© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2013. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə görə heç bir məsuliyyət daşımır. Əlavə məlumat almaq üçün bu sənədin sonunda verilmiş müəllif hüququna dair tam məlumata baxın.
© Council of Europe/European Court of Human Rights, 2013. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2013. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
Məhkəmənin presedent hüququna dair 158 saylı Məlumat qeydi
Dekabr 2012-ci il
____________________________________________________________________________
Mişo Fransaya qarşı (Michaud v. France) – ərizə № 12323/11
6.12.2012-ci il tarixli qərar [V Bölmə]
Maddə 8
8-ci Maddənin 1-ci bəndi
Yazışma sirrinə hörmət hüququ
Şəxsi həyata hörmət hüququ
Vəkillərin şübhələrinin əsasını məhkəmə prosesində müştərinin maraqları naminə fəaliyyət göstərdikləri zaman əldə etdikləri məlumatların təşkil etdiyi hallar istisna olmaqla, qalan hallarda vəkillərin üzərinə müştərilərinin çirkli pulların yuyulması ilə əlaqədar şübhə doğuran fəaliyyətləri barədə məlumat vermək vəzifəsinin qoyulması: pozuntu baş verməyib
Faktlar – 2007-ci ilin iyulunda Milli Vəkillər Şurası peşə fəaliyyəti qaydalarını qəbul etməyi qərara aldı, bu qaydaların məqsədi, digər məsələlərlə yanaşı, 2005/60/EC saylı Avropa Dekretinə uyğun olaraq çirkli pulların yuyulması kontekstində vəkillərin üzərinə qoyulan vəzifələrin yerinə yetirilməsini təmin etmək idi. Nəticədə vəkillər müəyyən hallarda, o cümlədən müştərilərinə məxsus olan pul vəsaitlərinin cinayət fəaliyyəti vasitəsilə, məsələn, çirkli pulların yuyulması yolu ilə əldə edildiyindən şübhələndikləri təqdirdə milli maliyyə məlumatları bölməsinə (Tracfin) bu barədə məlumat verməyə borclu idilər. Vəkil olan ərizəçi 2007-ci ilin oktyabrında Vəkillər Şurasının qərarının ləğv edilməsi üçün Dövlət Şurasına ərizə ilə müraciət etdi. 23 iyul 2010-cu ildə onun ərizəsi rədd edildi.
Hüquqi məsələlər – Maddə 8: Vəkillərin üzərinə şübhələri barədə məlumat vermək öhdəliyinin qoyulması onların digər şəxslə yazışmalarının və söhbətlərinin məxfiliyinə hörmət edilməsi hüququna müdaxiləni təşkil edirdi, belə ki, onların həmin şəxslə fikir mübadiləsi zamanı ondan aldıqları məlumatları inzibati orqana ötürmələri tələb olunurdu. Bu həmçinin onların peşə və ya kommersiya xarakterli fəaliyyətlərini əhatə edən şəxsi həyatlarına hörmət edilməsi hüququna müdaxiləni təşkil edirdi. Ola bilsin ki, ərizəçinin bu cür şübhələr barədə məlumat vermək üçün əsası yox idi və etiraz etdiyi qaydalar əsasında məlumatlandırma vəzifəsini yerinə yetirməməyə görə sanksiyaya məruz qalmamışdı. Lakin sözügedən hallar baş verəcəyi təqdirdə o, ya qaydalara əməl etməli, ya da bunu etmədiyinə görə, vəkillikdən məhrum edilmə də daxil olmaqla, intizam sanksiyalarına məruz qalmalı idi. Beləliklə, şübhələr barədə məlumat vermə öhdəliyi, vəkil qismində ərizəçinin 8-ci Maddə ilə təmin edilən hüquqlarına, yəni müştəriləri ilə məxfi fikir mübadiləsi aparmaqla əlaqədar hüquqlarına "davamlı müdaxilə"ni təşkil edirdi.
Vəkillərin üzərinə qoyulan şübhələr barədə məlumat vermək öhdəliyi qanunla nəzərdə tutulmuşdu, belə ki, Valyuta və Maliyyə Məcəlləsində öz əksini tapmışdı. Bu qanunun şamil olunduğu fəaliyyətlər anlaşılan və dəqiq şəkildə ifadə edilmişdi. Etiraz edilən müdaxilə çirkli pulların yuyulmasına və onunla əlaqədar cinayət əməllərinə qarşı mübarizə məqsədini güdürdü və beləliklə, iğtişaşın və cinayətin qarşısını almaqdan ibarət qanuni məqsəd daşıyırdı.
Sayıqlıq göstərmə və şübhələr barədə məlumat vermə öhdəlikləri Avropa dekretlərinin müddəalarının Valyuta və Maliyyə Məcəlləsinə daxil edilməsinin nəticəsi idi və Fransa Avropa İttifaqına üzvlüyündən irəli gələn hüquqi öhdəlikləri ilə əlaqədar olaraq həmin müddəaları yerinə yetirməyə borclu idi. Bosfor Hava Yolları Şirkətinin işi üzrə Məhkəmənin qərarına istinadən Hökumətin bildirdiyi rəyə görə, belə hesab edilməlidir ki, Fransa Konvensiya tələblərinə əməl edib, çünki o, sadəcə həmin öhdəlikləri yerinə yetirib və Avropa İttifaqının Konvensiya ilə təmin edilən əsas hüquqları Konvensiyadakı müdafiəyə ekvivalent olan müdafiə ilə təmin etdiyi müəyyən edilib. Lakin hazırkı iş iki əsas məqama görə Bosfor Hava Yolları Şirkətinin işindən fərqlənir. O, üzv dövlətlərin üzərinə nəticə əldə etmək vəzifəsi qoyan, lakin metod və formaları seçməkdə onlara sərbəstlik verən dekretlərin Fransa tərəfindən yerinə yetirməsi ilə əlaqədardır. Buna görə də, Fransanın Avropa İttifaqına üzvlüyündən irəli gələn öhdəliklərini yerinə yetirərkən malik olduğu sərbəstliyin (diskresion səlahiyyətlərin) nəticə etibarı ilə ekvivalent müdafiə prezumpsiyasının tətbiqini aradan qaldırıb-qaldırmaması əhəmiyyət kəsb etmir. Bundan başqa, ən önəmlisi, Avropa İttifaqı Ədalət Məhkəməsi icraatındakı Konvensiya hüquqları ilə əlaqədar məsələni hələlik araşdırmasa da, Dövlət Şurası həmin məsələyə dair ilkin qərarın qəbulu üçün bu məhkəməyə müraciət etməməyi qərara alarkən prinsipcə Konvensiya hüquqlarının ekvivalenti olan əsas hüquqlara riayət edilməsinə nəzarət edən müvafiq beynəlxalq nəzarət mexanizmləri hələ özlərinin tam potensialını nümayiş etdirmək imkanına malik deyildilər. Bu rəyi və araşdırılan məsələnin mühümlüyünü nəzərə alınaraq, Məhkəmə qərara aldı ki, ekvivalent müdafiə prezumpsiyası bu işə tətbiq edilə bilməz. Buna görə də Məhkəmədən tələb olunurdu ki, müdaxilənin Konvensiyanın 8-ci maddəsində nəzərdə tutulan mənada zəruri olub-olmadığını müəyyənləşdirsin.
Məhkəmə Dövlət Şurasının 23 iyul 2010-cu il tarixli qərarında apardığı təhlillə razılaşdı, sonuncu həmin təhlildə 8-ci maddənin peşə imtiyazı hüququnu qoruduğunu qeyd etdikdən sonra bildirmişdi ki, çirkli pulların yuyulmasına qarşı mübarizədə ictimaiyyətin maraqlı olduğunu və məlumatlandırma vəzifəsinin məhkəmə prosesində və hüquqi məsləhətlər verilməsinin gedişində müştərinin maraqları naminə fəaliyyət göstərərkən vəkillərin müştəridən aldıqları və ya özlərinin əldə etdikləri məlumatlara şamil olunmaması kimi təminatın mövcud olduğunu nəzərə alsaq (vəkillərin öz hərəkətləri ilə çirkli pulların yuyulmasında aktiv rol oynadıqları hallar istisna olmaqla), vəkillərin üzərinə məlumat vermək öhdəliyinin qoyulması hüdudları aşan müdaxilə təşkil etmir. Hüquqşünasların imtiyazları toxunulmaz deyil. Onlar qanunsuz fəaliyyətlərdən qazanılan çirkli pulların yuyulmasına qarşı mübarizə tədbirləri ilə uzlaşdırılmalıdır. Avropa dekretləri bu məntiqə əsaslanıb. Hətta çirkli pulların yuyulması əməliyyatına cəlb olunmuş hər hansı vəkil cinayət məsuliyyətinə cəlb edilməlidirsə, bu, konkret olaraq qabaqlayıcı məqsəd daşıyan tədbir qismində cəza sanksiyalarını nəzərdə tutan qərarı qüvvədən sala bilməz. Nəhayət, etiraz edilən müdaxilənin mütənasibliyinin qiymətləndirilməsində iki element həlledici əhəmiyyət daşıyırdı. Onlardan birincisi bu faktla əlaqədar idi ki, vəkillər yalnız iki halda şübhələri barədə məlumat vermək vəzifəsini daşıyırdılar: birincisi, peşə vəzifələrinin icrası kontekstində müştərilərinin adından və onların maraqları naminə maliyyə və əmlak əməliyyatlarında iştirak etdikdə, yaxud etibarnaməli idarəçi qismində hərəkət etdikdə; və ikincisi, peşə vəzifələrinin icrası kontekstində konkret olaraq müəyyən edilmiş əməliyyatlarla* əlaqədar əqdlərin hazırlanmasında və ya həyata keçirilməsində müştərilərinə yardım göstərdikdə. Beləliklə, şübhələr barədə məlumat vermək vəzifəsi yalnız elə fəaliyyətlərə aid idi ki, həmin fəaliyyətlər vəkillərə etibar edilən müdafiə funksiyasından son dərəcə uzaq idi və yuxarıdakı vəzifənin şamil olunduğu digər peşə təmsilçilərinin həyata keçirdikləri fəaliyyətlərə bənzər idi. İkinci element ondan ibarət idi ki, qanunvericilikdə peşə imtiyazını müdafiə edən qoruyucu tədbir nəzərdə tutulmuşdu, belə ki, vəkillər məlumatları birbaşa Tracfinə deyil, müvafiq olaraq Dövlət Şurasının və Kassasiya Məhkəməsinin nəzdindəki vəkillər şurasının sədrinə, yaxud üzvü olduqları Vəkillər Şurasının sədrinə ötürürdülər. Beləliklə, informasiya nəinki eyni davranış qaydalarına tabe olan, həm də həmin qaydalara riayət edilməsini təmin etmək üçün həmkarları tərəfindən seçilən peşəkar şəxslə paylaşılırdı və bununla da peşə imtiyazının pozulmaması təmin edilirdi. Müvafiq Vəkillər Şurasının sədri yalnız Valyuta və Maliyyə Məcəlləsində nəzərdə tutulmuş şərtlərə riayət edildiyinə əmin olduqdan sonra şübhələr barədə məlumatları Tracfinə ötürürdü.
Beləliklə, bu işdə tətbiq edilən şübhələr barədə məlumat vermək vəzifəsinin qanuni məqsəd daşıdığını və həmin məqsədin demokratik cəmiyyətdə xüsusi əhəmiyyətini nəzərə alsaq, bu vəzifə vəkillərin peşə imtiyazına qeyri-mütənasib müdaxilə təşkil etmirdi.
Nəticə: pozuntu baş verməyib (yekdilliklə).
(Bax: Bosfor Hava Yolları Turizm Anonim Şirkəti İrlandiyaya qarşı (Bosphorus Hava Yolları Turizm Anonim Şirketi v. Ireland) [Böyük Palata], ərizə № 45036/98, 30 iyun 2005-ci il tarixli qərar, 76 saylı Məlumat bülleteni).
* Bu əməliyyatlar aşağıdakılardır: 1) daşınmaz əmlakın və ya kommersiya müəssisələrinin alqı-satqısı; 2) müştərinin pul vəsaitlərinin, qiymətli kağızlarının və ya digər aktivlərinin idarə olunması; 3) bank hesablarının, əmanətlər və ya qiymətli kağızlar üçün hesabların açılması; 4) şirkətlərin açılması üçün zəruri olan yardımların təşkili; 5) şirkətlərin yaradılması, fəaliyyət göstərməsi və ya idarə olunması; 6) xarici ölkənin qanunvericiliyi ilə tənzimlənən etibarnaməli idarəçilik qurumlarının və ya analoji strukturların yaradılması, fəaliyyət göstərməsi və ya idarə olunması.
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi
Katibliyin bu xülasəsinə görə Məhkəmə məsuliyyət daşımır.
Presedent hüququnun Məlumat Qeydləri üçün tıklayın
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2013
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə və onun keyfiyyətinə görə heç bir məsuliyyət daşımır. Tərcüməni Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnu təşkil edən işlərin daxil olduğu HUDOC məlumat bazasından () və ya Məhkəmənin razılığı ilə yerləşdirilən istənilən digər məlumat bazasından yükləmək olar. Tərcüməni qeyri-kommersiya məqsədlərilə bu şərtlə yenidən nəşr etmək mümkündür ki, məhkəmə işinin tam adı, yuxarıda göstərilmiş müəllif hüququna dair qeyd və Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fonduna istinad göstərilsin. Tərcümənin hər hansı bir hissəsindən kommersiya məqsədi ilə istifadə etmək nəzərdə tutularsa, bu ünvana müraciət etmənizi xahiş edirik publishing@.
© Council of Europe/European Court of Human Rights, 2013.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2013
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante: publishing@.
Full & Egal Universal Law Academy