© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2015. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə görə heç bir məsuliyyət daşımır. Əlavə məlumat almaq üçün bu sənədin sonunda verilmiş müəllif hüququna dair tam məlumata baxın.
© Council of Europe/European Court of Human Rights, 2015. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2015. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
Məhkəmə təcrübəsi üzrə Məlumat Qeydi No. 177
Avqust-Sentyabr 2014
Mocanu və Başqaları Rumıniyaya qarşı [BP] - 45886/07, 32431/08 və 10865/09
Qərar 17.9.2014 [BP]
Maddə 2
Maddə 2-1
Səmərəli araşdırma
Rumıniya rejiminə qarşı 1990-cı il iyun nümayişləri zamanı şəxsin ölüm faktının araşdırılmaması: pozuntu
Maddə 3
Səmərəli araşdırma
Rumıniya rejiminə qarşı 1990-cı il iyun nümayişləri zamanı şəxsə pis davranılması faktının araşdırılmaması: pozuntu
Maddə 35
Maddə 35-1
Altı ay müddəti
Dövlətdaxili orqanlara şikayət üçün on bir il gözləyən ərizəçinin hərəkətsizliyi: ilkin etiraz rədd edilmişdir
Maddə 35-3
Ratione temporis
Mübahisəli hadisələr və Konvensiyanın Rumıniyaya münasibətdə qüvvəyə minməsi arasındaki dörd illik müddət: ilkin etiraz rədd edilmişdir
Faktlar – 1990-cı ilin iyununda Universitet Meydanının o zaman hakimiyyətdə olan rejimə etiraz edən tələbələr tərəfindən bir neçə həftədən bəri tutulmasına son qoymaq qərarına gəlmişdir. 13 iyun 1990-cı ildə təhlükəsizlik qüvvələri müdaxilə etmiş və bs etmişlər; bunun nəticəsində nümayişlər daha da artmışdır. Ordu ən həssas yerlərə göndərildiyində, nümayişçilərlə əhatə olunmuş Daxili İşlr Nazirliyinin içərisindən atəş açılmış, birinci ərizəçinin əri Cənab Mocanu başından vurulmuş və bu, onun ölümü ilə nəticələnmişdir. Axşam Cənab Stoica (ikinci ərizəçi) və bir neçə digər şəxs formal polis işçiləri və mülki geyimlilər tərəfindən həbs edilmiş və Dövlət televiziyası xidməti binasının içərisində pis davranışa məruz qalmışlar. Hadisələrlə bağlı cinayət istintaqı 1990-cı ilə, xeyli sayda fərdi işlə başlanmış, sonradan bu işlər birləşdirilmiş və 1997-ci ildə hərbi prokurorluğa ötürülmüşdür.
18 iyun 2001-ci ilə, yəni mübahisələndirilən hadisələrdən on bir il sonra, ikinci ərizəçi Ali Ədalət Məhkəməsi yanında Prokurorluğunun hərbi seksiyasının prokuroruna cinayət şikayəti vermişdir. Cənab Stoicaya qarşı 13 iyun 1990-cı ildə pis rəftarla bağlı istintaq, 17 iyun 2009-cu ildə cinayət təqibinə başlamamaq qərarı ilə xətm edilmişdir və bu qərar Ali Kassasiya və Ədalət Məhkəməsinin 9 mart 2011-ci il qərarı ilə qüvvədə saxlanmışdır.
Birinci ərizəçinin ərinin qanunsuz öldürülməsi ilə bağlı cinayət prosesi Avropa Məhkəməsinin qərarı verildiyi vaxtda hələ davam etməkdə edi.
13 noyabr 2012-ci ildə (bax Məlumat Qeydi 157), Məhkəmənin bir Palatası yekdilliklə birinci ərizəçiyə münasibətdə Konvensiyanın 2-ci maddəsinin prosessual aspektinin pozuntusu baş verdiyini, beş səsə qarşı iki səslə ikinci ərizəçiyə münasibətdə 3-cü maddənin prosessual aspektinin pozuntusunun baş vermədiyini hesab etdi.
Hüquqi məsələlər – Maddə 35 § 3: Cavabdeh Hökumət Məhkəmənin ratione temporis yurisdiksiyası ilə bağlı Böyük Palata qarşısında etiraz irəli sürməmişdir. Bununla belə, Hökumət bildirmişdir ki, Məhkəmə yalnız Konvensiyanın Rumıniyaya münasibətdə qüvvəyə mindiyi 20 iyun 1994-cu il tarixindən sonrakı hadisələrlə bağlı şikayətləri araşdıra bilər.
Palata Hökümətin bununla bağlı yalnız ikinci ərizəçiyə münasibətdə qaldırdığı ilkin etirzı rədd edərək elan etmişdir ki, Konvensiyanın 2 və 3-cü maddələrinin prosessual pozuntusu ilə bağlı şikayətləri araşdırmaq üçün ratione temporis yurisdiksiyaya malikdir.
Böyük Palata hesab etmişdir ki, Konvensiaynın 2 və 3-cü maddələrinin prosessual pozuntusu üzrə şikayətlər hökumətə qarşı nümayişlərin 13 və 14 iyun 1990-ci il tarixdə silahla yatırılması ilə bağlı cinayət istintaqı ilə əlaqədardır. Nümayişin yatırılması birinci ərizəçinin ərinin hıyatı bahasına başa gəlmiş və ikinci ərizəçinin fiziki bütövlüyünə müdaxilə olmuşdur. İstintaq 1990-cı ildə, hadisələrdən az sonra başlanmışdır və, inter alia, ilkin məqsədi birinci ərizəçinin əri də daxil olmaqla silah atəşindən öldürülən qurbanların müəyyənləşdirilməsi olan istintaq tədbirləri görülmüşdü.
Hadisələrlə, 20 iyun 1994-cü il, Rumıniyaya münasibətdə Konvensiyanın qüvvəyə minməsi arasında dörd il keçmişdir. Bu zaman kəsiyi nisbətən qısadır. O, on ildən və Məhkəmənin araşdırdığı bənzər işlərdəki zaman kəsiyindən qısadır. * Bundan əlavə, proseslərin əksəriyyəti və ən əhəmiyyətli prosessaul tədbirlər həmin tarixdən sonra baş vermişdir.
Beləliklə, Məhkəmə hesab edir ki, Konvensiyanın 2 və 3-cü maddələrinin prosessual aspektləri ilə bağlı birinci və ikinci ərizəçilərin şikayətlərini, 20 iyun 1994-cü il, Rumıniyaya münasibətdə Konvensiyanın qüvvəyə minməsi tarixindən sonra aparılan cinayət istintaqı ilə bağlı hissədə araşdırmaq üçün ratione temporis yurisdiksiyaya malikdir.
Maddə 35 § 1: Palata hesab etmişdir ki, ikinci ərizəçinin səlahiyyətli orqanlar qarşısındakı cinayət şikayətinin müddəti ötürülməsi ilə verilməsi barədə ilkin etiraz Konvensiyanın 3-cü maddəsinnin prosessual aspektinin pozuntusu ilə bağlı şikayətin mahiyyətinin araşdırılmasına birləşdirilməlidir və şikayəti qəbuledilən elan etmişdir.
Böyük Palata hesab etmişdir ki, ikinci ərizəçinin cəldlik öhdəliyi daxili Hüquq sistemində cinayət şikayətinin verilməsi üçün ləngliklə sız əlaqədardır. Birlikdə götürldükdə, bu arqumentlər Konvensiyanın 35-ci maddəsinin 1-ci bəndi anlamında altı ay müddətinə uyğunsuzluq barədə etiraz kimi qiymətləndirilə bilər.
Ikinci ərizəçinin, elə özü kimi şikayət vermək üçün bi neçə il gözləmiş çox sayda digər qurbanla paylaşdığı həssas vəziyyəti və gücsuzlük hissi, 1990-2001-ci illər arasındakı hərəkətsizliyinin ağlabatan və qəbul edilə bilən izahatıdır. Bu səbəbdən, ərizəçi bununla bağlı cəldlik vəzifəsinə əməl etmişdir.
Bundan əlavə, bir çox element göstərir ki, dözlət orqanları hər hansı real çətinlik olmadan 13 iyun 1990 və sonrakı gecə pis rəftar qurbanlarının adlarını bilirdi və ya ortaya çıxara bilərdi. Belə olan halda, ikinci ərizəçinin şikayət verməkdə ləngliyinin istintaqın səmərəliliyinə ziyan vurduğu hesab edilə bilməz. Bütün hallarda, ərizəçilərin şikayəti 13-15 iyun 1990-cı il hakdisələrini çoxsaylı qurbanları ilə bağlı istintaq işinə əlavə edilmiş və porkurorluğun hərbi seksiyasının 29 aprel 2008-ci il qərarı mindən çox qurbanı ehtiva etmişdir. Beləliklə, istintaq ümumilikdə istisna şəraitdə aparılmışdır.
Bundan əlavə, 2001-ci ildən etibarən, ikinci ərizəçi ilə dövlət orqanları arasında ərizəçinin şikayəti və istintaqın gedişatı ilə bağlı sual vermək üçün hər il şəxsən prokurorluğa gedərək etdiyi məlumat sorğusu ilə əlaqədar anlamlı ünsiyyət olmuşdur. Üstəlik, istintaqın irəliləməsi barədə ağlabatan göstəricilər olmuşdur.
2001-ci iıdən sonra istintaqın gedişindəki yeniliklər, onun əhatə dairəsi və mürəkkəbliyi nəzərə alınaraq, ərizəçi şikayətini dövlət orqanlarına verdikdən sonra istintaq tədbirlərinin irəliləməsi ilə bağlı mümkünlüyün real olduğu sürədə legitim olaraq istintaqın səmərəliliyinə inana və onun nəticələrini gözləyə bilərdi.
Ikinci ərizəçi Məhkəməyə şikayətini 25 iyun 2008-ci ildə, istintaq orqanlarına şikayətindən on bir il sonra vermişdir. Istintaq hələ də davam etməkdə idi və istintaq tədbirlərəi görülürdü. Yuxarıda göstərilən və ərizəçilərin Məhkəməyə ərizələrini göndərdikləri zaman da qüvvədə qalan səbəblərdən, o həddindən artıq uzun müddət gözləməsinə görə tənqid edilə bilməz. Bundan əlavə, ərizəçinin işində son daxili qərar 9 mart 2011-ci il qərarıdır. Beləliklə, ərizə gecikməmişdir.
Nəticə: İlkin etiraz rədd edilir (on dörd səsə qarşı üç səs).
Maddə 2 və Maddə 3 (prosessual aspekt): 1990-cı ilin iyun hadisələri ilə bağlı dövlət orqanlarının öz təşəbbüsü ilə cinayət işi açılmışdır. İlkin olaraq birinci ərizəçinin əri və digər şəxslərin silah atəşi ilə ölüdürülməsi ilə bağlı olan həmin istintaq, birinci ərizəçi ilə əlaqədar hissədə davam etməkdə idi. İstintaqın ikinci ərizəçi ilə bağlı olan və 37 yüksək rütbəli mülki və hərbi məmuru əhatə edən hissəsi Ali Kassasiya və Ədalət Məhkəməsinin 9 mart 2011-ci il qərarı ilə xətm olunmuşdur.
Məhkəmənin ratione temporis yurisdiksiyası yalnız istintaqın 20 iyun 1994-cü il, Rumıniyaya münasibətdə Konvensiyanın qüvvəyə minməsi tarixindən sonrakı hissəsini araşdırmağa imkan verir.
Müstəqillik məsələsi ilə bağlı, istintaq hərbi prokurorlara tapşırılmışdı və onlar, ittiham olunan şəxslər kimi, hərbi iyerarxiya daxilində tabelilik münasibətlərinə malik olan zabitlər idilər. Bu, artıq Məhkəmənin Rumıniyay qarşı işlərdə 2-ci və 3-cü maddələrinin prosessual aspektinin pozuntusu tapmasına səbəb olmuşdur.
Istintaqın tezliyi və adekvatlığı ilə bağlı, birinci ərizəçi ilə əlaqədar istintaq 23 ildən çox müddətdə davam etməkdə olmuşdur ki, bunun 19 ili Konvensiyanın Ruminiya tərəfindən ratifikasiyasından sonrakı tarixə düstintaqın başlanmasından düşmüşdür. İkinci ərizəçi ilə əlaqədar, istintaq 9 mart 2011-ci ildə çıxarılan qərarla, yəni istintaqın başlanmasından 21 il və ikinci ərizəçinin şikayətindən və şikayətin istintaq materiallarına birləşdirilməsindən 10 il sonra xətm edilmişdir. Işin şübhəsiz mürəkkəb olmasını qəbul etsə də, Məhkəmə hesab etmişdir ki, Hökumətin istinad etdiyi siyasi və cəmiyyət üçün əhəmiyyəti belə uzun müddətə haqq qazandıra bilməz. Əksinə, bu hadisənin Rumıniya cəmiyyəti üçün əhəmiyyəti, bu qeyri-qanuni hərəkətlərə haqq qazandırma və dözümlülük görüntüsünün qarşısının alınması üçün dövlət orqanlarının işlə cəld və gecikməsiz məşğul olmasına səbəb olmalı idi.
Lakin birinci ərizəçi ilə bağlı istintaqda uzun fəaliyyətsizlik dövrü olmuşdur. Bundan əlavə, dövlət orqanları özləri istintaqda çox sayda nöqsan tapmışlar.
Üstəlik, ikinci ərizəçiyə edilən zorakılıqla bağlı istintaq, 9 mart 2011-ci ildə qüvvədə saxlanılan cinayət təqibinə başlamamaq barədə 17 iyun 2009-cu il qərarı ilə, yəni onun şikayət verməsindən 10 il sonra başa çatmışdır. Bununla belə, keçən vaxtın uzunluğu və ikinci ərizəçi ilə bağlı keçirilən istintaq tədbirlərinə baxmayaraq, bu qərarlardan heç biri ərizəçinin və digər şəxslərin Dövlət televiziyasının binasında məruz qaldıqlarını iddia etdikləri pis rəftarın şəraitini müəyyən etməyə imkan verməmişdir. İstintaqın bu hissəsi cinayət məsuliyyəti müddətlərinin keçməsi səbəbilə xətm edilmişdir. Bununla belə, hazırki işdəki kimi, dövlət orqanlarının hərəkətsizliyi nəticəsində cinayət məsuliyyəti müddətinin bitməsinə görə istintaqın başa çatması zamanı Konvensiyanın 2 və 3-cü maddəsi altındakı prosessual öhdəliklərin yerinə yetirildiyi hesab edilə bilməz.
Belə görünür ki, istintaq üçün məsul olan dövlət orqanları, cavabdehlərin müəyyən edilməsi və cəzalandırılmasına gətirib çıxaracaq bütün ağlabatan tədbirləri görməmişlər.
Qurbanların qohumlarının prosesə cəlb olunması ilə bağlı, birinci ərizəçiyə, ərinin ölümündə ittiham edilən şəxslərin cinayət məhkəməsinə verilməsi barədə 18 may 2000-ci il qərarınadək heç bir məlumat verilməmişdir. Bundan əlavə, ərizəçi prokuror tərəfindən ilk dəfə 14 fevral 2007-ci ildə, hadisələrdən 17 il sonra dindirilmişdir və Ali Kassasiya və Ədalət Məhkəməsinin 17 dekabr 2007-ci il qərarından sonra, ona istintaqla bağlı məlumat verilməmişdir. Məhkəmə bu səbəbdən, onun istintaqda iştirak etmək marağının kifayət qədər qorunduğuna inanmır.
Beləliklə, yuxarıdaklıarın işığında, birinci ərizəçi Konvensiyanın 2-ci maddəsinin tələb etdiyi kimi səmərəli istintaqdan yararlana bilməmişdir və ikinci ərizəçi 3-cü maddə mənasında səmərəli istintaqdam məhrum olmuşdur.
Nəticə: Maddə 2 –pozuntu- prosessual aspekt (on altı səsə qarşı bir səs); Maddə 3 – pozuntu- prosessual aspekt (on dörd səsə qarşı üç səs).
Maddə 41: mənəvi ziyana görə birinci ərizəçiyə 30,000 və ikinci ərizəçiyə 15,000 Avro.
Məhkəmə həmçinin yekdilliklə belə nəticəyə gəlmişdir ki, üçüncü ərizəçinin, 1989-cu ilin dekabrında baş vermiş hökumət əleyhinə nümayişlərinin yatırılması zamanı yaralanan şəxslərin və həmin hadisələr zamanı ölənlərin qohumlarının cəmləşdiyi “ 21 dekabr 1989-cü il” Təşkilatı ilə bağlı məhkəmə prosesinin ləngliyi səbəbilə Maddə 6 § 1-ın pozuntusu baş vermişdir.
(Bax: Janowiec and Others v. Russia [BP], 55508/07 və 29520/09, 21 oktyabr 2013, Məlumat Qeydi 167)
* Başqa işlərlə yanaşı, Şandru and Others v. Romania, 22465/03, 8 dekabr 2009, Məlumat Qeydi 125.
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi
Katibliyin bu xülasəsinə görə Məhkəmə məsuliyyət daşımır.
Presedent hüququnun Məlumat Qeydləri üçün tıklayın
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2015
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə və onun keyfiyyətinə görə heç bir məsuliyyət daşımır. Tərcüməni Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnu təşkil edən işlərin daxil olduğu HUDOC məlumat bazasından () və ya Məhkəmənin razılığı ilə yerləşdirilən istənilən digər məlumat bazasından yükləmək olar. Tərcüməni qeyri-kommersiya məqsədlərilə bu şərtlə yenidən nəşr etmək mümkündür ki, məhkəmə işinin tam adı, yuxarıda göstərilmiş müəllif hüququna dair qeyd və Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fonduna istinad göstərilsin. Tərcümənin hər hansı bir hissəsindən kommersiya məqsədi ilə istifadə etmək nəzərdə tutularsa, bu ünvana müraciət etmənizi xahiş edirik publishing@.
© Council of Europe/European Court of Human Rights, 2015.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2015
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante: publishing@.
Full & Egal Universal Law Academy