© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil. Əlavə məlumat üçün sənədin sonunda müəllif hüquqları haqqında qeydə baxın.
© Council of Europe/European Court of Human Rights, 2012. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
Makkenn Birləşmiş Krallığa qarşı (McCann v. the United Kingdom), ərizə № 19009/04
13.05.2008-ci il tarixli qərar [IV Bölmə]
Maddə 8
8-ci maddənin 1-ci bəndi
Mənzil toxunulmazlığına hörmət hüququ
Adekvat prosessual təminatların olmadığı sadələşdirilmiş prosedur əsasında şəhər şurasına məxsus evdən çıxarılma: pozuntu baş verib
Faktlar – Ərizəçi və arvadı Mənzil təminatı haqqında 1985-ci il tarixli Qanuna uyğun olaraq, şəhər şurasına məxsus olan və üç yataq otağı olan evin zəmanətli kirayəçisi sayılırdılar. Sonradan onların nikahı pozuldu və arvadı ərizəçinin ailədaxili zorakılıq səbəbindən ümumi yaşayış sahəsindən çıxarılması barədə qərarın qəbuluna nail oldu. Arvadı və uşaqları yeni evə köçürüldükdən sonra ərizəçi boş qalmış evə qayıtdı və orada xeyli təmir işləri apardı. Sonra ərizəçi ilə arvadının münasibətləri yaxşılaşdı və arvadı bu evin hər hansı digər bələdiyyə kirayəçisinin evi ilə dəyişdirilməsi barədə ərizəçinin ərizəsini dəstəklədi, belə ki, üç yataq otağı olan ev ərizəçi üçün həddən artıq geniş idi. Amma ərizəçiyə yaxınlıqda yerləşən ev lazım idi ki, uşaqları ona baş çəkə bilsinlər. 2002-ci ilin yanvarında mənzil məsələləri üzrə məmur evin əslində boşaldılmadığından xəbər tutaraq ərizəçinin arvadının yanına gəldi və ona evin boşaldılması barədə bildiriş sənədini imzalatdırdı (qüvvədə olan normalara əsasən, bir kirayəçi mənzili boşaltdığı barədə bildiriş verdikdə onunla birgə yaşayan digər kirayəçinin də kirayə hüquqlarına xitam verilirdi). Ərizəçinin arvadının iddia etdiyinə görə, həmin vaxt bu məsələ barədə məsləhət almamışdı və bu hərəkətinin ərizəçinin həmin evdə yaşamaq və ya onu dəyişmək hüququna xitam verilməsi ilə nəticələnəcəyindən xəbərsiz idi. Bundan sonra yerli hakimiyyət orqanı ev üzərində sahibliyinin bərpa olunması haqqında qərar çıxarılması üçün müraciət etdi və apellyasiya məhkəməsi tərəfindən bu qərarın qəbul edilməsinə nail oldu. Qərarda deyilirdi ki, yerli hakimiyyət orqanı qanuni şəkildə hərəkət edib və evin boşaldılması barədə bildiriş sənədi, hətta ərizəçi müvafiq nəticələrdən xəbərsiz olaraq onu imzalamış olsa belə, qanuni qüvvəyə malikdir. Bu qərara yenidən baxılması üçün ərizəçinin müraciəti əsasında işə baxmış məhkəmə qərarı qüvvədə saxladı və sonrakı apellyasiya icraatında da qərar qüvvədə saxlanıldı. Ərizəçi evdən çıxarıldı.
Hüquqi məsələlər – Maddə 8: Evin boşaldılması barədə bildiriş və ev üzərində sahibliyin bərpa olunması haqqında məhkəmə araşdırması ərizəçinin mənzil toxunulmazlığına hörmət hüququna müdaxilə təşkil edirdi və qanuni məqsədlər daşıyırdı, belə ki, müdaxilənin məqsədləri yerli hakimiyyət orqanına məxsus ola mülkiyyətin fiziki şəxsin sahibliyindən alınaraq ona qaytarılmasından, habelə qanunla nəzərdə tutulmuş mənzil təminatı sisteminin lazımi qaydada tətbiqini təmin etməkdən ibarət idi. Avropa Məhkəməsi qeyd etdi ki, evini itirmək təhlükəsi ilə üzləşən istənilən şəxs, hətta evdən istifadə hüququna milli qanunvericiliyə uyğun olaraq xitam verildikdə belə, bu tədbirin mütənasibliyinin müəyyənləşdirilməsi üçün müstəqil məhkəməyə müraciət etmək hüququna malikdir. Birləşmiş Krallığın qanunvericiliyində ictimai mənzil fondundakı evlərin bölüşdürülməsi üçün mürəkkəb sistem nəzərdə tutulmuşdu, o cümlədən Mənzil təminatı haqqında 1985-ci il tarixli Qanunun 84-cü maddəsində evlərin mülkiyyətçisi olan dövlət orqanları ilə münasibətlərdə zəmanətli kirayəçilərin hüquqlarının müdafiəsinə dair müddəalar öz əksini tapmışdı. Yerli hakimiyyət orqanı ərizəçinin qanunla müəyyən olunmuş qaydada evdən çıxmasını tələb etsəydi, ərizəçi özünün şəxsi situasiyasının araşdırılması, o cümlədən uşaqları üçün yaşayış yerinin təmin edilməsi məsələsinin həlli, habelə arvadının evi ailədaxili zorakılıq səbəbindən tərk etməsinin həqiqətə uyğunluğu məsələsinin müəyyənləşdirilməsi üçün məhkəməyə müraciət edə bilərdi. Lakin yerli hakimiyyət orqanı qanunla müəyyən olunmuş qaydadan yan keçməyə üstünlük verərək ümumi hüquq sistemi çərçivəsində ərizəçinin arvadına evin boşaldılması haqqında bildiriş sənədini imzalatdırdı ki, bu da ərizəçinin evdə qalmaq hüququna dərhal xitam verilməsi ilə nəticələndi. Bu prosedurun gedişində yerli hakimiyyət orqanı ərizəçinin mənzil toxunulmazlığına hörmət hüququnu nəzərə almadı. Ərizəçinin mənzildən istifadə hüququnun bərpası üçün başladığı məhkəmə icraatı və ya sonrakı apellyasiya icraatı da ərizəçinin evi itirməsinin qarşıya qoyulmuş qanuni məqsədlərə nə dərəcədə mütənasib olduğunu müəyyənləşdirmək imkanını təmin etmədi. Ərizəçinin arvadının evin boşaldılması barədə bildiriş sənədini imzalayarkən bunun nəticələrini anlayıb-anlamadığı və ya həmin nəticələrin baş verməsini istəyib-istəmədiyi əhəmiyyət kəsb etmir. Mülkiyyət sahibinin istifadə etdiyi sadələşdirilmiş prosedurda adekvat prosessual təminatlar yox idi, belə ki, bu halda bir kirayəçinin imzaladığı sənəd onunla birgə yaşayan digər kirayəçi üçün hüquqi nəticələr doğururdu.
Nəticə: pozuntu baş verib (yekdilliklə).
Maddə 41: Mənəvi ziyana görə 2.000 avro təyin edildi.
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012.
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil; eyni zamanda, Məhkəmə tərcümənin keyfiyyəti ilə bağlı heç bir məsuliyyət daşımır. Tərcümə Avropa İnsan Hüquqları Məhkəməsi HUDOC presedent hüququ bazası () və ya Məhkəmənin onu bölüşmüş olduğu hər hansı digər məlumat bazasından yüklənə bilər. Bu tərcümə qeyri-kommersiya məqsədləri üçün istifadə oluna bilər; bu halda işin tam adına, habelə yuxarıda göstərilən müəllif hüquqları haqqında qeydə və İnsan Hüquqları Etimad Fonduna istinad edilməlidir. Bu tərcümənin hər hansı bir hissəsinin kommersiya məqsədləri ilə istifadə edilməsi üçün publishing@ ilə əlaqə saxlayın.
© Council of Europe/European Court of Human Rights, 2012.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012.
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante : publishing@
Full & Egal Universal Law Academy