© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil. Əlavə məlumat üçün sənədin sonunda müəllif hüquqları haqqında qeydə baxın.
© Council of Europe/European Court of Human Rights, 2012.
This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012.
La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
O’Donaxyu və başqaları Birləşmiş Krallığa qarşı (O’Donoghue and Others v. the United Kingdom), ərizə № 34848/07
14.12.2010-cu il tarixli qərar [IV Bölmə]
Maddə 12
Nikah hüququ
Nikaha girmək istəyən, amma nikah mərasimini anqlikan kilsəsində keçirmək istəməyən mühacirlərdən nikahın təsdiqi barədə şəhadətnamə tələb olunması: pozuntu baş verib
Maddə 14
Ayrı-seçkiliyə məruz qalmamaq hüququ
Nikaha girmək istəyən, amma nikah mərasimini anqlikan kilsəsində keçirmək istəməyən mühacirlərdən nikahın təsdiqi barədə şəhadətnamə tələb olunması: pozuntu baş verib
Faktlar – Sığınacaq və immiqrasiya haqqında 2004-cü il tarixli Qanunun 19-u maddəsinə əsasən, immiqrasiya nəzarətində olan şəxslər nikaha girmək istədikdə, amma nikah mərasimini anqlikan kilsəsində keçirmək istəmədikdə nikahlarına bu nikahın təsdiqi barədə şəhadətnamə formasında icazə verilməsi üçün daxili işlər nazirinə müraciət etməli və şəhadətnaməyə görə rüsum ödəməli idilər. Məbləği 295 funt sterlinq (təxminən 330 avro) təşkil edən bu rüsumu ödəməkdən azad edilmə və ya onun məbləğinin azaldılması bu işin hallarına aid olan dövrdə nəzərdə tutulmurdu. 2005-ci il də tətbiq edilmiş bu sistemin ilkin versiyasına əsasən, Birləşmiş Krallıq ərazisinə daxil olmalarına və ölkədə altı aydan artıq qalmalarına icazə verilmiş ərizəçilər, bu müddətin başa çatmasına üç aydan az vaxt qalmaması şərti ilə, təsdiqedici şəhadətnamə almaq hüququna malik idilər. Sonradan bu sistemdə iki dəfə dəyişiklik edilərək təsdiqedici şəhadətnamə almaq hüququna malik olan şəxslərin dairəsi genişləndirildi: birinci dəyişiklik ölkəyə daxil olmaq və orada qalmaq üçün icazəsinin müddəti tələb olunan altı aylıq müddətdən az olan ərizəçilərə, ikinci dəyişiklik isə ölkəyə daxil olmaq və orada qalmaq üçün icazəsi olmayanlara şamil olundu. Sistemin ikinci və üçüncü versiyalarına əsasən, ərizəçilərə təklif edilə bilərdi ki, daxil olmaq istədikləri nikahın saxta olmadığını təsdiq edən məlumat təqdim etsinlər.
Nigeriya vətəndaşı olan ikinci ərizəçi 2004-cü ildə Şimali İrlandiyaya gəldi və orada birinci ərizəçi ilə görüşdü və 2006-cı ilin mayında ona evlənməyi təklif etdi. Bəy və gəlin katolik olduqları üçün anqlikan kilsəsində nikah bağlamaq niyyətində deyildilər və istənilən halda, Şimali İrlandiyada anqlikan kilsəsi yox idi. Buna görə də onlara təsdiqedici şəhadətnamə tələb olunurdu. Lakin ikinci ərizəçi sığınacaq axtaran şəxs olduğu üçün 2007-ci ilin iyununda sistemin üçüncü versiyası qüvvəyə minənə qədər şəhadətnamə almaq üçün müraciət etmək hüququna malik deyildi. 2007-ci ilin iyulunda birinci və ikinci ərizəçi şəhadətnamə almaq üçün müraciət etdilər və rüsumdan azad olunmalarını xahiş etdilər, çünki birinci ərizəçi dövlətdən müavinət alırdı, ikinci ərizəçinin isə Birləşmiş Krallıqda yaşayış icazəsi müvəqqəti olduğuna görə işləməsinə icazə verilmirdi. Onların ərizələri rüsumu ödəməmələri səbəbindən rədd edildi. Şəhadətnamə onlara yalnız 2008-ci ilin iyulunda, onlar tələb olunan məbləği dostlarının yarıdımı ilə yığdıqdan sonra verildi.
Hüquqi məsələlər – Maddə 12: İmmiqrasiya nəzarətində olan şəxslərin Birləşmiş Krallıqda nikaha girmələrinə icazə verilməsi üçün təsdiqedici şəhadətnamə almaqdan ötrü müraciət etmələri barədə tələb mahiyyət etibarı ilə qəbuledilməz olmasa da, bir sıra səbəblərə görə ciddi narahatlıq doğurur.
Birincisi, təsdiqedici şəhadətnaməni verib-verməmək barədə qərar yalnız nəzərdə tutulan nikahın həqiqiliyinə əsaslanmırdı. Sistemin birinci versiyasında bu məsələnin yoxlanılması nəzərdə tutulmamışdı, çünki şəhadətnaməni verib-verməmək barədə qərar yalnız şəxsin ölkədə qalmaq üçün icazəsinin olub-olmamasından asılı idi; ikinci və üçüncü versiyalarda isə nəzərdə tutulurdu ki, ölkədə qalmaq üçün yetərli müddətə icazəsi olmayan və ya ümumiyyətlə icazəsi olmayan şəxslərə təklif oluna bilər ki, münasibətlərinin həqiqiliyi barədə məlumat təqdim etsinlər. Bunlardan fərqli olaraq hər üç versiyada nəzərdə tutulurdu ki, ölkədə qalmaq üçün yetərli müddətə icazəsi olan ərizəçilər təsdiqedici şəhadətnamə almaqdan ötrü müraciət etmək hüququna malikdirlər və bu halda planlaşdırdıqları nikahın həqiqiliyi barədə məlumat təqdim etmələri onlardan tələb olunmurdu.
İkincisi, sistemin birinci və ikinci versiyaları planlaşdırılan nikahın həqiqi olub-olmamasından asılı olmayaraq konkret kateqoriyaya aid olan şəxslərin, yəni ölkədə qalmaq üçün yetərli müddətə icazəsi olmayan və ya ümumiyyətlə icazəsi olmayan əcnəbilərin nikaha girmək hüququna ümumi qadağa qoyurdu. Bu kateqoriyaya aid olan şəxslərin nikaha girməsinə qoyulan ümumi qadağa hər hansı səbəblə əsaslandırılmırdı. Hətta belə şəxslərin məqsədli nikah bağlamağa meyilli olduqlarını güman etmək üçün dəlillər olsa belə (bu işdə belə dəlillər təqdim edilməyib), planlaşdırılan nikahların həqiqiliyini yoxlamağa cəhd etmədən ümumi qadağanın qoyulması nikaha girmək hüququnu onun mahiyyətinə xələl gətirən dərəcədə məhdudlaşdırmışdı. Xüsusi səbəblərə görə istisnanın mövcud olması vəziyyəti dəyişmirdi, çünki istisnalar barədə qərar vermək bütünlüklə daxili işlər nazirinin ixtiyarında idi.
Üçüncüsü, rüsum məbləğinin imkansız ərizəçi üçün əlçatmaz olan səviyyədə müəyyən edilməsi nikaha girmək hüququnun mahiyyətinə xələl gətirə bilərdi. İmmiqrasiya nəzarətində olan bir çox şəxslərin işləmək hüququ olmadığını və ya gəliri az olan şəxslər kateqoriyasına aid olduğunu nəzərə alsaq, rüsumun 295 funt sterlinq təşkil edən məbləği nikaha girmək hüququnun mahiyyətinə xələl gətirən dərəcədə yüksək idi. Hətta 2010-cu ilin iyulunda rüsumun imkansız ərizəçilərə qaytarılmasını nəzərdə tutan sistem qüvvəyə mindikdən sonra da vəziyyət dəyişmədi, çünki rüsumun ödənilməsi tələbi nikaha girmək istəyənlərə əvvəlkitək çəkindirici təsir göstərən ciddi amil sayıla bilərdi.
Nəticədə ərizəçilərin nikaha girmək barədə ilk dəfə qərar qəbul etdikləri 2006-cı ilin mayından təsdiqedici şəhadətnamə aldıqları 2008-ci il iyulun 8-dək birinci və ikinci ərizəçinin nikaha girmək hüququ məhdudlaşdırılmışdı, belə ki, birinci dəfə bu hüquq ikinci ərizəçinin təsdiqedici şəhadətnamə almasına icazə verməyən sistemin ikinci versiyası ucbatından, ikinci dəfə isə rüsumun məbləğinin yüksək olması səbəbindən məhdudiyyətə məruz qalmışdı.
Nəticə: pozuntu baş verib (yekdilliklə).
12-ci maddə ilə birgə götürülməklə 14-cü maddəyə riayət edilib-edilməməsi: Sistemin birinci versiyası din əlamətinə görə ayrı-seçkiliyə əsaslanırdı. İkinci ərizəçinin vəziyyəti ölkədə qalmaq üçün icazəsi olmayan, amma anqlikan kilsəsində nikah bağlamaq istəyən və bunu etmək imkanına malik olan şəxslərin vəziyyəti ilə eyniləşdirilmişdi. Həmin şəxslər maneəsiz nikah bağlamaq imkanına malik olduqları halda, ikinci ərizəçi bu qaydada nikah bağlamaq istəmirdi (dini əqidələri səbəbindən) və bunu etmək imkanına malik deyildi (Şimali İrlandiyada yaşaması səbəbindən). Müvafiq olaraq, əvvəlcə onun Birləşmiş Krallıda nikah bağlaması qadağan edilmişdi, sistemə dəyişiklik edildikdən sonra isə yalnız təsdiqedici şəhadətnamə almaq üçün müraciət etdikdən və rüsumu ödədikdən sonra onun evlənməsinə icazə verilirdi. Beləliklə, obyektiv və əsaslı səbəbi olmayan fərqli rəftar açıq-aydın mövcud idi.
Nəticə: pozuntu baş verib (yekdilliklə).
9-cu maddə ilə birgə götürülməklə 14-cü maddəyə riayət edilib-edilməməsi: Hökumət etiraf etdi ki, anqlikan kilsəsində nikah bağlamaq istəyənlərə şamil olunmayan rejimin tətbiqi nəticəsində birinci və ikinci ərizəçinin 9-cu maddə ilə birgə götürülməklə 14-cü maddədə nəzərdə tutulmuş hüquqları pozulub.
Nəticə: pozuntu baş verib (yekdilliklə).
Maddə 41: Mənəvi ziyana görə hər iki ərizəçiyə birlikdə 8.500 avro, maddi ziyana görə isə hər ikisinə birlikdə 295 avro təyin edildi.
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012.
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil; eyni zamanda, Məhkəmə tərcümənin keyfiyyəti ilə bağlı heç bir məsuliyyət daşımır. Tərcümə Avropa İnsan Hüquqları Məhkəməsi HUDOC presedent hüququ bazası () və ya Məhkəmənin onu bölüşmüş olduğu hər hansı digər məlumat bazasından yüklənə bilər. Bu tərcümə qeyri-kommersiya məqsədləri üçün istifadə oluna bilər; bu halda işin tam adına, habelə yuxarıda göstərilən müəllif hüquqları haqqında qeydə və İnsan Hüquqları Etimad Fonduna istinad edilməlidir. Bu tərcümənin hər hansı bir hissəsinin kommersiya məqsədləri ilə istifadə edilməsi üçün publishing@ ilə əlaqə saxlayın.
© Council of Europe/European Court of Human Rights, 2012.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012.
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante : publishing@
Full & Egal Universal Law Academy