İNSAN HÜQUQLARI ÜZRƏ AVROPA MƏHKƏMƏSİ
BÖYÜK PALATA
O’HALLORAN VƏ FRENSİS BİRLƏŞMİŞ KRALLIĞA QARŞI
(O’HALLORAN and FRANCIS v. THE UNITED KINGDOM)
(15809/02 və 25624/02 nömrəli şikayətlər)
QƏRAR
STRASBURQ
29 iyun 2007-ci il
© Avropa Şurası/İnsan Hüquqları üzrə Avropa Məhkəməsi, 2012. Bu tərcümə Avropa Şurasının “Hyuman Rayts Trast Fondu”nun dəstəyi ilə həyata keçirilmişdir (/humanrightstrustfund). O, Məhkəmə üçün məcburi deyil. Geniş məlumat üçün müəlliflik hüququ ilə bağlı bu sənədin sonundakı tam məlumata bax.
© Council of Europe/European Court of Human Rights, 2012. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour europeenne des droits de l’homme, 2012. La presente traduction a ete effectuee avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund’). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire 1’indication de copyright/droits d’auteur a la fin du present document.
O’Halloran və Frensis Birləşmiş Krallığa qarşı işi üzrə,
İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Böyük Palatası
Sədr Jan-Pol Kosta (Jean-Paul Costa),
Hakimlər
Luzius Vildhaber (Luzius Wildhaber),
Kristos Rozakis (Christos Rozakis),
Nikolas Bratza (Nicolas Bratza),
Boştyan M. Zupançiç (Boštjan M. Zupančič),
Riza Türmen (Riza Türmen),
Volodimir Butkeviç (Volodymyr Butkevych),
Xosep Kasadeval (Josep Casadevall),
Matti Pellonpaa (Matti Pellonpää),
Sneyana Botuçarova (Snejana Botoucharova),
Stanislav Pavlovskiy (Stanislav Pavlovschi),
Lex Qarlitskiy (Lech Garlicki),
Xavyer Borrego Borrego (Javier Borrego Borrego),
Alvina Qyulumyan (Alvina Gyulumyan),
Lilyana Miyoviç (Ljiljana Mijović),
Eqbert Miyer (Egbert Myjer),
Yan Şıkuta (Ján Šikuta),
və yuristkonsult Vinsan Berjedən (Vincent Berger) ibarət tərkibdə
2006-cı il sentyabrın 27-də və 2007-ci il mayın 23-də qapalı müşavirə keçirərək
yuxarıda qeyd edilmiş son tarixdə aşağıdakı qərarı qəbul etdi:
PROSEDUR MƏSƏLƏLƏRİ
Iş Britaniyanın iki vətəndaşı cənab Jerard O’Halloran və cənab İdris Riçard Frensis tərəfindən İnsan Hüquqları və Əsas Azadlıqların Müdafiəsi haqqında Konvensiyanın (bundan sonra - “Konvensiya”) 34-cü maddəsinə uyğun olaraq Böyük Britaniya və Şimali İrlandiyanın Birləşmiş Krallığına qarşı müvafiq olaraq 2002-ci il aprelin 3-də və 2001-ci il noyabrın 15-də təqdim edilmiş iki ərizə (15809/02 və 25624/02 nömrəli) əsasında başlanmışdır. Ərizəçilərin birinə təmənnasız hüquqi yardım göstərilmiş və onlar London şəhərində fəaliyyət göstərən hüquqşünas cənab C.Velç tərəfindən təmsil olunmuşlar. Birləşmiş Krallığın Hökumətini (bundan sonra – “Hökumət”) səlahiyyətli nümayəndəsi, Xarici və Birlik İşləri İdarəsinin əməkdaşı cənab D.Valton təmsil etmişdir. Cənab O’Halloran iddia etmişdir ki, o, ona irəli sürülmüş ittiham üzrə cinayətə uyğun cəza almaq təhdidi ilə ondan məcburən götürülmüş ifadələr əsasında məhkum edilmişdir. Cənab Frensis isə iddia etmişdir ki, törədilməsində şübhəli bilindiyi cinayətlə əlaqədar sübutların təqdim etməyə məcbur edilməsi nəticəsində onun şəxsən özünün əleyhinə ifadə verməmək hüququ pozulmuşdur. Hər iki ərizəçi Konvensiyanın 6-cı maddəsinin 1-ci və 2-ci bəndləri əsasında şikayətlərini təqdim etmişdirlər. Ərizələr Məhkəmənin Dördüncü seksiyanın baxışına verilmişdir (Məhkəmənin Prosedur Qaydalarının 52-ci Qaydasının 1-ci bəndi). 2004-cü il oktyabrın 26-da ərizələr birləşdirilmiş və 2005-ci il oktyabrın 25-də hakimlər Jozep Kasadeval, Nikolas Bratsa, Matti Pellonpaa, Stanislav Pavlovski, Lex Qarlitski, Lilyana Miyoviç, Yan Şıkuta və Bölmənin katibi Mixael O’Boyldən ibarət həmin Bölmənin Palatasında müzakirə edilmiş və baxılması üçün mümkün hesab edilmişdir. 2006-cı il aprelin 11-də Palata işə baxmaq səlahiyyətini Böyük Palataya vermişdir, heç bir tərəf buna etiraz etməmişdir (Konvensiyanın 30-cu maddəsi və 72-ci Qayda). Böyük Palatanın tərkibi Konvensiyanın 27-ci maddəsinin 2-ci və 3-cü bəndlərinə və Məhkəmənin Prosedur Qaydalarının 24-cü Qaydasına əsasən müəyyən olunmuşdur. 2007-ci il yanvarın 19-da Məhkəmə sədri cənab Luzius Vildhaberin səlahiyyət müddəti başa çatmışdır. Jan Pol Kosta onu həmin vəzifədə əvəz edərək həmin iş üzrə Böyük Palatanın sədri təyin olmuşdur (9-cu Qaydanın 2-ci bəndi). Luzius Vildhaber və Matti Pellonpaanın səlahiyyət müddətinin başa çatmasına baxmayaraq Konvensiyanın 23-cü maddəsinin 7-ci bəndinə və 24-cü Qaydanın 4-cü bəndinə əsasən onlar həmin işə baxmağa davam ediblər. Həm ərizəçilər, həm də Hökumət şikayətin mahiyyəti üzrə öz qeydlərini təqdim etmişdirlər. Həmin şikayətlərə 2006-cı il sentyabrın 27-də Strasburq şəhərində, İnsan Hüquqları Sarayında açıq məhkəmə iclasında baxılmışdır (59-cu Qaydanın 3-cü bəndi).
Məhkəmə iclasında aşağıdakı şəxslər iştirak etmişdirlər:
(a) Hökumətin nümayəndələri
cənab D.Valton – İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yanında Böyük Britaniya və Şimali İrlandiyanın Birləşmiş Krallığının səlahiyyətli nümayəndəsi,
cənab D.Perri,
cənab L.Klark,
cənab M.Maqi – vəkillər,
cənab C.Mur - məsləhətçi
(b) Ərizəçilərin nümayəndələri
cənab B.Emmerson – vəkil
cənab C.Velç, solisitor
cənab D.Fridman, məsləhətçi
cənab J.O’Halloran,
cənab İ.Frensis, şikayətçilər
Məhkəmə cənab Emmerson və cənab Perrinin çıxışlarını və onların məhkəmənin suallarına verilmiş cavablarını dinləmişdir.
FAKTLAR
I. İŞİN HALLARI
Ərizəçilər müvafiq olaraq 1933-cü və 1939-cu illərdə anadan olmuş, London və Petersfild şəhərlərində yaşayırlar.
A. cənab O’Halloran (15809/02 nömrəli ərizə)
2000-ci il aprelin 7-də səhər saat 4:55 ərizəçinin adına qeydiyyata alınmış T61 TBX dövlət qeydiyyat nişanlı avtomobil 69 mil/saatda sürətlə M11 nömrəli avtomagistralla hərəkət edərkən radara düşmüşdür. Həmin yolda müvəqqəti sürət məhdudiyyəti 40 mil/saatda olmuşdur.2000-ci il aprelin 17-də kameralara cavabdeh olan Esseks Polis İdarəsindən şikayətçiyə aşağıdakı mətndə məktub göndərmişdir:
“Mövcud olan foto sübuta əsasən bildirilməlidir ki, T61 TBX dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi yolda sürətə qoyulmuş məhdudiyyətə əməl etməmişdir ... Bununla əlaqədar həmin sürücüyə qarşı sürət həddinə qoyulmuş məhdudiyyətə əməl etməməklə bağlı müvafiq proseduraya başlanılacaqdır ... Xəta törədildiyi zaman siz nəqliyyat vasitənin sürücüsü kimi müəyyən edilmişsiniz və siz 2.1-ci səhifədə göstərilən xəbərdarlığa riayət etmək hüquqi öhdəlik daşıyırsınız. Tərəfinizdən həmin tələbə 28 gün ərzində əməl edilməsə barənizdə törədilmiş cinayətə uyğun cəza təyin olunacaq və siz 1000 funt sterlinq məbləğində cərimələnərək sizə 3-6 cərimə balı təyin ediləcəkdir.”
Planlaşdırılan təqib barədə Xəbərdarlıqda bildirilmişdir ki, nəqliyyat vasitəsini idarə edən şəxs barəsində işin başlanılması planlaşdırılır. Ondan müvafiq xətanın törədildiyi anda avtomobili idarə etmiş şəxsin tam adının və ünvanının və ya sürücünün müəyyənləşdirilməsi üçün hər-hansı digər məlumatın təqdim edilməsi xahiş edilir. Ona bildirilmişdir ki, məlumatın təqdim edilməməsi “Yol hərəkəti haqqında” 1988-ci il tarixli Qanunun 172-ci maddəsinə əsəsən cinayət sayılır.Ərizəçi həmin məktuba cavab olaraq bildirmişdir ki, həmin vaxt məhz o sükan arxasında olmuşdur.2001-ci il martın 27-də ərizəçi Şimali Esseks Magistrlər Məhkəməsinin baxışına dəvət olunmuşdur və onun tərəfindən yolda müəyyən edilmiş hərəkət sürəti həddini aşma faktı təsdiq olunmuşdur. Məhkəmə baxışından öncə ərizəçi Planlaşdırılan təqib barədə Xəbərdarlığa cavab olaraq verilmiş izahatını Konvensiyanın 6-cı maddəsi ilə birlikdə “Polis və cinayət sübutları haqqında” 1984-cü il tarixli Qanunun 76-cı və 78-ci maddələrinə əsasən işdən çıxartmağa çalışmışdır. Onun ərizəsi Privi Şurasının Brounun Stotta qarşı işində qəbul edilmiş qərara əsasən ləğv edilmişdir. İttiham tərəfi sürətlə gedən nəqliyyat vasitəsinin fotoşəkilinə və 172-ci maddəsinə əsasən əldə edilmiş izahata əsaslanmışdır. Ərizəçi təqsirli bilinmiş və 100 funt sterlinq məbləğində cərimə edilmiş və 150 funt sterlinq məbləğində məhkəmə xərclərini ödəməyə dəvət edilmiş, həmçinin ona altı cərimə balı təyin edilmişdir.2001-ci il aprelin 11-də ərizəçi işin Böyük Məhkəməyə göndərilməsini Magistrlər Məhkəməsindən xahiş etmişdir:
“İşin halları üzrə, ittiham olunan şəxsin sürücü olduğu barədə özünü ifşa edən etiraf edici ifadələr “İnsan hüquqları haqqında” Qanununu və Avropa Məhkəməsinin son qərarlarını nəzərə alaraq “Polis və cinayət sübutları haqqında” 1984-cü il tarixli Qanunun 76-cı və 78-ci maddələrinə əsasən işdən çıxarılmalıdır.”
2001-ci il aprelin 23-də Magistrlər Məhkəməsinin əməkdaşı ərizəçiyə bildirmişdir ki, oxşar işinin Privi Şurası tərəfindən Broun Stotta qarşı və Böyük Məhkəməsi tərəfindən Dövlət İttihamının rəhbəri Vilsona qarşı işlərində baxılmasını nəzərə alaraq işinin göndərilməsindən imtina edilmişdir.2001-ci il oktyabrın 19-da Magistrlər Məhkəməsinin qərardadından ərizəçi tərəfindən verilmiş şikayətə baxılmaqdan imtina edilmişdir.
B. cənab Frensis (25624/02 nömrəli ərizə)
2001-ci il iyunun 12-də şikayətçinin adına qeydiyyata alınmış nəqliyyat vasitəsi 47 mil/saatda sürətlə hərəkət edərkən radara düşmüşdür. Həmin yolda müvəqqəti sürət məhdudiyyəti 30 mil/saatda olmuşdur.2001-ci il iyunun 19-da Sörey Qraflığının Polis idarəsindən ərizəçinin adına aşağıdakı mətndə məktub göndərmişdir:
“Bildiririk ki, “Yol hərəkəti pozucuları haqqında” 1988-ci il tarixli Qanunun 1-ci maddəsinə əsasən EYX 622 dövlət qeydiyyat nişanlı Alvis nəqliyyat vasitəsinin sürücüsünə qarşı proseduraya başlanılmışdır
Bu iddia mövcud olan foto və video sübutlara əsaslanmışdır. Siz xəta törədildiyi an avtomobili idarə etmiş şəxsin tam adını və ünvanını təqdim etməlisiniz. “Yol hərəkəti haqqında” Qanunun 172-ci maddəsinə əsasən siz xəbərdarlığı aldıqdan sonra 28 gün ərzində göstərilən məlumatları təqdim etməlisiniz. Əks halda sizin barənizdə tədbirlər görüləcək. Müvafiq məlumatı təqdim etmədiyinizə görə barənizdə törədilmiş cinayətə uyğun cəza təyin olunacaq: cərimə məbləği və cərimə balı.”
2001-ci il iyulun 17-də ərizəçi Sörey Qraflığının Polis İdarəsinə məktub göndərərək bildirmişdir ki, onun özünün əleyhinə ifadə verməmək hüququ var.2001-ci il iyulun 18-də Sörey Qraflığının Polis İdarəsi ərizəçiyə bildirmişdir ki, Broun Stotta qarşı işdə qərara gəlinmişdir ki, 172-ci maddə qeyd olunan hüququ pozmur.Ərizəçi məlumatı təqdim etməkdən imtina etmişdir.2001-ci il avqustun 28-də ərizəçi “Yol hərəkəti haqqında” Qanunun 172-ci maddəsinin 3-cü bəndində göstərilən tələblərə uyğun hərəkət etmədiyinə görə Magistrlər Məhkəməsinə çağırılmışdır. Ona möhlət verilmişdir.2001-ci il noyabrın 9-da Magistrlər Məhkəməsi ərizəçinin şikayətinə Strasburqda baxıldığına əsaslanaraq baxışını növbəti dəfə təxirə salmışdır. Ərizəçi 2001-ci il noyabrın 15-də Konvensiyanın 6-cı maddəsinin 1-ci və 2-ci bəndlərinə əsaslanaraq Məhkəməyə müraciət etmişdir.2002-ci il fevralın 8-də Magistrlər Məhkəməsi möhləti ləğv edərək məhkəmə baxışını 2002-ci il aprelin 15-ə təyin etmişdir. Həmin gün ərizəçi 750 funt sterlinq məbləğində cərimə edilmiş və 250 funt sterlinq məbləğində məhkəmə xərclərini ödəməyə dəvət edilmiş, həmçinin onun sürücülük vəsiqəsinə üç cərimə balı yazılmışdır. Ərizəçi iddia etmişdir ki, ona qarşı tətbiq olunmuş cərimə törədilmiş xətaya görə tətbiq olunan cəzadan daha ağır olmuşdur.
II. MİLLİ HÜQUQ VƏ TƏCRÜBƏ
A. Yol hərəkətini tənzimləyən qanunvericilik
“Yol hərəkəti haqqında” 1988-ci il tarixli Qanununun 172-ci maddəsi xüsusi hallarda nəqliyyat vasitəsini idarə etmiş şəxs haqqında məlumatın verilməsi vəzifəsini tənzimləyir. 1-ci bənddə isə həmin maddə ilə əhatə olunan yol hərəkəti qaydaları əleyhinə olan xətalara istinad edilir. Bura bir neçə xətalar daxildir, o cümlədən, velosipedçilər üçün nəzərdə tutulmuş yolda park etmə (1988-ci il tarixli Qanunun 21-ci maddəsi), ehtiyatsızlıqla sürmə ölümlə nəticələnəndə, habelə digər müddəalarla tənzimlənən xətalar, misal üçün sürətin aşılması və motosiklet sürücüsü tərəfindən ehtiyatsızlıqla adam öldürmə, aiddir.
2-ci bənddə aşağıdakılar nəzərdə tutulur:
“Nəqliyyat vasitəsinin sürücüsünün bu maddədə göstərilən xətanın törədilməsində günahkar olduğu iddia olunsa -
(a) nəqliyyat vasitəsinin sahibi baş polis zabiti tərəfindən tələb olunduqda sürücünün müəyyən edilməsi üçün bütün məlumatları təqdim etməlidir.
(b) hər hansı digər şəxslər məlumatları olduqda sürücünün müəyyən edilməsi üçün bütün lazımi məlumatları təqdim etməlidir.”
3-cü bənddə aşağıdakılar nəzərdə tutulur:
“2-ci bənddə qeyd olunan tələblərə cavab verməyən şəxs xətanın törədilməsində günahkar hesab olunur.”
4-cü bənddə aşağıdakılar nəzərdə tutulur:
“Şəxs 2-ci bəndin (a) paraqrafı ilə müəyyən edilmiş xətanın törədilməsində günahkar hesab olunmur əgər müvafiq qaydada sübut etsə ki, o, nəqliyyat vasitəsini idarə etmiş şəxsini tanımır.”
3-cü bənddə əsasən günahkar hesab edilmiş şəxs nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilə və ya törətdiyi xəta üç balla qiymətləndirilə bilər; eyni zamanda, o, şərti maliyyə vahidi məbləğinin 3 mislində (1000 funt sterlinqi) cərimələnə bilər.“Yol hərəkəti pozucuları haqqında” 1988-ci il tarixli Qanunun 12-ci maddəsinin 1-ci bəndinə əsasən müvafiq xəta üzrə keçirilən məhkəmə baxışı zamanı 1988-ci il tarixli Qanunun 172-ci maddəsinin 2-ci bəndinə uyğun olaraq şəxsin nəqliyyat vasitəsinin həmin an sürücüsü olduğu faktını təsdiq edən izahatı sübut kimi qəbul edilə bilər.
B. “Polis və cinayət işləri üzrə sübutlar haqqında” 1984-cü il tarixli Qanun
76-cı maddədə aşağıdakılar nəzərdə tutulur:
“(1) İstənilən proses zamanı ittiham olunan şəxs tərəfindən verilən etiraf edici izahatlar ona qarşı sübut kimi istifadə oluna bilər. Bununla həmin məsələ proses zamanı istənilən məsələyə uyğundur və hazırkı maddə əsasında məhkəmə tərəfindən istisna edilmir;
(2) Məhkəmə baxışı zamanı ittiham tərəfi təqsirləndirilən şəxsin etirafını təqdim etməyə təklif edibsə, o zaman sübut olunmalıdır ki, həmin etiraf aşağıda göstərilən üsullarla əldə olunmayıb:
(a) etiraf edici izahatı təqdim edən şəxsə qarşı gücün tətbiqi ilə
(b) həmin an mövcud olan şəraitdə, dəmək olar ki, heç bir məlumat verməmək və ya heç bir hərəkət etməmək həmin şəxs tərəfindən təqdim edilmiş istənilən etirafı etibarsız edir.
məhkəmə təqsirləndirilən şəxsin özünə qarşı etirafı o zaman qəbul edə bilər ki, ittiham tərəfi etirafı əsaslı şübhələr olmadan yuxarıda göstərildiyi kimi əldə olunmadığını sübut edə bilsə. ...”
78-ci maddənin 1-ci bəndində aşağıdakılar nəzərdə tutulur:
“Məhkəmə baxışının istənilən mərhələsində məhkəmə hesab etsə ki, ittiham tərəfinin təqdim etdiyi sübut qanuna uyğun əldə olunmayıb və ya məhkəmə prosesinin ədalətliliyinə qərəzli təsir göstərirsə, o, həmin sübutu qəbul etməməlidir.”
C. Müvafiq daxili presedent hüququ
Yuxarıda göstərilən Broun Stotta qarşı işdə Privi Şurası qadın tərəfindən ona məxsus nəqliyyat vasitəsinin yaxınlığında yerləşən mağazada xırda oğurluq etməsi məsələsinə baxmışdır. Onun üzərində keçirilmiş alkoqol testi pozitiv nəticə vermişdir. Qadının alkoqolun təsiri altında nəqliyyat vasitəsinin idarə edilməsini (1988-ci il tarixli Qanunun 5-ci maddəsinə zidd olaraq) sübut etmək üçün polis ona 172-ci maddəyə əsasən xəbərdarlıq göndərmişdir. Dövlət ittihamçısı nəqliyyat vasitənin qadın tərəfindən idarə olunması haqqında qadının cavabını ona qarşı alkoqol təsiri vəziyyətində nəqliyyat vasitəsinin idarə edilməsi üzrə təqibinin həyata keçirilməsi üçün istifadə etmək istəyirdi. Cinayət İşləri üzrə Böyük Məhkəmə təqsirləndirilən şəxsin şikayətini qəbul edərək hesab etmişdir ki, ittiham tərəfi məcburiyyət qarşısında verilmiş ifadələrə əsaslana bilməz.Dövlət ittihamçısının apellyasiya şikayətinə baxan Privi Şurası hesab etmişdir ki, etiraf edici ifadənin istifadəsi Konvensiyanın 6-cı maddəsinin tələblərinə zidd olmamışdır. Kornhildən Lord Binqhəm öz qərarında aşağıdakıları qeyd etmişdir:
“Nəqliyyat vasitələrin idarə olunması nəticəsində yollarda insan ölümü və xəsarət almaları ilə nəticələnən hadisələrin sayının çox olması demək olar ki, bütün inkişaf etmiş ölkələrə xas olan haldır. Bu hadisələrin ictimaiyyətin maraqları naminə səmərəli idarə olunması vacibliyi sübhə doğurmur. Nəqliyyat vasitələrindən istifadə qaydaları demokratik cəmiyyətdə müxtəlif vasitələrlə tənzimlənə bilərlər, o cümlədən xəta törətmiş sürücünün müəyyən olunması, ona qarşı təqibinin həyata keçirilməsi və onun cəzalandırılmasını tənzimləyən müddəaların qəbul edilməsi ilə. Materiallar... hətta natamam olsalar da, icra probleminin həll olunmasında müxtəlif cavablar verir. Müxtəlif hüquq sistemlərində (İspaniya, Belçika və Fransa) nəqliyyat vasitəsinin qeydiyyata alınmış sahibi sübut etməsə ki, həmin an nəqliyyat vasitəsi digər şəxs tərəfində idarə olunubsa, o zaman o, xırda yol hərəkəti qaydalarının pozulmasında günahkar sürücü kimi müəyyən oluna bilər. Nəzərə alsaq ki, yol hərəkəti qaydalarının tənzimləməsi üzrə qanunvericiliyinin icrası cəmiyyət üçün böyük əhəmiyyət daşıyır, vacib məsələ ondan ibarətdir ki, məhkəmə baxışı zamanı nəqliyyat vasitəsinin sahibi hadisə zamanı sükan arxasında olduğunu etiraf edibsə 172-ci maddə mütənasib olmalı və ya ərizəçinin ədalətli məhkəmə hüququna xələl gətirməməlidir.
Mən hesab etmirəm ki, düzgün tətbiq edilmiş 172-ci maddə həmin ciddi ictimai problemə mütənasib cavab verir və ya təqsirləndirilən şəxsin etiraf edici ifadələrə əsaslanması onun ədalətli məhkəmə hüququnu pozur. Mən həmin nəticəyə aşağıda qeyd olunan səbəblərə əsasən gəlmişəm.
1. 172-ci maddə tək, sadə suala cavab verir. Bu suala cavab özü özlüyündə şübhəli şəxsi ifşa etmir, ona görə ki, nəqliyyat vasitəni idarə etmək hüquq pozuntusu sayıla bilməz. Şübhəsiz hazırkı işdəki kimi, nəqliyyat vasitənin idarə edilməsi etirafı məhkum etmək üçün zəruri sübut kimi hesab oluna bilər. Lakin, həmin maddə iddia olunan cinayət faktı üzrə dindirməni tənzimləmir və buna görə cəza orta ağır olmalı və azadlıqdan məhrumetmə ilə bağlı olmamalıdır. Sübutun etibarlığını şübhə altına qoyan özünün əleyhinə ifadə verməyə məcbur etməyə dair iddialar hazırkı işdə mövcud olmamış, lakin, belə bir hərəkətin sübutu olsaydı hakim sadəcə öz səlahiyyətlərindən istifadə edərək bunu kimi ifadəni qəbul etməzdir.
2. Cinayət İşləri üzrə Böyük Məhkəməyə 172-ci maddə əsasında sualın cavablandırılmasını və fiziki nümunələrin verilməsini, habelə Avropa Məhkəməsinin bununla əlaqədar Sanders işində səlahiyyətin olub olmamasını fərqləndirməyə səlahiyyətin verilməsinə baxmayaraq hesab edirəm ki, həmin fərq arxa plana keçməməlidir. Düzdür ki, təqsirləndirilən şəxs tərəfindən şifahi və ya yazılı şəkildə verilmiş izahatlar yeni sübut kimi hesab olunmalı və, o, bu barədə yazana və ya danışana qədər mövcud olmamışdır. Bunun əksinə qəbul oluna bilərdi ki, onun qanında alkoqolun fakt kimi mövcudluğu, o, alkoqol testerə nəfə salana qədər mövcud olmuşdur. Lakin, təqsirləndirilən şəxsin alkoqol testerə nəfə salmasının tələb olunması, yəni bunu kimi hərəkətdən əvvəl mövcud olmaya sübutu əldə etmək məqsədi daşıyırdı. Bununla əldə olunmuş sübut həmin şəxsin təqsirli hesab olunması üçün kifayət olmuşdur. Bununla çox çətindir anlamaq hansı səbəbə suala cavab vermək tələbi etirazla qarşılanıb, lakin, alkoqol testin keçirilməsi yox. Təqsirləndirilən şəxs üzərində alkoqol testin keçirilməsi tənqid edilmir.
3. Nəqliyyat vasitələrini idarə edən bütün insanlar anlayırlar ki, bununla onların hərəkətləri xüsusi rejimlə idarə olunurlar. Həmin rejim nəqliyyat vasitələri idarə etmək və onlara sahib çıxmaq xüsusi üstünlüyün və ya imtiyazların verilməsinə görə təsis edilməyib, bu rejimin təsis olunmasının məqsədi onunla bağlıdır ki, nəqliyyat vasitələri (odlu silah kimi) ictimai təhlükə mənbəyi kimi tanınır. Düzdür ki, 172-ci maddənin 2-ci bəndini (b) yarımbəndi nəqliyyat vasitəsinin sahibi və ya sürücüsü olmayan, o cümlədən nizamlayıcı rejimi dolayı yollarla da qəbul etməyən şəxsin dindirilməsini icazə verir. Lakin, nəqliyyat vasitəsinin sahibi və ya sürücüsü olmayan şəxs cavablarından asılı olmayaraq heç vaxt özünü ifşa etməyəcək. Həmin məsələyə dairənin daxilində baxanda hər hansı şəxsdə belə bir sual yarana bilər ki, 172-ci maddə yolda təhlükəsizliyinin müəyyən olunması probleminə qeyri-mütənasib cavab verirmi, o cümlədən, bütövlükdə ictimaiyyətin və fərdin maraqları sonuncunun son dərəcədə ziyanına olaraq toqquşurlarmı, və həmin sübutun rəhbər tutulması təqsirləndirilən şəxsin əsas hüquqlarını pozurmu. Bu suallara mən neqativ cavablar vermək məcburiyyətində olardım. Hazırkı dəlil əsaslı olsaydı, o Britaniyanın vətəndaşları ondan hələ 1966-cı ildən yararlana bilərdilər. Lakin, bildiyimə görə heç bir kəs bu ölkədə bu günə qədər qanunvericili ədalətsizliyi görə tənqid etməmişdir.”
Qərardad İngiltərənin Ali Məhkəməsi tərəfindən yuxarıda qeyd olunan Dövlət İttihamçısı Vilsona qarşı iş üzrə qəbul edilmişdir.
HÜQUQİ MƏSƏLƏLƏR
KONVENSİYANIN 6-CI MADDƏSİNİN 1-Cİ VƏ 2-Cİ BƏNDLƏRİNİN İDDİA OLUNAN POZUNTUSU
Ərizəçilər bildirmişdirlər ki, onların özlərinin əleyhinə ifadə verməyə məcbur edilməsi nəticəsində onların özlərini ifşa etməkdə sərbəstlik hüququ pozulmuşdur. Konvensiyanın 6-cı maddəsi müvafiq hissəsində aşağıdakılar qeyd edilir:
“1. Hər kəs, ... ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ... işinin ədalətli ... araşdırılması hüququna malikdir.
2. Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.
A. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin tətbiqi
Ərizəçilər bildirmişdilər ki, onlara, cənab O’Hallorana yolda sürət məhdudiyyətini aşmaqla nəqliyyat vasitəsinin idarə edilməsinə, cənab Frensisa isə hadisənin baş verməsi zamanı nəqliyyat vasitəsini idarə etmiş sürücünün adını göstərməməyə görə, Planlaşdırılan təqib barədə Xəbərdarlığın göndərilməsi və sonradan onların cərimələnməsi Konvensiyanı 6-cı maddəsinin 1-ci bəndi barələrində qaldırılmış cinayət işləri üzrə tətbiq olunmalıdır.Hökumət həmin işlər üzrə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin tətbiqinə dair heç bir izahat təqdim etməmişdir.Məhkəmə qeyd edir ki, ərizəçilər onlara göndərilmiş Planlaşdırılan təqib barədə Xəbərdarlığın təsiri altına düşmüşdürlər. Onlar yolda sürət məhdudiyyətini aşma kimi törədilmiş xətaya görə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin müstəqil mənasında təqsirli bilinmişdirlər (bax: “Servs Fransaya qarşı” (Seves v. France, 20 October 1997, § 42, Reports of Judgments and Decisions). İstənilən halda Konvensiyanın 6-cı maddəsi sübutların təqdim etməyə məcbur etməklə bağlı olan işlər üzrə, xüsusən digər proseduralar mövcud olmamışdırsa və ya ərizəçi həmin prosedur çərçivəsində bəraət almışdırsa, tətbiq edilə bilər (bax, Funke Fransaya qarşı (Funke v. France, 25 February 1993, §§ 39 and 40, Series A no. 256-A) və Heyni və Makginness İrlandiyaya qarşı (Heaney and McGuiness v. İreland, no. 34720/97, §§ 43-45, ECHR 2000-XII).Bununla Məhkəmə qəbul edir ki, Konvensiyanın 6-cı maddəsi hazırkı işdə tətbiq edilməlidir.
B. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə uyğunluq
1. Tərəflərin izahatları
Hökumət bildirir ki, özünü ifşa etməmək və özünün əleyhinə ifadə verməmək hüququ mütləq hesab olunmur və ictimai maraqları məqsədilə qanuni məqsədlərlə onların tətbiqinə məhdudiyyətlər qoyula bilər. Özünü ifşa etməmək hüququ ilə əlaqədar olan işə (bax: Sanders Birləşmiş Krallığa qarşı (Saunders v. the United Kingdom, 17 December 1996, § 62, Reports 1996-VI) əlavə olaraq Hökumət aşağıda göstərilən prinsiplərə istinad etmişdir: məhkəməyə müraciət etmək hüququna məhdudiyyətlər (bax: Aşınqdan Birləşmiş Krallığa qarşı (Ashingdane v. United Kingdom, 28 May 1985, § 58, Series A no. 93); bir sıra presedent işlərdə qeyd olunmuşdur ki, Müqavilə üzrə Tərəflərə icazə verilmişdir ki, ictimaiyyətin və fərdin maraqları arasında olan ədalətli tarazlıq pozulmursa sübut etmək öhdəliyi tam dəyişə bilər (bax: Salabiaku Fransaya qarşı (Salabiaku v. France, 7 October 1988, § 28 , Series A no. 141-A); hər kəsin qanun və məhkəmə qarşısında hüquq bərabərliyi ilə əlaqədar işlərdə hüquqi yardım almaq hüququna mümkün məhdudiyyətlər (bax: Fit Birləşmiş Krallığa qarşı (Fitt v the United Kingdom, no. 29777/96, § 45, ECHR 2000-II); şahidlərdən ifadələrin alınması hüququ (bax: S.N. İsveçə qarşı (S.N v. Sweden, no. 34209/96, § 47, ECHR 2002-V); və, eyni zamanda, sübutların (o cümlədən, ifşaedici sübutlar) mümkünlüyünün müəyyən edilməsi ilk növbədə milli qanunvericiliklə tənzimləməsi kimi prinsip (bax: Xan Birləşmiş Krallığa qarşı (Khan v. the United Kingdom, no. 35394/97, § 38, ECHR 2000-V)Hökumət hesab edir ki, “Yol hərəkəti haqqında” 1998-ci il tarixli Qanunun (bundan sonra - “1998-ci il tarixli Qanun”) 172-ci maddəsinə əsasən baş vermiş yol hərəkəti qaydalarının əleyhinə olan xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmiş sürücünün müəyyən olunması üçün aparılmış dindirmənin və bunun nəticəsində əldə olunmuş ifadələrin təqib zamanı sübut kimi və ya ifadə vermək istəməyən şəxs barəsində təqibin aparılması məqsədilə istifadə olunması Konvensiyanın 6-cı maddəsinə uyğundur. Nəqliyyat vasitəsinin sahibi tərəfindən sürücü barədə məlumatın verilməsi üçün bir neçə səbəblər mövcuddur: yol hərəkəti qaydalarının pozulması ictimaiyyət üçün təhlükə daşıyır və bu təhlükənin qarşısının alınmasında səmərəli araşdırma böyük rol oynayır (təhqiqatlar göstərib ki, sürəti müəyyən edən radarların quraşdırılması yollarda qəzaların sayını 28%-dək azaldır); 172-ci maddədə müəyyən olunmuş səlahiyyətdən daha səmərəli səlahiyyət qanunvericilikdə mövcud deyil, eyni zamanda bu səlahiyyət olmasa yol hərəkəti qaydaları əleyhinə olan xətaların araşdırılması və onlara dair təqibin aparılması mümkün olmazdı; və nəqliyyat vasitəsinin sürücüsü olması faktı özü özlüyündə ifşaedici hesab edilmir. Eyni zamanda, sübut etmək öhdəliyin tam olaraq ittiham tərəfinin üzərinə düşdüyünü nəzərə alaraq 172-ci maddə təqsirsizlik prezumpsiyasını pozmur. Həmin məsələ müvafiq şəraitdə yeganə bir sualın verilməsi üçün nəzərdə tutulub, eyni zamanda etibarsız və ya qanuni yolla əldə olunmamış sübutların istifadəsinə qarşı olan mexanizmlər mövcuddur, lakin, cəzanın maksimal həddi 1000 funt sterlinq məbləğində cərimə təyin edilib.Hökumət hesab edir ki, 172-ci maddənin tətbiqi sürücülərdən daha çox nəqliyyat vasitəsinin qeydiyyata alınmış sahiblərə təsir edir, belə ki, qeydiyyata alınmış sahib sürücü barədə məlumatın verilməsi öhdəliyini daşıyır və, eyni zamanda, belə bir prezumpsiya mövcuddur ki, qeydiyyata alınmış sahib hadisə baş vermiş an nəqliyyat vasitəsini idarə edən şəxs kimi tanınır əgər, o, əksini sübut etməmişdirsə. Eyni zamanda, Hökumət hesab edir ki, ifadə verməyə məcbur etmə ilə bağlı işlərdə ərizəçilər tərəfindən təklif olunmuş hüquqların müstəsna təbiətini yox, məhz mütənasibliyi göstərən digər qanunverici texnikalardan istifadə etmək daha məqsədəuyğundur.Ərizəçilər qeyd etmişdirlər ki, nəqliyyat vasitəsinin idarə olunması nəticəsində baş vermiş ciddi problem Konvensiyanın 6-cı maddəsi ilə təsbit edilmiş hüququnu pozan ifadə verməyə məcbur etmə sisteminin əsaslandırılması üçün kifayət deyil. Bununla əlaqədar, 6-cı maddə ilə təsbit edilmiş özünün əleyhinə ifadə verməmək və özünü ifşa etməmək hüququnun fərq qoyulmadan bütün növ cinayət işləri üzrə tətbiq olunmasını nəzərə alaraq cəzanın nisbətən yüngül olması əhəmiyyət daşımır. Onlar iddia etmişdirlər ki, ifadə etməyə məcbur etmək və ya cinayət prosesindən kənar məcburən əldə edilmiş ifadələrin istifadəsinin alternativi mövcud deyil. Onlar bildirmişdirlər ki, həqiqi və ya potensial təqsirləndirilən şəxs barəsində müvafiq cəzanı tətbiq etmək hədəsi ilə yalnız ona məlum olan və heç bir digər sənədlə və ya maddi sübutla əsaslandırılması mümkün olmayan məlumatın verməsinə məcbur edilə bilməz. İttiham tərəfi təqsirləndirilən şəxsə qarşı məcburetməni tətbiq etmədən işi araşdırmalıdır.Ərizəçilər hesab edirlər ki, qanunvericilikdə eyni və ya oxşar nəticə verən, lakin, təqsirləndirilən şəxsin hüquqlarını pozmayan digər metodların (suala cavab vermədiyinə görə şəxs barəsində mənfi fikrin formalaşdırılması və ya qeydiyyata alınmış sahibin hadisə baş vermiş an nəqliyyat vasitəsini idarə edən şəxs kimi tanınması prezumpsiyası) mövcudluğu sübut edir ki, həmin rejim demokratik cəmiyyətdə o qədər də zəruri deyil.Onlar bildirmişdirlər ki, Sanders, habelə Heyni və Makginness (hər iki iş yuxarıda qeyd olunmuşdur) işlərində ictimai maraq məcburən alınmış ifadələrin istifadəsi üçün əsas ola bilməz. Onlar Hökumətin “Polis və cinayət işləri sübutlar haqqında” 1984-cü il tarixli Qanunun əsasında sübutların istifadəsi zamanı müəyyən hüquq müdafiə vasitələrin mövcudluğu barədə qeydlərini rədd edərək bildirmişdirlər ki, həmin Qanunun 76-cı və 78-ci maddələri qanunla müəyyən edilmiş qaydada əldə olunmuş sübutları mümkünsüz hesab etmir. Ərizəçilər barələrində cinayət təqibinin aparılmasını və onlar ifadə verməyə məcbur ediləndə barələrində aydın olmayan sorğu keçirilməsini bildirərək Konvensiyanın 6-cı maddəsinin 1-ci və 2-ci bəndlərin pozulduğunu iddia etmişdirlər.
2. Məhkəmənin qiymətləndirməsi
(a) Giriş
İlk növbədə Məhkəmə qeyd edir ki, ərizəçilər faktiki olaraq fərqli vəziyyətdə olmuşdurlar. Cənab O’Halloran təsdiq etmişdir ki, hadisə zamanı məhz, o, avtomobili idarə etmişdir. Sonradan, o, məhkəmə prosesi zamanı həmin ifadənin işdən çıxarılmasına cəhd etmiş, lakin, bu cəhd uğursuz olmuşdur. Sonradan isə, o, sürətin aşılmasında təqsirli bilinmişdir. Cənab Frensis isə Planlaşdırılan təqib barədə Xəbərdarlıqda göstərilən tarixdə və vaxtda nəqliyyat vasitəsini idarə edən şəxs barəsində məlumatı təqdim etməmiş və buna görə təqsirli bilinmişdir. Cənab O’Halloranın işi ilk baxışdan Sanders işinə (yuxarıda qeyd edilmişdir) oxşayır. Həmin işdə şikayətçi Konvensiyanın 6-cı maddəsinə zidd olaraq əldə edilmiş sübutların cinayət prosesi zamanı istifadəsini iddia etmişdir. Cənab Frensisin işi isə daha çox Funke işinə (yuxarıda qeyd olunan), J.B. İsveçrəyə qarşı işinə (J.B. v. Switzerland, no. 31827/96, ECHR 2001-III), Heyni və Makginness işinə (yuxarıda qeyd olunan) və Şannon Birləşmiş Krallığa qarşı (Shannon v. the UK, no. 6563/03, 4 October 2005). Həmin işlər üzrə ərizəçilər məlumatın verilməsindən imtina etməsinə görə cərimələnmişdirlər. Həmin işlər üzrə Məhkəmə cəriməni müstəqil mövcud olan və ya qeyd olunan proseslə bağlı olan hesab etmişdir.Müəyyən edilmiş hərəkət sürəti həddinin aşılmasında təqsirləndirilən şəxsdən 1998-ci il tarixli Qanunun 172-ci maddəsi əsasında özünün əleyhinə olan və ya özünü ifşa edən ifadələrin məcburən alınmasının Konvensiyanın 6-cı maddəsinə uyğunluğunun yoxlaması hər bir işdə əsas məsələ olmuşdur, Bununla mümkün olan həddə Məhkəmə bu iki işə birgə baxacaq.
(b) Məhkəmənin presedent hüququ
Funke işində ərizəçi departamentin (gömrük) maraqlarına aid olan mövcud hesab olunan məlumatların və sənədlərin təqdim edilməsindən imtina etməsinə görə təqsirli bilinib (Gömrük Məcəlləsinin 65-ci maddəsi). Məhkəmə hesab etmişdir ki, ərizəçinin törədilməsində təqsirləndirilən cinayətə dair sübutları təqdim etməyə məcbur etməsinə cəhd özünün əleyhinə ifadə verməmək və özünü ifşa etməmək hüququnu pozur (bax: yuxarıda qeyd olunan Funke işi, § 44). Məhkəmə özünün əleyhinə ifadə verməmək və özünü ifşa etməmək hüququnun təbiəti ilə əlaqədar yeni bir yanaşmanı müəyyən etməyib.Con Murey Birləşmiş Krallığa qarşı (John Murray v. the UK, 8 February 1996, Reports 1996-I) işdə digər məsələlərlə yanaşı şəxsiyyətin özünün əleyhinə ifadə verməməkdən bir nəticə çıxarılması ilə bağlıdır. Məhkəmə hesab etmişdir ki, polis tərəfindən dindirilmə zamanı özünün əleyhinə ifadə verməmək və özünü ifşa etməmək hüququ Konvensiyanın 6-cı maddəsi ilə tənzimlənən “ədalətli məhkəmə hüququ” anlayışının mərkəzində qərarlaşan beynəlxalq hüququn ümum tanınmış prinsipidir. Təqsirləndirilən şəxsin ifadə verməyə məcbur edilməsinə qarşı hüquq müdafiə vasitələri ilə təmin olunması Konvensiyanın 6-cı maddəsinin məqsədlərinə nail olmasına və məhkəmə səhvinin qarşısının alınmasına köməklik edir (bax: yuxarıda qeyd olunan Con Murey işinə, § 45). Məsələ ilə əlaqədar Məhkəmə iki müstəsna halı qeyd edir. Bir tərəfdən, bu məsələ göstərir ki, təqsirləndirilən şəxsin yalnız özünün əleyhinə ifadə verməmək və ya dindirmə zamanı suallara cavab verilməsindən imtina edilmə ya da sübutların şəxsən təqdim edilməmək hüququ əsasında ittiham etməsi müvafiq immunitetlərə uyğun deyil. Digər tərəfdən, həmin immunitetlər aydınlaşdırılmanı tələb edən məsələlərdə təqsirləndirilən şəxsin ifadə verməkdən imtinanı nəzərə alınmaya bilməz. Yekunda qeyd olunmalıdır ki, ifadə verməkdən imtina etmək hüququ müstəsna deyil (bax: yuxarıda qeyd olunan Con Murey işinə, § 47). Hazırkı işdə məcburetmə həddinin müzakirə edilməsi zamanı Məhkəmə qeyd etmişdir ki, təqsirləndirilən şəxsin ifadə verməkdən imtina etməsi cinayət hadisəsi hesab olunmur, o cümlədən ifadə verməkdən imtina etmə özü özlüyündə günahın göstəricisi ola bilməz (bax: yuxarıda qeyd olunan Con Mureyin işinə, § 48). Bununla, Funke işində məcburetmənin dərəcəsi özünün ifşa edilməsinə qarşı imtiyazların mahiyyətini pozduğuna görə Məhkəmə hesab edir ki, Funke işi hazırkı işdən fərqlənir (bax: yuxarıda qeyd olunan Con Murey işi, § 49).Sanders işi ərizəçidən cinayət prosesi zamanı “Şirkətlər haqqında” 1985-ci il tarixli Qanun əsasında ifadələrin hüquqi məcburiyyətlə alınması barədə olmuşdur. Yerli qanunvericiliyə əsasən şirkət əməkdaşlarının inspektorunun tələbi ilə kitabların və ya sənədlərin təqdim etməməsi, inspektorun çağırışları əsasında gəlməməsi və işlə əlaqədar aparılan araşdırma üzrə onunla əməkdaşlıq etməməsi cərimə və ya iki ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə Con Murey və Funke işlərinə istinad edərək müəyyən etmişdir ki, təqsirləndirilən şəxsin özünün əleyhinə ifadə verməmək hüququ onun bütövlükdə ifadə verməmək istəyindən irəli gəlir. Eyni zamanda, həmin qayda cinayət prosesi zamanı təqsirləndirilən şəxsdən məcburiyyətlə, yəni onun iradəsi olmadan, alınmış nəfəs, qan, sidik nümunələri kimi maddi sübutları əhatə etmir. Məhkəmə hesab etmişdir ki, hər bir halda ərizəçidən inspektor tərəfindən məcburetmə ilə ifadələrin alınması və onların ittiham zamanı istifadə olunması nəticəsində ərizəçinin hüquqlarının əsassız pozulub pozulmaması sualı “işin xüsusiyyətləri baxımından araşdırılmalıdır”. Xüsusilə, müəyyən olunmalıdır ki, ərizəçinin ifadə verməyə məcbur edilməsi və əldə olunmuş həmin ifadələrin istifadəsi Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə təmin olunan ədalətli prosedura kimi əsas prinsipini pozurmu (bax: yuxarıda qeyd edilmiş Sanders işi, 67-ci və 69-cu bəndlər).Servs işində (yuxarıda qeyd edilmişdir) cinayət işi üzrə əvvəlcə təqsirləndirilən şəxs kimi tanınmış, lakin, şahidin dindirmək üçün çağırılması barədə bildirişin göndərilməsi və sonrakı proseduralar zamanı ərizəçinin təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə, habelə istintaq üzrə qəbul edilmiş digər qərarlar ləğv edilmişdir. Ərizəçi Cinayət Prosessual Məcəlləsi əsasında məhkəmə istintaqı samanı ifadə verməkdən imtinanı onunla əsaslandırmışdır ki, tərəfindən verilə bilən ifadələr özünü ifşaedici kimi hesab oluna bilər. Məhkəmə razılaşır ki, hakim sualları ilə ərizəçini özünü ifşa edən ifadələrin verilməsinə yönəltmiş və bununla ərizəçinin imtinası qəbul ediləndir. Lakin, həmin işin faktiki xüsusiyyətlərinə əsasən Məhkəmə müəyyən etmişdir ki, cərimənin tətbiqi şahidin ifadə verməyə məcbur etməsi üçün deyil, məhz ifadələrin düzgünlüyünün təmin olunması üçün nəzərdə tutulmuşdur. Bununla cərimənin özünü ifşaedici ifadələrin verilməsi üçün tətbiqi məsələsi heç vaxt qaldırılmamışdır (bax: yuxarıda qeyd olunan Servs işi, 43-47-ci bəndlər).Heyni və Makginness işində bombanın partladılması ilə əlaqədar həbs edilmiş ərizəçilər hər hansı fərdin müəyyən vaxt çərçivəsində hərəkəti və fəaliyyəti barədə tam məlumatın verilməsini tələb edən qanunvericiliyə əsasən dindirmə zamanı verilən sualların cavablandırılmasından imtina etmişdirlər. Əsas cinayət üzrə irəli sürülmüş ittihamlar üzrə ərizəçilər təqsirsiz bilinmiş, lakin, onlar öz hərəkətləri barədə məlumatın verilməsindən imtina etməsi ilə əlaqədar azadlıqdan məhrum edilmişdirlər. Müvafiq presedent hüququnu araşdırılması nəticəsində Konvensiyanın 6-cı maddəsinin 1-ci və 2-ci bəndlərinin bu iş üzrə tətbiq olunduğunu qərara alaraq Məhkəmə qəbul etmişdir ki, ifadə verməmək və özünü ifşa etməmək hüququ mütləq deyil. Bundan sonra Məhkəmə müxtəlif prosessual təminatlarını araşdıraraq müəyyən etmişdir ki, “müəyyən vaxt çərçivəsində hərəkəti və fəaliyyəti barədə tam məlumatın və bildikləri digər informasiyanın təqdim edilməsindən imtina” nəticəsində ərizəçi barəsində azadlıqdan məhrumetməm növündə cəzanın (məcburiyyət tədbiri) tətbiqi ifadə verməmək və özünü ifşa etməmək hüququnun mənasını pozur. Bununla Məhkəmə hesab etmişdir ki, Hökumətin təhlükəsizliyin və ictimai asayişin qorunması ilə əlaqədar olan narahatlıqları ifadələrin verilməsində məcbur etmənin tətbiqini əsaslandırmır (bax: yuxarıda qeyd olunan Heyni və Makginness İrlandiyaya qarşı (Heaney and McGuiness v. İreland, no. 34720/97, §§ 47-58, ECHR 2000-XII).Veh Avstriyaya qarşı (Weh v. Austria, no. 38544/97, 8 April 2004) işdə ərizəçi müəyyən vaxtda ona məxsus nəqliyyat vasitənin sürücüsünün adını və ünvanını gizlətmək məqsədilə “Nəqliyyat vasitələri haqqında” Qanuna əsasən müvafiq icra hakimiyyəti orqandan ona ünvanlanmış sorğuya cavab olaraq qeyri-dəqiq məlumat təqdim etmiş və bunun nəticəsində cərimələnmişdir. Nəticədə icraat naməlum şəxs barəsində başlanılmışdır. Məhkəmə bundan əvvəlki P., R. və H. Avstriyaya qarşı (P., R. and H. V. v. Austria, nos. 15135/89, 15136/89, 15137/89, Commission decision of 5 September 1989, Decision and Reports 62, p. 319) işə istinad etməkdən imtina etmişdir. Eyni zamanda Məhkəmə qeyd etmişdir ki, ərizəçi sadəcə nəqliyyat vasitəsinin kim tərəfindən idarə olduğu faktını təqdim etməli idi, bu hal özü özlüyündə özünü ifşaedici hesab olunmur. Məhkəmə müəyyən etmişdir ki, naməlum şəxs barəsində başlanılmış icraatla və qeyri-dəqiq məlumatın verilməsi nəticəsində ərizəçi barəsində cərimənin tətbiqi ilə nəticələnmiş proses arasında heç bir əlaqə mövcud olmamışdır (bax: yuxarıda qeyd olunan Veh işi, 32-56-cı bəndlər).Şannon işində (yuxarıda qeyd olunur) ərizəçi “Cinayət xətalar haqqında” 1996-cı il tarixli Sərəncama (Şimali İrlandiya) əsasən oğurluq və mühasibatlıq səhvi barədə iş ilə əlaqədar müstəntiqin suallarına cavab olaraq məlumat təqdim etməli idi. Ərizəçi dindirmədən boyun qaçırmış və nəticədə cərimələnmişdir. Ərizəçi mühasibatlıq səhvi və qabaqcadan əlbir olan bir qrup şəxslə əmlakı talamaqla əlaqədar onun barəsində irəli sürülmüş ittihamlar üzrə təqsirsiz bilinsə də Məhkəmə hesab etmişdir ki, onun özünü ifşa etməmək hüququna baş vermiş pozuntu ilə əlaqədar tərəfindən şikayət verilə bilər. Məcburetmə tədbirlərinin əsaslandırılması ilə əlaqədar Məhkəmə qeyd etmişdir ki, heç də hər bir məcburiyyət tədbiri özünü ifşa etməkdən imtina etmə hüququna əsassız müdaxilə kimi qiymətləndirilməməlidir. Məhkəmə müəyyən etdi ki, həmin iş üzrə məcburiyyət tədbirinin tətbiqi nə təhlükəsizlik nə də mümkün prosessual təminatları məsələləri ilə əsaslandırıla bilməz (bax: yuxarıda qeyd olunan Şannon işi, 26-40-cı bəndlər).Yallo Almaniyaya qarşı işinin faktiki hallarına əsasən (Jalloh v. Germany (GC), no. 54810/00, ECHR 2006-IX) ərizəçi udmuş narkotiklərin sübut kimi əldə olunması və istifadəsi üçün onları qaytarmağa (qusmağa) məcbur edilmişdir. Məhkəmə ifadə verməkdən imtina və özünü ifşa etməmək hüquqlarını aşağıdakı şərtlərlə müəyyən edib:
“94. ... 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir (bax: Şenk İsveçrəyə qarşı (Schenk v. Switzerland, 12 July 1988, §§ 45-46, Series A no. 140) və Texeyra de Kastro Portuqaliyaya qarşı (Teixeira de Castro v. Portugal, 9 June 1998, § 34, Reports 1998-IV).
...
100. İfadə verməkdən imtina etmək və özünü ifşa etməmək hüququ pozulmaqla əldə edilmiş sübutlara gəldikdə, Məhkəmə xatırladır ki, bu hüquqlar hamılıqla tanınan beynəlxalq standartlardır və 6-cı maddədə nəzərdə tutulmuş ədalətli məhkəmə araşdırması anlayışının təməlində durur. Onların mahiyyəti, digər məsələlərlə yanaşı, təqsirləndirilən şəxsi dövlət orqanlarının qanunsuz məcburetmə tədbirindən müdafiə etməkdən və bununla da ədalət mühakiməsinin yanlış şəkildə həyata keçirilməməsinə və 6-cı maddənin məqsədlərinin yerinə yetirilməsinə yardım etməkdən ibarətdir. Özünü ifşa etməmək hüququ konkret olaraq onu nəzərdə tutur ki, cinayət işində ittiham tərəfi təqsirləndirilən şəxsə qarşı mövqeyini sübut etmək üçün təqsirləndirilən şəxsin iradəsinə zidd olaraq məcburetmə və ya təzyiq vasitəsilə əldə edilmiş sübutlardan istifadə etməməlidir (digər qərarlarla yanaşı bax: yuxarıda qeyd olunan Sanders işi, 68-ci bənd; yuxarıda qeyd olunan Heyni və Makginness işi, 40-cı bənd; J.B. İsveçrəyə qarşı (J.B. v. Switzerland, no. 31827/96, § 64, ECHR 2001-III); və Allan Birləşmiş Krallığa qarşı (Allan v. the United Kingdom, no. 48539/99, § 44, ECHR 2002-IX).
101. Məhkəmə prosesinin şəxsin özünü ifşa etməmək hüququna xələl gətirib-gətirmədiyini araşdırarkən Məhkəmə konkret olaraq aşağıdakı elementləri: məcburetmənin xarakterini və dərəcəsini; araşdırılan cinayətin istintaqına və cəzalandırılmasına olan ictimai marağı; həmin prosesdə müvafiq təminatların olub-olmadığını; və məcburetmə yolu ilə əldə edilmiş hər hansı materialdan istifadə edilib-edilmədiyini nəzərə alır (nümunə üçün bax: Tirado Ortis və Lozano Martin İspaniyaya qarşı (Tirado Ortiz and Lozano Martin v. Spain (dec.), no. 43486/98, ECHR1999‑V; yuxarıda qeyd olunan Heyni və Makginness işi, 51-55-ci bəndlər; və yuxarıda qeyd olunan Allan işi, 44-cü bənd).
102. Lakin, Məhkəmə dəfələrlə qərara almışdır ki, özünü ifşa etməmək hüququ ilk növbədə təqsirləndirilən şəxsin ifadə verməkdən imtina etməsi hüququna hörmət edilməsi ilə bağlıdır. Konvensiyanın iştirakçısı olan dövlətlərin və digər ölkələrin hüquq sistemlərində adətən nəzərdə tutulduğu kimi, bu hüquq cinayət prosesində şübhəli şəxsin iradəsi ilə əlaqəsi olmayan güc tətbiqindən istifadə etməklə təqsirləndirilən şəxsdən əldə edilmiş materialdan ...
113. Məhkəmənin fikrincə, bu işdə araşdırılan sübutlar, yəni ərizəçinin bədənində gizlədilmiş və zor gücünə məcburi qaytarma (qusdurulma) vasitəsilə oradan çıxarılmış narkotik maddələr şübhəli şəxsin iradəsi ilə əlaqəsi olmayan və cinayət prosesində istifadə edilməsi adətən qadağan olunmayan material kateqoriyasının hüdudları daxilinə düşür. Lakin, bir neçə element vardır ki, bu işi Saunders işində sadalanan nümunələrdən fərqləndirir. Birincisi, Funke işində və J.B. İsveçrəyə qarşı işində etiraz edilən tədbir kimi, bu işdə də məcburi qusdurulma tədbiri ərizəçinin iradəsinə zidd olaraq maddi sübutun əldə edilməsi üçün istifadə olunmuşdu. Əksinə, Saunder işində bədən materialı tibbi müayinə üçün, yəni orada, məsələn, alkoqolun və ya narkotik maddələrin olub-olmadığını müəyyən etmək üçün məcburi qaydada götürülmüş material idi.
114. İkincisi, bu işdə tətbiq edilmiş gücün dərəcəsi Saunders işində sadalanan material növlərini əldə etmək üçün adətən tələb olunan məcburetmə dərəcəsindən əhəmiyyətli dərəcədə fərqlənir. Belə materialı əldə etmək üçün müttəhim passiv qalmaqla onun fiziki toxunulmazlığına kiçik müdaxilə tələb olunur (məsələn, ondan qan və ya saç nümunələri, yaxud bədən toxuması götürülərkən). Hətta bu prosedurada müttəhimin aktiv iştirakı tələb olunsa belə, Saunders işindən görmək olar ki, bu iştirak bədənin adi funksiyası vasitəsilə materialın əldə edilməsi ilə bağlıdır (məsələn, nəfəs, sidik və ya səs nümunələri götürülərkən). Əksinə, bu işdə ərizəçinin axtarılan sübutu mədəsindən geri qaytarmağa məcbur edilməsi onun burnu vasitəsilə mədəsinə zorla boru salınmasını və bədənində patoloji reaksiya doğurmaq üçün dərman maddəsinin bədəninə daxil edilməsini tələb edirdi. Yuxarıda qeyd edildiyi kimi, bu prosedur ərizəçinin sağlamlığı üçün təhlükəsiz deyildi.
115. Üçüncüsü, bu işdə sübut 3-cü maddəni pozan prosedur vasitəsilə əldə edilmişdi. Ərizəçinin işində istifadə edilmiş sübut, məsələn, nəfəs testi və ya qan nümunəsinin götürülməsi proseduralarından heyrətamiz dərəcədə fərqlənirdi. Sonuncu proseduralar, müstəsna halları nəzərə almasaq, 3-cü maddəyə zidd olan minimal qəddarlıq dərəcəsinə gəlib çatmır. Bundan başqa, bu proseduralar ərizəçinin şəxsi həyatına hörmət hüququna müdaxilə təşkil etsə də, ümumən cinayətlərin qarşısını almaq üçün zəruri olan tədbir kimi 8-ci maddənin 2-ci maddəsi ilə onlara haqq qazandırmaq olar (digər qərarlarla yanaşı bax: yuxarıda qeyd olunan Tirado Ortis və Lozano Martin işi).
116. Müvafiq surətdə, özünü ifşa etməməyə qarşı prinsip hazırkı işdə tətbiq edilə bilər.
117. Ərizəçinin özünü ifşa etməmək hüququnun pozulub-pozulmadığını müəyyən etmək üçün Məhkəmə, öz növbəsində, aşağıdakı amilləri nəzərə alacaqdır: məcburetmənin xarakterini və dərəcəsini; araşdırılan cinayətin istintaqına və cəzalandırılmasına olan ictimai marağı; həmin prosesdə müvafiq təminatların olub-olmadığını; və məcburetmə yolu ilə əldə edilmiş hər hansı materialdan istifadə edilib-edilmədiyini.”
(c) Məhkəmənin qiymətləndirilməsi
Ərizəçilər israrla iddia edirlər ki, ifadə verməkdən imtina etmək və özünü ifşa etməmək hüquqları mütləqdirlər və təqsirləndirilən şəxsin iradəsinə zidd olaraq birbaşa məcburetmə ilə ondan ifşaedici ifadələrin alınması bu hüquqların mahiyyətini pozur. Məhkəmə bunu qəbul edə bilməz. Düzdür ki, ərizəçilərin istinad etdiyi işlərdə Məhkəmə əsl və ya potensial şübhəli şəxsdən “birbaşa məcburetmə ilə” əldə edilmiş ifadələrin alınması nəticəsində ərizəçinin onların əsasında təqsirli bilinib bilinməməsidən asılı olmayaraq sonuncunun özünü ifşa etməmək hüququnun pozuntusunu aşkar edib. Lakin, heç də hər bir birbaşa məcburetmə avtomatik olaraq pozuntu ilə nəticələnmir. Konvensiyanın 6-cı maddəsində təsbit edilmiş ədalətli məhkəmə hüququ bir məsələ üzrə ixtisaslaşdırılmış deyil, bununla ədalətli məhkəmə hüququ vahid qayda əsasında deyil hər bir işin xüsusiyyətlərindən asılı olaraq idarə olunur. Bu qayda ifadə verməkdən imtina etmək hüququ kontekstində Heyni və Makginness işində təsdiqlənib. Ən son qərarlarda isə, misal üçün Yallo işində, Məhkəmə ərizəçinin özünü ifşa etməmək hüququnun pozuntusunu aşkar edilməsi üçün müvafiq əsasları müəyyən edib.Ərizəçilər Yallo işinin onların işindən fərqləndiyini qeyd edərək bildiriblər ki, həmin iş məcburetmə ilə ifadələrin alınması ilə deyil Sanders işdəki kimi nəfəs, qan və sidik kimi maddi sübutların istifadəsi ilə bağlıdır. Bununla həmin qərarda ümumi qaydaya müəyyən istisna mövcuddur. Məhkəmə qəbul edir ki, hazırkı işin faktiki halları Yallo işindən çox fərqlənir. Bununla belə ərizəçilər öz dəlilləri ilə Məhkəməni inandırmayıblar. Hər halda bir tərəfdən ifşaedici ifadələrin digər tərəfdən isə ifşaedici təbiəti olan maddi sübutların əldə olunması arasında hər bir iş üzrə dəqiq fərq qoyulsa da Məhkəmə müəyyən edib ki, Yallo işi Sanders işdəki kimi “maddi sübut” istisnası mənasına düşmür. Bunun əksinə həmin işdə özünü ifşa etmə mənası Funke və J.B. İsveçrəyə qarşı işlərdəki kimi müəyyən olunan daha geniş mənada izah olunur. Həmin işlər ifşaedici sübutların məcburetmə ilə əldə olunması məsələsini qaldırılan işləri əhatə edirlər (bax: yuxarıda qeyd olunan, Yallo işi, 113-116-cı bəndlər).Yallo işində müəyyən edilmiş prinsiplərə əsasən ərizəçilərin ifadə verməkdən imtina etmək və özlərini ifşa etməmək hüquqlarının pozulub pozulmadığını müəyyən edilməsi məqsədilə Məhkəmə əsasən sübutların əldə edilməsi üçün tətbiq olunmuş məcburetmənin mahiyyəti və dərəcəsini, icraatda hər hansı hüquq müdafiə vasitələrinin mövcudluğunu, habelə əldə edilmiş sübutların istifadə qaydasını araşdırmalıdır.İfadələrin alınması üçün cənab O’Halloranın işində tətbiq olunmuş məcburetmənin və ya cənab Frensisin işində məcburetmənin tətbiq edilməsi cəhdinin dərəcəsi və mahiyyəti ərizəçilərin ünvanına daxil olmuş Planlaşdırılan təqib barədə Xəbərdarlıqda göstərilmişdir. Onlardan nəqliyyat vasitələrinin qeydiyyata alınmış sahibləri kimi hadisənin baş verməsi zamanı avtomobili idarə etmiş sürücülərin adı və ünvanı barədə məlumatın təqdim edilməsi tələb edilmişdir. Onlara məlumatın təqdim edilməsindən imtinaya görə “Yol hərəkəti qaydaları haqqında” 1988-ci il tarixli Qanunun 172-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Məlumatın təqdim edilməsindən imtina qanunla 1000 Böyük Britaniya funt sterlinqi məbləğinədək cərimələnir və nəqliyyat vasitələrini idarə etmə hüququ bir il müddətinə məhdudlaşdırılır və ya üç balla qiymətləndirilir.Məhkəmə qəbul edir ki, digər işlərdə də ifadələrin verilməsindən imtinaya görə cərimə təyin olunur, bununla hazırkı işlərdə də məcburetmənin tətbiqi birbaşa olub. Hazırkı işdə məcburetmə “Yol hərəkəti qaydaları haqqında” 1988-ci il tarixli Qanunun 172-ci maddəsinə əsasən tətbiq edilmişdir. Qeyd olunan Qanunun həmin müddəasına əsasən nəqliyyat vasitələrinin qeydiyyata alınmış sahiblərindən hadisənin baş verməsi zamanı avtomobili idarə etmiş sürücülərin adı və ünvanı barədə məlumatın təqdim edilməsi tələb olunur. Məhkəmə qeyd edir ki, həm tətbiq olunan məcburetmə həm də qeyd olunan xəta “cinayət” xarakterlidir, həmin məcburetmə Lord Binqhəmin Privi Şurasının Broun Stotta qarşı işində qeyd etdiyi kimi müəyyən faktlardan irəli gəlir: “Nəqliyyat vasitələrini idarə edən bütün insanlar anlayırlar ki, bununla onların hərəkətləri xüsusi rejimlə idarə olunur. Həmin rejim nəqliyyat vasitələri idarə etmək və onlara sahib çıxmaq xüsusi üstünlüyün və ya imtiyazların verilməsinə görə təsis edilməyib, bu rejimin təsis olunmasının məqsədi onunla bağlıdır ki, nəqliyyat vasitələri (odlu silah kimi) ictimai təhlükə mənbəyi kimi tanınır.” Nəqliyyat vasitəsinin sahibləri və sürücüləri nəqliyyat vasitələrinə aid xüsusi rejim çərçivəsində müəyyən məsuliyyət və vəzifələr daşıyırlar. Birləşmiş Krallığının qanunvericiliyinə əsasən nəqliyyat vasitəsinin sahibləri və sürücüləri yol hərəkəti əleyhinə olan xəta baş verdikdə həmin nəqliyyat vasitəsilə hadisəni törədən sürücünün şəxsiyyətini müəyyən edən məlumatları təqdim etmək vəzifəni daşıyırlar.Hazırkı işdə tətbiq olunan məcburetmənin digər aspekti polis tərəfindən tələb olunan məlumatın məhdud təbiətidir. Qanunun 172-ci maddəsinin 2-ci bəndinin (a) yarımbəndi müvafiq xətanın yalnız sürücü tərəfindən törədilməsi barədə şübhələr olduqda tətbiq olunur. Həmin yarımbəndə əsasən polis yalnız sürücünün şəxsiyyətini müəyyən edən məlumatların təqdim edilməsini tələb edə bilər. Bununla hazırkı işdə tələb edilən məlumat yuxarıda göstərilən işlərdə tələb olunan məlumatdan daha məhduddur. Belə ki, Funke işində ərizəçi qanun əsasında departamentin işinə aid sənədlərin təqdim edilməsi vəzifəsi daşıyırdı (bax: yuxarıda qeyd olunan Funke işi, 30-cu bənd). J.B. İsveçrəyə qarşı işdə ərizəçidən vergilərin qiymətləndirilməsi üçün tələb olunan sənədlərin təqdim edilməsi tələb edilmişdir (bax: yuxarıda qeyd olunan J.B. İsveçrəyə qarşı, 39-cu bənd). Heyni və Makginness işdə ərizəçilərdən müəyyən vaxt çərçivəsində hərəkətləri və fəaliyyətləri barədə tam məlumatın verilməsi tələb edilmişdir (bax: yuxarıda qeyd olunan Heyni və Makginness işi, 24-cü bənd). Şannon işində müstəntiq işə aid hesab etdiyi istənilən məlumatı (yalnız məhdud hüquqi professional istisnalarla) tələb edə bilər (bax: yuxarıda qeyd olunan Şannon işinə, 23-cü bənd). Veh işində tələb olunan məlumat (müvafiq nəqliyyat vasitəsini müəyyən vaxtda idarə etmiş sürücü barədə məlumat) hazırkı işdəki kimi məhdud olmuşdur (bax: yuxarıda qeyd olunan Veh işi, 24-cü bənd). Həmin işdə Məhkəmə hesab etmişdir ki, ərizəçi barəsində icraatın aparılmadığına görə Konvensiyanın 6-cı maddəsi pozulmamışdır. Məhkəmə qeyd etmişdir ki, ərizəçidən təqdim edilməsi tələb edilmiş nəqliyyat vasitəsini idarə edən şəxs barədə məlumat ifşaedici hesab olunmur (bax: yenə orada 53-54-cü bəndlər). eyni zamanda, Lord Binqhəmin Broun Stotta qarşı işində qeyd etdiyi kimi 172-ci maddə baş vermiş xəta ilə əlaqədar uzunmüddətli dindirməni təsbit etmir və ifadə verməkdən imtinaya görə tətbiq olunan cəza “orta ağır və azadlıqdan məhrumetmə ilə bağlı deyil”.Yallo işində Məhkəmə prosesdə müvafiq hüquq müdafiə vasitələrin mövcudluğuna istinad etmişdir. 1988-ci il tarixli Qanunun 172 maddəsinə əsasən məcburetmə tədbirlərinin tətbiq olunması ilə bağlı işlərdə Məhkəmə qeyd edir ki, 172-ci maddəsinin 4-cü bəndinə əsasən əgər nəqliyyat vasitəsinin sahibi müəyyən anda avtomobili idarə etdiyi şəxs barədə məlumata malik deyilsə və bunu müvafiq qaydada əsaslandıra bilirsə onun tərəfindən 172-ci maddəsinin 2-ci bəndinin (a) yarımbəndi pozulmamış hesab olunur. Bununla həmin xətaya görə təyin olunan cəza sərt deyil və xətaya görə əsaslandırılmadan təqsirləndirilmə riski çox cüzidir.İfadələrin istifadə etmə qaydaları ilə bağlı qeyd olunmalıdır ki, cənab O’Halloranın nəqliyyat vasitəsi onun tərəfindən idarə olunduğu barədə ifadələri “Yol hərəkəti pozucuları haqqında” 1988-ci il tarixli Qanunun 12-ci maddəsinin 1-ci bəndinə (bax: yuxarıda qeyd edilən 27-ci bənd) əsasən sübut kimi qəbul edilmiş və o, yolda müəyyən edilmiş hərəkət sürəti həddini aşma görə təqsirli bilinib. Məhkəmə prosesi zamanı ərizəçi “Polis və cinayət işləri üzrə sübutlar haqqında” 1984-cü il tarixli Qanunun 76-cı və 78-ci maddələrinə əsasən ifadələrin mümkünlüyünü mübahisələndirmişdir, lakin, yerli məhkəmə onun dəlillərini qəbul etməmişdir. Hər bir iş üzrə əsassız və qanunsuz yollarla məcburetmə vasitəsilə (lakin, 172-ci maddə əsasında əldə olunmuş sübutlar buraya daxil deyil) əldə olunmuş sübutların istifadə olunmasına qarşı hüquq müdafiə vasitələrin mövcudluğunu və cinayət hadisəni əsaslı şübhələr olmadan ittiham tərəfi sübut etməlidir. Müdafiə tərəfi iradəsindən asalı olaraq sübutları təqdim edə və şahidləri dindirə bilər. Broun Stotta qarşı işdə qeyd olunduğu kimi, sürücünün şəxsiyyəti yolda müəyyən edilmiş hərəkət sürəti həddini aşma kimi xətanın elementi hesab olunur və qeyd olunan proses çərçivəsində 172-ci maddəsinin 2-ci bəndinin (a) yarımbəndi əsasında əldə olunmuş məlumatla əlaqədar təqsir etmə məsələsi qalxmır.Nəzərə alsaq ki, cənab Frensis ifadə verməkdən imtina etdi həmin ifadələr prosesdə istifadə oluna bilməzdirlər. Ərizəçinin ifadə verməkdən imtina sübut kimi istifadə olunmadığına görə cinayət prosesdə ifadələrin istifadəsi məsələsi müzakirə olunmamışdır. İfadə verməkdən imtina cinayət hesab olunur (bax: Allen Birləşmiş Krallığa qarşı (Allen v. the United Kingdom (dec), no. 76574/01, ECHR 2002-VIII).İşin xüsusiyyətlərini, o cümlədən məsələnin idarəetmə rejiminin mahiyyətini və “Yol hərəkəti qaydaları haqqında” 1988-ci il tarixli Qanunun 172-ci maddəsi üzrə verilmiş Xəbərdarlığa əsasən əldə olunan məlumatların məhdud təbiətini nəzərə alaraq Məhkəmə hesab edir ki, ərizəçilərin ifadə verməkdən imtina və özlərini ifşa etməmək hüquqları pozulmamışdır.Bununla belə, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi pozulmamışdır.
C. Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndi
Ərizəçilər Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndinə və onların ifadələri ilə əlaqədar təqsirsizlik prezumpsiyasına istinad etmişdirlər. Lakin, onlar həmin müddəa ilə bağlı ayrıca şikayət təqdim etməmişdirlər.Məhkəmə hesab edir ki, Konvensiyanın 6-cı maddəsinə 2-ci bəndi əsasında hər hansı ayrıca məsələ ortaya çıxmır.
YUXARIDAKILARI NƏZƏRƏ ALARAQ MƏHKƏMƏ
1. On beş səs lehinə və iki səs əleyhinə olmaqla Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin pozulmadığını qət edir;
2. Yekdilliklə Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndinə əsasən hər hansı ayrıca məsələnin ortaya çıxmadığını qət edir.
Qərar ingilis və fransız dillərində tərtib edilmiş və 2007-ci il iyunun 29-da Strasburqdakı İnsan Hüquqları Sarayında keçirilmiş açıq məhkəmə iclasında elan edilmişdir.
Vinsan BerjeJan-Pol Kosta
YuriskonsultSədr
Konvensiyanın 45-ci maddəsinin 2-ci hissəsinə və Məhkəmə Qaydalarının 74-cü qaydasının 2-ci hissəsinə müvafiq olaraq aşağıdakı rəylər bu qərara əlavə edilir:
(a) hakim Borrego Borregonun xüsusi rəyi;
(b) hakim Pavlovskinin xüsusi rəyi;
(c) hakim Miyer xüsusi rəyi.
J.-P.C.
V.B.
© Avropa Şurası/İnsan Hüquqları üzrə Avropa Məhkəməsi, 2012.
İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurasının “Hyuman Rayts Trast Fondu”nun dəstəyi ilə həyata keçirilmişdir (/humanrightstrustfund). O, Məhkəmə üçün məcburi deyil və Məhkəmə tərcümənin keyfiyyətinə görə hər hansı məsuliyyət daşımır. Tərcüməni İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin HUDOC presedent hüququ məlumat bazasından () və ya Məhkəmənin onu bölüşdüyü istənilən digər məlumat bazasından yükləmək olar. Bu tərcümə işin tam adının, yuxarıda qeyd edilmiş müəlliflik hüququna dair məlumatın göstərilməsi və “Hyuman Rayts Trast Fondu”na istinad edilməsi şərti ilə qeyri-kommersiya məqsədləri üçün çoxaldıla bilər. Tərcümənin hər hansı bir hissəsindən kommersiya məqsədləri üçün istifadə etmək istəyi olduqda, bu ünvanla əlaqə saxlaya bilərsiniz: publishing@.
© Council of Europe/European Court of Human Rights, 2012.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour europeenne des droits de l’homme, 2012.
Les langues officielles de la Cour europeenne des droits de l’homme sont le francais et l’anglais. La presente traduction a ete effectuee avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund’). Elle ne lie pas la Cour, et celle-ci decline toute responsabilite quant a sa qualite. Elle peut etre telechargee a partir de HUDOC, la base de jurisprudence de la Cour europeenne des droits de l’homme (), ou de toute autre base de donnees a laquelle HUDOC l’a communiquee. Elle peut Itre reproduite a des fins non commerciales, sous reserve que le titre de l’affaire soit cite en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la reference au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la presente traduction a des fins commerciales est invitee a le signaler a l’adresse suivante: publishing@
Full & Egal Universal Law Academy