Meftah (Meftah) və Digərləri Fransaya qarşı [BP] - 32911/96, 35237/97 və 34595/97
Qərar 26.7.2002 [BP]
Maddə 6
6-cı Maddənin 1-ci bəndi
Ədalətli məhkəmə araşdırması
Şifahi iclas
Kassasiya məhkəməsi iclasında şəxsən və ya adi Vəkillər Kollegiyasının üzvü vasitəsilə şifahi bəyanatların verilməsi imkanının olmaması: pozuntu
6-cı Maddənin 3 “c” bəndi
Özünün seçdiyi müdafiəçi vasitəsilə hüquqi yardım
Dövlət Şurasının və Kassasiya Məhkəməsinin yanında Vəkillər Kollegiyasının üzvlərinin monopoliyası: pozuntu
Maddə 6-1
Çəkişməli proses
Kassasiya Məhkəməsində Baş vəkilin təqdimatlarının göndərilməməsi və onlara yazılı cavab vermək imkanının olmaması: pozuntu
Faktlar - Ərizəçilər ittiham hökmündən Kassasiya Məhkəməsinə şikayət vermişdilər. Birinci ərizəçi özünü Kassasiya Məhkəməsinin Cinayət Palatası qarşısında özü təmsil etmişdir. Digər iki ərizəçi isə adi vəkillər kollegiyası üzvü olan vəkillər tərəfindən təmsil olunmuşlar. Kassasiya Məhkəməsi onların şikayətlərini rədd etmişdir.
Hüquqi məsələlər - Maddə 6 § 1 və 3 (c): Ərizəçilər Fransa qanunlarına əsasən "cinayət törətməkdə ittiham olunan" deyil artıq "məhkum olunmuş" hesab olunduqları əsasıyla Kassasiya Məhkəməsinə şikayətləri ilə bağlı 6-cı Maddənin 3-cü bəndi altında verilən təminatlardan məhrum edilə bilməzlər. Ərizəçilərin ədalətli məhkəmə araşdırması hüquqlarının pozulub-pozulmadığını müəyyən etmək üçün Kassasiya Məhkəməsinin Cinayət Palatası qarşısında prosesin xüsusi məqamları nəzərə alınmalıdır. Kassasiya Məhkəməsi dar mənada faktların yoxlanışı istisna edilməklə, yurisdiksiya və prosessual qaydalar daxil olmaqla qanuniliklə bağlı nəzarət həyata keçirir. Bəzi hallar istisna olmaqla, Kassasiya Məhkəməsi qarşısındakı proses əsasən yazılı şəkildə keçirilir və bu qayda tərəflər Dövlət Şurasının bir üzvü və Kassasiya Məhkəməsi yanında Vəkillər Kollegiyası üzvü tərəfindən təmsil olunduqda da tətbiq olunur. Dövlət Şurası və Kassasiya Məhkəməsi yanında Vəkillər Kollegiyası üzvlərinin şifahi təqdimatlar vermək hüququ mütləq deyil. Hazırki işdə Kassasiya Məhkəməsinə edilən şikayətlər, tam yurisdiksiyaya malik olan və 6-cı Maddənin müddəalarına əsasən ərizəçi və ya onların vəkillərinin iştirak etdiyi və işlərini təqdim etdiyi iclasların keçirildiyi birinci instansiya məhkəməsi və apellyasiya məhkəməsi tərəfindən nəzərdən keçirildikdən sonra verilmişdir. Kassasiya şikayəti verənlərin Kassasiya Məhkəməsi iclaslarında şifahi ifadə vermək hüququ ilə bağlı qeyd olunmalıdır ki, Kassasiya Məhkəməsinin Cinayət Palatasındakı iclas zamanı istənilən hüquqi arqument xüsusilə texniki xarakterli və yalnız qanun müddəaları ilə bağlı olacaqdı. Belə ki, prosessual tələblərin ərizəçilərə Kassasiya məhkəməsi iclasları zamanı şifahi ifadə vermək hüququnun verilməsi kimi şərh olunması lüzumsuz dərəcədə formal xarakter daşıyardı. Bu cür yanaşma xüsusi olaraq yazılı formada olan və texniki xarakter daşıyan məsələlərin həll olunmasında heç bir yardım göstərməyəcəkdi. Kassasiya Məhkəməsindəki prosesdə Dövlət Şurasının və Kassasiya Məhkəməsi yanında Vəkillər Kollegiyasının üzvlərinin monopoliyasına gəldikdə isə, cinayətdə ittiham olunan hər bir şəxsin öz seçimi əsasında təyin olunan vəkil tərəfindən müdafiə olunması mütləq hüquq hesab edilə bilməz və nəticə etibarilə, milli məhkəmələr ədalət mühakiməsinin maraqları üçün müvafiq və kifayət qədər əsas olduğu halda, şəxsin seçimini rədd edə bilər. Bundan əlavə, Fransız sistemi proses tərəflərinə Dövlət Şurasının və Kassasiya Məhkəməsi yanında Vəkillər Kollegiyasının üzvləri tərəfindən təmsil olunub-olunmamaq seçimi verir. Buna baxmayaraq, tərəflər qeyd olunduğu kimi təmsil olunduqları halda belə, yazılı təqdimatlar mübahisəli qərar əleyhinə olan bütün arqumentləri özündə açıq şəkildə əks etdirir. Şifahi bəyanatlar istəyə bağlıdır və təcrübə göstərir ki, Dövlət Şurasının və Kassasiya Məhkəməsi yanında Vəkillər Kollegiyasının üzvləri bir neçə nadir hal istisna olmaqla, iclaslarda iştirak etməmişlər. Bu cür seçimin mövcudluğu prosedurda fərqliliyi əsaslandırır və Fransa qanunvericiliyi, həmin seçimin istifadəsi ilə bağlı, xüsusi olaraq Dövlət Şurasının və Kassasiya Məhkəməsi yanında Vəkillər Kollegiyasının üzvlərindən yardım almağın verdiyi üstünlüklərindən imtinanın olub-olmadığının müəyyən edilməsi üçün kifayət qədər təminat verir. İstənilən halda, ərizəçilərdən ikisi, seçimlərinin nəticələri haqqında ərizəçilərə məlumat vermək iqtidarında olan adi vəkillərdən hüquq yardımı almışlar və bu işin hallarında sərbəst şəkildə bu hüquqdan istifadə etmiş və məlumatlı olmuşlar. Eynisi, vətəndaşlara məsləhət bürosundan məsləhət alan ilk ərizəçi üçün də tətbiq olunur. Bütövlükdə götürüldükdə, Kassasiya Məhkəməsi qarşısındakı icraatların xüsusiyyəti nəzərə alınaraq, məhkəmədə şifahi bəyanat verməklə bağlı mütəxəssis hüquqşünasların monopoliyası əsaslandırıla bilər və bu cür monopoliya, ərizəçiləri, öz işlərini əhəmiyyətli dərəcədə əlverisiz vəziyyətə salınmadan təqdim etmək imkanından məhrum etmir. Kassasiya Məhkəməsinin rolu və həyata keçirilən icraatları bütövlükdə götürdükdə, ərizəçilərə işlərini nə özləri, nə də adi vəkil vasitəsilə şifahi şəkildə təqdim etmək imkanının verilməməsi onların ədalətli məhkəmə araşdrması hüququnu pozmamışdır.
Nəticə: pozuntu yoxdur (bir səsə qarşı on altı səs).
Maddə 6 § 1: Ərizəçilər Dövlət Şurasının və Kassasiya Məhkəməsi yanında Vəkillər Kollegiyasının üzvləri tərəfindən təmsil olunmaq seçimini etmədiklərindən, onlar Kassasiya Məhkəməsinin Cinayət Palatasının Məhkəmə tərəfindən Konvensiyaya uyğun hesab edilən təcrübəsindən yararlana bilməmişlər. Ərizəçilər baş vəkilin təqdimatları ilə tanış ola bilməmişlər və bununla da məhkəmə prosesində olan məsələnin onlar üçün mənası və baş vəkilin təqdimatlarının xarakteri nəzərə alınaraq, çəkişmə prinsipi pozulmuşdur. Buna baxmayaraq, onlar çəkişmə prinsipinin təminatlarından imtina etməmişdilər. İclasdan öncə öz imzaları ilə birgə ərizələrini təqdim etmək hüququna malik olsalar da, ərizəçilər iclasdan öncə baş vəkilin təqdimatları ilə tanış olmaq və müşavirə zamanı məhkəməyə öz qeydləri ilə cavab vermək imkanına malik olmamışlar. Əlavə olaraq, baş vəkilin təqdimatlarının mətni ilə tanışlıq Kassasiya Məhkəməsindəki şikayətçilərə prosessual seçimlərini müəyyən etməkdə yardım edə bilərdi.
Nəticə: pozuntu (beş səsə qarşı on iki səs).
Full & Egal Universal Law Academy