© Avropa Şurası/İnsan Hüquqları üzrə Avropa Məhkəməsi, 2012. Bu tərcümə Avropa Şurasının “Hyuman Rayts Trast Fondu”nun dəstəyi ilə həyata keçirilmişdir (/humanrightstrustfund). O, Məhkəmə üçün məcburi deyil. Geniş məlumat üçün müəlliflik hüququ ilə bağlı bu sənədin sonundakı tam məlumata bax.
© Council of Europe/European Court of Human Rights, 2012. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
Mikallef Maltaya qarşı (Micallef v. Malta [GC]), ərizə № 17056/06
15.10.2009-cu il tarixli qərar [Böyük Palata]
Mikallef Maltaya qarşı (Micallef v. Malta [GC]), ərizə № 17056/06
15.10.2009-cu il tarixli qərar [Böyük Palata]
Maddə 6
Mülki proses
6-cı maddənin 1-ci bəndi
Mülki hüquq və vəzifələr
Məhkəmə qadağasının tətbiqi ilə bağlı icraat: 6-cı maddə bu hala tətbiq edilə bilər
Qərəzsiz məhkəmə
İş üzrə tərəfin vəkili ilə ailə əlaqələri olan hakimin işə baxmasına etiraz etmək hüququnun qanunvericilikdə nəzərdə tutulmaması: pozuntu baş verib
Maddə 34
Qurban statusu
Ədalətli məhkəmə araşdırması hüququnun pozulduğu barədə təqdim etdiyi konstitusiya şikayəti icraatda olduğu zaman vəfat etmiş bacısının adından ərizəçinin Avropa Məhkəməsinə şikayət ərizə verməsi: bu halda qurban statusu saxlanılır.
Faktlar – Ərizəçinin bacısının mülki mübahisəyə dair işdə öz mülki hüquqlarını müdafiə etməsinə imkan verilməmişdi, sonradan 1992-ci ildə həmin işin mahiyyəti üzrə qərar çıxarıldı. 1985-ci ildə ona məhkəmə qadağasının tətbiqi barədə qərar qəbul edildi və bundan sonra qonşusu ona qarşı substantiv (maddi-hüquqi) iddia qaldırdı. Ərizəçinin bacısı məhkəmə qadağasından şikayət verdi və məhkəmə həmin qadağanı etibarsız elan edərək müəyyən etdi ki, qadağanın tətbiqi barədə qərar çıxarılarkən çəkişmə prinsipi pozulub. Amma bu qərar apellyasiya şikayəti əsasında ləğv edildi. 1993-cü ildə o, konstitusiya icraatı qaydasında şikayət verərək apellyasiya məhkəməsinin hakiminin obyektiv baxımdan qərəzsiz olmadığını əsas gətirdi, çünki həmin hakim qarşı tərəfin vəkili ilə ailə əlaqələrinə malik idi. 2002-ci ildə bacısının vəfatından sonra ərizəçi onun məhkəmə işinin davam etdirilməsini öz üzərinə götürdü. Yuxarıda qeyd edilən şikayət 2005-ci ildə rədd edildi. 2006-cı ildə ərizəçi Avropa Məhkəməsinə şikayət verdi. 15 yanvar 2008-ci il tarixli qərarında (104 saylı Məlumat bülleteninə bax) Məhkəmənin Palatası üç səsə qarşı dörd səslə qərara aldı ki, apellyasiya məhkəməsi qərəzsiz olmadığına görə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi pozulub.
Hüquqi məsələlər – a) İlkin etirazlar: Cavabdeh Hökumət şikayətin qəbul edilməsinin mümkünlüyünə üç səbəbə görə etiraz etdi: birincisi, ərizəçi prosesdə tərəf olmadığına görə qurban statusuna malik deyildi, ikincisi, ərizəçi daxili hüquqi müdafiə vasitələrini tükəndirməmişdi və üçüncüsü, 6-cı maddə məhkəmə qadağasının tətbiqinə aid məhkəmə proseslərinə şamil olunmur.
i) Qurban statusu – Bu işdə birbaşa zərərçəkmiş şəxs 10 ildən artıq eyni instansiyada davam edən konstitusiya icraatı zamanı vəfat etmişdi, bu icraat daxili hüquqi müdafiə vasitələrinin tükəndirilməsi üçün zəruri idi. Konstitusiya icraatı çərçivəsində iddiaçının qardaşı və varisi qismində prosesə qatılmaq üçün ərizəçinin verdiyi vəsatət rədd edilməmişdi, o həmçinin şikayətinin müdafiəsindən də kənarlaşdırılmamışdı. Bundan başqa, bacısının qaldırdığı məhkəmə işi ilə bağlı xərcləri çəkmək vəzifəsi onun üzərinə qoyulmuşdu, buna görə də hesab etmək olar ki, o, varis kimi bu xərclərin əvəzinin ona ödənilməsində maraqlı idi. Üstəlik, bu işdə ədalət mühakiməsinin ədalətli şəkildə həyata keçirilməsi ilə bağlı mühüm məsələlər qaldırılmışdı, buna görə də işin davam etdirilməsi ictimai maraq dairəsində olan məsələ idi. Buna görə də ərizəçi bu şikayət ərizəsini vermək hüququna malikdir.
ii) Daxili hüquqi müdafiə vasitələrinin tükəndirilməsi məsələsi – Bu işdə nəzərdən keçirilən dövrdə Malta qanunvericiliyində vəkil ilə əmi-qardaşoğlu münasibətlərində olan hakimin işdə iştirakına etiraz etməyin mümkünlüyü məsələsi barədə norma yox idi. Milli konstitusiya məhkəmələri qarşısında bu məsələni qaldırmaqla ərizəçi ixtiyarında olan hüquqi müdafiə vasitələrindən müəyyən olunmuş qaydada istifadə etmişdi, həmin məhkəmələr adi hüquqi müdafiə vasitələrinin tükəndirilmədiyi barədə Hökumətin etirazını rədd etmiş və şikayətə mahiyyəti üzrə baxmışdılar, şikayətin özü isə mahiyyət etibarı ilə barəsində Məhkəməyə şikayət edilmiş faktlarla əlaqədar idi.
iii) 6-cı maddənin 1-ci bəndinin bu işə tətbiqinin mümkünlüyü məsələsi – Məhkəmə qadağasının təyin edildiyi icraat ilə sonradan onun ədalətliliyi məsələsinə etiraz edildiyi icraat hər ikisi birlikdə şikayətin mahiyyətinə aid olan vahid bir prosedurdur və onları ayrılıqda nəzərdən keçirmək olmaz. Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulmuş təminatlar adətən müəyyən tədbirlərin tətbiqinə aid olan ilkin məhkəmə icraatına şamil olunmasa da, Avropa Məhkəməsi qeyd edir ki, ilkin tədbirlərə, o cümlədən məhkəmə qadağasına aid məsələlərin araşdırıldığı bu cür məhkəmə icraatlarına 6-cı maddənin tətbiqinin mümkünlüyü məsələsində Avropa Şurasının iştirakçısı olan dövlətlər arasında konsensus yoxdur. Bu mövqe həmçinin Avropa İttifaqı Məhkəməsinin presedent hüququnda da qəbul edilib. Həddən artıq uzun sürən məhkəmə icraatlarında məhkəmə qadağası barədə hakimin ilkin qərarı çox vaxt iddia tələbinin mahiyyəti üzrə çıxarılmış qərara bərabər ola bilər, belə ki, onun qüvvəsi uzunmüddətli, yaxud müstəsna hallarda hətta daimi olur. Buradan belə nəticə çıxır ki, istər ilkin, istərsə də əsas məhkəmə icraatında çox zaman 6-cı maddədə nəzərdə tutulan mənada "mülki və siyasi hüquqlar" müəyyən olunur və ilkin icraat çox vaxt əsas icraatla eyni nəticələr doğurur. Belə olan halda Avropa Məhkəməsi məhkəmə qadağası barədə qərarın çıxarıldığı icraatı avtomatik olaraq mülki və siyasi hüquqların müəyyən olunmadığı icraat hesab etmək mövqeyini əsaslı saymır. O, həmçinin əmin deyil ki, bu cür icraatlarda yol verilən nöqsanlar işin mahiyyəti üzrə icraatda hökmən aradan qaldırılır, çünki belə nöqsanların vurduğu ziyanı sonradan buna real imkan olmadığına görə aradan qaldırmaq mümkün olmaya bilər (ziyanın əvəzinin maddi kompensasiya yolu ilə ödənilməsinin mümkün olduğu hallar istisna olmaqla). Buna görə də Məhkəmə öz presedent hüququnda dəyişiklik edilməsini zəruri hesab etdi.
Əsas məhkəmə icraatında və məhkəmə qadağasının təyin edildiyi məhkəmə icraatında mübahisə predmeti olan hüquq 6-cı maddədə nəzərdə tutulan mənada "mülki" xarakter daşıyırsa və təyin olunmuş ilkin tədbiri həmin tədbirin qüvvədə olma müddətindən asılı olmayaraq faktiki olaraq mülki hüququ və ya vəzifəni müəyyən edən tədbir hesab etmək olarsa, bu halda 6-cı maddə tətbiq edilə bilər. Bununla belə, Məhkəmə qəbul etdi ki, müstəsna hallarda 6-cı maddənin bütün tələblərinə riayət edilməsi mümkün olmaya bilər. Məhkəmənin və ya hakimin müstəqilliyinin və qərəzsizliyinin təmin olunması bu cür məhkəmə araşdırmalarında vacib olsa da, ilkin tədbirin təyin olunması barədə qərar çıxarılan məhkəmə prosedurlarında digər prosessual təminatlar həmin prosedurun xarakterinə və məqsədinə uyğun olduğu dərəcədə tətbiq edilə bilər. Hazırkı işdə əsas məhkəmə araşdırmasının predmeti olan hüquqi qonşuların öz hüquqlarından istifadə etmələri ilə, yəni "mülki" xarakterli hüquqla əlaqədar idi. Məhkəmə qadağasının məqsədi əsas araşdırma çərçivəsində mübahisə predmeti olan eyni hüququn müəyyən edilməsindən ibarət idi və həmin qadağa dərhal qüvvəyə minmişdi. Buna görə də 6-cı maddə bu işə tətbiq edilə bilər.
Nəticə: ilkin etirazlar rədd edildi (altı səsə qarşı on bir səslə).
b) Şikayətin mahiyyəti: Qərəzsizliyi şübhə altına alınan hakimin işdə iştirakdan avtomatik imtina etmək vəzifəsi həmin vaxt qüvvədə olan Malta qanunvericiliyində nəzərdə tutulmamışdı. Hakimin prosesdə tərəflərdən birini təmsil edən vəkilin bacısı və ya qardaşı olması (hələ əmi-qardaşoğlu münasibəti bir kənara qalsın) digər tərəfin həmin hakimin prosesdə iştirakına etiraz etməsinə imkan vermirdi. O vaxtdan bəri Malta qanunvericiliyində dəyişiklik edildi və indi yaxın qohumluq əlaqələri hakimin prosesdən kənarlaşması üçün əsas təşkil edir. Ərizəçinin işinin əsasını təşkil edən bu məsələyə dair mübahisəyə gəlincə, Məhkəmənin rəyi ondan ibarət oldu ki, tərəflərdən birinin vəkili ilə hakimin yaxın ailə əlaqələrinə malik olması məhkəmə tərkibinin yetərincə qərəzsiz olmamasından ərizəçinin obyektiv olaraq ehtiyat etməsi üçün kifayət qədər əsaslı səbəbdir.
Nəticə: pozuntu baş verib (altı səsə qarşı on bir səslə).
Maddə 41: Pozuntunun aşkar edilməsi faktı mənəvi ziyana görə kifayət qədər ədalətli kompensasiya təşkil edir.
© Avropa Şurası/İnsan Hüquqları üzrə Avropa Məhkəməsi, 2012.
İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurasının “Hyuman Rayts Trast Fondu”nun dəstəyi ilə həyata keçirilmişdir (/humanrightstrustfund). O, Məhkəmə üçün məcburi deyil və Məhkəmə tərcümənin keyfiyyətinə görə hər hansı məsuliyyət daşımır. Tərcüməni İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin HUDOC presedent hüququ məlumat bazasından () və ya Məhkəmənin onu bölüşdüyü istənilən digər məlumat bazasından yükləmək olar. Bu tərcümə işin tam adının, yuxarıda qeyd edilmiş müəlliflik hüququna dair məlumatın göstərilməsi və “Hyuman Rayts Trast Fondu”na istinad edilməsi şərti ilə qeyri-kommersiya məqsədləri üçün çoxaldıla bilər. Tərcümənin hər hansı bir hissəsindən kommersiya məqsədləri üçün istifadə etmək istəyi olduqda, bu ünvanla əlaqə saxlaya bilərsiniz: publishing@.
© Council of Europe/European Court of Human Rights, 2012.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012.
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante : publishing@
Full & Egal Universal Law Academy