© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil. Əlavə məlumat üçün sənədin sonunda müəllif hüquqları haqqında qeydə baxın.
© Council of Europe/European Court of Human Rights, 2012. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
Noylinger və Şuruk İsveçrəyə qarşı (Neulinger and Shuruk v. Switzerland [GC]), ərizə № 41615/07
06.07.2010-cu il tarixli qərar [Böyük Palata]
Maddə 8
8-ci maddənin 1-ci bəndi
Ailə həyatına hörmət
Anasının yanında yaşayan uşağın hüquqa zidd olaraq çıxarıldığı atasının ölkəsinə qaytarılması barədə məhkəmə qərarı: Avropa Məhkəməsi qərara aldı ki, məcburi qaytarılma pozuntu təşkil edəcək
Faktlar – İsveçrə vətəndaşı olan və İsraildə məskunlaşan birinci ərizəçi orada ərə getdi və bu nikahdan oğlu oldu. Uşağın (ikinci ərizəçinin) inadkar prozelitizm (dini inancın təbliği) ilə seçilən ifrat ortodoksal icmada yaşamaq üçün atası tərəfindən xaricə aparılacağından ehtiyat edən ailə işləri üzrə məhkəmə uşağın yetkinlik yaşına çatana qədər İsraildən çıxarılmasını qadağan edən qərar qəbul etdi. Uşaq üzərində müvəqqəti qəyyumluq birinci ərizəçiyə həvalə olundu və hər iki valideyn valideynlik hüquqlarını birgə həyata keçirdilər. Sonradan atanın aqressiv davranışı səbəbindən onun uşaqla görüş hüququ məhdudlaşdırıldı. Ərlə arvad boşandılar və birinci ərizəçi oğlu ilə gizlicə İsraildən İsveçrəyə getdi. Sonuncu instansiya qismində İsveçrə Federal Məhkəməsi birinci ərizəçinin üzərinə uşağı İsrailə qaytarmaq öhdəliyini qoydu.
8 yanvar 2009-cu il tarixli qərarında Avropa Məhkəməsinin Palatası üç səsə qarşı dörd səslə bu qənaətə gəldi ki, Konvensiyanın 8-ci maddəsinin pozuntusu baş verməyib (120 saylı Məlumat bülleteninə bax).
Hüquqi məsələlər – Maddə 8: Milli məhkəmələrin və ekspertlərin fikrincə, uşağın İsrailə qaytarılmasına yalnız bu şərtlə yol vermək olardı ki, o, anasının müşayiəti ilə oraya qayıtsın. Bu tədbir milli hakimiyyət orqanlarının bu cür məsələlərdə malik olduqları qiymətləndirmə sərbəstliyinə aid məsələ idi. Bununla belə, 8-ci maddəyə riayət edilib-edilmədiyini qiymətləndirmək üçün uşağın geri qaytarılması barədə Federal Məhkəmə tərəfindən qərar çıxarılana qədər baş vermiş hadisələri də nəzərə almaq lazımdır. Avropa Məhkəməsi bu qənaətə gəldi ki, bu məsələdə o, əcnəbilərin ölkədən çıxarılmasına aid olan öz presedent hüququnu müvafiq dəyişikliklərlə rəhbər tuta, habelə təyinat ölkəsində məskunlaşmış yetkinlik yaşına çatmayan şəxs barəsində ölkədən çıxarılma qərarının mütənasibliyini qiymətləndirmək üçün öz presedent hüququndakı meyarları müvafiq dəyişikliklərlə nəzərə ala bilər. Hazırkı işdə uşaq İsveçrə vətəndaşı idi və təxminən dörd il ərzində yaşadığı bu ölkədə onun yaşayış şəraiti yaxşı idi. Yaşı baxımından (onun yeddi yaşı vardı) bu ölkəyə uyğunlaşması üçün onun potensialı böyük olsa da, yenidən başqa ölkəyə köçməsi onun üçün ciddi nəticələr doğura bilərdi və bu nəticələri köçürülmənin ona verə biləcəyi faydalarla müqayisə etmək tələb olunur. Bu baxımdan diqqətəlayiq hal ondan ibarətdir ki, uşaq ölkədən gizli aparılana qədər atanın onunla görüş hüququna məhdudiyyət qoyulmuşdu. Bundan başqa, o vaxtdan bəri ata iki dəfə evlənmiş və yenə də uşaqları olmuşdu və qızı üçün aliment ödəmirdi. Məhkəmə buna şübhə ilə yanaşır ki, belə hallar uşağın rifahına və inkişafına şərait yarada bilər. Anaya gəlincə, İsrailə qayıdacağı təqdirdə o, cinayət sanksiyaları ilə, o cümlədən həbs cəzası ilə üzləşə bilərdi. Aydın məsələdir ki, belə vəziyyət uşağın maraqlarının ən yaxşı şəkildə təmin edilməsi tələbinə cavab vermirdi, belə ki, uşağın anası, görünür, onun yeganə qohumu idi. Beləliklə, ananın İsrailə qayıtmaqdan imtina etməsi heç də əsassız deyildi. Hətta ananın İsrailə qayıtmağa razılıq verdiyini fərz etsək belə, ona qarşı cinayət işi başlanacağı və daha sonra o, azadlıqdan məhrum ediləcəyi təqdirdə, uşağın atasının keçmişdəki davranışını və vəsaitlərinin məhdud olduğunu nəzərə alsaq onun uşağa baxması ehtimalı sual altında idi. Üstəlik, atası uşaqla heç vaxt təklikdə yaşamamışdı və uşaq iki yaşında ölkədən getdikdən sonra atası onu görməmişdi. Beləliklə, Məhkəmə əmin deyil ki, İsrailə qayıtması uşağın maraqlarının ən yaxşı şəkildə təmin edilməsi tələbinə cavab vermiş olacaqdı. Anaya gəlincə, o, ailə həyatının toxunulmazlığı hüququna qeyri-mütənasib müdaxiləyə məruz qalacaqdı. Müvafiq olaraq, iki ərizəçinin İsrailə qayıtması barədə məhkəmə qərarı icra olunacağı təqdirdə bu işdə 8-ci maddə pozulmuş olacaqdı.
Nəticə: pozuntu baş verib (bir səsə qarşı on altı səslə).
Maddə 41: Pozuntunun müəyyən edilməsi faktı hər hansı mənəvi ziyana görə yetərincə ədalətli kompensasiya təşkil edir.
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012.
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil; eyni zamanda, Məhkəmə tərcümənin keyfiyyəti ilə bağlı heç bir məsuliyyət daşımır. Tərcümə Avropa İnsan Hüquqları Məhkəməsi HUDOC presedent hüququ bazası () və ya Məhkəmənin onu bölüşmüş olduğu hər hansı digər məlumat bazasından yüklənə bilər. Bu tərcümə qeyri-kommersiya məqsədləri üçün istifadə oluna bilər; bu halda işin tam adına, habelə yuxarıda göstərilən müəllif hüquqları haqqında qeydə və İnsan Hüquqları Etimad Fonduna istinad edilməlidir. Bu tərcümənin hər hansı bir hissəsinin kommersiya məqsədləri ilə istifadə edilməsi üçün publishing@ ilə əlaqə saxlayın.
© Council of Europe/European Court of Human Rights, 2012.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012.
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante : publishing@
Full & Egal Universal Law Academy