Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə görə heç bir məsuliyyət daşımır. Əlavə məlumat almaq üçün bu sənədin sonunda verilmiş müəllif hüququna dair tam məlumata baxın.
© Council of Europe/European Court of Human Rights, 2012. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
DÖRDÜNCÜ BÖLMƏ
MakKANN BİRLƏŞMİŞ KRALLIĞA qarşi IŞI
(CASE OF McCANN v. THE UNITED KINGDOM)
(19009/04 saylı ərizə)
Bu versiya 21 iyul 2009-cu il tarixində Məhkəmə Reqlamentinin 81-ci Qaydasına müvafiq olaraq hazırlanmışdır
QƏRAR
STRASBURQ
13 May 2008
YEKUN
13/08/2008
Bu qərar redaktə məqsədilə təhlil edilə bilər.
McCann Birləşmiş Krallığa qarşı işinə,
Aşağıdakı tərkibdən:
Lech Garlicki, Sədr,
Nicolas Bratza,
Giovanni Bonello,
Ljiljana Mijović,
David Thór Björgvinsson,
Ján Šikuta,
Päivi Hirvelä, hakimlər,
Lawrence Early, Bölmə Katibi,
ibarət Palatada baxan Avropa İnsan Hüquqları Məhkəməsi (Dördüncü Bölmə),
22 Aprel 2008-ci ildə qapalı müşavirə keçirərək,
Həmin tarixdə qəbul edilmiş aşağıdakı qərarı çıxarıb:
PROSES
1. İş İnsan Hüquqları və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Konvensiyanın (“Konvensiya”) 34-cü maddəsinə əsasən Britaniya vətəndaşı c-b Gerrard McCann (“ərizəçi”) tərəfindən 20 may 2004-cü ildə Məhkəməyə təqdim edilmiş Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığına qarşı şikayət (№19009/04) əsasında açılıb.
2. Hüquqi yardım göstərilən ərizəçi Solihullda fəaliyyət göstərən hüquqşünas cənab Gurbinder Gill tərəfindən təmsil olunub.
3. Ərizəçi şikayət edib ki, evdən məcburi çıxarılma ilə bağlı yerli hakimiyyət orqanı tərəfindən ona qarşı qaldırılan icraat Konvensiyanın 6, 8 və 14-cü maddələrini pozub.
4. Şikayət Məhkəmənin Dördüncü Bölməsinin icraatına verilib (Məhkəmə Reqlamentinin 52-ci Maddəsinin 1-ci bəndi). Bu Bölmə daxilində işə baxan (Konvensiyanın 27-ci maddəsinin 1-ci bəndi) Palata 26-cı Qaydanın 1-ci bəndində nəzərdə tutulmuş qaydada yaradılıb.
5. 10 may 2005-ci ildə Palata qərara alıb ki, şikayətin qəbuledilənliyi və mahiyyəti məsələsinə birgə baxılsın (Konvensiyanın 29-cu maddəsinin 3-cü bəndi və Qayda 54A). Palata tərəflərlə məsləhətləşdikdən sonra, işin mahiyyəti üzrə dinləmə keçirilməsinin tələb olunmadığı barədə qərara gəlib (qısa olaraq 59-cu Qaydanın 3-cü bəndi), tərəflər biri digərinin müşahidələrinə yazılı cavab verib.
FAKTLAR
I. İŞİN HALLARI
6. Ərizəçi 1968-ci ildə anadan olub və Birmingemdə yaşayır. Tərəflərin təqdim etdiyi işin faktları aşağıdakı kimidir.
7. 1998-ci ilin iyul ayında ərizəçi və onun arvadı Birmingem Şəhər Şurasına (“yerli hakimiyyət orqanı”) məxsus olan üç-yataq otaqlı evin birgə icarəçiləri olublar. Onlar həmçinin, 1985-ci il tarixli Mənzil Qanununun normalarına əsasən zəmanətli icarəçilər idilər (bax aşağıda 20-ci bənd).
8. 2001-ci ilin əvvəlində onların nikahı pozulur və ərizəçinin arvadı iki uşağı ilə birgə evdən köçür. 5 aprel 2001-ci ildə, ərizəçinin təmsil olunmadığı mübahisəli məhkəmə baxışında, məhkəmə üç ay müddətinə narahat etməmək haqqında əmr və ərizəçinin evi tərk etməsini tələb edən evdən çıxarılma əmri verir; və o, buna əməl edir. X-m McCann və uşaqları evə geri köçürlər, lakin 14 apreldə ərizəçi birdən evdə peyda olaraq, evə məcburi girmək üçün lingdən istifadə etdikdən və iddia olunduğu kimi x-m McCanna və onun dostuna hücum etdikdən sonra onlar yenidən evi tərk edirlər. Bu hadisədən sonra ərizəçiyə qarşı cinayət işi başlanır, lakin sübut olmadığı üçün onun bəraət olunması ilə nəticələnir.
9. 18 aprel 2001-ci ildə x-m McCann məişət zorakılığını əsas gətirərək, başqa mənzillə təmin olunmaq üçün yerli hakimiyyət orqanına ərizə təqdim edir. 8 avqust 2001-ci ildə o, icarəyə xitam verdiyini bildirərək açarları yerli hakimiyyət orqanına qaytarır. O və uşaqları yerli hakimiyyət orqanının məişət zorakılığı siyasətinə müvafiq olaraq təyin etdiyi başqa şura evinə köçürlər. Yerli hakimiyyət orqanı evə baş çəkir və aşkar edir ki, əksər avadanlıq çıxarılıb və onu yaşayış üçün yararlı vəziyyətə salmaq üçün 15000 funt sterlinqdən artıq məbləğ tələb olunur. Bundan sonra, yerli hakimiyyət orqanının maraqlandığı qədəriylə, mülkiyyətdə heç kəs məskunlaşmamışdı.
10. 2001-ci ilin noyabr ayında ərizəçi evə qayıdır və onun təmiri üçün əhəmiyyətli dərəcədə iş görür. Onun x-m McCann ilə münasibəti yaxşılaşır və x-m McCann onun yerli hakimiyyət orqanının başqa icarəçisi ilə evi dəyişdirmək barədə ərizəsinə dəstək olur; belə ki, üç yataq-otaqlı ev onun özü üçün çox böyük idi, lakin onun bu ərazidə uşaqları ilə əlaqə saxlamağa imkan verən münasib evə hələ də ehtiyacı var idi.
11. Bu ərizə 4 yanvar 2002-ci il tarixdə yerli hakimiyyət orqanının mənzil idarəsində yazılır. Həmin gün mənzil məmuru mülkiyyətin faktiki olaraq artıq boş olmadığını anlayaraq və hüquqi məsləhət alaraq, x-m McCanna baş çəkir və ondan evdən çıxma barədə bildirişə imza etməklə icarəyə xitam verməsini xahiş edir. Yerli hakimiyyət orqanının əmlaka dair iddiasını dinləyən Qraflıq Məhkəməsinin hakimi fakt olaraq müəyyən edir ki, x-m McCanna məsləhət verilməmişdi və evdən çıxma barədə bildirişin ərizəçinin evdə yaşamaq və ya onu yerli hakimiyyət orqanının başqa mülkiyyəti ilə dəyişdirmək hüququnu ləğv etmək qüvvəsinə malik olacacağı barədə x-m McCannın anlayışı yox idi (bax aşağıda 19-cu bənd). Təxminən bir həftə sonra xanım McCann evdən çıxma barədə bildirişi geri götürməyə cəhd edərək, yerli hakimiyyət orqanına yazılı müraciət edir, lakin bildiriş qüvvədə qalır.
12. Ərizəçiyə icarənin başa çatması barədə məlumat verilir və ona evi boşaltması barədə xəbərdarlıq edilir. 11 iyun 2002-ci ildə yerli hakimiyyət orqanının Mənzillərin Yerləşdirilməsi üzrə Məmur Komissiyası (Allocations Officer Review Panel) digər məsələlərlə yanaşı (inter alia), qərara alır ki, məişət zorakılığı siyasətinə müvafiq olaraq, ərizəçiyə evin əvvəlki icarəsinə qoşulmaq hüququ verilə bilməz və hər bir halda, öhdəsində onunla birgə yaşayan ailə üzvü olmayan ərizəçi, yenidən mənzillə təmin olunmuş ailəyə ayrılan yaşayış yerinə iddia edə bilməz.
13. 11 oktyabr 2002-ci ildə yerli hakimiyyət orqanı Qraflıq Məhkəməsində ərizəçiyə qarşı əmlak iddiası qaldırır; ərizəçi evdən çıxma barədə bildirişin əsasında evdən məcburi köçürülməsinin onun Konvensiyanın 8-ci Maddəsi altında mənzil hüququna hörmətə zidd olduğuna əsaslanaraq mövqeyini müdafiə edir.
14. 15 aprel 2003-ci il tarixli qərarı ilə Qraflıq Məhkəməsinin hakimi qət edir ki, ümumi hüquqa və Mənzil Qanunlarına (bax aşağıda 19-20-ci bəndlər) əsasən ərizəçinin yerli hakimiyyət orqanının əmlak iddiasına qarşı əsaslandırması yoxdur. Bununla belə, hakim 8-ci Maddəyə əsasən, belə işlərdə, ümumiyyətlə, mənzil sahibi olaraq yerli hakimiyyət orqanının və sosial evə ehtiyacı olan digər şəxslərin marağının müvafiq ümumi hüquq və qanunvericilik tərəfindən nəzərə alındığını müəyyən edən əvvəlki presedent hüququna istinad edir və yerli hakimiyyət orqanının qanuni hərəkət etdiyini hesab edərək müəyyən edir ki, əvvəlki icarəçinin 8-ci Maddə ilə təminat verilən hüquqları lazımı qaydada nəzərə alınmayan müstəsna hallar istisna olmaqla, məhkəmənin əmlak iddiasına baxmamaq hüququ yoxdur. O, x-m McCannın evdən çıxma barədə bildirişi imza etdiyi şəraiti qeyd edir və müəyyən edir ki, əgər xanım McCann onu imza etməyə vadar olunmasaydı, yerli hakimiyyət orqanı 1985-ci il Mənzil Qanununun 84-cü bölməsinə əsasən evdən köçürülmə tələbi ilə müraciət etməli olacaqdı (bax aşağıda 2-ci bənd). Belə olan halda ərizəçi məhkəməni bu tələbin təmin olunmasının ağlabatan olmadığını inandırmağa cəhd edə bilərdi; o və xanım McCannın iddia edilən məişət zorakılığı ilə bağlı sübutlar təqdim edə bilərdilər; və o, bundan əlavə, öz mənzil ehtiyacları və uşaqlarının ona baş çəkdiyi zaman yaşayış yerinin təqdim olunması zərurəti ilə bağlı məsələlər qaldıra bilərdi. Belə halda, hakim qərara alır ki, yerli hakimiyyət orqanı Konvensiyanın 8-ci Maddəsinin 2-ci bəndi ilə tələb olunan qaydada hərəkət etməyib və o, əmlakla bağlı iddianı rədd edir.
15. Yerli hakimiyyət orqanının Apelyasiya Məhkəməsinə şikayəti Lordlar Palatasında Qazi London Borough of Harrou-ya (Londonun inzibati rayonlarından biri) qarşı (Qazi v. London Borough of Harrow) işi ilə bağlı prosesin nəticələrini gözlədiyindən təxirə salınıb ([2003] Birləşmiş Krallığın Lordlar Palatası (UKHL) 43: “Qazi”, bax aşağıda 22-25-ci bəndlər). 9 dekabr 2003-cü ildə Lord-Hakim Mammeri (Lord Justice Mummery) aşağıdakıları qərara alaraq, hazırkı iş üzrə Apelyasiya Məhkəməsinin qərarını qəbul edib:
“ ... 8-ci Maddə əmlakla bağlı iddiaların müdafiəsi kimi mövcud deyil, baxmayaraq ki, sözügedən mülk maddənin məqsədləri baxımından orada yaşayanın “evi” idi. Şura zəmanətli icarə müqaviləsini ləğv etmək qüvvəsinə malik olan evdən cıxma barədə bildirişin əldə olunmasında qanuni şəkildə və öz səlahiyyəti daxilində hərəkət edib. Mübahisə olunmurdu ki, icarə (ərizəçinin arvadının) evdən çıxma barədə bildirişlə başa çatıb. Adi dövlətdaxili qanunvericiliyə əsasən şura evin icarəsinin başa çatmasından sonra birbaşa şərtsiz mülkiyyət hüququna malik idi. Zəmanətli icarənin xitamı ilə əlaqədar yerli hakimiyyət orqanının mənzil sahibinə tətbiq edilən 1985-ci il Qanununun 82-ci bölməsindəki qanunla müəyyən edilmiş qayda, icarəçinin evdən çıxma barədə bildirişi ilə zəmanətli icarəyə xitam verilən işə tətbiq olunmur. Evdən çıxma barədə bu bildiriş qüvvədə idi, baxmayaraq ki, bildiriş yaşayış evinin icarəçisi üçün yaranacaq nəticələr qiymətləndirilmədən imzalanmışdı.
Bu “bütövlükdə müstəsna” hal deyildi ki, məsələn, evdən çıxma barədə bildiriş verildikdən sonra nə isə baş versin və bu evdən çıxarma niyyətinin doğrularını və yanlışlarını əsaslı şəkildə dəyişdirsin və beləliklə də şuradan iddiasının 8-ci Maddədə nəzərdə tutulan hüquqdan daha əhəmiyyətli olduğunu əsaslandırmaq tələb olunsun (bax Qazi 79-cu bənddə [aşağıda 24-cü bənd])”.
16. Ərizəçi yerli hakimiyyət orqanının onun arvadından evdən çıxma barədə bildirişin əldə olunması ilə bağlı 4 yanvar 2002-ci il tarixli qərarına və əmlak iddiasının qaldırılması ilə bağlı 11 iyun 2002-ci il tarixli qərarına məhkəmədə baxılması üçün müraciət edir. Onun ərizəsi 23 sentyabr 2004-cü ildə rədd edildi. Məhkəmə, digər məsələlərlə yanaşı (inter alia), müəyyən etdi ki, yerli hakimiyyət orqanı ərizəçinin arvadının imzaladığı evdən çıxma barədə bildirişi vasitəsilə icarə ilə bağlı vəziyyəti rəsmiləşdirməyə cəhd etməklə öz səlahiyyətləri daxilində hərəkət etmişdir və narahat etmək qadağasının və evi tərk etmək qeyd-şərtinin mövcudluğu ilə məişət zorakılığının müəyyən edildiyi məişət zorakılığı siyasətinin tətbiq olunması ilə bağlı qərarı qanunsuz deyildi və hakimiyyət orqanı üçün bütün şərtlərdə lazımınca açıq olan qərarların dairəsindən kənara çıxmırdı. O, qərara aldı:
“ Mən razılaşıram ... ki, Apelyasiya Məhkəməsi c-b McCann və Şura arasındakı müvafiq məsələləri səmərəli həll edib və bu ərizə bu məsələləri ikinci dəfə yenidən qaldırmaq üçün cəhddir. Şuranın əmlaka mülkiyyət hüququ var və məhkəmə baxışı ilə bağlı bu ərizə rədd olunur. ...
Ümumiyyətlə isə, qanunun nöqteyi-nəzərindən qərarın mübahisə olunub-olunmaması, o demək deyil ki, dövlət hakimiyyəti orqanının mümkün olduğu qədər açıq olması uyğun deyil. Şuranın siyasətinin tamamilə aydın olmaması üçün səbəb yoxdur; yenidən mənzillə təmin olunmaq barədə ərizənin nəticəsi o olacaq ki, mövcud icarədən çıxmaq barədə bildirişin verilməsi tələb olunacaq; bu, qalan icarəçinin və ya ev sakininin hüquqlarına təsir edəcək və bundan sonra həmin şəxsə xəbərdarlıq olunacaq. Beləliklə, siyasətin aşkarlığı üstün gələcək və bu işdə ifadə olunan bəzi narahatlıqlar kənar olunacaq.”
17. 9 dekabr 2004-cu ildə Apelyasiya Məhkəməsinə şikayət vermək üçün icazədən imtina edildi.
18. Ərizəçi 22 mart 2005-ci ildə evdən çıxarıldı.
II. MÜVAFİQ DÖVLƏTDAXİLİ QANUNVERİCİLİK VƏ TƏCRÜBƏ
A. Ümumi hüquqa əsasən evdən çıxma barədə bildiriş
19. Ümumi hüquqa əsasən, birgə icarəçilərdən biri evdən çıxma barədə etibarlı bildiriş verdikdə, bu, digər birgə icarəçinin bu bildiriş barədə məlumatlı olub-olmamasından və ya onun verilməsinə razı olub-olmamasından asılı olmayaraq, birgə icarəyə xitam vermək qüvvəsinə malikdir. (Hammersmit və Fulham London Borou Şurası Monka qarşı [1992] (Hammersmith and Fulham London Borough Council v. Monk 1 All ER 1). İcarəyə etibarlı şəkildə xitam verildikdə, mülkdə qalan əvvəlki icarəçi qanunu pozan sayılır və mənzil sahibi birbaşa mülkiyyət hüququna malikdir.
B. 1985-ci il Mənzil Qanununa əsasən əsassız köçürülməyə qarşı zəmanət
20. 1985-ci il Mənzil Qanununun 82-ci bölməsinə əsasən, ərizəçi kimi, yerli hakimiyyət orqanının və ya digər dövlət hakimiyyəti orqanının zəmanətli icarəçisi, əsassız köçürülməyə qarşı zəmanətə malikdir. Qanunun 84(1)-ci bölməsinə müvafiq olaraq, məhkəmə, Qanunun Cədvəl 2-də nəzərdə tutulan bir və ya daha artıq əsaslar istisna olmaqla, zəmanətli icarədə olan yaşayış evinə münasibətdə evdən köçürülmə və sahiblik barədə qərarı qəbul edə bilməz. Cədvəl 2-nin 2(a) əsası o halda sahibliyə əsas verir ki, yaşayış evində yaşayan cütlüyün tərəflərindən biri və ya hər ikisi icarəçidir, tərəflərdən biri digəri tərəfindən zorakılığa və ya zorakılıq təhdidlərinə məruz qaldığına görə evi tərk etmiş və məhkəmə əmindir ki, tərk etmiş həmin tərəf qayıtmayacaq. 84(2)-ci bölmə müəyyən edir ki, əgər məhkəmə “belə qərarın qəbul olunmasını ağlabatan hesab etmirsə”, bu əsaslardan biri altında sahiblik barədə qərar qəbul edə bilməz.
C. Yerli hakimiyyət orqanının məişət zorakılığı ilə bağlı mənzil siyasəti
21. Birmingem Şəhər Şurasının Mənzil Təyinatı (Ayrılması) Siyasətinin Təlimatına əsasən (30.8-ci bənd):
“1. Münasibət pozulduqda, əmlakı tərk edən icarəçi imtina anketini imzalamalıdır. Bu, “bütün” icarəyə xitam olunması qüvvəsinə malikdir.
2. Əgər əmlak qalan ailə üçün uyğundursa, (yenidən) icarəyə verilə bilər.
3. Əgər əmlak uyğun deyildirsə (məsələn, çox böyükdürsə), icarəçiyə başqa yaşayış yeri təklif oluna bilər ...
Lakin məişət zorakılığı baş verdikdə, Mənzil Təyinatı Siyasəti nəzərdə tutur (3.7.1-ci bənd):
“Məişət zorakılığı İcarə müqaviləsinin pozuntusu olaraq Departamentin təhlil edilmiş İcarə Şərtlərinə daxildir. Digər şəxsə qarşı məişət zorakılığı törətdiyi müəyyən edilmiş şəxsə münasibətdə tədbir görüləcək. Bura təqsirkarların öz evlərini itirməsi və ya “qəsdən evsiz” kimi təsnif olunması aid ola bilər.”
Məişət zorakılığı ilə bağlı iddiaya görə evsiz qalan şəxs həmin iddianın həqiqiliyinə etiraz edə bilər və iddia edə bilər ki, o, qəsdsiz olaraq evsiz qoyulub və yerli hakimiyyət orqanı onu yenidən mənzillə təmin etmək üçün qanunla müəyyən edilmiş vəzifə daşıyır.
D. Qazi-nin işi ilə bağlı Lordlar Palatasının qərarı
22. Qazi London Borou of Harro qarşı işi (Qazi v. London Borough of Harrow [2003] Birləşmiş Krallığın Lordlar Palatası (UKHL) 43) eynilə ər və arvadın birgə icarəsi əsasında tutulan şura evinə münasibətdə sahiblik barədə qərarın verilməsi ilə əlaqədardır. Burada nikah pozulmuş və xanım Qazi evdən çıxma barədə bildirişi verdikdən sonra birgə icarə başa çatmışdı. C-b Qaziyə yerli hakimiyyət orqanı tərəfindən fərdi icarədə imtina edildi, lakin buna baxmayaraq o, öz yeni ailəsi ilə malikanədə qaldı və Konvensiyanın 8-ci Maddəsi altında mənzilə hörmət hüququna müdaxilə təşkil etdiyinə əsaslanaraq əmlak iddiasına qarşı çıxmağa çalışdı.
23. Lordlar Palatası yekdilliklə qəbul etdi ki, icarənin başa çatmasına baxmayaraq, əmlak cənab Qazinin mənzili olmağa davam edirdi və buna görə də 8-ci Maddə bura aid idi. Bununla belə, əksəriyyət (Kreighed Lordu Houp və Foskote lordları Millett və Skot (Lords Hope of Craighead, Millett and Scott of Foscote)) qərara aldı ki, yerli hakimiyyət orqanının əmlaka mülkiyyət və ya müqavilə hüquqlarını ləğv etmək üçün 8-ci Maddəyə istinad oluna bilməz. Yerli hakimiyyət orqanı əmlaka şərtsiz birbaşa mülkiyyət hüququna malik olduğundan, cənab Qazinin 8-ci Maddənin 1-ci bəndi altında mənzilə hörmət hüququ pozulmayıb və beləliklə, 8-ci Maddənin 2-ci bəndi altında əsaslandırma ilə bağlı hər hansı məsələ yaranmır. Alternativ olaraq, yerli hakimiyyət orqanının mülkiyyət və ya müqavilə hüquqlarının təsiri o idi ki, 8-ci Maddənin 2-ci bəndinə əsasən hər hansı qiymətləndirmə labüd olaraq yerli hakimiyyət orqanının xeyrinə müəyyən olunacaqdı. Əksəriyyət Komissiyanın birgə icarənin başa çatmasından sonra əvvəlki birgə icarəçinin yerli hakimiyyət orqanının mülkiyyətindən çıxarılması ilə bağlı bənzər şikayətlərin açıq-aydın əsassız elan edildiyi bir sıra müxtəlif qərarlarına istinad etdi (S. Birləşmiş Krallığa qarşı (S. v. the United Kingdom), №. 11716/85, Komissiyanın 14 may 1986-cı il qərarı, Qərarlar və Toplu (DR) 47, s. 274; D.P. Birləşmiş Krallığa qarşı (D.P. v. the United Kingdom), №. 11949/86, Komissiyanın 1 dekabr 1986-cı il tarixli qərarı DR 51, s. 195; Ure Birləşmiş Krallığa qarşı (Ure v. the United Kingdom), №. 28027/95, Komissiyanın 27 noyabr 1996-cı il tarixli qərarı; Vud Birləşmiş Krallığa qarşı (Wood v. the United Kingdom), №. 32540/96, Komissiyanın 2 iyul 1997-ci il tarixli qərarı).
Lord Houp 8-ci Maddənin tətbiq olunmasını müəyyən edərək davam etdi:
“... fikrimcə bu işin faktları əsasında belə qənaətə gəlmək olmaz ki, qraflıq məhkəməsi qərarına 8-ci Maddənin 2-ci bəndi ilə istənilən müdaxiləyə icazə verilib-verilməməsi ilə bağlı yerli hüquq sistemi çərçivəsində həll olunmalı məsələ var. ...
Mən demirəm ki, mənzilə hörmət hüququnun işə aidiyyəti yoxdur. Lakin hesab edirəm ki, ona qanunun tətbiqindən irəli gəldiyi kimi, icarəyə xitam verən evdən çıxma barədə bildirişin verilməsindən sonra, əmlakın mənzil siyahısında olan digər şəxslərə icarəyə verilməsi üçün əlçatan etmək məqsədilə dövlət hakimiyyəti orqanının mənzil sahibinə öz mülkiyyətini qaytarmaq şərtsiz hüququnu həyata keçirmək imkanı verən belə müdaxilə, 8-ci Maddənin 1-ci bəndi altında mənzilə hörmət hüququnun mahiyyətini pozmur. Bu, hazırda ümumiyyətlə bu cür bütün işlərə tətbiq oluna bilən nəticədir. ... Belə çıxır ki, 8-ci Maddənin 2-ci bəndi altında müdaxiləyə icazə verilib-verilməməsi məsələsi, bu işdə, qraflıq məhkəməsi tərəfindən baxılmasını tələb etmir.”
Lord Millett eynilə qərara aldı ki:
“... Fikrimcə 8-ci Maddə adi qaydada ərizəçinin mənzili öz evi olaraq tutması şərtlərinin icrası ilə pozulmur. 8-ci Maddənin 1-ci bəndi mənzilə hüquq deyil, yalnız mənzilə “hörmət” hüququ verir. ”
8-ci Maddənin 2-ci bəndi ilə nəzərdə tutulan tarazlığın təmin olunmasına münasibətdə o, qeyd etdi:
“... nəticə əvvəlcədən müəyyən olunduğundan belə tarazlığın təmin edilməsinə ehtiyac yoxdur. Hazırkı işdə ... yerli hakimiyyət orqanı birbaşa mülkiyyət hüququna malik idi. Mənzil c-b Qazinin evi idi və onun çıxarılması açıq şəkildə mənzildən öz evi kimi maneəsiz istifadə hüququna müdaxiləyə bərabər olacaq. Lakin onun evi tutmaq hüququ mahiyyətcə onun icarə şərtləri ilə məhdudlaşdırılmışdı və başa çatmışdı. Evdən çıxarılma aydın-aşkar yerli hakimiyyət orqanının torpaq mülkiyyətçisi kimi hüquqlarını qorumaq üçün zəruri idi. Onun c-b Qazinin mənzilinə ‘hörmət’ öhdəliyi, müddətin başa çatması ilə evi boşaltmaq barədə tələbi ilə pozulmamışdı; yerli hakimiyyət orqanı razılaşdı ki, həmin müddətdə c-b Qazi evi tuta bilərdi. Burada sadəcə olaraq tarazlıq pozulmayıb. ... ”
Lord Skott bir qədər fərqli əsaslarla da olsa Lordlar Houp və Millettlə razılaşdı:
“Fikrimcə, Apelyasiya Məhkəməsi, c-b Qazinin 8-ci Maddəyə əsasən “mənzilə” malik olduğu barədə düzgün qənaətə gələrək, adi mənzil qanunvericiliyinə əsasən onun 8-ci Maddə altında hüquqlarının şuranın qəbul edilən və şübhəsiz mülkiyyət hüququna münasibətdə üstünlük təşkil edə bilməməsi barədə qərar qəbul etməli idi. Mən öz tərəfimdən deyərdim ki, 8-ci Maddə, bu şərtlərdə, tətbiq olunmur. Lakin həmçinin qeyd oluna bilər ki, sahiblik barədə qərar “qanuna uyğun idi” və şuranın mülkiyyət hüququnu qorumaq və həyata keçirmək üçün zəruri idi. ... Lakin söhbət eyni məsələdən gedir. Əmlaka müqavilə və mülkiyyət hüquqlarını ləğv etmək üçün 8-ci Maddə qaldırıla bilməz.”
24. Müstəsna hallarda müdafiə vasitələri məsələsi ilə bağlı, Lord Houp Şeffild Şəhər Şurası Smarta qarşı (Sheffield City Council v. Smart [2002] EWCA Civ 4) işi üzrə qərara (qərarın 79-cu bəndi) istinad etdi; iş üzrə Apelyasiya Məhkəməsi xoşagəlməz proseslərdən sonra zəmanətli olmayan şura icraçısının evdən çıxarılması ilə bağlı qərara almışdır ki, evdən çıxma barədə bildirişin verilməsi ilə bağlı yerli hakimiyyət orqanının qərarına müvafiq zaman hədləri çərçivəsində məhkəmə baxışı vasitəsilə Konvensiyanın 8-ci Maddəsinə əsasən etiraz edilə bilər. Apelyasiya Məhkəməsinin daha sonra Smart-ın işində aşağıdakıları qərara aldığını qeyd edərək, Lord Houp davam etdi:
“evdən çıxma barədə bildiriş verildikdən sonra, evdən çıxarma niyyətinin doğrularını və yanlışlarını əsaslı şəkildə dəyişdirən tam müstəsna hadisələrin baş verdiyi nadir hallarda, mülkiyyətlə bağlı iddiaya baxan qraflıq məhkəməsinin hakimi sahiblik barədə qərarın verilməsinin əsaslandırılması barədə qərar verərkən buna münasibət bildirməli olacaq ... Mən fikrimdə qalmaq istəyirəm ki, icarəçi, tam müstəsna halda, mənzil hakimiyyət orqanı tərəfindən evdən çıxma barədə bildirişin verilməsindən sonra mülkiyyətlə bağlı məhkəmə prosesi başlayan qraflıq məhkəməsində bu məsələləri qaldıra biləcək; Lord Millettin qeyd etdiyi kimi, müraciətin müvafiq zaman həddi çərçivəsində edildiyi halda, evdən çıxarma ilə bağlı bildirişin verilməsi barədə qərara Ali Məhkəmədə yenidən baxılacağını nəzərə alınmalıdır. Hazırkı işdə vəziyyət fərqlidir, belə ki, birgə icarəni ləğv edən, evdən çıxma barədə bildiriş birgə icarəçilərdən biri tərəfindən verilib”.
Həmçinin Lord Millett qeyd etdi:
“ Ərizəçinin yerli hakimiyyət orqanının ədalətsiz və ya düzgün olmayan və gizli məqsədlərlə hərəkət etdiyini inandığı müstəsna hallarda, o, məhkəmə baxışı üçün Ali Məhkəməyə müraciət edə bilər. Məhkəmə iddiaçının mülkiyyət hüququna malik olub-olmadığını müəyyən edə bildiyinə görə, məhkəmə qərarı olmadan ev sakininin çıxarılmasının yolverilməzliyi faktı ilə bağlı olan bu müdafiə vasitəsinin mümkünlüyü, ərizəçinin mənzilinə zəruri və müvafiq dərəcədə hörmətin təmin olunması üçün kifayətdir.”
25. Fikir ayrılığında qalan azlıq (Kornhill Lordu Bingem və Lord Steyn (Lords Bingham of Cornhill and Steyn)) qərara aldı ki, şəxsin mənzilinə hörmət hüququna müdaxilə niyyəti olduqda, bu müdaxilənin əsaslandırılması məsələsi yarandığı halda, hazırkı işdə müəyyən olunmalı və baxılması üçün Qraflıq Məhkəməsinə göndərilməldir. Hər ikisi razılıqla Apelyasiya Məhkəməsinin Şeffild Şəhər Şurası Smarta qarşı (Sheffield City Council v. Smart) işi üzrə qərardan aşağıdakı çıxarışa istinad etdi (yuxarıda istinad edilən 24-cü bənd):
“26. ... “Mənzil” AİHK məqsədləri baxımından müstəqil anlayışdır və mülkiyyətçi qismində hər hansı hüquqi statusdan asılı deyil. Beləliklə bu işlərdə, Şeffild və Sanderlendeki mülklər şübhəsiz qadınların mənzilləri idi. Sahiblik barədə qərarların təsiri onların evdən çıxarılması olduğundan, mən düşünürəm ki, bu qərarların ərizəçilərin mənzillərinə hörmət hüququna müdaxiləyə bərabər tutulması qaçılmazdır. Mən bildirmişəm ki, iş bütünlüklə 8-ci Maddəyə aiddir; daha dəqiq desək o, bütünlüklə 8(2)-ci Maddəyə aiddir.
27. 8(2)-ci Maddə altında ortaya çıxan məsələlərə keçməzdən öncə, aydınlaşdırmalıyam ki, mənim fikrimcə işin 8(2)-ci Maddənin pozuntusunun olmaması barədə qərarla yekunlaşdırıla bilinməməsinin ola bilsin ki, əsas səbəbinin nə olduğunu nəzərə alıram. Bu, 8-ci Maddənin iki bəndi arasında əlaqəyə aiddir. Mən qərara almışam ki, ərizəçilərin evdən çıxarılması ilk baxışdan onların mənzilə hörmət hüququnun pozuntusunu təşkil edir. Lakin bu nəticə sadəcə qanunun uyğun tərkibinin (burada 8(1)-ci Maddənin) xüsusi qrup faktlara tətbiq olunması ilə bağlı gündəlik məhkəmə prosesinin bir misalı deyil. Daha çox bu məqsədli xüsusiyyətə malikdir. Məhkəmə iki imkan arasında, qanunvericilik mətninin mənasının müəyyənləşdirilməsinin hüdudlarını aşan seçim əsasında qərara gəlməlidir. Birinci seçim ... 8(1)-ci Maddənin pilləsində Konvensiyanın tələbinə əməl olunduğu barədə qərarın çıxarılmasına səbəb olacaq ... Mənim üstün tutduğum ikinci imkan (8(1)-ci Maddəsinin ilk baxışdan pozuntusunu qəbul edərək, məhkəmə evdən çıxarılmanın ərizəçinin Konvensiya hüquqları ilə uyğun olduğu barədə qərar verərsə, daha sərt və 8(2)-ci Maddədə nəzərdə tutulan xüsusi meyarlara cavab verən qərarın qəbul olunmasına səbəb olacaq. Belə desək, ikincidən çox, birinci seçim edildiyi halda, Konvensiya bizim daxili qanunvericiliyin strukturuna daha çox uzaqdan təsir edəcək. Məhkəmənin vəzifəsinin bir hissəsi bu təsirin bu kontekstdə nə qədər yaxın olmalı olduğu barədə qərara gəlməkdir. Beləliklə, mən birinci seçimdən sadəcə ona görə çəkinmirəm ki, ikinci seçim 8(1)-ci Maddədə istifadə olunan mətnin adi mənasını daha təbii qaydada əks etdirir. Mən hesab edirəm ki, işin mahiyyəti olaraq Konvensiya hüquqlarının müdafiəsi və həyata keçirilməsi, (1998-ci il İnsan Hüquqları haqqında Qanunun) qüvvəyə minmə məqsədi baxımından tələb edir ki, bu şikayətlərdəki dövlətdaxili hüquqi prosedur 8(2)-ci Maddənin standartlarına uyğunluğu baxımından gözdən keçirilsin. Belə bir proses bizim insan hüquqları üzrə dövlətdaxili qanunvericiliyin dolğunluğu ilə tələb olunur.”
Lord Bingem buna baxmayaraq xüsusi qeyd etdi ki, dövlət mənzillərinin idarəçiliyi müxtəlif normativ sxemlərə əsasən lazımı qaydada yerli mənzil orqanlarına həvalə edilmişdi və məhkəmənin sahiblik barədə qərarın çıxarılmasından imtinaya haqq qazandıran hallar çox müstəsnadır. O, qət etdi:
“ Əgər (Lordlar Palatasında əksəriyyətin qərarının əksinə olaraq) mənim fikrim həyata keçirilsəydi, mən əminəm ki, qanunla nəzərdə tutulmuş sxemlərin həyata keçirilməsində vicdanla hərəkət edən və onlarla idarə olunan mənzil orqanları öz çəkişmə yükündə mühüm artımla qarşılaşmayacaqlar”.
E. Key-in (Kay) işi ilə bağlı Lordlar Palatasının qərarı
26. Key Lambet Borou Şurasına qarşı (Kay v. Lambeth Borough Council); Prays Lids Qraflıq Şurasına qarşı (Price v. Leeds County Council) işdə 8 mart 2006-cı il, [2006] UKHL 10, Lordlar Palatası, Avropa Məhkəməsinin 27 may 2004-cü il Connors Birləşmiş Krallığa qarşı (Connors v. the United Kingdom) №. 66746/01, 81–84-cü bəndlər və 29 iyul 2009-cu il Bleçiç Xorvatiyaya qarşı (Blečič v. Croatia) №. 59532/00 iş üzrə (ikinci qərar nəticədə Böyük Palataya göndərildi, Böyük Palata 8 mart 2006-cı ildə müəyyən etdi ki, yerli hüquqi müdafiə vasitələri tükəndirilmədiyindən, işi mahiyyəti üzrə baxılması üçün icraata götürə bilməz) qərarlarının işığında Qazi-nin işi üzrə qərarına yenidən baxmaq üçün yeddi hakimdən ibarət (adətən beş hakimdən ibarət komitədən fərqli olaraq) Komitə təşkil etdi. Lordlar öz mühakimələrinin mülkiyyətçi qismində dövlət hakimiyyəti orqanı çıxış edən işlərə tətbiq olunmasında yekdil idilər.
27. Əksəriyyət (Lordlar Houp, Skot, Braun və Baronessa Heil (Lords Hope, Scott, Brown and Baroness Hale)) qərara aldı ki, Connors-ın işi üzrə qərar Qazinin işi ilə bağlı əksəriyyətin rəyinə uyğun idi; Qraflıq Məhkəməsi tərəfindən 8-ci Maddənin 2-ci bəndində nəzərdə tutulan məsələlərin nəzərdən keçirilməsinə ehtiyac yoxdur, əgər işdə qanunun özü cavab təqdim edirsə, bu situasiyada olduğu kimi, mahiyyəti üzrə baxış mənasız olacaqarşı Belə halda 8-ci Maddənin müdafiəsi məsələsi qaldırılarsa, bu məsələ sadəcə olaraq çıxarılmalıdır. Lakin Connors-ın və Bleçiç-in qərarlarını nəzərə alaraq, xüsusi qeyd etmək lazımdır ki, evdən çıxarılan şəxs müstəsna hallarda əmlak iddiasına qarşı müdafiəsini təşkil edə bilər, yəni, (1) 8-ci Maddəyə uyğun olmaması ilə əlaqədar dövlətdaxili qanunvericiliyə etiraz edə bilər və ya (2) hakimiyyət orqanının hərəkətlərinin vəzifədən sui-istifadə təşkil etdiyini əsas gətirərək, ümumi hüquqa istinad etməklə, dövlət hakimiyyəti orqanı icarəyə verənin hərəkətlərinə etiraz edə bilər.
28. Azlıq (Lordlar Bingem, Nikolls və Valker (Lords Bingham, Nicholls and Walker)) qərara aldı ki, dövlət hakimiyyəti orqanı tərəfindən qaldırılan əmlak iddiası üzrə cavabdehə, Qraflıq Məhkəməsində işə baxılarkən prinsipcə 8-ci Maddəyə əsasən iddia qaldırmaq imkanı verilməlidir. Lord Bingem bunu aşağıdakı kimi ifadə etdi:
“Mən, ərizəçilərin mübahisələndirdiyi kimi, qəbul etmirəm ki, dövlət hakimiyyəti orqanı əvvəlcədən sahiblik barədə iddia edilən qərarın əsaslandırılmış olduğunu müdafiə etməli və sübut etməlidir. Bu, böyük əksəriyyət işlərdə ağır və mənasız olacaqarşı Dövlət hakimiyyəti orqanının dövlətdaxili mülkiyyət qanunvericiliyinə müvafiq olaraq öz iddiasını müdafiə etməsi kifayətdir. Əgər ev sakini sahiblik barədə qərarın verilməsinin qarşısını almaq və ya təxirə salmaq üçün 8-ci Maddəyə əsasən iddia qaldırmaq istəyirsə, o, bunu edə bilər və dövlət hakimiyyəti orqanı lazım gələrsə mümkün olduğu dərəcədə bu iddiaya qarşı çıxa bilər. Böyük əksəriyyət işlərdə bu heç ağır olmayacaq. Nadir və müstəsna hallarda bu mənasız olmayacaq.”
HÜQUQİ MƏSƏLƏLƏR
I. ŞİKAYƏTLƏRİN QƏBULEDİLƏNLİYİ
A. Konvensiyanın 6-cı Maddəsinin 1-ci bəndi
29. Ərizəçi əmlakın icarəsinə xitam verdiyi zaman yerli hakimiyyət orqanının müstəqil və qərəzsiz məhkəmə olmadığını bildirərək, 6-cı Maddənin 1-ci bəndinin pozuntusunu iddia etdi.
6-cı Maddənin 1-ci bəndində deyilir:
“Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən ..., qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.”
30. Bu norma mülki hüquq və vəzifələr müəyyən edilərkən prosessual təminatlar nəzərdə tutur. Hazırkı işdə, “hüquq və vəzifələr” ərizəçi və onun arvadının yerli hakimiyyət orqanı arasındakı icarədən irəli gəlirdi. İcarəyə ərizəçinin arvadının 4 yanvar 2002-ci il tarixli evdən çıxma barədə bildirişi ilə xitam verildi. Mülki hüquq və vəzifələrin müəyyən edilməsi isə, bununla belə, daxili məhkəmələrdə - 15 aprel 2003-cü ildə qərar qəbul edən Birmingem Qraflıq Məhkəməsində və 9 dekabr 2003-cü ildə qərar qəbul edən Apelyasiya Məhkəməsində baş vermişdir. Prosesin ədalətliliyi ilə bağlı istənilən şikayətlər buna görə də bu məhkəmələrdəki proseslərə aid edilməlidir. Ərizəçi məhkəmələrdəki proseslərin ədalətliliyi ilə bağlı heç bir təqdimat verməyib və bu proseslərdən kənar nəyinsə onlara təsir edə biləcəyini bildirməyib.
31. Belə nəticəyə gəlinir ki, şikayətin bu hissəsi Konvensiyanın 35-ci Maddəsinin 3-cü bəndinin mənası baxımından açıq-aydın əsassızdır və 35-ci Maddənin 4-cü bəndinə əsasən rədd edilməlidir.
B. Konvensiyanın 8-ci Maddəsi
32. Ərizəçi həmçinin, şuranın iş üzrə evdən çıxma barədə bildirişi əldə etməsi üsuluna görə və nəticəvi proseslərin yalnız mülkiyyət hüququ məsələləri ilə məhdudlaşdırıldığına görə onun mənzilə hörmət hüququna riayət edilmədiyini iddia edərək, Konvensiyanın 8-ci Maddəsinin pozuntusundan şikayət etdi. Konvensiyanın 8-ci maddəsinin hazırkı işə aid olan hissəsində aşağıdakılar nəzərdə tutulur:
“1. Hər kəs öz şəxsi ... həyatına, mənzilinə ... hörmət hüququna malikdir.
2. ... ölkənin iqtisadi rifah maraqları naminə, iğtişaşın və ya cinayətin qarşısını almaq üçün, ... və ya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan hallar istisna olmaqla, bu hüququn həyata keçirilməsinə dövlət hakimiyyəti orqanları tərəfindən müdaxiləyə yol verilmir.”
33. Məhkəmə hesab edir ki, şikayətin bu hissəsi kifayət qədər ciddi olan hüquq məsələlərini qaldırır, onların müəyyən olunması işə mahiyyətcə baxılmasından asılıdır. Şikayətin qəbuledilməyən elan olunması üçün heç bir başqa səbəb müəyyən olunmayıb. Buna görə də, şikayət qəbuledilən elan olunmalıdır. Konvensiyanın 29-cu Maddəsinin 3-cü bəndinə əsasən, Məhkəmə aşağıdakı şikayətə mahiyyəti üzrə baxacaq.
C. 8-ci Maddə ilə birgə götürülməklə Konvensiyanın 14-cü Maddəsi
34. Sonda, ərizəçi, öz vəziyyətini məişət zorakılığı iddia olunmayan münasibətlərin pozulmasına görə evlərini tərk edən icarəçi cütlüklərlə müqayisə edərək, yerli hakimiyyət orqanının bu iki kateqoriya üçün fərqli siyasətə malik olduğuna görə, 8-ci Maddə ilə birgə götürülməklə Konvensiyanın 14-cü Maddəsinin pozuntusunu iddia etdi. 14-cü Maddədə deyilir:
“Bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan istifadə cins, irq, rəng, dil, din, siyasi və digər baxışlar, milli və ya sosial mənşə, milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya digər hər hansı əlamətlərinə görə ayrı-seçkilik olmadan təmin olunmalıdır.”
35. Məhkəmə qeyd edir ki, ərizəçi 14-cü Maddə ilə bağlı məsələni hər hansı dövlətdaxili proseslərdə qaldırmayıb və başqa cür daxili məhkəmələrdə müxtəlif siyasətlərə etiraz etməyib. Beləliklə, ərizəçinin Konvensiyanın 35-ci Maddəsi ilə tələb olunan dövlətdaxili müdafiə vasitələrini tükəndirib-tükəndirməməsi ilə bağlı real sual yaranır.
36. Hər bir halda, məişət zorakılığı ilə bağlı olan işlər məişət zorakılığı ilə bağlı olmayan işlərlə eyni deyil, buna görə onlara qarşı fərqli rəftar Konvensiyanın 14-cü Maddəsi baxımından ayrı-seçkilik ola bilməz.
37. Belə nəticəyə gəlinir ki, şikayətin bu hissəsi Konvensiyanın 35-ci Maddəsinin 3-cü bəndinin mənası baxımından açıq-aydın əsassızdır və 35-ci Maddənin 4-cü bəndinə əsasən rədd edilməlidir.
II. 8-ci MADDƏ ALTINDA ŞİKAYƏTİN MAHİYYƏTİ
A. Tərəflərin təqdimatları
38. Tərəflər razılaşdı ki, Konvensiyanın 8-ci Maddəsində nəzərdə tutulan mənzilə hörmət hüququ hazırkı işin faktlarında mövcuddur. Lakin onlar mübahisə edilən tədbirin “demokratik cəmiyyətdə zəruri olması” ilə bağlı razılığa gəlmədilər.
1. Hökumət
39. Hökumət iddia etdi ki, ərizəçinin 8-ci Maddənin 1-ci bəndi altında hüquqlarına hər hansı müdaxilə 8-ci maddənin 2-ci bəndinin mənası baxımından əsaslandırılıb. Yerli hakimiyyət orqanının onun arvadından evdən çıxma barədə bildirişin alınması ilə bağlı qərarları və nəticə etibarilə əmlakla bağlı iddianı qaldırması qanunvericiliyə uyğun idi və bir sıra qanuni məqsədlər daşıyırdı; yəni, (a) sosial mənzil fondunun idarə olunması öhdəliyinə əsasən əmlakın mülkiyyətçisi kimi hakimiyyət orqanının hüquqlarının qorunması; (b) hakimiyyət orqanının mənzil fondundan mənzillə təmin etmək məqsədilə hakimiyyət orqanının gözləmə siyahısında olan digərlərin ehtiyaclarını ödəmək üçün hüquq və azadlıqlarının qorunması; və (c) ölkənin iqtisadi rifahının inkişafı. Bundan əlavə, demokratiyada mülkiyyət hüquqlarını idarə edən aydın və müəyyən qaydaların yerində olmasının zəruri olduğunu nəzərə alaraq və adi mülkiyyət qanunvericiliyinə əsasən hakimiyyət orqanının sözügedən əmlakı yenidən əldə etmək üçün mütləq hüquqa malik olduğunu nəzərə alaraq, Hökumət qeyd etdi ki, məhkəmələrin bu hüquqları tanınması və həyata keçirməsi nəticəsində baş verən müdaxilə “demokratik cəmiyyətdə zəruri” idi və daşıdığı qanuni məqsədə müvafiq idi.
40. Hökumətin mövqeyinə görə, hazırkı iş Connors Birləşmiş Krallığa qarşı ((Connors v. the United Kingdom) №. 66746/01, 81–84-cü bəndlər, 27 may 2004-cü il) işdən fərqli idi, o işdə üç əsas cəhət Məhkəmənin 8-ci Maddənin pozuntusunu tanımağa gətirib çıxardı: birincisi, Dövlətin üzərinə onların həyat tərzlərini asanlaşdırmaq üçün pozitiv öhdəlik qoyan, azlıqda olan qaraçıların (roma) həssas vəziyyəti; ikincisi, hakimiyyət orqanına məhkəmə baxışı olmadan qaraçıları sahədən köçürtməyə icazə verən prosessual mühafizənin olmaması; və üçüncüsü, dövlətdaxili qanunvericiliyin şəxsi sahələrdə yaşayan qaraçılarla yerli hakimiyyət orqanının sahələrində yaşayan qaraçılar arasında əsassız ayrı-seçkilik qoyması faktı. Connors-ın işindəki mövqedən fərqli olaraq, hazırkı işdə mənzil sahibinin və icarəçinin dövlətdaxili qanunvericiliyin 8-ci Maddəyə uyğun olmaması barədə mülahizə yoxdur.
41. X-m McCanndan evdən çıxma barədə bildirişi imzalamağı xahiş edərək, yerli hakimiyyət orqanı sadəcə olaraq onun evi tərk etməklə və alternativ yaşayış yeri üçün müraciət etməklə yaratdığı vəziyyəti tənzimləməyə çalışdığından, ondan bildirişi imzalamağı xahiş etmək məqsədəuyğun idi və ona bunun mənasını tamamilə izah etmək öhdəliyi yox idi. Birgə icarəçilər arasındakı münasibətlər pozulduğu hallarda, evi tərk edən icarəçidən imtina anketini əldə etmək yerli hakimiyyət orqanının siyasəti idi (bax yuxarıda 21-ci bənd). Bu siyasət olduqca tədbirli idi, belə ki, o, yerli hakimiyyət orqanına öz mülkiyyətinə nəzarəti yenidən əldə etməyə və beləliklə, nadir mənzil resurslarını səmərəli şəkildə idarəyə etməyə icazə verirdi. 1985-ci il Qanununun 82-84-cü bölmələrində nəzərdə tutulan zəmanətli icarənin xitamına qarşı prosessual mühafizə (bax yuxarıda 20-ci bənd) yalnız mənzil sahibi icarəyə xitam verməyə cəhd etdiyi hallarda tətbiq oluna bilərdi. Hazırkı işdə, birgə icarə ərizəçinin arvadı tərəfindən evdən çıxma barədə bildirişi verməklə başa çatıb.
42. Yerli hakimiyyət orqanının x-m McCanndan evdən çıxma barədə bildirişi əldə etməklə qeyri-düzgün hərəkət etdiyinin ərizəçinin əsas iddiası olduğunu nəzərə alasaq, məhkəmə nəzarəti müvafiq və tələblərə cavab verən müdafiə vasitəsi təmin edirdi, buna isə ərizəçinin çatımı var idi. Bundan əlavə, Lordlar Palatasının Key-in işi üzrə qərarından (bax yuxarıda 26-28-ci bəndlər) aydın olur ki, ərizəçinin vəziyyətində olan şəxsin ümumi hüquq tələbi qaldırmaq üçün, məhkəmə nəzarəti qaydasında iddia qaldırmağa ehtiyac yoxdur; belə etirazlar indi Qraflıq Məhkəməsində əmlak iddiasına yanaşı tələblə qaldırıla bilər. Key-in işindəki aydınlaşdırma ərizəçinin vəziyyətində olan şəxslərə təqdim edilən prosessual mühafizəninin həddini vurğulamağa xidmət edib. Bununla əlaqədar hazırkı iş Connors-ın işindən aydın şəkildə fərqli idi, həmin işdə ərizəçinin (onun iddia edilən anti-sosial davranışa görə məsuliyyət daşımaması barədə) mübahisəsi yerli hakimiyyət orqanının vəzifəsindən sui-istifadəyə aid deyildi və ona məhkəmə nəzarəti qaydasında müraciət etmək üçün izn verilməsindən imtina edilmişdir.
2. Ərizəçi
43. Ərizəçi bildirdi ki, evdən çıxma barədə bildirişin əldə olunması üsulu onun mənzilə hörmət hüququnun əsassız pozulması ilə evdən köçürülməsinə gətirdi. 8-ci Maddə ona görə aid edilir ki, yerli hakimiyyət orqanının mənzil məmurunun tələbi olmasaydı x-m McCann evdən çıxma barədə bildirişi verməzdi və yerli hakimiyyət orqanı bilirdi ki, bu bildiriş ərizəçiyə mənzil itkisinə qarşı səmərəli qaydada etiraz etmək üçün hər hansı imkan verilmədən birgə icarəyə xitam vermək qüvvəsinə malik olacaqarşı Bundan əlavə, icarəyə xitam verilməsi ərizəçinin onunla həftədə üç gecə qalan uşaqları arasındakı münasibətlərə təsir etdi. x-m McCanndan evdən çıxma barədə bildirişi xahiş etməyi qərara alan yerli hakimiyyət orqanı ərizəçinin 8-ci Maddə altında hüquqlarına hər hansı əhəmiyyət verməyib.
44. Konvensiyanın müvafiq mülahizələrinin yoxlandığı yalnız bir halda məhkəmə müəyyən etdi ki, ərizəçinin mənzilinə hörmət hüququna yetərincə riayət olunmayıb. Lakin Qraflıq Məhkəməsinin bu qərarı Lordlar Palatasının Qazi-nin işi ilə bağlı qərarı nəzərə alınaraq apellyasiya instansiyasında ləğv olunub və ərizəçinin məhkəmə baxışı ilə bağlı sonrakı xahişi işə əvvəllər Apelyasiya Məhkəməsi tərəfindən baxıldığı üçün rədd edilib.
45. 1985-ci il Mənzil Qanununun 82-84-cü bölmələrinə əsasən (bax yuxarıda 20-ci bənd), Qraflıq Məhkəməsi fakt üzrə bütün məsələləri yoxlamalı və müəyyən etməlidir və yalnız “ağlabatan hesab etdiyi” halda əmlakı mülkiyyətçiyə verməlidir. Yerli hakimiyyət orqanı ərizəçinin arvadından evdən çıxma barədə bildirişi əldə etməsi ilə bağlı hərəkətləri ilə, əslində Parlamentin ərizəçi kimi icarəçiləri qorumaq məqsədilə yaratdığı bu qanunla müəyyən edilmiş sxemə əhəmiyyət verməmişdir. 8-ci Maddənin əsasları altında mülkiyyətçiyə əmlakdan imtina edilməsinin nadir olduğunu qəbul edərək, ərizəçi iddia etdi ki, evdən çıxarılmanı qeyri-mütənasib edən fərdi halların mümkünlüyünü istisna etmək, Konvensiyanı hər hansı təsirdən məhrum etmək idi.
B.Məhkəmənin qiymətləndirməsi
46. Məhkəmə qeyd etdi ki, bir sıra hallarda mülkiyyətin “mənzil” kimi təsnif olunub-olunmaması fakt məsələsidir və dövlətdaxili qanunvericiliyə əsasən evin tutulmasının qanuniliyindən asılı olmur (bax, məsələn, Bakli Birləşmiş Krallığa qarşı (Buckley v. the United Kingdom) 25 sentyabr 1996-cı il qərarı, Məhkəmə Qərarları və Qərardadları toplusu 1996‑IV, § 54, bu işdə ərizəçi tikilinin yenidən planlaşdırılması ilə bağlı icazə olmadan şəxsi torpağında səkkiz ilə yaxın müddətdə yaşamışdır). Hazırkı işdə milli məhkəmələr tərəfindən müəyyən olunmuş və bunu tərəflər qəbul etmişdir ki, ərizəçinin ilk öncə arvadı ilə birlikdə birgə icarəçi kimi tutduğu və 2001-ci ilin noyabr ayından tək yaşadığı yerli hakimiyyət orqanının evi, dövlətdaxili qanunvericiliyə əsasən onun arvadının evdən çıxma barədə bildirişi verdikdən sonra həmin evə sahibliyi davam etdirmək hüququnun olmamasına baxmayaraq, 8-ci Maddənin 1-ci bəndinin mənası baxımından onun “mənzili” olmağa davam edirdi. Məhkəmə bu təhlillə razılaşır.
47. Məhkəmə daha sonra razılaşdı ki, ərizəçinin arvadının yerli hakimiyyət orqanına verdiyi evdən çıxma barədə bildirişin qüvvəsi yerli hakimiyyət orqanının qaldırdığı əmlak iddiası ilə birlikdə ərizəçinin mənzilinə hörmət hüququna müdaxilə idi.
48. Məhkəmə hesab edir ki, bu müdaxilə qanuna müvafiq idi və başqalarının hüquq və azadlıqlarının qorunması ilə bağlı iki aspektdən qanuni məqsəd daşıyırdı. Birincisi, bu, yerli hakimiyyət orqanının, orada qalmağa müqavilə və ya hər hansı başqa hüququ olmayan şəxsdən əmlaka mülkiyyət hüququnu qaytarmaq hüququnu qoruyurdu. Mülkiyyətini yenidən əldə etməyə çalışan bütün mülkiyyətçilərə bərabər qaydada tətbiq olunan bu aspektə dövlətdaxili məhkəmələr mühüm diqqət yetirirdilər. Lakin, müdaxilə həmçinin mənzil təminatı üçün qanunla müəyyən edilmiş sxemin lazımı qaydada tətbiq olunması məqsədinə xidmət edirdi. Belə halda “başqaları” dedikdə, digərlərilə yanaşı, Mənzil Qanunları ilə müəyyən olunan kompleks tədbirlərin nəzərdə tutulan benefesiarlarıdır. Məhkəmə qəbul edir ki, sadəcə olaraq Qanunların mühafizəsini tətbiq olunduğu kateqoriyalara məhdudlaşdırmaqla, Qanunların əsasını təşkil edən siyasət ağlabatan şəkildə həyata keçirilə bilər.
49. Bu işdə əsas məsələ, nəticə etibarilə, müdaxilənin daşıdığı məqsədə müvafiq olub-olmaması və beləliklə, “demokratik cəmiyyətdə zəruri” olub-olmamasıdır. Xatırlatmaq lazımdır ki, 8-ci Maddənin 2-ci bəndinə əsasən bu tələb prosedur və həmçinin mahiyyət məsələsini qaldırır. Məhkəmə Lordlar Palatasının Qazi-nin işi üzrə qərarından sonra (bax yuxarıda 22-25-ci bəndlər), lakin Key-in işi üzrə qərarından əvvəl (bax yuxarıda 26-28-ci bəndlər) qərar qəbul etdiyi Connors Birləşmiş Krallığa qarşı (C onnors v. the United Kingdom) işindəki (№. 66746/01, § § 81–84, 27 may 2004-cü il) sadələşdirilmiş əmlak icraatını tətbiq etməklə, “mənzilə” hüquqa müdaxilənin zəruriliyini qiymətləndirmək üçün aşağıdakı müvafiq prinsipləri müəyyən edib:
“81. Əgər müdaxilə “təxirəsalınmaz ictimai tələbat”a cavab verirsə və xüsusilə də, daşıdığı qanuni məqsədə uyğundursa, qanuni məqsəd üçün “demokratik cəmiyyətdə zəruri” hesab olunacaq. Zəruriliyin ilkin qiymətləndirməsini aparmaq milli hakimiyyət orqanlarının üzərinə düşsə də, müdaxilənin əsaslarının müvafiq və kifayət qədər olub-olmaması ilə bağlı yekun qiymətləndirmə, Konvensiyanın tələblərinə uyğunluğunun müəyyən olunması məqsədilə Məhkəmə baxışının predmeti olacaq ...
82. Bu baxımdan, qiymətləndirmə sərbəstliyi labüd olaraq milli hakimiyyət orqanlarına verilməlidir, belə ki, onlar öz ölkələrinin mühüm qüvvələri ilə birbaşa və davamlı əlaqəsinə görə yerli ehtiyacları və şəraiti qiymətləndirmək üçün beynəlxalq məhkəməyə nisbətən prinsipcə daha yaxşı mövqedədirlər. Bu sərbəstlik mübahisə predmeti olan Konvensiya hüququnun təbiətinə, fərd üçün mühümlüyünə, məhdudlaşdırılan fəaliyyətlərin təbiətinə, o cümlədən məhdudiyyətlərin daşıdığı qanuni məqsədin təbiətinə müvafiq olaraq dəyişəcək. Risk altında olan hüquq fərdin şəxsi və əsas hüquqlarından səmərəli istifadəsi üçün mühüm olduqda mülahizə sərbəstliyi daha dar olacaq... . Digər tərəfdən, sosial və iqtisadi siyasətlərin tətbiqi ilə bağlı sahələrdə, mülahizə sərbəstliyinin genişliyi səlahiyyəti var; bununla əlaqədar planlaşdırılan kontekstdə Məhkəmə müəyyən edib ki, çoxsaylı yerli amilləri cəlb edən mülahizənin həyata keçirilməsi planlaşdırılan siyasətlərin seçiminə və həyata keçirilməsinə aid olduğundan, yerli hakimiyyət orqanları prinsipcə geniş mülahizə sərbəstliyindən istifadə edirlər. Məhkəmə həmçinin qeyd etdi ki, müasir cəmiyyətin rifahı və iqtisadi siyasətində mühüm rol oynayan mənzil təminatı kimi sahələrdə ümumi maraqlara xidmət edən qanunvericinin qərarına hörmət edəcək, bir şərtlə ki, həmin qərar açıq-aydın ağlabatan əsassız olmasın ... . Lakin qeyd oluna bilər ki, bu, fərdin şəxsiyyəti, öz müqəddəratını təyinetmə, fiziki və mənəvi toxunulmazlığı, başqaları ilə münasibətlərin saxlanması, cəmiyyətdə sabit və təhlükəsiz yeri üçün mühüm əhəmiyyət kəsb edən hüquqlara aid olan 8-ci Maddənin deyil, 1 saylı Protokolun 1-ci Maddəsinin kontekstindədir. 8-ci Maddənin kontekstində ümumi sosial və iqtisadi siyasət mülahizələri meydana çıxdıqda, mülahizə sərbəstliyinin əhatə dairəsi ərizəçinin şəxsi sahəsinə müdaxilə dərəcəsinə xüsusi əhəmiyyət verməklə işin kontekstindən asılıdır ... .
83. Şəxsin sərəncamında olan prosessual təminatlar, cavabdeh Dövlətin normativ bazasını yaratdığı zaman mülahizə sərbəstliyi çərçivəsində qaldığının müəyyənləşdirilməsində xüsusilə əhəmiyyətli olacaq. Xüsusilə də, Məhkəmə, bununla da 8-ci Maddə ilə şəxsə təminat verilən maraqlara lazımı ehtiram göstərmək üçün, müdaxilə tədbirlərinə gətirib çıxaran qərarvermə prosesinin ədalətli olub-olmadığını yoxlamalıdır. ...”
50. Məhkəmə Hökumətin o arqumentini qəbul edə bilməz ki, Connors-ın (Connors) işindəki mühakimə, yalnız qaraçıların köçürülməsi ilə bağlı hallarla və ya ərizəçinin konkret halda qanunvericiliyin tətbiqini deyil, özünü mübahisələndirdiyi hallarla məhdudlaşdırılmalı idi. Mənzilin itirilməsi mənzilə hörmət hüququna müdaxilənin ən ifrat formasıdır. Bu miqyasda müdaxilə riskində olan hər hansı şəxs prinsipcə müstəqil məhkəmə tərəfindən Konvensiyanın 8-ci Maddəsinin müvafiq prinsiplərinin işığında müəyyən olunan tədbirin mütənasibliyinə malik olmaq iqtidarında olmalıdır, baxmayaraq ki, dövlətdaxili qanunvericiliyə əsasən onun sahiblik hüququ başa çatıb.
51. Məhkəmə qeyd edir ki, Birləşmiş Krallıqda qanunverici hakimiyyəti Mənzil Qanunları vasitəsilə digər məsələlərlə yanaşı (inter alia), dövlət mənzillərinin verilməsi üzrə kompleks sistem yaradıb; bu barədə ərizəçi şikayət etməyib. Bu sistem Mənzil Qanununun 84-cü bölməsində (bax yuxarıda 20-ci bəndə), zəmanətli icarəçiləri, məsələn, ərizəçini birgə icarə müddətində, dövlət hakimiyyəti orqanının mənzil sahibindən qorumaq üçün normalar nəzərdə tutur. Bu normalara müvafiq olaraq, qanunla dəqiq müəyyən edilən əsaslardan birinin mövcud olduğu və əlavə olaraq, əgər belə bir qərarın verilməsinin ağlabatan olduğu inandırılan hal istisna olmaqla, məhkəmə dövlət hakimiyyəti orqanının mənzil sahibinə zəmanətli icarəçi tərəfindən tutulan əmlaka sahibliyi verə bilməz. Əgər yerli hakimiyyət orqanı qanunla müəyyən edilmiş bu sxemə əsasən ərizəçini evdən çıxarmağa cəhd etmiş olsaydı, ərizəçi məhkəmədən, məsələn, onun arvadının evi məişət zorakılığına görə tərk edib-etmədiyinin və onun şəxsi vəziyyətində, həftədə bir neçə dəfə gecə vaxtı baş çəkdikləri zaman uşaqlarını evlə təmin etmək ehtiyacı daxil olmaqla, sahiblik barədə qərarın verilməsinin ağlabatan olub-olmadığının araşdırılmasını xahiş edə bilərdi.
52. Bununla belə, hazırki işdə yerli hakimiyyət orqanı x-m McCann ərizəçinin evdə qalmaq hüququna dərhal xitam vermək qüvvəsinə malik olan ümumi hüquqa aid evdən çıxma barədə bildirişi imzalamağı xahiş etməklə, qanunla müəyyən edilmiş sxemə əhəmiyyət verməməyi seçdilər. Görünmür ki, hakimiyyət orqanı bu proses ərzində ərizəçinin mənzilinə hörmət hüququna hər hansı diqqət vermişdir. Bundan əlavə, dövlətdaxili qanunvericiliyə əsasən (bax yuxarıda 22-28-ci bəndlər, Qazi-nin və Key-in işlərində əksəriyyətin rəyinə) ərizəçiyə qarşı qaldırılan sadələşdirilmiş icraatlarda, qraflıq məhkəməsi Apelyasiya Məhkəməsinin hazırkı iş üzrə qeyd etdiyi “çıxma barədə bildiriş verildikdən sonra evdən çıxarmaq niyyətinin doğrularını və yanlışlarını əsaslı şəkildə dəyişdirən evdən nə isə baş verdi” kimi müstəsna hallar istisna olmaqla, sahiblik barədə qərarın mütənasibliyi ilə bağlı istənilən məsələyə baxa bilməzdi. Hazırkı işdə tətbiq edilən belə müstəsna hallar olmayıb. Bundan əlavə, ərizəçinin mənzil sahibi dövlət hakimiyyəti orqanı olduğundan, evdən çıxmaq barədə bildirişin əldə olunması barədə qərarları mübahisələndirə bildiyi halda və əmlak iddiası ilə bağlı məsələni məhkəmə nəzarəti üçün vəsatətə daxil edə bildiyi halda, onun vəsatəti uğursuz oldu, çünki yerli hakimiyyət orqanı qanunsuz hərəkət etməmişdir.
53. Connors-ın (Connors) işində olduğu kimi, ərizəçinin məhkəmə nəzarəti üçün vəsatət qaldırmaq və yerli hakimiyyət orqanının qərarlarının qanuniliyinin və əsaslılığınının məhkəmələr tərəfindən yoxlanılmasına nail olmaq mümkünlüyü ilə, 8-ci Maddənin müdaxilənin mütənasibliyinin qiymətləndirilməsi üçün tələb etdiyi “prosessual təminatlar” yerinə yetirilməmişdir. Məhkəmə nəzarəti proseduru həssas faktiki məsələlərin həlli üçün uyğunlaşdırılmış deyil, bunu sahiblik barədə qərara görə məsuliyyət daşıyan Qraflıq Məhkəməsinin baxışına verilməsi daha yaxşı olardı. Hazırkı işdə, məhkəmə nəzarəti icraatı, əmlak icraatında olduğu kimi, müstəqil məhkəməyə, ərizəçinin evini itirməsinin 8-ci Maddənin 2-ci bəndinə əsasən daşıdığı qanuni məqsədə müvafiq olub-olmamasını yoxlamaq imkanı vermir.
54. Məhkəmə qəbul etmir ki, icarəçiyə 8-ci Maddə altında məsələni qaldırmaq hüququnun verilməsi, sistemin fəaliyyət göstərməsi üçün və mənzil sahibinin və icarəçinin dövlətdaxili qanunvericiliyi üçün ciddi nəticələr yaradacaqarşı Key-in işində Lordlar Palatasında lordların az hissəsinin müəyyən etdiyi kimi (bax yuxarıda 28-ci bənd), yalnız çox müstəsna hallarda ərizəçi məhkəməni məsələni araşdırmağa tələb edən mübahisəli işi qaldırmağa nail ola biləcək; böyük əksəriyyət təşkil edən hallarda, sahiblik barədə qərarın sadələşdirilmiş icraatda çıxarılması davam edəcək.
55. Hazırkı məqsədlər üçün xanım MakKannın evdən çıxma barədə bildirişin nəticələrini başa düşməsi və ya ehtimal etməsi əhəmiyyətli deyil. Birgə icarəçilərdən birinin evdən çıxma barədə bildiriş verməsi ilə əlaqədar mənzil sahibinin sərəncamında olan sadələşdirilmiş prosesə əsasən, ərizəçi tədbirin mütənasibliyinin müstəqil məhkəmə tərəfindən müəyyən olunması üçün heç bir imkan olmadan, mənzilindən məhrum edilib. Buradan belə çıxır ki, müvafiq prosessual təminatlar olmadığından, hazırkı işdə Konvensiyanın 8-ci Maddəsinin pozuntusu mövcuddur.
III. KONVENSİYANIN 41-Cİ MADDƏSİ
56. Ərizəçi Konvensiyanın 41-ci Maddəsinə əsasən əvəzin ədalətli ödənilməsini tələb etdi. Maddədə deyilir:
“Əgər Məhkəmə Konvensiyanın və ona dair Protokolların müddəalarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, Məhkəmə zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir.”
A.Mənəvi ziyan
57. Ərizəçi mənzilini itirdiyinə görə 20.000 avro, uşaqları ilə münasibətlərinə müdaxiləyə görə 20.000 avro və Qraflıq Məhkəməsinin hakiminin bunu əsassız hesab etdiyini bildiyi halda, evdən məcburi köçürülmə ilə əlaqədar alçalmasının verdiyi əzab və iztiraba görə 10.000 avro olmaqla, mənəvi ziyana görə kompensasiya qismində ümumilikdə 50.000 avro tələb etdi.
58. Hökumət qeyd etdi ki, 15 illik mənzilindən qısa müddətli xəbərdarlıqla köçürülən və Məhkəmənin qərarına əsasən mənəvi ziyana görə 14.000 avro ödənilən Connors-ı işindəki ərizəçidən fərqli olaraq, hazırkı ərizəçi sözügedən mənzildə nikahı pozulanadək üç il müddətinə yaşamışdır və 2001-ci aprel tarixli narahat etməmək haqqında əmrə əsasən ona mənzili tərk etməsi əmr edilmişdir. Bundan əlavə, ev onun ehtiyacları üçün çox böyük olduğundan, ərizəçi 4 yanvar 2002-ci ildə mülkiyyətin dəyişdirilməsi ilə bağlı müraciət etmişdir. Belə şəraitdə, və 8-ci Maddənin pozuntusu olmadığı halda (bu hər bir halda inkar olunurdu), ərizəçinin mövqeyinin nə olduğunu müəyyən etmək mümkün olmayacağını nəzərə alaraq, Hökumət qeyd etdi, pozuntunun müəyyən olunması özlüyündə ədalətlin bərqərar edilməsini təşkil edir və ya, alternativ olaraq, Connors-ın işindəki məbləğdən xeyli aşağı olan məbləğ ödənilməlidir.
59. Məhkəmə qeyd edir ki, o, yalnız prosessual aspektdə 8-ci Maddənin pozuntusunu müəyyən etdi. Ərizəçiyə qarşı iddia edilən məişət zorakılığını, onun subay şəxs kimi statusunu (amma uşaqları ilə gecəni keçirməklə müntəzəm əlaqə saxlamağı arzu edən bir şəxs kimi) və yerli hakimiyyət orqanının mənzil fondunun azlığını nəzərə alaraq, tamamilə aydın deyil ki, əgər dövlətdaxili məhkəmə evdən məcburi köçürülməsinin mütənasibliyini qiymətləndirmək iqtidarında olsaydı, sahiblik barədə qərar hələ də qəbul edilməzdi ya yox. Bununla belə, ərizəçi 8-ci Maddə altında məsələlərlə bağlı qərar əldə etmək imkanı olmadan mənzilindən məhrum edilib və beləliklə Məhkəmə nəticəyə gəlir ki, ərizəçinin çəkdiyi müəyyən mənəvi ziyan, xüsusilə də, məyusluq və ədalətsizlik hissi, Konvensiyanın pozuntusu faktının aşkar olunması ilə tam kompensasiya olunmur (bax Connors-ın işinə, 114-cü bənd). Ədalət prinsipi əsasında qərar verərək, Məhkəmə ərizəçiyə bu bölmə altında 2.000 avro təyin edir.
B. Məhkəmə xərcləri və digər məsrəflər
60. Bundan əlavə, ərizəçi daxili məhkəmələrdə və Strasburq Məhkəməsindəki icraatlarda çəkdiyi xərclərə görə, tərəflər arası milli dərəcəyə əsasən, ümumilikdə 75.570,18 Böyük Britaniya funt sterlinqi (GBP) tələb edir, bundan 7.691,32 Böyük Britaniya funt sterlinqi (GBP) Avropa Məhkəməsi qarşısında çəkdiyi xərclərə aiddir.
61. Hökumət qeyd etdi ki, daxili məhkəmələrdə xərclərə görə 45.000 funt sterlinq (GBP) və Strasburq xərclərinə görə 6.000 funt sterlinq (GBP) adekvat səviyyədən olduqca çoxdur.
62. Məhkəmə xərclərə və məsrəflərə görə Avropa Şurasından hüquqi yardıma görə alınan 850 avro da daxil olmaqla, 75.000 avro təyin edir, ərizəçidən tutula bilən hər hansı vergi məbləği bu məbləğin üzərinə əlavə olunmalıdır.
C. İcranın gecikdirilməsinə görə faiz
63. Məhkəmə məqsədəuyğun hesab edir ki, icranın gecikdirilməsinə görə faiz Avropa Mərkəzi Bankının yuxarı kredit faiz dərəcəsinə əsaslanmalı və onun üzərinə daha üç faiz əlavə olunmalıdır.
BU SƏBƏBLƏRƏ GÖRƏ, MƏHKƏMƏ:Elan edir ki, şikayətin Konvensiyanın 8-ci Maddəsi ilə bağlı hissəsi qəbuledilən hesab edilsin;
Elan edir ki, şikayət qalan hissələrdə qəbuledilməyən hesab edilsin;
Qərara alır ki, Konvensiyanın 8-ci Maddəsi pozulub:
Qərara alır ki, cavabdeh dövlət (a) bu qərarın qəbul edildiyi tarixdən sonra üç ay ərzində ərizəçiyə mənəvi ziyana görə 2.000 AVRO (iki min) və xərclərə və məsrəflərə görə Avropa Şurası tərəfindən hüquqi yardım üçün ödənilən 850 avro da daxil olmaqla, 75.000 (yetmiş beş min) avro məbləğində kompensasiya ödəməlidir. Bu məbləğ ödəniş tarixində tətbiq edilən məzənnə üzrə funt sterlinqə çevrilməlidir və məbləğdən tutula biləcək hər hansı vergi məbləği onun üzərinə əlavə olunmalıdır.
(b) yuxarıda qeyd edilən üç aylıq müddət bitdikdən sonra öhdəlik icra edilənə qədər sözügedən ödənilməli məbləği üzərinə Avropa Mərkəzi Bankındakı yuxarı kredit faizinə bərabər olan faiz məbləği və onun üzərinə daha üç faiz əlavə edilməlidir;
Əvəzin ədalətli ödənilməsi haqqında ərizəçinin qalan tələblərini rədd edir.
Qərar ingilis dilində tərtib edilib və Məhkəmə Reqlamentinin 77-ci Qaydasının 2-ci və 3-cü bəndlərinə uyğun olaraq, 13 may 2008-ci ildə qərar barədə yazılı məlumat verilib.
Lawrence EarlyLech Garlicki Katib Sədr
©Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə və onun keyfiyyətinə görə heç bir məsuliyyət daşımır. Tərcüməni Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnu təşkil edən işlərin daxil olduğu HUDOC məlumat bazasından () və ya Məhkəmənin razılığı ilə yerləşdirilən istənilən digər məlumat bazasından yükləmək olar. Tərcüməni qeyri-kommersiya məqsədlərilə bu şərtlə yenidən nəşr etmək mümkündür ki, məhkəmə işinin tam adı, yuxarıda göstərilmiş müəllif hüququna dair qeyd və Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fonduna istinad göstərilsin. Tərcümənin hər hansı bir hissəsindən kommersiya məqsədi ilə istifadə etmək nəzərdə tutularsa, bu ünvana müraciət etmənizi xahiş edirik publishing@.
.
© Council of Europe/European Court of Human Rights, 2012.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012.
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante : publishing@
Full & Egal Universal Law Academy