© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2013. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə görə heç bir məsuliyyət daşımır. Əlavə məlumat almaq üçün bu sənədin sonunda verilmiş müəllif hüququna dair tam məlumata baxın.
© Council of Europe/European Court of Human Rights, 2013. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2013. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
Məhkəmənin presedent hüququ üzrə 154 saylı Məlumat qeydi
İyul 2012
Reaelien suisse Hərəkatı İsveçrəyə qarşı işi (Mouvement raëlien suisse v. Switzerland [GC]) - 16354/06
Qərar 13.7.2012 [GC]
Maddə 10
Maddə10-1
İfadə azadlığı
Naşirlərin əxlaqsız hərəkətləri səbəbilə və insanları prolestik internet səhifəsinə yönləndirdiyi üçün afişanın ictimai sahədə asılmasının qadağan edilməsi: hüquq pozuntusu olmamışdır
Faktlar – ərizəçi Rael Hərəkatının ölkə nümayəndəliyini təşkil edən və öz məqsədinin yad planetlilər ilə ilkin əlaqəni qurmaq və onlarla yaxşı münasibətlər yaratmaq olduğunu bəyan edən qeyri-kommersiya assosiasiyasıdır. 2001-ci ildə, o, üzərində, digərləri ilə yanaşı, yad planetlilərin üzlərinin və uçan boşqabların şəkilləri və hərəkatın internet səhifəsinin ünvanı və telefon nömrəsi yerləşdirilmiş afişanın asılması üçün polis idarəsindən icazə istəmişdir. Afişanın asılmasına icazə verilməyib və ərizəçinin bütün apelyasiya şikayətləri rədd edilib.
Məhkəmə Palatası 13 yanvar 2011-ci il tarixli qərarında (bax 137 saylı Məlumat Qeydi) dövlət orqanlarının, Clonaid şirkətinin (qanunsuz xüsusi klonlaşdırma xidmətləri təklif edən şirkət) internet səhifəsinə linki, Hərəkat daxilində uşaqların mümkün cinsi istismarı və “geniokratiya”nın (hakimiyyətin yüksək zəkalı şəxslərə verilməsinin vacibliyini nəzərdə tutan doktrina) təbliğini nəzərə alaraq, afişa asmaq üçün ərizəçi assosiasiyaya icazə verilməməsinin zəruri olduğunu hesab etmək üçün kifayət qədər səbəbi olduğuna əsaslanaraq 10-cu Maddənin pozulmadığı barədə qərar vermişdir.
Qanunvericilik – 10-cu Maddə: Ərizəçi assosiasiya ifadə azadlığı hüququndan istifadə edərkən, həyata keçirmək istədiyi afişa kampaniyasının qadağan edilməsi ilə qanunda nəzərdə tutulmuş müdaxiləyə məruz qalmışdır Bu tədbirin cinayətin qarşısının alınması və sağlamlığı, əxlaqı və digər şəxslərin hüquqlarının qorunması kimi məqsədləri olmuşdur.
Hazırkı iş “dövlət orqanları ictimai sahəni ərizəçi assosiasiyaya verərək ona öz ideyalarını afişa kampaniyası vasitəsilə yaymağa icazə verməli idilərmi?” sualını qaldırır. Sözügedən kampaniyanın əsas məqsədi ictimaiyyətin diqqətini dini konnotasiyası yad planetlilər tərəfindən göndərildiyi iddia edilən ismarıcın ötürülməsi olduğu fərz edilən bir qrupun ideya və fəaliyyətinə cəlb etmək və bu məqsədlə, insanları internet səhifəsinin ünvanına yönləndirmək olmuşdur. İnternet səhifəsinin əsas məqsədi insanların diqqətini ərizəçi assosiasiyanın yaradılması məqsədinə cəlb etmək olduğu üçün internet səhifəsi nadir hallarda ictimai və ya siyasi ideyalara istinad etmişdir. Hətta, ərizəçi assosiasiyanın ifadəsi kommersiya reklamının kontekstindən kənara çıxsa da, bu, müəyyən proselistik funksiya daşıdığı üçün kommersiya ifadəsinə daha yaxındır. Buna görə də, Dövlətin mülahizə sərbəstliyi genişdir. Bu səbəbdən, ciddi şəkildə siyasi olmayan afişa kampaniyaları çərçivəsində ictimai reklam lövhələrinin idarə edilməsi bir Dövlətdən digər Dövlətə, hətta, eyni Dövlətin daxilində bir bölgədən digər bölgəyə fərqlənə bilər. Nəticə etibarı ilə, yalnız çox mühüm səbəblər Məhkəməni dövlət orqanlarının qiymətləndirməsini öz qiymətləndirməsi ilə əvəz etməyə sövq edə bilər. Mübahisələndirilən afişanın məqsədi açıq şəkildə insanların diqqətini internet səhifəsinə cəlb etmək olmuşdur: internet səhifəsinin ünvanı “Yad Planetlilərin İsmarıcı” şüarının yuxarısında tünd hərflərlə yazılmışdır. Bununla da, Məhkəmə təkcə afişanı deyil, həm də, internet səhifəsinin məzmununu nəzərdən keçirmişdir.
Məhkəmə nəzarətinin effektivliyinə şübhə etmək üçün heç bir səbəb olmamışdır. İşi araşdıran yerli məhkəmələr insan klonlaşdırması və “geniokratiya”nın təbliği ilə yanaşı Hərəkatın əsər və ideyalarının hərəkatın bəzi üzvləri tərəfindən uşaqların cinsi istismar edilməsinə sövq etməsinin mümkünlüyünü də nəzərə alaraq afişa kampaniyasına icazə verilməsindən imtina edilməsini təfsilatlı şəkildə əsaslandırıblar. Baxmayaraq ki, bu əsasların bəziləri ayrı-ayrılıqda götürüldükdə afişaların qadağan edilməsinə haqq qazandırmır, yerli orqanlar şəraiti tam şəkildə nəzərə alaraq qadağanın vacib olduğunu hesab edə bilərlər. Böyük Palata Palatanın bununla bağlı gəldiyi nəticəni dəyişdirmək üçün heç bir səbəb görmür. Bununla da, yerli orqanların səsləndirdikləri qayğılar aidiyyatlı və kifayət qədər səbəblərə əsaslanmışdır.
Əlavə olaraq, Palata müəyyən etmişdir ki, ərizəçi assosiasiya öz etiqadını digər kommunikasiya vasitələri ilə ifadə etməkdə sərbəst qaldığı üçün mübahisələndirilən tədbirin dairəsi məhdud olub. Ərizəçi assosiasiya Palatanın bu mövqeyinin ziddiyətli olduğunu iddia etmişdir. Palata hesab edib ki, bu ziddiyət zahiridir. Hökumət kimi, Palata da müəyyən edib ki, assosiasiyanın məqsədi və onun bu məəqsədə çatmaq üçün istifadə etdiyi vasitələr arasında fərq qoyulmalıdır. Müvafiq olaraq, hazırkı işdə yuxarıda sadalanan faktlara əsaslanaraq assosiasiyanın özünün qadağan edilməsi qeyri-mütənasib ola bilər. Bununla da, mübahisələndirilən qadağanın afişaların ictimai yerdə asılması ilə məhdudlaşması ərizəçi assosiasiyanın hüquqlarının minimum şəkildə zərər görməsinin təmin edilməsi yoludur. Ərizəçi assosiasiya, xüsusilə, öz internet səhifəsi və vərəqələr (poçt qutusunda yerləşdirilən və ya küçədə paylanan) vasitəsilə, öz ideyalarını yaymağa davam edə bildiyi üçün, mübahisələndirilən tədbir qeyri-mütənasib olmamışdır.
Müvafiq olaraq, dövlət orqanları bu işdə onlara verilmiş mülahizə sərbəstliyini aşmamışdırlar; onların qərarları “aidiyyatlı və kifayət qədər” olan və “təcili sosial ehtiyac”a cavab verən səbəblərə əsaslanmışdır. Məhkəmə işi diqqətlə və Məhkəmənin presedent hüququnun prinsiplərinə uyğun olaraq araşdırmış məhkəmənin sonuncu instansiyasının qiymətləndirməsini öz qiymətləndirməsi ilə əvəz etmək üçün heç bir ciddi səbəb görməmişdir.
Nəticə: hüquq pozuntusu olmamışdır (səkkiz səsə qarşı doqquz səs).
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi
Katiblik tərəfindən hazırlanan bu xülasənin Məhkəmə üçün məcburi hüquqi qüvvəsi yoxdur
Məhkəmənin Presedent Hüququ ilə bağlı Məlumat qeydləri ilə taniş olmaq üçün buraya daxil olun Case-Law Information Notes
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2013
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə və onun keyfiyyətinə görə heç bir məsuliyyət daşımır. Tərcüməni Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnu təşkil edən işlərin daxil olduğu HUDOC məlumat bazasından () və ya Məhkəmənin razılığı ilə yerləşdirilən istənilən digər məlumat bazasından yükləmək olar. Tərcüməni qeyri-kommersiya məqsədlərilə bu şərtlə yenidən nəşr etmək mümkündür ki, məhkəmə işinin tam adı, yuxarıda göstərilmiş müəllif hüququna dair qeyd və Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fonduna istinad göstərilsin. Tərcümənin hər hansı bir hissəsindən kommersiya məqsədi ilə istifadə etmək nəzərdə tutularsa, bu ünvana müraciət etmənizi xahiş edirik publishing@.
© Council of Europe/European Court of Human Rights, 2013.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2013
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante: publishing@.
Full & Egal Universal Law Academy