© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil. Əlavə məlumat üçün sənədin sonunda müəllif hüquqları haqqında qeydə baxın.
© Council of Europe/European Court of Human Rights, 2012. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
Manquras İspaniyaya qarşı (Mangouras v. Spain [GC]), ərizə № 12050/04
28.09.2010-cu il tarixli qərar [Böyük Palata]
Maddə 5
5-ci maddənin 3-cü bəndi
Məhkəmədə iştirak etmə təminatları
Məhkəməyə qədər azad edilmək hüququ
Dənizin çirkləndirilməsi ilə əlaqədar məhkəmə işində girov müqabilində azad edilmə üçün tələb olunan məbləğin yüksək olması: pozuntu baş verməyib
Faktlar – Yunanıstan vətəndaşı olan ərizəçi "Prestij" gəmisinin kapitanı idi, həmin gəmi 2002-ci ilin noyabrında İspaniya sahilində gövdəsindəki sızma ucbatından Atlantik okeanına 70.000 ton yanacaq buraxmışdı. Bu sızma ekoloji fəlakətə səbəb olmuşdu və həmin fəlakətin dəniz florasına və faunasına təsiri bir neçə ay davam etmiş və Fransa sahillərinə gəlib çatmışdı.
Hadisə ilə bağlı cinayət işi açıldı və işin istintaqını həyata keçirən hakim ərizəçi barəsində həbs qəti imkan tədbiri seçdi, amma ərizəçi 3.000.000 avro məbləğində girov qoymaqla azad edilə bilərdi. İşin istintaqını həyata keçirən hakim ərizəçinin davranışının cinayət olduğunu qeyd edərək həmin davranışı təbii resurslara ziyan vurulması, habelə inzibati orqanların təlimatlarına əməl edilməməsi kimi qiymətləndirdi. İstintaqı həyata keçirən hakimin fikrincə, irəli sürülən ittihamların ağırlığı, ərizəçinin xarici ölkə vətəndaşı olması və İspaniya ilə əlaqələrinin olmaması böyük məbləğdə girov təyin olunmasına haqq qazandırırdı. Ərizəçi azad edilməsi üçün vəsatət verdi və alternativ olaraq təklif etdi ki, şəxsi vəziyyəti nəzərə alınaraq girovun məbləği 60.000 avroya endirilsin. İstintaqı həyata keçirən hakim bu vəsatəti rədd edərək belə əsas gətirdi ki, ona qarşı irəli sürülən ittihamların ağırlığı onun həbsdə saxlanılmasına haqq qazandırır. Girovun məbləğinə gəlincə, hakim öncə gətirdiyi arqumentləri təkrarladı və qeyd etdi ki, ərizəçinin məhkəməyə gəlməsi gəminin göyərtəsində sızma baş verdikdən sonra hadisələrin baş vermə ardıcıllığının müəyyənləşdirilməsi üçün mühüm əhəmiyyət daşıyır. Ərizəçi bu qərardan şikayət verdi və qərarın ləğv olunması tələb etdi, lakin onların hər ikisi rədd edildi. İstintaqı həyata keçirən hakim tələb olunan məbləğin ödəniləcəyinə dair bank zəmanəti aldıqdan sonra ərizəçini müəyyən şərtlərlə müvəqqəti azad etdi. Ərizəçi konstitusiya icraatı çərçivəsində Konstitusiya Məhkəməsinə girovun məbləği ilə əlaqədar şikayət ərizəsi verdi, amma şikayəti qəbul olunmayan elan edildi.
Sonradan İspaniyanın hakimiyyət orqanları ərizəçinin öz ölkəsinə qayıtmasına icazə verdilər (hazırda o, öz ölkəsində yaşayır), bu şərtlə ki, o, İspaniyada olduğu kimi Yunanıstanda da hakimiyyət orqanlarının dövri nəzarət altında olmalı idi. Bu o demək idi ki, ərizəçi doğulduğu adada və ya Afinada hər iki həftədən bir qeydiyyat üçün polis bölməsinə getməlidir. Ona qarşı qaldırılmış cinayət işinə mahiyyəti üzrə baxılması hələ də davam edir.
8 yanvar 2009-cu il tarixli qərarında Məhkəmənin Palatası yekdilliklə bu qənaətə gəldi ki, 5-ci maddənin 3-cü bəndi pozulmayıb (115 saylı Məlumat bülleteninə bax).
Hüquqi məsələlər – 5-ci maddənin 3-cü bəndi: Məhkəmə xatırlatdı ki, şəxsin həbsdə saxlanılmasına haqq qazandıran səbəblər mövcuddursa, bu halda girov tələb oluna bilər və hakimiyyət orqanları girovun məqsədəuyğun məbləğini müəyyənləşdirərkən, habelə təqsirləndirilən şəxsin həbsdə saxlanılmasının zəruriliyi məsələsini həll edərkən mümkün qədər diqqətli olmalıdırlar. Bundan başqa, baxmayaraq ki, girovun məbləği, bir qayda olaraq, təqsirləndirilən şəxsin fərdi xüsusiyyətləri və maddi imkanları nəzərə alınmaqla müəyyənləşdirilir, müəyyən hallarda yetirilməsinə görə təqsirləndirilən şəxsin məsuliyyət daşıdığı ziyanın məbləğinin nəzərə alınması əsaslı sayıla bilər. Ərizəçi 83 gün ərzində azadlıqdan məhrum edilmiş və 3.000.000 avro məbləğində bank zəmanəti verildikdən sonra azad edilmişdi. Girovun məbləği böyük ehtimalla ərizəçinin ödəniş qabiliyyətindən artıq olsa da, milli məhkəmələr onun fərdi xüsusiyyətləri ilə yanaşı, ittiham edildiyi cinayətin ağırlığını, habelə onun çalışdığı "peşə mühitini" nəzərə almışdılar.
Müvafiq olaraq, Məhkəmə bu yanaşmanın 5-ci maddənin 3-cü bəndinə uyğun olub-olmadığını aydınlaşdırmalıdır. Məhkəmə bu fikirdədir ki, 5-ci maddənin 3-cü bəndinin tələblərini şərh edərkən yeni reallıqlar, yəni ekoloji pozuntularla bağlı Avropada və dünyada artmaqda olan haqlı narahatlıq,Avropa və beynəlxalq hüquq normalarında müəyyən edilən təbiətin mühafizəsi üzrə öhdəlikləri yerinə yetirməyə məcbur etmə vasitəsi kimi cinayət qanunvericiliyindən istifadə etmək tendensiyası nəzərə alınmalıdır. İnsan hüquqlarının müdafiəsi sahəsində getdikcə yüksəyə qalxan standartlar demokratik cəmiyyətlərin əsas dəyərlərinin pozuntularının qiymətləndirilməsində daha qətiyyətli mövqe tutulmasını məqsədəuyğun və qaçılmaz edir, buna görə də girovun məbləği müəyyənləşdirilərkən bu tədbirin səmərəliliyini təmin etmək məqsədi ilə sözügedən fəaliyyətə şərait yaradan "peşə mühiti" istisna edilə bilməz. Hazırkı işin müstəsna xarakterini və dənizin çirkləndirilməsi nəticəsində ətraf mühitə böyük ekoloji ziyan dəydiyini nəzərə alsaq, təqsirkarların ədalət mühakiməsindən yayınmaması və təminat tədbirlərinə etinasız yanaşmaması üçün məhkəmə orqanlarının tələb olunan girov məbləğini ehtimal olunan məsuliyyət dərəcəsinə uyğun olaraq müəyyənləşdirmələri təəccüb doğurmamalıdır. Bu işdə əminlik yox idi ki, girov məbləğinin yalnız ərizəçinin əmlak vəziyyəti nəzərə alınmaqla təyin olunması onun məhkəməyə gəlməsini təmin etmək üçün yetərli olacaq. Bundan əlavə, görünür, ödənişin gəmi sahibinin sığortaçısı tərəfindən ödənilməsi faktı təsdiq edirdi ki, İspaniya məhkəmələri ərizəçinin çalışdığı "peşə mühitinə" istinad edərkən mahiyyət etibarı ilə ərizəçi ilə gəminin təhlükəsizliyini təmin etməli olan şəxslər arasında əlaqə olduğu barədə düzgün nəticə çıxarmışdılar.
Beləliklə, İspaniya məhkəmələri ərizəçinin şəxsi vəziyyətini və konkret olaraq onun gəmi sahibinin işçisi olduğunu, gəminin təhlükəsizliyini təmin etməli olan şəxslərlə peşəsindən irəli gələn əlaqələrini, vətəndaşlığını və daimi yaşayış yerini, habelə İspaniya ilə əlaqələrinin olmamasını və yaşını kifayət qədər nəzərə almışdılar. İşin xüsusi hallarını və neft sızmasının ekoloji və iqtisadi nəticələrini nəzərə alsaq, hakimiyyət orqanları bu cinayətin ağırlığıq dərəcəsini və ərizəçi tərəfindən yetirilmiş ziyanın məbləğini haqlı olaraq nəzərə almışdılar.
Nəticə: pozuntu baş verməyib (yeddi səsə qarşı on səslə).
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012.
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil; eyni zamanda, Məhkəmə tərcümənin keyfiyyəti ilə bağlı heç bir məsuliyyət daşımır. Tərcümə Avropa İnsan Hüquqları Məhkəməsi HUDOC presedent hüququ bazası () və ya Məhkəmənin onu bölüşmüş olduğu hər hansı digər məlumat bazasından yüklənə bilər. Bu tərcümə qeyri-kommersiya məqsədləri üçün istifadə oluna bilər; bu halda işin tam adına, habelə yuxarıda göstərilən müəllif hüquqları haqqında qeydə və İnsan Hüquqları Etimad Fonduna istinad edilməlidir. Bu tərcümənin hər hansı bir hissəsinin kommersiya məqsədləri ilə istifadə edilməsi üçün publishing@ ilə əlaqə saxlayın.
© Council of Europe/European Court of Human Rights, 2012.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012.
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante : publishing@
Full & Egal Universal Law Academy