© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2015. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə görə heç bir məsuliyyət daşımır. Əlavə məlumat almaq üçün bu sənədin sonunda verilmiş müəllif hüququna dair tam məlumata baxın.
© Council of Europe/European Court of Human Rights, 2015. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2015. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
Məhkəmə təcrübəsi üzrə məlumat qeydi No 175
İyun 2014
Mennesson Fransaya q. - 65192/11
Qərar 26.6.2014 [Seksiya V]
Maddə 8
Maddə 8-1
Ailə həyatına hörmət
Özəl həyata hörmət
Başqasi üçün reproduksiya (BÜR)yolu ilə dünyaya gəlmiş uşaqlarla bu metoddan istifadə edən ər-arvad arasında ABŞ-da qanuni olaraq müəyyən edilmiş qohumluq əlaqəsinin fransız hüququnda tanınmasından imtina: pozuntu
[Bu rezüme Labassee Fransaya q. no 65941/11, 26 iyun 2014, işinə də aiddir]
Faktlar – Birinci işdəki ərizəçilər fransız vətəndaşı olan Mennesson cütlüyü, eləcə də 2000-ci ildə anadan olmuş amerikan vətəndaşı əkizlər, Xanım Mennessonlardır. İkinci işdəki ərizəçilər fransız vətəndaşı olan Labassee cütlüyü və 2001-ci ildə anadan olmuş amerikan vətəndaşı Juliette Labasseedir.
Xanım Menessonun və Labasseenin sonsuzluğu səbəbindən ərizəçi valideynlər ABŞ-da, birinci halda Cənab Menessonun, ikinci halda isə Cənab Labasseenin spermalarının məhsulu olan embrionun başqa qadının bətnində yerləşdirilməsilə başqasi üçün reproduksiya (BÜR) metodundan istifadə etmişlər. Beləliklə, Mennesson əkizləri və Juliette Labassee (ərizəçi uşaqlar) anadan olmuşlar. Müvafiq olaraq birinci işdə Kaliforniyada, ikinci işdə isə Minnesotada qəbul edilən məhkəmə qərarlarında göstərilirdi ki, Mennesson cütlüyü əkizlərin, Labassee cütlüyü isə Juliettin valideynləridir.
BÜR metodundan istifadə olunduğundan şübhələnən fransız hakimiyyət orqanları uşaqların doğum haqqında şəhadətnamələrini fransız vətəndaş vəziyyəti reyestrinə qeyd etməkdən imtina etmişlər. Mennesson işində prokurorun göstərişi ilə qeydiyyat aparılmış, sonradan isə prokuror cütlüyə qarşı ləğvolunma prosesi başlatmışdır. Labassee işində isə qeydiayyatdan imtinanı mübahisələndirməmiş, valideynlərlə faktiki birgəyaşama halına əsasən aralarındakı qohumluq əlaqəsini tanıtdırmağa çalışmışlar. Onlar tanınma aktı-hakim tərəfindən verilən və uşağın valideynlərlə faktiki birgə yaşayışını, yəni, qohumluq əlaqəsinin reallığını təsdiq edən akt- əldə etmişlər, lakin prokurorluq bu barədə qeydi fransız vətəndaş vəziyyəti reyestrinə salmaqdan imtina etmişdir. Bundan sonra onlar məhkəməyə müraciət etmişlər.
Ərizəçilərin şikayətləri Kassasiya Məhkəməsinin 6 avril 2011-ci il tarixli yekun qərarı ilə rədd edilmişdir. Məhkəmə qərarını belə əsaslandırmişdır ki, belə qeydiyyatlar fransız mülki məcəlləsinə görə ictimai qayda etibarsızlığı xaraketinə malik olan etibarsız BÜR sazişlərinə hüquqi qüvvə vermiş olardı. O hesab etmişdir ki, işdə özəl və ailə həyatına hörmət hüququnun pozuntusu yoxdur, çünki bu ləğvetmə uşaqları Kaliforniya və ya Minnesota hüququ ilə tanınmış ana və ya ata qohumluğuna və onlara Fransada Mennesson və Labassee cütlüyü ilə birgə yaşamağa mane olmur.
Hüquqi məsələlər – Maddə 8 : Maddə 8-in “ailə həyatı” və “özəl həyat” başlqları altında təminat verilən hüquqlara müdaxilə baş vermişdir. Mübahisələndirilən tədbirlər daxili hüquqla nəzərdə tutulmuşdu və çatımlı və öngörülə bilən idi.
Fransanın xaricdə BÜR yolu ilə anadan olmuş uşaqlarla niyyət valideynləri arasında qohumluğu tanımaqdan imtina, vətəndaşların ölkədə uşaqların və surraqat anaların müdafiəsi məqsədilə qadağan olmuş reproduksiya üsullarına ölkə ərazisindən kənarda da müraciət etməkdən çəkindirməkdir. Beləliklə, mübahisələndirilən müdaxilə iki legitim məqsəd daşıyırdı : « sağlamlığın müdafiəsi » və «başqalarının hüquq və azadlıqlarının müdafiəsi ».
Avropada nə BÜR metodunun qanuniliyi, nə də xaricdə bu yolla doğulmuş uşaqlarla niyyət valideynləri arasında qohumluğun tanınması sahəsində konsensus yoxdur. Konsensusun olmaması BÜR-dən istifadənin etik xarakterli suallar yaratmasının təzahürüdür. Bu səbəbdən, Dövlətlərin BÜR-lə bağlı seçimlərdə mülahizə səlahiyyəti geniş olmalıdır. Lakin bu mülahizə səlahiyyəti qohumluqla bağlı məsələrdə məhdudlaşmalıdır, çünki bu, fərdin identikliyinin əsas aspekti ilə bağlıdır. Digər tərəfdən, Dövlətin və görulən tədbirdən birbaşa olaraq təsirlənən fərdlərin maraqları arasında, hər dəfə uşaqların maraqlarından söhbət getdiyi zaman onların üstün tutulması barədəki əsas prinsipi nəzərə almaqla, tarazlaşdırma aparılıb-aparılmadığını yoxlamaq Məhkəmənin vəzifəsidir.
a) Ərizəçilərin ailə həyatına hörmət hüququ – Fransız hüququnda ərizəçilər arasında qohumluq əlaqələrinin tanınmaması onların ailə həyatına müxtəlif səviyyələrdə təsir edir. Qohumluq sübutu tələb olunan hər hansı xidmət almaq istədikləri zaman təsdiqli tərcüməsilə birgə qeydiyyata alınmamış amerikan aktını təqdim etməli olurlar. Digər tərəfdən, ərizəçi uşaqlar fransız vətəndaşlığı ala bilməmişlər ki, bu da ailənin səyahətini çətinləşdirir və ərizəçi uşaqların yetkinlik yaşına çatdıqdan sonra Fransada qalması və ailə hücrəsinin stabilliyi ilə bağlı narahatlıqlar yaradır. Buna, uşaqların genetik atası olan ərizəçinin ölümü və ya cütlüyün ayrılması halında ailə həyatının qorunub-saxlanmasına bağlı narahatlıqlar da əlavə olunur.
Bununla belə, ərizəçilərin ailə həyatı ilə bağlı riskin əhəmiyyəti nə qədər olsa da, Məhkəmə hesab edir ki, birinci ərizəçilərlə üçüncü və dördüncü ərizəçilər arasındakı qohumluğun fransız hüququnda tanınmaması ilə bağlı qarşılaşdıqları konkret çətinlikləri araşdırmaq lazımdır. Ərizəçilər xatırlatdıqları çətinliklərin aşılmaz çətinliklər olduğunu və aralarındakı qohumluğun fransız hüququnda tanınmamasının Fransada onların ailə həyatına hörmət hüququndan istifadəsinə mane olduğunu iddia etmirlər. Bununla bağlı, Məhkəmə müəyyən edir ki, ərizəçi uşaqların anadan olmasından az sonra hər dörd ərizəçi Fransada yerləşə bilmişlər, onlar qlobal olaraq, başqa ailələrin yaşadıqları vəziyyətlə müqayisə ediləcək vəziyyətdə yaşamaq imkanına malikdirlər və onların fransız hüququndakı vəziyyətinə görə fransız dövlət orqanlarının onları ayıracağını düşünməyə əsas yoxdur.
Digər tərəfdən, ərizəçilərin Konvensiya üzrə qaldırdıqları şikayətləri rədd edərkən Kassasiya Məhkəməsi dolayısıyla hesab etmişdir ki, ərizəçilər arasında xaricdə yaranmış qohumluq əlaqələrinin fransız hüququnda tanınmaması səbəbilə ailə həyatlarında rastlaşdıqları praktiki problemlər Konvensiyanın 8-ci maddəsininə hörmətin tələb etdiyi limitləri aşmamışdır.
Beləliklə, bir tərəfdən birinci ərizəçilərlə üçüncü və dördüncü ərizəçilər arasında qohumluq əlaqəsinin fransız hüququnda tanınmamasının onların ailə həyatının konkret nəticələri və digər tərəfdən cavabdeh Dövlətin mülahizə səlahiyyətini nəzərə alaraq, Məhkəmə hesab edir ki, Kassasiya Məhkəməsinin hazırki işdə gəldiyi nəticə ailə həyatına hörmət hüququ ilə əlaqədar ərizəçilərin maraqları ilə Dövlətin maraqları arasında ədalətli tarazlığı qurmuşdur.
Nəticə : pozuntu yoxdur (yekdilliklə).
b) Ərizəçi uşaqların özəl həyatına hörmət hüququ – Fransa, ərizəçi uşaqların ərizəçilərin uşaqları olaraq identifikasiya olduğunu bilsə də, öz hüquq sistemində onların bu özəlliklərini danır. Bənzər təzad fransız cəmiyyətində onların identikliyinə zərbə vurur. Digər tərəfdən, Konvensiyanın 8-ci maddəsi xüsusi bir vətəndaşlıq əldə etmək hüququ təmin etməsə də, vətəndaşlıq fərdlərin identikliyinin elementidir. Bioloji ataları fransız olsa da, ərizəçi uşaqlar fransız vətəndaşlığı əldə etmək imkanı ilə bağlı böyük qeyri-müəyyənliklə üzbəzüzdürlər. Bənzər qeyri-müəyyənlik onların identikliyinin müəyyən edilməsinə neqativ təsir edir. Üstəlik, ərizəçi uşaqların fransız hüququnda ərizəçilərin uşaqları kimi identifikasiya edilməməsi, onların sonuncuların mirasında iştirakı ilə bağlı nəticələr yaradır.
Fransanın öz vətəndaşlarını ərazisində qadağan etdiyi reproduksiya metoduna əl atmaqdan çəkindirməsini arzuladığını qəbul etmək olar. Bundan belə nəticə çıxır ki, fransız hüququnda belə metodla dünyaya gələn uşaqlarla niyyət valideynləri arasında qohumluq əlaqəsinin tanınmasının nəticələri yalnız fransız hakimiyyət orqanlarının qəbul etmədiyi reproduksiya metodunu seçən sonuncuların vəziyyəti ilə məhdudlaşmır: o həm də uşaqların özləri ilə bağlıdır. Uşaqların qohumluq əlaqələri də daxil olmaqla, hər kəsin öz identikliyinin mahiyyətini müəyyən etmək hüququnu da əhatə edən özəl həyat hüququ xeyli dərəcədə təsirə məruz qalır. Beləliklə, bu vəziyyətin hər bir qərarın əsası olmasını tələb edən uşağın üstün maraqları ilə uyğunluğu barədə ciddi sual yaranır.
Bu analiz, valideynlərdən birinin hazırki işdə olduğu kimi uşağın genetik valideyni olması halında xüsusi hal alır. Hər kəsin identikliyinin vacib elemeti olaraq bioloji qohumluğunun əhəmiyyətini nəzərə alaraq, qohumluğun bioloji reallığının müəyyən edildiyi halda uşağı bu xarakterli hüquqi əlaqədən məhrum etməyin onu üstün maraqlarına uyğun olduğunu iddia etmək olmaz. Doğum haqqında şəhadətnamələrin qeydiyyatı barədə müraciət zamanı ərizəçi uşaqlarla onların bioloji atası arasındakı qohumluq nəinki qəbul edilməmişdir, hətta bu əlaqənin atalığın tanınması və ya övladlığa götürmə və ya faktiki birgə yaşamaq yolu ilə tanınması da məsələ ilə bağlı Kassasiya Məhkəməsinin qadağanedici yurisprudensiyası ilə üzləşir. Avropa Məhkəməsi hesab edir ki, bu əhəmiyyətli məhdudlaşmanın ərizəçi uşaqların identikliyi və özəl həyata hörmət hüququ üzərindəki nəticələrini nəzərə alaraq, daxili hüquqda onalrın bioloji ataları ilə qohumluq əlaqələrinin tanınmasına və ya müəyyən edilməsinə mane olmaqla, cavabdeh Dövlət mülahizə səlahiyyətlərinin həddini aşmışdır. İşdə meydana çıxan maraqların tarazlaşdırılması zamanı xüsusi çəki verilməli olan uşağın üstün maraqlarını nəzərə alaraq, Məhkəmə belə nəticəyə gəlir ki, ərizəçi uşaqların şəxsi həyata hörmət hüququna riayət edilməmişdir.
Nəticə : pozuntu (yekrilliklə).
Maddə 41 : hər ərizəçi uşağa mənəvi ziyana görə 5 000 Avro.
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi
Katibliyin bu xülasəsinə görə Məhkəmə məsuliyyət daşımır.
Presedent hüququnun Məlumat Qeydləri üçün tıklayın
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2015
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə və onun keyfiyyətinə görə heç bir məsuliyyət daşımır. Tərcüməni Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnu təşkil edən işlərin daxil olduğu HUDOC məlumat bazasından () və ya Məhkəmənin razılığı ilə yerləşdirilən istənilən digər məlumat bazasından yükləmək olar. Tərcüməni qeyri-kommersiya məqsədlərilə bu şərtlə yenidən nəşr etmək mümkündür ki, məhkəmə işinin tam adı, yuxarıda göstərilmiş müəllif hüququna dair qeyd və Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fonduna istinad göstərilsin. Tərcümənin hər hansı bir hissəsindən kommersiya məqsədi ilə istifadə etmək nəzərdə tutularsa, bu ünvana müraciət etmənizi xahiş edirik publishing@.
© Council of Europe/European Court of Human Rights, 2015.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2015
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante: publishing@.
Full & Egal Universal Law Academy