© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil. Əlavə məlumat üçün sənədin sonunda müəllif hüquqları haqqında qeydə baxın.
© Council of Europe/European Court of Human Rights, 2012. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
Maslov Avstriyaya qarşı [Böyük Palata] (Maslov v. Austria [GC]), ərizə № 1638/03
23.06.2008-ci il tarixli qərar [Böyük Palata]
Maddə 8
8-ci maddənin 1-ci bəndi
Ailə həyatına hörmət hüququ
Şəxsi həyata hörmət hüququ
Şəxsin yetkinlik yaşına çatmadığı dövrdə törətdiyi və əsasən qeyri-zorakı xarakter daşıyan cinayət əməllərinə görə ölkədən çıxarılması barədə qərarın qəbulu: pozuntu baş verib
Faktlar – İş üzrə ərizəçi Bolqarıstan vətəndaşıdır, 1990-cı ildə altı yaşında ikən Avstriyaya gəlib və orada valideynləri, qardaşı və bacısı ilə qanuni şəkildə yaşayıb. O, 1999-cu ildə ölkədə qeyri-məhdud müddətə yaşamaq hüququ əldə edib. 2000-ci ildə o, on altı yaşında olarkən federal polis idarəsi onun Avstriya ərazisinə daxil olmasını on il müddətinə qadağan edən qərar qəbul etdi və bu müddət onun 18 yaşı tamam olduğu andan hesablanırdı. Bu qərar ağırlaşdırıcı hallarla oğurluq etmə, pul qoparma və hücum etmə əməllərinə görə ərizəçinin yetkinlik yaşına çatmayan şəxslərin işləri üzrə məhkəmə tərəfindən məhkum edilməsi ilə əlaqədar çıxarılmışdı. 2003-cü ilin dekabrında cəzasını çəkdikdən və yetkinlik yaşına çatdıqdan sonra o, Bolqarıstana deportasiya olundu.
Hüquqi məsələlər – Ərizəçinin ölkəyə girişinə qadağa qoyulması barədə qərarın qəbulu və icrası onun şəxsi və ailə həyatına hörmət hüququna müdaxilə təşkil edirdi, bu, qanuni müdaxilə idi və iğtişaşın və ya cinayətin qarşısını almaqdan ibarət qanuni məqsəd daşıyırdı. Bu işdə mühüm əhəmiyyət daşıyan amil ərizəçinin cinayətləri törətdiyi zaman yetkinlik yaşına çatmaması və bir cinayətdən başqa qalanlarının qeyri-zorakı xarakteri idi. Onun barəsindəki ittiham hökmləri əsasən yetkinlik yaşına çatmayan şəxs tərəfindən törədilən xırda hüquq pozuntularına aid idi. Cinayət törətmiş yetkinlik yaşına çatmayan şəxsə ölkədən çıxarılma tədbirləri tətbiq edilərkən onun maraqlarının nəzərə alınması onun cəmiyyətə təkrar inteqrasiyasına şərait yaratmaq öhdəliyini də özündə ehtiva edir. Yetkinlik yaşına çatmayan şəxsi ölkədən çıxarmaqla onun ailə və ya sosial əlaqələrini qırmaq təkrar inteqrasiya məqsədinə xidmət etmir və yalnız ən son vasitə kimi istifadə oluna bilər. Həbsxanadan azad edildikdən sonra ərizəçi daha 18 ay Avstriyada qalıb və təkrar cinayət törətməyib. Həbsxanada onun necə davrandığı və ya həyat şəraitinin nə dərəcədə stabilləşdiyi barədə kifayət qədər məlumat yox idi, buna görə də tətbiq edilən digər meyarlarla müqayisədə onun cinayətləri törədikdən sonrakı davranışına az əhəmiyyət verilmişdi, xüsusən də bu fakta diqqət yetirilməmişdi ki, onun törətdiyi cinayətlər əsasən qeyri-zorakı xarakterli əməllər idi və həmin dövrdə o, yetkinlik yaşına çatmamışdı. Ərizəçinin əsas sosial, mədəni, dil və ailə əlaqələri onun qohumlarının yaşadığı Avstriyada idi, doğulduğu ölkədə isə belə əlaqələri yox idi. Ölkəyə girişə qoyulmuş qadağanın müddətinin məhdud olması faktı əhəmiyyət daşımırdı. Ərizəçinin yaşının azlığını nəzərə alsaq, on illik qadağa onun Avstriyada yaşadığı müddətə təxminən bərabər olan müddət ərzində, həyatının mühüm dövrü ərzində bu ölkədə yaşamasının qarşısını alırdı. Belə olan halda bu qadağa qarşıya qoyulan qanuni məqsədə mütənasib deyildi və buna görə də demokratik cəmiyyətdə zəruri deyildi.
Nəticə: pozuntu baş verib (bir səsə qarşı on altı səslə).
Maddə 41: Mənəvi ziyana görə 3.000 avro təyin edildi.
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012.
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil; eyni zamanda, Məhkəmə tərcümənin keyfiyyəti ilə bağlı heç bir məsuliyyət daşımır. Tərcümə Avropa İnsan Hüquqları Məhkəməsi HUDOC presedent hüququ bazası () və ya Məhkəmənin onu bölüşmüş olduğu hər hansı digər məlumat bazasından yüklənə bilər. Bu tərcümə qeyri-kommersiya məqsədləri üçün istifadə oluna bilər; bu halda işin tam adına, habelə yuxarıda göstərilən müəllif hüquqları haqqında qeydə və İnsan Hüquqları Etimad Fonduna istinad edilməlidir. Bu tərcümənin hər hansı bir hissəsinin kommersiya məqsədləri ilə istifadə edilməsi üçün publishing@ ilə əlaqə saxlayın.
© Council of Europe/European Court of Human Rights, 2012.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012.
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante : publishing@
Full & Egal Universal Law Academy