İNSAN HÜQUQLARI ÜZRƏ AVROPA MƏHKƏMƏSİ
BİRİNCİ BÖLMƏ
MURADOVA AZƏRBAYCANA QARŞI
(Şikayət № 22684/05)
Q Ə R A R
STRASBURQ
02 APREL 2009-cu il
Bu qərar qətidir, lakin redəktə edilməsi üçün yenidən baxıla bilər. Qərar Konvensiyanın 44-cü maddəsinin 2-ci bəndində göstərilən hallarda qəti olacaq. O,yenidən redəktə edilə bilər.
Muradova Azərbaycana qarşı iş üzrə,
İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi (Birinci Bölmə) aşağıdakı tərkibdə,
Xristos Rozakis, Sədr,
Nina Vaciç,
Anatoli Kovler,
Xanlar Hacıyev,
Din Spilman,
Ciorcio Malinverni,
Qeorqe Nikolau, hakimlər,
və Soren Nilsen, Bölmə Katibi,
12 mart 2009-cu ildə qapalı şəkildə müzakirə edərək, həmin gündə bu qərarı qəbul edir:
PROSEDUR
1. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın («Konvensiya») 34-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşı olan xanım Mahirə Sədrəddin qızı Muradova («ərizəçi») tərəfindən Azərbaycan Respublikasına qarşı verilmiş şikayət üzrə (№ 22684/05) iş 07 iyun 2005-ci ildə başlanılmışdır.
2. Bakıda vəkil işləyən cənab İ.Aşurov ərizəçini təmsil etmişdir. Azərbaycan Hökumətini isə («Hökumət») onun nümayəndəsi Ç.Əsgərov təmsil etmişdir.
3. Ərizəçi, konkret olaraq, iddia etdi ki, o, polis kobudluğuna məruz qalmış və hakimiyyət orqanları hadisə üzrə adekvat istintaqı keçirməmişdir.
4. 02 oktyabr 2006-cı ildə Birinci Bölmənin sədri şikayət barədə Hökuməti məlumatlandırmaq qərarına gəlib. Həmçinin, belə qənaətə gəlinib ki, işin mahiyyəti onun məqbuliyyəti ilə eyni vaxtda araşdırılsın (Konvensiyanın 29-cu maddəsinin 3-cü bəndi).
FAKTLAR
I. İŞİN HALLARI
5. Ərizəçi 1949-cu ildə anadan olub və Bakıda yaşayır.
A. 15 və 16 oktyabr 2003-cü il hadisələri
6. 15 oktyabr 2003-cü il tarixdə Azərbaycanda prezident seçkiləri keçirilib. Müxalifət Musavat partiyasının namizədi seçkilərdə uduzub.
7. Seçki gününün axşamında müxalifət tərəfdarlarının bir qrupu Bakının mərkəzində yerləşən Musavat qərargahının qarşısında toplanaraq, namizədlərinin seçkidəki qələbəsini iddia ediblər. Bu zaman orada müxalifət tərəfdarları ilə təhlükəsizlik qüvvələri arasında müəyyən zorakı toqquşmalar baş verib.
8. 16 oktyabrda günorta təxminən saat 2 radələrində müxalifət tərəfdarlarının bir neçəsi Bakının mərkəzindəki Dövlət Xalça Muzeyi yaxınlığında seçki nəticələrinə etiraz etmək üçün toplaşmağa başlayıblar. Sonradan onlar şəhərin əsas meydanı olan Azadlıq meydanına tərəf hərəkət etməyə başladılar. Məlumat verilib ki, yolda onlardan bəziləri avtomobilləri, binaları, skamyaları və başqa şəhər konstruksiyalarını zədələməyə başladılar. Həmçinin, iddia edilib ki, bu icazəsiz nümayişin təşkilatçıları və müxalifət partiyalarının bəzi liderləri öz tərəfdarlarını zorakılığa təhrik ediblər.
9. Azadlıq meydanında yerləşdirilmiş polis əməkdaşları bəzi nümayişçilər tərəfindən hücuma məruz qalıb. Qısaca sonra, dəbilqələr, sipərlər və dəyənəklərlə təchiz olunmuş ictimai asayişin qorunması üzrə polis dəstəsinin və hərbçilərin geniş sayı meydana gəlib. Vəziyyət sürətli şəkildə camaatla polis arasında ictimai iğtişaşa və zorakı toqquşmalara çevrilib.
10. Təxminən saat 18-də nümayiş dağıdılıb. 16 oktyabr hadisələrində və bundan sonra yüzlərlə insanlar tutulub.
11. Nümayiş dağıldıqda, ərizəçi Azadlıq meydanında olub və gözündən ciddi zədə alıb. Həmin gün ərizəçiyə dəqiq nə olduğu ilə bağlı tərəflər razılığa gələ bilməyiblər.
Faktlar barədə ərizəçinin versiyası
12. Ərizəçiyə görə, Azadlıq meydanında yerləşdirilmiş polis və hərbçilərin sayı nümayişçilərin sayından çox yüksək olub. Polis və hərbçilər gözlənilmədiyi anda, dinc şəkildə dağılma barədə hər hansı tələb və ya digər xəbərdarlıq olmadan, qəfildən nümayişçilərə hücum edib. Onlar həddən artıq qüvvədən istifadə edib və qarşılarına çıxan hər kəsi dəyənəklə vurub. Bir çox insanlar zədələnib və ən azı bir şəxs polis kobudluğu nəticəsində ölüb.
13. Polis və hərbi qüvvələr meydanı tutmağa başladıqda, insanlar çaxnaşnaya düşüb, ona görə ki, onlar meydandan qaçmağa çalışıb. Ərizəçi də qaçmağa çalışıb, lakin, camaat arasından bir nəfər onu arxadan çəkib və o, yerə düşüb. O, başını qaldırıb və qarşısında dəbilqəli duran bir neçə polis əməkdaşını görüb. O, polislərin tərəfinə əlini uzadaraq, onları qalxmağa kömək etməyə çağırıb. Bu anda polislərdən bir nəfər onu dəyənəklə sağ gözündən vurub. Ərizəçi dərhal sağ gözündə görmək qabiliyyətini itirib. Polis onu yenidən vurmağa çalışıb, lakin, o, ikinci zərbədən yayına bilib.
14. Şəxsiyyətləri məlum olmayan bir neçə fərdi şəxslər onu yaxınlıqda yerləşən 259 saylı Aptekə aparıb. Aptekin işçiləri orada artıq olan başqa zədələnmiş insanlara təcili yardım təmin etməyə çalışıb.
15. Bir anda bir neçə əsgərlər aptekə daxil olmaya çalışıb, görünür ki, bu cəhd oradaki insanlara hücum etmək niyyəti daşıyıb, lakin, İ.Q. adlı şəxs və aptekin işçisi bunun qarşısını alıb. Bir az sonra, təcili tibbi yardım gəlib və ərizəçi ilə dörd nəfər başqa zədələnmiş şəxsi təcili tibbi yardım klinikasına aparılıb.
Faktlar barədə Hökumətin versiyası
16. Hökumət bildirib ki, iğtişaş zamanı, iyirmi dinc vətəndaşdan artıq insan zədələnib və ciddi zərər müxtəlif dövlət və xüsusi mülkiyyətə vurulub.
17.Lakin, Hökumət ərizəçinin zədə aldığı hadisəsi barədə ərizəçinin versiyasını mübahisələndirib. Daxili hakimiyyət orqanları tərəfindən aparılmış istintaqa istinadən (bax, aşağıda, C. və D. bölmələri), onlar qeyd edib ki, ərizəçinin zədəsi polis tərəfindən edilməyib və bu zədə ərizəçinin küt obyektin üstünə yıxılması nəticəsində əmələ gəlib.
B. Ərizəçinin aldığı ilkin tibbi müalicə
18. 16 oktyabr 2003-cü ildə, ərizəçi təcili tibbi yardım klinikasına aparılıb. Tibbi kitabçada göstərilib ki, onun diaqnozu «qaemoftalmiya (gözalmasına qan sızma) və sağ gözün zədələnməsi; sab gözüstü çıxıntının yarası» qoyulub. Qeyd edilib ki, ərizəçi «16 oktyabr 2003-cü ildə şəhərdə baş vermiş hadisələr zamanı zədələnib».
19. İlkin müalicəni qəbul etdikdən sonra, 17 oktyabrda ərizəçi oftalmoloqiyada ixtisaslaşmış Göz Xəstəlikləri İnstitutuna köçürülüb. O, «gözalmasının (sağ göz) ağır cırılması, ... qifema (gözün ön örtüyündə qan), qaymoftalmiya, gözüstü çıxıntının xəttli zədələnməsi» diaqnozu ilə qəbul olunub. Ərizəçi həkimlərə bildirib ki, o, zədəni polis dəyənəyin vurulması nəticəsində alıb.
20. 17 oktyabr 2003-cü ildə, ərizəçinin üzərində təcili cərrahiyyə aparılıb. Əməliyyata baxmayaraq, o, sağ gözdə daimi kör olub.
21. 24 noyabr 2003-cü ildə, ərizəçi xəstəxanadan buraxılıb. O, iddia edib ki, bir neçə xəftə sonra sol gözündə görmək qabiliyyəti də sürətli şəkildə pisləşib.
C. Cinayət istintaqı
1. Cinayət şikayəti və ərizəçinin dindirilməsi
22. 24 fevral 2004-cü ildə, ərizəçi Baş Prokurorluğa cinayət şikayəti verərək, onu dəyənəklə vurmuş polisin müəyyən olunmasını və məsuliyyətə cəlb olunmasını tələb edib. Qeyri-müəyyən tarixdə, o, həmçinin, «zərər çəkmiş şəxs» formal statusunun əldə edilməsi üçün vəsatət verib.
23. Bu vaxtadək, Baş Prokurorluq 16 oktyabr 2003-cü ildə baş vermiş ictimai iğtişaşa aid cinayət işini artıq başlamışdır. Görünür ki, bu cinayət işi nümayişçilər tərəfindən törədilməsi ehtimal olunan ictimai qaydaya qarşı cinayətlərlə bağlı olub və sözügedən hadisələrdə polis tərəfindən törədilməsi ehtimal olunan hər hansı cinayətlərə aid olmayıb. Ərizəçinin şikayəti üzrə hər hansı ayrı cinayət işi qaldırılmayıb və onun məktubu yuxarıda qeyd olunmuş cinayət işinin materiallarına əlavə edilib.
24. 13 və 16 mart 2004-cü ildə, ərizəçi şahid («cinayətin qurbanı» kimi deyil) qismində müstəntiq tərəfindən dindirilib. Ərizəçinin ifadəsinə görə, 16 oktyabr 2003-cü ildə, o, dənizkənarı parka (həm Dövlət Xalça Muzeyi, həm də Azadlıq Meydanından yolboyu yerləşib) gedib və qəzet oxumaq üçün skamyaya oturub. Təxminən saat 13:30-da, o, şüarlar bəyan edən və seçki nəticələrinə etiraz edən təqribən 200 nəfər adamı parkda görüb. O, bu qrupa qoşulub, ona görə ki, özü də seçkidən narazı olub. Qrup Dövlət Xalça Muzeyi istiqamətinə və oradan Azadlıq Meydanına yönəlib. Camaatdan təxminən 15-20 nəfər adam yolboyu əşyaları dağıdıb, başqaları isə muzey yaxınlığında dayanan polislər dəstəsinə hücum edib. Ərizəçi və camaatdan digərləri bu hərəkətlərə görə həmin gənc şəxsləri xəbərdarlıq edib. O, Azadlıq Meydanına gəldikdə, bəzi müxalifət liderləri daxil olmaqla orada daha çox insanların artıq toplandığını görüb. O, həmçinin, görüb ki, ictimai asayişin qorunması üzrə polis dəstəsi və hərbçilər ora toplanırdı və meydanın kənarında qruplaşırdı. O, polis və ya hərbçilər tərəfindən dağılmaq və meydanı tərk etmək barədə camaata hər hansı xəbərdarlıqların edilməsini eşitməyib. Qəfildən camaat və polis qüvvələri toqquşdu. Nümayişçilər daşlar, taxtalar və metal hissələri polisə atırdı, sonuncular isə camaatın içərisinə girməklə nümayişçiləri rezin dəyənəklərlə döyürdü. Polis üstünlük əldə etməyə başladıqda, insanlar çaxnaşmaya düşməyə və qaçmağa başladılar.
25. Ərizəçi aşağıdakı kimi, davam edib:
«... Mən evə getmək istəyirdim. Mən ağaclar arasında gəzdikdə (Azadlıq Meydanının künclərinin birində), mənim yanınmdan qaçan insanlar tərəfindən arxadan itələndim və yerə düşdüm. ... Mən dəbilqə və qara geyimdə olan və dəyənəklə sipər saxlayan özümə yaxınlaşan polisi ayağa durmağa kömək etməyə xahiş etdim. Kömək etmək əvəzinə, polis dəyənəklə məni sağ gözümün üstündən vurdu. Mən ağlayaraq gözümdən tutdum və mən ona dedikdə: «Mən neynədim ki, sən məni vurdun?», gördüm ki, o, məni vurmaq üçün yenidən əlini qaldırdı. Bu anda mən onun yanında duran başqa polisin ona nəsə dediyini gördüm və sonra onlar hamısı mənim yanımdan başqa yerə getdi. Mən onların çiyinlərində hər hansı rütbə əlamətlərini görə bilmədim. Mən, məni vuran polisi və onun yanında olan polisi tanıya bilməzdim. Mümkündür ki, yaxınlıqda olan bəzi vətəndaşlar (bu hadisəni) görüblər, lakin, mən bunun şahidi konkret kimin olduğunu bilmirəm. Mən özüm ayaq üstə durdum və ağsıya-ağsıya 259 saylı Aptek istiqamətində getdikdə, tanımadığım yaşlı insan məni əlindən tutdu və aptekə tərəf yola saldı ki, mən tibbi yardım alım. Biz aptekə gəldikdən sonra bu adam getdi. Aptek tamamilə qan içində olub və orada daxildə bir neçə yaralanmış mülki şəxslər olub. Bu anda bir neçə hərbçilər aptekə yaxınlaşıb və pəncərəni döyməyə başlayıb və aptekin işçisi olan boz saçlı yaşlı qadın (onları danladı). Eyni zamanda, televiziya curnalisti olduğu üçün tanıdığım İ.Q. içəridən aptekin qapısını açmağa çalışıb, (çöldə dayanan) hərbçilərdən biri onu dəyənəklə vurmağa çalışıb, lakin, düşməyib. (İ.Q.-nin qapını açmaq və çölə çıxmaq istəyinin səbəbi) ondan ibarət olub ki, o, yaralılar üçün təcili tibbi yardımı çağırmaq niyyətində olub... Bir azdan təcili tibbi yardım bizi xəstəxanaya aparıb... Xəstəxanada, mənim zədələnmiş qaşıma tikişlər qoyuldu və ertəsi gün mən Göz Xətsəlikləri İnstitutuna köçürüldüm... Orada mən 3 saat ərzində əməliyyat olundum... Lakin, əməliyyat kömək etmədi və mənim sağ gözüm tamamilə kör oldu...»
Birinci Tibbi Rəy
26. 21 may 2004-cü ildə, müstəntiq ərizəçinin zədələri barədə məhkəmə-tibbi ekspertizanın keçirilməsi təyin edib. Səhiyyə Nazirliyinin Məhkəmə Ekspertizası və Patoloci Anatomiya Şöbəsi tərəfindən verilmiş 28 iyul 2004-cü il tarixli tibbi rəyə görə («Birinci Tibbi Rəy»), tibbi ekspertiza 24 mart 2004-cü ildə başlayıb və 28 iyul 2004-cü ildə bitib.
27. Birinci tibbi rəy səkkiz səhifəli olub və əsasən ərizəçinin tibbi kitabçasından çıxarışların surətlərindən ibarət olub. İnter alia, rəy zədənin aşağıdakı təsvirini əks etdirib:
«Sağ gözalmasının ölçüsü azalıb və (gözalması) gözün içərisinə enib. Sağ gözün və sol gözün simmetriyası pozulub və pozulmuş vəziyyətdə qalır. Sağ gözün buynuz təbəqəsinin çevrəsi sol gözündəki ilə müqayisədə azalıb. Onun öndəki sferik orması pozulub. Göz buynuzunun yuxarı hissəsində çapıq görünür. Sağ gözün qüzeyi qişasının yumru forması pozulub və ağ maddəni əks etdirir. Sağ gözüstü çıxıntıda 3x0.5sm ölçülü açıq rəngli əyilmiş çapıq vardır.»
28.Əvvəlki tibbi rəylər və diaqnozlar əsasında bu rəy belə nəticəni əks etdirib ki, ərizəçi həqiqətən üzünün bərpa olunmaz deformasiyasında nəticələnən sağ gözdən həyat üçün təhlükəli olmayan, lakin, hər bir halda, səhhətinə ciddi zərərli olan kimi qiymətləndirilmiş zədələr alıb. Qeyd olunub ki, «(mövcud olan materiallar əsasında) istisna edilə bilməz ki, bu zədələr ... 16 oktyabr 2003-cü ildə dar-formalı ağır küt alətlə zərbədən ... ərizəçinin təsvir etdiyi və ya başqa hallarda əmələ gəlib». Lakin, ekspert zədənin səbəbinə aid qəti qənaətə gələ bilməyərək, qeyd edib ki, belə qənaət oftolmoloqiyada ixtisaslaşmış ekspertlərdən ibarət tibbi komissiya tərəfindən edilə bilər.
29. Eyni zamanda, bu tibbi rəyin qəbul olunmasından əvvəl 25 may 2004-cü ildə ərizəçi Baş Prokurora məktub yazaraq, inter alia, şikayət edib ki, tibbi ekspertizanı əmr edən formal prosessual qərarı çıxarmaq əvəzində müstəntiq tibbi ekspertizanın təyin edilməsi barədə onu sadəcə olaraq məktubla məlumatlandırıb. O, həmçinin, şikayət edib ki, təyin olunmuş ekspert ekspertizanı gecikdirmiş və müxtəlif bəhanələrlə onu şəxsən yoxlamaqdan yayınıb. 21 iyul 2004-cü ildə, o, Baş Prokurora başqa məktub yazaraq, həmin şikayətləri təkrarlayıb. Görünür ki, bu məktublardan heç biri cavablandırılmayıb.
30. Ərizəçiyə görə, o, Məhkəmə qarşısında hazırkı iş üzrə Hökumətin qeydlərini qəbul etməkdən əvvəl Birinci Tibbi Rəyi görməyib.
İkinci Tibbi Rəy
31. 13 sentyabr 2004-cü ildə, müstəntiq başqa tibbi ekspertizanın keçirilməsini qərara alıb. Ekspertlərdən, inter alia, xahiş edilib ki, aşağıdakı spesifik suallara cavab versinlər:
«4. M.Muradova tərəfindən sağ gözün görmək qabiliyyətinin itirilməsinin ilkin zədənin və ya sonrakı tibbi müalicə zamanı edilmiş hər hansı səhvlərin nəticəsinin olub-olmaması müəyyən edilsin.
5. M.Muradovanın zədəsinin onun tərəfindən təsvir edilmiş hallarda, yəni hadisə zamanı yerə düşmək nəticəsində və ya polis tərəfindən dəyənəklə vurulmasının nəticəsində edilib-edilməməsi müəyyən edilsin.»
32. 25 oktyabr 2004-cü il tarixli tibbi rəyə («İkinci Tibbi Rəy») görə, bu yoxlanılma 13 sentyabr 2004-cü ildən 22 oktyabr 2004-cü ilədək oftolmoloqiyada ixtisaslaşmış ekspert daxil olmaqla, Səhiyyə Nazirliyinin Məhkəmə Ekspertizası və Patoloci Anatomiya Şöbəsinin dörd ekspertləri tərəfindən aparılıb.
33. İkinci Tibbi Rəy yeddi səhifəli olub. Həmin rəy Birinci Tibbi Rəydən çıxarışların və ərizəçinin tibbi kitabçasının surətlərindən təxminən tamamilə ibarət olub. Qeyd edilib ki, o, həm təcili tibbi yardım klinikasında, həm də Göz Xəstəlikləri İnstitutundan adekvat tibbi müalicəni qəbul edib və tibbi personal hər hansı səhvlər etməyib.
34. Rəyin əsas hissəsi ərizəçinin zədələrinin mümkün səbəblərinə aid hər hansı təhlili əks etdirməyib.
35. Rəyin nəticə hissəsində, verilmiş suallara (bax yuxarıda 31-ci paraqraf) aşağıdakı cavablar verilib:
«4. M.Muradova tərəfindən sağ gözün görmək qabiliyyətinin tam itirilməsi onun tərəfindən çəkilmiş travma nəticəsində yaranıb.
5. M.Muradovada polis dəyənəyinə tipik şəkildə xas olan hər hansı zərər aşkar olunmayıb.»
36. Ərizəçiyə görə, o, Məhkəmə qarşısında hazırkı iş üzrə Hökumətin qeydlərini qəbul etməkdən əvvəl İkinci Tibbi Rəyi görməyib.
Cinayət işinə xitam verilməsi
37. 26 noyabr 2004-cü ildə, müstəntiq cinayət işinə xitam verilməsinə dair qərar qəbul edib.
38. Bu qərara əsasən, ərizəçinin şikayəti ilə bağlı, ərizəçidən başqa, səkkiz şahidlər dindirilib. Bu şahidlərin hamısına ərizəçinin fotoşəkili göstərilib və onlardan heç kəs onu tanımayıb.
39. Şahidlərdən altı nəfər 16 oktyabr 2003-cü ildə icazəsiz nümayişin dağıdılması zamanı Azadlıq Meydanında və ya yaxınlıqda olan polislər olub. Onların hamısı ifadə verib ki, ərizəçini tanımayıblar, özləri onu dəyənəklə vurmayıblar və 16 oktyabr 2003-cü il hadisələrində polis tərəfindən döyülən hər hansı qadın görməyiblər. Onlar, həmçinin, ehtimal ediblər ki, ərizəçi özünün hərəkətləri nəticəsində, yəni Azadlıq Meydanından qaçarkən yıxıldıqda və ya camaat arasında insanlar tərəfindən itələndikdə zədələnib.
40. Qalan iki şahid, A.V. və R.Q. 259 saylı Aptekin işçiləri olub. Onların hər ikisi kişi olub. Onların hər ikisi ifadə verib ki, 16 oktyabr 2003-cü ildə işdə olublar, bu gündə aptekə gətirilmiş hər hansı zədələnmiş qadın görməyiblər, ərizəçini tanımayıblar və ona zədənin yetirilməsini müşahidə etməyiblər.
41. Qərarda, həmçinin, göstərilib ki, 16 oktyabr 2003-cü il hadisələrində Azadlıq Meydanında olan polis və ya hərbçilərdən heç biri tanıtma üçün ərizəçiyə göstərilməyib, ona görə ki, öz ifadəsində ərizəçi göstərib ki, o, iddia olunana görə ona zədə yetirən şəxsi tanıya bilməz.
42. Daha sonra, müstəntiqə görə, İkinci Tibbi Rəydə «göstərilib ki, ... (ərizəçinin zədələri) yıxılma və başının yerdəki küt obyektə dəyməsi nəticəsində əmələ gəlib və polis dəyənəyindən zərbəyə tipik xas olan hər hansı zərər onda olmayıb».
43. Müstəntiq nəticəyə gəlib ki, ərizəçinin polis tərəfindən vurulması müəyyən edilə bilməz və müəyyən olunub ki, ərizəçi zədələri öz hərəkətləri nəticəsində alıb. Müvafiq olaraq, müəyyən edilib ki, hər hansı cinayət törədilməyib və «zərər çəkmiş şəxs» qismində ərizəçinin tanınması vəsatəti rədd olunmalıdır. Bu səbəblərə görə, müstəntiq ərizəçinin iddiaları üzrə istintaqı xətm etməyə qərara alıb.
44. Hökumətə görə, 26 noyabr 2004-cü il tarixli məktubla bu qərarın surəti ərizəçiyə göndərlib. Ərizəçiyə görə, o, bu qərar barədə heç zaman məlumatlandırılmayıb.
D. Mülki iddia
45. Eyni zamanda, 2004-cü ilin martında ərizəçi Səbail rayon məhkəməsində Daxili İşlər Nazirliyinə qarşı mülki iddia qaldıraraq, zədəyə görə maddi kompensasiyanı tələb edib. 15 mart 2004-cü ildə, Səbail rayon məhkəməsi işə mahiyyəti üzrə baxmaqdan imtina edərək, qeyd edib ki, Dövlətə qarşı kompensasiya tələbləri cavabdeh kimi Maliyyə Nazirliyini də əks etdirməli və Nəsimi rayon məhkəməsinə verilməlidir.
46. Qeyri-müəyyən tarixdə ərizəçi Nəsimi rayon məhkəməsinə mülki iddiasını verərək, Daxili İşlər Nazirliyini və Maliyyə Nazirliyini cavabdehlər kimi göstərib və zədəsinə görə kompensasiya tələb edib.
47. 18 may 2004-cü il tarixli məktubla, Baş Prokurorluq Nəsimi rayon məhkəməsini məlumatlandırıb ki, ərizəçinin iddiaları üzrə cinayət istintaqı hələ davam edir.
48. 07 iyun 2004-cü ildə, Nəsimi rayon məhkəməsi birinci iclasını keçirib və ərizəçinin və cavabdehlərin dəlillərini dinləyib. Ərizəçi zədəyə gətirib çıxaran hadisənin öz versiyasını bildirib və öz tələbini təkrarlayıb. Birinci cavabdeh, Daxili İşlər Nazirliyinin nümayəndəsi bildirib ki, ərizəçi istintaq orqanı tərəfindən hazırda araşdırılan cinayət şikayəti verib. O, daha sonra, iddia edib ki, 16 oktyabr 2003-cü il hadisələrində polis camaata qarşı qüvvədən istifadə etmək hüququna malik olub, ona görə ki, nümayiş qanunsuz olub və onun iştirakçıları ictimai iğtişaşa səbəb olub. Hər bir halda, o, bildirib ki, polis ərizəçiyə hər hansı zədələr yetirməyib və onun iddiaları əsassız olub. Maliyyə Nazirliyinin nümayəndəsi bildirib ki, o, birinci cavabdehin dəlilləri ilə razıdır.
49.18 iyun 2004-cü ildə, Nəsimi rayon məhkəməsi ərizəçinin xeyrinə ifadə verən üç şahidin şifahi ifadələrini dinləyib.
50. Cənab İ.Q. (yuxarıda 25-ci paraqrafda göstərilmiş ifadəsində ərizəçinin qeyd etdiyi şəxs) aşağıdakı kimi ifadə verib (protokol dindirilmə zamanı tərəflərin nümayəndələrinin verdiyi sualları əks etdirmir, lakin, bu suallara şahidlərin cavablarını göstərir):
«16 oktyabr 2003-cü ildə, mən, gözündən yaralanmış M.Muradovanı 259 saylı Aptekdə gördüm. Bu zaman, bəzi polislər aptekə daxil olmağa çalışıb və mən qapını açmağa çalışdıqda, onlar məni vurmaq istəyib. Mən M.Muradovanın kim tərəfdən vurulduğunu görmədim və bununla bağlı heç bir şey deyə bilmərəm.
(Ərizəçinin nümayəndəsinin suallarına cavablar:)
- Xeyr, mən iddiaçı M.Muradovanın polis tərəfindən vurulmasını görməmişəm.
- Bəli, M.Muradova yaralanıb, mən həmin gün təcili tibbi yardım çağırdım.
- Bəli, mən M.Muradovanı Azadlıq Meydanında gördükdə, onun gözü artıq çıxarılmışdır və onun üzü qan içində olub.
- Bəli, mən aptekin qapısını açdıqda, (onlar) məni vurmağa çalışıb, lakin, mən tez qapını örtməklə zərbədən yayındım.
(Cavabdehin nümayəndəsinin suallarına cavab:)
- Xeyr, mən iddiaçı M.Muradovanın polis tərəfindən vurulduğunu görməmişəm.»
51. Xanım A.A. aşağıdakı kimi ifadə verib:
«16 oktyabr 2003-cü ildə, günorta təxminən saat 2-də insanlar Azadlıq Meydanında yığışmağa çalışıblar. Bu zaman mən (Azadlıq Meydanında yerləşən) Hökumət Evinin yanında olmuşam və mən, hər hansı xəbərdarlınq olmadan, Azadlıq Meydanında yığışmış insanlara polis və xüsusi qüvvələr tərəfindən hücum olunduğunu və onların dəyənəklə döyüldüyünü gördüm. Mən həmin gün orada olmuşam və adını sonra öyrəndiyim iddiaçını (camaat) tərəfindən itələmə nəticəsində yerə yıxıldığını və qara geyimdə qoruyucu dəbilqələrlə başlarında və dəyənəklərlə əllərində olan polisləri görmüşəm. O (ərizəçi), bu polislərə tərəf əllərini uzadıb və qalxmağa kömək istəyib, lakin, polislərdən biri onu gözündən dəyənəklə güclü vurub. Polis onu yenidən vurmaq istədikdə, o, başını çəkməklə zərbədən yayınıb. Sonradan bəzi vətəndaşlar onu yaxınlıqdaki 259 saylı Aptekə aparıb. Aptekdə ona müəyyən təcili tibbi yardım göstərilib və bundan sonra, o, aptekdəki başqa zədələnmiş şəxslərlə birgə təcili tibbi yardım xidməti tərəfindən xəstəxanaya aparılıb.
(Ərizəçinin nümayəndəsinin suallarına cavablar:)
-Bəli, mən 16 oktyabr 2003-cü il tarixdə Azadlıq Meydanında yığışmış adamlar arasında olmuşam.
-Bəli, əvvəl tanımadığım M.Muradova həmin gün orada olub.
-Bəli, 16 oktyabr 2003-cü ildə mən gördüm ki, M.Muradova yerə düşüb və polislərdən biri onu əlindəki dəyənəklə vurub.
-Bəli, M.Muradovanın gözü polis əməkdaşının zərbəsi nəticəsində zədələnib.
-Bəli, ona yaxınlıqdaki «Yaşıl aptekdə» tibbi yardım göstərilib və sonradan, o, təcili tibbi yardım tərəfindən xəstəxanaya aparılıb.
(Cavabdehin nümayəndəsinin suallarına cavab:)
-Xeyr, mən M.Muradovanı vurmuş polisi tanıya bilmərəm.
-Bəli, mən (Q.Q.-ni) əvvəllər tanıyırdım, lakin, mən M.Muradovanı ilk dəfə (Azadlıq Meydanında) gördüm.»
52. Xanım Q.Q. aşağıdakı kimi ifadə verib:
«Mən iddiaçını əvvəllər tanımırdım. Mən 15 oktyabr 2003-cü ildə prezident seçkisi zamanı 246 saylı seçki məntəqəsində müşahidəçi olmuşam. 16 oktyabr 2003-cü ildə, günorta saat təxminən 2-3 radələrində, Azadlıq Meydanı yanında, mən M.Muradovanı yıxıldıqda və müəyyən maskalı dəyənəklərlə polisləri onu vurmamağa xahiş etdiyini, lakin, onlardan birinin M.Muradovanı dəyənəklə vurduğunu və, bunun nəticəsində, onun gözünün zədələndiyini gördüm. Mən «Yaşıl aptekdən» (ərizəçi üçün) dərman aldım.
(Ərizəçinin nümayəndəsinin suallarına cavablar:)
-Bəli, 16 oktyabr 2003-cü ildə, mən sonradan adını bildiyim M.Muradovanı Azadlıq Meydanında yerə düşdüqdə gördüm.
-Xeyr, mən əvvəllər M.Muradovanı tanımırdım.
-Bəli, bir nəfər kişi M.Muradovanı gətirdi, mən gördüm ki, onun gözündən qan gəlirdi.
(Cavabdehin nümayəndəsinin suallarına cavab:)
-Bəli, mənə deyilib ki, M.Muradova üçün zəruri dərmanlar yaxınlıqdakı «Yaşıl aptekdə» mövcud olub.»
53. Həmin gün, 18 iyun 2004-cü ildə, Nəsimi rayon məhkəməsi qətnaməsini qəbul edərək, ərizəçinin tələbini təmin etməmişdir. Tibbi qeydləri nəzərə alaraq, məhkəmə qeyd edib ki, ərizəçi gözündən zədələnib. Lakin, məhkəmə hesab edib ki, o, zədənin polis tərəfindən yetirilməsi barədə iddiasını əsaslandıra bilməyib. Xüsusən, məhkəmə şahid ifadəsini aşağıdakı kimi qiymətləndirib:
«Məhkəmə araşdırılması zamanı, şahid qismində məhkəmə tərəfindən dinlənilmiş xanım Q.Q. bildirib ki, M.Muradovanı əvvəllər tanımayıb. ... 16 oktyabr 2003-cü ildə, günorta saat təxminən 2-3 radələrində, o, görüb ki, M.Muradova yerə yıxılıb və əllərində dəyənəklər olan maskalı polislərdən onu vurmamağı xahiş edib. Lakin, polislərdən biri M.Muradovanı dəyənəklə vurub. Nəticədə, M.Muradova gözündən zədələnib. (Şahid) M.Muradova üçün müəyyən dərmanları «Yaşıl aptekdən» alıb.
Şahid, xanım A.A. oxşar izahat verib.
Şahid, cənab İ.Q. izahat verib ki, 16 oktyabr 2003-cü ildə, o, M.Muradovanı zədələnmiş gözlə 259 saylı Aptekdə görüb. ... O, ərizəçini kimin tərəfindən vurulduğunu görməyib.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər tərəf öz tələb və etirazının təsdiqi üçün etdiyi hər hansı iddiaları sübut etməlidir.
Məhkəmə araşdırılması zamanı, M.Muradova özünün məhkəmə tələbində etdiyi iddiaları sübut edə bilməyib.
Məhkəmə hesab edir ki, məhkəmə araşdırılması zamanı dinlənilmiş şahidlərin izahatları ərizəçinin tələbinin təmin olunması üçün əsas ola bilməz.
Yuxarıdakıları nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, iddia əsassız kimi rədd olunmalıdır.»
54. 17 sentyabr 2004-cü ildə, Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin qətqaməsini qüvvədə saxlamaqla, hər hansı əlavə araşdırma aparmadan, qeyd edib ki, ərizəçi öz iddialarını sübut edə bilməyib.
55. 02 fevral 2005-ci ildə, Ali Məhkəmə aşağı məhkəmələrin qərarlarını qüvvədə saxlayıb.
II.MÜVAFİQ DAXİLİ QANUNVERİCİLİK
A. Gücdən istifadə
«Polis haqqında» 08 oktyabr 1999-cu il tarixli Qanun
56. İnter alia, qiyam və ya kütləvi iğtişaşlar baş verdikdə, polis əməkdaşı xüsusi vasitələri tətbiq edə bilər (26-cı maddənin II hissəsi). Dəyənəklər, əl-qolu bağlama vasitələri, gözyaşardıcı qazlar, rezin güllələr, suatan və sair vasitələr «xüsusi vasitələr» kimi müəyyən edilib. Fiziki qüvvənin, xüsusi vasitələrin və ya odlu silahın tam zəruri hallarda tətbiqi yaranmış təhlükəyə mütənasib olmalıdır. Fiziki qüvvənin, xüsusi vasitələrin və ya odlu silahın tam zəruri hallarda tətbiqi zamanı hər hansı şəxsin həyatdan məhrum edilməsi yaşamaq hüququnun pozulması kimi qiymətləndirilə bilməz (26-cı maddənin VI hissəsi). Polis əməkdaşı tərəfindən fiziki qüvvənin, xüsusi vasitələrin, odlu silahın tətbiq edildiyi hər bir halda müvafiq polis orqanında xidməti yoxlama aparılmalı və fiziki qüvvənin, xüsusi vasitələrin, odlu silahın qanunauyğunluğu barədə müvafiq rəy verilməlidir (26-cı maddənin VII hissəsi). Qüvvənin qanunsuz tətbiqinə yol verən polis əməkdaşı müvafiq qanunvericiliyə əsasən məsuliyyət daşıyır (26-cı maddənin IX hissəsi).
57. Polis əməkdaşı fiziki qüvvəni, xüsusi vasitələri və odlu silahı yalnız son zərurət və ya zəruri müdafiə vəziyyətində, bütün digər təsir imkanlarından istifadə lazımi nəticə verməkdikdə, hüquqpozmanın ağırlıq dərəcəsindən və ya onu törədənin şəxsiyyətindən asılı olaraq tətbiq etməlidir (27-ci maddənin I hissəsinin 1-ci bəndi). Fiziki qüvvənin, xüsusi vasitələrin, odlu silahın tətbiqi nəticəsində zərərçəkənlərə tibbi yardımın göstərilməsi təmin olunmalıdır (27-ci maddənin I hissəsinin 5-ci bəndi). Fiziki qüvvə, xüsusi vasitələr və odlu silah tətbiq etdiyi hallar barəsində polis əməkdaşı dərhal müvafiq polis orqanına yazılı məlumat verməlidir (27-ci maddənin I hissəsinin 7-ci bəndi). Müvafiq prokuror da 24 saat ərzində qüvvədən belə istifadə barədə məlumat almalıdır (27-ci maddənin I hissəsinin 8-ci bəndi).
«Daxili qoşunların statusu haqqında» 08 fevral 1994-cü il tarixli Qanun
58. Hərbi qulluqçular fiziki qüvvəni, xüsusi vasitələri, silahı və ya döyüş texnikasını tətbiq etmək niyyəti barəsində xəbərdarlıq etməli, bu zaman öz tələblərinin yerinə yetirilməsi üçün kifayət qədər vaxt verməlidirlər. Lakin, bu cür xəbərdarlığın yersiz və ya qeyri-mümkün olduğu halda yaxud da qüvvədən istifadədə ləngitməyin insan həyatına və ya başqa ciddi nəticələrə təhlükə yaratdıqda, istisnalar edilir. Hərbi qulluqçular bədən xəsarəti almış şəxslərə həkiməqədər yardım göstərilməsini təmin etməlidirlər və qüvvədən istifadə nəticəsində bütün yaralanma və ya ölüm halları barəsində müvafiq prokuroru məlumatlandırmalıdırlar. Hərbi qulluqçuların öz səlahiyyətini aşaraq qüvvədən istifadə etməsi müvafiq qanunvericiliyə əsasən məsuliyyətə səbəb olur (19-cu maddə).
59. Zərurət olduqda, kütləvi iğtişaş zamanı aşağıdakı xüsusi vasitələr istifadə oluna bilər: rezin dəyənəklər, gözyaşardıcı qaz, yayındırıcı təsir göstərən işıq-səs vasitələri, suvuranlar, zirehli maşınlar və xidməti itlər (21-ci maddə).
B. Cinayət prosesi
60. Cinayət Prosessual Məcəlləsinin («CPM») 39.1.1 və 41.1-ci maddələrinə əsasən cinayət hadisəsi olmadıqda, cinayət işi başlanılmamalıdır, başlanılmış cinayət işinə isə ibtidai araşdırmanın istənilən mərhələsində xitam verilməlidir.
61. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində fiziki şəxsə birbaşa mənəvi, fiziki və ya maddi ziyan vurulmasına kifayət qədər əsaslar olduqda o, «zərər çəkmiş şəxs» qismində tanınır (87.1-ci maddə). Cinayət işi başlanan anda şəxsi zərər çəkmiş şəxs qismində tanımağa əsaslar kifayət deyilsə, həmin qərar kifayət qədər əsaslar müəyyən edilən kimi dərhal (təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə) qəbul olunur (87.4-cü maddə).
62. «Zərər çəkmiş şəxs» qismində tanınan şəxs, inter alia, aşağıdakı prosessual hüquqlara malikdir: cinayət işinə materiallar təqdim etmək; məhkəmə istintaqı başlananadək hər an onun xüsusi ittihamçı qismində tanınmasını tələb etmək; cinayət prosesini həyata keçirən orqanların hərəkətlərinə qarşı öz etirazını bildirmək; vəsatətlər vermək; işin materiallarındakı protokollar və sənədlərlə tanış olmaq; cinayət prosesini həyata keçirən orqanın prosessual qərarları (cinayət işinə xitam verilməsi barədə qərar daxil olmaqla) barədə məlumat almaq və onların surətlərini əldə etmək; prosessual hərəkətlər və ya qərarlardan şikayətlər vermək və s. (87.6-cı maddə). Bundan fərqli olaraq, şahid qismində işdə iştirak edən şəxs yalnız özünə aid protokol və sənədlərlə tanış olmaq hüququna malikdir (95.6.8-ci maddə).
63. Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərdən və ya qərarlarından cinayət prosesinin iştirakçıları (CPM-də göstərilmiş işlərdə belə araşdırmalarda iştirak edən başqa şəxslər) tərəfindən şikayət verilə bilər. Təhqiqatçının və ya müstəntiqin hərəkətlərindən və ya qərarlarından şikayət ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, sonuncunun hərəkətlərindən və ya qərarlarından şikayət isə tabeçilik üzrə yuxarı prokurora verilə bilər (122.2.1 və 122.2.2-ci maddələr). CPM-in 449.3-cü maddəsində göstərilmiş (təhqiqatçının, müstəntiqin və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun) prosessual hərəkətləri və ya qərarları müəyyən növləri birbaşa məhkəmə nəzarətini keçirən məhkəməyə şikayət edilə bilər (122.2.3-cü maddə).
64. Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından aşağıakı şəxslər birbaşa məhkəmə nəzarətini keçirən məhkəməyə şikayət vermək hüququna malikdirlər: (1) təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi; (2) zərər çəkmiş şəxs və onun nümayəndəsi; (3) qərarın qəbul edilməsi və ya hərəkətin aparılması nəticəsində hüquqları pozulan digər şəxslər (449.2-ci maddə). Cinayət işinə xitam verilməsi barədə qərardan, inter alia, məhkəmə nəzarətini keçirən məhkəməyə şikayət verilə bilər (449.3.5-ci maddə).
65. CPM-in 264-272-ci maddələri ekspertizaların keçirilməsi qaydasını nəzərdə tutur. Xüsusən, 268.1.4-cü maddə nəzərdə tutur ki, cinayət törətməkdə şübhəli bilinən və ya təqsirləndirilən şəxs, inter alia, «alternativ ekspertizanı» aparmaq və belə ekspertizanın nəticələrinin cinayət işinə əlavə olunmasını tələb etmək hüququna malikdir.
C. Mülki proses
66. 2000-ci il tarixli Mülki Prosessual Məcəlləsinin («MPM») 77.1-ci maddəsinə əsasən, mülki iş üzrə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
67. MPM-in 254.1.4-cü maddəsinə əsasən, Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət və ya inzibati qaydada baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa, hakim mülki icraatı dayandırmalıdır.
68. MPM-in 265.4-cü maddəsinə əsasən, məhkəmə işə baxarkən, tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir.
III. MÜVAFİQ BEYNƏLXALQ HESABATLAR VƏ SƏNƏDLƏR
A. BMT tərəfindən qəbul olunmuş qüvvədən istifadə üzrə əsas prinsiplər
69. Hüquq-mühafizə orqanlarının əməkdaşları üçün davranış Kodeksindən (BMT-nin Baş Assambleyasının 17 noyabr 1979-cu il tarixli 34/169 saylı Qətnaməsi) müvafiq çıxarışlarda deyilir:
Maddə 3
«Hüquq-mühafizə orqanlarının əməkdaşları qüvvədən yalnız ciddi zərurət olduqda və öz vəzifələrinin həyata keçirilməsi üçün tələb olunan dərəcədə istifadə edə bilərlər.»
Maddə 5
«Hüquq-mühafizə orqanlarının heç bir işçisi işgəncənin və ya başqa qəddar, qeyri-insani yaxud da alçaldıcı rəftarın və ya cəzanın hər hansı hərəkətini yetirə, təhrik edə və ya buna dözə bilməz, nə də hüquq-mühafizə orqanının hər hansı işçisi rəhbərliyin əmrini və ya müharibə vəziyyətini yaxud da müharibə təhlükəsini, milli təhlükəsizliyə təhdidi, daxili siyasi qeyri-sabitliyi yaxud hər hansı başqa ictimai narahatlıq kimi müstəsna halları işgəncəyə və ya başqa qəddar, qeyri-insani yaxud da alçaldıcı rəftara və ya cəzaya haqq qazandıran səbəb kimi istinad edə bilməz.»
70. Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən qüvvədən və odlu silahdan istifadəyə dair Əsas Prinsiplərdən (Cinayət qarşısının alınması və cinayətkarlarla rəftar barədə 8-ci BMT Konqresi tərəfindən qəbul olunub, Qavana, Kuba, 27 avqust-07 sentyabr 1990-cı il) müvafiq çıxarışlarda deyilir:
«... 2. Hökumətlər və hüquq-mühafizə orqanları mümkün qədər geniş vasitələr təchizatını hazırlayır və ictimai qaydanı qoruyan vəzifəli şəxsləri qüvvəni və odlu silahı fərdi yanaşma əsasında tətbiqinə imkan verən müxtəlif silah və döyüş sursatlarla təmin edirlər. Bunların sırasına müvafiq vəziyyətlərdə öldürə və ya yaralaya bilən vasitələrin istifadə dairəsini daha da darlaşdırmaq məqsədilə tətbiq edilən ölümə gətirib çıxarmayan, lakin, neytralaşdıran silah növləri daxildir. Eyni məqsədlərlə, həmçinin, silahın hər hansı növünün istifadəsi zərurətini azaltmaq üçün ictimai qaydanın qorunması üzrə vəzifəli şəxsləri onların özlərinin müdafiəsi üçün sipərlər, dəbilqələr, zirehli nəqliyyat vasitələri kimi təchizatla təmin etmək imkanı olmalıdır.
3. Kənar şəxslərə zərərin vurulması təhlükəsini minimuma endirmək məqsədilə ölümə gətirib çıxarmayan, lakin, neytralaşdıran silah növlərinin hazırlanması və istifadəsi məsələsinə hərtərəfli baxılmalı və belə silahlardan istifadə ciddi nəzarətdə olmalıdır.
4.Hüquq-mühafizə orqanlarının əməkdaşları öz vəzifələrini həyata keçirərəkən, qüvvədən və ya odlu silahdan məcburi tətbiqindən əvvəl, mümkün qədər, qeyri-zorakı vasitələrdən istifadə edir. Onlar qüvvəni və odlu silahı yalnız o halda tətbiq edə bilər ki, başqa vasitələr səmərəsiz olsun və ya lazımi nəticəyə nail olmaq üçün hər hansı ümidi verməsin.
5. Qüvvənin və ya odlu silahın istifadəsinin qaçılmaz olduğu hər bir halda, hüquq-mühafizə orqanının əməkdaşı:
a) qüvvədən belə istifadədə dözümlüyü göstərir və hüquq pozuntusunun ciddiliyindən və nail edilməli olan qanuni xədəfdən irəli gələrək hərəkət edir;
b) zərərin və yaraların yetirilməsinin mümkünlüyünü minimuma endirir və insan həyatını qoruyur;
c) hər hansı yaralanmış və zərər çəkmiş şəxslərə ən qısa müddətdə tibbi və digər yardımın göstərilməsini təmin edir;
d) yaralanmış və ya zərər çəkmiş şəxsin qohumlarının və ya yaxın dostlarının mümkün qədər qısa müddətdə məlumatlandırılmasını təmin edir;
6. Hüquq-mühafizə orqanı əməkdaşı tərəfindən qüvvədən və ya odlu silahdan istifadə yaranlanmaya və ya ölümə gətirib çıxarsa, onlar 22-ci prinsipə müvafiq olaraq bu barədə rəhbərliyə dərhal məlumat verir.
7. Hökumətlər təmin edir ki, hüquq-mühafizə orqanın əməkdaşları qüvvədən və ya odlu silahdan özbaşına və ya pis niyyətli istifadə etdikdə, bu, onların qanunları ilə cinayət əməli kimi cəzalandırılsın.
8. Daxili siyasi qeyri-sabitlik və ya hər hansı başqa fövqəladə ictimai vəziyyət kimi müstəsna hallar bu Əsas prinsiplərdən istənilən kənara çıxmaya haqq qazandıra bilməz.
... 22. Hökumətlər və hüquq-mühafizə orqanları yuxarıda 6 və 11 (f) prinsiplərində göstərilmiş bütün hadisələrə aid raportların təqdim edilməsi və araşdırılmasının səmərəli qaydalarını müəyyən edir. Hazırkı prinsiplərə uyğun olaraq raportları təqdim olunmuş hadisələr üzrə Hökumətlər və hüquq-mühafizə orqanları araşdırmanın səmərəli prosesinin əlçatan olmağını və zəruri hallarda, müstəqil inzibati və ya cinayət təqibini keçirən orqanlar tərəfindən öz səlahiyyətlərini həyata keçirmək mövqeyində olduğunu təmin etməlidirlər. Ölüm və ciddi zədələnmə yaxud da başqa ağır nəticələr hallarında, inzibati və ya məhkəmə nəzarətinə cavabdeh olan səlahiyyətli orqanlarına təfsilatlı raport dərhal təqdim olunmalıdır.
23. Qüvvədən və odlu silahdan istifadəyə məruz qalmış şəxslər və ya onların nümayəndələri məhkəmə araşdırılması daxil olmaqla müstəqil prosesə müraciət etmək imkanına malik olmalıdırlar. Belə şəxslərin öldüyü halda, bu müddəa müvafiq olaraq onların ailə üzvlərinə tətbiq edilməlidir.
24. Hökumətlər və hüquq-mühafizə orqanları təmin etməlidirlər ki, rəhbər əməkdaşlar, tabeçelikdə olan əməkdaşlar tərəfindən qüvvədən və silahdan qanunsuz istifadəyə əl atılmasını və ya artıq atıldığını bildiyi və ya bilməli olduğu halda, və belə istifadənin qarşısını almaq, onu dəf etmək və ya bu barədə məruzə etmək üzrə səlahiyyətlərində olan bütün tədbirləri görmədikdə, məsuliyyətə cəlb edilsinlər.»
B. Beynəlxalq orqanlar və insan hüquqları QHT-lərinin hesabatları
71. Azərbaycanda demokratik təsisatların fəaliyyətinə dair Avropa Şurasına üzv Dövlətlər tərəfindən Öhdəliklərə riayət edilməsi üzrə Komitənin (Monitorinq Komitəsi) həm-məruzəçiləri cənab Qrossun və cənab Martines Kasanın Hesabatının müvafiq çıxarışlarında (12 yaenvar 2004-cü il, Doc. 10030) deyilir:
«D. Post-seçki hadisələri
34. Seçki günü günortasının erkən vaxtından təhlükəsizlik qüvvələri Musavatın qərargahının ətrafında geniş yerləşiblər. Axşam Musavat partiyasının tərəfdarları partiyanın ofisinin qarşısında toplaşıb və bu nümayiş, hakimiyyət orqanları tərəfindən icazəli olmasa belə, daha çox dinc kimi təsvir olunub. Seçki məntəqələrinin bağlanılmasından qısa vaxt sonra, Musavat tərəfdarları partiyanın liderinin qələbəsini elan ediblər. Müəyyən iğtişaş başlanıb və nümayiş polis tərəfindən güclü əzilib. Partiya rəsmilərini həbs etmək üçün partiyanın qərargahına daxil olmaq zərurətini iddia edərək, təhlükəsizlik qüvvələri etirazçılara qarşı qüvvədən istifadə etməyə başlayıb və zorakı döyüş başlamışdır.
35. Ertəsi gün ilkin yekun nəticələr elan edildikdə, Musavat partiyası onları qeyri-realistik və saxtalaşdırılmış olduğunu bəyan edib və paytaxtın əsas meydanında nümayiş keçirməyə çağırıb. Nümayiş vaxtı, nümayişçilər polis avtomobilini oğurlayıb və polislərə qarşı hücum edərək, bir polis əməkdaşını öldürüblər. Sonra baş vermiş toqquşmalarda, həm nümayişçilərdən, həm də polislərdən bir neçə şəxs ciddi yaralanıb. Bir neçə başqa mənbələr göstərib ki, toqquşmalar zamanı dörd nəfər ölüb.»
72. Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (OSCE/ODİHR/ATƏT) Demokratik Təsisatlar və İnsan Hüquqları Ofisinin 2003-2004-cü illərdə Azərbaycanda Mühakimə Monitorinqi Layihəsindən Hesabatdan (04 fevral 2005-ci il) müvafiq çıxarışlarda deyilir:
«Seçkilərin nəticəsindən dərhal sonra, 15 və 16 oktyabrda təhlükəsizlik qüvvələri ilə nümayişçilər arasında Bakıda zorakı toqquşmalarda ifadə olunan nümayişlər baş verib.
15 oktyabr axşam vaxtı Musavat partiyasının qərargahının qarşısında, ATƏT-in Seçkiləri Müşahidi Missiyası polis tərəfindən müxalifətin dinc tərəfdarlarına hücum etdiyinin şahidi olub. 16 oktyabrda, bir neçə min nümayişçilər və müxalifət tərəfdarları Bakının mərkəzində Azadlıq Meydanında oğurlanmış hesab etdikləri seçkiyə etiraz etmək üçün toplaşıblar.
Meydana yol üstündə nümayişçilər tərəfindən binaların və avtomobillərin dağıdılması və metal alətlərlə və daşlarla polisə hücum etdiyi müşahidə olunub. Meydanda polislər sürətli şəkildə camaatı dağıtmaq üçün qarşısı alınmayan qüvvədən istifadə edən polis və təhlükəsizlik qüvvələri mühasirə yaradıb. Təhlükəsizlik qüvvələri, həbs edildikdən sonra və sahədən qaçdıqları üçün artıq hər hansı təhlükə törətməyən nümayişçiləri döyən vaxtı müşahidə olunub. Video yazılar nümayişçiləri dağıtmaq üçün hökumət qüvvələrinin tətbiq etdiyi qüvvədən və kobudluqdan həddən artıq istifadənin ölçüsünə sübutu təmin edir.
Zorakılıq həbs dalğası ilə davam olunub. Rəsmilərə görə, həbs olunmuş şəxslər zorakı hərəkətlərdə iştirak etmiş və zorakılığı təşkil etməyə görə məsuliyyət daşıyan şəxslər olub. ... Daxili İşlər Naziri məlumat verib ki, 600-dən artıq şəxs zorakı toqquşmalardan sonra həbs olunub. ...
Seçkilərlə bağlı həbs olunmuş şəxslərin əksəriyyəti sonradan ittiham olunmadan azad olunub. Ümumilikdə, 129 şəxs post-seçki toqquşmalarla bağlı cinayət ittihamına məruz qalıb, onlardan 125 isə bu hesabatın hazırlandığı vaxtda mühakiməyə verilib. ...
Bu hesabatın yazıldığı vaxtda, ATƏT polis əməkdaşlarına və ya başqa dövlət rəsmilərinə qarşı kobudluq və ya nümayişçilərə qarşı həddən artıq qüvvənin istifadəsinə görə ittiham olunmasının hər hansı işi barədə xəbərsiz olub.»
73. İnsan Hüquqları üzrə Beynəlxalq Helsinki Federasiyasının 2003-cü il tarixi Hesabatından müvafiq çıxarışda deyilir:
«15 oktyabrın axşam vaxtı və ertəsi gün, polislə (və hərbçilərlə) nümayişçilər arasındakı toqquşmalar kütləvi zorakı münaqişəyə çevrilib, ona görə ki, müxalifət etibarsız seçkilərə etiraz edib. Polis və hərbçilər nümayişçilər üzərində gözyaşırdıcı qazdan, rezin güllələrdən, xidmətçi itlərdən və dəyənəklərdən istifadə edərək, Azadlıq Meydanını mühasirəyə alıb. Nümayişçilər, hətta yerə yıxıldıqda, kobud döyülüb, insanlar, eləcə də media üzvləri zədələnib. Bir çox polis əməkdaşları da zədələnib. Bu hesabatın yazıldığı vaxt zərər çəkmiş şəxslər hələ aydın deyildir: mənbələrdən asılı olaraq, ikidən dördədək ölümlər, eləcə də beş yaşlı uşaq daxil olmaqla onlarla yaralanlar barədə məlumat verilib. Azərbaycan hakimiyyət orqanları bildirib ki, kütləvi iğtişaş müxalifət liderləri tərəfindən Azərbaycanda sabitliyi pozmaq niyyəti ilə təhrik olunub, lakin, bir çox hesabatlara görə, polisin hərəkətləri təhrik olunmayıb.»
74. İnsan Hüquqları üzrə Beynəlxalq Helsinki Federasiyasının 2004-cü il tarixi Hesabatından müvafiq çıxarışda deyilir:
«16 oktyabrda, müxalifət fəalları Bakının mərkəzində Azadlıq Meydanında icazəsiz nümayiş keçirməyə cəhd edib. Onlar polis tərəfindən döyülüb. Fəallardan biri, 52 yaşlı Həmidağa Zahidov polis tərəfindən ölənədək döyülüb, yüzlərlə başqalar isə yaralanıb. Etirazçılar daş atmaqla müqavimət göstərib və onlarla polisləri zədəlyib. Sonrakı cinayət istintaqında, polis qəddarlığı ümumiyyətlə araşdırılmayıb. Bundan başqa, Daxili İşlər Nazirliyinin və Baş Prokurorluğunun birgə məlumatında, müxalifət, etirazçının ölümünə məsuliyyət daşımaqda ittiham olunub.»
75. Demokratiya, İnsan Hüquqları və Əmək Bürosu tərəfindən 25 fevral 2004-cü ildə açıqlanmış ABŞ Dövlət Departamentinin İnsan Hüquqları və Praktika haqqında 2003-cü il üzrə Ölkə Hesabatından müvafiq çıxarışda deyilir:
«16 oktyabrda, geniş sayda camaat Bakının mərkəzində icazəsiz nümayiş üçün toplanıb ki, bu da, zorakılığa çevrilib. Etirazçılar Musavatın qərargahından Azadlıq Meydanınadək yol gedib və yol üstündə onlarla təhlükəsizlik əməkdaşlarını döyüb, təhlükəsizlik qüvvələrinin avtomobillərini dağıdıb və dövlət binalarına ziyan vurub. Bir neçə min təhlükəsizlik qüvvələri medanı mühasirəyə götürdükdə, etirazçıların bir qrupu təhlükəsizlik qüvvələrinə hücum edib, sonuncular isə gözyaşardıcı qazla və dəyənəklərlə onların üstünə düşüb və bu zaman şəxsiyyəti məlum olmayan nümayişçilər oğurlanmış hərbi avtomobili polis xətlərinin üstünə sürüb. Təhlükəsizlik qüvvələri həddən artıq qüvvə ilə cavab verərək, bəzən hüşunu itirənədək və hətta, onlar sahəni tərk etdikdə və ya həbs olunduqda belə, birini öldürməklə və ən azı 300 yaralamaqla, bir çox nümayişçiləri döyüb.»
76. Human Rights Watch təşkilatının 17 oktyabr 2003-cü il tarixli mətbuat məlumatından (Azərbaycan: Post-seçki toqquşmaları ölümə gətirib çıxarıb) müvafiq çıxarışlarda deyilir:
«Minlərlə müxalifət etirazçıları ölkə paytaxtı Bakının küçələrinə günorta saat 2-də toplaşıb. Nümayiş tez bir zamanda zorakılığa çevrilib, qismən ona görə ki, etirazçılar bir yerə toplaşmağa başladıqda, polis və hərbi qüvvələr dərhal onları mühasirəyə alıb. Etirazçılar təhlükəsizlik qüvvələrinin üzvlərindən kənara gedib və Bakının Azadlıq Meydanına istiqamətlənib. Yol üstündə, etirazçılar qəddar şəkildə bəzi polis və əsgərləri döyüb və onlar xəstəxanaya yerləşdirilib. Etirazçılar, həmçinin, bir çox polis və hərbi avtomobilləri dağıdıb və yolboyu dövlət binalarına ziyan vurub.
Müxalifət etirazçılarının Azadlıq Meydanına gəlməsindən bir az sonra, bir neçə min ictimai asayişin qorunması üzrə polis dəstəsi və hərbi qoşunlar bütün meydanı mühasirəyə alıblar. İctimai asayişin qorunması üzrə polis dəstəsi və hərbçilər gözyaşardıcı qazdan, rezin güllələrdən, xidmətçi itlərdən və dəyənəklərdən istifadə etməklə, müxlifətçilərə hücum ediblər. Yaxınlıqdakı binanın damından, Human Rights Watch tədqiqatçısı gördü necə polis və hərbi qoşunlar etirazçıları axtarır, onları mühasirə edir və qəddarcasına döyür. Etirazçılardan bir çoxu yerə yıxıldıqdan sonra da döyülməyə davam olunurdu. Human Rights Watch bir neçə hökumət tərəfdarı olan vətəndaşların təhlükəsizlik qüvvələri ilə birgə döymələrdə iştirak etdiyini müşahidə edib.
Polis ən azı bir nəfəri, Human Rights Watch təşkilatının etirazdan sonra gördüyü 52 yaşlı Həmidağa Zahidovu ölümədək döyüb. Onun cəsədi tamamilə qara və başı dağıdılmış və qanlı olub...
Yerli xəstəxana rəsmilərinə və başqa mənbələrə görə, toqquşma zamanı təxminən 300 nəfər ciddi zədələr alıb. Yaralanların bir çoxu gəzə bilməyib və meydandan götürülüb. Human Rights Watch yaralanların onluqlardan çoxu ilə müsahibə aparıb və onlardan hamısı ictimai asayişin qorunması üzrə polis dəstəsi və hərbi qoşunlar tərəfindən mühasirəyə alındıqlarını, qəddarcasına, bəzən özündən gedənədək döyüldüklərini təsvir ediblər. ... Həmiçnin, yaralanlar arasında bir neçə onluqlar polis və hərbçilər vardır.»
77. Human Rights Watch təşkilatının 2005-ci il üzrə Dünya Hesabatından müvafiq çıxarışda (2004-cü il hadisələri, Ölkə Məcmuəsi: Azərbaycan) deyilir:
«Post-seçki mühakimələri
Müxalifət partiya üzvlərinin və tərəfdarlarının yüzdən çoxu post-seçki zorakılığına aid ittihamlar üzrə mühakimə olunub. Yalnız dördü zaminə buraxılıb, qalanı isə altı ayadək həbs qəti imkan tədbiri altında olub. Azərbaycan məhkəmələri bütün müdafiəçiləri təqsirli bilərək, qırx altı nəfəri iki ildən altı ilədək müxtəlif azadlıqdan məhrum etmə cəzalarına məhkum edib. Qalanı üç ildən beş ilədək şərti azadlıqdan məhrum etmə cəzalarına məhkum olunub. 22 oktyabrda, Ağır cinayətlərə dair işlər üzrə Məhkəmə yeddi müxalifət liderini post-seçki zorakılıqda rollarına görə iki il yarımdan beş il arasında azadlıqdan məhrum etmə ilə cəzalandırıb.»
HÜQUQİ MƏSƏLƏLƏR
I. KONVENSİYANIN 3-cü MADDƏSİNİN İDDİA OLUNAN POZUNTUSU
78. Ərizəçi şikayət edib ki, o, ciddi fiziki və mənəvi əziyyətə səbəb olmuş polis kobudluğu hərəkətinə məruz qalıb və istintaq orqanları və məhkəmələr daxil olmaqla, daxili hakimiyyət orqanları, onun iddialarının bir neçə şahid ifadələri ilə təsdiq edilməsinə baxmayaraq, məsuliyyət daşıyan polis əməkdaşını müəyyən edə və cəzalandıra bilən səmərəli istintaqı aparımayıblar. Bu şikayətin mahiyyəti Konvensiyanın aşağıdakıları nəzərdə tutan 3-cü maddəsi baxımından araşdırılmalıdır:
«Heç kəs işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmamalıdır.»
A.Məqbuliyyət
Tərəflərin dəlilləri
79. Hökumət bildirib ki, ərizəçi bütün əlçatan daxili vasitələri tükəndirməyib.
80. Birincisi, Hökumət iddia edib ki, ərizəçi Ali Məhkəmənin 02 fevral 2005-ci il tarixli yekun qərarından konstitusiya şikayəti verməyib.
81. İkincisi, Hökumət qeyd edib ki, ərizəçi CPM-in 122 və 449-cu maddələri ilə müəyyən olunmuş qaydaya müvafiq olaraq müstəntiqin 26 noyabr 2004-cü il tarixli qərarından şikayət etməyib. Hökumət bildirib ki, ərizəçi bu qərar barədə lazımincə məlumatlandırılıb və, bu dəlilin təsdiqi kimi, ərizəçiyə ünvanlanmış müstəntiq tərəfindən imzalanmış 26 noyabr 2004-cü il tarixli məktubun surətini təqdim edib.
82. Ərizəçi bildirib ki, Konstitusiya Məhkəməsinə şikayət Strasburqa şikayət etməkdən əvvəl tükənməli olmayan qeyri-adi vasitəni təşkil edir.
83. Daha sonra, ərizəçi bildirib ki, o, müstəntiqin 26 noyabr 2004-cü il tarixli qərarından heç vaxt məlumatlandırılmayıb. O, iddia edib ki, o, bu qərarın mövcudluğundan yalnız hazırkı iş üzrə Hökumətin qeydləri ona verildikdə xəbər tutub. Buna görə, həmin qərardan onun tərəfindən şikayət edilməsi gözlənilə bilməz.
Məhkəmənin qiymətləndirilməsi
84. Məhkəmə təkrar edir ki, istifadə edilməli olan vasitələr yalnız onlardır ki, səmərəli olsunlar. Hökumətin üzərinə düşür ki, tükənməməsini iddia edərək Məhkəməni inandırsın ki, vasitə səmərəli olub, müvafiq vaxtda həm nəzəri, həm də təcrübədə ona müraciət etmək mümkün olub, yəni bu vasitə əlçatan olub, ərizəçinin şikayətlərinə aid kompensasiyanı təmin etməyə malik olub və uğurun əldə olunmasının əsaslı gözləntilərini təqdim edib. Əgər bu sübutetmə yükü təmin olunbsa, ərizəçinin üzərinə düşür ki, Hökumətin bildirdiyi vasitədən həqiqətən istifadə edilməsini və ya bu vasitənin işin xüsusi halları baxımından müəyyən səbəblərə görə qeyri-adekvat və səmərəsiz olduğunu yaxud da onu bu tələbdən azad edən xüsusi halların mövcudluğunu göstərsin (bax Akdivar və digərləri Türkiyəyə qarşı, 16 sentyabr 1996-cı il tarixli qərar, Qərar və Qərardadların Hesabatı 1996-IV, s. 1211, § 68).
85. Bundan başqa, Məhkəmə vurğulayır ki, daxili vasitələrin tükənməsinə dair qayda müəyyən elastikliklə və həddən artıq formalizm olmadan tətbiq edilməlidir. Bu qayda nə mütləq, nə də avtomatik tətbiq ediləndir. Ona riayət olunmasının yoxlanılmasında, əsas odur ki, müvafiq Dövlətin hüquqi sistemində yalnız formal vasitələrin mövcudluğuna deyil, həm də onların fəaliyyət göstərdiyi ümumi hüquqi və siyasi kontekst, eləcə də konkret işin xüsusi halları baxımından nəzər yetirilməlidir. Bu onu nəzərdə tutur ki, inter alia, Məhkəmə işin bütün hallarında ərizəçi tərəfindən əlçatan daxili vasitələrin tükənməsinə dair əsaslı gözlənilən olan bütün addımların atmasını araşdırmalıdır (bax Melnik Ukraynaya qarşı, № 72286/01, § 67, 28 mart 2006-cı il, və İvanov Azərbaycana qarşı (qərardad), № 34070/03, 15 fevral 2007-ci il).
86. Ərizəçi tərəfindən Konstitusiya Məhkəməsinə şikayətin verilməməsinə gəldikdə, Məhkəmə məsələ ilə bağlı əvvəlki mövqeyini təkrarlayır ki, belə şikayətin verilməsi Məhkəməyə şikayətin verilməsindən əvvəl tükənməli olan vasitə deyildir. Konstitusiya Məhkəməsi adekvat əlçatanlığa malik deyildir, ona görə ki, Konstitusiya Məhkəməsinə fərdi şikayət hüququnun həyata keçirilməsi məqsədilə, şəxslərdən daxili səviyyədə tələb olunur ki, Konvensiyanın 35-ci maddəsinin 1-ci bəndinin mənasında qeyri-səmərəli olan başqa vasitədən (Ali Məhkəmənin Plenumu qarşısında əlavə kassasiya icraatı) istifadə etsinlər (bax İsmayılov Azərbaycana qarşı, № 4439/04, § § 39-40, 17 yanvar 2008-ci il). Məhkəmə hazırkı işdə qeyd olunan hüquqi mövqeyini dəyişmək üçün hər hansı səbəb görmür və bu səbəblərə görə, Məhkəmə Hökumətin etirazını rədd edir.
87. CPM-in 122 və 449-cu maddələri ilə nəzərdə tutulmuş qaydaya əsasən cinayət işinə xitam verilməsinə dair müstəntiqin qərarının ərizəçi tərəfindən iddia olunan mübahisələndirməməyə gəldikdə, Məhkəmə hesab edir ki, Hökumətin etirazının bu hissəsi şikayətin mahiyyəti ilə sıx əlaqəli olan cinayət istintaqının səmərəliyi məsələlərinə toxunur. Beləliklə, Məhkəmə qənaətə gəlir ki, bu məsələlər işin mahiyyəti ilə birləşməli və Konvensiyanın müvafiq müddəası əsasında araşdırılmalıdır.
88. Məhkəmə daha sonra qeyd edir ki, bu şikayət Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin mənasında ayrı şəkildə əsassız və hər hansı digər əsasla qeyri-məqbul deyildir. Buna görə, şikayət məqbul elan edilməlidir.
B.Mahiyyət
Tərəflərin dəlilləri
89. Hökumət mübahisələndirməyib ki, ərizəçi zədələnib, lakin, bildirib ki, o, pis rəftara məruz qalmayıb. Hökumət daxili istintaqın qənaəti ilə, o cümlədən ərizəçi tərəfindən polisin hərəkəti nəticəsində zədələnməsinin müəyyən olunmasının mümkünsüz olduğu ilə razılaşıb.
90. Hökumət iddia edib ki, ərizəçi öz iddialarını əsaslandıra bilməyib. Xüsusən, o, ehtimala görə onu vuran polis əməkdaşını müəyyən edə bilməyib. Cinayət şikayəti ilə bağlı müstəntiq tərəfindən dindirildikdə, o, qeyd edib ki, hadisəni müşahidə edən hər hansı insanların olub-olmadığını bilmir.
91. Lakin, sonradan, mülki iddiasına daxili məhkəmələr tərəfindən baxıldıqda, o, «gözlənilmədən» hadisəni ehtimala görə tamamilə görən iki şahidi (A.A. və Q.Q.) təqdim edə bilib. Hökumətə görə, A.A. ilə Q.Q.-nin ifadələri arasında və bu ifadələrlə ərizəçinin göstərdikləri arasında ziddiyyətlər mövcuddur. Xüsusən, ərizəçinin və iki şahidin müvafiq ifadələri polis əməkdaşının ehtimala görə ərizəçini ilk dəfə vurduğundan sonra nəyin baş verdiyinə və ərizəçinin nə cür aptekə ötürdüyünə aid fərqlənib. Belə ki, bəzi ifadələrə görə, ərizəçi zərbədən özü yayınıb, halbuki, başqalarına görə polis əməkdaşına ehtimala görə onu vurmaqdan çəkinmək digər polislər tərəfindən deyilib. Həmçinin, ərizəçinin aptekə «yaşlı insan»ın və ya A.A. və Q.Q. daxil olmaqla bir qrup şəxsin müşaiyəti ilə getdiyinə aid da ifadələr fərqlənib. Buna görə, Hökumət bildirib ki, ərizəçinin xeyrinə şahid ifadələri etibarlı deyildir və bu, həmçinin, «sübutların qiymətləndirilməsində daha yaxşı vəziyyətdə olan» daxili mülki məhkəmələrin qənaətidir. Hökumət, həm də, qeyd edib ki, MPM-in 77.1-ci maddəsinə əsasən öz mülki iddiasının sübut etməsi üçün yük ərizəçinin üzərinə düşür və o, bunu edə bilməyib.
92. Hökumət, həmçinin, bildirib ki, səmərəli cinayət istintaqı daxili səviyyədə aparılıb və Baş Prokurorluğun müstəntiqi ərizəçinin iddialarının istintaqı üçün bütün zəruri tədbirlər görüb. Müstəntiq 16 oktyabr 2003-cü ildə Azadlıq Meydanında «xidmət çəkən» polis əməkdaşları və hadisədən sonra ərizəçinin ehtimala görə dərhal aparıldığı aptekin işçiləri daxil olmaqla «əməlin bütün mümkün» şahidlərini dindirib. Bütün bu şahidlər ifadə verib ki, ərizəçini görməyiblər.
93. Bundan başqa, müstəntiq ərizəçinin lazımincə məlumatlandırıldığı və şəxsən iştirak etdiyi iki məhkəmə-tibbi ekspertizasını təyin etmişdir. Ekspertlər qənaətə gəlib ki, ərizəçinin üzündəki zədələr dəyənəklə edilə bilməz. CPM-in 268.1.4-cü maddəsinə əsasən «alternativ ekspertizanı» tələb etməklə, Dövlət tibbi ekspertlərinin qənaətlərini mübahisələndirmək ərizəçi üçün açıq olub, o, isə bunu etməyib.
94. Hökumət hesab edib ki, istintaq düzgün olaraq xətm edilib, ona görə ki, cinayət hərəkətinin baş verməsi müəyyən olunmayıb. Həmin səbəblərə görə, ərizəçi istintaq zamanı «zərər çəkmiş» kimi tanınmayıb.
95. Ərizəçi bildirib ki, o, özü tərəfindən tamamilə təhrik olunmayan polis kobudluğuna məruz qalıb. Aldığı dəyənək zərbəsi Konvensiyanın 3-cü maddəsinə əsasən qeyri-insani və alçaldıcı rəftar hesab edilir. O, daha sonra bildirib ki, daxili hakimiyyət orqanları məsuliyyət daşıyan polis əməkdaşlarının müəyyən olunmasına və cəzalandırılmasına gətirib çıxara bilən sürətli, hərtərəfli və səmərəli rəsmi istintaq aparmayıblar.
96. Ərizəçi üç şahidin ifadələrini (A.A., Q.Q. və İ.Q.) təqdim edib ki, bu ifadələrdə əsasən sonuncu şahid hadisə barədə ərizəçinin versiyasını təsdiq edən daxili araşdırmalarda verdikləri ifadələrini təkrar ediblər (bax yuxarıda 50-52-ci paraqraflar). Ərizəçi razılaşmayıb ki, bu şahidlərin ifadələrində hər hansı ziddiyyətlər vardır. Digər tərəfən, istintaq orqanları əhəmiyyətli şahidləri dindirməyib və onu pis rəftara məruz qoyan polis əməkdaşını müəyyən etməyə həqiqi cəhd etməyiblər. Bundan başqa, ərizəçi Hökumətin təqdim etdiyi iki məhkəmə-tibbi ekspertizası rəylərinin Məhkəmədə araşdırmalardan əvvəl gördüyünə etiraz edib. O, bildirib ki, istintaqda səmərəli iştirak etməkdən tamamilə kənarlaşdırılıb və, ilkin dindirilmədən sonra müstəntiqlə şəxsən görüşmək üçün təkrarlı cəhdlərə baxmayaraq, bunu etməyə icazə almayıb. Yuxarıda qeyd edildiyi kimi, o, həmçinin, təkid edib ki, Məhkəmə qarşısında araşdırmalardan əvvəl, cinayət işinə xitam verilməsinə dair 26 noyabr 2004-cü il tarixli qərarın mövcudluğundan heç vaxt məlumatlandırılmayıb və Hökumət tərəfindən Məhkəməyə təqdim olunmuş bu qərarın surətinin autentikliyini mübahisələndirib.
Məhkəmənin qiymətləndirilməsi
(a) Əsas prinsiplər
(i) Konvensiyanın 3-cü maddəsinin maddi cəhətinə dair
97. Məhkəmənin bir çox hallarda qeyd etdiyi kimi, Konvensiyanın 3-cü maddəsi demokratik cəmiyyətlərin ən fundamental dəyərlərindən birini təsbit edir. Terrorizmə və mütəşəkkil cinayətkarlığa qarşı kimi hətta ən çətin hallarda, Konvensiya mütləq şərtlərdə işgəncəni və qeyri-insani və ya alçaldıcı rəftarı yaxud da cəzanı qadağan edir. Konvensiyanın və 1 və 4 saylı Protokollarının əksər maddi cəhətlərindən fərqli olaraq, Konvensiyanın 3-cü maddəsi istisnalar üçün hər hansı müddəalar əks etdirmir və bu qaydadan, hətta, millətin həyatına təhlükə törədən ictimai həyacan halında belə, Konvensiyanın 15-ci maddəsinin 2-ci bəndinə əsasən, hər hansı kənara çıxma yolverilməzdir (bax, Selmuni Fransaya qarşı (BP), № 25803/94, § 95, İHAM 1999-V və Assenov və digərləri Bolqarıstana qarşı, 28 oktyabr 1998-ci il, § 93, Hesabatlar 1998-VIII).
98. Konvensiyanın 3-cü maddəsinin dairəsinə düşmək üçün işgəncə qəddarlığın minimum dərəcəsinə çatmalıdır. Bu minimumum qiymətləndirilməsi nisbidir; o, rəftarın davamiyyəti, onun fiziki və psixiki nəticələri və, müəyyən hallarda, qurbanın cinsi, yaşı və səhhətinin vəziyyəti kimi işin bütün hallarından asılıdır (bax, digərləri ilə yanaşı, İrlandiya Birləşmiş Krallığa qarşı, 18 yanvar 1978-ci il, A Seriyaları № 25, s. 65, § 162, A Seriyaları № 25; Kudla Polşaya qarşı (BP), № 30210/96), § 91, İHAM 2000-XI; və Pirs Yunanistana qarşı, № 28524/95, § 67, İHAM 2001-III). Məhkəmə rəftarı «qeyri-insani» hesab edib, ona görə ki, inter alia, qəsdən törədilib, gərginlikdə dörd saat ərzində tətbiq edilib və həqiqi bədən zədəsinə və ya güclü fiziki və mənəvi sarsıntıya səbəb olub. Məhkəmə rəftarı «alçaldıcı» kimi qəbul edir, ona görə ki, bu rəftar qurbanları təhqir və məhv edə bilən qorxu, ağrı və bütövsüzlük hissiyyətinin onlarda əmələ gəlməsinə səbəb ola bilər (bax, yuxarıda qeyd olunan, Kudla, § 92).
99. Məhkəmə öz rolunun subsidiar xarakterinə incə yanaşır və tanıyır ki, o, konkret işin halları ilə qaçılmaz olaraq çevrilməyən fakt üzrə birinci instansiya məhkəməsinin rolunu götürməkdə ehtiyatlı olmalıdır (bax, məsələn, Mak Kerr Birləşmiş Krallığa qarşı (qərardad), № 288883/95, 04 aprel 2000-ci il). Buna baxmayaraq, iddiaların Konvensiyanın 3-cü maddəsinə əsasən edildiyi hallarda, Məhkəmə, hətta, müəyyən daxili araşdırmalar və istintaqlar artıq aparılsa belə, xüsusilə dəqiq araşdırmanı tətbiq etməlidir (bax, mutatis mutandis, Ribitç Avstriyaya qarşı, 04 dekabr 1995-ci il, § 32, A Seriyaları № 336, və Avşar Türkiyəyə qarşı, № 25657/94, §§ 283-84, İHAM 2001-VII (çıxarışlar)).
(ii) Konvensiyanın 3-cü maddəsinin prosessual cəhətinə dair
100. Konvensiyanın 3-cü maddəsinə zidd olaraq polis tərəfindən ciddi şəkildə pis rəftara qaldığı barədə mübahisəli iddia ilə fərdi şəxs çıxış etdikdə, bu müddəa, «Konvensiyada müəyyən olunmuş hüquq və azadlıqlarının yurisdiksiyası altında olan hər kəs üçün təmin etmək» üzrə Konvensiyanın 1-ci maddəsinə əsasən Dövlətin ümumi vəzifəsi ilə birgə oxunulmaqla, öz mənasında tələb edir ki, səmərəli rəsmi istintaq aparılmalıdır. Bu istintaq məsuliyyət daşıyanların müəyyən olunmasına və cəzalandırılmasına gətirib çıxara bilməlidir. Əks halda, işgəncənin və qeyri-insani və alçaldıcı rəftarın və cəzanın ümumi hüquqi qadağası, fundamental əhəmiyyətinə baxmayaraq, təcrübədə səmərəsiz olar və müəyyən işlərdə, Dövlətin qulluqçularına mümkün olacaq ki, həqiqi cəzasızlıq şəarəitndə nəzarəti altında olanların hüquqlarından sui-istifadə etsinlər (bax, yuxarıda qeyd olunmuş, Assenov və digərləri, § 102, və Labita İtalyaya qarşı (BP), № 26772/95, § 131, İHAM 2000-IV).
101. Pis rəftarın ciddi şikayətlərinə dair istintaq hərtərəfli olmalıdır. Bu onu nəzərdə tutur ki, hakimiyyət orqanları nəyin baş verdiyinin aşkar edilməsi üçün ciddi səy göstərməli və istintaqı bağlamaq üçün və ya qərarlarının əsası kimi tələsik yaxud da əsassız qənaətlərə əsaslanmamalıdırlar (bax, yuxarıda qeyd olunmuş, Assenov və digərləri, § 103 və s.). Onlar hadisəyə aid sübutları, o cümlədən, inter alia, şahidlərin ifadələrini və tibbi ekspertiza rəylərini qorumaq üçün mümkün olan bütün əsaslı addımları atmalıdırlar (bax, Tanrıqulu Türkiyəyə qarşı (BP), № 23763/94, İHAM 1999-IV, § 104, və s. və Gül Türkiyəyə qarşı, № 22676/93, § 89, 14 dekabr 2000-ci il). Zədənin səbəbini və ya məsuliyyət daşıyan şəxslərin şəxsiyyətini müəyyən etmək qabiliyyətini aradan qaldıran hər hansı istintaq çatışmazlığı bu standartı pozmaq təhlükəsi ilə üzləşir.
(b) Bu prinsiplərin hazırkı işə tətbiqi
102. Məhkəmə qeyd edir ki, ərizəçi 16 oktyabr 2003-cü ildə sağ gözündən və gözüstü çıxıntıdan ciddi zədələnib. İşdə olan materiallar müəyyən etməyə kifayətdir ki, icazəsiz nümayiş baş verdiyi və hüquq-mühafizə orqanları ilə etirazçılar arasında toqquşmaya gətirib çıxarmaqla, iğtişaşa çevrildiyi vaxt ərizəçi Azadlıq Meydanında olub. Bu qənaət, o cümlədən ərizəçinin ifadələri, onun 16 oktyabr 2003-cü ildəki tibbi qeydləri və şahid ifadələri (bax, aşağıda, 108-ci paraqraf) ilə təsdiq edilir və Hökumət və 16 oktyabr 2003-cü il hadisələri zamanı Azadlıq Meydanında ərizəçinin mövcudluğu faktına dair şübhələri heç zaman açıq ifadə etməyən daxili hakimiyyət orqanları tərəfindən mübahisələndirilmir.
103. Bundan başqa, hazırkı işdə mübahisələndirilmir ki, hakimiyyət orqanları etirazçıları dağıtmaq və ictimai asayişi sakitləşdirmək məqsədilə, dəyənəklərdən, gözyaşardıcı qazdan və başqa vasitələrdən istifadə etməklə, gücdən işlətməyə əl atıblar. Eynilə, mübahisələndirilmir ki, bir neçə etirazçılar və hüquq-mühafizə orqanlarının əməkdaşları bu hadisələrin gedişində yaralanıb. Lakin, ərizəçiyə aid olduğu qədər, Hökumət mübahisələndirir ki, onun zədəsi gücdən belə istifadə nəticəsində yaranıb.
104. Buna görə, müəyyən etmək zəruridir ki, hakimiyyət orqanları ərizəçinin zədələri üçün məsuliyyət daşıyırlarmı və belə olduqda, bu Konvensiyanın 3-cü maddəsinə əsasən pis rəftarı təşkil edirmi. Məhkəmə, ilk növbədə, hazırkı işə tətbiq olunan sübutetmə standartını nəzərə alacaq.
(i) Sübutetmə yükünün bölüşdürülməsi
105. Məhkəmə təkrar edir ki, pis rəftar iddiaları lazımi sübutlarla təsdiq edilməlidir. Bu sübutları qiymətləndirərkən, Məhkəmə, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübutetmə standartını tətbiq edib. Hər bir halda, belə sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin və ya oxşar təkzibedilməz fakt ehtimallarının həm-mövcudluğundan irəli gələ bilər (bax, yuxarıda qeyd olunmuş, İrlandiya Birləşmiş Krallığa qarşı, § 161).
106. Məhkəmə qeyd edir ki, ərizəçi 16 oktyabr 2003-cü il hadisələri zamanı və ya sonra həbs edilməyib. Belə olan halda, hazırkı işdə vəziyyət zədələrin səbəbinə aid kifayətedici və inandırıcı izahatın təmin edilməsi üçün sübutetmə yükünün hakimiyyət orqanlarının üzərinə açıq-aşkar düşdüyü zədələrin həbsdə və ya polis nəzarəti altında başqa yerdə edildiyi işlərdən fərqlənir (bax, başqaları ilə yanaşı, Selmuni Fransaya qarşı (BP), № 25803/94, § 87, İHAM 1999-V; Salman Türkiyəyə qarşı (BP), № 21986/93, § 100, İHAM 2000-VII; Prunonu Moldovaya qarşı, № 6888/03, § 44, 16 yanvar 2007-ci il; və Məmmədov Azərbaycana qarşı, № 34445/04, § 11 yanvar 2007-ci il).
107. Bundan başqa, hazırkı iş ərizəçilərin zədələrinin ya şəxslərin müqavimətli həbsini, tabe olmayan həbsxana məhbusları və ya icazəsiz nümayişçiləri cəlb edən spesifik təhlükəsizlik əməliyyatı gedişində Dövlət qulluqçuları tərəfindən gücdən istifadə nəticəsində yarandığı mübahisələndirilməyən işlərdən fərqləndirilməlidir. Bu işlərdə, Məhkəmə hesab edib ki, Hökumətin üzərinə düşən yük sadəcə olaraq göstərməlidir ki, gücdən belə istifadə həddən artıq olmayıb (bax, məsələn, Zelilov Yunanistana qarşı, № 17060/03, §§ 46-47, 24 may 2007-ci il; Kurnaz və digərləri Türkiyəyə qarşı, № 36672/97, §§ 53-55, 24 iyul 2007-ci il; Vladimir Romanov Rusiyaya qarşı, № 41461/02, §§ 60-61, 24 iyul 2008-ci il; Saya və digərləri Türkiyəyə qarşı, № 4327/02, § 20, 07 oktyabr 2008-ci il; Balçık və digərləri Türkiyəyə qarşı, № 25/02, §§ 30-31, 29 noyabr 2007-ci il; və Matko Sloveniyaya qarşı, № 43393/98, §§ 101-104, 02 noyabr 2006-cı il). Hazırkı işdə, o faktın özü ki, zədələr polis tərəfindən gücdən istifadə nəticəsində yaranıb mübahisəlidir (müqayisə et, Stoiça Rumıniyaya qarşı, № 42722/02, §§ 48 və 66, 04 mart 2008-ci il).
108. Lakin, Məhkəmə hesab edir ki, ərizəçi hadisənin öz versiyasını təsdiq edən kifayət qədər güclü sübutu təqdim etməyə və prima facie polisin əllərində işgəncənin işinə əsas verməyə malik olub. Xüsusən, onun 16 və 17 oktyabr 2003-cü il tarixli tibbi qeydələri iddianı təsdiq edir ki, o, Azadlıq Meydanında 16 oktyabr 2003-cü il iğtişaşı zamanı ciddi zədələr alıb. O, həmçinin, onun iddiasını təsdiq edən iki şahid ifadəsini təqdim edib ki, zədə polis dəyənəyin zərbəsi nəticəsində olub (bax, yuxarıda, 51-51-ci paraqraflar) və onun iddiasını birbaşa təsdiq edən və hadisə barədə onun versiyası ilə uyğun olan başqa ifadəni əks etdirib (bax, yuxarıda, 50-ci paraqraf). Məhkəmə Hökumətin dəlili ilə əmin deyil ki, A.A.-nın və Q.Q.-nin ifadələri bir-birinə və ərizəçinin iddiaları ilə ziddir. Xüsusən, bu şahidin hər ikisi açıq-aydın və təkrarlı olaraq bildiriblər ki, onlar ərizəçini dəyənəklə üzündən vuran polis əməkdaşını görüblər. Bununla bağlı, Məhkəmə ərizəçinin versiyasının əsas istiqaməti, yəni zədənin polis tərəfindən yetirilməsi ilə hər hansı ziddiyyəti və ya uyğunsuzluğu görmür. Dəyənəklə ehtimal olunan zərbədən sonrakı hadisələr hissəsinə şahidlərin xatirəsində müəyyən müxtəliflik olsa belə, onlar bir-birini istisna etmir və beləliklə, əhəmiyyətsizdir ki, özlüyündə, onlar bu ifadələri etibarsız edə bilməz və sübutların bütövlükdə qiymətləndirilməsinə təsir etməməlidirlər. Nəzərə alaraq faktı ki, bu şahidlər daxili hakimiyyət orqanları qarşısında hadisədən bir neçə ay sonra ifadələr veriblər, Məhkəmə qeyd edir ki, vaxtın keçməsi hadisələri böyük dəqiqlik və düzgünlüklə yada salmaq üzrə şahidlərin qabiliyyətinə qaçılmaz olaraq məhrumiyyətlə təsir edir (müqayisə et, İpək Türkiyəyə qarşı, № 25760/94, § 116, İHAM 2004-II (çıxarışlar)). Hər bir halda, bu şahidlərin müstəqilliyi və etibarlılığı daxili səviyyədə heç zaman şübhə altına alınmayıb və heç vaxt müəyyən olunmayıb ki, bu şahidlərdən hər hansı biri məhkəmədə yalan ifadə verib (bax, həmçinin, yuxarıda 122-ci paraqraf). Belə olan halda, Məhkəmə onların ifadələrinin qəbul edilməməsinə hər hansı səbəb görmür.
109. Bundan başqa, hazırkı işin xüsusi hallarında, xüsusi əhəmiyyət o fakta verilməlidir ki, zədə, kütləvi iğtişaşı dağıtmaq üçün gücdən istifadəyə əl atıldığı hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyatın sahəsində ərizəçinin olduğu vaxt yetirilib. Bununla bağlı, Məhkəmə qeyd edir ki, Konvensiyanın 3-cü maddəsi müəyyən açıq və dəqiq müəyyən edilmiş hallarda gücdən istifadəni qadağan etmir. Lakin, belə güc yalnız qaçılmaz zərurət qarşısında istifadə edilməli və həddən artıq olmamalıdır (bax, yuxarıda qeyd olunmuş, Kurnaz və digərləri, § 52 və İvan Vasilyev Bolqarıstana qarşı, № 48130/99, § 63, 12 aprel 2007-ci il). Şəxsin özünün davranışı ilə açıq-aşkar zəruri olmayan fiziki gücdən istifadə insan ləyaqətini azaldır və prinsipcə, Konvensiyanın 3-cü maddəsində təsbit olunmuş hüququn pozulmasını təşkil edir.
110. İşin materiallarını və 16 oktyabr 2003-cü il hadisələri təsvir edən açıq əlçatan mənbələri (bax, yuxarıda, 71-77-ci paraqraflar) nəzərə alaraq, Məhkəmə, ilk növbədə, qeyd edir ki, mövcud olan informasiya daha çox dardır və böyük təfsilata malik deyildir və bunun nəticəsində, hadisələrin dəqiq və təfsilatlı gedişini bərpa etmək çətindir. Lakin, bəzi faktlar hazırkı işdə təhlilin aparılması məqsədilə kifayətedici genişliklə görünə bilər. Xüsusən, görünür ki, etirazçıların bir neçəsi həqiqətən dövlət və xüsusi mülkiyyəti dağıdıb və sahədə artıq yerləşdirilmiş polis bölmələrinə hücum edib. Məhkəmə qəbul edir ki, belə davranış çox tez zamanda üsyana çevrilə bilər və bu, təhlükəsizlik qüvvələrinin müdaxiləsinə zərurət yarada bilər. Buna baxmayaraq, həmçinin, görünür ki, etirazçılardan bir neçəsi bu hərəkətlərə qatılmayıb və hakimiyyət orqanlarına müqavimət göstərməyib və ya zorakılığın hər hansı hərəkətlərinə cəlb edilməyib. Sonuncu qeyd məruzələrlə təsdiq edilir ki, hesablanmış minlərlə etirazçılardan başqa, təxminən 600 həbs edilib və təqribən 125 zorakılıqla bağlı cinayət ittihamı üzrə mühakiməyə verilib (bax, 72 və 76-77-ci paraqraflar).
111. Həmçinin, görünür ki, hakimiyyət orqanları köməkçi qüvvələr gətirib və onları mühasirəyə götürməzdən və iğtişaşı dağıtmaq əməliyyatına başlamazdan əvvəl etirazçılara Azadlıq Meydanında toplaşmağa icazə verib. Beləliklə, hakimiyyət orqanları gücdən istifadəyə əl atdıqda, onların əməliyyatı şəhərin bu məhdud sahəsi ilə əsasən məhdudlaşdırılıb. Məhkəmə, həmçinin, qeyd edir ki, əməliyyat yalnız ictimai asayişi qoruyan polis dəstəsini deyil, həm də hərbi qüvvələri cəlb edib. Onların hamısı dəbilqələr, sipərlər, dəyənəklər və başqa xüsusi vasitələrlə tam təmin edilib. Hakimiyyət orqanları həqiqətən qısa müddətdə onları geniş sayda yerləşdirməyə malik olub (bəzi hesabatlara görə, bir neçə min). Məhkəmə hesab edir ki, belə tərzdə müdaxilə etmək üzrə hakimiyyət orqanlarının qabiliyyəti hazırlığın müəyyən dərəcəsini tələb edib. Bundan başqa, faktı nəzərə alaraq ki, 16 oktyabr hadisəsindən əvvəl gecə vaxtı etirazçılarla polis arasında müəyyən etirazlar və toqquşmalar artıq başlanılmış, hakimiyyət orqanları qarşıdan gələn çətinliklərdən və zorakılığın mümkün gərginləşməsindən əvvəlcədən müəyyən qədər məlumatlı olub. Buna görə, görünmür ki, hakimiyyət orqanları tam xaotik və hazırlıqsız tərzdə reaksiya göstərməyə çağırılıb (bax, Rehbok Sloveniyaya qarşı, № 29462/95, § 72, İHAM 2000-XIII) və hadisələrin hər hansı inkişafının qarşısını ala bilərdilər və ən azı, zəruri olmayan təhlükələri qiymətləndirmək və onlardan yayınmaq üçün bəzi tədbirləri atmalı və qeyri-ayrıseçkili və qarışıqlı tərzdə gücün tətbiqindən çəkinməli olmuşlar.
112. Buna əsaslanaraq və nəzərə alaraq ki, ərizəçi hakimiyyət orqanları tərəfindən gücdən istifadə edildiyi sahədə əhəmiyyətli dərəcədə ciddi zədəni alıb və xüsusilə nəzərdə tutaraq ki, o, öz iddialarını kifayət qədər güclü və bir-birinə uyğun sübutlarla təsdiq edib, Məhkəmə hesab edir ki, prima facie ərizəçi polis tərəfindən pis rəftar məsələsini qaldırıb ki, bu da, onun iddiaları üzrə səmərəli rəsmi istintaqı tələb edib. Buna görə, Hökumətin üzərinə yük düşür ki, ərizəçinin zədələrinin səbəbinə aid qaneedici və inandırıcı izahı təmin etsin.
(ii) Ərizəçinin zədələrinin səbəbinin müəyyən edilməsi və pis rəftarın sərtliyinin qiymətləndirilməsi
113. Məhkəmə təkrar edir ki, hakimiyyət orqanları gücdən istifadəyə əl atdıqda, mütənasiblik məsələsi daxil olmaqla istifadə olunmuş gücün məsulliyyət altında olduğunun təmin edilməsi üçün müstəqil monitorinqin müəyyən forması mövcud olmalı idi (bax, mütatis mutandis, Satık və digərləri Türkiyəyə qarşı, № 31866/96, § 58, 10 oktyabr 2000-ci il). Belə məsuliyyəti təmin edərkən, əməliyyatın düzgün idarə edilib-edilməməsi və fərdi şəxslərə bədən zərərinin hər hansı ciddi təhlükəsinin mümkün olan ən geniş dərəcədə azaldılması tərzində təşkil olunub-olunmaması yoxlanılmalıdır (bax, yuxarıda qeyd olunmuş, Kurnaz və digərləri, § 56).
114. Yalnız cəlb olunmuş və zədələnmiş insanların sayı ilə mühakimə edərək, danılmazdır ki, 16 oktyabr 2003-cü ildə etirazçıların geniş sayı ilə hüquq-mühafizə orqanlarının geniş sayı arasında xüsusilə geniş miqyaslı münaqişə baş verib ki, bu da, hər iki tərəfdən zorakılığın yüksək dərəcəsini əhatə edib. Buna görə, vəziyyət, yalnız zorakı hərəkət edən etirazçıların deyil, lakin, həm də hüquq-mühafizə orqanlarının hərəkətlərinin xüsusilə hərtərəfli dəqiqliyini tələb edib. Lakin, öz qeydlərində Hökumət, istifadə olunmuş gücün dəqiq xarakterinə və ölçüsünə aydınlıq gətirə bilən hər hansı izah və ya sənəd təqdim etmədən, sadəcə olaraq qeyd edib ki, etirazçılara qarşı güc istifadə edilməli olmuşdur. Onlar hər hansı sübut təqdim etməyiblər göstərsinlər ki, hakimiyyət orqanlarının hərəkətlərinin hər hansı monitorinqi daxili səviyyədə nə vaxtsa aparılıb. Onlar, hadisələrin təfsilatlı gedişini əks etdirən, istifadə olunmuş gücün zəruriliyini və mütənasibliyini qiymətləndirən və daha az zorakı və ya qeyri-zorakı vasitələrdən istifadənin mümkünlüyünü (yaxud da mümkünsüzlüyünü) təhlil edən hadisə barədə hər hansı rəsmi hesabat təqdim etməyiblər. Etirazçıların zorakı hərəkətlərinin istintaqı üçün cinayət işi formal şəkildə başlanılsa da, tərəflərin təqdim etdiyi materiallardan aydın deyildir ki, hüquq-mühafizə orqanlarının hərəkətlərinə dair hər hansı belə formal araşdırma aparılıbmı. Hazırkı işlə bağlı, Məhkəmə hesab edir ki, belə araşdırma ərizəçinin fərdi şikayətinin istintaqının səmərəliyini artırardı və istintaq orqanlarına imkan verərdi ki, onun iddialarına düzgün kontekstdə baxsınlar.
115. Məhkəmə, daha sonra, qeyd edir ki, ərizəçinin zədələrinin səbəbinə aid Hökumətin izahı daxili hakimiyyət orqanlarının qənaətlərinin təkrarlanması ilə əsasən məhdudlaşdırılıb. Xüsusən, onlar iddia edib ki, ərizəçinin iddiaları daxili istintaqın gedişində səmərəli etirbarlılığını itirib.
116. Ərizəçinin zədəsinin səbəbinə gəldikdə, Hökumət iddia edib ki, daxili tibbi ekspertlər qənaətə gəliblər ki, bu zədə polis dəyənəyi ilə törədilməyib. Məhkəmə qeyd edir ki, tərəflər, hakimiyyət orqanları tərəfindən təyin edilmiş tibbi ekspertlər tərəfindən ərizəçinin həqiqətən şəxsən yoxlanılıb-yoxlanılmaması üzrə razılığa gələ bilməyib. İşdə olan materiallar məhkəmə-tibbi ekspertizasının təyin edilməsi barədə müstəntiqin qərarından ərizəçinin ən azı məlumatlı olduğunu göstərsə belə, həm Birinci, həm də İkinci Tibbi Rəylərin surətindən, hər iki işdə, ərizəçinin ekspertlər tərəfindən şəxsən yoxlanılması və ya onlar tərəfindən sadəcə olaraq ərizəçinin əvvəlki tibbi qeydlərə əsaslanması aydın deyildir. Lakin, bu məsələnin həlli aşağıdakılar baxımından zəruri hesab olunmur.
117. Məhkəmə təkrar edir ki, ərizəçinin zədələnməsi və zədənin ciddiliyi faktı ərizəçinin 16 və 17 oktyabr 2003-cü il tarixli tibbi qeydləri ilə təsdiq olunur. Sonrakı tibbi ekspertizalarının təyin edilməsi məqsədinin yeganə səbəbi zədənin polis dəyənəyindən yetirilməsinin mümkün olub-olmamasına dair ekspert rəyinin əldə olunmasından ibarət olub. Məhkəmə qeyd edir ki, Birinci Tibbi Rəy doqquz aydan artıq, İkinci Tibbi Rəy isə bir ildən artıq müddət zədənin yetirilməsindən və ərizəçi tərəfindən öz cinayət şikayətinin təqdim etməsindən müvafiq olaraq beş ay və səkkiz ay sonra keçdikdə tərtib olunub. Bu gecikdirmələri əsaslandırmaq üçün hər hansı izahat verilməyib. Bununla bağlı, Məhkəmə təkrar edir ki, vaxtında tibbi ekspertiza rəyinin təmin edilməməsi pis rəftar iddiaları istintaqının bütövlükdə səmərəliyinin qiymətləndirilməsində əhəmiyyətli faktorlardan biridir (bax, yuxarıda qeyd olunmuş, Məmmədov, § 74).
118. Məhkəmə, həmçinin, qeyd edir ki, Birinci Tibbi Rəy zədənin «ərizəçinin təfsvir etdiyi hallarda... dar-küt alətlə» yetirilməsinin mümkünlüyünü istisna etməyib. Polis dəyənəyinin kifayət qədər aydın şəkildə «dar-küt alət» anlayışına uyğun gəlməsini qeyd edərək, Məhkəmə yuxarıdakı qənaəti zədənin belə dəyənəklə vurulmasını mümkün hesab edən kimi, təfsir edir. Lakin, ekspert zədənin səbəbinə aid daha qəti qiymətləndirməni verə bilmirdir ki, buna görə də başqa tibbi ekspertiza təyin olunmuşdur.
119. Hökumətə və daxili istintaq orqanlarına görə, İkinci Tibbi Rəy zədənin polis dəyənəyi ilə edilməsini qəti istisna edib. Lakin, Məhkəmə, bu nəticəni bölüşdürmür. Məhkəmə qeyd edir ki, İkinci Tibbi Rəy qoyulmuş spesifik suallara qısa və eyni zamanda, qeyri-müəyyən və qeyri-dəqiq cavablar nəzərdə tutub. Xüsusən, zədənin səbəbinə aid, rəydə, travmanın səbəbi əks olunmadan, göstərilib ki, zədə «onun aldığı travma» ilə düz gəlir. Bundan başqa, onun gözünə spesifik zədənin polis dəyənəyi ilə yetirilməsinin mümkün olub-olmamasına dair spesifik sualı cavablandırarkən, rəy daha qeyri-müəyyən cavab təklif edib ki, «(ərizəçinin) üzərində polis dəyənəyinə tipik uyğun olan zərər aşkar edilməyib». Lakin, rəy belə cavab üçün hər hansı əsaslandırmanı təklif etməyib və bunu tibbi ekspertiza elminə əsaslanan hər hansı təhlil və ya arqumentasiya ilə təsdiq edilməyən saxlayıb. Məhkəmənin qənaətinə görə, əsaslandırmanın bu cür təqdim edilməməsi tibbi ekspertizanı özünün mahiyyətindən məhrum edib və onun qənaətlərini qanunsuz edib. Bu səbəblərə görə, Məhkəmə hesab edir ki, İkinci Tibbi Rəy ərizəçinin zədələri üçün inandırıcı izahı təmin edən etibarlı sübut kimi qiymətləndirilə bilməz.
120. Bundan başqa, ərizəçi tərəfindən «alternativ eksrtizanın» tələb edilməsinin mümkünlüyünə dair Hökumətin dəlilinə gəldikdə, Məhkəmə qeyd edir ki, CPM-in 268.1.4-cü maddəsi belə tələbi etmək hüququnu yalnız cinayət icraatı üzrə şübhəli və ya təqsirləndirilən şəxsə verib (bax, yuxarıda, 65-ci paraqraf). Hazırkı işdə, ərizəçi nə şübhəli, nə də təqsirləndirilən şəxs olduğu üçün bu dəlil yersiz görünür. Məhkəmə, həmçinin, qeyd edir ki, bu dəlilini təsdiq etmək məqsədilə, Hökumət, belə «alternativ ekspertiza» üçün zəruri vasitələrin həmin vaxtda praktiki mümkünlüyünü və, daha əhəmiyyətli olan, belə ekspertizanın qənaətlərinin prokurorluq orqanları tərəfindən düzgün tibbi ekspertiza sübutu kimi qəbul edilərək cinayət işinə əlavə edilməsini ifadə edən misalı göstərən hər hansı sübut və ya sənəd təqdim etməyib. Hər bir halda, Məhkəmə təkrar edir ki, iddia olunan pis rəftar işlərində, bu, ərizəçinin deyil, məhz istintaq orqanlarının məsuliyyətidir ki, müstəqil və etibarlı tibbi ekspertiza sübutunu təmin etsinlər (bax, yuxarıda, 101-ci paraqraf).
121. Məhkəmə bir daha vurğulayır ki, mövcud olan tibbi qeydlərə görə, ərizəçi sağ gözündən və sağ gözüstü çıxıntıdan küt alətdən geniş zərər alıb. Tibbi ekspertiza rəyinin spesifik biliyi ilə əsaslandırılmış əks mövqe üçün ekspert inandırıcı dəlillər gətirə bilməsə, mübahisə edilə bilməz ki, belə zədələr dəyənəklə yetirilə bilməz. Yuxarıda qeyd edildiyi kimi, hazırkı işdə bu edilməyib. Buna görə, Məhkəmə hesab edir ki, ərizəçinin aldığı zədələr dəyənəklə aydın şəkildə yetirilə bilərdi.
122. Bundan başqa, daxili mülki araşdırmalarda ərizəçi öz iddialarını birbaşa təsdiq edən iki şahidi təqdim edə bilib. Yuxarıda qeyd edildiyi kimi, Məhkəmə onların ifadələrində hər hansı ziddiyyətləri görmür (bax, yuxarıda, 108-ci paraqraf). Məhkəmə, daha sonra, qeyd edir ki, ərizəçinin xeyrinə ifadə verən şahidlərdən heç biri məhkəmədə yalan ifadə verməyə görə təqsirləndirilməyib. Onların ifadələrinin saxta və ya yalan olduğu sübut edilməyib və onların şəxsi bütövlüyü və etibarlılığı daxili araşdırmalarda şübhə altına alınmayıb. Bunu və daxili məhkəmələrinin bu sübuta verdiyi qiymətləndirməni nəzərə alaraq, Məhkəmə daxili məhkəmələrinin qərarlarında əsaslandırmanın olmamasından və məhkəmələr tərəfindən hazırkı işdə bu ifadələrə hər hansı qiymətləndirmənin təqdim etmək qabiliyyətsizliyindən çox təəcüblüdür. Mülki məhkəmə, təhlilə işarə və ya hansı səbəbə görə bu ifadələrin ərizəçinin tələbinin təmin olunması üçün «əsas ola bilməyən» hesab edilməsinə aid hər hansı düşüncəni təklif etmədən, bu ifadələri əsassız kimi bir cümlə ilə rədd edib (bax, yuxarıda, 53-cü paraqraf). Mülki işlərdə fərqli sübutetmə yükünün tətbiq olunduğuna dair Hökumətin dəlili hazırkı işdə mülki məhkəmə tərəfindən işin faktiki hallarının qiymətləndirilməsinə və öz qərarlarına hüquqi əsaslandırmanın təmin etməsinə cəhd etmədiyinə uyğunsuz izahatdır.
123. Ərizəçi tərəfindən istintaq orqanlarını bu şahidlərin (konkret olaraq A.A. və Q.Q.-nin) mövcudluğu barədə məlumatlandırılmamasına dair Hökumətin dəlilinə gəldikdə, Məhkəmə qeyd edir ki, mülki iddiaya baxılma ərizəçinin 16 mart 2004-cü ildə müstəntiq tərəfindən dindirilməsindən təxminən üç ay sonra ərizəçinin bu sübutun mövcudluğu barədə xəbər ala bildiyi müddətdə baş verib. Bundan başqa, müstəntiq tərəfindən ilk dindirilmədən sonra, ərizəçi iddia edilənə görə cinayət istintaqında səmərəli iştirak və əlavə sübut təqdim edə bilməyib (bax, həmçinin, 130-31-ci paraqraflar). Məhkəmə, həmçinin, qeyd edir ki, Konvensiyanın 2-ci maddəsi üzrə işlərdə olduğu kimi, Konvensiyanın 3-cü maddəsi şikayətləri üzrə daxili səviyyədə istintaqın istənilən modeli və ya formasının işlədilməsindən asılı olmadan, məsələ hakimiyyət orqanlarının diqqətinə çatdırılıbsa, onlar öz istiqamətləri ilə hərəkət etməli və istintaq prosesinin keçirilməsinə görə məsuliyyəti ərizəçinin üzərinə atmamalıdırlar (bax, mutatis mutandis, Qonqadze Ukraynaya qarşı, № 34056/02, § 175, İHAM 2005-XI). Hazırkı işin konkret hallarında, Məhkəmə hesab edir ki, ərizəçi tərəfindən mülki proses ərzində əlavə sübutu təqdim etmək imkanı yarandıqda, o, bu məsələni Dövlətin diqqətinə çatdırıb. Məhkəmə qeyd edir ki, Hökumətin qəbul etdiyi kimi, MPM-in 254.1.4-cü maddəsi tələb edib ki, mülki məhkəmə icraatı dayandırmalıdır, əgər, bu icraata maneə törədən cinayət icraatının yekunlaşmaından əvvəl iddianı araşdırmaq mümkün deyildir. Buna baxmayaraq, hazırkı işdə, məhkəmə faktiki olaraq iddiaya baxmaqda davam edib və mahiyyəti üzrə qərar çıxarıb. MPM-in 265.4-cü maddəsinə əsasən, işə baxdıqda məhkəmə iş üzrə tərəflərin və ya başqa şəxslərin hərəkətlərində cinayətin elementlərinin ehtimalını aşkar edirsə, o, bu barədə prokuroru məlumatlandıran xüsusi qərardad çıxarır. Bununla belə, ərizəçinin mülki iddiasının onun cinayətin qurbanı olduğunu açıq-aşkar nəzərdə tutmasına və həmin hadisə ilə bağlı cinayət istintaqının hələ davam etdiyi barədə məhkəmənin həqiqətən məlumatlı olduğuna baxmayaraq, o, MPM-in 254.1.4 və 265.4-cü maddələri üzrə vəzifələrinə riayət etməyib. Hazırkı işdə mülki məhkəmə tərəfindən, istintaq orqanlarının, inter alia, iş üzrə yeni şahidlərin mövcudluğu barədə xəbər ala bildiyi vasitə olan xüsusi qərardadın çıxarılmamasına dair hər hansı izahat Hökumət tərəfindən təklif edilməyib.
124. Bundan başqa, Məhkəmə qeyd edir ki, 18 may 2004-cü il tarixli məktubla, Baş Prokurorluq Nəsimi rayon məhkəməsini fakt barədə məlumatlandırıb ki, ərizəçinin mülki icraatda etdiyi ilə həmin iddialar üzrə cinayət icraatı hələ davam edir. Müvafiq olaraq, həm mülki məhkəmə, həm də cinayət istintaqı orqanı məlumatlı olub ki, onlardan hər biri pis rəftar barədə həmin iddialarla bağlı ayrı-ayrı araşdırmalar aparıb, hətta, hər biri başqa araşdırmaların nəticəsi haqqında məlumatı əldə etməyib. Diqqətli yanaşmanın bu cür çatışmazlığı xüsusilə istintaq orqanında özünü qabarıq birüzə verir, ona görə ki, bu orqan, pis rəftar iddialarına aid bütün mümkün sübutları təmin etmək üçün ata bildiyi hər hansı əsaslı addımları həyata keçirmək öhdəliyi altındadır (bax, yuxarıda qeyd olunmuş, Məmmədov, § 74). Müstəntiq mülki araşdırmaların nəticəsi barədə məlumat əldə etdiyi halda, o fakt barədə xəbərdar olardı ki, ərizəçi öz iddialarının təsdiqi üçün yeni sübutlar təqdim edib.
125. Daxili istintaq orqanı tərəfindən diqqətli yanaşmanın bu cür çatışmazlığı baxımından, A.A.-nın və Q.Q.-nin ifadələri barədə müstəntiqi məlumatlandırmaq üzrə ərizəçinin çatışmazlığı ona qarşı istifadə edilə bilməz, ona görə ki, onun üçün bu sübutları hakimiyyət orqanlarının diqqətinə çatdırmaq kifayət edir. Cinayət işi çərçivəsində bu şahid ifadələrinin hakimiyyət orqanları tərəfindən lazımincə qiymət verməməsi istintaqın səmərəsizliyinə geniş əsası təşkil edib.
126. Bundan başqa, hakimiyyət orqanları, ərizəçinin 13 və 16 mart 2004-cü ildəki (bax, yuxarıda, 25-ci paraqraf) ifadələrində ad və ya təsvirlə açıq-aşkar müəyyən etdiyi şəxslərin, yəni İ.Q.-nin (halbuki, mülki araşdırmalarda onun izahatı alınıb) və 259 saylı Aptekin işçisi olan boz saçlı qadının ifadəsini almağa çalışmayıb. Həmçinin, ərizəçi tərəfindən aptekdən təcili tibbi yardım klinikasına aparıldığı xüsusilə göstərilsə də, istintaq orqanı 16 oktyabr 2003-cü ildə təcili tibbi yardım zənglərinə aid nə təcili tibbi yardım klinikasının qeydlərini, nə də həkimlərin, başqa tibb personalının və ərizəçini klinikaya aparan tibb avtomobilinin sürücüsünün ifadələrini əldə etməyib. Hakimiyyət orqanları tərəfindən buna riayət edilməməsinə dair Hökumət tərəfindən hər hansı izahat verilməyib. Bu şahidlərin ifadələri ərizəçinin iddialarının düzgünlüyünün müəyyən edilməsinə çox böyük kömək edə bilərdi.
127. Əvəzində, istintaq orqanları, Məhkəmənin qənaətinə görə, çox uzaq olan və ya ümumiyyətlə iddia olunan hadisə ilə əlaqəli olmayan səkkiz başqa şahidləri dindirməklə özünü məhdudlaşdırıb. Mövcud olan sənədlər əsasında, görünür ki, bu şahidlər iddia olunan hadisədən təxminən bir il sonra dindirilib və sadəcə olaraq müəyyən etmə məqsədləri üçün onlara ərizəçinin bir fotoşəkili göstərilib.
128. Bu şahidlərdən altısı 16 oktyabr 2003-cü ildə Azadlıq Meydanında və ya yaxınlıqda olan polis əməkdaşlarıdır. Hər hansı başqa izahatının olmadığı yerdə, görünür ki, onlar həmin gündə sözügedən meydanda olan polis əməkdaşlarından təsədüfi yolla seçilib. Bu təsədüfi polis əməkdaşlarının ifadələrinin işin faktlarının müəyyən edilməsində hansı yolla yardımçı olmasının mümkünlüyü göstərilməyib. Hər bir halda, Məhkəmə hesab edir ki, bu polis əməkdaşlarının təkzibi dəyərli kimi qəbul ediməməlidir, nəzərə alaraq ki, ərizəçinin pis rəftara məruz qalmasının müəyyən edilməsi onları yaxud da onların həmkarlarını cinayət və ya başqa məsuliyyətə cəlb edilməsi altına qoyacaq (müqayisə et, yuxarıda qeyd olunmuş, Məmmədov, § 75, Afanasyev Ukraynaya qarşı, № 38722/02, § 76, 05 aprel 2005-ci il; və Akkoç Türkiyəyə qarşı, № 22947/93 və 22948/93, § 89, İHAM 2000-X).
129. Müstəntiq, həmçinin, 259 saylı Aptekin işçiləri olduğunu iddia edən A.V.-nin və R.Q.-nin ifadələrinə istinad edib. Ərizəçinin fotoşəkilinə baxan bu şahidlər onu tanımayıb və 16 oktyabr 2003-cü ildə onu aptekdə görmələrini təkzib edib. Onların ifadələri hadisə barədə ərizəçinin versiyasına və A.A.-nın, Q.Q.-nin və İ.Q.-nin ifadələrinə zidd olub. Hər bir halda, Məhkəmə qeyd edir ki, ərizəçiyə heç zaman etibarlılıqlarını və ifadələrinin düzgünlüyünü mübahisələndirmək üçün A.V. və R.Q. ilə şəxsən üzləşmək imkanı verilməyib. Bundan başqa, A.A., Q.Q. və İ.Q.-dən ifadələri almaq və başqa əhəmiyyətli şahidləri müəyyən etmək və dindirmək üzrə müstəntiqin uğursuzluğuna görə (bax, yuxarıda 126-cı paraqraf), istintaq, ərizəçinin iddialarını təsdiq edən daha çoxlu ifadələr baxımından, A.V.-nin və R.Q.-nin ifadələrini qiymətləndirmək faydasından məhrum olunub. Bu səbəblərə görə, Məhkəmə A.V.-nin və R.Q.-nin ifadələrinin etibarlılığına aid ciddi şübhələrə malikdir və hesab edir ki, onlar da dəqiq araşdırılmayıb.
130. Həmçinin, Məhkəmə hesab edir ki, daxili istintaqın səmərəsizliyinə səbəb olan və bununla da, hazırkı işdə Hökumətin təqdim etdiyi izahatların inandırıcı olmasını aradan qaldıran bir çox başqa faktorlar da mövcud olub. Xüsusən, pis rəftar barədə ciddi iddialara baxmayaraq, ərizəçi «zərər çəkmiş şəxs» kimi tanınmayıb ki, bu da, onun istintaqda iştirak etmək və müstəntiqin hərəkətlərini mübahisələndirmək qabiliyyətini əhəmiyyfətli şəkildə məhdudlaşdırıb (bax, yuxarıda, 61-ci paraqraf). Eyni zamanda, istintaq ləng olub. Dövlət tibbi ekspertlər istintaq orqanı tərəfindən tələb olunmuş tibbi ekspertizanı keçirmək üçün izahedilməz uzun müddətlər sərf edib. Halbuki, yuxarıda göstərildiyi kimi, hadisənin hallarını istintaq etmək üçün hər hansı səmərəli addımlar atılmayıb və təxminən doqquz ay tələb olunub ki, müstəntiq istintaqa xitam verilməsini qərara alsın.
131. Nəhayət, istintaqa xitam verilməsinə dair qərardan ərizəçini məlumatlandıran 26 noyabr 2004-cü il tarixli müstəntiqin məktubunun Hökumət tərəfindən təqdim olunmasına baxmayaraq (bax, yuxarıda 81-ci paraqraf), bu məktubda poçt qeydi olmayıb və Hökumət, istintaqa xitama verilməsinə dair 26 noyabr 2004-cü il tarixli qərarla birgə bu məktubun həqiqətən ərizəçiyə göndərilməsini və ya başqa yolla ona təqdim edilməsini təsdiq edən başqa sübut göstərməyib. Buna görə, Məhkəmə hesab edir ki, ərizəçi bu qərar barədə lazımincə məlumatlandırılmayıb. Belə olan halda, o, bu qərarın qanuniliyini məhkəmədə mübahisələndirmək imkanından, yəni, inter alia, iki tibbi ekspertiza rəyinin etibarlılığını mübahisələndirə bildiyi və istintaq orqanı tərəfindən yol verilən səhvlərdən, o cümlədən həlledici şahid ifadələri əldə etməməkdən şikayət edə bildiyi vasitədən məhrum olunub.
132. Yuxarıdakıları nəzərə alaraq, Məhkəmə hesab edir ki, daxili hakimiyyət orqanları ərizəçinin 16 oktyabr 2003-cü ildə aldığı zədələri əhatə edən hallar üzrə səmərəli və müstəqil istintaqı apara bilməyiblər və Hökumətin təqdim etdiyi izahatlar kifayətedici və inandırıcı hesab edilə bilməz. Kifayət qədər güclü və bir-birinə uyğun sübutlarla təsdiq edilən ərizəçinin iddialarını nəzərə alaraq və Hökumətin inandırıcı izahatının olmadığı baxımından, Məhkəmə hesab edir ki, ərizəçinin zədələri polis tərəfindən gücdən istifadə və xüsusilə, qeyri-müəyyən polis əməkdaşı tərəfindən dəyənəkdən zərbə aldığı nəticəsində yaranıb.
133. Ərizəçinin üzərində istifadə olunmuş gücün həddən artıq olub-olmamasına gəldikdə, Məhkəmə, bu məsələ üzrə qəti qərarı çıxarmadan, qəbul edir ki, hakimiyyət orqanları ictimai asayişi bərpa etmək məqsədilə üsyançı etirazçılara qarşı gücün müəyyən dərəcəsini istifadə etməkdə haqlı olub. Lakin, hazırkı işin hallarında, Məhkəmə yalnız ərizəçiyə qarşı gücdən istifadənin həddən artıq olub-olmaması ilə maraqlanır. Bununla bağlı, məhkəmə qeyd edir ki, Hökumət, ərizəçiyə qarşı istifadə olunmuş gücün dərəcəsini izah etməyə və ya əsaslandırmağa əsası təşkil edə bilən hər hansı dəlillər irəli sürməyib. Hər hansı sübut mövcud deyildir göstərsin ki, ərizəçi nümayiş zamanı hər hansı zorakı davranışa cəlb olunub. O, 16 oktyabr 2003-cü il hadisələri zamanı hakimiyyət orqanlarına müqavimət göstərdiyi üçün heç zaman həbs olunmayıb və ya mühakimə edilməyib. Hadisə vaxtı, o, təhlükədən yayınmaq üzrə açıq-aşkar cəhdində Azadlıq Meydanını tərk etməyə çalışıb. Onun tərəfindən polis gücün tətbiqinə hər hansı yolla təhrik etdiyini və ya bunu başqa yolla zəruri etdiyini göstərən heç bir əsas mövcud deyildir. Müvafiq olaraq, ərizəçiyə qarşı gücdən istifadə zərurətsiz və həddən artıq olub.
134. Bundan başqa, Məhkəmə hesab edir ki, ərizəçinin aldığı zədələr ciddi fiziki ağrının və əziyyətin mövcudluğunu müəyyən edir. Zədələr onun səhhətində davamlı nəticələrə səbəb olub, ona görə ki, o, sağ gözündə tam kör olub. Pis rəftar və onun nəticələri ərizəçiyə onun insani bütövlüyünü sarsıdan əhəmiyyətli mənəvi əziyyət törədə bilərdi. Belə olan halda, Məhkəmə hesab edir ki, şikayət edilən pis rəftar Konvensiyanın 3-cü maddəsinin əhatəsinə düşən sərtliyin minimum dərəcəsinə çatmaq və qeyri-insani və alçaldıcı rəftar kimi qiymətləndirilmək üçün kifayət qədər ciddi olub.
(iii) Nəticə
135. 131-ci paraqrafdaki qənaətlər əsasında, işin mahiyətinə birləşdirilmiş daxili vasitələrin tükənməməsinə dair Hökumətin etirazının hissəsini rədd edilir. Mahiyyətə gəldikdə isə, Məhkəmə qənaətini təkrar edir ki, 16 oktyabr 2003-cü ildə ərizəçi qeyri-insani və alçaldıcı kimi təsvir edilə bilən rəftara məruz qalıb və nəticəyə gəlir ki, ərizəçinin şikayətləri üzrə istintaq, yuxarıda göstərilən müxtəlif səbəblərdən, Konvensiyanın 3-cü maddəsinin tələblərinə cavab verməyib.
136. Buna görə, iş üzrə Konvensiyanın 3-cü maddəsinin həm maddi, həm də prosessual pozuntusu baş verib.
II. KONVENSİYANIN 6 VƏ 13-cü MADDƏLƏRİNİN İDDİA OLUNAN POZUNTUSU
137. Ərizəçi şikayət edib ki, daxili cinayət istintaqı səmərəsiz və onun tərəfindən başlanılmış mülki araşdırmalar ədalətsiz olub. O, bildirib ki, məhkəmələr faktların qiymətləndirilməsində obyektiv olmayıb və polis tərəfindən döyülməsi nəticəsində çəkdiyi hissləri bərpa etməyib. O, Konvensiyanın 6-cı maddəsinə və mahiyyət etibarı ilə, Konvensiyanın 13-cü maddəsinə istinad edib.
138. Konvensiyanın 6-cı maddəsi aşağıdakıları nəzərdə tutur:
«Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən... məhkəmə vasitəsi ilə... işinin ədalətli araşdırılması hüququna malikdir.»
139. Konvensiyanın 13-cü maddəsi aşağıdakıları nəzərdə tutur:
«Bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqları pozulan hər kəs, hətta bu pozulma rəsmi fəaliyyət göstərən şəxslər tərəfindən törədildikdə belə, dövlət orqanları qarşısında səmərəli hüquqi müdafiə vasitələri hüququna malikdir.»
140. Tərəflərin dəlilləri, onların Konvensiyanın 3-cü maddəsinin prosessual cəhətinə etdikləri dəlilləri ilə eyni və ya mahiyyətcə oxşar olub.
141. Məhkəmə qeyd edir ki, bu şikayətlər yuxarıda araşdırılmış şikayətlərlə bağlıdır və buna görə, eynilə məqbul elan edilməlidir.
142. Lakin, daxili istintaq orqanları və məhkəmələr tərəfindən aparılmış istintaqın səmərəsizliyinə aid Konvensiyanın 3-cü maddəsinin prosessual cəhətinin pozulduğunun müəyyən olunması baxımından, Məhkəmə hesab edir ki, Konvensiyanın 6 və 13-cü maddələrinə əsasən hər hansı ayrı məsələlər meydana çıxmır və nəticəyə gəlir ki, bu şikayətləri ayrıca araşdırmaq zərurəti yoxdur.
III. KONVENSİYANIN 41-ci MADDƏSİNİN TƏTBİQİ
143. Konvensiyanın 41-ci maddəsi aşağıdakıları nəzərdə tutur:
«Əgər Məhkəmə Konvensiya və onun Protokollarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edərsə, zəruri halda zərər çəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir.»
A.Zərər
144. Ərizəçi ona edilmiş və görmək qabiliyyətinin itirilməsi ilə nəticələnmiş zədələrin onda qorxu, narahatlıq və əsəbilik hissiyyətlərini oyatmasını qeyd edərək, mənəvi zərərə aid cəmi 850.000 Yeni Azərbaycan manatı (AZN) tələb edib.
145. Hökumət bu tələbə aid şərh verməyib.
146. Məhkəmə hesab edir ki, əlbəttə, ərizəçi sadəcə olaraq pozuntunun müəyyən edilməsi ilə bərpa olunmayan mənəvi zərər çəkib. Məhkəmə, həmçinin, faktı nəzərə alır ki, ərizəçi səhhətində daimi nəticələrə səbəb olan xüsusilə ciddi zədə alıb. İşin spesifik hallarında, ədalətli əsaslarla qərar çıxararaq, Məhkəmə hər hansı vergi məbləği üstünə gəlməklə, mənəvi zərərə aid ərizəçiyə 25.000 avro (EUR) kompensasiya təyin edir.
B. Xərc və məsrəflər
147. Ərizəçi, həmçinin, daxili məhkəmələr və Məhkəmə qarşısında çəkdiyi xərc və məsrəflər üçün 1.800 AZN tələb edib.
148. Hökumət bu tələbə aid şərh verməyib.
149. Məhkəmənin presedent-hüququna müvafiq olaraq, ərizəçi öz xərc və məsrəflərin əvəzləşdirilməsi hüququna yalnız o halda malikdir ki, onların həqiqətən və zərurət qarşısında xərclənməsi və həcmə görə əsaslı olması göstərilsin. Hazırkı işdə, ərizəçi tərəfindən hər hansı təsdiqləyici sənədləri təqdim etmədiyini nəzərə alaraq, Məhkəmə xərc və məsrəflərə görə tələbi rədd edir.
C. Faiz dərəcəsi
150.Məhkəmə məqsədəmüvafiq hesab edir ki, faiz dərəcəsi üstünə üç faiz əlavə edilməli olan, Mərkəzi Avropa Bankının təqdim etdiyi dərəcənin son həddinə əsaslanmalıdır.
BU SƏBƏBLƏRƏ GÖRƏ MƏHKƏMƏ YEKDİKLİKLƏ
1.Şikayəti məqbul elan edir;
2.Konvensiyanın 3-cü maddəsinin həm maddi, həm də prosessual cəhətlərinin pozulmasını qərara alır;
3.Konvensiyanın 6 və 13-cü maddələri üzrə şikayətləri ayrıca araşdırmaq zərurətinin olmadığını qərara alır;
4. Qərara alır ki,
(a) Qərarın Konvensiyanın 44-cü maddəsinin 2-ci hissəsinə əsasən qəti olduğu gündən üç ay müddətində mənəvi zərərə görə Dövlət tərəfindən ərizəçiyə üstünə gələ bilən hər hansı vergi hesablanmaqla 25.000 EUR (iyirmi beş min avro) həll olunma gününə tətbiq olunan dərəcədə Yeni Azərbaycan manatında ödənilsin;
(b) yuxarıda qeyd olunan üç ay bitdiyi vaxtdan həll olunma gününədək adi maraq üç faiz əlavə olunmaqla yuxarıdakı məbləğ üstünə Mərkəzi Avropa Bankının faiz dövründəki təqdim etdiyi dərəcənin son həddinə uyğun ödənilməlidir;
6.Ədalətli kompensasiyaya aid ərizəçinin qalan tələbini rədd edir.
İngilis dilində tərtib olunub və Məhkəmə Reqlamentinin 77-ci qaydasının 2 və 3-cü bəndlərinə müvafiq olaraq, qərar barədə məlumat yazılı şəkildə 02 aprel 2009-cu ildə göndəriib.
Soren NilsenXristos Rozakis
Katib Sədr
Full & Egal Universal Law Academy