© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2016. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə görə heç bir məsuliyyət daşımır. Əlavə məlumat almaq üçün bu sənədin sonunda verilmiş müəllif hüququna dair tam məlumata baxın.
© Council of Europe/European Court of Human Rights, 2016. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2016. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
Nazarenko Rusiyaya qarşı – ərizə № 39438/13
16.7.2015 tarixli qərar [I Bölmə]
Maddə 8
Pozitiv öhdəliklər
8-ci maddənin 1-ci bəndi
Ailə həyatına hörmət hüququ
Ərizəçinin uşağın bioloji atası olmadığı müəyyən edildikdən sonra onun bütünlüklə və avtomatik olaraq uşağın həyatından çıxarılması: pozuntu baş verib
Faktlar – Nikahda olduqları müddətdə ərizəçi ilə arvadının A. adlı qızları vardı. Sonradan cütlük boşandı və ərizəçi uşaq üzərində birgə qəyyumluq hüququnu həyata keçirdi. Ərizəçinin atalığı şübhə altına alındıqdan sonra müəyyən edildi ki, o, uşağın bioloji atası deyil. Nəticədə dövlət hakimiyyəti orqanları onun beş il ərzində uşağı böyütdüyünü və onun qayğısına qaldığını qəbul etsələr də, o, uşaq üzərində valideynlik hüquqlarını, o cümlədən onunla təmasda olmaq hüququnu itirdi. Onun adı uşağın doğum şəhadətnaməsindən çıxarıldı və uşağın soyadı dəyişdirildi. Daxili qanunvericilikdə ərizəçinin uşaqla bioloji qohumluq əlaqəsi olmadığı halda onunla hər hansı münasibətdə olmasına imkan verən heç bir müstəsna hal nəzərdə tutulmamışdı.
Hüquqi məsələlər – Maddə 8: A. ərizəçi nikahda olduğu müddətdə doğulmuş və onun qızı kimi qeydiyyata alınmışdı. A.-nın atası olduğuna heç bir şübhəsi olmayan ərizəçi beş ildən artıq müddət ərzində onu böyütmüş və qayğısına qalmışdı. Qəyyumluq və himayə orqanı və ekspert-psixoloqlar tərəfindən müəyyən edildiyi kimi, ərizəçi ilə A. arasında sıx emosional bağlılıq vardı. Buna görə də onların arasındakı münasibət 8-ci maddənin 1-ci bəndində nəzərə tutulan mənada ailə həyatı təşkil edirdi. Uşaqla bioloji qohumluq əlaqələrinin olmaması həmin bəndin məqsədləri üçün ailə həyatının mövcudluğunu təkzib etmirdi (himayədar valideynlərlə bağlı bu qərara bax: Kopf və Liberda Avstriyaya qarşı, ərizə № 1598/06, 37-ci bənd, 17 yanvar 2012-ci il).
Məhkəmə təmas hüquqlarını tənzimləyən Rusiya qanunvericiliyi normalarının qeyri-mütəhərrikliyindən narahatlığını bildirdi. Hökumət uşaqla təmasda olmaq hüququna malik olan şəxslərin dəyişməz tam siyahısını müəyyən etməyin nəyə görə "demokratik cəmiyyətdə zəruri" olduğuna və hər bir işin xüsusi halları kontekstində uşağın maraqlarını nəzərə alan hər hansı istisna halların nəzərdə tutulmadığına dair heç bir səbəb göstərmədi. Nəticədə ərizəçi kimi uşaqla qohumluğu olmayan, amma uzun müddət onun qayğısına qalan və onunla sıx şəxsi bağlılıq formalaşdıran hər hansı şəxs heç bir halda və uşağın maraqlarından asılı olmayaraq təmas hüququ əldə edə bilmirdi.
Məhkəmə əmin deyildi ki, təmas hüquqları məsələsində uşağın maraqları ümumi xarakter daşıyan hüquqi ehtimal əsasında düzgün müəyyən edilə bilər. Bütün maraqlı şəxslərin hüquqları arasında ədalətli balansın müəyyən edilməsi işin xüsusi hallarının araşdırılmasını zəruri edirdi. Müvafiq olaraq, 8-ci maddə uşaqla bioloji qohumluq əlaqəsinin olub-olmamasından asılı olmayaraq kifayət qədər uzun müddət ərzində onun qayğısına qalmış şəxslə təmasda olmağın uşağın maraqlarına uyğun olub-olmadığını hər bir işdə ayrıca araşdırmaq öhdəliyini üzv dövlətlərin üzərinə qoyan maddə kimi şərh oluna bilərdi. Bu təmasın A.-nın maraqlarına uyğun olub-olmadığını araşdırmadan ərizəçinin A. ilə təmasda olmaq hüququnu inkar etməklə Rusiya bu öhdəliyi yerinə yetirməmişdi.
Uşağın maraqlarına aid olan müvafiq səbəblər bunu tələb etmirsə, müəyyən müddət ərzində öz hesabına uşağı böyütmüş şəxs əslində uşağın bioloji atası olmadığı müəyyən edildikdən sonra uşağın həyatından tamamilə çıxarılmamalıdır. Hazırkı işdə bu cür səbəblər göstərilməyib. Heç zaman güman edilməyib ki, ərizəçi ilə təmasda olması A.-nın inkişafına zərər yetirə bilər. Əksinə, həm qəyyumluq və himayə orqanı, həm də ekspert-psixoloqlar tərəfindən müəyyən edilmişdi ki, ərizəçi ilə A. arasında güclü qarşılıqlı bağlılıq mövcuddur və ərizəçi uşağın qayğısına yaxşı qalıb.
Xülasə, dövlət orqanları ərizəçi ilə A. arasında ailə bağlarının saxlanmasına imkan yaratmaq öhdəliklərini yerinə yetirməyiblər. Beləliklə, daxili qanunvericilik normalarının qeyri-mütəhərrikliyi ucbatından atalıq hüququna xitam verildikdən sonra ərizəçinin bütünlüklə və avtomatik olaraq A.-nın həyatından çıxarılması, xüsusən A.-nın maraqlarını lazımi qaydada nəzərə almadan təmas hüquqlarının inkar edilməsi ərizəçinin ailə həyatına hörmət edilməməsinə bərabər idi.
Nəticə: pozuntu baş verib (yekdilliklə).
Maddə 41: Ziyanla bağlı heç bir tələb irəli sürülmədi.
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi
Katibliyin bu xülasəsinə görə Məhkəmə məsuliyyət daşımır.
Presedent hüququnun Məlumat Qeydləri üçün tıklayın
©Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2016
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə və onun keyfiyyətinə görə heç bir məsuliyyət daşımır. Tərcüməni Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnu təşkil edən işlərin daxil olduğu HUDOC məlumat bazasından () və ya Məhkəmənin razılığı ilə yerləşdirilən istənilən digər məlumat bazasından yükləmək olar. Tərcüməni qeyri-kommersiya məqsədlərilə bu şərtlə yenidən nəşr etmək mümkündür ki, məhkəmə işinin tam adı, yuxarıda göstərilmiş müəllif hüququna dair qeyd və Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fonduna istinad göstərilsin. Tərcümənin hər hansı bir hissəsindən kommersiya məqsədi ilə istifadə etmək nəzərdə tutularsa, bu ünvana müraciət etmənizi xahiş edirik publishing@.
© Council of Europe/European Court of Human Rights, 2016
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2016
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante: publishing@.
Full & Egal Universal Law Academy