© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2015. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə görə heç bir məsuliyyət daşımır. Əlavə məlumat almaq üçün bu sənədin sonunda verilmiş müəllif hüququna dair tam məlumata baxın.
© Council of Europe/European Court of Human Rights, 2015. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2015. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas Məhkəmə. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
BEŞİNCİ SEKSİYA
MENNESSON FRANSAya qarşı
(Ərizə no 65192/11)
QƏRAR
(Çıxarışlar)
STRAZBURQ
26 iyun 2014
Bu qərar Konvensiyanın 44-cü maddənin 2-ci bəndində nəzərdə tutulan şərtlərdə qüvvəyə minəcəkdir. Ona redaktə xarakterli dəyişikliklər edilə bilər.
Mennesson Fransaya qarşı işdə,
Avropa İnsan Hüquqları Məhkəməsi (beşinci seksiya) :
Mark Villiger, sədr,
Angelika Nußberger,
Boštjan M. Zupančič,
Ganna Yudkivska,
Vincent A. De Gaetano,
André Potocki,
Aleš Pejchal, hakimlər,
və Seksiya Katibi Claudia Westerdiekdən ibarət tərkibdə palatada,
10 iyun 2014-cü ildə qapalı məşvərət keçirərək,
Həmin tarixdə aşağıdakı qərarı qəbul edir:
PROSEDUR
1. İş Fransa vətəndaşı Cənab Dominique Mennesson (« birinci ərizəçi ») və Xanım Sylvie Mennesson (« ikinci ərizəçi ») və ABŞ vətəndaşları Valentina və Fiorella Mennesson (« üçüncü və dördüncü ərizəçilər ») tərəfindən İnsan Hüquqları və Əsas Azadlıqları üzrə Konvensiyanın (« Konvensiya ») 34-cü maddəsinə əsasən Fransa Respublikasına qarşı 6 oktyabr 2011-ci il tarixində göndərilən ərizə (no. 65192/11) ilə başlamışdır.
2. Ərizəçilər Məhkəmələr qarşısında Dövlət Şurası və Kassasiya Məhkəməsi vəkili Patris Spinosi tərəfindən təmisil olunmuşdur. Fransa Hökuməti (« Hökumət ») öz nümayəndəsi Xarici İşlər Nazirliyi Hüquqi İşlər üzrə Müdiri Xanım Edwige Belliard tərəfindən təmsil olunmuşdur.
3. 12 fevral 2012-ci il tarixində, ərizə barədə Hökumətə məlumat verilmiş və Seksiya Sədri qərar vermişdir ki, bu işə Labassee Fransaya qarşı (no 65941/11) iş ilə eyni zamanda baxılacaqdır.
4. Ərizəçilər və Hökumət işin qəbuledilənliyi və mahiyyəti ilə bağlı fikirlərini Məhkəməyə təqdim etmişlər.
5. 10 oktyabr 2013-cü ildə Seksiya Sədri Məhkəmə Reqlamentinin 54-cü maddəsinin 2 a bəndinə əsasən ərizəçilərə və Hökumətə əlavə suallar vermiş və tərəflər müvafiq olaraq 19 və 21 noyabr 2013-cü il tarixlərində bu suallara cavab vermişlər.
FAKTLAR
I. İŞİN HALLARI
6. Birinci ərizəçilər müvafiq olaraq 1965 və 1955-ci illərdə anadan olmuşlar. Üçüncü və dördüncü ərizəçilər 2000-ci ildə anadan olmuşlar. Onlar Maisons-Alfortda yaşayırlar.
A. Üçüncü və dördüncü ərizəçilərin doğulması
7. Birinci ərizəçilər, ər və arvad öz valideyn olmaq arzularını, ikinci ərizəçininin sonsuzluğu səbəbindən həyata keçirə bilməmişlər.
8. Öz hüceyrələri ilə uğursuz in vitro mayalanma cəhdlərindən sonra birinci ərizəçilər birinci ərizəçinin sperması ilə bağışlanma yumurta hüceyrələrinin in vitro mayalanması və mayalanmış yumurtahüceyrənin başqa bir qadının bətnində yerləşdirilməsinə qərar vermişlər. Bunun üçün, onlar Kaliforniyaya getmişlər və başqası üçün hamiləlik sazişi bağlamışlar.
Ərizəçilər vurğulayır ki, « surroqat ana »ya xidmət haqqı ödənmir, sadəcə onun xərcləri ödənir. Onlar əlavə edir ki, işləyən biri ilə evli olan və özü də işləyən qadın olan surroqat ananın gəlirləri onların gəlirlərindən çox idi və o, sadəcə olaraq həmrəylik üçün onlara yardım etmişdir.
9. 1 mart 2000-ci il tarixdə əkiz hamiləlik müşahidə edilmişdir və 14 iyul 2000-cü il tarixli qərarı ilə birinci ərizəşilərin, surroqat ana və onun ərinin birgə müraciət etdiyi Kaliforniya Ali Məhkəməsi hesab etmişdir ki, qadının dörd ay sonra dünyaya gətircəyi hər hansı uşağın « genetik ata »sı birinci ərizəçi olacaqdır. İkinci ərizəçi isə uşağın « qanuni ana »sı olacaqdır. Qərarda uşağın doğum şəhadətnaməsində birinci ərizəçilərin ata və ana kimi qeyd olunmalı olduğunu da dəqiqləşdirirdi.
10. Əkizlər – üçüncü və dördüncü ərizəçilər 25 oktyabr 2000-ci ildə anadan olmuşlar və onların doğum şəhadətnaməsi yuxarıda qeyd olunan şəkildə hazırlanmışdır.
B. Fransız Konsulluğunun doğum haqqında şəhadətnamələri qeydiyyata almaqdan imtina etməsi
11. 2000-ci ilin noyabrında, birinci ərizəçi doğum haqqında şəhadətnamələri fransız vətəndaş vəziyyəti aktları qeydiyyatı reyesrinə və uşaqların Fransaya aparılması üçün onun pasportuna yazılması üçün Los Ancelesdəki Fransız Konsulluğuna müraciət etmişdir.
12. Ərizəçilər bildirirlər ki, onların vəziyyətindəki çox sayda fransız cütlük bu proseduru uğurla başa çatdırmışdır. Konsulluq birinci ərizəçiyə, ikinci ərizəçinin doğum faktını sübut edə bilmədiyi üçün imtina edilmişdir. Başqası üçün hamiləlik halından şübhələnən konsulluq iş materiallarını Nant Prokurorluğuna göndərmişdir.
C. Birinci ərizəçilərin əleyhinə cinayət işi
13. ABŞ Federal orqanları əkizlərə birinci ərizəçilərin onların valideyni kimi göstərildiyi amerikan parsportu verdiyindən, dörd ərizəçi 2000-ci ilin noyabrında Fransaya gələ bilmişlər.
14. 2000-ci ilin dekabrında prokurorluğun təşəbbüsü ilə ilkin təhqiqat başlanmışdır.
15. 2001-ci ilin mayında X əleyhinə başqası üçün hamiləlikdə vasitəliçilik cinayəti və birinci ərizəçilərə qarşı isə uşaqların vətəndaş vəziyyətinə ziyan vuran simulyasiya cinayəti üzrə iş açmışdır.
16. 30 sentyabr 2004-cü ildə Kretil Respublikası prokurorluğunun göstərişinə uyğun olaraq, istintaq hakimi cinayət işinə son vermişdir: o hesab etmişdir ki, əməl törədildiyi amerikan ərazisində cinayət məsuliyyətinə səbəb olmadığından, milli ərazidə də cinayət məsuliyyətinə səbəb olmur.
D. Mülki məhkəmələr qarşısındakı prosedur
17. Bu arada 25 noyabr 2002-ci ildə prokurorluğun göstərişi ilə üçüncü və dördüncü ərizəçilərin doğum haqqında şəhadətnamələri Los Ancelesdəki Fransız Konsulluğu tərəfindən Nantda mərkəzi vətəndaş vəziyyəti aktları reyestrində qeydiyyata alınmışdır.
18. Bununla belə, 16 may 2003-cü ildə Kretil Respublikası prokurorluğu birinci ərizəçiləri bu qeydiyyatın ləğv edilməsi və qərarın ləğv olunmuş aktlar siyahısına salınmasının əmr olunması üçün Kretil Yüksək Tribunalına dəvət edilmişdir. O vurğulayırdı ki, bir qadının uşaq mayalaması və onu doğanadək daşıması, sonra isə onu başqasına verməsi barədəki saziş etibarsızdır çünki insan bədəninin və şəxsin vəziyyətinin kiminsə sərəncamında olmaması prinsipinə ziddir. Prokurorluq bundan belə nəticəyə gəlmişdir ki, beynəlxalq ictimai qayda və fransız ictimai qaydası barədə fransız konsepsiyasının əksinə olaraq, 14 iyul 2000-ci il Kaliforniya Ali Məhkəməsi qərarı Fransada icra oluna bilməzdi və buna əsaslanan vətəndaş vəziyyəti aktlarının qüvvəsi Fransada tanına bilməz.
1. Kretil Yüksək Tribunalının 13 dekabr 2005-ci il tarixli qərarı, Paris Appelaysiya Məhkəməsinin 25 oktyabr 2007-ci il qərarı və Kassasiya Məhkəməsinin 17 dekabr 2008-ci il qərarı
19. 13 dekabr 2005-ci il qərarı ilə Kretil Yüksək Tribunalı bu şikayəti qəbuledilməz elan etmişdir. O hesab etmişdir ki, Respubllika Prokuroru «bu qeydiyyatın mənbəyində olan yeganə şəxsdi və o bunu yalnız hazırki şikayətin ləğv olunması üçün etmişdir ». Tribunal belə nəticəyə gəlmişdir ki, prokuror “özünün pozduğu ictimai qayda müddəasına istinad edə bilməz, çünki onun istinad etdiyi Mülki Məcəllənin 47-ci maddəsi ona bütün aktların qanuniliyini yoxlamaq və onlara Fransada məcburilik xarakteri verəcək qeydiyyat müraciətini rədd etmək səlahiyyəti verirdi”.
20. Prokurorluğun verdiyi vəsatəti ilə işə baxan Paris Appelyasiya Məhkəməsi 13 dekabr 2005-ci il tarixli qərarı ilə bu qərarı qüvvədə saxladı. O hesab etdi ki, prokurorluğun beynəlxalq ictimai qaydaya münasibətdə Nant vətəndaş vəziyyəti qeydiyyatına daxil edilmiş qeydləri ləğv etmək barədə vəsatəti qəbul edilə bilməz. Lakin məhkəmə motivi dəyişdi və qeyd etdi ki, aktların ifadəsi 14 iyul 2000-ci il Kaliforniya Ali Məhkəməsinin qərarına uyğun idi və prokuror nə bu qərarın Fransada hüquqi qüvvəsinə və ya Mülki Məcəllənin 47-ci maddəsi mənasında, Kaliforniyada istifadə olunan formaya uyğun şəkildə qəbul edilən qərarın etibarlılığına etiraz etmir.
21. 17 dekabr 2008-ci ildə Kassasiya Məhkəməsi (birinci mülki palata) bu qərarı, prokurorluğun qeydlərin ləğv olunması üçün müraciət etmək marağının olması əsası ilə ləğv etmişdir. Belə ki, Appelyasiya Məhkəməsinin müəyyən etdiyinə görə, vətəndaş vəziyyəti aktına edilmiş qeydiyyat yalnız surraqat sazişinin nəticəsi ola bilər. Məhkəmə işi yenidən baxılması üçün Paris Appelyasiya Məhkəməsinin başqa bir tərkibinə göndərdi.
2. Paris Appelyasiya Məhkəməsinin 18 mart 2010-cu il qərarı
22. Paris Appelyasiya Məhkəməsi 18 mart 2010-cu il tarixli qərarı ilə mübahisəli qərarı ləğv edərək, doğum haqqında şəhadətnamələrin qeydini ləğv etmişdir və ləğv edilmiş doğum haqqında şəhadətnamələrin yanına bu qərarın qeyd edilməsini əmr etmişdir.
23. Prokurorun vəsatət qaldırmaq hüququ ilə bağlı, Appelyasiya Məhkəməsi xüsusilə hesab etmişdir ki, prokurorun, özünün əmr etdiyi qeydiyyatın ləğv olunmasını xahiş edərkən, ictimai qaydanı pozmasını və ya ailələrdəki sülhə ziyan vurmasını ciddi şəkildə iddia etmək olmazdı, çünki vəsatətin məqsədi fransız ictimai qaydasına zidd hesab etdiyi bir əcnəbi vətəndaş vəziyyəti aktının nəticələrini aradan qaldırmaq və ya onun qeydiyyata alınmasına mane olmaq idi.
24. İşin mahiyyəti ilə bağlı Appelyasiya Məhkəməsi aşağıdakıları müəyyən etmişdir:
« (...) doğum haqqında şəhadətnamələrin, surraqat ananın 15 avqust «2000-ci il ilə 15 dekabr 2000-ci il arasında dunyaya gətirəcəyi uşağın genetik atasının birinci ərizəçi, qanuni anasının isə ikinci ərizəçi olduğunu müəyyən edən 14 iyul 2000-ci il tarixli Kaliforniya Ştatı Ali Məhkəməsinin qərarına əsasən verildiyini ; beləliklə, vətəndaş vəziyyəti aktlarının bu qərardan ayrılmaz olduğu və onu dəstəklədiyini və səmərəliliyinin onun beynəlxalq cəhətdən uyğunluğundan asılı olduğunu nəzərə alaraq;
Dövlətin ərazisində Fransa ilə hər hansı bir saziş üzrə öhdəliyi olmayan bir Dövlətin məhkəməsi tərəfindən qəbul edilən bir qərarın tanınmasının, mübahisənin müraciət olunmuş hakimə bağlı olması prinsipinə əsasən əcnəbi hakimin dolayı səlahiyyəti, beynəlxalq ictimai qaydaya uyğunluq və qanundan yayınmanın olmaması kimi üç şərti olduğunu nəzərə alaraq;
Hazırki işdə, surraqat hamiləlik sazişi üzrə surraqat ananın birinci ərizəçi ilə üçüncü şəxsin hüceyrələrindən əmələ gələn iki uşaq dünyaya gətirməsi və onları birinci ərizəçilərə verməsinin məlum olduğunu nəzərə alaraq;
Mülki Məcəllənin 16-9 maddəsinı görə ictimai qayda elementi olan 29 iyul 1994-cü il tarixli 94-653 saylı qanunu ilə qüvvəyə minən və 6 avqust 2004-cü il 2004-800 saylı qanunu ilə dəyişdirilməyən 16-7-ci maddəsinin müddəalarına əsasən, başqası üçün uşaq dünyaya gətirmə və ya surraqatlıq üzrə hər hansı sazişin etibarsız olmasını və bu səbəbdən, başqası üçün surraqatlıq barədə sazişi dolayısı ilə qüvvəyə mindirən Kaliforniya Ştatı Ali Məhkəməsi qərarının beynəlxalq ictimai qaydanın fransız konsepsiyasına uyğun olmadığını və qanundan yayınma halının mövcudluğunu araşdırmağa ehtiyac olmadığıını nəzərə alaraq, ikinci ərizəçinin uşaqların anası kimi qeyd olunduğu doğum haqqında amerikan şəhadətnamələrinin fransız vətəndaş vəziyyəti aktlarına edilmiş qeydiyyatını ləqv etmək və bu qərarı ləğv edilmiş doğum haqqında şəhadətnamələrin yanında qeyd etmək lazımdır;
Ədalətli məhkəmə araşdırması hüququna malik olmadıqlarının ciddi əkildə iddia edə bilməyən ərizəçilərin bu tədbirin beynəlxalq sazişlərin və daxili qanunvericiliyin müddəalarına zidd olacağını iddia etmədiyini; əslində onların istinad etdiyi anlayışların, xüsusilə uşağın üstün maraqları anlayışınin, hazırki vəziyyətin yaratdığı çətinliklərə baxmayaraq, fransız qanunvericisinin və hakiminin, pozitiv hüququn qanunsuz hesab etdiyi bir halı a posteriori etibarlı hesab etməyə imkan vermədiyini və qeydə alınmamanın uşaqları amerikan qeydiyyatından məhrum etmədiyini və onların Kaliforniya hüququna əsasən tanınmış birinci ərizəçilər ilə valideyn-övlad əlaqələrini mübahisələndirmədiyini nəzərə alaraq, (...) ».
3. Kassasiya Məhkəməsinin 6 aprel 2011-ci il qərarı
25. Ərizəçilər kassasiya şikayəti vermişlər və bildirmişlər ki, bir tərəfdən uşaq hüquqları üzrə Konvensiyanın 3-cü maddəsinin 1-ci bəndi mənasında uşağın üstün maraqlarının və stabil qohumluq əlaqələrinin tanınması hüququnun müdafiə olunmamışdır və digər tərəfdən Konvensiyanın 8-ci maddəsi təklikdə və 14-cü maddə ilə birgə götürülməklə pozulmuşdur. Onlar həmçinin hesab etmişlər ki, uşaqların qanuna uyğun olaraq bir surraqat ana ilə saziş bağlamış cütlüyün uşağı olaraq tanıyan əcnəbi qərar, daxili ictimai qayda ilə qarışdırılmamalı olan beynəlxalq icitmai qayadaya zidd ola bilməz.
26. 8 mart 2011-ci il tarxili məhkəmə iclasında, prokuror mübahisələndirilən qərarın ləğv olunmasını xahiş etmiş və bildirmişdir ki, xarici Dövətdə onun hüququna uyğun olaraq əldə edilmiş bir hüququn və ya məhkəmə orqanlarının qəbul etdiyi bir qərarın Fransada hüquqi nəticələr yaratmasına etriraz etmək üçün, bu imtinanın nəticəsində Fransanın ratifikasiya etdiyi beynəlxalq konvensiya ilə təminat verilən hər hansı prinsip, azadlıq və ya hüquqa ziyan vurulduğu halda, beynəlxlaq ictimai qayda arquementinə istinad etmək olmaz.
O, xüsusilə bildirmişdir ki, Wagner et J.M.W.L. c. Luxembourg (no 76240/01, 28 iyun 2007) işində Məhkəmə Konvensiyanın 8-ci maddasi ilə bağlı, subay Luksemburqlu qadınla onun Peruda övladlığa götürdüyü uşaq arasında « səmərəli ailə həyatı » və « de facto mövcud olan ailə münasibətləri »ni nəzərə almış və birincinin öz ölkəlsinin ona imtina etdiyi hüququ başqa bir ölkədə axtarması faktına heç bir əhəmiyyət verməmişdir. Onun fikrincə, hazırki işə tətbiq olunarsa bu element imkan verər ki, milli qadağanedici qanunun yanından keçərək də olsa xarici dövlət ərazisində onun hüququna uyğun şəkildə yaranmış bir hüququ əlaqənin hüquqi nıticələr törətməsinə mane olmaq olmaz, çünki bu hüquqi səmərəlilik ailə icmasına tətbiq olunmalıdır və bu ailənin Konvensiyanın 8-ci maddəsinə uyğun olaraq normal şəkildə təşkil olunmasına və inkişaf etməsinə imkan yaratmalıdır. Bundan əlavə o hesab etmişdir ki, üçüncü və dördüncü ərizəçilər on ildən bəri Fransada yaşamışlar və « genetik valideynləri tərəfindən tərbiyə olunurdular və faktiki ailə hücrəsinin içərisində sevgi, qayğı, tərbiyə və inkişaflarına lazım olan yaxşı maddi şəraitə malik olmuşlar » və « əcnəbi hüquqa tam olaraq uyğun olaraq yaranan bu səmərəli və sevgi dolu ailə icması hüquqi gizlilik şəraitində idi», « uşaqların vətəndaş vəziyyətiziyan vurmaşsı ilə bağlı sual qaldıraraq o şağıdakı cavabı vermişdir:
« (...) Bu mərhələdə, iki cavab mümkündür : ya nəzəri və kifayət qədər paradoksal hipotez ki, qeydiyyatdan imtina heç bir nəticəyə səbəb olmur və ailənin həyatına heç bir əhəmiyyətli narahatçılıq yaratmır. Bu isə o deməkdir ki, qeydiyyat sadə bir formallıqdır və belə olan halda, heç bir hüquqi əhəmiyyəti olmayan və özlüyündə bizim fundamental prinsiplərimizi və ictimai qaydamızı sarsıdacağını təsəvvür edə bilməyəcəyimiz hüquqi aktların tanınmasına etiraz etmək üçün hansı əsaslarımızın olduğunu anlamaq olmur (çünki bu aktlar özündə surraqatlıqla bağlı heç bir açıqlayıcı göstəriciyə malik deyildir).
Ya da, belə bir imtina Fransada hüquqi olaraq ikiyə bölünmüş - fransiz ər-arvad və əcnəbi uşaqlar - ailənin həyatını uzunmüddətli və əhəmiyyətli dərəcədə sarsıdır və bu zaman belə bir sual meydana çıxır : bizim beynəlxalq ictimai qayda, [Konvensiyanın] 8-cı maddəsi mənasında ailə həyatı hüququnun realizə olunmasına mane ola bilərmi və ya, əksinə, kənarlaşdırmalı olduğu hüquq və ya qərarlar kimi, özünün də nəticələri konkret olaraq dəyərləndiriməli olan belə bir ictimai qayda konvensiya normasına riayət olunması üçün geri çəkilməli deyilmi ?
Əgər, beynəlxalaq konvensiyaların yerli hüququn qüvvəsinə əsaslanan ictimai qayda üzərində üstünlüyə malik olması əsası ilə bu alternativin ikinci şərtini seçsək, bu heç də o demək deyil ki, belə hallarda həmin ictimai qaydanın qoyduğu bütün əngəllər avtomatik olaraq aradan qalxacaqdır. Avropa Məhkəməsinin başqası üçün reproduksiyanın qanuniliyi ilə bağlı açıq şəkildə fikir bildirmədiyi və Dövlətlərə bu sahəni öz diskresiyaları ilə tənzimləmək imkanı tanıdığı müddətcə hesab etmək olar ki, ictimai qayda, ailə həyatı hüququna hörmət əsası ilə qanuna zidd olan vəziyyətlərin onları qadağan edən ölkələrin daxilində təsdiq edilməsinə qarşıdır.
Lakin xaricdə qanuna uyğun olaraq əldə edilmiş hüquqi vəziyyətin – bu vəziyyət qadağanedici bir qanunun qadağalarından yan keçmək bahasına qazanılmış olsa da - bu ölkənin ərazisində hüquqi nəticələr yaranmasına səbəb olmasından söhbət gedərkən, yaxınlığın beynəlxalq ictimai qaydanın, ailələrə onların yarandığı hüququn hüquqi şərtlərinə və hazırda yaşadıqları faktiki şərtlərə uyğun olaraq yaşaması üçün geri çəkilməsinə heç nə mane olmur. Nyu York Konvensiyası mənasında deyil, uşağın maraqlarının ailə hüququnun bir elementi hesab edən Avropa Məhkəməsinin yurispridensiyası mənasında uşağın maraqları anlayışı da bu istiqamətdədir. Ən azından mənə elə gəlir ki, Wagner qərarından bu nəticəni çıxarmaq mümkündür (...) ».
27. 6 aprel 2011-ci ildə Kassasiya Məhkəməsi (birinci mülki palata) kassasiya şikayətini aşağıdakı əsaslarla rədd etdi :
« (...) nəzərə alaraq ki, hər hansı əcnəbi məhkəmə qərarının icrası əsasında hazırlanan doğum aktının qeydiyyatından, bu qərarın fransız beynəlxalq ictimai qaydasına zidd olması səbəbilə imtina edilməsi, bu qərarda fransız hüququnun əsas prinsipərinə zidd olan müddəaların olması halında, əsaslıdır; pozitiv hüququn hazırki vəziyyətində, qohumluq əlaqəsi baxımından, xaricdə qanuni olsa belə, mülki məcəllənin 16-7 və 16-9-cü maddələrinə görə ictimai qaydada etibarsız olan başqası üçün reproduksiya barədə sazişə hüquqi qüvvə verilməsi, fransız hüququnun əsas prinsipi olan şəxsin vəziyyətinin kiminsə sərəncamında olmaması prinsipinə ziddir;
Və bu səbəbdən, Appelyasiya Məhkəməsi düzgün olaraq hesab etmişdir ki, belə xarakterli bir sazişə hüquqi qüvvə verdiyinə görə, 14 iyul 2000-ci il tarixli «amerikan » qərarı beynəlxalq ictimai qaydanın fransız konsepsiyasına zidd idi, və bu qərarın icrası zamanı tərtib edilmiş mübahisələndirilən doğum haqqında şəhadətnamələrin fransız vətəndaş vəziyyəti aktlarının qeydiyyatına qeyd edilməsi ləğv edilməlidir; uşaqları Kaliforniya hüququna görə tanınmış ana və ata ilə qohumluq əlaqəsindən məhrum etməyən və Menesson cütlüyünün Fransada yaşamasına mane olmayan bu ləğvetmə, Konvensiyanın 8-ci maddəsi mənasında şəxsi və ailə həyatı hüququna və ya uşaq hüquqları üzrə beynəlxalq konvensiyanın 3-cü maddəsinin 1-ci bəndinin təminat verdiyi uşağın üstün maraqlarına zidd deyildir (...) ».
4. Vətəndaşlıq sertifikatı üçün müraciət
28. 16 aprel 2013-cü ildə, birinci ərizəçi Paris birinci instansiya məhkəməsinin katibliyinə üçüncü və dördüncü ərizəçilərin xeyrinə vətəndaşlıq sertifikatı verilməsi üçün müraciət göndərmişdir. Baş katib ona 31 oktyabr və 13 mart 2014-cu il tarixli kvitansiyalar göndərmiş və bildirmişdir ki, onun müraciəti onun başçılıq etdiyi xidmətdədir və Kalifornyada, Los Ancelesdəki konsulluğa autentikliyin təsdiqi ilə bağlı göndərilmiş sorğuya cavab gözlənilir ».
(...)
HÜQUQİ MƏSƏLƏLƏR
I. KONVENSİYANIN 8-Cİ MADDƏSİNİN İDDİA OLUNAN POZUNTUSU
43. Ərizəçilər şikayət edirlər ki, uşağın üstün maraqlarına zidd olaraq, onlar ilk iki ərizəçi ilə xaricdə başqası üçün reproduksiya əsasında dünyaya gələn üçüncü və dördüncü ərizəçilərin xaricdə qanuni olaraq tanınmış qohumluluq əlaqəsinin Fransada tanınmasına nail ola bilməmişlər. Onlar iddia edirlər ki, bu, Konvensiyanın 8-ci maddəsində nəzərdə tutulan şəxsi və ailə həyatına hörmət hüququna ziddir. Həmin maddədə deyilir :
« 1. Hər kəs öz şəxsi və ailə həyatına, evinə və yazışma sirrinə hörmət hüququna malikdir.
2. Milli təhlükəsizlik, ictimai asayiş və ölkənin iqtisadi rifah maraqları naminə, iğtişaş və ya cinayətin qarşısını almaq üçün, sağlamlığı, yaxud mənəviyyatı qorumaq üçün və ya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan hallar istisna olmaqla, bu hüququn həyata keçirilməsinə dövlət hakimiyyəti orqanları tərəfindən müdaxiləyə yol verilmir.
»
(...)
B. Mahiyyəti üzrə
1. Müdaxilənin mövcudluğu barədə
48. Tərəflər razılaşır ki, fransız hakimiyyət orqanlarının ərizəçiləri birləşdirən ailə bağlarını hüququ olaraq tanımaqdan imtinası, onların şəxsi və ailə həyatı hüququna « müdaxilə »dir və 8-ci maddəyə əsasən pozitiv öhdəliklərlə bağlı deyil, neqativ öhdəliklərlə bağlı məsələ qaldırırlar.
49. Məhkəmə bununla razıdır. O xatırladır ki, onun xüsusilə, Luksemburq və Yunan hakimiyyət orqanlarının xaricdə qəbul edilən məhkəmə qərarlarına əsasən həyata keçirilmiş övladlığa götürülmə ilə əlqədar olan Wagner et J.M.W.L. (yuxarıdaki istinad, § 123) və Negrepontis-Giannisis c. Grèce (no 56759/08, § 58, 3 may 2011) işlərindəki yanaşması da belə idi. Məhkəmə dəqiqləşdirir ki, bu işlərdəki kimi hazırki işdə də yalnız 8-ci maddənin təminat verdiyi « ailə həyatı » deyil, həm də « şəxsi həyat » hüququnun realizəsinə müdaxilə baş vermişdir.
50. Oxşar müdaxilə, « qanunla nəzərdə tutulmuş », bu müddəanın ikinci abzasında göstərilən bir və ya bir neçə legitim məqsəd daşıması və onlara çatılması üçün « demokratik cəmiyyətdə vacib»olması halı isitisna olmaqla, 8-ci maddəyə ziddir. « Vacibllik » anlayışı o deməkdir ki, müdaxilə dəfedilməz sosial ehtiyaca əsaslanır və xüsusilə, çatılmaq istənilən məqsədə mütənasib olmalıdır (bax : məsələn, yuxarıda istina edilən Wagner et J.M.W.L, § 124, və Negrepontis-Giannisis, § 61).
2. Müdaxilənin əsaslandırılması barədə
a) « Qanunla nəzərdə tutulmuş »
i. Ərizəçilər
51. Ərizəçilər iddia edirlər ki, mübahisələndirilən müdaxilə kafi qanuni əsasa malik olmamışdır. Onların fikrincə, hadisələrin baş verdiyi zaman qüvvədə olan pozitiv hüquqa görə, onlar legitim olaraq inana bilərdilər ki, ictimai qayda istisnası onlara tətbiq olunmayacaq və Kaliforniyada qanuni olaraq tərtib olunmuş doğum haqqında şəhadətnamələrin qeydiyyatında problem yaşanmayacaqdır. Onlar ictimai qaydanın nuanslı təsiri prinsipinə istinad edirlər. Bu prinsipə görə, « ictimai qaydaya zidd olan bir müddəaya reaksiya, bir hüququn Fransada əldə olunması və ya xaricdə, qanuna uyğun şəkildə əldə olunmuş hüququn Fransada hüquqi nəticələrə yaratması ilə bağlı hallarda eyni deyildir» (Rivière qərarı; Cass, civ, 1ère, 17 aprel 1953).
52. Onlar bildirirlər ki, birincisi, mülki məcəllənin 16-7 maddəsi, başqası üçün reproduksiya və ya hamiləlik barədə sazişin etibarsızlığı prinsipini elan etməklə kifayətlənir və bu etibarsızlığın bu şəkildə dünyaya gəlmiş uşaqların əcnəbi məhkəmə qərarı ilə tanınmış qohumluq əlaqələrini də ehtiva etdiyini dəqiqləşdirmir. Bundan əlavə, onların fikrincə, fransız hüququnun heç bir müddəası bu şəkildə dünyaya gələn uşaqla onu qəbul edən kişi və ya qadın arasında valideyn-uşaq əlaqəsinin tanınmasını qadağan etmir və həmin zaman qüvvədə olan redaksiyasına görə, mülki məcəllənin 47-ci maddəsi nəzərdə tuturdu ki, əcnəbi dövlətlərdə istifadə olunan formaya uyğun şəkildə tərtib olunmuş vətəndaş vəziyyəti aktları etibarlı hesab olunurdu. Bu sonuncu məsələ ilə bağlı, onlar hesab edirlər ki, qanunvericinin bu müddəanı 2003-cü ildə dəyişdirməsi və açıq şəkildə elan edilən faktların reallığa uyğun olmaması halında bu aktların hüquqi nəticə yaratmamasını nəzərdə tutması faktı sübut edir ki, bu şərt əvvəllər nəzərdə tutulumurdu. Onlar digər tərəfdən iddia edirlər ki, xaricdə başqası üçün reproduksiyadan istifadə etmiş başqa cütlüklər bu yolla dünyaya gəlmiş uşaqların vətəndaş vəziyyəti aktlarının qeydiyyata alınmasına nail olmuşlar.
53. İkincisi, hadisələrin baş verdiyi zaman, yurisprudensiya beynəlxalq ictimai qayda arqumenti valideyn-uşaq əlaqəsinin tanınmasına qarşı istifadə edilmirdi. Kassasiya Məhkəməsi yalnız surraqat ananın həm də bioloji ana olduğu və surraqat hamiləliyin Fransada baş verdiyi halda neqativ fikir bildirmişdir. (31 may 1991 və 29 iyun 1994-cü il qərarları) və prokurorluq Paris Appelyasiya Məhkəməsinin 15 iyun 1990-cı ildə qəbul etdiyi və ABŞ-da başqası üçün reproduksiya və ya surraqat hamiləlik yolu ilə dünyaya gəlmiş uşağın övladlığa götürülməsini təsdiq edən qərardan kassasiya şikayəti verməkdən imtina etmişdir. Halbuki, eyni məhkəmə həmin zaman Fransada bu yolla dünyaya gəlmiş uşağın övladlığa götürülməsini təsdiq edən bir qərardan kassasiya şikayəti vermişdir. Bundan əlavə, onlar hesab edirlər ki, Hökumətin mülki məcəllənin 47-ci maddəsi ilə bağlı Kassasiya Məhkəməsinin, elan edilən faktların reallığa uyğun olmaması halında vətəndaş vəziyyəti aktlarına Fransada hüququ qüvvə verməkdən imtina edilməsinə icazə verən 12 noyabr 1986-ci il qərarına istinad etməsi bu işə uyğun deyildir. Bununla bağlı onlar vurğulayırlar ki, onların halında ABŞ-da tərtib edilmiş aktlar, ikinci ərizəçi ilə üçüncü və dördüncü ərizəçi arasında bioloji əlaqənin olduğunu iddia etmir.
54. Üçüncüsü, onlarla eyni vəziyyətdə olan cütlüklər, çətinlik çəkmədən Los Ancelesdəki konsulluqdan uşaqları üçün pasport əldə etmiş, ərizəçilər isə təcrübənin tamamilə dəyişərək, Məhkəmənin yuxarıda istinad edilən Wagner işində (§ 130) pozuntu tapdığı surraqat ana hallarının üzə çıxarılması məqsədi daşıyan yeni təcrübəylə qarşılaşmışlar.
ii. Hökumət
55. Hökumət öz növbəsində hesab edir ki, müdaxilə « qanunla nəzərdə tutulmuş» idi. O bununla bağlı bildirir ki, mülki məcəllənin 16-7-ci maddəsi nəzərdə tutur ki, başqası üçün reproduksiya və ya surraqat hamiləlik barədə bütün razılaşmalar etibarsızdır, bu müddəa ictimai qaydadır və Kassasiya Məhkəməsi 31 may 1991 və 29 iyun 1994-cü il qərarlarında vurğulamışdır ki, şəxsin bədəninin və vəziyyətinin heç kimin sərancamında olmaması prinsipləri ata və ya ana xarakterinin hər hansı müqavilə ilə müəyyən edilməsinə icazə vermir, onlar ictimai qaydanın tərkib hissəsidir və valideyn-uşaq arasında qohumluq əlaqəsi sahəsində surraqat ana müqavilələrinə hüquqi qüvvə verilməsinə mane olur. Hökumətin fikrincə, bu qərarların Fransa ərazisində baş verən surraqat hamiləliyin qanuniliyi ilə bağlı olması onların hazırki işə uyğunluğuna təsir etmir; əsas odur ki, bu qərarlar açıq şəkildə müəyyən edir ki, bu sazişlər ictimai qaydaya ziddir. Digər sözlərlə, Hökumətin fikrincə, ərizəçilər nə bu layihəyə atıldıqları zaman, nə də sonradan onun yarada biləcəyi çətinliklərlə bağlı fransız hüququnda surraqat hamiləliyin qadağan olunmasının ictimai qayda xarakteri daşıdığını nəzərə almaya bilməzdilər.
56. Hökumət əlavə edir ki, mülki məcəllənin 47-ci maddəsi ilə bağlı Kassasiya Məhkəməsinin 12 noyabr 1986-ci il bəyan edilən faktların reallığa uyğun olmaması halında vətəndaş vəziyyəti aktlarına Fransada hüququ qüvvə verməkdən imtina edilməsinə icazə verir. Hökumət digər tərəfdən dəqiqləşdirir ki, bəzi nadir hallar istisna olmaqla, üçüncü və dördüncü ərizəçilərin anadan olduğu tarixdə Fransada xaricdə surraqat hamiləlik sazişinə əsasən dünyaya gələn uşaqların doğum haqqında şəhadətnamələrinin qeydiyyata alınması təcrübəsi yox idi. Bu hal, hazırki işi yuxarıda isitinad edilən və ərizəçilərin övladlığa götürmə sahəsində tətbiq edilən bir təcrübədən məhrum edildiyi Wagner işindən fərqləndirir.
iii. Məhkəmə
57. Məhkəmənin təcrübəsinə əsasən, 8-ci maddənin 2-ci bəndində göstərilən « qanunla nəzərdə tutulmuş» ifadəsi yalnız müdaxilənin daxili qanunvercilikdə hüquqi bazaya malik olmasını deyil, həm də həmin qanunun müvafiq keyfiyyətinin olmasını tələb edir: qanun çatımlı və öngörülə bilən olmalıdır. Öngörüləbilənlik şərtinə əməl etməsi üçün qanun hər hansı tədbirin tətbiq edilməsinin şərtlərini kifayət qədər aydın şəkildə elan etməli və bu, maraqlı şəxslərə bilgili məsləhətçinin köməyi ilə öz davranışlarını tənzimləmək imkanı yaratmalıdır (bax : məsələn, Rotaru c. Roumanie [BP], no 28341/95, § 55, CEDH 2000‑V və Sabanchiyeva et autres c. Russie, no 38450/05, § 124, CEDH 2013 (çıxarışlar)).
58. Məhkəmə hesab edir ki, hazırki işdə bu tələblərə əməl olunmuşdur. İlk olaraq o hesab edir ki, ərizəçilər daha əvvəllər xaricdə surraqat hamiləlik sazişi əsasında dünyaya gəlmiş uşaqların qohumluq əlaqəsinin tanınması ilə bağlı daha liberal təcrübənin olması barədə iddilarını dəstəkləyəcək hər hansı sübut təqdim etməmişlər. Daha sonra, Məhkəmə müəyyən edir ki, hadisələrin baş verdiyi zaman mülki məcəllənin 16-7 və 16-9-cu maddələri aydın şəkildə surraqat hamiləlik sazişlərini etibarsız elan edirdi və bildirirdi ki, bu ictimai qayda etibarsızlığıdır. Şübhəsiz, Kassasiya Məhkəməsi fransız hüququnda niyyət valideynləri və xaricdə, suarraqat hamiləlik sazişi əsasında dünyaya gəlmiş uşaqlar arasında qohumluğun tanınması ilə bağlı yalnız ümumi olaraq fikir bildirmişdi. Bununla belə, Kassasiya Məhkəməsi surraqat ananın uşağın bioloji anası olduğu bir işdə artıq bildirmişdi ki, surraqat hamiləlik sazişi şəxsin bədəni və şəxsiyyətinin heç kimin sərancamında olmaması prinsiplərinə ziddir. Həmin məhkəmə oxşar bir işdə bundan belə bir nəticəyə gəlmişdi ki, bu fakt bu yolla dünyaya gəlmış uşaq ilə niyyət anası arasında qohumluğun tanınmasına və xüsusilə, xaricdə tərtib olunmuş doğum haqqında şəhadətnamənin qeydiyyata alınmasına mane olur (yuxarıdakı paraqraf 30 və 33). Beləliklə, mülki məcəllənin bu müddəalarına və aydın məhkəmə təcrübəsinə əsaslanaraq Kassasiya Məhkəməsi hazırki işdə bir tərəfdən hesab etmişdir ki, Kaliforniya Ali Məhkəməsinin 14 iyul 2000-ci il tarixli qərarı, surraqat hamiləlik sazişinə hüquqi qüvvə tanıdığına görə beynəlxlaq ictimai qaydanın fransız konsepsiyasına ziddir və digər tərəfdən, bundan belə nəticəyə gəlmışdir ki, bu qərar əsasında tərtib olunmuş doğum haqqında şəhadətnamələrin fransız vətəndaş vəziyyəti aktları reyestrindəki qeydiyyatı ləğv edilməlidir. Məhkəmənin fikrincə, belə olan halda ərizəçilər, daxili hüququn heç bir müddəasının açıq şəkildə birinci ərizəçi ilə üçüncü və dördüncü ərizəçilər arasındakı qohumluq əlaqəsinin tanınmasına mane olmamasına və nuanslı icitmai qayda prinsipinə (Dövlət Şurası, əslində bu prinsipi hazırki hala tətbiqedilməz hesab etmişdir...) baxmayaraq, fransız məhkəməsinin onların halında da oxşar şəkildə qərar verməsi riskinin olduğunu bilməyə bilməzdilər. Beləliklə, müdaxiləni Konvensiyanın 8-ci maddəsi mənasında «qanunla nəzərdə tutulmuş» hesab etmək lazımdır.
b) Legitim məqsədlər
59. Ərizəçilər iddia edirlər ki, prokurorluq öz təşəbbüsü ilə, ABŞ-da çıxarılan qərarın qeydiyyatını ləğv etməyi təklif etmiş və qeydiyyatdan aylar sonra onun ləğvi üçün müraciət etmişdir. Onların fikrincə, bu təzadlı davranışa görə, fransız hakimiyyət orqanlarının legitim məqsəd daşıdığını hesab etmək olmaz.
60. Hökumət cavab verir ki, amerikan aktlarının fransız vətəndaş vəziyyəti reyestrində qeydiyyatından imtina onunla bağlı idi ki, qeydiyyat daxili ictimai qaydada rəsmi olaraq qadağan edilən və Fransada edildiyi zaman cinayət sanksiyası nəzərdə tutulan surraqat hamiləlik sazişinə hüququ qüvvə vermək olardı. O vurğulayır ki, bununla fransız hüququ, insan bədəninin obyektə və uşağın müqavilə predmetinə çevrilməsinə mane olan etika və mənəviyyat prinsipini əks etdirir. O bundan belə nətcəyə gəlir ki, müdaxilə ictimai qaydadın qorunması, cinayət törədilməsinin qarşısının alınması, sağlamlığın və başqasının hüquqlarının müdafiəsi kimi «legitim məqsədlər» daşıyırdı. O əlavə edir ki, prokurorluq üçüncü və dördüncü ərizəçilərin doğum haqqında şəhadətnamələrinin qeydiyyatı üçün müraciət etməsinin səbəbi, əslində sonradan onların ləğvini istəmək idi. Bununla prokurorluq 11 may 1999-cu il vətəndaş vəziyyətləri ilə bağlı instruksiyanın 511-ci maddəsinə uyğun hərəkət etmişdir. Bu maddə nəzərdə tutur ki, ictimai qayda üçün maraq kəsb edən hallarda, xüsusilə, fransızın xaricdə yerli qaydalara uyğun şəkildə tərtib olunmuş vətəndaş vəziyyəti aktlarını ləğv etmək lazım gələrsə, həmin aktlar ex officio qeydiyyata alınır.
61. Məhkəmə ərizəçilərin iddilarını qəbul etmir. Prokurorluğun öz təşəbbüsü ilə 14 iyul 2000-ci il tarixli Kaliforniya Ali Məhkəməsi qərarının qeydiyyata alınması və sonradan onun ləğvi üçün müraciət etməsi faktından belə nəticəyə gəlmək olmaz ki, müdaxilənin məqsədi 8-ci maddınin 2-ci paraqrafında sadalanan məqsədlər arasında deyildir. Lakin Məhkəmə Hökumətin « ictimai qaydanın müdafiəsi » və ya « cinayət törədilməsinin qarşısının alınması » ilə bağlı iddilarını da qəbul etmir. Məhkəmə müəyyən edir ki, Hökumət fransızın xaricdə surraqat hamiləliyə baş vurmasının fransız hüququna görə cinayət olduğunu iddia etmir. Bununla bağlı Məhkəmə müəyyən edir ki, « başqası üçün hamiləlik məqsədilə hərəkət etmə » və « uşağın vətəndaş vəziyyətinə ziyan vurmaqla simulaysiya » səbəbilə cinayət işi açılsa da, istintaq hakimi işi, əməlin cinayət hesab edilmədiyi amerikan ərazisində törədildiyi üçün, Fransa ərazisində də cinayət cəzası nəzərdə tutulan əməl olmaması əsası ilə xətm etmişdir (yuxarıdakı paraqraf 15-16).
62. Məhkəmə anlayır ki, Fransanın xaricdə surraqat hamiləlik əsasında dünyaya gəlmiş uşaqlarla niyyət valideynləri arasındakı qohumluğu tanımaqdan imtina etməsi, problemə öz yanaşmasına uyğun olaraq, həm uşaqları, həm də Dövlət Şurasının araşdırmasından göründüyü kimi, surraqat anaları qorumaq məqsədilə, öz vətəndaşlarını milli ərazidə qadağan edilən bu reproduksiya metoduna, milli ərazidən kənarda da əl atmasından çəkindirmək məqsədi daşıyır. Məhəkəmə nəticədə qəbul edir ki, Hökumət mübahisələndirilən müdaxiləni edərkən, Konvensiyanın 8-ci maddəsinin 2-ci bəndində sadalanan iki məqsəd daşıyırdı : « sağlamlığın müdafiəsi » və «başqalarının hüquqlarının müdafiəsi ».
c) « Demokratik cəmiyyətdə» « zəruri »
i. Ərizəçilər
63. Ərizəçilər razılaşırlar ki, Avropada ümumi yanaşma olmadığına görə üzv Dövlətlərin başqası üçün reproduksiya sahəsini tənzimləməkdə geniş mülahizə səlahiyyəti vardır. Bununla belə, onlar hesab edirlər ki, hazırki işdə bu mülahizə səlahiyyəti nisbi olmalıdır. Onların fikrincə, bir tərəfdən, söhbət başqası üçün reproduksiyanın hər hansı Dövlətdə qadağan olunmasının Konvensiyaya uyğunluğundan getmir; burda tənqid olunan məsələ, onların yaşadıqları ölkədə qəbul edilən qərarla xaricdə qanuna uyğun olaraq başqası üçün reproduksiya yolu ilə dünyaya gəlmiş uşaqların, bioloji ataları da daxil olmaqla, valideyn-uşaq əlaqələrini göstərən vətəndaş vəziyyəti aktlarından məhrum edilməsidir. Digər tərəfdən, ərizəçilər hesab edirlər ki, Avropada ən azından onların vəziyyətinə oxşar halları nəzərə almaq tendensiyası vardır. Yuxarıda istinad edilən Wagner et J.M.W.L. işinə istinad edərək onlar vurğulayırlar ki, uşağın üstün maraqlarının nəzərə alınmasının vacibliyi Dövlətlərin mülahizə səlahiyyətini məhdudlaşdırır.
64. Eyni qərara (§ 135) istinad edərək ərizəçilər bildirirlər ki, fransız məhkəmələri onların ailə vəziyyətlərini və işdəki maraqların tələb olunduğu kimi konkret və diqqətli araşdırmamışlar : Appelyasiya Məhkəməsi Konvensiyanın 8-ci maddəsinin pozuntusu ilə bağlı şikayəti əsaslandırmadan rədd etməklə kifayətlənmiş, Kassasiya Məhkəməsi də bu yanaşmanı, sadəcə olaraq mübahisələndirilən tədbirin ərizəçilərin birgə yaşamasına mane olmadığını qeyd etməklə qüvvədə saxlamışdır.
65. Bundan əlavə, ərizəçilərin fikrincə, Kassasiya Məhkəməsinin başqası üçün reproduksiya qadağasının « dissüaziv təsiri »nin tamlığını qoruyan sərt mövqeyi, uşağın üstün maraqlarını təmin etmək üçün xaricdə qanuni olaraq əldə olunmuş bir vəziyyətinın tanınması üçün hər hansı praktiki yolun tapılmasına mane olur. Bu isə, Məhkəmənin 8-ci maddə ilə bağlı ailə həyatının reallığına konkret yanaşma sərgiləyən yurisprudensiyasına ziddir (ərizəçilər xüsusilə yuxarıda istinad edilən Wagner işinə istinad edirlər, § 133).
66. Əlavə olaraq, ərizəçilərin fikrincə, daxili məhkəmələrin istifadə etdiyi əsaslandırma işə uyğun deyildir, çünki insanın vəziyyətinin heç kimin sərancamında olmaması prinsipidən çox sayda istisnalar vardır – belə ki, məsələn, transseksuallar öz vətəndaş vəziyyəti aktlarında cinslərinin dəyişdirilməsinə nail ola bilərlər – həm də xaricdə başqası üçün reproduksiya yola ilə dünyaya gəlmiş uşaqların hüquqi tanınması dokstrinada, Parlamentdə və cəmiyyətdə müzakirə olunur. Bu əsaslandırma xüsusuilə ona görə yersizdir ki, prinsipcə pozitiv hüquq « niyyət » valideynlərinə əlverişli şərait yaradır. Beləliklə, embrionun qəbulu halında (Fransada qanunla icazə verilir; Ərizəçilər Sağlamlıq Məcəlləsinin L. 2141-4 və sonrakı maddələrinə istinad edirlər), başqa bir cütlüyün embrionunu daşıyan və dünyaya özünün bioloji uşağı olmayan bir uşaq gətirən qadın, eynilə onun arvadı kimi, bioloji valideynləri kənarlaşdıraraq, bu uşaqla qohumluq əlaqəsini tanıtdıra bilər. Buna oxşar olaraq, üçüncü donorla tibbi yardımla mayalanma halında da, (Fransada buna da icazə verilir), sperma donoru ilə heç bir qohumluq əlaqəsi tanına bilməz, lakin ananın əri ilə uşağın qohumluq əlaqəsi tanına bilər (ərizəçilər mülki məcəllənin 311-19 və 311-20 maddələrinə istinad edir).
67. Ərizəçilər bildirirlər ki, buna müdaxilənin məqsədə çatılmasına imkan vermədiyi faktı da əlavə olunur. Belə ki, Kassasiya Məhkəməsinin vurğuladığı kimi, bu müdaxilə uşaqları, Kaliforniya hüququ ilə tanınmış ana və ata qohumluğundan məhrum etmir və ərizəçilərə Fransada birgə yaşamağa mane olmur. Digər tərəfdən, onarın səmərəli və hissi ailə icmaları hüquqi olaraq gizlidir. Bu xüsusilə ona görə birinci ərizəçiyə münasibətdə şokedicidir ki, qeydiyyatdan imtina, bioloji ataları olmasına baxmayaraq, onun üçüncü və dördüncü ərizəçilərlə qohumluq əlaqəsinin tanınmasından məhrum edir, halbuki fransız vətəndaş vəziyyəti reyestri tərəfindən bu qohumluğun tanınmasına heç nə mane olmur. Daha sonra, ərizəçilərin ailə münasibətlərini tanıtması üçün başqa heç bir başqa imkan yoxdur, çünki Kassasiya Məhkəməsinin yurisprudensiyası təkcə vətəndaş vəziyyəti aktlarnın qeydiyyatına deyil, həm də övladlığa götürmə və ya faktıki valideyn-uşaq münasibətinin tanınmasına mane olur. Bu cəhətdən, onların işi, Məhkəmə tərəfindən Chavdarov c. Bulgarie (no 3465/03, 21 dekabr 2010) işində araşdırılmış vəziyyətdən fərqlənir.
68. Ərizəçilər həmçinin vurğulayır ki, mübahisələndirilən tədbirin üçüncü və dördüncü ərizəçilərin vəziyyətləri ilə bağlı nəticələri «ciddi olaraq qeyri-mütənasibdir»: birinci ərizəçilərlə qohumluqları tanınmadığından, onlar fransız vətəndaşı deyillər, etibarlı yaşayış icazələri yoxdur (onlar azyaşlı olduqlarına görə ölkədən çıxarılmaqdan müdafiə olunsalar da), yetkinlik yaşına çatandan sonra, səsvermə və fransız ərazisindən şərtsiz yaşamaq hüququnu əldə etmək və ondan istifadə etməkləri qeyri-mümkün ola bilər, bu vəziyyət onların birinci ərizəçilərin əmlakınının varisi olmasına mane oluna bilərdi; bundan əlavə, birinci ərizəçinin ölümü və ya ayrılması halında, ikinci ərizəçi uşaqlarla bağlı bütün hüquqlarından məhrum ola bilər və bu, hər iki tərəfin ziyanınadır; fransız vətəndaşlığının və ya qohumluğun tələb olunduğu bütün inzibati işlərdə (uşaqların sosial müdafiə fondunda qeydiyyatı, məktəb yeməkxanasına və ya tətil mərkəzlərinə yazılması və ya ailə müavinətləri idarəsində maliyyə yardımı almaq üçün müraciət zamanı), onlar qohumluqlarını sübut etmək üçün amerikan vətəndaş vəziyyəti aktını, fransızca təsdiq olunmuş tərcüməsi ilə birgə təqdim etməli olurlar və qarşılarındakı məmurun xoş niyyətindən asılı olurlar. Ərizəçilər bununla bağlı vurğulayır ki, Kassasiya Məhkəməsi qarşısında prokuror, uşaqların üstün maraqlarını nəzərə alaraq, onları birləşdirən qohumluq əlaqələrinin tanınmasının xeyrinə rəy vermişdir və Paris Appelyasiya Məhkəməsi özü qəbul etmişdi ki, bu vəzyyət Mennesson ailəsi üçün konkret çətinliklərə səbəb olacaqdı. Ərizəçilər həmçinin Dövlət Şurasının bioetika qanunlarına yenidən baxılması ilə bağlı 2009-cu il hesabatına da istinad edirlər. Bu hesabatda göstərilirdi ki, « reallıqda, qeydiyyat olmadığı zaman, həyatın müəyyən hadisələri münasibətilə həyata keçirilməli olan formallıqlar səbəbindən ailələrin həyatı daha da mürəkkəbləşir ». Onlar əlavə edir ki, yuxarıda istinad edilən Wagner işində (§ 132), Məhkəmə xüsusilə qəbul etmişdir ki, bu tipli vəziyyətlərdə « sosial reallıq » nəzərə alınmamış olur və uşaq, onun [hazırki işdəki kimi] övladlığa götürüldüyü ailəyə tam inteqrasıya olması üçün lazım olan hüquqi müdafiəyə malik olmur». Ərizəçilər bundan əlavə sual verirlər ki, əgər Hökumətin iddia etdiyi kimi, xaricdə tərtib edilmiş aktlar tam hüquqi qüvvəyə malik idisə və onların qeydiayyatı sadəcə bir formallıq idisə, bu aktların qeydiyyatından imtinanın mənası nədir?
69. Ərizəçilər həmçinin iddia eidrlər ki, Məhkəmənin müvafiq olaraq aborta və tibbi yardımla mayalanmaya çatımlılıq ilə bağlı olan A., B. et C. c. Irlande [BP] (no 25579/05, CEDH 2010) və S.H. et autres c. Autriche [BP] (no 57813/00, CEDH 2011) işlərində gəldiyi pozuntu olamaması barədə nəticə, ona əsaslanmışdı ki, əgər daxili hüquq bunları qadağan edirsə, bu qadağa fərdləri xarici ölkələrə gedib bu təcrübələrdən yararlanmasına mane olmurdu. S.Hi ki, işində isə göstərilmişdi ki, ata və ana ilə qohumluq əlaqələri « valideynlərin arzusuna əsasən mülki məcəllənin dəqiq müddəaları ilə tənzimlənir».
70. Seksiya sədrinin əlavə suallarına cavablarında (yuxarıdakı paraqraf 5), ərizəçilər bildirmişlər ki, mülki məcəllənin 311-14-cü maddəsinə əsasən, qohumluq uşağın anadan olması günü ananın şəxsiyyəti qanunu ilə (əgər ana məlum deyilsə, uşağın şəxsiyyəti qanunu ilə), yəni Kassasiya Məhkəməsi (Civ. 1ère, 11 iyun 1996) yurisprudensiyasına görə, doğum haqqında şəhadətnamədə göstərilən qohumluqla tənzim olunur. Kaliforniya Ali Məhkəməsinin 14 iyul 2000-ci il tarixli qərarından belə çıxır ki, üçüncü və dördüncü ərizəçilərin rəsmi valideynləri birinci ərizəçilərdir. Bununla belə, fransız dövlət orqanları və məhkəmləri bunu qəbul etməkdən imtina etmişlər və bunun nəticəsində, ananın fransız hüququ mənasında tanınmamasına görə, qohumluq ana qanunu ilə tənzimlənə bilməmişdir. Deməli, qohumluq üçüncü və dördüncü ərizəçilərin qanuni ilə, yəni amerikan hüququna görə müəyyən olunmalı idi. Uşaqlarla birinci ərizəçilər arasında qohumluq fransız hüququna görə müəyyən edilə bilmədiyindən, və Kassasiya Məhkəməsinin 13 sentyabr 2013-ci il qərarları, xaricdə başqası üçün reproduksiya yolu ilə dünyaya gəlmiş uşaqların bioloji atalarının atalıqlarının tanınmasını ləğv etdiyindən (...), üçüncü və dördüncü ərizəçilər mülki məcəlləin 18-ci maddəsinə (valideynlərindən ən azı biri fransız olan uşaq fransızdır) müvafiq olaraq vətəndaşlıq əldə edə bilməzlər, halbuki, birinci ərizəçi uşaqların bioloji atasıdır. Ərizəçilər əlavə edirlər ki, 25 yanvar 2013-cü il tarixli sərəncama baxmayaraq, (...), üçüncü və dördüncü ərizəçilər vətəndaşlıq sertifikatı əldə edə bilmirər. Onların fikrincə, Kassasiya Məhkəməsinin onların işində çıxardığı qərar və xaricdə başqası üçün reproduksiya sazişinə əsasən dünyaya gəlmiş uşağa doğum haqqında şəhadətnamə tərtib olunmasını « qanunsuz » hesab edən 13 sentyabr 2013-cü il yurisprudensiyası səbəbindən, uşaqların amerikan doğum haqqında şəhadətnamələri mülki məcəllənin 47-ci maddəsi mənasında etibarlı deyildir və beləliklə, bu müddəa tətbiq oluna bilməz. Onlar əlavə edirlər ki, bu sərəncamın mənası, sadəcə olaraq başqası üçün reproduksiya şübhəsinə görə vətəndaşlıq sertifikatı verilməsinə mane olmamaqdır; beləliklə, bu sərəncam onların işində yardımçı ola bilməz, çünki məhkəmə orqanları açıq şəkildə onların başqası üçün reproduksiyaya əl atdığını müəyyən etmişlər. Bu arqumenti dəstəkləmək üçün onlar bildirirlər ki, üçüncü və dördüncü ərizəçilərin vətəndaşlıq sertifikatı üçün 16 aprel 2013-cü ildə Charenton Le Pont birinci instansiya məhkəməsi katibliyinə birinci ərizəçinin etdiyi müraciətə heç bir cavab gəlməmişdir. Ərizəçilər katiblikdən onların müraciətinin «departamentdə baxılmaqda olduğunu və Los Anceles, Kaliforniyadakı konsulluqdan audentiklik təsdiqini gözlədiyi »ni bildirən 31 oktyabr 2013 və 13 mart 2014-cü il tarixli bildirişlərini təqdim etmişdir. Onlar əlavə edirlər ki, xüsusən Kassasiya Məhkəməsinin 13 sentyabr 2013-cü il yurisprudensiyası səbəbilə, birinci ərizəçi bioloji ataları olsa da, üçüncü və dördüncü ərizəçiləri hüquqən tanıya bilmir.
ii. Hökumət
71. Hökumət bildirir ki, üçüncü və dördüncü ərizəçilərin doğum haqqında şəhadətnamələri kimi xarici vətəndaş vəziyyəti aktlarının qeydiyyata alınmaması, onların Dövlətin ərazisində onlara hüquqi nəticələr törətməyə mane olmur. Birincisi, valideynlərdən birinin fransız olduğu müəyyən edildiyi zaman belə aktlar əsasında fransız vətəndaşlığı sertifikatları verilir (Hökumət Ədliyyə Nazirliyinin 25 yanvar 2013-cü il tarixli sərəncamının surətini təqdim etmişdir və bildirmişdir ki, ərizəçilər üçüncü və dördüncü ərizəçilərin fransız vətəndaşlığı əldə etməsi üçün heç bir cəhd göstərməmişlər) və azyaşlılar ölkədən çıxarıla bilməzlər; ikincisi, birinci və ikinci ərizəçilər amerikan vətəndaş vəziyyəti aktı əsasında üçüncü və dördüncü ərizəçilər üzərində valideynlik hüquqlarını tamam həyata keçirirlər; üçüncüsü, əgər boşanma baş verərsə, ailə hakimi uşaqların yaşayış yerini və xarici aktda müəyyən edilən valideynlərin görüş hüququnu təyin edəcəkdir; dördüncüsü, şəxsin vərəsə xarakterinin sübutu kimi hər bir məlumata müraciət edilə bilər, üçüncü və dördüncü ərizəçilər ümumi hüquqa uyğun olaraq, amerikan aktı əsasında birinci ərizəçilərin vərəsəsi ola bilərlər. Hökumət digər tərəfdən bildirir ki, ərizəçilər qarşılarına çıxan problemlərin öhdəsindən gəlmişlər, çünki onlar üçüncü və dördüncü ərizəçiləri sosial müdafiə fonduna və ya məktəbə yazdıra bilmədiklərini və ailə müavinətləri fondunun verdiyi sosial yardımları almadıqlarını iddia etmirlər, bütün hallarda, onlar qeydiyyat imtinası səbəbindən « çoxsaylı gündəlik çətinliklər»lə üzləşdiklərini sübut edə bilməmişlər. Nəticədə belə bir sual yaranır ki, yalnız fransız vətəndaş vəziyyəti aktlarının verilməməsindən ibarət olan ərizəçilərin ailə həyatına müdaxilənin real təsiri nədir?
72. Hökumət təkid edir ki, insan bədəninin satılmasının bütün mümkün variantlarının qarşısının alınması, insan bədəninin və şəxsin vəziyyətinin heç kimin sərancamında olmaması prinsipinin müdafiəsi və uşağın üstün maraqlarının qorunması məqsədilə, fransız xalqının iradəsini həyata keçirən qanunverici başqası üçün reproduksiyaya icazə verməməyi qərara almışdır. Daxili məhkəmələr bundan düzgün nəticələr çıxararaq, xaricdə başqası üçün reproduksiya yolu ilə anadan olan uşaqların vətəndaş vziyyəti aktlarını qeydiyyata almaqdan imtina etmişdir: buna icazə vermək, daxili hüquqdan bilərəkdən və cəzasızca yan keçilməsinə susmaqla razılıq vermək olardı və qadağanın mexanizminin davamlılığını sual altına alardı.
Hökumət spesifik olaraq ata qohumluğunun qeydiayyata alınmaması ilə bağlı əlavə edir ki, ərizəçilərin layihəsi bir adi cütlüyün layihəsidir və ailənin üzvlərini bir-birindən ayırmaq «lazım deyildir ». Hökumət digər tərəfdən hesab edir ki, fransız hüququnda nəzərdə tutulan qohumluğun müəyyən edilməsinin əsaslarının və yollarının müxtəlifliyi nəzərə alınaraq, sırf bioloji kriteriyanın əsas götürülməsi «çox mübahisəli görünür ». Nəhayət, o hesab edir ki, « uşağın üstün maraqları mənasında, uşaqlarla onların arasında mövcud olan əlaqələrin hüquqi cəhətdən tanınması üçün hər iki valideyni eyni səviyyədə görmək daha yaxşıdır ».
73. Hökumət əlavə edir ki, başqası üçün reproduksiya mənəvi və etik bir məsələ olduğundan və üzv Dövlətlərdə bu sahədə konsensus olmadığından, bu sahədə, eləcə də bu yolla xaricdə dünyaya gəlmiş uşaqların qohumluqlarının tanınması sahəsində Dövlətlərə geniş mülahizə səlahiyyəti tanınmalıdır. Onun fikrincə, bu geniş mülahizə səlahiyyətini və ərizəçilərin ailə həyatının, uşaqların amerikan vətəndaş vəziyyəti aktı əsasında normal şəkildə davam etdiyini və sonuncuların üstün maraqlarının müdafiə olunduğunu nəzərə alaraq, Konvensiyanın 8-ci maddəsinin onlara təmin etdiyi hüquqların realizə olunmasına müdaxilə, çatılması istənilən məqsədə «ifrat dərəcədə mütənasibdir » və bu müddəanın pozulması baş verməmişdir.
74. Seksiya Sədrinin əlavə suallarına cavablarında (yuxarıdakı paraqraf 5), Hökumət bildirir ki, üçüncü və dördüncü ərizəçilərin qohumluluqlarına tətbiq olunan hüquq, mülki məcəllənin 311-14-cü maddəsinə əsasən, onların analarının şəxsi hüququ, yəni Kassasiya Məhkəməsi yurisprudensiyasına əsasən (Civ. 1ère 11 juin 1996, Bull. civ. no 244), onları dünyaya gətirən qadının hüququdur; beləliklə, surraqat ananın, hazırki işdə amerikan qadının hüququndan söhbət gedir; və bu qanuna görə, birinci ərizəçilər üçüncü və dördüncü ərizəçilərin valideynləridir və ikinci ərizəçi onların «qanuni anası»dır. Hökumət əlavə edir ki, mülki məcəllənin 47-ci maddəsinə uyğun olduqlarına görə, qeydiyyata alınmaqlarından asılı olmayaraq, xarici doğum haqqında şəhadətnamələr fransız ərazisində, xüsusilə təsdiq etdikləri qohumluqla bağlı hüquqi nəticələrə səbəb olur. Hökumət dəqiqləşdirir ki, üçüncü və dördüncü ərizəçilərin amerikan doğum haqqında şəhadətnamələrinin Kassasiya Məhkəməsinin 6 aprel 2011-ci il tarixli qərarına əsasən ləğv olunsa da, maddə 47 hazırki işdə tətbiq olunur və məhkəmənin yurisprudensiyasından belə çıxır ki, başqası üçün reproduksiya barədə razılıqlar etibarsızdır və bu etibarsızlıq ictimai qayda tələbidir və qohumluluq əlaqələri ilə bağlı fransız hüququnda nəticələrə səbəb ola bilməz. Nəticədə, mülki məcəllənin 18-ci maddəsi – valdideynlərdən ən azı biri fransız olarsa, uşaq fransızdır – o zaman tətbiq olunur ki, qanunla müəyyən edilmiş qohumluq əlaqəsi qanuni qüvvəsi mübahisələndirilə bilinməyən xarici vətəndaş vəziyyəti aktlarıyla təsdiq edilsin. Nəhayət, Hökumət bildirir ki, birinci ərizəçi Fransada üçüncü və dördüncü ərizəçiləri tanıya bilməzdi. Kassasiya Məhkəməsi 13 sentyabr 2013-cü ildə hesab etmişdir ki, başqası üçün reproduksiya sazişilə dünyaya gələn bir uşağa münasibətdə niyyət atasının qohumluğunun tanınması, bu vasitəyə əl atan müəllifin qanununu pozması səbəbilə ləğv edilməlidir.
iii. Məhkəmə
α. Ümumi mülahizələr
75. Məhkəmə qeyd edir ki, Hökumət iddia edir ki, mübahisələndirilən sahədə üzv Dövlətlərin « demokratik cəmiyyətdə » « vacib » olanlar barədə qərar verməsi üçün əhəmiyyətli mülahizə səlahiyyətinə malikdir. O qeyd edir ki, ərizəçilər bununla razılaşır, lakin hesab edirlər ki, bu mülahizə səlahiyyətinin dairəsi hazırki işdə nisbiləşdirilməlidir.
76. Məhkəmə də ərizəçilərin analizi ilə razılaşır.
77. O xatırladır ki, Dövlətlərin mülahizə səlahiyyətinin dairəsi şəraitdən, asılı olaraq dəyişir və sahə, kontekst və üzv Dövlətlərin hüquq sistemlərində ümumi göstəricilərin olub-olmaması bu məsələdə əhəmiyyətli faktorlar ola bilər (bax, məsələn, yuxarıda istinad edilən Wagner et J.M.W.L. və Negrepontis-Giannisis, müvafiq olaraq § 128 və § 69). Beləliklə, bir tərəfdən, istər işdəki maraqlar, istərsə də onları müdafiə etmək üçün vasitələrlə bağlı, xüsusən də həssas mənəvi və ya etik məsələlərdən söhbət gedərkən Avropa Şurasının üzv Dövlətlərində ümumi yanaşma yoxdursa, mülahizə səlahiyyəti genişdir. Digər tərəfdən, fərdin mövcudiyyətinin və ya identikliyinin çox əhəmiyyətli bir aspekti ilə bağlı olan hallarda, Dövlətin mülahizə səlahiyyəti, adətən məhduddur (bax, xüsusilə, yuxarıda istinad edilən S.H. § 94).
78. Məhkəmə hazırki işdə müşahidə edir ki, Avropada nə başqası üçün reproduksiyanın qanuniliyi, nə də niyyət valideynləri ilə xaricdə qanuni olaraq mayalanmış və dünyaya gəlmiş uşaqlar arasındakı qohumluq əlaqələrinin tanınması məsələsində konsensus yoxdur. Belə ki, müqayisəli hüquq araşdırmasından belə görünür ki, başqası üçün reproduksiya Fransadan başqa Avropa Şurasının otuz beş ölkəsindən on dördündə birbaşa olaraq qadağan edilmişdir; onunda ya ümumi müddəalarla qadağandır və ya qəbuledilməzdir, ya da qanunilik məsələsi qeyri-müəyyəndir; yeddi ölkədə birbaşa olaraq icazə verilir və dördündə isə qəbuledilən kimi görünür. Bu otuz beş Dövlətin on üçündə, niyyət valideynləri ilə xaricdə qanuni olaraq başqası üçün reproduksiya yolu ilə dünyaya gələn uşaqlar arasında qohumluq əlaqələrinin tanınmasına nail olmaq mümkündür. Bu, həmçinin başqa Dövlətlərdə mümkün kimi görünür (onlardan birində bu mümkünlük, yalnız niyyət atasının bioloji ata olduğu hallarda ata qohumluğunun tanınması üçün nəzərdə tutulur), lakin digər on birində istisna edilir (yalnız niyyət atasının bioloji ata olduğu hallarda ata qohumluğunun tanınması imkanından başqa) (...).
79. Konsensusun olmaması başqası üçün reproduksiya yoluna əl atılmasının etik xarakterli suallar yaratdığını sübut edir. Bu həmçinin təsdiq edir ki, Dövlətlər prinsipcə, yalnız bu növ reproduksiyaya icazə verib-verməmək məsələsində deyil, həm də niyyət valideynləri ilə bu yolla qanuni olaraq xaricdə doğulmuş uşaqlar arasında qohumluğu tanıyıb-tanımamaq məsələsində geniş mülahizə səlahiyyətinə malik olmalıdır.
80. Bununla belə, onu da nəzərə almaq lazımdır ki, valideynlə qohumluq identikliyin əhəmiyyətli aspektini təşkil edir. Beləliklə, hazırki işdə Dövlətin mülahizə səlahiyyətini yumşaltmaq lazımdır.
81. Digər tərəfdən, Dövlətin etdiyi seçim Məhkəmənin nəzarətindən kənarda qala bilməz. Çıxarılan qərarın əsaslandığı arqumentlərı diqqətlə araşdırmaq və Dövlətin və görulən tədbirdən birbaşa olaraq təsirlənən fərdlərin maraqları arasında tarazlaşdırma aparılıb-aparılmadığını yoxlamaq Məhkəmənin vəzifəsidir (bax: mutatis mutandis, S.H. et autres, yuxarıdakı istinad, § 97). Bunu edərəkən Məhkəmə uşaqların maraqlarından söhbət getdiyi zaman onların üstün tutulması barədəki əsas prinsipi nəzərə almalıdır (bax: başqa çoxsaylı işlərlə birgə, Wagner et J.M.W.L., yuxarıdakı istinad §§ 133-134, et E.B. c. France [BP], no 43546/02, §§ 76 et 95, 22 yanvar 2008).
82. Hazırki işdə, Kassasiya Məhkəməsi hesab etmişdir ki, fransız beynəlxalq ictimai qaydası fransız hüququnun əsas prinsiplərinə zidd olan müddəalar daşıyan xarici məhkəmə qərarının icrası məqsədilə doğum haqqında şəhadətnamənin qeydiyyatına icazə vermir. Həmin məhkəmə daha sonra hesab etmişdir ki, fransız hüququnda başqası üçün reproduksiya barədə sazişlər ictimai qayda etibarsızlığına malikdir və belə sazişlərə qohumluğun tanınması ilə bağlı hüquqi qüvvə verilməsi, şəxsin vəziyyətinin heç kimin sərancamında olmaması barədəki « fransız hüququnun əsas prinsipi »nə ziddir. Həmin məhkəmə bundan belə bir nəticəyə gəlmişdir ki, Kaliforniya Ali Məhkəməsinin başqası üçün reproduksiya barədə sazişə hüquqi qüvvə verən qərar beynəlxalq ictimai qaydasının fransız konsepsiyasına ziddir və bu qərarın icrası üçün üçüncü və dördüncü ərizəçilərin amerikan doğum haqqında şəhadətnamələri fransız vətəndaş vəziyyəti aktları reyestrinə qeyd oluna bilməz (yuxarıdakı paraqraf 27).
83. Ərizəçilərin birinci və üçüncü və dördüncü ərizəçilər arasında qohumluluq əlaqəsinin fransız hüququna görə tanıtmağa nail ola bilməməsi, Kassasiya Məhkəməsinin fikrincə, fransız qanunvericisinin başqası üçün reproduksiyanı qadağan etmək barədə etik seçiminin nəticəsidir. Hökumət bununla bağlı vurğulayır ki, daxili məhkəmə bu seçimdən müvafiq nəticələr çıxarmış və Fransadan kənarda başqası üçün reproduksiya yolu ilə dünyaya gəlmiş uşaqların xarici vətəndaş vəziyyəti aktlarını qeydiayyatından imtina etmişdir. Hökumətin fikrincə, buna icazə vermək, daxili hüquqdan yan keçilməsi ilə və bu qadağanın mahiyyətinin davamlılığını sual altına qoymaq olardı.
84. Məhkəmə müəyyən edir ki, bu yanaşma beynəlxalq xüsusi hüquqa aid olan beynəlxalq ictimai qayda istisnasına müraciət edilməsinə səbəb olur. Məhkəmə bunu öz-özlüyündə mübahisələndirmək niyyətində deyildir. Bununla belə, Məhkəmə yoxlamalıdır ki, bu mexanizmi hazırki işdə tətbiq edərkən daxili məhkəmə orqanları, icmanın, üzvlərinin onun demokratik şəkildə həyata keçirilən seçimlərinə riayət etməsi marağı ilə ərizəçilərin özəl və ailə həyatına hörmət hüququnu relalizə etməsi maraqları – uşaqların üstün maraqları da daxil olmaqla - arasında ədalətli tarazlığın əldə edilməsinin vacibliyini nəzərə almışdırmı?
85. Bununla bağlı Məhkəmə qeyd edir ki, Kassasiya Məhkəməsi hesab etmişdir ki, üçüncü və dördüncü ərizəçilərin amerikan doğum haqqında şəhadətnamələrinin fransız reyestrində qeydiyyata alınmaması onların özəl və ailə həyatına hörmət hüququnu pozmurdu və uşaqların üstün maraqlarına zidd deyildi, çünki onları Kaliforniya hüqununun tanıdığı ana və ata qohumluğundan məhrum etmirdi və onların Fransada birinci ərizəçilərlə birgə yaşamasına mane olmurdu (yuxarıdakı paraqraf 27).
86. Məhkəmə hesab edir ki, hazırki işdə ərizəçilərin ailə həyatına hörmət hüququ ilə üçüncü və dördüncü ərizəçilərin özəl həyata hörmət hüququnu bir-birindən ayırmaq lazımdır.
β. Ərizəçilərin ailə həyatına hörmət hüququ
87. Bininci məsələ ilə bağlı Məhkəmə hesab edir ki, fransız hüququnda birinci ərizəçilərlə üçüncü və dördüncü ərizəçilər arasında qohumluğun tanınmaması təbii ki, onların ailə həyatına təsir edi. Bununla bağlı, o hesab edir ki, ərizəçilərin vurğuladığı kimi, Paris Appelyasiya Məhkəməsi hazırki işdəki vəziyyətin « konkret çətinliklər »in yaratdığını qəbul etmişdir (yuxarıdakı paraqraf 24). Məhkəmə bundan əlavə müəyyən edir ki, Dövlət Şurasının bioetika haqqında qanunların yenidən baxılması barədə 2009-cu il hesabatında vurğulanmışdır ki, « reallıqda bu ailələrin həyatı, qeydiyyat olmadığı zaman, həyatın müəyyən hadisələri münasibətilə həyata keçirilməli olan formallıqlar səbəbindən daha da mürəkkəbləşir» (...).
88. Beləliklə, fransız vətəndaş vəziyyəti aktı və fransız ailə kitabçası olmayan ərizəçilər qohumluq sübutu tələb olunan hər hansı xidmət almaq istədikləri zaman təsdiqli tərcüməsilə birgə qeydiyyata alınmamış amerikan aktını təqdim etməli olurlar və müraciət etdikləri şəxslər tərəfindən bəzən şübhə ilə, ən azından anlaşılmama ilə qarşı-qarşıya olurlar. Ərizəçilər bununla bağlı, üçüncü və dördüncü ərizəçiləri sosial müdafiə fonduna, məktəb yeməkxanasına, tətil mərkəzinə və ailə müavinətləri mərkəzindən maliyyə yardımı almaq üçün müraciət etdikləri zaman qarşılaşdıqları çətinlikləri xatırladırlar.
89. Digər tərəfdən, fransız hüququna görə uşaqların nə birinci ərizəçi ilə, nə də ikinci ərizəçi ilə qohumluğunun olmaması onunla nəticələnmişdir ki, onlar ən azından bu günə qədər fransız vətəndaşlığı ala bilməmişlər. Bu vəziyyət ailənin səyahətini çətinləşdirir və - Hökumətin iddia etdiyi kimi əsaslı olmasa belə - üçüncü və dördüncü ərizəçilərin yetkinlik yaşına çatdıqdan sonra Fransada qalması və ailə hücrəsinin stabilliyi ilə bağlı narahatlıqlar yaradır. Hökumət bildirir ki, Ədliyyə Nazirinin 25 yanvar 2013-cü il sərəncamına əsasən (...), üçüncü və dördüncü ərizəçilər «valideynlərindən ən azı biri fransız olan uşaq fransızdır» qaydasını nəzərdə tutan mülki məcəllənin 18-ci maddəsi əsasında, amerikan doğum haqqında şəhadətnamələrini təqdim etməklə fransız vətəndaşlığı sertifikatı ala bilərlər.
90. Məhkəmə bununla belə qeyd edir ki, bu imkanla bağlı suallar yaranır.
Birincisi, Məhkəmə müşahidə edir ki, istinad edilən mətnə görə, fransız vətəndaşlığı valideynlərdən birinin vətəndaşlığına əsasən verilir. Məhkəmə müəyyən edir ki, ona göndərilən ərizənin əsası da valideynlərin hüquqi olaraq müəyyən edilməsidir. Ərizəçilərin təqdimatlarından və Hökumətin cavablarından belə çıxır ki, beynəlxalq xüsusi hüquq qaydaları hazırki işdə üçüncü və dördüncü ərizəçilərin fransız vətəndaşlığının müəyyən etilməsi üçün mülki məcəllənin 18-ci maddəsinə müraciət edilməsini xüsusilə mürəkkəbləşdirir, hətta qeyri-müəyyən edir.
İkincisi, Məhkəmə qeyd edir ki, Hökumət mülki məcəllənin 47-ci maddəsindən arqument irəli sürür. Bu maddədə qeyd olunur ki, xaricdə, həmin ölkədə istifadə olunan formaya uyğun şəkildə tərtib olunan vətəndaş vəziyyəti aktı, « başqa akt və ya sənədlər, xarici elementlər və ya aktın özünün elementlərinin bu aktın qeyri-qanuni, saxta olduğunu, və ya həqiqətə uyğun olmadığını müəyyən etdiyi hallar istisna olmaqla », etibarlıdır. Beləliklə, ortaya sual çıxır : hazırki işdəki kimi, uşaqların Kassasiya Məhkəməsinin qanunsuzluq kimi analiz etdiyi xaricdə başqası üçün reproduksiya yolu ilə dünyaya gəldiyi hallarda bu istisna tətbiq olunurmu? Sədrin bu suala cavab verməyə və bu şəkildə tərtib edimiş vətəndaşlıq sertifikatının sonradan mübahisələndirilməsi, ləğv edilməsi və ya geri alınması riskinin olub-olmadığını dəqiqləşdirməyə dəvət etməsinə baxmayaraq, Hökumət bu barədə heç bir məlumat təqdim etməmişdir. Ən azından, bununla bağlı 16 aprel 2013-cu ildə Paris birinci instansiya məhkəməsinin katibliyinə birinci ərizəçinin göndərdiyi müraciətin on bir ay sonra da heç bir nəticəsi yox idi: baş katib 31 oktyabr 2013-cü ildə, sonra isə 13 mart 2014-cü ildə bildirmişdi ki, müraciət « baxılmaqda » idi və «Los Ancelesdəki konsulluğa audentifikasiya barədə göndərilmiş müraciəti gözləməkdə idilər » (yuxarıdakı paraqraf 28).
91. Buna, birinci ərizəçinin ölümü və ya cütlüyün ayrılması halında ikinci ərizəçi ilə üçüncü və dördüncü ərizəçilər arasında ailə münasibətlərinin qorunub-saxlanması ilə bağlı güclü narahatlıqlar da əlavə olunur.
92. Bununla belə, ərizəçilərin ailə həyatı ilə bağlı riskin əhəmiyyəti nə qədər olsa da, Məhkəmə hesab edir ki, birici ərizəçilərlə üçüncü və dördüncü ərizəçilər arasındakı qohumluğun fransız hüququnda tanınmaması ilə bağlı qarşılaşdıqları konkret çətinlikləri araşdırmaq lazımdır (bax: mutatis mutandis, X, Y et Z, yuxarıdakı istinad § 48). Məhkəmə qeyd edir ki, ərizəçilər xatırlatdıqları çətinliklərin aşılmaz çətinliklər olduğunu və aralarındakı qohumluğun fransız hüququnda tanınmamasının Fransada onların ailə həyatına hörmət hüququndan istifadəsinı mane olduğunu iddia etmirlər. Bununla bağlı Məhkəmə müəyyən edir ki, üçüncü və dördüncü ərizəçilərin anadan olmasından az sonra hər dörd ərizəçi Fransada yerləşə bilmişlər, onlar qlobal olaraq, başqa ailələrin yaşadıqları vəziyyətlə müqayisə ediləcək vəziyyətdə yaşamaq imkanına malikdirlər və onların fransız hüququndakı vəziyyətinə görə fransız dövlət orqanlarının onları ayıracağını düşünməyə əsas yoxdur (bax: mutatis mutandis, Chavdarov c. Bulgarie, no 3465/03, § 49-50 et 56, 21 dekabr 2010).
93. Məhkəmə müşahidə edir ki, ərizəçilərin Konvensiya üzrə qaldırdıqları şikayətləri rədd etmək üçün Kassasiya Məhkəməsi vurğulamışdır ki, üçüncü və dördüncü ərizəçilərin doğum haqqında şəhadətnamələrinin fransız reyestrinə qeydiyyatının ləğv edilməsi onların birinci ərizəçilərlə birgə Fransada yaşamasına mane olmur (yuxarıdakı paraqraf 27). Məhkəmə bundan belə nəticəyə gəlir ki, hazırki işdə, onun Wagner et J.M.W.L. (yuxarıdakı istinad, § 135) işində əhəmiyyətli hesab etdiyinə uyğun olaraq, fransız məhkəmələri vəziyyəti konkret olaraq araşdırmaq vəzifəsindən azad deyillər. Belə ki, məhkəmələr dolayısıyla hesab etmişdir ki, ərizəçilər arasında xaricdə yaranmış qohumluq əlaqələrinin fransız hüququnda tanınmaması səbəbilə ailə həyatlarında rastlaşdıqları praktiki problemlər Konvensiyanın 8-ci maddəsininə riayətin tələb etdiyi limitləri aşmamışdır.
94. Beləliklə, bir tərəfdən birinci ərizəçilərlə üçüncü və dördüncü ərizəçilər arasında qohumluq əlaqəsinin fransız hüququnda tanınmamasının onların ailə həyatındakı konkret nəticələri, digər tərəfdən də cavabdeh Dövlətin mülahizə səlahiyyətini nəzərə alaraq, Məhkəmə hesab edir ki, Kassasiya Məhkəməsinin hazırki işdə gəldiyi nəticə ailə həyatına hörmət hüququ ilə əlaqədar ərizəçilərin maraqları ilə Dövlətin maraqları arasında ədalətli tarazlığı qurmuşdur.
95. Üçüncü və dördüncü ərizəçilərin özəl həyatına hörmət hüququ ilə bağlı eyni araşdırmanı aparmaq lazımdır.
γ. Üçüncü və dördüncü ərizəçilərin özəl həyatına hörmət hüququ
96. Məhkəmənin xatırlatdığı kimi, özəl həyata hörmət tələb edir ki, hər kəs, qohumluq əlaqələri də (...) daxil olmaqla, özünün insan identikliyinin detallarını müəyyən etmək imkanına malik olsun; qohumluq əlaqələrinə toxunduqda, fərdin identikliyinin əsas aspektindən söhbət gedir (yuxarıdakı paraqraf 80). Pozitiv hüququn hazırki vəziyyətində üçüncü və dördüncü ərizəçilər bu məsələ ilə bağlı hüquqi qeyri-müəyyən vəziyyətdədirlər. Kaliforniya məhkəməsinin müəyyən etməsi səbəbilə fransız hakimin də onların birici ərizəçilərlə qohumluq əlaqəsini qəbul etməsi doğru olsa da, amerikan qərarına hər hansı hüquqi qüvvə tanımaqdan və reyestrə qeyd etməkdən imtina, eyni zamanda onu göstərir ki, bu qohumluq fransız hüquq sistemində tanınmır. Başqa sözlə, Fransa, uşaqların birinci ərizəçilərin uşaqları olaraq identifikasiya olduğunu bilsə də, öz hüquq sistemində onların bu özəlliklərini danır. Məhkəmə hesab edir ki, bənzər təzad fransız cəmiyyətində onların identikliyinə zərbə vurur.
97. Digər tərəfdən, Konvensiyanın 8-ci maddəsi xüsusi bir vətəndaşlıq əldə etmək hüququ təmin etməsə də, vətəndaşlıq fərdlərin identikliyinin elementidir (Genovese c. Malte, no 53124/09, § 33, 11 oktyabr 2011). Məhkəmənin daha əvvəl də bildirdiyi kimi, bioloji ataları fransız olsa da, üçüncü və dördüncü ərizəçilər mülki məcəllənin 18-ci maddəsinin tətbiqi ilə fransız vətəndaşlığı əldə etmək imkanı ilə bağlı böyük qeyri-müəyyənliklə üzbəzüzdürlər (...). Bənzər qeyri-müəyyənlik onların identikliyinin müəyyən edilməsinə neqativ təsir edir.
98. Məhkəmə müəyyən edir ki, üçüncü və dördüncü ərizəçilərin fransız hüququnda birinci ərizəçilərin uşaqları kimi identifikasiya edilməməsi, onların sonuncuların mirasında iştirakı ilə bağlı mənfi nəticələr yaradır. Məhkəmə qeyd edir ki, Hökumət bunu danır. Lakin Məhkəmə müəyyən edir ki, Dövlət Şurası vurğulamışdır ki, niyyət anası ilə xaricdə müəyyən edilmiş ana qohumluğunun Fransada tanınmaması halında, başqası üçün reproduksiya vasitəsilə xaricdə anadan olan uşaq, ana, uşağın üçüncü şəxs kimi, yəni daha əlverişsiz şəraitdə miras hüququnu müəyyən edən vəsiyyətnamə tərtib etməmişsə, ananın mirasçısı ola bilməz. Eyni vəziyyət, niyyət atası, hazırki işdə olduğu kimi bioloji ata olduğu halda, onun mirası ilə bağlı da meydana gəlir. Burda da, başqası üçün reproduksiya yolu ilə xaricdə dünyaya gələn uşağın məhrum olduğu identikliyinin elementindən söhbət gedir.
99. Fransanın öz vətəndaşlarını ərazisində qadağan etdiyi reproduksiya metoduna əl atmaqdan çəkindirməsini arzuladığını qəbul etmək olar (yuxarıdakı paraqraf 62). Bununla belə, yuxarıdakılardan belə nəticə çıxır ki, fransız hüququnda belə metodla dünyaya gələn uşaqlarla niyyət valideynləri arasında qohumluq əlaqəsinin tanınmasının nəticələri yalnız fransız hakimiyyət orqanlarının qəbul etmədiyi reproduksiya metodunu seçən sonuncuların vəziyyəti ilə məhdudlaşmır: o həm də uşaqların özləri ilə bağlıdır. Uşaqların qohumluq əlaqələri də daxil olmaqla, hər kəsin öz identikliyinin mahiyyətini müəyyən etmək hüququnu da əhatə edən özəl həyat hüququ xeyli dərəcədə təsirə məruz qalır. Beləliklə, bu vəziyyətin hər bir qərarın əsası olmasını tələb edən uşağın üstün maraqları ilə uyğunluğu barədə ciddi sual yaranır.
100. Bu analiz, valideynlərdən birinin hazırki işdə olduğu kimi uşağın genetik valideyni olması halında xüsusi hal alır. Hər kəsin identikliyinin vacib elemeti olaraq bioloji qohumluğunun əhəmiyyətini nəzərə alaraq, (bax: məsələn, Jäggi işi, yuxarıdakı istinad, § 37), qohumluğun bioloji reallığının müəyyən edildiyi halda uşağı bu xarakterli hüquqi əlaqədən məhrum etməyin onu üstün maraqlarına uyğun olduğunu iddia etmək olmaz. Doğum haqqında şəhadətnamələrin qeydiyyatı barədə müraciət zamanı üçüncü və dördüncü ərizəçilərlə onların bioloji atası arasındakı qohumluq nəinki qəbul edilməmişdir, hətta bu əlaqənin atalığın tanınması və ya övladlığa götürmə və ya faktiki birgə yaşamaq yolu ilə tanınması da məsələ ilə bağlı Kassasiya Məhkəməsinin qadağanedici yurisprudensiyası ilə üzləşir (...). Məhkəmə hesab edir ki, bu əhəmiyyətli məhdudlaşmanın üçüncü və dördüncü ərizəçilər identikliyi və özəl həyata hörmət hüququ üzərindəki nəticələrini nəzərə alaraq, daxili hüquqda onalrın bioloji ataları ilə qohumluq əlaqələrinin tanınmasına və ya müəyyən edilməsinə mane olmaqla, cavabdeh Dövlət mülahizə səlahiyyətlərinin həddini aşmışdır.
101. İşdə meydana çıxan maraqların tarazlaşdırılması zamanı xüsusi çəki verilməli olan uşağın üstün maraqlarını nəzərə alaraq, Məhkəmə belə nəticəyə gəlir ki, üçüncü və dördüncü ərizəçilərin şəxsi həyata hörmət hüququna riayət edilməmişdir.
3. Ümumi nəticə
102. Ərizəçilərin ailə həyatına hörmət hüququ ilə bağlı Konvensiyanın 8-ci maddəsinin pozuntusu baş verməmişdir. Əksinə, üçüncü və dördüncü ərizəçilərin şəxsi həyata hörmət hüququ ilə bağlı bu maddə pozulmuşdur.
(...)
BU ƏSASLARLA, MƏHKƏMƏ, YEKDİLLİKLƏ,
(...)
2. Hesab edir ki, ərizəçilərin ailə həyatına hörmət hüququ ilə bağlı Konvensiyanın 8-ci maddəsinin pozuntusu baş verməmişdir ;
3. Hesab edir ki, üçüncü və dördüncü ərizəçilərin şəxsi həyata hörmət hüququ ilə bağlı Konvensiyanın 8-ci maddəsinin pozuntusu baş vermışdır;
(...)
Fransızca tərtib edilmiş, 26 iyun 2014-cü ildə Məhkəmə Reqlamentinin 77-ci maddəsinin 2 və 3-cü bəndlərinə müvafiq olaraq elan edilmişdir.
Claudia WesterdiekMark Villiger
KatibSədr
©Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2015
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə və onun keyfiyyətinə görə heç bir məsuliyyət daşımır. Tərcüməni Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnu təşkil edən işlərin daxil olduğu HUDOC məlumat bazasından () və ya Məhkəmənin razılığı ilə yerləşdirilən istənilən digər məlumat bazasından yükləmək olar. Tərcüməni qeyri-kommersiya məqsədlərilə bu şərtlə yenidən nəşr etmək mümkündür ki, məhkəmə işinin tam adı, yuxarıda göstərilmiş müəllif hüququna dair qeyd və Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fonduna istinad göstərilsin. Tərcümənin hər hansı bir hissəsindən kommersiya məqsədi ilə istifadə etmək nəzərdə tutularsa, bu ünvana müraciət etmənizi xahiş edirik publishing@.
© Council of Europe/European Court of Human Rights, 2015
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2015
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante : publishing@
Full & Egal Universal Law Academy