qaydasına ümumi bir istisnaya icazə vermək deyildi.
Hökumətin beynəlxalq hümanitar hüquqa əsasən müharibə cinayətlərini törədənlərin adekvat şəkildə cəzalandırılması öhdəliyinə görə, retroaktivliyin qadağan olunması qaydasını bu işdə tətbiq etməməli olması barədəki arqumentinə gəlincə isə, Məhkəmə qeyd edir ki, bu qayda Cenevrə Konvensiyalarında və onlara Əlavə Protokollarda da nəzərdə tutulur. Bundan əlavə, ərizəçilərin cəzası həm 1976, həm də 2003-cü il Cinayət Məcəllələrində nəzərdə tutulduğundan, Hökumətin, ərizəçilərin köhnə Məcəlləyə əsasən adekvat şəkildə cəzalandırıla bilməyəcəyi barədəki arqumenti də əsaslı deyildir.
Beləliklə, Məhkəmə hesab edir ki, hazırki işin hallarına görə, Konvensiyanın 7-ci maddəsinin pozuntusu baş vermişdir. Bu nəticə o demək deyildir ki, ərizəçilərə daha yüngül cəza verilməli idi, sadəcə olaraq, onların hallarında 1976-cı il Məcəlləsi tətbiq olunmalı idi.
Nəticə: pozuntu (yekdilliklə).
Maddə 6 § 1: Birinci ərizəçi həmçinin şikyət edir ki, Dövlət Məhkəməsi Maddə 6 § 1 mənasında müstəqil deyildi, çünki onun üzvləri Bosniya və Herseqovinada Ali Nüməyəndəlik tərəfindən yenilənə bilən iki illik müddətə təyin olunurdu. Avropa Məhkəməsi hesab edir ki, beynəlxalq hakimlərin Bosniya və Herseqovinanın siyasi orqanları və işin tərəflərinə və Ali Nümayəndəliyə münasibətdə müstəqilliyinə şübhə etmək üçün heç bir əsas yoxdur. Onların təyinatının məqsədi Dövlət Məhkəməsinin müharibə cinayətləri palatalarının müstəqillik görüntüsünü gücləndirmək və ictimaiyyətinin yerli məhkəmə sisteminə etibarını bərpa etmək idi. Bu hakimlərin öz ölkələrində peşəkar hakimlər arasından ezam edilməsi faktı kənar təzyiqlərə qarşı əlavə bir təminatdır. Mandat müddətləri nisbətən qisa olsa da, bu, Dövlət Məhkəməsində beynəlxalq hakimlərin olmasının müvəqqəti xarakteri və beynəlxalq ezamiyyətlərin mexanizmi nəzərə alınarsa, anlaşılandır.
Nəticə: qəbuledilməz (açıq-aşkar əsaslandırılmamış)
Maddə 14 və/və ya 12 saylı Protokol, Maddə 1: Ərizəçilərin onların işlərinə Federasiya Subyektləri məhkəmələrində deyil, Dövlət Məhkəməsində baxılmasının ayrı-seçkilik olması barədə şikayətinə gəlincə, Məhkəmə qeyd edir ki, Bosniya və Herseqovinada müharibədən sonra çox sayda müharibə cinayətləri işləri olduğundan, iş yükünun Dövlət Məhkəməsi və Federasiya Subyektləri məhkəmələri arasında bölünməsi normaldır. Belə olmasa idi, cavabdeh Dövlət Konvensiya üzrə öhdəliyi olan beynəlxalq hümanitar hüququn ciddi pozuntularına görə cavabdeh şəxsləri ağlabatan müddətlərdə məhkəmə qarşısına çıxarmaq vəzifəsini yerinə yetirə bilməzdi. Məhkəmə hadisələrin baş verdiyi zaman Federasiya Subyektləri məhkəmələrinin bir qayda olaraq, Dövlət Məhkəməsindən daha yüngül cəzalar tətbiq etməsi barədə məlumatlı olsa da bildirir ki, bu davranış fərqi fərdi xüsusiyyətlərlə izah olunmalı deyildir və buna gördə də, diskriminasion davranış hesab edilə bilməz. Bir işə Dövlət Məhkəməsi, yoxsa Federasiya Subyektləri məhkəmələri tərəfindən baxılmalı olması Dövlət Məhkəməsi tərəfindən işin hallarına uyğun olaraq obyektiv və ağlabatan meyarlar əsasında müəyyənləşdirilirdi.
Nəticə: qəbuledilməz (açıq-aşkar əsaslandırılmamış).
Maddə 41: Pozuntu tapılması ərizəçilərin məruz qaldığı hər hansı mənəvi ziyan üçün yetərli kompensasiyadır. Birinci ərizəçinin maddi ziyanın əvəzinin ödənilməsi tələbi rədd edilmişdir.
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi
Katibliyin bu xülasəsinə görə Məhkəmə məsuliyyət daşımır.
Presedent hüququnun Məlumat Qeydləri üçün tıklayın
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2013
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə və onun keyfiyyətinə görə heç bir məsuliyyət daşımır. Tərcüməni Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnu təşkil edən işlərin daxil olduğu HUDOC məlumat bazasından () və ya Məhkəmənin razılığı ilə yerləşdirilən istənilən digər məlumat bazasından yükləmək olar. Tərcüməni qeyri-kommersiya məqsədlərilə bu şərtlə yenidən nəşr etmək mümkündür ki, məhkəmə işinin tam adı, yuxarıda göstərilmiş müəllif hüququna dair qeyd və Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fonduna istinad göstərilsin. Tərcümənin hər hansı bir hissəsindən kommersiya məqsədi ilə istifadə etmək nəzərdə tutularsa, bu ünvana müraciət etmənizi xahiş edirik publishing@.
© Council of Europe/European Court of Human Rights, 2013.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2013
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante: publishing@.
Full & Egal Universal Law Academy