© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2015. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə görə heç bir məsuliyyət daşımır. Əlavə məlumat almaq üçün bu sənədin sonunda verilmiş müəllif hüququna dair tam məlumata baxın.
© Council of Europe/European Court of Human Rights, 2015. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2015. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
Məhkəmə təcrübəsi üzrə məlumat qeydi No 173
Aprel 2014
Nusret Kaya və başqaları Türkiyəyə q. - 43750/06, 43752/06, 32054/08 və başqaları.
Qərar 22.4.2014 [Seksiya II]
Maddə 8
Maddə 8-1
Yazışmaya hörmət
Ailə həyatına hörmət
Türkiyəli məhbuslara telefon danışıqlarında kürd dilindən istifadə edilməsinə məhdudiyyət qoyulması: pozuntu
Faktlar – Həbsxana müdiriyyəti tərəfindən məhbus olan ərizəçilərin yaxınları ilə telefon danışıqlarını kürdcə etməsinə icazə verilməmişdir. Onların bu məhdidiyyətin aradan qaldırılması ilə bağlı məhkəmələrə müraciətləri rədd edilmişdir.
Hüquqi məsələlər – Maddə 8 : Ərizəçilərin ailə üzvləri ilə telefon ünsiyyətinə, kürdcə danışmaq istədikləri səbəbilə qoyulan məhdudiyyət Konvensiyanın 8-ci maddəsinin 1-ci bəndi mənasında onların ailə həyatlarına və yazışmalarına hörmət hüququna müdaxilə hesab edilə bilər. Bu məsələ, öz-özlüyündə ərizəçilərin dil azadlığı ilə deyil, ailələri ilə real əlaqə saxlamaq hüququ ilə bağlıdır. 2006-cı il Avropa Penitensiar Qaydaları * çərçivəsindəki rekomendasiyalara əsasən, həbsxana müdiriyyətinin məhbusların yaxın ailəsi ilə əlaqə saxlamasına yardım etməsi vacibdir. Hazırki işdə, daxili hüquq məhbuslara xarici aləmlə telefon danışıqları vasitəsilə əlaqə saxlamaq imkanı tanıyır. Telefon danışıqlarına, təhlükəsizlik səbəbləri ilə həbsxana müdiriyyəti tərəfindən nəzarət edilə bilər və adekvat nəzarət üçün məhbuslardan, telefon danışıqlarını prinsip etibarılə tükcə etmək tələb olunurdu. Şübhəsiz ki, daxili hüquqda bu prinsipdən istisnalar nəzərdə tutulurdu və məhbusların yaxınları ilə telefon danışıqları zamanı türk dilindən başqa bir dildən istifadəyə qadağa qoyan heç bir müddəa yox idi. Qaydaların 88/2 p) maddəsi bu imkanı müəyyən şərtlərə tabe tuturdu. Bu müddəada xüsusilə, həbsxana müdiriyyətinin məhbusun başqa dildə danışmaq istədiyi şəxsin türcə bilmədiyini yoxlaması imkanı nəzərdə tutulurdu. Bundan əlavə, o zaman tətbiq edilən reqlament müddəaları və milli instansiyaların qərarlarına əsasən, həbsxana müdiriyyəti, telefon danışıqları ilə bağlı formulyarda edilən qeydləri yoxlayanda, bu yoxlamanın xərcləri həmin məhbus tərəfindən ödənilirdi.
Şübhəsiz ki, Məhkəmə, həbsdən qaçmağın qarşısının alınması kimi xüsusi təhlükəsizlik mülahizələri əsasında xüsusi həbsxana rejimlərinin tətbiqini və bir məhbusun (ünsiyyətə icazə verilən dildən başqa bir dildə danışıb-danışmadığının müəyyən edilmədiyi halda belə) yaxınları ilə öz seçdiyi dildə ünsiyyət saxalamasının qadağan edilməsini məqbul saymışdır. hazırki işin hallarında, haqqında söhbət gedən qaydalar ümumi olaraq və məhbusların şəxsiyyəti və etdikləri cinayətlərlə bağlı təhlükəsizlik tələblərinin fərdi qiymətləndirilməsindən asılı olamyaraq, heç bir məhbusa fərq qoyulmayan tətbiq edilirdi. Məhkəmə bundan əlavə hesab edir ki, milli instansiyalar ərizəçilərin kürdcə danışmaq üçün icazələrini dəyərləndirən zaman bu dilin Türkiyədə çox istifadə olunmasından və bəzi məhbusların da ailə münasibətlərində bu dildə danışmasından xəbərsiz deyildi. Bununla belə onlar tərcümə sistemindən istifadə etməyi nəzərəd tutmamışlar. Belə ki, Məhkəmə xatırladır ki, o artıq təsdiq etmişdir ki, həbsxana müdiriyyətinin məhbusa ailəsilə real əlaqə saxlamasına yardım etməsi vacibdir. Bununla əlaqədar, hazırki işdə heç nə məhbusların kürd dilinin onların ailə münasibətlərində istifadə olunan və yaxınalrının danışdığı yeganə dil olduğu barədəki fikirlərini mübahisələndirməyə imkan vermir. Məhkəmə bu halı hazırki iş üçün əhəmiyyətli hesab edir. Ailə üzvləri ilə kürd dilində danışmaq arzusunu ifadə etmiş ərizəçilərə, onların türkcə ünsiyyət saxalaya bilmədiyinin həqiqiliyinin əvvəlcədən yoxlanılması ilə bağlı təcrübə, ərizəçilərin ailələri ilə əlaqə yaratmasına qoyulan məhdudiyyət baxımından, uyğun və kafi əsaslara söykənmirdi. Beləliklə, ərizəçilərin yaxınları ilə telefon danışıqlarını kürdcə etmək hüququna edilən müdaxilə vacib hesab edilə bilməz. Qaydaların 88/2 p) maddəsinə edilən dəyişiklik ilə türk dilindən başqa bir dildə telefon danışıqlarına icazənin şərtlərinin dəyişdirilməsi bu nəticəni təsdiq edir. Dəyişiklikdən sonra bu maddəyə əsasən, artıq məhbus və ya onun yaxınlarının türkcə bilmədiyi barədəki sadə bir bəyanat kifayətdir.
Nəticə : pozuntu (beş səsə qarşı iki səs).
Maddə 41 : mənəvi ziyana görə hər ərizəçiyə 300 Avro.
* Avropa Şurası Nazirlər Komitəsinin 11 yanvar 2006-cı ildə qəbul edilmiş Avropa Penitensiar Qaydaları haqqında Rec(2006)2 saylı qərarı.
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi
Katibliyin bu xülasəsinə görə Məhkəmə məsuliyyət daşımır.
Presedent hüququnun Məlumat Qeydləri üçün tıklayın
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2015
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə və onun keyfiyyətinə görə heç bir məsuliyyət daşımır. Tərcüməni Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnu təşkil edən işlərin daxil olduğu HUDOC məlumat bazasından () və ya Məhkəmənin razılığı ilə yerləşdirilən istənilən digər məlumat bazasından yükləmək olar. Tərcüməni qeyri-kommersiya məqsədlərilə bu şərtlə yenidən nəşr etmək mümkündür ki, məhkəmə işinin tam adı, yuxarıda göstərilmiş müəllif hüququna dair qeyd və Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fonduna istinad göstərilsin. Tərcümənin hər hansı bir hissəsindən kommersiya məqsədi ilə istifadə etmək nəzərdə tutularsa, bu ünvana müraciət etmənizi xahiş edirik publishing@.
© Council of Europe/European Court of Human Rights, 2015.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2015
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante: publishing@.
Full & Egal Universal Law Academy