© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil. Əlavə məlumat üçün sənədin sonunda müəllif hüquqları haqqında qeydə baxın.
© Council of Europe/European Court of Human Rights, 2012. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
"M SRL" Moldovaya qarşı (M SRL v. Moldova), ərizə № 21151/04
08.04.2008-ci il tarixli qərar [IV Bölmə]
1 saylı Protokolun 1-ci maddəsi
1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsi
Öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququ
Qaydaların sırf formal xarakterli pozuntusu səbəbindən İnternet xidmətləri provayderinin fəaliyyət lisenziyalarının geri alınması: pozuntu baş verib
Faktlar – Ərizəçi araşdırılan dövrdə Moldovada İnternet xidmətlərinin ən iri provayderi olan özəl şirkət idi və 2002-ci ilin noyabrında ofisinin yerini dəyişdi. Bu dəyişiklik Dövlət Qeydiyyat Palatasında qeydə alındı və vergi orqanlarına bu barədə məlumat verildi. 2003-cü ilin mayında ərizəçi şirkət əlavə lisenziya almaq üçün telekommunikasiyalar sahəsini tənzimləyən orqana (ANRTI) ərizə ilə müraciət etdi. O, ərizədə yeni ünvanını yazsa da, lisenziyada onun köhnə ünvanı qeyd edilmişdi. 2003-cü ilin sentyabrında ərizəçi şirkət və bir sıra digər operatorlar tənzimləyici orqandan on gün ərzində illik lisenziya haqqını ödəmək və yeni ünvanlarını göstərmək tələbi barədə məktub aldılar, məktubda xəbərdarlıq edilirdi ki, tələb yerinə yetirilməyəcəyi təqdirdə fəaliyyət lisenziyalarının qüvvəsi dayandırılacaq. Ərizəçi şirkət qeyd edilən nöqsanları sonradan düzəltməyə çalışsa da, tənzimləyici orqan onun təqdim etdiyi informasiyaları şübhə altına aldı və bu məsələyə onun reaksiyasını gözləmədən və lisenziyaların qüvvəsinin hansı müddətədək dayandırıldığını göstərmədən onun lisenziyalarını etibarsız elan etdi. Bundan az sonra qaydalara edilmiş dəyişikliklər nəticəsində ərizəçi şirkət altı ay müddətinə yeni lisenziya üçün müraciət etmək hüququnu itirdi. O, tənzimləyici orqanın qərarından məhkəmələrə şikayət etsə də cəhdləri uğursuz oldu və son nəticədə bu biznesi tərk etməyə məcbur oldu. Tənzimləyici orqanın xəbərdarlıq məktubunda göstərilmiş tələbləri yerinə yetirilmədiyi bildirilən 50-dən artıq operatordan yalnız ərizəçi şirkətin lisenziyası geri alınmışdı. Digər operatorların lisenziyalarının qüvvəsi isə üç ay müddətinə dayandırılmışdı.
Hüquqi məsələlər – 1 saylı Protokolun 1-ci maddəsi: Lisenziyaların geri alınması mülkiyyətdən istifadəyə nəzarət tədbiridir və bu məsələ 1 saylı Protokolun 1-ci maddəsinin ikinci hissəsi əsasında araşdırılmalıdır. Burada əsas məsələ müdaxilənin mütənasibliyi məsələsidir. Ərizəçi şirkət tərəfindən qaydaların pozulduğuna gəlincə, Hökumət lisenziyalardakı qeydlərdə ünvanın dəyişdirilməməsinin hər hansı konkret ziyana səbəb olduğunu göstərməyib. Tənzimləyici orqan ünvanın dəyişməsindən xəbərdar idi və asanlıqla ərizəçi şirkətlə əlaqə yarada bilərdi. Digər səlahiyyətli orqanlar və müştərilər də bu barədə məlumatlandırılmışdılar. Şirkətin vergidən yayınmaq niyyətində olduğu barədə hər hansı şübhə yox idi. İşin hallarını nəzərə alsaq, tətbiq edilmiş tədbirin sərtliyi təəccüb doğurur, belə ki, bunun nəticəsində Moldovada İnternet xidmətlərinin ən iri provayderi olan ərizəçi şirkət biznesini ləğv etmək və bütün aktivlərini satmaq məcburiyyətində qalıb. Öz növbəsində, tənzimləyici orqan vaxtında, lazımi qaydada və ardıcıl hərəkət etmək vəzifəsini yerinə yetirməyib. Ünvanın dəyişməsindən xəbərdar olduğuna baxmayaraq, o, ərizəçi şirkətə köhnə ünvanın əks olunduğu yeni lisenziya verib, onun lisenziyalarındakı texniki uyğunsuzluqlara göz yumub və sonradan öz hərəkətləri ilə onun səhvən belə düşünməsinə səbəb olub ki, təyin olunmuş müddətdə tələb edilən informasiyaları təqdim etdiyi təqdirdə fəaliyyətini davam etdirə bilər. Həmçinin zəruri prosessual təminatlar da olmayıb, belə ki, ərizəçi şirkətin təmsilçisinin tənzimləyici orqana gəlməsi və şirkətin mövqeyini ona izah etməsi üçün imkan yaradılmayıb, şikayət əsasında başlanmış məhkəmə icraatı isə ərizəçi şirkətin iclasın vaxtının təxirə salınması barədə vəsatəti heç bir səbəb göstərilmədən rədd edildikdən sonra onun iştirakı olmadan keçirilib. Üstəlik, milli məhkəmələrdə onun işinə baxılması formal xarakter daşıyıb və tərəflərin imkanları arasında balansa riayət edilməsinə cəhd göstərilməyib. Nəhayət, bu işdə ayrı-seçkilik əlamətləri də görünür, belə ki, ərizəçi şirkətə qarşı münasibət analoji vəziyyətdə olan digər şirkətlərə nisbətən daha sərt olub. Araşdırmanın lazımi qaydada aparılmadığını, ayrı-seçkilik xarakteri daşıyan rəftarın baş verdiyini və qeyri-mütənasib dərəcədə sərt tədbirin tətbiq edildiyini nəzərə alsaq, lisenziyaları geri alarkən dövlət orqanlarının vicdanlı və ardıcıl siyasət tətbiq etdiklərini söyləmək olmaz. Beləliklə, onlar tələb olunan ədalətli balansa riayət etməyiblər.
Nəticə: pozuntu baş verib (yekdilliklə).
Maddə 41: Ədalətli kompensasiya məsələsinə baxılması təxirə salındı.
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012.
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil; eyni zamanda, Məhkəmə tərcümənin keyfiyyəti ilə bağlı heç bir məsuliyyət daşımır. Tərcümə Avropa İnsan Hüquqları Məhkəməsi HUDOC presedent hüququ bazası () və ya Məhkəmənin onu bölüşmüş olduğu hər hansı digər məlumat bazasından yüklənə bilər. Bu tərcümə qeyri-kommersiya məqsədləri üçün istifadə oluna bilər; bu halda işin tam adına, habelə yuxarıda göstərilən müəllif hüquqları haqqında qeydə və İnsan Hüquqları Etimad Fonduna istinad edilməlidir. Bu tərcümənin hər hansı bir hissəsinin kommersiya məqsədləri ilə istifadə edilməsi üçün publishing@ ilə əlaqə saxlayın.
© Council of Europe/European Court of Human Rights, 2012.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012.
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante : publishing@
Full & Egal Universal Law Academy