© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil. Əlavə məlumat üçün sənədin sonunda müəllif hüquqları haqqında qeydə baxın.
© Council of Europe/European Court of Human Rights, 2012. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
Munyos Dias İspaniyaya qarşı (Muñoz Díaz v. Spain), ərizə № 49151/07
08.12.2009-cu il tarixli qərar [III Bölmə]
Maddə 14
Ayrı-seçkilik
Qaraçıların nikahını ailə başçısının itirilməsinə görə pensiya təyin edilməsi məqsədləri üçün tanımaqdan imtina edilməsi: pozuntu baş verib
Faktlar – Ərizəçi qaraçı icmasına mənsub olan İspaniya vətəndaşı idi. 1971-ci ildə o, qaraçı icmasına mənsub olan M.D. ilə nikaha girdi və nikah mərasimi qaraçı adətləri əsasında keçirildi. Onların altı uşağı vardı və bu uşaqların hamısı İspaniyanın dövlət orqanları tərəfindən qeydlərin aparıldığı ailə üzvlərinin qeydiyyatı kitabına salınmışdı. 1986-cı ildə onlara "böyük ailə" statusu verildi. 2000-ci ildə M.D. vəfat etdi. O, on doqquz ildən artıq sosial sığorta haqları ödəmişdi. Ərizəçi ailə başçısının itirilməsinə görə pensiya almaq üçün müraciət etdi, amma müraciəti belə bir əsasa görə rədd edildi ki, onun M.D. ilə nikahı mülki reyestrdə qeydiyyata alınmayıb. 2001-ci ildə bu qərar təsdiq edildi. Ərizəçi əmək məsələləri üzrə məhkəməyə müraciət etdi və bu məhkəmə onun ailə başçısının itirilməsinə görə pensiya almaq hüququna malik olduğunu təsdiq etdi. Amma bu qərar Yüksək Məhkəmə tərəfindən ləğv edildi. Ərizəçi konstitusiya icraatı qaydasında şikayət verdi, 2007-ci il tarixli qərarla bu şikayət rədd edildi.
Hüquqi məsələlər – 1 saylı Protokolun 1-ci maddəsi ilə birgə götürülməklə Konvensiyanın 14-cü maddəsinə riayət edilib-edilməməsi məsələsi: Araşdırılan dövrdə ailə başçısının itirilməsinə görə pensiyaların tənzimlənməsinə gəlincə, Ümumi sosial təminat haqqında Qanunun o vaxtkı redaksiyasında sağ qalan arvadın (ərin) ailə başçısının itirilməsinə görə pensiya almaq hüququ tanınırdı. Lakin bu müddəaya həm milli qanunvericilik, həm də milli məhkəmələrin, o cümlədən Konstitusiya Məhkəməsinin presedent hüququ vasitəsilə əlavə və düzəlişlər edildi.
Ərizəçinin qaraçı adət-ənənələri əsasında nikaha girdiyi 1971-ci ildə İspaniyada katolik kilsəsinin qaydalarında nəzərdə tutulandan fərqli qaydada nikaha girmək üçün katoliklikdən rəsmən imtina etmək lazım idi. Ərizəçinin qaraçı adət-ənənələri əsasında nikaha girməyə razılıq verdiyi 1971-ci ildə ondan kilsə qaydaları əsasında nikaha girməsini tələb etmək olmazdı, çünki bu halda onun din azadlığı hüququ pozulmuş olardı. Əslində 1978-ci il tarixli İspaniya Konstitusiyası qüvvəyə mindikdən sonra ərizəçi konkret olaraq mülki nikah variantını seçə bilərdi. Lakin o, iddia etdi ki, qaraçı adət-ənənələri əsasında bağlanmış nikahın nikah institutundan irəli gələn bütün hüquqi nəticələri doğurduğuna səmimi surətdə inanıb. Ərizəçinin inamının səmimiliyini qiymətləndirmək üçün Məhkəmə onun qaraçı icmasına mənsub olması faktını nəzərə almalıdır, belə ki, bu icmada onun adət-ənənələri əsasında bağlanmış nikahın etibarlılığı heç vaxt şübhə altına alınmayıb, həm də belə nikah dövlət hakimiyyəti orqanları tərəfindən cəmiyyətin ümumi qaydalarına zidd sayılmayıb, hətta onlar ərizəçinin nikahda olan şəxs statusunu müəyyən mənada tanıyıblar. İcmanın oturuşmuş ənənəyə çevrilmiş kollektiv əqidələrinin gücünü nəzərə almamaq olmazdı. Bundan başqa, Avropa Şurasının üzvü olan dövlətlər arasında azlıqların xüsusi tələbatlarını təmin etməyin və onların təhlükəsizliyini, mədəni mənsubiyyətini və həyat tərzini qorumağın zəruriliyini qəbul edən beynəlxalq konsensus formalaşmaqdadır.
Hazırkı işdə ərizəçinin nikahda olan qadın statusuna malik olmasına və bu statusdan irəli gələn bütün hüquqi nəticələrin mövcudluğuna inamını dövlət orqanlarının bu məsələyə münasibəti də gücləndirmişdi, belə ki, onlar onun M.D.-nin arvadı kimi tanımış və ona müəyyən sosial təminat sənədləri, konkret olaraq çoxuşaqlı ailədə həyat yoldaşı və ana kimi qeydiyyata alındığı barədə sənəd vermişdilər, bu isə o demək idi ki, onun xüsusi yardım almaq hüququ və nikahda olması qəbul edilir. Nikahının etibarlı sayıldığına ərizəçinin səmimi inamı (onun faktiki vəziyyətinin dövlət orqanları tərəfindən tanınması bu inamı daha da gücləndirirdi) onda belə bir əsaslı ümid yaratmışdı ki, dövlət orqanları onu M.D.-nin arvadı kimi qəbul edirlər və onunla birlikdə yaratdığı ailəni tanıyırlar. M.D.-nin vəfatından sonra ərizəçinin ailə başçısının itirilməsinə görə pensiya almaq hüququna malik olduğuna ümid etməsi təbii idi. Müvafiq olaraq, ərizəçini ailə başçısının itirilməsinə görə pensiya almaq hüququna malik olan həyat yoldaşı kimi tanımaqdan imtina edilməsi dövlət orqanlarının onun statusunun tanındığını ifadə edən əvvəlki hərəkətlərinə zidd idi. Bundan başqa, ərizəçinin sosial və mədəni mühiti onun inamının səmimiliyi qiymətləndirilərkən nəzərə alınmamışdı. Bununla bağlı qeyd etmək lazımdır ki, Milli azlıqların müdafiəsi haqqında Çərçivə Konvensiyasına əsasən, Konvensiya iştirakçıları milli azlıqlara mənsub olan şəxslərin xüsusi vəziyyətini yetərincə nəzərə almalıdırlar. Bu işin halları ərizəçinin adətən səmimi inamla nikaha girən şəxslərə nisbətən qeyri-mütənasib dərəcədə fərqli rəftara məruz qaldığını aşkara çıxardı. Əmək məsələləri üzrə məhkəmə öz qərarında qüvvədə olan qanunvericiliyi ərizəçinin xeyrinə şərh etdi. Amma Yüksək Məhkəmə qaraçı azlığının spesifik xüsusiyyətlərini nəzərə almadan həmin qərarı ləğv etdi. Yuxarıdakıları nəzərə alsaq, ərizəçiyə və onun qaraçı mənşəli ailəsinə çoxuşaqlı ailə statusu verərək onları ailə qeydiyyatı kitabına daxil etmiş, onu və altı uşağını tibbi yardımla təmin etmiş və onun ərindən 19 ildən artıq sosial sığorta haqları almış İspaniya dövlətinin ailə başçısının itirilməsinə görə pensiya təminatı məsələsində ərizəçinin qaraçı nikahının nəticələrini tanımaqdan imtina etməsi qeyri-mütənasib addım idi.
Nəhayət, Məhkəmə Hökumətin bu arqumentini qəbul edə bilməz ki, ərizəçinin pensiya ala bilməsi üçün mülki nikahını qeydiyyata aldırması kifayət idi. Ayrı-seçkiliyə qarşı 14-cü maddədə təsbit olunmuş qadağa yalnız o halda məna kəsb edir ki, həmin maddədə sadalanan meyarlar baxımından hər bir konkret halda ərizəçinin şəxsi situasiyası olduğu kimi nəzərə alınsın.
Nəticə: pozuntu baş verib (bir səsə qarşı altı səslə).
Maddə 41: Ziyana görə ərizəçinin tələblərinin bütün bəndləri üzrə ümumilikdə 70.000 avro təyin edildi.
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012.
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil; eyni zamanda, Məhkəmə tərcümənin keyfiyyəti ilə bağlı heç bir məsuliyyət daşımır. Tərcümə Avropa İnsan Hüquqları Məhkəməsi HUDOC presedent hüququ bazası () və ya Məhkəmənin onu bölüşmüş olduğu hər hansı digər məlumat bazasından yüklənə bilər. Bu tərcümə qeyri-kommersiya məqsədləri üçün istifadə oluna bilər; bu halda işin tam adına, habelə yuxarıda göstərilən müəllif hüquqları haqqında qeydə və İnsan Hüquqları Etimad Fonduna istinad edilməlidir. Bu tərcümənin hər hansı bir hissəsinin kommersiya məqsədləri ilə istifadə edilməsi üçün publishing@ ilə əlaqə saxlayın.
© Council of Europe/European Court of Human Rights, 2012.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012.
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante : publishing@
Full & Egal Universal Law Academy