© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2013. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə görə heç bir məsuliyyət daşımır. Əlavə məlumat almaq üçün bu sənədin sonunda verilmiş müəllif hüququna dair tam məlumata baxın.
© Council of Europe/European Court of Human Rights, 2013. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2013. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
Məhkəmə təcrübəsi üzrə məlumat qeydi No 162
Aprel 2013
Mehmet Şenturk və Bekir Şenturk Turkiyəyə qarşı - 13423/09
Qətnamə 9.4.2013 [Seksiya II]
Maddə 2
Pozitiv öhdəliklər
Əməliyyat xərcini ödəyə bilmədiyi üçün hamilə qadını əməliyyat etməkdən imtina edilməsi: violation
Faktlar – Hadisələr zamanı birinci ərizəçinin otuz dörd aylıq hamilə olan arvadı və ikinci ərizəçinin anası, davamlı ağrılar səbəbilə əri ilə birgə universitet xəstəxanasına gedir. Qadın burda əvvəlcə bir təcili yardım həkimi, sonra isə ginekologiya və mamalıq şöbəsinin bir qrup həkimi müayinəedir. Sonuncular exoqrafiya etdikdən sonra müəyyən edirlər ki, xəstənin bətnindəki uşaq ölmüşdür və xəstə təcili əməliyyat edilməlidir. Xəstəyə izah edilir ki, xəstəxanada yatmaq və əməliyyat pulludur və onlar xəstəxanaya təxminən 1000 avro keçirməlidirlər. Birinci ərizəçi pulunun olmadığını elan edir və arvadı xəstəxanaya götürülmür. Təcili yardım həkimi xəstəni tibb personalı olmayan təcili yardım maşınında başqa bir xəstəxanaya yola salır. Xəstə yolda vəfat edir.
Səhiyyə nazirliyinin araşdırma komissiyası tərəfindən bir araşdırma aparılır və xəstənin ölümündən xəstəxana həkimlərinin məsul olduqları müəyyən edilir. Xəstənin tibbi yardım göstərilmədən göndərilməsi və əməliyyat üçün xərclərin ödənilməsinə verilən əhəmiyyət məsələsi araşdırılır. Cinaət məsuliyyəti müddəti keçdiyindən, növbətçi həkimə qarşı cinayət işi açılmır. Birinci instansiya məhkəməsi tərəfindən təqsirli hesab edilən digər həkimlər isə, nəticə etibarılə cinayət cəzası almırlar. Belə ki, 2010-cu ilin oktyabrında Kassasya Məhkəməsi, cinayət məsuliyyəti müddəti ötdüyündən, məhkəmə prosesinə xitam verir.
Hüquqi məsələlər – Maddə 2
a) Maddi tərəfi – Məhkəmə xatırladır ki, Konvensiyanın 2-ci maddəsindən irəli gələn öhdəliklərə görə, Dövlətlər istər özəl, istərsə də dövlət xəstəxanalarını xəstələrin yaşamaq hüququnu qorumaq üçün müvafiq tədbirlr görməyə məcbur edən qanunvericilik bazası yaratmalıdır.
Məhkəmə bildirir ki, hazırki işdə onun vəzifəsi Dövlətin səhiyyə xidmətləri əldə edilməsi sahəsindəki siyasəti barədə in abstracto fikir yürütmək deyildir. Yerli məhkəmələrin gəldiyi qənaəti nəzərə alaraq, Məhkəmə müəyyən edir ki, hazırki işdəki xəstənin tibbi yardım alması əvvəlcədən ödəniş edilməsi ilə şərtlənmişdi. Bu, xəstənin xəstəxananın xidmətlərindən imtina etməsinə səbəb olmuşdur. Bu imtina qərarı düzgün məsləhət verilmiş bir şəxs tərəfindən qəbul edilmiş hesab edilə bilməz və dövlət orqanlarını mərhuməyə tibbi yardım göstərmək öhdəliyindən azad edə bilməz. Bu xəstəxanaya gələndə xəstənin səhhətinin ağır olması və təcili əməliyyat edilməli olması, yoxsa nəticənin faciəvi olacağı ilə bağlı heç bir şübhə yox idi. Xəstəxananın tibbi personalı xəstənin başqa xəstəxanaya köçürülməsinin onun həyatı üçün riskli olduğundan xəbərdar idi. Bundan əlavə, iş materialları bu tibb personalının cinayət təqibinə icazə verməyən komissiyaya xərclər ödənmədiyində təcili yardım hallarında davranış qaydalarınn müəyyənləşdirməyə imkan verməmişdir. Bu mənada daxili hüquq mərhumənin ehtiyacı olan tibbi yardımın göstərilməməsi halının qarşısını alacaq səviyyədə deyildi. Beləcə, xəstəxana xidmətlərinin pis işləməsinin urbanı olan mərhumə, müvafiq tibbi yardım əldə etmək imkanından məhrum olmuşdur. Bu qənaət Məhkəməyə kifayət edir ki, Dövlətin mərhumənin fiziki bütövlüyünü qorumaq öhdəliyini yerinə yetirmədiyini hesab etsin.
Nəticə : pozuntu (yekdilliklə)
b) Prosedural tərəf – Pozitiv öhdəliklər istər özəl sektorda, istərsə dövlət səhiyyə sistemində çalışan tibb işçilərinin məsuliyyəti altında olan şəxslərin ölüm səbəblərinin müəyyənləşdirilməsi üçün səmərəli və müstəqil istintaq aparılması öhdəliyini də ehtiva edir. Bu işdə Məhkəmə müəyəyn edir ki, birinci ərizəçinin arvadının ölümündə təqsirli olduğu iddia edilən şəxslər məsuliyyət müddətinin ötməsi üzündən heç bir yekun cinayət cəzası almamışlar. Üstəlik, mübahisələndirlən prosesin müddətləri işə tez baxılması tələbinə uyğun deyildir. Bundan başqa cinayət prosesinin başlanğıcında səhvə də yol verilmişdir: növbətçi həimə qarşı cinayət işi açılmamışdır. Nəticədə, hazırki işdə Dövlət səmərəli cinayət istintaqı təşkil etməmişdir.
Nəticə: pozuntu (yekdilliklə)
c) Fötusun iddia olunan yaşamaq hüququ – Ərizəçilər iddia edirdilər ki, fötusun dəqiq ölqm vaxtının müəyyən edilməsi üçün heç bir tədbir görülməmişdir. Məhkəmə həyatın başlanğıcı məsələsi ilə bağlı Avopada konsensusun olmadığından Dövlətlərin geniş mülahizə səlahiyyəti olduğunu elan edən əvvəlki yurisprudensiyasını təkrar edir. Fötusun həyatı mərhumənin həyatı ilə sıx şəkildə bağlı olduğundan, bu şikayətin ayrıca araşdırılmasına ehtiyac yoxdur.
Maddə 41 : mənəvi ziyana görə hər iki ərizəçiyə birgə 65 000 Avro təyin edilmiş, maddi ziyana görə kompensasiya tələbi rədd edilmişdir
(Bax : : Vo c. France [GC], no 53924/00, 8 iyul 2004, Məlumat qeydi no 66 ; A, B et C c. Irlande [GC], no 25579/05, 16 dekabr 2010, Məlumat qeydi no 136 ; Tysiąc c. Pologne, no 5410/03, 20 mart 2007, Məlumat qeydi no 95)
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi
Katibliyin bu xülasəsinə görə Məhkəmə məsuliyyət daşımır.
Presedent hüququnun Məlumat Qeydləri üçün tıklayın
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2013
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə və onun keyfiyyətinə görə heç bir məsuliyyət daşımır. Tərcüməni Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnu təşkil edən işlərin daxil olduğu HUDOC məlumat bazasından () və ya Məhkəmənin razılığı ilə yerləşdirilən istənilən digər məlumat bazasından yükləmək olar. Tərcüməni qeyri-kommersiya məqsədlərilə bu şərtlə yenidən nəşr etmək mümkündür ki, məhkəmə işinin tam adı, yuxarıda göstərilmiş müəllif hüququna dair qeyd və Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fonduna istinad göstərilsin. Tərcümənin hər hansı bir hissəsindən kommersiya məqsədi ilə istifadə etmək nəzərdə tutularsa, bu ünvana müraciət etmənizi xahiş edirik publishing@.
© Council of Europe/European Court of Human Rights, 2013.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2013
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante: publishing@.
Full & Egal Universal Law Academy