© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil. Əlavə məlumat üçün sənədin sonunda müəllif hüquqları haqqında qeydə baxın.
© Council of Europe/European Court of Human Rights, 2012. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
N. Birləşmiş Krallığa qarşı [Böyük Palata] (N. v. the United Kingdom [GC]), ərizə № 26565/05
27.05.2008-ci il tarixli qərar [Böyük Palata]
Maddə 3
Ölkədən çıxarılmanın qeyri-insani rəftar təşkil etməsi məsələsi
HİV virusuna yoluxmuş pasiyentin müvafiq tibbi yardımla təmin edilməsinin sual altında olduğu öz ölkəsinə qaytarılması təklifi: bu halda deportasiya pozuntu təşkil etməyəcək
Uqanda vətəndaşı olan ərizəçi xanım N. 1998-ci ildə uydurma adla Birləşmiş Krallığa gəldi və sığınacaq istədi. Sonrakı aylarda ona QİMS-lə əlaqədar iki xəstəlik və yüksək səviyyəli immunosupressiya diaqnozu qoyuldu. Müalicə üçün ona antiretrovirus dərmanı təyin olundu və səhhəti stabilləşməyə başladı. 2001-ci ildə daxili işlər naziri onun sığınacaq barədə vəsatətini oradakı məlumatlar inandırıcı olmadığına görə rədd etdi və həmçinin onun bu arqumentini qəbul etmədi ki, ölkədən çıxarılması Konvensiyanın 3-cü maddəsi ilə qadağan olunmuş qeyri-insani rəftar təşkil edəcək. Ərizəçi bu qərardan şikayət etdi və hakim onun 3-cü maddə ilə bağlı arqumenti ilə razılaşdı, amma onun qərarı immiqrasiya işləri üzrə apellyasiya orqanı tərəfindən ləğv olundu, həmin məhkəmə qərara aldı ki, Uqandada o, Birləşmiş Krallıqdakı səviyyədə olmasa da, hər halda tibbi müalicə ala bilər. Ərizəçinin Apellyasiya Məhkəməsinə və Lordlar Palatasına şikayətləri rədd edildi. Böyük Palata tərəfindən qərar çıxarılan tarixdə ərizəçinin səhhəti stabil və uzun səfərə yararlı idi və belə hesab edilirdi ki, tələb olunan zəruri müalicəni alacağı təqdirdə səhhətinin stabilliyi davam edəcək. Lakin milli məhkəmələrə təqdim edilən sübutlar göstərirdi ki, ərizəçi Birləşmiş Krallıqda aldığı tibbi yardımdan məhrum olarsa, vəziyyəti sürətlə pisləşəcək və səhhətində nasazlıq, diskomfort, ağrılar olacaq və bir neçə ilə öləcək. Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına əsasən, Uqandada antiretrovirus müalicəsi aparılır, hərçənd ki, vəsait çatışmazlığı səbəbindən bu müalicəni ona ehtiyacı olanların yalnız yarısı ala bilir. Ərizəçi iddia etdi ki, həmin müalicəni ala bilməyəcək, çünki yaşadığı kənd yerində bu müalicə əlçatan deyil. Belə görünür ki, Uqandada onun qohumları var, amma özünün iddia etdiyinə görə, xəstəliyi ciddiləşəcəyi təqdirdə onun qayğısına qalmağa onların nə istəkləri, nə də imkanları var.
Hüquqi məsələlər – Maddə 3: Məhkəmə ciddi xəstəliyi olan şəxsin ölkədən çıxarılması hallarına tətbiq edilən prinsipləri aşağıdakı şəkildə qısaca ifadə etdi: ölkədən çıxarılmalı olan əcnəbilər prinsipcə iştirakçı dövlətin ərazisində göstərilən tibbi, sosial və ya digər formada yardım və ya xidmətlərdən istifadə etmək üçün həmin ölkədə qalmaq hüququna istinad edə bilməzlər. Ərizəçinin işinin halları, o cümlədən ölkədən çıxarılacağı təqdirdə ömrünün əhəmiyyətli dərəcədə qısalması ehtimalı onun ölkədən çıxarılmasının Konvensiyanın 3-cü maddəsini pozacağını iddia etmək üçün kifayət deyil. Ciddi ruhi və ya digər xəstəlikdən əziyyət çəkən əcnəbinin ölkədən çıxarılaraq həmin xəstəliyin müalicəsinin iştirakçı dövlətin ərazisində olduğundan aşağı səviyyədə olduğu ölkəyə göndərilməsi barədə qərarın yalnız müstəsna hallarda, məsələn, D. Birləşmiş Krallığa qarşı işdə olduğu kimi ciddi humanitar səbəblər mövcud olduqda, Konvensiyanın 3-cü maddəsini pozacağını iddia etmək olar (bax: Qərar və qərardadlar toplusu (Reports of Judgments and Decisions), 1997-III. Həmin işdə ərizəçi ciddi xəstə idi və ölüm ayağında idi və öz ölkəsində tibbi qulluq və ya müalicə ilə təmin ediləcəyinə zəmanət yox idi, həmçinin onu ən azı minimal səviyyədə qida, sığınacaq və ya sosial yardımla təmin etmək istəyində və ya iqtidarında olan qohumları da yox idi. 3-cü maddə iştirakçı dövlətlərin belə bir vəzifə qoymur ki, ərazilərində olmaq hüququna malik olmayan bütün əcnəbilərə pulsuz və qeyri-məhdud yardım göstərməklə müxtəlif ölkələrdə mövcud olan müalicənin səviyyələri arasında uyğunsuzluğu aradan qaldırsınlar. Nəhayət, bu prinsiplər əzaba, ağrıya və ömrün əhəmiyyətli dərəcədə qısalmasına səbəb olan, habelə ərizəçinin ölkəsində asanlıqla əldə edilmə bilməyən və ya əhəmiyyətli məsrəflər bahasına edilən ixtisaslı tibbi yardım tələb edən anadangəlmə ciddi fiziki və ya ruhi xəstəlikdən əziyyət çəkən istənilən şəxsin ölkədən çıxarılmasına tətbiq edilməlidir.
Ərizəçinin işində onun tələbi yalnız xəstəliyinin ciddiliyinə və öz ölkəsində müalicəsi üçün vəsaitinin olmamasına əsaslanırdı. Sığınacaq almaq üçün verdiyi vəsatətə və Konvensiya üzrə şikayətlərinə baxıldığı dövrdə Birləşmiş Krallığın onu tibbi və sosial yardımla təmin etməsi faktı özlüyündə bu yarımları gələcəkdə də davam etdirmək öhdəliyini doğurmur. Baxmayaraq ki, Uqandaya qayıtması onun həyatının keyfiyyətinə və yaşama müddətinə ciddi təsir göstərə bilər, onun xəstəliyi kritik həddə deyil. Onun səhhətinin sürətlə pisləşəcəyinin mümkünlüyü və tibbi müalicə, qulluq və yardım almaq, o cümlədən qohumlarından kömək almaq imkanları barədə mülahizələr müəyyən dərəcədə ehtimal xarakteri daşıyır, xüsusən də nəzərə alsaq ki, HİV və QİÇS-in müalicəsi sahəsində daim inkişaf gedir. Beləliklə, ərizəçinin işində "müstəsna halların" mövcudluğu aşkar edilmədi.
Nəticə: pozuntu baş verməyib (üç səsə qarşı on yeddi səslə).
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012.
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil; eyni zamanda, Məhkəmə tərcümənin keyfiyyəti ilə bağlı heç bir məsuliyyət daşımır. Tərcümə Avropa İnsan Hüquqları Məhkəməsi HUDOC presedent hüququ bazası () və ya Məhkəmənin onu bölüşmüş olduğu hər hansı digər məlumat bazasından yüklənə bilər. Bu tərcümə qeyri-kommersiya məqsədləri üçün istifadə oluna bilər; bu halda işin tam adına, habelə yuxarıda göstərilən müəllif hüquqları haqqında qeydə və İnsan Hüquqları Etimad Fonduna istinad edilməlidir. Bu tərcümənin hər hansı bir hissəsinin kommersiya məqsədləri ilə istifadə edilməsi üçün publishing@ ilə əlaqə saxlayın.
© Council of Europe/European Court of Human Rights, 2012.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012.
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante : publishing@
Full & Egal Universal Law Academy